Press "Enter" to skip to content

Gomruk qanunvericiliyi

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 16 iyun tarixli 62 nömrəli qərarı, həmin qərarın 9-cu bəndi istisna olmaqla və 1997-ci il 15 iyul tarixli 79 nömrəli qərarı, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 1998-ci il 5 avqust tarixli 167 nömrəli qərarının 1-ci bəndinin 5-ci və 6-cı abzasları və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 1998-ci il 30 oktyabr tarixli 218 nömrəli qərarının 1-ci bəndinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına aid olan hissələri qüvvəsini itirmiş hesab edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasının «Gömrük Məcəlləsi»nə və «Gömrük Tarifi haqqında» Qanununa uyğun olaraq gömrük tarifləri mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılması, sahibkarlıq fəaliyyətinin, ölkədə rəqabətədavamlı məhsulların istehsalının inkişafı üçün lazımi şəraitin yaradılması və daxili bazarın qorunması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin təqdim etdiyi və əlaqədar təşkilatlarla razılaşdırılmış «Gömrük rəsmiləşdirilməsi»nə görə alınan gömrük yığımlarının miqdarı təsdiq edilsin.

2. Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturası malların beynəlxalq təcrübədə qəbul olunmuş təsnifat sisteminə uyğun olaraq aparılsın.

3. Müəyyən edilsin ki, ixrac olunan mallar, onların növlərindən asılı olmayaraq gömrük ixrac rüsumuna cəlb olunmur.

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının «Gömrük Tarifi haqqında» Qanununun 33-cü maddəsinə uyğun olaraq aşağıdakılar gömrük idxal rüsumuna cəlb olunmur:

4.1. birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus olan müəssisənin yaradılması üçün gətirilən əmlak;

4.2. xarici investisiya qoyulmuş müəssisələrin əcnəbi işçilərinin yalnız öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak (respublikaya qoyulmuş investisiyanın dəyəri və miqdarı, habelə iş görənin arayışı gömrük orqanlarına təqdim olunmaqla);

4.3. Beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları əvəzsiz maliyyə və texniki yardımları, qrantlar, kreditlər və borclar, həmçinin bu kreditlər və borclar hesabına həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin payı hesabına idxal olunan mallar;

4.4. təmənnasız paylanılması üçün humanitar yardım kimi fiziki şəxslər tərəfindən gətirilən mallar;

4.5. fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədilə maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Üzrə Dövlət Komissiyasının təsdiqedici sənədi əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar;

4.6. neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycan Respublikasına verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin Azərbaycan Respublikasının Dövlət Neft Fonduna və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar;

4.7. Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, onların fərdiləşdirilməsi, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin, güllə və gilizlər üzərindəki izlərin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar, polisə telefon zənglərinin qəbulu üzrə xüsusi «102» xidmətinə — Zəng Mərkəzi Sisteminə (ZMS) daxil olan avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar, dəniz səviyyəsindən 1300 metrdən hündürlükdə yerləşən dağlıq ərazilərdə turizm sahəsində olan investisiya layihələrinin həyata keçirilməsi üçün, ehtiyaclarını yerli xammal və materiallar hesabına ödəmək mümkün olmadıqda, layihə çərçivəsində idxal edilən mallar;

4.8. lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal gömrük rüsumundan azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı təsdiq edilsin (əlavə olunur);

4.11. ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə);

4.13. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələr;

4.14. Xüsusi iqtisadi zonaya idxal edilən mallar (aksizli mallar istisna olmaqla);

4.15. milli yığma komandaların hazırlığı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları;

4.15. Azərbaycan Respublikasının Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədi ilə idxal olunan taxıl və taxıl emalı məhsulları;

4.16. «Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedici sənədi əsasında idxal gömrük rüsumundan azad olunan elmi cihazların və avadanlıqların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə Siyahısı» təsdiq edilsin (əlavə olunur);

4.17. «Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumundan azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı» təsdiq edilsin (əlavə olunur);

4.18. Beynəlxalq standartlara cavab verən su nəqliyyat vasitələrini istehsal edən strateji əhəmiyyətli sənaye müəssisələrinin tikintisi üçün layihə çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsdiqedici sənədləri əsasında idxal olunan mal və avadanlıqlar (2014-cü il yanvarın 1-dək qüvvədədir);

4.19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən alınan qeydiyyat şəhadətnamələri, sürücülük vəsiqələri, qeydiyyat nişanları, xidmətlə bağlı digər blanklar və büdcə vəsaiti hesabına idxal olunan avadanlıqlar.

