Press "Enter" to skip to content

Kaxa Kukava: “Gürcüstan Rusiya vətəndaşları üçün sərhədi bağlaya bilər” – MÜSAHİBƏ

Gürcü siyasi xadim, “Azad Gürcüstan” Partiyasının lideri Kaxa Kukava Oxu.Az-a müsahibəsində Tsxinvali separatçılarının təşəbbüsünü siyasi-hüquqi təxribat və anti-Gürcüstan isterikasının təzahürü adlandırıb:

ABXAZİYA MÜNAQİŞƏSİNİN REGİONAL İNTEQRASİYAYA TƏSİRİ

XX əsrin 90-cı illərində dünya siyasi xəritəsinin dəyişməsi nəticəsində Cənubi Qafqazda müstəqil dövlətlərin yaranması tranzit anlamda bölgəyə olan marağın artmasına gətirib çıxardı. SSRİ-nin dağılmasından sonra müstəqillik əldə edən dövlətlərin daxilində siyasi proseslərin dərinləşməsi, sovet dönəmindən qalan etnosiyasi münaqişələrin yenidən alovlanması regionda təhlükəsizliyin təmin olunmasına, regional inteqrasiya proseslərinə birbaşa təsir edən əsas amilə çevrildi. Soyuq müharibənin bitməsinə, təkqütblü sistemin yaranmasına baxmayaraq regionunun siyasi, geostrateji əhəmiyyəti Cənubi Qafqazda münaqişələr imsalında Rusiya və ABŞ arasında soyuq müharibənin hələ bitmədiyini göstərdi. Məqalədə müasir şəraitdə Gürcüstanın Abxaziya münaqişəsi prizmasından xarici siyasəti, qonşu dövlətlərlə münasibəti, münaqişələrin inkişaf dinamikası, böyük dövlətlərin məsələyə dair mövqeləri və hazırki durum təhlil olunur. Açar sözlər: Etnosiyasi münaqişə, Cənubi Qafqaz, Gürcüstan, Abxaziya, Rusiya amili, regional inteqrasiya.

Kaxa Kukava: “Gürcüstan Rusiya vətəndaşları üçün sərhədi bağlaya bilər” – MÜSAHİBƏ

Gürcüstanın Tsxinvali regionunun (qondarma Cənubi Osetiya Respublikası) separatçıları 2022-ci il aprelin 10-da keçiriləcək “prezident seçkiləri”ndən sonra Cənubi Osetiyanın Rusiya Federasiyasına qoşulması ilə bağlı “referendum” keçiriləcəyini elan ediblər.

Cənubi Osetiyanın “prezidenti” Anatoli Bibilov artıq bəyan edib ki, bu ərazinin Rusiya Federasiyasına daxil olması və Şimali Osetiya ilə birləşməsi halında vahid subyekt Osetiya-Alaniya adını ala bilər.

Şimali Osetiyanın özündə də təbii ki, bu ideyanı dəstəkləyiblər. Regionun rəhbəri Sergey Menyaylo bildirib ki, mövcud sərhədlər (əslində söhbət Rusiya-Gürcüstan sərhədlərindən gedir) sadəcə nomenklatur sərhədlərdir.

Maraqlıdır ki, abxaz separatçıları Rusiya ilə birləşməyə qarşı çıxdılar. Belə ki, Abxaziya “Təhlükəsizlik Şurası”nın “katibi” Sergey Şamba bildirib ki, cəmiyyətdə belə bir əhval-ruhiyyə yoxdur:

“Bizim siyasi və ictimai dairələrdə bu məsələ müzakirə olunmur”.

Gürcü siyasi xadim, “Azad Gürcüstan” Partiyasının lideri Kaxa Kukava Oxu.Az-a müsahibəsində Tsxinvali separatçılarının təşəbbüsünü siyasi-hüquqi təxribat və anti-Gürcüstan isterikasının təzahürü adlandırıb:

– Əgər Tsxinvalidə “referendum ideyası elanı və Rusiyanın reaksiyası üst-üstə düşməsə bu, bir o qədər də maraqlı xəbərə çevrilməzdi. Rusiya Federasiyasının yüksək vəzifəli nümayəndələri, deputatlar, parlament komitələrinin rəhbərləri bu fikri dəstəklədilər. Düzdür, bu fikirlər hələlik Kreml səviyyəsində deyil.

Bütün bunlar bizə əsas verir ki, bunun sadəcə Anatoli Bibilovun onda tez-tez baş verən mövsümi kəskinləşməsi deyil, hansısa planın bir hissəsi olduğunu hesab edək.

