Azərbaycan dilində hansı sözlərin yazılışının dəyişəcəyi açıqlanıb – TAM SİYAHI
Ayrı-ayrı sözlərin yanaşması əsasında aşağıdakı hallarda səs-düşümü meydana çıxır.
Müasir Azərbaycan danışıq dili
Ədəbi dilə aid olmayan ünsiyyət formalarının cəmi danışıq dili adlanır. Danışıq dilinə eyni zamanda qeyri-ədəbi dil də deyilir.
Danışıq dilinin də ictimai həyatda xüsusi rolu vardır. Belə ki, bu dil xalqımızın əsasən ədəbi dili bilməyən və yaxud az bilən təbəqəsinə xidmət etdi. Danışıq dilinin rolu bununla məhdudlaşmır. Şifahi ünsiyyətdə ondan savadlı adamlar da istifadə edirlər.
Danışıq dilinin özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki, həmin xüsusiyyətlər onu ədəbi dildən fərqləndirir:
- danışıq dili xalqın mədəni tələblərini ödəmir, lakin ədəbi dil bütün mədəni tələblərin ödənilməsinə kömək edir;
- danışıq dilinin yazılı forması yoxdur. Ədəbi dil isə yazı ənənələri ilə sıx bağlıdır;
- ədəbi dilin bütün milli dil vasitələri hamı üçün eynidir. Lakin danışıq dilinə aid bəzi dialekt sözləri və formaları isə cəmiyyətin ancaq məhdud bir hissəsinə məxsusdur;
- danışıq dili ədəbi dilə nisbətən çox mühafizəçi olur. Burada dilin arxaikləşmiş ünsürləri mühafizə olunub uzun zaman saxlanıla bilir;
- ədəbi dil müəyyən normalara əsaslandığı halda, danışıq dili qeyri-normativdir. Buna görə də danışıq dili fonetik və orfoepik, leksik və frazeoloji, morfoloji və sintaktik əlamətlərinə əsasən ədəbi dildən fərqlənir. Bunu aşağıdakı müqayisələrdə aydın görmək olur:
Danışıq dilinin qrammatik xüsusiyyətləri öz sərbəstliyi ilə ədəbi dildən az-çox fərqlənir. Bu fərqlər sözlərin sırasında, cümlələrin quruluşunda və s.özünü göstərir.
Ədəbi dilin şifahi forması ilə danışıq dili bir-birinə çox yaxındır. Buna görə də ədəbi dilin şifahi formasına aid normaları təyin etmək, dəqiq müəyyənləşdirmək çox zaman çətin olur. Bu çətinlik şifahi ədəbi dillə danışıq dilinin bir-birinə çox yaxın və həm də hər ikisinin hərəki olmalarından irəli gəlir.
Danışıq dili ilə ədəbi dil arasındakı fərqlər get-gedə aradan qalxır və bunlar bir-birinə qovuşur. Şübhəsiz ki, müəyyən vaxtdan sonra bu fərqlər tamamilə silinəcəkdir.
Azərbaycan danışıq dili öz xarakterinə görə vahid deyildir. Bu cəhətdən danışıq dili tərkibinə görə iki qola ayırmaq olar: a) sadə danışıq, b) dialekt və şivələr olar.
Sadə danışığı hamı başa düşür. Lakin dialekt və şivəyə aid ünsürlər hamı tərəfindən eyni şəkildə anlaşılmır.
Azərbaycan dilinin dialekt və şivələri haqqında qısa məlumat
Ədəbi dildən fərqli olaraq ayrı-ayrı yerlərdə yaşayanların danışığında xüsusi cəhətlər olur.
Bu, yəni müəyyən bir yerin, yaxud rayonun fərqli danışığı başqalarından seçilir.
Ədəbi dildən və bir-birindən fərqlənən bu və ya başqa ərazinin yerli danışığı dialekt adlanır. Hər bir dildə bir neçə dialekt ola bilir. Dialekt fərqləri dilin həm fonetik sistemində, həm lüğət tərkibində, həm də qrammatik quruluşunda özünü göstərir. Dialektlər öz mahiyyətinə görə iki cür olur: a) yerli dialektlər, b) —sinfi— dialektlər və ya jarqonlar.
Yerli dialektlərin öz əsas lüğəti və qrammatik quruluşu olur. Buna görə də hər bir yerli dialekt inkişaf edir, müəyyən şəraitdə müstəqil dilə çevrilə bilir. Lakin sinfi dialektlər — jarqonlar bu xüsusiyyətə malik deyildir. Jarqonlar daha çox kapitalizm dövründə yalançı modalar əmələ gəlir. Bunların əməli əhəmiyyəti yoxdur və buna görə də xalqa xidmət etmir. Yerli dialektlərin yaranması və inkişafı feodalizmdə qüvvətli olur. Dialektlər məhz bu dövrdə müstəqil dillərə çevrilə bilir. Buna əlverişli şərait yaradan amil ayrı-ayrı feodallıqlar arasında ictimai, siyası, iqtisadi münasibətlərin zəif olması, möhkəm sərhəd yaradılmasıdır. Kapitalizmdə isə dialektlər inkişaf etmək əvəzinə, ümumi dil içərisində əriməyə başlayır. Bu və ya digər dialekt müstəqil dil kimi inkişaf edə bilmir; çünki həmin dövrdə milli dillər yaranır, milli dil yarandıqda isə dialektlər bilavasitə ədəbi dildən asılı olur.
Sosializm şəraitində dialektlərin ərimə prosesi daha da sürətlənir. Burada xalqın mədəni və iqtisadi inkişafı ilə əlaqədar olaraq, ədəbi dil yerli dialektlərə güclü təsir göstərir. Nəticədə dialekt xüsusiyyətləri tədricən azalır və sıradan çıxır.
Dilin dialekt və şivələrinin öyrənilməsinin böyük nəzəri və əməli əhəmiyyəti vardır. Dialekt və şivələrin öyrənilməsi bu və ya digər dilin tarixini təbliğ etmək üçün qiymətli material verir. Eyni zamanda dialekt sözləri vasitəsi ilə ədəbi dilin lüğət tərkibi zənginləşdirilir. Azərbaycan dilini dialekt və şivələrinin geniş və elmi şəkildə öyrənilməsinə sovet dövründə başlanmışdır. Dialektologiya məsələlərinə dair bir sıra elmi əsərlər yazılmışdır. Azərbaycan dilinin dialekt və şivələri coğrafi ərazi prinsipi üzrə 4 qrupa bölünür:
- Azərbaycan dilinin şərq qrupu dialekt şivələri. Buraya Quba, Bakı, Şamaxı dialektləri və Muğan, Lənkəran şivələri daxildir.
- Azərbaycan dilinin qərb qrupu dialekt şivələri və şivələri. Buraya Qazax, Qarabağ, Gəncə dialektləri və Ayrım şivələri aiddir.
- Azərbaycan dilinin şimal qrupu dialekt və şivələri. Buraya Şəki dialekti və Zaqatala-Qax şivələri daxildir.
- Azərbaycan dilinin cənub qrupu dialekt və şivələri. Buraya Naxçıvan, Ordubad, Təbriz dialekləri və Yerevan şivəsi (indi bu ərazi ermənilərin müvəqqəti işğalı altındadır) daxildir. Bunlar bir-birindən yalnız bir sıra fonetik, leksik, qrammatik xüsusiyyətlərinə görə az-çox fərqlənir.
Azərbaycan dilində fonetik hadisə və qanunlar
Dilin başqa cəhətlərində olduğu kimi, fonetik quruluşunda da bir sıra hadisə və qanunlar mövcud ola bilir. Bunlardan ədəbi dildə sabitləşənləri qanun hesab edilir. Danışıq dilində işlənərək ədəbi dildə qanuniləşməyənləri isə hadisə adlanır.
Dildəki fonetik hadisə və qanunlar hər bir dilin öz milli xüsusiyyətləri əsasında yaranır. Bu hadisə və qanunların dildə rolu çox böyükdür. Xüsusən başqa dillərdən alınan sözlərin ümumxalq dilinə uyğunlaşdırılmasında fonetik hadisə və qanunlar mühüm əhəmiyyət kəsb edir. Belə ki, bəzi alınma söz dilin tələblərinə uyğun gəlmədikdə ona yeni səs artırılır, yaxud əksinə, bu və ya başqa səs ixtisar edilir, yaxud dəyişdirilir və s.
