Press "Enter" to skip to content

Gəncə Memarlığı

Gəncənin tarixi.

25 il əvvəl Gəncənin tarixi adı bərpa olunub (FOTO)

Tarix boyu azadlıq, istiqlaliyyət uğrunda mübarizə aparan, qurbanlar verən qədim və qəhrəman Gəncə şəhərinin adının bərpasından 25 il keçir.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Tarix boyu azadlıq, istiqlaliyyət uğrunda mübarizə aparan, qurbanlar verən qədim və qəhrəman Gəncə şəhərinin adının bərpasından 25 il keçir. İgid və mərd gəncəlilər illərlə Gəncənin adının özünə qaytarılmasına çalışıblar. Xalqın ziyalılarının, eləcə də mütərəqqi fikirli vətəndaşların təkidi ilə məhz 1989-cu ilin 30 dekabrında qədim Gəncə öz adına qovuşub.

Gəncənin adı bir neçə dəfə dəyişdirilib. 4 min illik zəngin tarixə malik Gəncə şəhəri 1804-cü ildən 1918- ci ilədək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də, 22 fevral 1935-ci ildə şəhərin adı dəyişdirilərək Kirovabad olub. Nəhayət 54 il sonra 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin adı özünə qaytarılıb. O zamanlar Gəncənin adını bərpa etmək böyük çəsarət tələb edirdi. 1980-ci ildə isə ulu öndər Heydər Əliyevin təkidi ilə Gəncə şəhəri iki rayona bölünüb. Rayonlardan biri Kəpəz digər isə Gəncə adlandırılıb.

1989-cu ilin 29 noyabrında Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olunub. Gəncə adının bərpası təklifi qəbul edilib və ertəsi gün qərar verilib. Həmin ilin 30 dekabrında Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti bu qərarı təsdiq edib. Qərarda deyilirdi: “Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çoxsaylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə (18-ci bənd) uyğun olaraq “Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın”.

Gəncə Memarlığı

Gəncə Kiçik Qafqaz dağlarının şimal – şərq ətəyini geniş Kür – Araz ovalığı ilə birləşdirən, münbit torpaqlara və zəngin təbii sərvətlərə malik bir ərazidə yerləşir. Xalqımızın siyasi – iqtisadi və mədəni həyatında mühüm rol oynamış, bol suları, gözəl otlaqları, sıx meşələri və müxtəlif heyvanlar aləmi ilə zəngin olan bu diyar insanların nəsil – nəsil burada məskən salmasına şərait yaratmışdır.
Köhnə Gəncə şəhər xarabalıqları müasir Gəncənin mərkəzindən təxminən 5 – 7 km şimal – şərqdə Bakı – Tbilisi dəmir yolunun hər iki tərəfində geniş bir ərazidə yerləşir. Gəncə çayı (Murovdağ silsiləsinin şimal yamacından baş. /2814 m/, uz. 98 km) həm Köhnə, həm də Müasir Gəncə ərazisini iki hissəyə ayırır.
“Gəncə” sözünün etimologiyası haqqında mülahizələr müxtəlifdir. Belə ki, alimlərin çoxu (E.Benvenist, N.Y.Marr, Y.Markvart və b.) Gəncə sözünün kökünün İran (pəhləvi) dilindəki “gaznaka” (xəzinə, dəfinə, məhsul saxlanılan yer) sözündən alındığını, bəziləri isə (E.Resler) Azərbaycan dilindəki “gen (gencə) yer” sözündən alındığını bildiriblər. F.Məmmədov isə Gəncə adını tayfa adı ilə əlaqələndirir. XIV əsr müəllifi Həmdullah Qəzvini Gəncədən danışarkən “xəzinə” və “gencə” sözlərinin hər ikisindən istifadə etmişdir.

“Seçmə şəhərlər var – cəmi bir neçə,
Bütöv xəzinədir Arranda Gəncə.
Varı bol, suyu saf, barlı – bəhərli,
İqlimi mülayim, torpağı gencə”.

Çox güman ki, Gəncənin xəzinə adlanmasında onun Arranda (Dərbənddən Tiflisədək, cənubda isə Araz çayınadək olan tarixi ərazi) meydana gəldiyi ilk vaxtlardan təbii – coğrafi və strateji şəraitinə və ticarət – karvan yollarının üstündə yerləşməsinə görə ətraf yaşayış məskənlərinə nisbətən üstün mövqe tutmasıdır. Təsadüfi deyil ki, bir çox yazılı mənbələrdə Arranın (ölkənin) adı Gəncənin (şəhərin) adı ilə eyniləşdirilir. X əsr ərəb coğrafiyaşünası İbn Hövqəl yazır ki, “Arran elə Gəncədir”.