Bəs niyə məhz indi bu Moskvaya lazım oldu? Axı Gürcüstan hakimiyyəti Ukrayna ilə müharibədə Rusiyaya dəstək verməsə də, ən azı neytral mövqedən çıxış edir. Gürcüstanda isə əhalinin bir hissəsi bunu rusiyayönümlü mövqe kimi qəbul etdi. Ona görə də indi hansı gizli prosesin getdiyini anlaya bilmirəm.

Hamımız anlayırıq ki, “referendum”la bağlı bəyanat Gürcüstanda ictimai rəyin formalaşmasında mühüm rol oynayacaq. Son vaxtlara qədər xalq Gürcüstan hökumətinin fəaliyyətini, Ukraynadakı vəziyyətə neytral yanaşmasını ümumən dəstəkləyib. İndi isə sözügedən təşəbbüs Moskvada təsdiqlənərsə, ictimai rəy kəskin şəkildə əks istiqamətə dəyişəcək, anti-Rusiya əhval-ruhiyyəsi güclənəcək.

– Gürcüstan hakimiyyəti bu “referenduma” necə reaksiya verə bilər? Gürcüstanın Tsxinvali regionda asayişi bərpa etmək üçün hərbi ssenari mümkündürmü?

– Xeyr, güc variantı mümkün deyil. Sadəcə olaraq Gürcüstanın belə resursları yoxdur. Reaksiya variantları fərqli ola bilər. Birincisi: hakimiyyətin bu əhvalatın fərqinə varmadığı görüntüsü yaratmaq, hər şeyi ləngitmək. Ancaq bu müxalifət və insanlar üçün güclü “kozır” ola, onlar küçələrə çıxa bilərlər.

İkinci, daha real ssenari: Hakimiyyət Rusiya Federasiyasına qarşı əvvəllər tətbiq etməkdən çəkindiyi sərt sanksiyalar siyasətini tətbiq edəcək. Gürcüstan sərhədi Rusiya vətəndaşları üçün bağlana bilər. Yəqin bilirsiniz ki, Ukraynada müharibə başlayandan sonra Gürcüstana Rusiya vətəndaşlarının böyük axını qeydə alınıb. Hələlik hökumət buna əngəl törətməyib.

– Yeri gəlmişkən, abxaz separatçıları artıq Abxaziyanın Rusiyaya birləşməsini istəmədiklərini bəyan ediblər. Qondarma Abxaziya və Cənubi Osetiya niyə bu qədər fərqli mövqedədir?

– Abxaziya və Cənubi Osetiya əvvəldən bir-birindən fərqlənib. Abxaziyada hətta Moskvanın iştirakı olmadan da çoxdan abxaz millətçi hərəkatı var idi. Tsxinvalidə qondarma Cənubi Osetiya Respublikası SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən yaradılmış, sonra isə Rusiya Federasiyası tərəfindən dəstəklənmişdir. Abxazlar həqiqətən müstəqillikdən, milli dövlətdən danışırlar, osetinlərdə isə heç bir millətçilik yoxdur. Onlar üçün hansı dövlətə daxil olmağın heç bir əhəmiyyəti yoxdur, əsas odur yaxşı ödəsinlər.

İndi Abxaziyada mülayim qanad – “prezident” Aslan Bjaniya, “Təhlükəsizlik Şurası”nın “katibi” Sergey Şamba və başqaları hakimiyyətə gəlib. Onlar elə millətçilərdir. Məhz onlar gürcülərlə münasibətləri tənzimləmək zərurətindən danışmağa başladılar. Bunlar müəyyən təsir altında olsalar da, Kremlin əlaltıları deyillər. Amma onlar Abxaziyanın müstəqilliyinin kağız üzərində yox, real olmasını istəyirlər. Rusiya Federasiyasının tərkibinə daxil olmaq onlar üçün sadəcə mümkün deyil.

– Ancaq Tbilisi üçün Abxaziyanın müstəqilliyi də qəbul edilməz variantdır?

– Əlbəttə, qəbuledilməzdir. Ancaq onu deyim ki, bir çoxları, o cümlədən mən də Abxaziyanın Gürcüstanın tərkibində abxaz xalqının, dilinin inkişafı ilə bağlı tam zəmanət verilməsi, maliyyə-iqtisadi və siyasi muxtariyyətlərlə geniş muxtariyyət statusunu dəstəkləyirik. Ancaq mən bu məsələ ilə bağlı Gürcüstan ictimaiyyətində konsensus olub olmadığını bilmirəm.

Yeri gəlmişkən, abxazlar üçün Gürcüstanda daha yaxşı olacağına dair başqa bir arqument də var. Gürcüstan sivil dünyaya açılan pəncərədir. Rusiya isə, xüsusən də Ukrayna hadisələrindən sonra İkinci Dünya Müharibəsindən sonrakı SSRİ kimi “dəmir pərdə” arxasında duran ölkədir.