4.20. İstehsal gücü gündə 5000 (beş min) ton klinker və ya ildə 2 (iki) milyon ton sement təşkil edən və APİ (American Petroleum İnstitute) standartlarına cavab verən quyu-tamponaj sementi istehsal edən sement zavodlarının tikintisi üçün layihə çərçivəsində idxal olunan mallar, materiallar və avadanlıqlar (2014-cü il yanvarın 1-dək qüvvədədir).

4.21. Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün idxal olunan qızıl.

4.22. «Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı» təsdiq edilsin (əlavə olunur).

4.23. “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).

4.24. Azərbaycan Respublikasının 2016-cı il üzrə yanacaq-enerji balansına uyğun olaraq Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut.

4.25. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2016-cı il mayın 1-dən 5 il müddətinə.

4.26. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar və onlara aid ötürücü anten fider sistemləri, həmçinin rəqəmli qəbuledici (çevirici) qurğular.

4.27. Azərbaycan Respublikasının 2017-ci il üzrə yanacaqenerji balansına uyğun olaraq, Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut.

4.28. “Velosiped istehsalı məqsədi ilə gömrük rüsumlarından azad olunmaqla idxal edilən ehtiyat hissələrinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).

4.29. “Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumlarından azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).

4.30. Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar

5. Müəyyən edilsin ki, mənşə ölkəsindən asılı olmayaraq bu qərarın «Azərbaycan Respublikası ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri» barədə əlavəsində göstərilən mallara idxal gömrük rüsumu onların Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomenklaturasına uyğun kodlar üzrə müvafiq dərəcələrlə, həmin əlavədə göstərilməyən digər mallara isə gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumu tətbiq olunur.

6. Müəyyən edilsin ki, dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların, hüquqi və fiziki şəxslərin xətti ilə təmənnasız paylanılması üçün humanitar yardım kimi gətirilən malların gömrük rəsmiləşdirilməsində, həmin malları gətirən humanitar təşkilatlar Azərbaycan Respublikası ərazisində mövcud qaydada qeydiyyatdan keçməsi barədə sənədi, digər hüquqi və fiziki şəxslər isə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığını gömrük orqanlarına təqdim etməlidirlər.

7. Azərbaycan Respublikasının xarici dövlətlərlə azad ticarət və kooperasiya haqqında sazişlərində malların idxalına gömrük idxal rüsumunun qarşılıqlı surətdə tətbiq edilməməsi nəzərdə tutulduqda, idxal olunan mallara gömrük idxal rüsumu tətbiq edilmir.

8. Müəyyən edilsin ki, bu Qərarın 4.1; 4.2; 4.3 və 4.4 yarımbəndlərində göstərilən malların sərbəst tədavülə buraxılması üçün, həmin mallar yenidən bəyan olunmalı və gömrük idxal rüsumları ödənilməlidir. Əks təqdirdə, malları satanlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.

Bu bəndin icrasına nəzarət Dövlət Gömrük Komitəsi, Ticarət Nazirliyi və Baş Dövlət Vergi Müfəttişliyi, büdcə təşkilatları üzrə isə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

9. İdxal əməliyyatları üzrə alınan gömrük rüsumlarının dövlət büdcəsinə tam həcmdə və vaxtında köçürülməsi Dövlət Gömrük Komitəsi və müvəkkil banklar tərəfindən təmin edilsin.