Müasir Azərbaycan dilinin bir sıra fonetik hadisə qanunları vardır. Bu hadisələr qanunauyğun şəkildə, müxtəlif dövrlərdə və tədricən əmələ gəlmişdir.
Müasir Azərbaycan dilindəki fonetik hadisə və qanunlar bunlardır:
- assimilyasiya,
- dissimilyasiya,
- səsartımı,
- 4)səsdüşümü,
- yerdəyişmə,
- ahəng qanunu,
- cingiltiləşmə qanunu.
Bunların bəzisi bütövlükdə qanun kimi sabitləşmiş, bəzilərinin tərkibində isə hələ həm qanun, həm də hadisə xüsusiyyəti mövcuddur.
Məsələn, səslərin ahəngi məsələsi tam qanun şəklini aldığı üçün ədəbi dildəki həmin məsələ ahəng qanunu adlanır.Lakin səsartımı məsələsində sözlərə bitişdirici səslərin (n, y, s) əlavə edilməsi ədəbi dildə qanun kimi sabitləşməsinə baxmayaraq, məsələn, —r” səsi ilə başlanan sözlərin əvvəlinə samit artırılması elə hadisədir. Deməli, səsartımında həm qanun, həm də hadisə vardır.
Assimilyasiya
Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına deyilir. Məsələn, mən sözünü götürək. Bu sözə -dən şəkilçisi artırıldıqda sözün sonundakı n səsinin təsiri ilə şəkilçinin əvvəlindəki d səsi n səsinə keçir. Buna görə də həmin söz məndən əvəzinə, mənnən şəklində tələffüz edilir.
Assimilyasiya hadisəsi bir sıra səbəblərlə əlaqədar meydana çıxır. Bu hadisəsəslərin formalaşmasında, xüsusən fəal iştirak edən bu və ya digər üzvün bir vəziyyətdən başqa bir vəziyyətə keçməsi ilə yaranmış olur. Assilimiyasiyanın əmələ gəlməsində dilin, səs tellərinin və damaq pərdəsinin bir səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməsinin xüsusi rolu vardır. Belə ki, bunlardan, məsələn, dil birinci səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməyəndə assimilyasiya hadisəsi törəyir.
Ədəbi dilimizin orfoqrafiyasına dair normaların müəyyən-ləşdirilməsində assimilyasiyanın xüsusi rolu vardır. Lakin ədəbi dildəki assimilyasiya hadisəsi ilə danışıq dilinə məxsus assimilyasiyanı qarışdırmaq olmaz.
Azərbaycan dilindəki assimilyasiya hadisəsi istiqamətinə, keyfiyyətinə və digər cəhətlərinə görə müxtəlif və rəngarəngdir.
Assimilyasiyanın istiqaməti
Assimilyasiya istiqamətin görə iki cür olur: irəli assimilyasiya və geri assimiliyasiya.
- İrəli assimilyasiya. Birinci səsin ikinci səsə təsiri nəticəsində yaranan assimilyasiya irəli assimilyasiya adlanır.İrəli assimilyasiyanın istiqaməti kökdən şəkilçiyə doğru olur: məsələn:
Səndən — n — d == nn — sən
Sərinlik — n — l == nn — sərinniy
Bu misalların hamısında birinci yerdə duran səs özündən sonrakı səsə təsir edib onu assimilyasiyaya uğratmışdır. - Geri assimilyasiya. İkinci səsin birinci səsə olan təsiri nəticəsində əmələ gələn assimilyasiyaya geri assimilyasiya deyilir. Geri assimilyasiyanın istiqaməti şəkilçidən kökə və ikinci sözdən birinci sözə tərəf olur. Məsələn:
Dinməz-n-m-mm = dimməz
Yavaşca-ş-c == cc — yavacca
Dilimizdə irəli assimilyasiyaya nisbətən, geri assimilyasiya azlıq təşkil edir.
Assimilyasiyaya uğramış səs, təsirinə düşmüş səslə ya tam həmcinsləşir, ya da məxrəccə ona yaxın səsə çevrilir.
Assimilyasiyanın keyfiyyəti
Bu cəhətdən assimilyasiya hadisəsi tam və natamam olur.
1 ) tam assimilyasiya
Təsirə düşən səsin təsiredən səslə tamamilə həmcinsləşmə-sinə tam assimilyasiya deyilir.Məsələn:
Onlar—n—l== onnar
Şorlu—r -l == şorru
Bu misallarda n səsi l səsinə, r səsi l səsinə təsir edərək onu tamamilə eyni məxrəcli səsə çevirmişdir.
2 ) Natamam assimilyasiya
Təsirə düşən səsin təsiredən səslə tam həmcinsləşməsinə, ona yaxın səsə çevrilməsinə natamam, yaxud yarımçıq assimilyasiya deyilir. Məsələn:
Atlar -t- l == td – atdar
Gözlük — z-l ==zd gözdük və s.
Bu misalda l səsi m səsini və l səsi z səsinin düşmüş və başqa səsə çevrilmişdir.
Dissimilyasiya
Sözdəki eynicinsli səslərin birinin digərinə təsir edərək onu başqa səsə çevirməsinə dissimilyasiya deyilir. Məsələn, sararmaq və qararmaq sözlərinə nəzər yetirək.
Çəmənlər, bağçalar, bağlar sararsa,
Fəzalar dönərək sular qararsa,
Hər şeyi bir ölüm qorxusu sarsa
Əyilməm bir daha… bir həvəs məni.
(S.Vurğun)
Bu misalda sararsa və qararsa sözləri sarı və qara sözlərinə -raq şəkilçisi artırılmaqla düzəldilmişdir.
Lakin sonradan həm sararmaq, həm də qararmaq sözlərin-dəki birinci r səsi ikinci r səsinə təsir edərək onu l səsin çevirmiş və buna əsasən də hazırda həmin sözlər saralmaq, qaralmaq formasında deyilir.
Azərbaycan dilindəki dissimilyasiya hadisəsi öz istiqamətinə və sözdəki yerinə görə irəli və geri, yaxın və uzaq olur.
Sözdəki qonşu səslərin bir-birinə təsiri nəticəsində yaranan dissimilyasiyaya yaxın dissimilyasiya deyilir. Məsələn, hammal sözündəki birinci m səsi —qonşusu” olan ikinci m səsinə təsir edib, onu b səsinə çevirir. Buna görə də həmin söz hammal yox, hambal formasında tələffüz olunur.
Səsartımı
Azərbaycan dilinin təbiətinə görə sözdə iki sait, yaxud eyni hecada iki və daha artıq samit yanaşı işlənmir.Buna görə də sonu saitlə bitən sözlərə saitlə başlayan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılır ki, buna da səsartımı deyilir.
Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır: n, y, s. Bir neçə misal göstərək:
- y səsinə aid: su + (y)u, işlə + (y)ən, gözlə + (y)ən və s.
- S səsinə aid: başçı + (s)ı, əmi +(s)i, nənə +(s)i və s.
- N səsinə aid: Əli +(n)i, Vəli + (n)i və s.
Ədəbi dildə ancaq samitlərin artırılmasına təsadüf edildiyi halda, danışıq dilində sözlərə saitlərin də artırılması geniş yayılmışdır. Ümumiyyətlə, dialekt və şivələrlə sözün əvvəlinə səs artırılmasına alınma sözlərdə daha çox təsadüf edilir.Bu, əsasən 2 halda özünü göstərir.
- R səsi ilə başlanan sözlərdə. Məsələn: Rza əvəzinə İrza, Rayon əvəzinə İrayon və s.
- Qoşa kar samitlə başlanan sözlərdə. Məsələn: Şkaf əvəzinə İşkaf, Rast əvəzinə İrast və s.
Ümumiyyətlə, alınma sözlərin dilimizə uyğunlaşdırılmasında səsartımı hadisəsinin də xüsusi rolu vardır.Belə ki, dilimizdəki bir qrup sözlər, o cümlədən şəhər, fikir, isim kimi söz qrupları mənbə dildə şəhr, fikr, ism formasında olduğu halda, bizimdildə işlənərkən onlara i saiti artırılmış və beləliklə də, həmin sözlər Azərbaycan dilinin fonetik tələblərinə uyğunlaşdırılmışdır.