Gəncə şəhərinin adı kimi yaranma tarixi də son vaxtlara qədər dəqiqləşdirilməmiş qalırdı. XVI əsr müəllifi Məcdəddin əl – Hüseyni “Zinət əl – məcalis” əsərində Gəncənin əsasının Makedoniyalı İsgəndər (şərqdə hökmranlığı e.ə. 333 – 323 ) tərəfindən qoyulduğunu yazır. Mirxond Məhəmməd ibn Xavəndşah ibn Mahmud (1438 – 1498) “Rövzət əs – səfa” əsərində Gəncə şəhərinin Sasani hökmdarı I Qubad (489 – 531) tərəfindən, Həmdullah Qəzvini “Nüzhət əl – Qülub” əsərində şəhərin hicri 39 (659/60) ildə əsası qoyulduğunu bildirir.
Qədim səlnamələrdə olduğu kimi müasir yerli və əcnəbi tarixçilər də uzun illər Gəncənin nə vaxt salınması haqda ortaq fikrə gələ bilmirdilər.
IX əsrin ortalarında Azərbaycanda feodal dövlətlərinin yaranması şəhərin çiçəklənməsinə gətirir. Həmin dövrdə Gəncə Cənubi Qafqazda təkcə Bərdədən geriyə qalırdı. Lakin X əsrin ortalarında Bərdənin ruslar tərəfindən dağıdılması və şimaldan keçən ticarət yolunun üstün rol oynaması Gəncənin mövqeyini xeylı artırdı.
971 – ci ildə Şəddadilər sülaləsinin banisi Məhəmməd ibn Şəddadın oğlu Əli I Ləşkəri Salarilər dövlətini məğlub edərək paytaxt Gəncə olmaqla Şəddadilər dövlətinin (Gəncə əmirliyi (971 – 1088)) əsasını qoydu. Bu dövlət Arran, Naxçıvan, Sünik (Göyçə gölündən cənubda yerləşən tarixi ərazi), Qafan (Zəngəzur silsiləsinin c.ş. yamacları) ərazilərini əhatə edirdi. Şəddadilərin Gəncə əmirliyi ilə yanaşı Dəbil/Dvin (İrəvandan 35 km. cənubda) (951 – 1130), Ani (qərbi Arpaçayın sağ sahili, indiki Ocaklı, Qars yaxınlığı /Turkiyə/) (1072 – 1199) əmirlikləri mövcud olmuş və bu əmirliklər də mərkəz Gəncəyə tabe olmuşlar.
XI əsrin I yarısında Arran ruhaniləri dini idarəni (Alban katolikosluğunu) də Bərdədən Gəncəyə köçürdülər. Gəncə həm inzibati, həm də dini paytaxt olur. XI əsrin 40 – cı illərində Gəncədə olmuş Qətran Təbrizi Gəncənin gözəlliyindən danışaraq yazmışdı: “Gəncə indi cənnət bağçasına dönmüşdür”.
Şəddadi Şavur (1049 – 1067) 1063 – cü ildə Alanların Arrana basqınından sonra Gəncə ətrafına möhtəşəm qala divarları çəkdirmiş, dəmirçi İbrahim ibn Osman tərəfindən qala qapıları hazırlanmışdır. Qalanın ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunmuşdu. Artıq bu dövrdə Gəncə “İçəri şəhər” – “Narınqala”, “Bayır şəhər” – “Şəhristan” və sənətkarlar məhəlləsi – “Rabad” dan ibarət idi. Belə bölgü Şərqdə orta əsr şəhərləri üçün səciyyəvi hal idi.
Səlcuq sultanı Alp Arslan (1063 – 1072) əvvəl Ermənistanın, daha sonra isə Tbilisi və Rustavinin idarə olunmasını da Şəddadilərə tapşırmışdı. 1072 – ci ildə Şəddadi II Fəzlin Səlcuqilərdən pul ilə Ani şəhərini satın alması Gəncə əmirliyinin qüdrətindən xəbər verir.
Gəncənin sürətlə yüksəlməsi Səlcuq sultanlarını narahat edirdi. Odur ki, 1088 – ci ildə Səlcuqilər tərəfindən Gəncə mühasirəyə alınır və Şəddadilərin Gəncə əmirliyinə son qoyulur. Şəhər Səlcuqi canişinlər tərəfindən idarə olunmağa başlayır.
