Press "Enter" to skip to content

Gənc alimlərin əsərləri

Milli.Az bildirir ki, fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq keçirilmiş “2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçirilib.

Gənc alimlərin problemləri və onların həlli yolları müzakirə olunmuşdur

Bakı, 14 may (AzərTAc). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda akademiyanın Gənc Alimlər Şurasının növbəti iclası keçirilmişdir.
Akademiyadan AzərTAc-a bildirmişlər ki, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov rəhbərlik etdiyi nümayəndə heyətinin Vilnüs şəhərində Avropa Gənc Alimlər Şurasının (Eurodoc) Baş Assambleyasının illik yığıncağında iştirak etdiyini və həmin tədbirdə Azərbaycan Respublikasının Şuraya üzv qəbul olunduğunu söyləmişdir.
İ.Orucov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması haqqında Prezident Sərəncamının əhəmiyyətindən danışmış, dövlət orqanları və gənclər təşkilatlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradıldığını diqqətə çatdırmışdır.
Tədbirdə gənc alimlərin sosial təminatının yaxşılaşdırılması, mənzillərin və yataqxanaların tikilməsi, elmi dərəcələrə görə verilən rütbə maaşlarının və doktorantların təqaüdlərinin artırılması, Prezident təqaüdünün təsis edilməsi, nailiyyəti olan gənc alimlərə Fəxri adların və mükafatların verilməsi məsələləri müzakirə olunmuş, təkliflər verilmişdir.
Gənclərin dünyanın aparıcı elmi mərkəzlərinə ixtisas artırmağa göndərilməsi və mübadilə proqramlarının maliyyələşdirilməsi, bu məqsədlə Gənc Alimlər Fondunun yaradılması da müzakirə mövzusuna çevrilmişdir.
İclasda bunlarla yanaşı, gənc alimlərin innovativ ideyalarının, səmərəli təklif və ixtiralarının tətbiqi ilə bağlı mexanizmin formalaşdırılması, elm-istehsalat birlikləri və xüsusi konstruktor bürolarının yaradılması, “Gənc alimlərin əsərləri” məcmuəsinin, “İnsan və biosfer” beynəlxalq elmi jurnalının və monoqrafiyaların çap olunmasına dəstək verilməsi, internet portalın, Azərbaycan, ingilis və rus dillərində “İnformasiya bankının” və texnoparkların yaradılması barədə fikir mübadiləsi aparılmışdır.

Bizi sosial şəbəkələrdə izləyin

Gənc alimlərin əsərləri

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təsis etdikləri “Gənc Alimlərin Əsərləri” elmi jurnalının növbəti ingilis dilli versiyası “Proceedings of Young Scientists” çap olunub. 2008-ci ildən çap olunan jurnal gənc alim və tədqiqatçıların elmi əsərlərinin maneəsiz, növbə gözləmədən və geniş elmi auditoriyaya çatdırılmasını təmin etmək məqsədi daşıyır və çap olunan məcmuə sayca jurnalın 15-ci nömrəsidir.

Jurnalın 15-ci sayı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə işıq üzü görüb.

Elmin müxtəlif sahələrini əhatə edən məqalələrin yer aldığı jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elmin bütün istiqamətlərində tövsiyyə edilən elmi əsərlər sırasına daxildir. Jurnalda məqalələr ingilis dilində, xülasə və açar sözlər isə azərbaycan, rus və ingilis dillərində çap olunur.

Jurnal həm də 2014- cü ilin noyabr ayından dövri nəşrlər üçün nəzərdə tutulmuş Beynəlxalq Standart Nömrə (İnternational Standart Serial Number) alaraq beynəlxalq qeydiyyata alınmışdır. Gələcək hədəfdə jurnalın digər beynəlxalq elmi indekslər: CiteFactor, Copernicus, DOAJ, SCOPUS, Web of Science – Thomson Reuters və s. tərəfindən indekslənərək növbəti beynəlxalq statuslar qazanmasına nail olmaqdan ibarətdir.

Beynəlxalq redaksiya heyətindən ibarət jurnalın baş redaktoru Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucovdur.

Gənc alimlərin müsabiqəsinin nəticələri açıqlandı

Elmin İnkişafı Fondunun “2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin nəticələri açıqlanıb.

Milli.Az bildirir ki, fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq keçirilmiş “2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçirilib.

Müsabiqə alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdiyi elmi və elmi-təşkilati nailiyyətləri əsasında müsabiqə yolu ilə qiymətləndirilməsi və mükafatlandırılmasını nəzərdə tutur.

“2016-cı ilin alimi” mükafat müsabiqəsinin məqsədi Azərbaycanda 2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin və yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin Elmin İnkişafı Fondu tərəfindən müəyyənləşdirilmiş və beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılması olub.

Müsabiqənin nəticələrinə əsasən, “2016-cı ilin alimi” , “2016-cı ilin gənc alimi” nominasiyaları üzrə 12 alim (8 alim “2016-cı ilin alimi”, 4 alim “2016-cı ilin gənc alimi”) qalib elan olunub. Qaliblərdən 6-cı AMEA-nın müxtəlif institutlarını, digər 6 qalib isə Bakı Dövlət Universiteti (3 yer), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edir.

Müsabiqə nəticəsində Fizika, riyaziyyat və texnika elmləri üzrə 3, Kimya elmləri üzrə 4, Tibb, biologiya və aqrar elmləri üzrə 2, Humanitar və ictimai elmlər üzrə 3 alim qalib elan olunub.

Mükafat müsabiqəsinin ümumi maliyyələşdirilmə həcmi 32000 manatdır. “2016-cı ilin alimi” nominasiyası üzrə mükafatın həcmi 3000 manat, “2016-cı ilin gənc alimi” nominasiyası üzrə 2000 manat təşkil edib. Qaliblərə xüsusi hazırlanmış adlı medal və diplomlar təqdim olunub.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.