Səsdüşümü
Sözdən bu və ya digər səsin düşməsinə səs düşümü (eliziya) deyilir. Səsdüşümü həm saitlərdə, həm də samitlərdə müşahidə olunur. Lakin saitlərə nisbətən, samitlərin söz tərkibindən düşməsi azdır.
Azərbaycan ədəbi və danışıq dilində səsdüşümü hadisəsi müxtəlif şəkillərdə təzahür edir.
Ədəbi dil üçün xarakterik olan səsdüşümü hadisəsi iki vəziyyətdə özünü göstərir: 1) sözlə şəkilçilərin birləşməsi, 2) sözlərin yanaşmasında.
Sözlə şəkilçilərin birləşməsi zamanı aşağıdakı hallarda səs-düşümü hadisəsi yaranır.
1.İkihecalı sözlərə saitlə başlanan şəkilçi əlavə edildikdə sözün ikinci hecasındakı sait düşür; məsələn:
Fikir — fik(i)r + in – fikrin
Sinif — sin(i)f + in – sinfin
Əmir — əm(i)r + in — əmrin və s.
2.Sonu saitlə bitən miqdar saylarına saitlə başlanan şəkilçi qoşulduqda şəkilçinin əvvəlindəki sait düşür; məsələn:
İki — iki(i)nci – ikinci
Altı — altı(ı)ncı – altıncı
Yeddi — yeddi(i)nci — yeddinci və s.
3. Felin inkar şəkilçisini (ma, mə) qəbul etmiş sözlərə indiki zaman şəkilçisi artırıldıqda sait səslər düşür; məsələn:
Yazma — yazm(a) + (y)ır – yazmır
Bilmə — bilm(ə) + (y)ir – bilmir
Gəlmə — gəlm(ə) + (y)ir — gəlmir və s.
4. Bəzi sifətlərdən -ar şəkilşisi vasitəsi ilə fel düzəldilərkən şəkilçinin saiti düşür; məsələn:
Qara — qara + (a)rmaq — qararmaq
5.Sonu qoşa samitli sözlərə cəm şəkilçisi qoşulduqda qoşa samitlərin biri düşür; məsələn:
Fənn — fən(n) + lər — fənlər
Xətt — xət(t) + lər — xətlər
Sirr — sir® + lər — sirlər və s.
Ayrı-ayrı sözlərin yanaşması əsasında aşağıdakı hallarda səs-düşümü meydana çıxır.
1. İki müxtəlif sözün birləşməsi ilə mürəkkəb söz əmələ gətiriləndə sözlər arasında yanaşı gələn saitlərin biri düşür; məsələn:
- Mirzə Əli — Mirzəli,
- Ağa Əli — Ağəli,
- Əli Əsgər — Ələsgər,
- Əli İsa — Əlisa və s.
2. İdi, imiş, isə sözləri bəzən başqa felə bitişdirildikdə bunların birinci saiti düşür; məsələn:
- Gəlmiş + idi — gəlmişdi,
- Gəlib + imiş — gəlibmiş,
- Görmüş + isə — görmüşsə və s.
Səs yerdəyişməsi
Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə yerdəyişmə (metateza) deyilir; məsələn:
- Layihə — lahiyə — (yh — hy)
- Torpaq — topraq — (rp — pr)
- Fərhad — Fəhrad — (rh — hr)
- Yanlış — yalnış — (nl — ln)
- Məşhur — məhşur — (şh — hş) və s.
Yerdəyişmə dilimizdə geniş şəkildə yayılmamışdır. Bu, əsasən, danışıq dili üçün xarakterikdir. Dilimizdəki kirpik sözü danışıq dilində kirpik və kiprik formalarında işlənir; məsələn:
Çəkilib bağa divar,
Üstümə yağa divar.
Gözün bağ, qaşın bağman,
Kipriyin bağa divar.
(bayatı)
Atıbdı çoxlar məni,
Bircə yar yoxlar məni.
Amandır, elə baxma,
Kirpiyin oxlar məni.
(bayatı)
Ədəbi dil bu formalardan birini (kirpik) götürür.
Metateza bu və ya başqa bir dildəki, yaxud da qohum dillərdəki sözlərin etimologiyasını müəyyənləşdirməkdə xüsusi rola malikdir. Məsələni aydınlaşdırmaq üçün dilimizdəki göstərmək sözünə fikir verək. Bu söz vaxtilə, daha doğrusu, keçmiş dövrlərdə «görsət» formasında işlənmişdir; məsələn:
Çox nəstə sifətdə zahir olmaz,
Görsət üzünü bizə nəhani.
(Xətai)
Görsət sözü sonradan metateza hadisəsinə uğramışdır. Müasir göstər sözünün tarixində metateza hadisəsi baş vermiş olduğunu müəyyən etdikdən sonra, həmin sözün təşkil etdiyini söyləmək olur.
Ahəng qanunu
Sözdə uyğun səslərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Məsələn, quş və gün sözlərini götürək. Quş sözündəki u di-larxası, gün sözündəki ü isə dilönü saitdir. Buna görə də həmin sözlərə qoşulan şəkilçilərdəki saitlər də uyğun olur; məsələn: quş +lar, quş + dan, quş +u, quş + a, gün + dən, gün + lər, gün + ü və s.
Azərbaycan dili üçün ahəng qanunu çox xarakterikdir. Bu qanun həm söz köklərinə, həm də şəkilçilərə aiddir. Lakin —Azərbaycan ədəbi dilində ahəng qanunudaha çox sözlərə bitişən şəkilçilərdə özünü göstərir”.
Ahəng qanunu dilimizdə geniş şəkildə yayılmışdır. Burada həm saitlərin, həm samitlərin, həm də uyğun saitlərlə samitlərin bir-birini izləməsi müşahidə olunur. Bütün bunlara əsasən Azərbaycan dilində ahəng qanununun üç növü olduğu müəyyənləşdirilmişdir:
- Saitlərin ahəngi.
- Samitlərin ahəngi.
- Saitlərdə samitlərin ahəngi.
Saitlərin ahəngi
Sözdə dilin və dodaqların vəziyyətinə görə saitlərin bir-birini izləməsinə saitlərin ahəngi deyilir.
Azərbaycan ədəbi dilində dilin və dodaqların vəziyyətinə görə saitlərin ahəngi aşağıdakı formada özünü göstərir.
- Dilin vəziyyətinə görə saitlərin ahəngi. Dilin vəziyyətinə görə saitlərin ahəngi iki cür olur: dilönü ahəng və dil arxası ahəng.
- Dilönü ahəngə görə sözdə və sözə bitişən şəkilçi şəkilçi-lərdəki saitlərin hamısı dilönü (incə) sait olmalıdır; məsələn: məktəb + li +lər, iş + çi + lər, ördək + lər və s.
- Dilarxası ahənginə görə sözdə və sözə qoşulan şəkilçilərdəki saitlərin hamısı dilarxası (qalın) sait olmalıdır; məsələn: arı + çı + lıq, armud + dan, ağır + lıq və s.
Dilimizdə bu qaydaya tabe olmayan bir sıra sözlər vardır; məsələn: partiya, respublika, kino, teatr, ticarət, təşkilat, işıq, ilxı, ildırım və s. Bu qrup sözlərin əksəriyyəti başqa dillərdən alınmadır.
- Dodaqların vəziyyətinə görə saitlərin ahəngi. Dodaqların vəziyyətinə görə saitlərin ahəngi də iki cür olur: dodaq və damaq ahəngi.
- Dodaq ahəngi. Dodaq ahənginə görə sözdə və sözə qoşulan şəkilçidəki saitlərin hamısı dodaqlanan olmalıdır; məsələn: o + dun, uzun + çu + luq, öz + ümüz və s.
- Damaq ahəngi. Damaq ahənginə görə sözdə və sözə bitişdirilən şəkilçidəki saitlərin hamısı dodaqlanmayan sait olmalıdır; məsələn: gəmi + çi, geniş + lik, gənc + lər və s.