10. Dövlət Gömrük Komitəsi bu Qərarın icrası ilə əlaqədar müvafiq təlimatlar hazırlasın, Maliyyə Nazirliyi ilə razılaşdıraraq mövcud qaydada təsdiq etsin və zəruri tədbirlər həyata keçirsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 16 iyun tarixli 62 nömrəli qərarı, həmin qərarın 9-cu bəndi istisna olmaqla və 1997-ci il 15 iyul tarixli 79 nömrəli qərarı, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 1998-ci il 5 avqust tarixli 167 nömrəli qərarının 1-ci bəndinin 5-ci və 6-cı abzasları və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 1998-ci il 30 oktyabr tarixli 218 nömrəli qərarının 1-ci bəndinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına aid olan hissələri qüvvəsini itirmiş hesab edilsin.

12. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A. RASİZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (30 aprel 1998-ci il, №– 4, maddə 299).

5 avqust 1998-ci il tarixli, 167 nömrəli; 30 oktyabr 1998-ci il tarixli, 218 nömrəli; 27 fevral 1999-cu il tarixli, 25 nömrəli; 25 may 2000-ci il tarixli, 94 nömrəli; 6 iyul 2000-ci il tarixli, 112 nömrəli; 15 avqust 2000-ci il tarixli, 138 nömrəli; 7 sentyabr 2000-ci il tarixli, 164 nömrəli; 25 sentyabr 2000-ci il tarixli, 173 nömrəli; 26 sentyabr 2000-ci il tarixli, 174 nömrəli; 26 oktyabr 2000-ci il tarixli, 195 nömrəli; 12 aprel 2001-ci il tarixli, 80 nömrəli; 13 avqust 2001-ci il tarixli, 138 nömrəli; 15 aprel 2002-ci il tarixli, 65 nömrəli; 27 aprel 2002-ci il tarixli, 71 nömrəli; 31 yanvar 2005-ci il tarixli, 12 nömrəli; 1 fevral 2006-cı il tarixli, 31 nömrəli; 6 aprel 2006-cı il tarixli, 97 nömrəli; 26 iyul 2006-cı il tarixli, 185 nömrəli; 1 iyul 2008-ci il tarixli, 150 nömrəli; 25 iyul 2008-ci il tarixli, 168 nömrəli; 14 sentyabr 2009-cu il tarixli, 138 nömrəli; 15 sentyabr 2009-cu il tarixli, 140 nömrəli; 1 dekabr 2009-cu il tarixli, 186 nömrəli; 22 dekabr 2009-cu il tarixli, 196 nömrəli; 16 iyul 2010-cu il tarixli, 141 nömrəli; 13 dekabr 2010-cu il tarixli, 232 nömrəli; 25 yanvar 2011-ci il tarixli, 17 nömrəli; * 1 avqust 2011-ci il tarixli, 124 nömrəli; 24 yanvar 2012-ci il tarixli, 16 nömrəli; * 19 iyul 2012-ci il tarixli, 153 nömrəli; 19 oktyabr 2012-ci il tarixli, 239 nömrəli; 8 noyabr 2013-cü il tarixli, 323 nömrəli (dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir); 25 aprel 2014-cü il tarixli, 112 nömrəli (Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 10 il müddətində qüvvədədir), 10 iyul 2015-ci il tarixli, 264 nömrəli (Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 7 (yeddi) il müddətində qüvvədədir) Qərarlara əsasən dəyişikliklər və əlavələrlə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı

1. Mal qəsmində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri də daxil olmaqla malların, o cümlədən müşayiət olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində keçirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklərin, həmçinin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə gömrük dəyərinin 0,15 faizi miqdarında (10 ABŞ dollarından az olmayaraq), Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən Azərbaycan Respublikasının payına düşən mənfəət karbohidrogenlərinin neft kəməri vasitəsilə ixracı üzrə isə hər bir yük gömrük bəyənnaməsi üçün ixrac olunan malın dəyərindən asılı olmayaraq 275 ABŞ dolları miqdarında Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yığımları alınır.