Gəncə şəhəri Atabəy Eldənizlər sülaləsinin hökmranlığı dövründə (1136 – 1225) daha sürətlə inkişaf edir, Yaxın Şərqin ən möhtəşəm şəhərlərindən birinə çevrilir. “Aranın anası” (İbn əl – Əsir (XIII əsr)), “Ən böyük şəhəri” (Fəzlullah Rəşidəddin (1247 – 1318)) sayılan Gəncə şəhəri 1139 – cu il sentyabrın 30 – da dəhşətli zəlzələyə məruz qalır. Mənbələrdə (İbn əl – Əsir) ölənlərin sayı 230 min nəfər qeyd edilir. Gəncəli Kirakos (XIII əsr) yazırdı: “dəhşətli zəlzələ baş verdi, Gəncə şəhəri dağıldı, onun tikililəri əhalinin üstünə töküldü, zəlzələdən Kəpəz dağı uçdu və dağın arasındakı dərəni bağladı, nəticədə göl (Göy göl) əmələ gəldi.” Qəribədir ki müəllif bu zəlzələ nəticəsində yaranmış digər göllərin (Maral göl, Ceyran göl, Ördək göl, Zəli göl, Ağ göl, Qara göl və Şamlı göl) adını çəkmir. Kirakos həmçinin yazır ki, zəlzələdən sonra gürcü çarı I Demetre (1125 – 1156) şəhərə gəlib, onun darvazasını hərbi qənimət kimi öz ölkəsinə aparmışdır. Onun bir tayı XVII əsrdə Gelati monastırının örtüyü təmir olunarkən istifadə edilib, 2 – ci tayı isə həmin monastırda saxlanılır.
Feodal müharibələrinin və təbii fəlakətin vurduğu ağır zərbə və ziyanlara baxmayaraq, XII əsrin sonu – XIII əsrin əvvəllərində bərpa işlərindən sonra Gəncə Azərbaycanın iri şəhərlərindən birinə çevrilir. Həmin dövrdə ipəkçilik xüsusilə inkişaf etmişdi. XI əsrdə Nizam əl – Mülk (1019 – 1092) yazırdı ki, Gəncə ipəyindən tikilən paltar Səlcuq imperiyasında yüksək rütbəli hərbiçilərə hədiyyə olaraq verilirdi. XIII əsr müəllifi Zəkəriyyə Qəzvini isə qeyd edirdi ki, “Gəncə ipəyi gözəlliyinə görə başqa ölkələrin ipəyindən üstün idi”.
Bu dövrdə Gəncənin nəinki Azərbaycanın, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəni mərkəzlərindən biri idi. Gəncə dünya ədəbiyyatı xəzinəsinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əbül Üla Gəncəvi, Qivami Mütərrizi kimi böyük şəxsiyyətlər bəxş etmişdir.
“Dolğunluğunu və böyüklüyünü dil və sözlə təsvir etmək mümkün olmayan, ömrünün sonuna qədər Gəncədə yaşamış, Gəncədə dünyaya gəlib, orada vəfat etmiş Cəmaləddin Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki Müəyyəd Nizami (1141 – 1209) ən böyük söz ustadı və mütəfəkkiri” (Dövlətşah Səmərqəndi) “Xəmsə” adlanan beş böyük həcmli əsəri ilə dünya şöhrəti qazanmışdır.
Lakin bir çox Azərbaycan şəhərləri kimi, XII – XIII əsrin əvvəllərində Gəncənin sürətlə inkişafı çox çəkmir. Belə ki, XIII əsrin əvvəllərində Uzaq Şərqdə böyük Monqol xaqanlığının yaranması geniş istilaların başlanması ilə nəticələndi. Bu istilalar nəticəsində digər şəhərlər kimi Gəncə də talanlara məruz qalırdı.
1225 – ci ildə Gəncə Xarəzmşah Cəlaləddin tərəfindən işğal olundu. Cəlaləddin Gəncədə məskun olduğu dövrdə istismar həddini aşmış, əhalinin vəziyyəti daha da ağırlaşmışdı. Buna etiraz olaraq 1231 – ci ildə “Əxi” təşkilatının rəhbərlərindən biri Bəndərin başçılığı altında sənətkarların və kəndlilərin Cəlaləddin və onun məmurlarına qarşı üsyanı oldu. Məmurlar qətlə yetirildi, Cəlaləddin isə şəhərdən qaça bildi. Gəncənin idarəsi üsyançıların əlinə keçdi. Lakin bu uzun çəkmədi. Sultan Cəlaləddinin süvariləri hücumla şəhərə daxil oldular, qanlı küçə vuruşlarından sonra qələbə çalan Cəlaləddin üsyançılara divan tutdu. Bəndər vəhşicəsinə edam olundu. Elə həmin il (1231) monqollarla doyüşlərin birində Cəlaləddin öldürüldü. Gəncəlilərin müqavimətinə baxmayaraq 7 günlük mühasirədən sonra çoxsaylı monqol ordusu şəhərə daxil ola bildi. Gəncə o dərəcədə darmadağın edildi ki, şəhər 4 il əhali yaşamayan boş bir səhraya bənzəyirdi. Yalnız 1239 – cu ildə şəhərin bərpa olunmasına başlandı. XIII əsrin ortalarında Azərbaycanda olmuş Avropa səyyahı V.Rubruk yazırdı ki, Gəncə artıq abad və gözəl şəhərdir.