Dildəki sözlərin hamısı dodağın vəziyyətinə görə iki yerə bölünmür. Belə ki, bəzi sözlərdə həm dodaq, həm də damaq saiti ola bilir; turac, ocaq, ördək və s. sözlərdə olduğu kimi. Belə sözlər dodaq və ya damaq ahənginə tabe deyildir. Lakin dilin vəziyyətinə görə birincisi dilarxası, ikinci isə dilönü ahəngə tabedir.
Dilimizdəki sözlərə şəkilçi qoşularkən şəkilçidəki sait həmin sözün son hecasındakı saitə həmahəngləşir; məsələn: ədəbiyyat + çı, kolxoz + lar, lüğət + lər, məktəb + dən, bağça + ya, baba + sı, düşmən + imiz və s.
Samitlərin ahəngi
Azərbaycan dilində saitlərin öz tiplərinə görə bir-birini izləmələri olduğu kimi, samitlərin də bir-birini izləməsi qanunları vardır.
Sözdə kar samitlərin kar, cingiltili samitlərin isə cingiltili samitləri izləməsinə samitlərin ahəngi deyilir.
Samitlərin ahəngi iki şəkildə olur: 1) kar samitlərin ahəngi, 2) cingiltili samitlərin ahəngi.
- Kar samitlərin ahənginə görə sonu kar samitli sözlərə kar samitlə başlanan şəkilçi qoşulmalıdır; məsələn: seç + ki, səp + ki, kəs + kin və s.
- Cingiltili samitlərin ahənginə görə sonu cingiltili samitlə bitən sözlərə cingiltili samitlə başlanan şəkilçi qoşulmalıdır; məsələn: sər + gi, ver + gi, vur + ğu, dol + ğun, əz + gin və s.
Samitlərin ahəngi dilimizdə az yayılmışdır və bu qanun getdikcə məhdudlaşır. Buna görə də dilimizdəki bütün şəkilçilər bu qanuna uyğun gəlmir.
Saitlərlə samitlərin ahəngi
Müasir Azərbaycan ədəbi dilində təkcə saitlərlə saitlərin, yaxud samitlərlə samitlərin deyil, saitlərlə samitlərin də həmahəng-ləşməsi qanunu vardır.
Azərbaycan dilində əksərən dilarxası saitlərlə dilarxası samitlər həmahəngləşir. Eyni zamanda dilönü saitlərlə də dilin ortasında yaranan samitlər uyğunlaşır. Belə bir qanuna saitlərlə samitlərin ahəngi deyilir.
Dilimizdə demək olar ki, a, ı, o, u dilarxası saitləri ilə q, ğ, x samitləri, ə, i, ö, ü, e dilönü saitləri ilə k, g, y dilortası samitləri həmahəngləşir.
Azərbaycan dilində saitlərlə samitlərin ahəngi qanuna görə əvvəl gələn hecada arxa sıra saitlərdən (a, ı, o, u) biri olarsa, sonra gələn hecada arxa sıra samitlərdən (q, ğ, x) biri; əvvəl gələn hecada ön sıra saitlərdən (ə, e, ö, ü, i) biri olarsa, sonra gələn hecada da ön sıra samitlərdən biri (k, g, y) olmalıdır; məsələn:
Arxa sıra: otaq, buruq, sırıq, bağ, çox, toxunmaq.
Ön sıra: ətək, kötək, çiçək, ürək, köynək, tökülmək və s.
Cingiltiləşmə qanunu
Müasir Azərbaycan ədəbi dilindəki fonetik qanunlardan biri də cingiltiləşmədir. Başqa fonetik hadisələrdən fərqli olaraq, ahəng qanunu kimi, cingiltiləşmə də dildə sabitləşdiyi üçün qanun şəklinə düşmüşdür.
Sözdə kar samitin öz yerini cingiltili samitə güzəşt etməsinə cingiltiləşmə qanunu deyilir. Cingiltiləşmə sonu kar samitlə bitən bəzi sözlərə saitlə başlanan şəkilçi qoşulduqda baş verir; məsələn:
- K -> y -inək — inəy + i
- kəpənək — kəpənəy + i
- qəpik — qəpiy + i və s.
- T -> d — get -ged +im — ged + ək
- yarat — yarad + ım — yarad + aq və s.
Cingiltiləşmə hadisəsində kar səs, düşdüyü şəraitlə əlaqədar cingiltiləşir. Bu və ya başqa samit eyni şəraitdə bəzən cingiltiləşir, bəzən isə cingiltiləşmir; məsələn:
Et — ed + im — ed + ək
Ət — ət + im — ət + in və s.
Göründüyü kimi, burada t səsi d səsinə çevrilmişdir .
Azərbaycan ədəbi dilində heca
Danışıq zamanı tələffüz olunan bu və ya başqa birsöz asanlıqla hissələrə bölünür. Tələffüz edilərkən sözün bu cür parçalanan hissələrinə heca deyilir; məsələn: yol-daş, jur-nal, əs-gər və s.
Bir səsli, iki səsli, üç, dörd səsli hecalar: o, at+ta, a+dam, ü+züm, bu, əl, mən, biz, duz, söz, qəbz, turş, spirt, şmidt.
Sözlərdəki hecalar quruluşlarına görə eyni formada olmur. Bunlardan bəzilərinin sonu sait (ancaq saitdən ibarət olan heca da vardır), bəzilərinki isə samitlə bitir. Bu xüsusiyyətuinə görə hecalar iki yerə bölünür: a) açıq hecalar, b) qapalı hecalar. Sonu saitlə bitən hecalara açıq heca deyilir.
Məsələn: a+na, ba+cı, qo+ca, qa+pı, də+ri, a+cı və s.
Sonu samitlə bitən hecalara qapalı heca deyilir;məsələn: in+san, ic+las, ul+duz, oğ+lan, öv+lad, on+suz, ot+laq, or+du və s.
Sözdəki hecalar onları təşkil edən səslərin sayına, xüsusən samitlərin miqdarına görə və yerlərinə görə bir-birindən fərqlənir. Buna görə də hecaların müxtəlif tipləri vardır.
Azərbaycan ədəbi dilində vurğu
Müasir Azərbaycan ədəbi dilində vurğunun başlıca olaraq üç növü vardır; 1) heca vurğusu; 2) məntiqi vurğu; 3) həyəcanlı vurğu.
Məntiqi vurğuda cümlə daxilindəki bir söz aktuallaşır. Ak-tuallaşan cümlə üzvü informasiyasının bazasını(nüvəsini) təşkil edir. Məntiqi vurğu ilə cümlənin bir üzvünün aktuallaşması əslində, sintaktik aktuallaşmaya aid bir məsələdir. Ancaq cümlədə hər hansı bir üzvün aktuallaşaraq məna yükünü (informasiyanı) öz üzərinə götürməsində intonasiya (tonallıq) əsasdır. Tonallığın səslənmə səsə görə fərqləndirmə keyfiyyəti məntiqi vurğunu fonetik proseslə bağlıdır. Məntiqi vurğuda cümlədəki üzvlər öz yerini dəyişmir. Ancaq məntiqi vurğu ilə mənanın hansı üzvə aid olduğu təyin edilir:
- Mən indi kəndə gedirəm. (Yəni mən gedirəm)
- Mən indi şəhərə gedirəm. (Yəni indi gedirəm)
- Mən indi şəhərə gedirəm. (Yəni şəhərə gedirəm)
- Mən indi şəhərə gedirəm. (Yəni getməyi icra edirəm).
Sözdə qonşu olmayan səslərin bir-birinə təsiri əsasında yaranan dissimilyasiyaya uzaq dissimilyasiya deyilir. Məsələn, zərər sözündəki birinci r ilə ikinci r arasında başqa səs vardır. Lakin buna baxmayaraq, birinci səs öz həmcinsi olan ikinci r səsinə təsir edərək onu l səsinə çevirir ki, bunun da nəticəsində zərər əvəzinə, zərəl tələffüz edilir.