2. Azərbaycan Respublikasının gömrük sərhədindən qrant haqqında müqaviləyə (qərara) əsasən qrant kimi alınan maddi yardım, humanitar və texniki yardım məqsədi ilə, habelə Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallar və nəqliyyat vasitələri, elektrik enerjisinin qarşılıqlı ötürülməsi üzrə gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmır.

3. Gömrük Yük Bəyannaməsinin hər bir əlavə vərəqi üçün sövdələşmə xarakterindən asılı olmayaraq 5 ABŞ dolları məbləğində Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla ödənc alınır.

4. Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit gömrük rejimi altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə 30 ABŞ dolları, hər əlavə Tranzit Yük Bəyannamələri üçün 10 ABŞ dolları miqdarında Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yığımları alınır.

5. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə:

  • yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün — 20 ABŞ dolları;
  • digər nəqliyyat vasitələri üçün 15 ABŞ dolları məbləğində Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq manatla ödənc alınır.

6. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük orqanlarının iş vaxtından kənar vaxtda və müəyyən edilmiş yerdən kənarda rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına 1 nömrəli əlavə

Azərbaycan Respublikasının ərazisinə gətirilən və gömrük idxal rüsumuna cəlb olunmayan malların siyahısı

Duz, kükürd, torpaq və daş, əhəng və sement-mal qruplarından yalnız 250100310; 250100510; 2502; 2503; 2504; 2505; 2506; 2507; 250830; 2509; 2510; 2511; 251311; 251690910; 2518; 251990900; 2521; 2524; 2527; 2528; 252910; 253010 mal mövqeləri

Filizlər, şlaklar və küllər

Mineral yanacaq, neft və neft emalının məhsulları — mal qrupundan yalnız 270111; 270112; 270710900; 270720900; 2708; 271000210; 271000910; 271000990; 271210100; 271220; 2716 mal mövqeləri

Qeyri-üzvi kimya məhsulları
Üzvi kimya birləşmələri
Əczaçılıq məhsulları

Sabun, səthi-aktiv üzvi maddələr, yuyucu maddələr, sürtkü materialları, sün`i hazır mumlar, şam və bənzəri məmulat, yapma pastaları, plastilin, diş həkimi üçün əsası gips olan birləşmələr — mal qrupundan yalnız 340211; 340213; 340490900; 340590100 mal mövqeləri

Zülali maddələr, nişasta, yapışqanlar, mayalar (fermentlər) mal qrupundan yalnız 350520100—350520900; 350699 mal mövqeləri

Partlayıcı maddələr, pirotexnik məmulatları, kibrit, pirofer xəlitələr, bəzi alışqan maddələr mal qrupundakı 3604; 3605 mal mövqelərindən başqa

Foto və kino malları qrupundan yalnız 370210000 (rentgen aparatları üçün plyonka) mal mövqeyi
Başqa kimyəvi məhsullar — mal qrupundakı 3805; 3819; 3820 mal mövqelərindən başqa

Plastik kütlələr və onlardan hazırlanmış məmulatlar —mal qrupundan yalnız 390110100; 390110900; 390120000; 390210; 3903; 390410000; 390511; 390710; 390720; 390730000; 390740; 390810; 390940; 391110; 391220190; 391520; 391732350; 392010900; 392030000; 392113; 392119900; 392350100 mal mövqeləri

Kauçuk və rezin məmulatı — mal qrupundan yalnız 400122000; 400129; 400211000; 400220; 400821900; 4010; 401130100; 401700110 mal mövqeləri

Oduncaq və oduncaq məmulatı, ağac kömürü — mal qrupundan yalnız 4406 mal mövqeyi
Mantar (tıxac) və ondan məmulatlar — mal qrupundan yalnız 450310000 mal mövqeyi

Oduncaqdan və ya bitki mənşəli başqa lifli materiallardan kağız kütləsi, kağız və karton tullantıları və makulatura mal qrupundakı 4707 mal mövqeyindən başqa