1259 – cu ildə Gəncə paytaxtı Təbriz olan monqol Hülakulər dövlətinin tərkibinə daxil oldu. Hülaku Qazan xanın (1295 – 1304) həyata keçirdiyi islahatlar digər şəhərlər kimi Gəncənin də bərpa edilməsinə və məhsuldar qüvvələrin inkişafına səbəb oldu. Lakin onu da qeyd etmək lazımdır ki, Qazan xanın islahatları ümumilikdə ölkədə gedən böhranın qarşısını alsa da, monqolların hakimiyyətinin Azərbaycanda iflasa uğramasının qarşısını ala bilmədi. 1357 – ci ildə yerli feodallardan Cəlairi Üveys Hülakulər dövlətini, daha doğrusu bu dövləti formal da olsa qoruyub saxlayn Çobani feodal qrupunu süquta uğratdı. Lakin Cəlarilər sülaləsi dövründə də (1357 – 1410) Azərbaycanda sabitlik yaranmadı. Ölkənin iqtisadi həyatında baş verən canlanma uzun sürmədi.
XV əsrdə Gəncə bu dövrdə mövcud olmuş Azərbaycan Qaraqoyunlu (1410 – 1468) və Ağqoyunlu (1468 – 1501) dövlətlərinin tərkibində olmuşdur. 1501 – ci ildə Şah İsmayılın (1501 – 1524) başçılığı altında mərkəzi Təbriz olan Azərbaycan Səfəvilər dövləti (1501 – 1736) yaradıldı və qısa müddət ərzində bütün Azərbaycan ərazisi bu dövlətin ətrafında birləşdi. Səfəvi I Şah Təhmasibin hakimiyyəti (1524 – 1576) dövründə dövlətin idarəsini yüngülləşdirmək məqsədilə yeni inzibati bölgü yaradıldı. Gancə yaradılan bəylərbəyliklərdən birinin – Qarabağ (Gəncə) bəylərbəyliyinin paytaxtı oldu. Qarabağ bəylərbəyliyinin ilk əmiri Şahverdi xan təyin olundu. Qacar tayfasından olan Ziyadoğlu sülaləsi Şahverdi xandan başlayaraq nəsilbənəsil (XIX əsrin əvvəllərinə kimi Gəncə bölgəsini) Qarabağ bəylərbəyliyində hökmranlıq etmişlər.
XVI əsrin sonlarında Osmanlıların Azərbaycana hücumu ərəfəsində şəhər iqtisadi cəhətdən çiçəklənmə dövrü keçirirdi. 1588 – ci ildə Fərhad paşa başda olmaqla Osmanlı ordusu Gəncəni işğal etdi. Fərhad paşa Gəncədə çox qalmasa da, əhali ilə kobud rəftar edərək, bir çox ailəni şəhərdən qovdu.
Fərgad paşa III Sultan Muradın (1574 – 1594)göstərişi ilə Gəncədən 7 – 8 km. aralı qala tikdirib orada yeni Osmanlı qarnizonundan ibarət mühafizə dəstəsi qoyduqdan sonra Gəncəni tərk etdi.
Qarabağın qədin sakinlərindən olan Qacarlar, Otuzikilər, Cavanşir və b. tayfalar Gəncənin Osmanlıların əlinə keçməsi ilə heç cür razılaşmayıb Qarabağın sabiq bəylərbəyi Məhəmməd xan Ziyadoğlu Qacar ətrafında 100 min nəfərlik süvari və piyada qoşun toplayıb, 1589 – cu il martın 21 – də hərəkət edərək Gəncə qalasını mühasirəyə aldılar. Lakin Səfəvi taxtına yeni çıxmış I Şah Abbasın (1587 – 1629) Osmanlılara qarşı apardığı siyasət bu yürüşün yarımçıq dayandırılmasına səbəb oldu. Məhəmməd xan Ziyadoğlu yürüş dayandırıldıqdan və qoşun hissələri pərakəndə düşdükdən sonra gürcü çarı Aleksandrın təklifi ilə ona pənah apardı. Lakin Aleksandr xəyanət edərək onu Osmanlılara təhvil verdi. Məhəmməd xan İstambulda həbsxanaya salındı. 1590 – cı ildə Səfəvi və Osmanlı dövlətləri arasında sülh müqaviləsi imzalandıqdan sonra, III Muradın əmri ilə Məhəmməd xan Ziyadoğlu həbsdən azad edilib, əvvəlcə Bağdada, sonra isə Ərdəbilə göndərildi.