Sözdə iki eynicinsli səslərdən birinin öz yerini başqasına güzəştə getməsi hadisəsi danışıq dilində çox yayılmışdır. Bu hadisədən xalq poeziyasında, aşıq ədəbiyyatında da geniş istifadə olunur. Məsələn:
Bir ovçunun ovu getsə yaralı,
Gəzər dağı, olmaz səbri qəralı,
Məhəmmədəm düşdüm eldən aralı,
Çəkdi sinəmə bu dağlar mənim.
(Şair Məhəmməd)
Burada başqa məqsədlə də olsa qərar əvəzinə qəral işlədilməsi dissimilyasiyadır. Dildə dissimilyasiyaya uğrayan hər növ hadisə ədəbi dil üçün məqbul sayılmır. Məsələn, ədəbi dildə qəral yox, qərar yazılır və tələffüz edilir. Lakin qararmaq sözündə baş verən dissimilyasiya hadisəsi ədəbi dil üçün məqbul hesab olunmuşdur: buna görə də qararmaq əvəzinə qaralmaq yazılır və tələffüz edilir.
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə
- Teqlər:
- Azərbaycan dili
- , Azərbaycan dilinin fonetikası
- , fonetika
- , danışıq dili
- , orfoepiya
Azərbaycan dilində hansı sözlərin yazılışının dəyişəcəyi açıqlanıb – TAM SİYAHI
Bakı. 12 yanvar. REPORT.AZ/ “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanıb və ictimaiyyətə təqdim olunub. “Report”un xəbərinə görə, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib. Qaydalar layihəsi təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək. “Report” layihənin tam variantını təqdim edir: Əsl Azərbaycan sözlərinin yazılışı 1. Azərbaycan dilinin lüğət tərkibində əksəriyyət təşkil edən milli sözlərin bir çoxu deyildiyi kimi yazılır: addım, dəniz, gəlin, günəş, qoşun, oğul və s. 2. Son səsi [x] və ya [ğ] kimi tələffüz olunan milli sözlər q hərfi ilə yazılır: ayaq,barmaq, bulaq, dayanacaq, qatıq, qonaq, otaq, yaxşılıq, yanaq və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda q~ğ əvəzlənməsi baş verir: otağa, bulağın, qonağımız və s. Qeyd: Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər də q hərfi ilə yazılır: filoloq,ittifaq, müstəntiq, natiq, şəfəq, texnoloq, üfüq, vərəq və s. Əsl Azərbaycan sözlərindən fərqli olaraq, bu qəbildən olan sözlərin sonuna saitlə başlanan şəkilçi qoşulduqda yazıda heç bir dəyişiklik baş vermir: filoloqa, şəfəqi, üfüqə və s. 3. Son səsi [xʹ] kimi tələffüz olunan iki və çoxhecalı milli sözlər k hərfi ilə yazılır: bilək, birlik, külək, ürək, üzərlik, üzük və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda k~y əvəzlənməsi baş verir: biləyi, birliyimiz, ürəyim, üzüyün və s. Qeyd: Söz sonunda [k] kimi tələffüz olunan əksər alınma sözlərə isə bu qayda şamil edilmir, yəni onlarda əvəzlənmə baş vermir: əmlak-əmlaka, iştirak-iştirakımız, mexanik-mexanikə, şərik-şəriki, texnik-texnikin və s. 4. Son səsi həm [t], həm də [d] kimi tələffüz olunan iki və çoxhecalı milli sözlər d ilə yazılır: bulud, palıd, söyüd və s. Bu qayda ona əsaslanır ki, həmin sözlərə saitlə başlanan şəkilçi qoşulduqda sondakı samit [d] kimi səslənir. Qeyd: Polad, sənəd, təqaüd və s. kimi alınma sözlər də bu qaydaya əsaslanır. 5. Son səsi həm [k], həm də [g] kimi tələffüz olunan milli sözlər g hərfi ilə yazılır: çələng, pələng, səhəng, tüfəng və s. Dördüncü bənddəki qayda bu sözlərə də aiddir. Qeyd: Bu qayda ahəng, qəşəng, nəhəng kimi alınma sözlərə də şamil edilir. 6. Son səsi həm [c], həm də [ç] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır: kərpic, qılınc, ülgüc və s. Dördüncü bənddəki qayda bu bəndə də aiddir. 7. Ədəbi tələffüzdə ilk səsi [ı] ilə deyilən sözlər olmadığı üçün aşağıdakı milli sözlər i ilə yazılır: ilan, ildırım, ilğım, ilxı, ilıq, inanmaq, işartı, işıq və s. Alınma sözlərdə saitlərin yazılışı 8. O saitli alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, ensiklopediya, kollec, kollektiv, kombinat, laborant, Moskva, motor, obyekt, Odessa, poçtalyon, poema, poeziya, problem, professor, solist, velosiped və s. 9. İkinci hecasındakı saiti [i], bəzən də [ü] ilə tələffüz olunan ərəbmənşəli sözlər ənənəvi-tarixi prinsipə əsasən i ilə yazılır: külli (miqdarda), müdir, müdrik, müflis,müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s. Qeyd: Mühüm və üfüq sözlərindəki ikinci heca ü hərfi ilə yazılır. 10. Mənbə dildə tərkibində u saiti ilə yazılan və [yu] kimi tələffüz olunan aşağıdakı sözlər ədəbi dilimizin fonetik qaydalarına uyğun olaraq ü ilə yazılır: alüminium, bülleten, büro, jüri, karbürator, kompüter, Lüksemburq, paraşüt, süjet, tütor, uvertüra və s. 11 . Sonu a saiti ilə bitən alınma sözlər iki cür yazılır: a) Aşagıdakı sözlərin sonunda a hərfi yazılmır: aksiom, anket, aptek, atmosfer, fabrik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, qrup, leksem, lent, maşın, perspektiv, planet, pyes, reklam, rezin, sistem, sistern, sitat, teorem, vitrin və s. b) sonundakı a saiti atılarkən mənası anlaşılmayan və ya başqa məna verən sözlər mənbə dildəki kimi a hərfi ilə yazılır: botanika, doktrina, forma, kamera, qrammatika, norma, poetika, poeziya,respublika, taktika və s. Belə sözlərin sonunda a hərfi yazılmadıqda məna dəyişikliyi baş verir. Məsələn, botanika elm sahəsi olduğu halda, botanik sahə üzrə mütəxəssisdir. 12. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində metafor, profilaktori, sanatori şəklində verilmiş sözlərin metafora, profilaktoriya, sanatoriya kimi yazılması tövsiyə olunur. 13. Mənbə dildə birhecalı olub, tələffüz zamanı, adətən, sonundakı iki samit arasına i və ya ü saiti artırmaqla tələffüz olunan ərəbmənşəli sözlər iki cür yazılır: a) iki saitlə yazılanlar: ağıl, cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, Misir, nəsil, ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin; b) bir saitlə yazılanlar: cəbr, əmr, əsl, həbs, həsr (etmək),hökm, hüsn,hüzn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s., Bu qisimdən olan sözlərin bir çoxu iki saitlə yazıldıqda başqa mənalı sözlər – paronimlər alınır: əsl –əsil, əsr – əsir, həsr – həsir, kəsr – kəsir , nəfs – nəfis və s. Söz köklərində samitlərin yazılışı 14. Rus dilində tərkibində ц samiti olan Avropa mənşəli alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür: a) ümumi isimlər s ilə yazılır: aseton, dosent, konsert, lisey, sex, sement, senzura, sirk və s. Qeyd: Vitse sözü istisnadır, ts ilə yazılır. b) xüsusi isimlərdə sözün əvvəlində s ilə (Setkin, Sialkovski və s.); sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır: 15. Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür: a) sözün əvvəlində və sonunda işlənən щ samiti əvəzinə ş yazılır: borş, Şedrin, Şerba, Şors və s. b) Sözün ortasında işlənən щ samiti əvəzinə qoşa şş yazılır: Quşşin, meşşan, Pleşşunov, Vereşşagin və s. 16. Rus dili vasitəsilə dilimizə keçmiş aşağıdakı alınma sözlər (ümumi və xüsusi isimlər) əslinə uyğun olaraq h hərfi ilə yazılır: Haaqa, Hamburq, harmoniya, Havana, Hegel, hektar, heroqlif, Heyne, hidrogen, himn, hospital, Höte, humanizm və s. 17. Birinci və ikinci hecasındakı samiti, əsasən, [m] ilə tələffüz olunan sözlər n samiti ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zənbil. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır. 18. –iy, –skiy ilə qurtaran xüsusi isimlərin sonundakı y samiti yazılmır: Qorki, Mayakovski, Yaroslavski. 19. Kimyəvi element adları mənbə dildəki kimi yazılır: kalium, maqnezium, natrium və s. 20. Mənbə dildə [c] kimi tələffüz olunan alınma sözlər c hərfi ilə də yazılır: Cek London, cemper, Siciliya və s. 21. Mənbə dildə g samitli alınma sözlər g ilə də yazılır: biologiya, dialektologiya, general, genezis, geologiya, gigiyena, gimnastika, gitara və s. 22. Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır: əskər, əskinas, İskəndər, işkəncə və s. Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılmışdır. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir. 23. Mənbə dildə w samitli alınma sözlər Azərbaycan dilində v ilə yazılır: veb-sayt, Vilyam, vindos, vörd və s. Qoşasaitli və qoşasamitli sözlərin yazılışı 24. Kökündə eynicinsli və müxtəlifcinsli qoşa sait işlənən alınma sözlər ədəbi dildəki tələffüzündən asılı olmayaraq, qoşa saitlə də yazılır: ailə, bədii, camaat, əcaib, əmtəə, ideal, maaş, müalicə, okean, saat, stadion, zəif və s. 25.Milyon və milyard sözləri mənbə dildəki yazılışından asılı olmayaraq, bu şəkildə yazılır. 26. Hecalarından biri p samiti ilə bitib, sonrakı hecasının ilk samiti [b] kimi səslənən sözlər qoşa pp samitiilə yazılır: guppultu, hoppanmaq, şappıltı, tappıltı, toppuz və s. 27. Hecalarından biri k samiti ilə bitib, sonrakı hecasının ilk samiti [g] kimi səslənən sözlər qoşa kk samitiilə yazılır: mürəkkəb, mütəkkə, səkkiz və s. 28. Hecalarından biri t samiti ilə bitib, sonrakı hecasının ilk samiti [d] kimi səslənən sözlər qoşa ttsamitiilə yazılır: əlbəttə, hətta, Səttar və s. 29. Hecalarından biri q samiti ilə bitib, sonrakı hecasının ilk samiti [kʹ] kimi səslənən sözlər qoşa qq samiti ilə yazılır: diqqət, doqquz, saqqal və s. 30. İki sait arasında gələn qoşa samitli sözlər qoşa samitlə yazılır: ballada, kapella, kassa, klassik, qəyyum, libretto, nəqqaş, operetta, səyyar, şassi, vassal, və s. Qeyd: Mənbə dildə tərkibində ll, nn, pp qoşa samitləri olan alınma sözlər aşağıdakı kimi yazılır: paralel, anten, ton, qrup, aparat və s. 31. Mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: hüsnxət, kiloqram, kilovat, metal, mühüm, rəsmxət, sərhəd və s. 32. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, vatt, zənn, zidd və s. Belə sözlərə samitlə başlanan şəkilçi artırdıqda onların kökündəki qoşa samitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr – sirlər və s. Qeyd: Bu qayda hiss və küll sözlərinə şamil edilmir. Çünki həmin sözlərin son samitlərindən birini atdıqda onlar başqa məna daşıyır: his (ocağın hisi), kül (siqaretin külü). Hiss sözünə yalnız –siz şəkilçisini artırdıqdakökdəki s samitlərindən biri ixtisar olunur. 33. Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindənyalnız biri yazılır: ekspress – ekspres, konqress-konqres, stress – stres və s. 34. Mənbə dildə ss qoşa samiti ilə başlayan ssenari sözünün əvvəlində bir s hərfi yazılır: senari. Həmin sözdən düzələn sözlərdə də bu qaydaya əməl edilir. 35. Mənbə dildə söz ortasında qoşa ss samiti olan aşağıdakı sözlər də bir s hərfi ilə yazılır: masaj, pasaj, şose və s. 36. Mənbə dildə tərkibində qoşa mm samiti olan və sonu a saiti ilə bitən sözlər aşağıdakı kimi yazılır: diaqram, proqram, stenoqram, teleqram və s. 37. Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində –iyyat,- iyyət və -iyyə şəkilçisi olan sözlər qoşa yy samiti ilə yazılmışdır. Hazırda həmin sözlər bir [y] ilə tələffüz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkilçilər olan sözlərin bir y ilə yazılması məqsədəuyğun sayılır. Məsələn: cərrahiyyə – cərrahiyə, dövriyyə – dövriyə, ədəbiyyat – ədəbiyat, fəaliyyət – fəaliyət, maliyyə – maliyə, üslubiyyat – üslubiyat və s. Qeyd: Qəyyum, səyyah, səyyar, səyyarə, təyyar kimi sözlər istisnadır. Ehtiyat, mərsiyə, saniyə, təhkiyə, tərbiyə, təziyə, tövsiyə kimi sözlər isə indiyədək bir y ilə yazılmışdır və onların yazılışı olduğu kimi qalır. Şəkilçilərin yazılışı 38. Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır: 1) Bir cür yazılan alınma şəkilçilər: –i şəkilçisi: cənubi, daxili, elmi, həyati,Naxçıvani, şimali, Şirvani, tarixi və s. Sonu saitlə bitən sözlərdə bu şəkilçi –vi şəklində olur: ailəvi, dairəvi, Gəncəvi, kimyəvi, kütləvi və s. –varı şəkilçisi: buynuzvarı, qalxanvarı, üzükvarı, yüngülvarı və s. –stan şəkilçisi: Samitlə bitən sözlərdə bu şəkilçinin əvvəlinə ahəng qanununa uyğun olaraq ı, i, u, ü saitləri artırılır: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan. Saitlə bitən sözlərdə isə şəkilçi olduğu kimi qalır: Gürcüstan. 2) İki cür yazılan şəkilçilər: Kar samitlə bitənlərdə: –qan, –kən; cingiltili samitlə bitənlərdə –ğan, –gən: burulğan, çalışqan, deyingən, döyüşkən, sürüşkən, yapışqan və s. 3) Dörd cür yazılan şəkilçilər: –kı, –ki, –ku, –kü şəkilçisi: axşamkı, bildirki, gündüzkü, onunku, səhərki və s. Sifət və isim düzəldən –ı, –i, –u, –ü şəkilçisi: badımcanı, Ceyranı, çərkəzi, darçını, dərbəndi, gümüşü, narıncı, novruzu, Vağzalı və s. Sonu saitlə bitən sözlərdə bu şəkilçilərin əvvəlinə y samiti artırılır: bənövşəyi, buğdayı, xurmayı, sürməyi və s. 4) Feil köklərindən isim və sifət düzəldən şəkilçilər. Sonu kar samitlə bitən sözlərdə: – qı, –ki, –qu, –kü: asqı, pusqu, seçki, sürtkü və s. – qın, –kin, –qun, –kün: bitkin, ötkün, satqın, tutqun və s. Sonu cingiltili samitlə bitən sözlərdə: –ğı, –gi, –ğu –gü: bölgü, çalğı, vergi, vurğu; –ğın, –gin, –ğun, –gün: əzgin, qırğın, süzgün, yorğun. 39. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən. Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, –ci, –cu, –cü) yazılır: 2-ci, 3-cü, 6-cı, 10-cu. 40.Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X və s. Mürəkkəb sözlərin yazılışı 41. Aşağıdakı mürəkkəb sözlər bitişik yazılır: a) bir vurğu ilə deyilən müxtəlif sözlər: arabir, balacaboy, beşillik, beşmərtəbəli, bugünkü, Bülbüloğlu, Çərkəzqızı, dilucu, Əliağa, gülərüz, günəbaxan, hərgecəki, Həsənoğlu, köhnəfikirli, qalxanabənzər, qanunvericilik, qarasaçlı, Qənbərqızı, qurultayqabağı, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, türkmənşəli, ucdantutma, ümumbəşəri, yenifikirli və s. b) eyni feil kökünün təkrarı və a, ha bitişdiricilərinin vasitəsilə yaranan mürəkkəb isimlər: gəlhagəl, qaçaqaç, tutatut, vurhavur və s. Qeyd: Sözün kökü kar samitlə bitdikdə a, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır. c) eyni sözün təkrarı və ba, bə bitişdiricisinin vasitəsilə yaranan mürəkkəb zərflər: addımbaaddım, aybaay, günbəgün,ilbəil və s. ç) kino və foto sözləri ilə başlanan mürəkkəb isimlər: fotoalbom, fotomüxbir, kinofilm, kinoteatr və s. 42.Tərkibində anti, audio, avia, avto, makro, mikro, mini, mono, multi, nano, neo, post, super, ultrahissəcikləri olan mürəkkəb sözlər bitişik yazılır: antivirus, multikulturalizm, superdövlət, supermarket, aviasalon, avtopark, miniavtobus, nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, postsovet, postmodernizm və s. 43. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı mürəkkəb sözlər defislə yazılır: a) qoşa sözlər: adda-budda, aşıq-aşıq, az-maz, dedi-qodu, əzik-üzük, həlləm-qəlləm, kağız-kuğuz,qara-qura, qonaq-qara, sür-sümük, top-top və s. b) tərkibində eks, əks, kontr, qeyri, ober, vebhissəcikləri olan mürəkkəb sözlər: eks-prezident, əks-səda, kontr-admiral, qeyri-adi, qeyri-iradi, ober-leytenant, veb-dizayner, veb-səhifə, vitse-admiral; c) izafət tərkibləri: həddi-büluğ, külli-aləm, külli-ixtiyar, nöqteyi-nəzər, tərcümeyi-hal, tərzi-hərəkət; ç) cəhətlər arasını bildirən mürəkkəb sözlər: cənub-qərb, şərq-qərb, şimal-şərq; d) tərkibində mənaca bir-birinə yaxın və ya zidd anlayışları bildirən sözlər: ab-hava, adlı-sanlı, ağıllı-kamallı, alğı-satqı, az-çox, baş-ayaq, dərə-təpə, dinməz-söyləməz, elə-belə, gec-tez, iki-üç, naz-qəmzə, nəvə-nəticə, ölüm-itim, pis-yaxşı, söz-söhbət, təhvil-təslim, ucsuz-bucaqsız və s. e) ölçü vahidlərini bildirən isimlər: kiloelektron-volt, kilovat-saat, qram-kalori və s. ə) birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıq və tünd sözlərinin, eləcə də müəyyən məna çalarlığı bildirən ala sözünün iştirakı ilə yaranan mürəkkəb sifətlər: açıq-sarı, ala-seyrək, tünd-göy və s. Köməkçi sözlərin yazılışı 44. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran zərflərdən və feillərdən sonra ayrı, samitlə bitən feillərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata ikən, ata imiş, gəlirkən, gəlməli idi, gəlməli ikən, gəlməli imiş, gəlmiş imiş, gəlmişdi, uşaq idi, uşaq ikən, uşaq imiş və s. Qeyd: Saitlə bitən feillərdən sonra gələn bu köməkçi sözlərin ilk saiti buraxılaraq y bitişdiricisinin əlavəsi ilə yazılışı da məqbul sayılır: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəlməliydi və s. 45. Qoşmalar iki cür yazılır: 1) birhecalı qoşmalar (–can, –cən, –dək, –tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək; Qeyd: Xas qoşması istisnadır, aid olduğu sözdən ayrı yazılır: Bu dilə xas xüsusiyyət. 2) ikihecalı qoşmalar (ilə. kimi, qədər, ötrü, təki, təkin, üçün) aid olduqları sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün. Qeydlər: 1) İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq –la, –lə şəklində bitişik yazıla bilər: çəkiclə, qatarla, qələmlə və s. 2) etibarilə, köməyilə, məqsədlə, məqsədilə, münasibətilə, vaxtilə, vasitəsilə sözləri yalnız bu şəkildə yazılır. 46. Aşağıdakı mürəkkəb bağlayıcılar bitişik yazılır: çünki, habelə, halbuki, həmçinin, hərçənd, hərgah, nəinki, yaxud, yainki. 47. Aşağıdakı bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır: belə ki, buna görə də, bunun üçün, bununla da, daha da, guya ki, həm də, odur ki, ona görə də, ona görə, onun üçün də, tutaq ki, və ya, və yaxud, yoxsa ki. 48. Ədatlar sözlərdən ayrı yazılır: daha gözəl, dedim də, di get, ən yaxşı, gör ha, lap pis, sən ki. –mı, –mi, –mu, –mü; –sana, –sənə və -ca, – cə ədatları istisnadır. Onlar aid olduqları sözlərə bitişik yazılır: A kos-kosa, gəlsənə, torbanı doldursana? İndicə gəlmişsən?Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? Yaxşıca dincəldim. Qeyd: –mı, –mi, –mu, –mü sual ədatı –da, –də köməkçi nitq hissəsindən sonra işləndikdə ayrı yazılır: O, yenə də mi danışacaq? Sən də mi gedirsən? 49. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, ha-ha-ha, pəh-pəh, uy-uy, vay-vay 50. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray. Birinci hərfi böyük yazılan sözlər 51. Ad, soyad və təxəllüs bildirən sözlərin (bəy, oğlu və qızı sözlərindən başqa) birinci hərfi böyük yazılır: Bəxtiyar Vahabzadə, İmadəddin Nəsimi, Mehdi Hüseynzadə, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Nizami Gəncəvi, Səməd Vurğun, Süleyman Rüstəm, Süleyman Sani Axundov, Şah İsmayıl Xətai, Uzun Həsən, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli və s. Qeyd: Xüsusi isimlər cəm şəkilçisi qəbul etdikdə də böyük hərflə yazılır: Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzi Aslanovlar, Mehdi Hüseynzadələr və s. 52. Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işləndikdə böyük hərflə yazılır: Alapaça, Badə, Bəng, Bozdar, Qarğa, Qırat, Məstan, Samovar, Tülkü və s. 53. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün ilk hərfi böyük yazılır: Azadlıq meydanı, Çaldıran döyüşü, Dəmir dövrü, Xəzər dənizi, Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Şuşa qalası Versal sülhü, Vətən müharibəsi, Yeddiillik müharibə və s.Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü. 54. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası. 55. Yaradanın və səmavi kitabların adları böyük hərflə yazılır: Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s. 56. Planet adları, mifonimlər böyük hərflə yazılır: Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s. 57. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (adına, üzrə kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s. Qeydlər: 1) Tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s. 2) Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır. 3) Tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır: Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s. 58. Aşağıdakı mürəkkəb adların tərkibində olan sözlərin ancaq birincisi böyük hərflə yazılır: a) məşhur tarixi gün və bayram adlarında: İyirmi yanvar (20 Yanvar), Qurban bayramı, Səkkiz mart (8 Mart), Novruz bayramı və s. b) tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda: Sakit okean, Qara dəniz, Kür çayı, Baykal gölü, Bakı şəhəri, Salyan rayonu, Şüvəlan qəsəbəsi, Hökməli kəndi, Neftçilər prospekti, Azadlıq meydanı, Ə.Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət sarayı, Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu, Dardanel boğazı, Mil düzü, Nargin adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz dağı, Yasamal dərəsi, Qaraqum səhrası, İynə burnu. 59. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s. Qeyd: Azərbaycan Milli Qəhrəmanı mürəkkəb adında hər üç söz böyük hərflə yazılır. 60. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azərbaycan” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı”, “İstisu” mineral suları. Qeyd:Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk tamaşası və s. 61. Mirzə, hacı, şeyx, seyid, şah, soltan, bəyim və s. sözlər rütbə, ləqəb və titul bildirib, sözlərdən əvvəl gəldikdə böyük hərflə, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Fətəli xan, Hacı Qara, Heyran xanım, Mirzə Fətəli, Nadir şah, Seyid Əzim, Soltan Mahmud, Şah İsmayıl, Şeyx Nəsrullah və s. Qeyd: Ağa, bəy, xan, xanım sözləri insan adlarının tərkib hissələrini təşkil etdikdə bitişik yazılır: Ağacavad, Ağabəy, Əlibəy, Xanoğlan, Böyükxanım və s. Həmin sözlər adlara qoşularaq titul kimi və ya hörmət məqsədilə işləndikdə isə ayrı yazılır: Abbasqulu ağa (Bakıxanov), Üzeyir bəy (Hacıbəyli), Fətəli xan (Xoyski), Fatma xanım (Kəminə) və s. İxtisarlar (abreviaturlar) 62. İxtisarlar üç cür yazılır: 1. Tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m. (metr), c. (cild) və s. 2. Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAC (Azərbaycan Teleqraf Agentliyi) və s. 3. Sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod) və s. 63. İxtisarlara əlavə edilən şəkilçilər onların tələffüzünə uyğun olaraq yazılır: AMEA-dan, BMT-yə, MDB-nin və s. Sözün sətirdən sətrə keçirilməsi 64. Sözlər yeni sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər və s. Sözün bir saitdən ibarət olan hecasını sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz: a-ilə, a-zadlıq, iddi-a və s. Bu qəbildən olan sözlər sətirdən sətrə bu şəkildə keçirilir: ai-lə, azad-lıq, id-dia və s. 65. Saylar rəqəmlə yazıldıqda onlara artırılan şəkilçilər sətirdən sətrə keçirilmir: 5-cilər, 7-ci, 9-da və s. 66. Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçiləri də sətirdən sətrə keçirmək məqbul sayılmır: ADTU-da, BMT-nin, BDU-ya və s. 67. Ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını (M.F.Axundzadə, M.S.Ordubadi və s.) sətrin sonunda saxlamaq olmaz. 68. Durğu işarələri (tire, defis, mötərizə, dırnaq işarələri və s.) yeni sətrə keçirilmir. 69. Vaxtilə apostrofla yazılan cürət, məşəl, vüsət və s. sözlər apostrofa görə cür-ət, məş-əl, vüs-ət kimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin aşağıdakı şəkildə sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır: Qu-ran, cü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət,vü-sət və s.