Nəşr olunmuş kitab, qəzet, reproduksiya və poliqrafiya sənayesinin digər məmulatları, əlyazmalar, makinada çap olunmuş mətnlər və planlar — mal qrupundan yalnız 4901; 4902; 4903; 4904; 4905 və 4906 mal mövqeləri

Yun heyvanların nazik və qaba tükləri — mal qrupundan yalnız 510710100; 510720100 mal mövqeləri

Odadavamlı kərpiclər, bloklar, lövhələr və analoji odadavamlı keramik materiallar — mal qrupundan yalnız 6902; 6903 mal mövqeləri

Şüşə və şüşə məmulatı — mal qrupundan yalnız 7002; 7008; 7010; 701910100; 701910510 mal mövqeləri
Qara metallar — mal qrupundan yalnız 7201 mal mövqeyi
Mis və mis məmulatı mal qrupundakı 7412; 7417; 7418; 7419 mal mövqelərindən başqa
Nikel və nikel məmulatı

Alüminium və alüminium məmulatı — mal qrupundakı 7610; 7611; 7612; 7613; 7615; 7616 mal mövqelərindən başqa

Qurğuşun və qurğuşun məmulatı
Sink və sink məmulatı
Qalay və qalay məmulatı

Başqa adi metallar, metal keramika və onlardan hazırlanmış məmulatlar — mal qrupundakı yalnız 8101; 8102; 810890100 mal mövqeləri

Qeyri-qiymətli metallardan digər mal mövqelərində göstərilməyən məmulatlar — mal qrupundan yalnız 8309 mal mövqeyi

Nüvə reaktorları, qazanları, avadanlıq və mexaniki cihazları, onların hissələri — mal qrupundakı 841451900; 841510000; 841581900; 841720; 841810900; 841821—841829000; 841830910; 841830990; 841840910; 841840990; 841850; 841891000; 841899900; 842211000; 842310100; 842381500; 8450; 845210; 8469; 8470; 847110; 847120100—847120600; 847191400—847191900; 847199; 8472; 8473; 8476 mal mövqelərindən başqa

Elektrik maşınları və avadanlığı, onların hissələri — mal qrupundakı 850710910; 850810; 8509; 8510; 8511; 8512; 8513; 8516; 851710; 851720; 851781100; 851810—851840100; 851840910—851850100; 8519; 8520; 8521; 8522; 8523; 8524; 852510900; 852520900; 852719000; 852721; 852731; 852732; 852739; 8528; 852910200—852910900; 8539; 854411900; 854419; 854419900; 854430900; 854511—854519900; 854590 mal mövqelərindən başqa

Dəmir yolu lokomotivləri və vaqonları, tramvay, onların hissələri və ləvazimatı, dəmir yolu və tramvay şəbəkəsi üçün yol qurğuları

Yerüstü (dəmir yolu və tramvay vasitələrindən başqa) nəqliyyat vasitələri — mal qrupundakı 8702; 8703; 8711; 8712; 8714 mal mövqelərindən başqa

Uçuş aparatları, kosmik aparatları, onların hissələri
Gəmi, qayıq və başqa üzən vasitələr mal qrupundakı 8903 mal mövqeyindən başqa

Optik fotoqrafiya, kinematoqrafiya, ölçü, nəzarət, yüksək dəqiqlikli, tibb və cərrahlıq cihazları və aparatları və onların hissələri, ləvazimatları 9004; 9006 mal mövqelərindən başqa

Silah və sursatlar, onların hissələri — mal qrupundakı yalnız 9301; 9302; 9305; 9306 mal mövqeləri
Sənət əsərləri, kolleksiya və əntiq əşyalar

İşlər müdiri
A. HACIYEV.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına 2 nömrəli əlavə

Azərbaycan Respublikası ərazisinə gətirilən və gömrük dəyərinin 5 faizi həcmində gömrük idxal rüsumuna cəlb olunan malların siyahısı

Canlı heyvanlar (damazlıq heyvanlar istisna olmaqla)
Taxıl və dənli bitkilər

Un və yarma sənayesi məhsulları, maya, nişasta, inulin, buğda özlüyü mal qrupundan yalnız 110813 mal mövqeyi