Ordusunu yenidən quran I Şah Abbas 1606 – cı ildə Gəncəni və ümumiyyətlə Qarabağı Osmanlılardan geri almağa cəhd etdi. 1606 – cı ilin mart ayında Şah Abbas Gəncənin 2 fərsəngliyində yerləşən şah bağında düşərgə saldı. O, Nizami Gəncəvinin məqbərəsi yanında Novruz bayramını qeyd etdikdən sonra Gəncə qalasına hücum etdi. Bu vaxt şəhərin divarı Gəncə çayı tərəfdən xeyli sökülmüşdü. Şah Abbas Qəmbər Sultan başda olmaqla orada bir neçə topçu qoydu ki, Osmanlılar qaladan kənara çıxa bilməsinlər. Gəncə uğrunda mübarizə 4 aya kimi davam etdi və 1606 – cı il iyulun 7 – də şəhər Osmanlılardan azad edildi. Məhəmməd xan Ziyadoğlu yenidən Gəncə bəylərbəyliyinin hakimi oldu və 1616 – cı ilədək bu vəzifədə qaldı. 1585 – ci ildə Osmanlılar tərəfindən Gəncədə tikdirilən və sonralar I Şah Abbasın əmri ilə bərpa olunan qala divarları Şahın göstərişi ilə 1615 – ci ildə dağıdıldı. I Şah Abbas Gəncədə olarkən qala divarlarını etbarsız saydığına görə şəhərin yerini dəyişdirməyi qərara aldı. O, buradan Tiflisə düşərkən Gəncənin dağıdılmasını əmr etdi. Beləliklə, I Şah Abbasın tez – tez ova çxdığı vaxt müşahidə edib seçdiyi yerdə 1616 – cı il mayın 10 – da yeni Gəncə şəhərinin bünövrəsi qoyuldu. Yeni şəhər məşhur memar Bəhaəddin Məhəmmədin layihəsi əsasında salındı.
Əlverişli coğrafi mövqeyə, strateji əhəmiyyətə, təbii sərvətlərə malik olmaqla bərabər ticarət – karvan yolu üstündə yerləşməsi sayəsində Yeni Gəncədə də iqtisadi həyat tədricən canlanmağa başladı. Şair Cəmaləddin Əbdürrəzzaq (XVII əsr) Gəncə haqda yazırdı: “Həqiqətən bütün dünyada Gəncə şəhəri kimi torpaq görməmişəm. Behişt rəngi və müşk qoxusu vardır. Gülabi su, zəfəranı torpaqdır. Həqiqətən elə oynaq havası vardır ki, orada hər zaman torpaq rəqsə gəlir”.
XVII əsrin I rübündə Gəncə şəhərindəki bir çox tikililər I Şah Abbasın adı ilə bağlı idi. Hətta I Şah Abbas yeni saldırdığı Gəncə şəhərini öz adı ilə Abbasabad adlandırmışdı. Lakin şəhər öz qədim adını saxlaya bildi. Yeni Gəncə köhnə şəhərin səviyyəsinə qalxa bilməməsinə baxmayaraq tədricən əhalinin sayının artması və ipəkçiliyin inkişafı bu şəhərin dirçəlməsinə şərait yaratdı. Bir sözlə, XVII əsrin əvvəlləri yeni Gəncə şəhərinin inkişafında yeni mərhələ hesab olunmalıdır.
Fransız Avral Filip Gəncəni “İranın ən yaxşı şəhəri” hesab edərək “gül – çiçəkli, yaşıllıq şəhəri” adlandırmışdır. Hollandiyalı rəssam Kornelide Brüyuenin (1703) yazırdı: “Gəncə Şamaxıdan 4 dəfə böyükdür. Orada çoxlu daş binalar vardır. Şəhərin çoxlu ikimərtəbəli binaları, gözəl enli küçələri, bazarı, böyük karvansaraları, şəhər hakiminin böyük və enli sarayı” diqqəti cəlb edir.
Həmin dövrdə yeni Gəncə şəhərinin uzunluğu bir fərsəng (6 – 7 km.), eni isə 0.5 fərsəng (3.35 km.) idi. Bu hesabla yeni Gəncənin sahəsi Köhnə Gəncənin sahəsi ilə təqribən eyni olmuşdur. Lakin əhalinin sayında xeyli fərq var idi. Belə ki, XVI əsrin 80 – ci illərində Gəncədə 50 min ailə (250 min nəfər) məskun olduğu halda, XVII əsrin 40 – cı illərində 6 min ailə (30 min nəfər) yaşamışdır.
XVIII əsrin əvvəllərində süquta məruz qalmış Səfəvi dövləti beynəlxalq aləmdə əvvəlki nüfuzunu xeyli itirmişdi. Başqa əyalətlərdə olduğu kimi, Azərbaycanda da mövcud üsul – idarəyə qarşı çıxan geniş xalq kütlələri silaha əl atmalı olurlar. Müşkürlü Hacı Davudun rəhbərliyi altında üsyançılar Şirvanda hakimiyyəti ələ keçirdikdən sonra Gəncəyə üz tutdular və şəhəri bir müddət mühasirədə saxladılar.
Dövlət qoşunlarına etibar etməyən Səfəvi Sultan Hüseyn vaxtı ilə İranda Hüseynqulu adı ilə yüksək hərbi vəzifə tutan Kartli çarı VI Vaxtanqa bütün Cənubi Qafqazın idarəsini vəd edib, onu Şirvan üsyanını yatırmağa çağırdı. VI Vaxtanq hətta I Pyotrun Cənubi Qafqaza qoşun çəkmək fikrində olduğunu bilib, onunla məktublaşmış və rus qoşunlarının köməyi ilə burada mütləq hakim olmaq arzusunda olduğunu bildirmişdir.