Grundrisse – Grundrisse
Grundrisse дер Kritik дер Politischen Ökonomie ( основы Критике политической экономии ) является длительным, незаконченная рукопись немецкого философа Карла Маркса . Серия из семи записных книжек была набросана Марксом зимой 1857-1818 годов, главным образом в целях самооценки. Оставленный Марксом в 1858 году, он оставался неопубликованным до 1939 года.
Grundrisse очень широкий по тематике и охватывает все шесть разделов Маркса критики политической экономии (из которых только один, первого тома Капитала , когда – либо достиг окончательной форма). Его часто называют черновиком Das Kapital , хотя существуют значительные разногласия по поводу точной взаимосвязи между двумя текстами, особенно по вопросу методологии . Из-за своей широты и включения тем из более ранних работ Маркса Grundrisse занимает центральное место в творчестве Маркса. Его предмет включает в себя цены производства , производственные отношения , распределение , обмен , отчуждение , стоимость , труд , капитализм , развитие технологий и автоматизации , докапиталистические формы социальной организации и предпосылки коммунистической революции. Ученые отметили существенные различия между более ранними работами Маркса , такими как «Немецкая идеология» и «Коммунистический манифест» , и более поздними, «Капитал» и « Грундрисс» , предполагая, что взгляды Маркса эволюционировали, хотя основные темы остались прежними. Как Мартин Николаус и другие утверждали, то Grundrisse имеет решающее значение для понимания зрелой анализ Маркса капитализма, несмотря на то , исторически, она была гораздо менее влиятельной в развитии различных направлений марксистской теории , чем более ранние тексты , такие как Коммунистический манифест , Экономические и философские рукописи 1844 года , и немецкая идеология . Ближе к концу своей жизни Маркс, согласно Николаю, относился к последнему «со скептицизмом, граничащим с отвержением». Grundrisse , с другой стороны, был один из немногих текстов , которые Маркс говорил о «с тоном достижения и чувством выполненного долга.» Если это правда, то, возможно, основная причина заключается в том, что более содержательная первая часть «Немецкой идеологии» была в значительной степени написана Фридрихом Энгельсом, в то время как последующие части, высмеивающие языковые отступления и словесность левогегельянских философов, были написаны самим Марксом. . Французский философ Луи Альтюссер считал, что мысль Маркса была неправильно понята и недооценена. Он осудил различные интерпретации Маркса, такие как историзм, идеализм, экономизм, на том основании, что они не понимают, что марксистская « историческая наука», исторический материализм , представляет собой революционный взгляд на социальные изменения. Альтюссер полагал, что эти ошибки являются результатом (ошибочного с его точки зрения) представления о том, что все работы Маркса образуют единое целое. Альтюссер предложил радикальный « эпистемологический прорыв » в мысли Маркса, что можно увидеть, сравнив неопубликованные Grundrisse и Das Kapital .
Распространение
- 1939–41 Первое немецкое издание Институт Маркса – Энгельса , Москва
- 1953 Второе немецкое издание Dietz-Verlag , Восточный Берлин
- 1958–65 Японский перевод
- 1962–78 гг. Перевод на китайский язык
- 1967–68 французский перевод Роджер Данжевиль ( Международная коммунистическая партия )
- 1968–69 русский перевод
- 1968–70 итальянский перевод
- 1970–71 испанский перевод
- 1971 Шведский перевод
- 1971–77 чешский перевод
- 1972 Венгерский перевод
- 1972–74 румынский перевод
- 1973 Английский перевод
- 1974–75 словацкий перевод
- 1974–78 датский перевод
- 1979 сербский / сербско-хорватский перевод
- 1979 турецкий перевод
- 1985 словенский перевод
- 1985–77 персидский перевод
- 1986 Польский перевод
- 1986 финский перевод
- 1989–92 греческий перевод
- 2000 корейский перевод
- Перевод на португальский язык, 2008 г.
В Grundrisse» влияние сек
Перевод Grundrisse на английский язык в 1973 году оказал глубокое влияние на зарождавшуюся тогда область культурных исследований . Стюарт Холл, в то время директор Центра современных культурных исследований в Университете Бирмингема, провел несколько семинаров по введению Маркса в Grundrisse , в частности, «Метод политической экономии». Кульминацией этих семинаров стала публикация рабочего документа под названием «Заметки Маркса о методе:« Чтение »« Введения 1857 года »». Согласно Грегу Уайзу, в этом рабочем документе Холл закладывает основу для теорий сверхдетерминации и артикуляции. и то, и другое будет использовано в исследовании ограблений в Соединенном Королевстве, Policing the Crisis.
Сноски
дальнейшее чтение
- Боттомор, Том, изд. Словарь марксистской мысли . Оксфорд: Блэквелл, 1998.
- Чоут, Саймон. «Грундрисс» Маркса: Руководство для читателя. Лондон, Великобритания: Bloomsbury Academic. 240p. (Руководства для читателей) ISBN9781472526748
- Эллиотт, Джон Э., Grundrisse Маркса: видение созидательного разрушения капитализма . Журнал посткейнсианской экономики. Зима 1978-79 гг., Т. 1, No. 2, pp. 148-169.
- Харви, Дэвид . Пределы капитала . Лондон: Verso, 2006.
- Лалье, Адальберт Г. Экономика Grundrisse Маркса: аннотированное резюме . Нью-Йорк: Издательство Св. Мартина, 1989.
- Мандель, Эрнест . Становление экономической мысли Карла Маркса: 1843 г. к капиталу. Лондон: Verso, 2015.
- Мандель, Эрнест. Марксистская экономическая теория . Нью-Йорк: издательство Monthly Review Press, 1970.
- Негри, Антонио . Маркс за пределами Маркса: уроки Grundrisse . Бруклин: Autonomedia, 1989.
- Постон, Мойше . Время, труд и социальное господство: переосмысление критической теории Маркса. Кембридж [Англия]: Издательство Кембриджского университета, 1993.
- Роман Росдольский . Создание капитала Маркса . Лондон: Pluto Press, 1977.
- Тронти, Марио . Рабочие и капитал . Лондон: Verso, 2019.
- Учида, Хироши. Grundrisse Марксаи логика Гегеля . Террелл Карбер, изд. Лондон: Рутледж, 2015.
внешние ссылки
- Полный текст (в формате html на английском языке) , Интернет-архив марксистов, www.marxists.org/
Comments are closed, but trackbacks and pingbacks are open.