Sellak, kütrələr, qatranlar və bitki şirələri və cövhərləri qrupundan yalnız 130220100; 130231000 mal mövqeləri

Heyvan və bitki mənşəli piylər və yağlar; onların parçalanmasından əmələ gələn məhsullar; hazırlanmış ərzaq piyləri; heyvan və bitki mənşəli mumlar mal qrupundan yalnız 151190910 mal mövqei

Duz, kükürd, torpaq və daş, əhəng və sement — mal qrupundan yalnız 252010000; 252020 mal mövqeləri

Aşılayıcı və boyayıcı cövhərlər, boyaq maddələri, rəng və laklar, taninlər və onlardan törəmələr, müxtəlif mastikalar, mürəkkəb (mətbəə rəngi) — mal qrupundan yalnız 3204; 320810; 320890100; 320890910 mal mövqeləri

Oduncaq və oduncaq məmulatı, ağac kömürü, 4406 mal mövqeyindən başqa
Mantar (tıxac) və ondan məmulatlar mal qrupundakı 450310000 mal mövqeyindən başqa

Kağız, karton və onlardan düzəldilmiş, məmulat — mal qrupundakı 4803; 4810; 4814; 4817; 481810—481830000; 481920—481960000; 4820 mal mövqelərindən başqa

Yun, heyvanların nazik və qaba tükləri — mal qrupundan yalnız 510130000 mal mövqeyi
Pambıq — mal qrupundan yalnız 5203; 5205; 520614000; 520615; 520811900 mal mövqeləri
Başqa bitki mənşəli toxuculuq lifləri, kağız lifi və ondan hazırlanmış parça
Kimyəvi saplar
Kimyəvi ştapel lifləri

Hopdurulmuş və yeri təkrarən doldurulmuş toxuma materialları, bunlardan düzəldilmiş texniki məmulat — mal qrupundan yalnız 590210900; 591140000 mal mövqeləri

Daş məmulatları, gips, sement, azbest, mika (slyuda) və bunlardan düzəldilmiş məmulatlar — mal qrupundan yalnız 680610; 6814 mal mövqeləri

Şüşə və şüşə məmulatları qrupundan yalnız 7001; 7006; 7007; 702000100 mal mövqeləri

Təbii və ya yetişdirmə mirvari, qiymətli və ya yarım-qiymətli daşlar, metallar, qiymətli metallarla örtülmüş metallar və bunlardan hazırlanmış məmulatlar — mal qrupundan yalnız 710210000 mal mövqeyi;

Qara metallar (7201 mal möqei istisna olmaqla)
Qara metallardan məmulatlar mal qrupundakı 7323 mal mövqeyindən başqa

Nüvə reaktorları, qazanları, avadanlıq və mexaniki cihazları, onların hissələri mal qrupundan yalnız 847120100; 847120900; 847329000; 847330000 mal mövqeləri

Yerüstü (dəmir yolu və tramvay vasitələrindən başqa) nəqliyyat vasitələri — mal qrupundan yalnız 870290110; 870290190 mal mövqeləri

İşlər müdiri
A. HACIYEV.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına əlavə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral tarixli 25 nömrəli qərarının mətnində)

Azərbaycan Respublikası ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri

Qanunvericilik

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 2012-ci il 5 iyul tarixli 100/02/001 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının daşınması Qaydaları”nda dəyişiklik edilməsi barədə

Baxmaq PDF
22 Sentyabr 2021
“Ümumi risklərin idaraedilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
Baxmaq PDF
12 Aprel 2021

“Xarici dövlətlərin avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə daxil olması və bu ərazidən sərnişin və yük daşınması üçün istifadə etməsinə görə yol vergilərinin hesablanıb tutulması haqqında Təlimatın təsdiq edilməsi barədə” Dövlət Gömrük Komitəsinin 2003-cü il 14 mart tarixli 026 nömrəli əmrində dəyişiklik edilməsi haqqında