Rus qoşunlarının Azərbaycana yürüşü 1722 – ci ilin avqustunda başladı. Bu xəbəri eşidən VI Vaxtanq öz qoşunları ilə şm.q. – dən Gəncəyə tərəf hərəkət etdi. Hacı Davud Gəncənin mühasirəsindən əl çəkib Şirvana qayıtmalı oldu.
Sultan Hüseyn heç bir tədbir görə bilməsə də, birləşmiş gürcü və erməni dəstələri 3 aylıq mühasirədən sonra Gəncəni tərk etməli oldular. Əsas səbəb o idi ki, I Pyotr kömək üçün nəinki onlara qoşun göndərmədi, hətta özü 1722 – ci ildə işğal etdiyi Dərbənd qalasını da tərk etməli oldu.
VI Vaxtanqdan heç bir etibar görməyən Sultan Hüseyn kağız üzərində olsa da, Gürcüstanın və Azərbaycanın bir hissəsinin idarəsini Məhəmmədqulu xan adı ilə məşhur olan Kaxetiya çarı II Konstantinə həvalə etdi.
Səfəvilərin zəifləməsindən istifadə edən Rusiya Xəzər dənizinin qərb əyalətlərini tutduğu bir vaxtda Türkiyə bu hadisəyə biganə qalmayıb 1723 – cü ildə öz qoşunlarını Cənubi Qafqaz istiqamətində hərəkət etdirdi.
Türk qoşunları Gəncə şəhərində ciddi müqavimətə rast gəldilər. Komandan İbrahim paşa bir neçə dəfə gəncəlilərə tabe olmaq barədə tələbnamələr göndərdi. Sayca az olan gəncəlilər hiylə işlətdilər. Uzun sürən danışıqlardan sonra guya tabe olduqlarını bildirib, türkləri şəhərə buraxdılar. Türklər qalaya daxil olan kimi şəhər əhalisi qala darvazasını bağlayıb qəflətən hücuma keçdilər. Tələyə düşmüş türk qoşunları böyük tələfat verərək qaladan çıxıb geri çəkilməli oldular. Bu hadisədən sonra türklər Gəncəyə daha bir neçə dəfə uğursuz hücum etdilər.
Türk qoşunlarının Azərbaycan ərazisində şərqə yürüşü Xəzərboyu əyalətləri işğal edən rus qoşunları ilə toqquşmaya gətirib çıxara bilərdi. Bunu nə Rusiya, nə də Türliyə istəyirdi. Məhz buna görə 1724 – cü il iyulun 12 – də İstambulda Rusiya ilə Türkiyə arasında müqavilə imzalandı. Müqaviləyə əsasən Rusiya işğal etdiyi Xəzərboyu əyalətlərdə möhkəmlənməli oldu. Türkiyə isə Azərbaycanın (Şirvandan başqa) bütün torpaqlarını işğal etmək barədə Rusiyanın razılığını aldı. Müqavilədən sonra bütün cəbhə boyu hücuma keçən türk əsgərləri Azərbaycanın bir çox şəhərləri ilə yanaşı, 1725 – ci ilin avqustunda Gəncə şəhərini də işğal etdilər. Şəhərdə Türk üsul idarəsi yaradıldı. Gəncə bəylərbəyliyi sancaq və oymaqlara bölündü.
Səfəvi qoşunlarına rəhbərlik edən istedadlı sərkərdə Nadir Qulu xan 1734 – cü ildə Osmanlıların Şm. Azərbaycanda əsas dayaq nöqtəsi sayılan Şamaxı şəhərini 2 ay mühasirədən sonra alıb, Gəncəyə tərəf yürüş etdi. Nadir Qulu xanın qoşunları burada da ciddi müqavimətə rast gəldilər. Şəhərin mühasirəsi bir neçə ay davam etdi. Gəncə qalasını asanlıqla ala bilməyəcəyinə əmin olan Nadir Qulu xan şəhəri top atəşinə tutmağı qərara aldı. Lakin qaladan atılan cavab top güllələri düşmən topxanasını susmağa məcbur etdi.
Gəncə şəhərinin mühasirəsi uzanırdı. Lakin Azərbaycanın Xəzərboyu ərazisində olan rus qoşunları Nadir Qulu xana öz yürüşünü genişləndirməyə maneə törədirdilər. Odur ki, Nadir Qulu xan Rus dövlətinə əgər Türkiyə ilə müharibə edərsə, ruslara kömək edəcəyini vəd edib, rus ordusunun Azərbaycan ərazisini tərk etmələrinə müvəffəq oldu. Bu, 1735 – ci ilin mart ayında Gəncə kənarında bağlanmış müqavilədə öz əksini tapdı.