Nair Əliyev

Tbilisidə “Abxaziya, Osetiya, Dağlıq Qarabağ münaqişələri və perspektiv həlli yolları” mövzusunda konfrans keçirilib – FOTO

Tbilisidə “Abxaziya, Osetiya, Dağlıq Qarabağ münaqişələri və perspektiv həlli yolları” mövzusunda konfrans keçirilib – FOTO Konfransda vurğulanıb ki, Cənubi Qafqazda təhlükəsizlik təkcə bu region üçün deyil, bütövlükdə Avropa üçün vacibdir

24 Fevral , 2017 14:23

https://static.report.az/photo/2d2723cd-aada-4e9d-bff2-db720ccd3656.jpg

Tbilisi. 24 fevral. REPORT.AZ/ İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində “Abxaziya, Osetiya, Dağlıq Qarabağ münaqişələri və perspektiv həlli yolları” mövzusunda konfrans keçirilib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, konfransda Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov, “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əməkdaşı Faiq İsmayılov, Azərbaycanın və Gürcüstanın QHT nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər. Universitetin Qafqazşünaslıq İnstitutunun direktoru, professor Tsira Baramidze tədbiri açaraq deyib ki, tədbirin əsas məqsədi Cənubi Qafqazda baş verən prosesləri, xüsusən də Dağlıq Qarabağ, Abxaziya və Osetiyadakı münaqişəlrin baş vermə səbəblərini, acı nəticələrini müzakirə etmək, həlli yolları barədə fikir mübadiləsi aparmaqdır. Universitetin prorektoru Mixeil Çxenqeliya münaqişələrin baş vermə səbəblərinin və acı nəticələrinin gənc nəslə çatdırılmasında bu cür tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib. Konfransda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri barədə məlumat verib, Xocalı soyqırımının bu münaqişənin ən acı nəticələrindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, Xocalı faciəsi təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Səfir gənc nəslin Dağlıq Qarabağ, Abxaziya, Osetiya münaqişələri barədə məlumatlandırılmasının, bu faciələri törədənlərin cəzalandırılmasının vacibliyini vurğulayıb. Azərbycan Milli Məclisinin deputatı Elman Məmmədov çıxışında Abxaziya, Osetiya və Dağlıq Qarabağ münaqişələri arasında paralellər aparıb, beynəlxalq terrorizmin acı nəticələrindən danışıb. O, bu cür cinayətlərin bir mərkəzdən idarə olunduğunu bildirib. Deputat qeyd edib ki, beynəlxalq ictimaiyyət bu cür münaqişələrə, Xocalı faciəsi kimi, qanlı cinayətlərə kəskin münasibət bildirməlidir ki, gələcəkdə bu cür hallar təkrar olunmasın. Tarixçi alim Mamuka Areşidze çıxışında Azərbaycan və gürcü xalqlarının oxşar tarixi, Cənubi Qafqazda baş verən münaqişələrin tarixinə nəzər salıb, dost və qardaş xalqlar arasındakı birliyin əhəmiyyətindən danışıb. Sonra konfransda “Dağlıq Qarabağ münaqişəsinin məqsədi və həlli yolları”, “Gürcü-Abxaz münaqişəsi: münaqişələrin əsas aspektləri və həlli yolları”, “Qafqazda sabitlik və tərəfdaşlıq modeli: XXI əsrin siyasi coğrafiyasında” və s mövzularda məruzələr dinlənilib. AMEA-nın İnsan Hüquqları İnstitutunun əməkdaşı, “Abidələri mühafizə Təşkilatı” İctimai Birliyini sədri Faiq İsmayılov konfransda “Cənubi Qafqazda hərbi münaqişələrin yaranmasının səbəbləri və problemdən çıxış yolları” mövzusunda məruzə ilə çıxış edib. Məruzə və çıxışlarda dünyada və Cənubi Qafqazda baş verən münaqişələrin acı nəticələrindən bəhs olunub. Bildirilib ki, Cənubi Qafqaz hər zaman güc mərkəzilərinin diqqət mərkəzində olub. Dağlıq Qarabağa həsr olunmuş məruzələrdə qeyd olunub ki, Cənubi Qafqazda baş verən münaqişələr əsasən ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra başlayıb. Onları bu regiona köçürənlər regionu daim gərginlik altında saxlamağa çalışıblar. Bu gün postsovet məkanında baş verən 8 münaqişədən 3-ü məhz Cənubi Qafqazdadır. Bu bir daha Cənubi Qafqaz regionunun əhəmiyyətini göstərir. Çıxışlarda bir fikir xüsusi vurğulanıb ki, Cənubi Qafqazda təhlükəsizlik təkcə bu region üçün deyil, bütövlükdə Avropa üçün vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.