Baxmaq PDF
12 Aprel 2021

“Azərbaycan Respublikası ərazisinə idxal olunan mallara və aksiz tətbiq edilən minik avtomobillərinə aksiz vergisinin hesablanması və ödənilməsi qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Dövlət Gömrük Komitəsinin 1997-ci il 25 dekabr tarixli 1107 nömrəli əmrində dəyişiklik edilməsi haqqında

Baxmaq PDF
28 Dekabr 2020

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 22 iyul 2014-cü il tarixli 100/02/004 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Baxmaq PDF
28 Dekabr 2020

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 2012-ci il 5 iyul tarixli 100/02/001 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının daşınması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Baxmaq PDF
3 İyun 2020

“Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları”nın təsdiq edilməsi barədə

Baxmaq PDF
26 Fevral 2020

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 2019-cu il 09 dekabr tarixli “1000/05/001” nömrəli qərarı ilə təsdiq edilmiş “Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

Baxmaq PDF
12 Sentyabr 2019

“Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi Qaydaları”nın təsdiqi barədə

Baxmaq PDF
5 Sentyabr 2019

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Katibliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında

Baxmaq PDF
20 May 2019

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının “100/01/004 nömrəli 2013-cü il 30 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Baxmaq PDF
6 Mart 2019

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 2012-ci il 10 sentyabr tarixli 100/008 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi Gömrük Ekspertizası İdarəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Baxmaq PDF
30 Yanvar 2019

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

Baxmaq PDF
30 Yanvar 2019

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

Baxmaq PDF
12 May 2018

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 2015-ci il 4 may tarixli 100/03/002 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanları sistemində risklərin idarə edilməsi sisteminin tətbiqi qaydaları və formaları”nda dəyişiklik edilməsi barədə

Baxmaq PDF
9 Aprel 2018

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Kollegiyasının 2014-cü il 2 sentyabr tarixli 100/03/001 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsi yoxlama aparılması haqqında” Protokolun forması”nda dəyişikliklər edilməsi barədə

Baxmaq PDF
30 Yanvar 2018

“Gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi üzrə inzibati reqlament”in təsdiqi barədə

Baxmaq PDF
30 Yanvar 2018

“Mallar haqqında gömrük sərhəd buraxılış məntəqələrində qeydə alınan məlumatların verilməsi üzrə inzibati reqlament”in təsdiqi barədə

Mühasiblərin problemi: Gömrük dəyəri yoxsa İnvoys dəyəri?

Mən Fərdi Sahibkar kimi fəaliyyət göstərirəm və Oktyabr ayında ölkəyə 10.000 AZN invoice dəyərində mal idxal etmişəm, Gömrük orqanında bu malın dəyəri invocede aşağı göstərildiyi iddia olunaraq şişirdilərək Yük Gömrük Bəyənnaməsinin Statistik dəyər bölməsində 15.000 AZN dəyərində qiymətləndirilmiş və bu məbləğə 2700 AZN ƏDV hesablanmışdır. Dekabr ayında 6% ödəyicisi, Yanvar ayından isə ƏDV ödəyicisi olmuşuq və sahibliyimizdə qalan malların siyahısın təqdim etdiyimiz üçün Aprel ayına kimi ƏDV ni alış qiymətilə satış qiyməti arasındakı fərqdən hesablayacağıq.

Sual ondan ibarətdir ki, sahibliyimizdə qalan malın alış qiyməti dedikdə hansı yolla hesablanmış dəyəri nəzərə alırıq?

1-İnvoys dəyəri + ƏDV yəni 10000+2700=12.700 AZN
2-Gömrük dəyəri + ƏDV yəni 15000+2700=17.700 AZN

Cavab:

Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır. Gömrük qanunvericiliyi və mühasibat uçotunun aparılmasına dair Sizi maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq olaraq Dövlət Görük Komitəsinə və Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 139.2-ci, 143-cü və 162.1-ci maddələri.

Comments are closed, but trackbacks and pingbacks are open.