Tezliklə Nadir Qulu xan Gəncə şəhərini mühasirədə saxlamaq şərti ilə qoşunun əsas hissəsi ilə İrəvana tərəf hərəkət etdi. İrəvan yaxınlığında baş verən toqquşma nəticəsində türk əsgərləri məğlub oldu. Danışıqlar nəticəsində türkərin Gəncədəki qarnizonu qalanı tərk etdi. Paytaxta qayıdan Nadir Qulu xan 1736 – cı ildə qəyyumu olduğu və Səfəvi sülaləsinin sonuncu nümayəndəsi olan 4 yaşlı şahı – III Abbası aradan götürməklə həmin sülalənin hökmranlığına son qoydu. Muğanda çağırılan böyük bir qurultayda əvvəlcədən hazırlanmış ssenariyə əsasən əyanlar bir ağızdan şahlıq taxtının yalnız Nadir Qulu xanın layıq olduğunu bildirdilər. Mollabaşı və Qacar qəbiləsindən olan Gəncə feodalları Nadir Qulu xanın namizədliyinin əlehinə çıxmasına baxmayaraq Nadir Qulu xan şah seçildi və Nadir şah adlandırıldı.
Onun namizədliyinə qarşı çıxdıqlarına görə, şah Gəncə feodallarına ağır divan tutdu. Əvvəlcə o, Gəncə bəylərbəyliyinə tabe olan Borçalı və Qazax mahallarının idarəsini onun namizədliyini müdafiə edən Kartli hakimi I Teymuraza tapşırdı. Qarabağda mövcud olub Gəncə bəylərbəyliyinə tabe olan, həmçinin Nadir Qulu xanın şahlığa namizədliyinin tərəfdarı olan 5 erməni məliklərini həmin tabelikdən azad edib, birbaşa şaha tabe olmaları barədə fərman verdi. Bununla kifayətlənməyən Nadir şah bir çox Gəncə feodal və zadəganlarının İranın dərinliklərinə və Əfqanıstan sərhədlərinə sürgün etdi.
Nadir şahın əmri ilə mövcud inzibati quruluş ləğv edildi: Azərbaycan bəylərbəyliklərinin əvəzinə Şimali və Cənubi Azərbaycan ərazilərini özündə birləşdirən Azərbaycan vilayəti yaradıldı. Bundan sonra Gəncə bir mərkəz şəhər kimi öz əhəmiyyətini itirməyə başladı.
1747 – ci ildə Nadir şah öldürüldükdən sonra İranda mərkəzi hökumət son dərəcə zəiflədi. Ölkədə hərc – mərclik başladı. Bu hadisələrlə əlaqədar olaraq Azərbaycanın siyasi həyatında yeni bir səhifə açıldı. Azərbaycan uzun illərdən bəri itirdiyi istiqlaliyyətini yenidən əldə etdi. Tarix səhnəsində vahid bir dövlət kimi deyil, müstəqil xırda dövlət qurumlarından ibarət olan və iqtisadi cəhət
dən pərakəndə xanlıqlar əmələ gəldi. Belə xanlıqlardan biri də Gəncə şəhərinin ətrafında yaranmış Gəncə xanlığı (1747 – 1804) idi. Xanlığın ilk hakimi Qacar tayfasının nümayəndəsi Şahverdi xan Ziyadoğlu (1747 – 1760) oldu. Gəncə xanlığına, təsis edilən vaxtdan etibarən, bir neçə dəfə qonşu Azərbaycan xanlıqları və eləcə də yadelli feodal dövlətləri basqın etmişlər. Gəncəni zəbt etmək üçün hər kəsdən artıq Qarabağlı Pənah Əli xan, Kartli və Kaxetiya çarları I Teymuraz və II İrakli səy göstərmişlər. Lakin Pənal Əli xan Gürcü çarlarını qabaqlayaraq 1749/50 – ci ildə Gəncəyə yaxınlaşıb, şəhərin bir hissəsini tutdu. Şahverdi xan kömək üçün Şəkili Hacı Çələbi xana müraciət etdi. Lakin Pənah Əli xan dil tapıb onu geri döndərə bildi. Belə olduqda Şahverdi xan köməyə II İrakli və I Teymurazı çağırdı. Pənah Əli xan Gəncəlilərdən 450 tümən bac alıb geri dönməyə məcbur oldu. Birləşmiş gürcü qoşunları Gəncəyə daxil oldular. Pənah Əli xanın əsgərlərini haqlayıb onlarla döyüşə girdilər. Gürcü qoşunları qələbə qazanıb Gəncəyə qayıtdılar. Şahverdi xan bu xidmətə görə II İrakli və I Teymuraza ildə 10 min tümən bac verəcəyinə söz verdi.
Bu hadisədən 1 il sonra Şahverdi xan Gürcüstana göndərmək üçün əhalidən pul ilə ve
rgi toplamağa başladı. Lakin vergi toplayanların qəddarlığına baxmayaraq, Gəncə əhalisindən cəmi 8500 tümən yığmağa müvəffəq oldular. Çatışmayan 1500 tümənin əvəzində Şahverdi xan gürcü çarlarına Şəmşəddili güzəştə getməyə məcbur oldu.
Həmin dövrdə Şəkili Hacı Çələbi xanın güclənməsi digər Azərbaycan xanlarını təşvişə salmışdı. Bundan istifadə edən II İrakli Gəncəli Şahverdi xanı, Qarabağlı Pənah Əli xanı, Qaradağlı Kazım xanı, Naxçıvanlı Heydər xanı və İrəvanlı Hüseyn Əli xanı “müşavirəyə” dəvət edib, Hacı Çələbinin əl – qolunu yığışdırmaq üçün tədbir görülməsini təklif etdi.
II İraklinin əsas məqsədini dərk etməyən Azərbaycan xanları təyin edilən vaxtda Gəncəyə toplaşdılar. Lakin müşavirə baş tutmadı. Böyük bir ordu ilə Gəncəyə gələn II İrakli müşavirənin əvəzinə bütün xanları özünün əsiri elan edib, onları Tiflisə apardı. Beləliklə, II İrakli xanları əsir etməklə xanlıqları ələ keçirmək niyyətinə çatmaq istəyirdi. Lakin bu ona nəsib olmadı. II İraklinin tutduğu xəyanətdən tezliklə Hacı Çələbi xan xəbərdar oldu. Hacı Çələbi təcili ordusunu yığıb II İraklinin təqib etməyə başladı. Tiflisə 3 – 4 km qalmış şəkililər gürcü qoşunlarına yetişərək, onları darmadağın edib, Azərbaycan xanlarını azad etdilər. Deyilənə görə, Hacı Çələbi xanların heç biri ilə görüşmədən onlara bildirmişdir ki, buna baxmayaraq, o yenə də həmin xanları özünə rəqib hesab edir.
Bütün xanlar öz malikanələrinə qayıtdığı kimi, Şahverdi xan da Gəncəyə qayıtdı. Xanlığın hərbi qüvvəsini möhkəmləndirmək məqsədi ilə bu dəfə Şahverdi xan şəhərin təsərrüfat həyatının canlanmasına fikir verdi. Onun varisi Məhəmməd Həsən xanın dövründə (1760 – 1778) bu iş davam etdirildi. O, öz mövqeyini sarayda möhkəmlətdikdən sonra Gəncə xanlığının Kartli – Kaxetiya dövlətinə 10 min manat miqdarında qızıl pulu bac kimi verməkdən imtina etdi.
Məhəmməd Həsən xan Cənubi Qafqaz şəhərləri arasında özünün xarici gözəlliyinə, böyüklüyünə, karvansaralarının, məscidlərinin, hamamlarının memarlıq nəfisliyinə, nəhayət Gəncəni çox – çox uzaqlarda məşhurlaşdıran ipəyinin istehsalının inkişafına daha çox fikir verməyə başladı.
1778 – ci ildə saray çevrilişinin qurbanı olan Məhəmməd Həsən xanı Gəncə taxtında ona sui – qəsd edən qardaşı Məhəmməd xan əvəz etdi. Məhəmməd xan dövlət işlərində ona maneə törədə biləcək qohumlarının demək olar ki, hamısını qətlə yetirdi. Gəncə xanlığının zəifləməsini görən II İrakli Gəncəni yenidən özündən asılı vəziyyətə salmaq fikrinə düşdü. II İrakli Qarabağ xanı İbrahim Xəlil xanı da Gəncəyə yürüşdə iştirak etməyə dəvət etdi. Zəngin Gəncə şəhərində çoxdan gözü olan İbrahim Xəlil xan II İraklinin təklifini məmnuniyyətlə qəbul etdi. 1780 – ci ildə müttəfiqlərin qoşunları Gəncə qalasını mühasirəyə aldılar. Qısa müddətli müqavimətdən sonra şəhəri müdafiə edən qarnizon təslim olmağa məcbur oldu. Müttəfiqlər Gəncə şəhərini, eləcə də xanlığı birlikdə idarə etməyi qərara aldılar. Əsir alınan Məhəmməd xan və onun oğlu Ağa bəy Şuşaya aparıldı. İbrahim Xəlil xan onu zindana salarkən gözlərini çıxartdırdı.
Bu hadisədən sonra Gəncəni həm Qarabağ xanlığının (Həzrətqulu bəy) və həm də Kartli – Kaxetiya çarlığının (knyaz Keyxosrov Anronikaşvili) nümayəndələri idarə etməyə başladılar. Belə idarə üsulu 1785 – ci ilə kimi davam etdi.
1783 – cü ildə Kartli – Kaxetiya çarlığı Rusiyanın himayəsinə keçdikdən sonra II İrakli Gəncə barədə arzusuna çatmaq məqsədilə Rusiyadan istifadə etməyə qərara aldı. Maraqlı burasındadır ki, 1793 – cü ildə Rusiya ilə Kartli – Kaxetiya çarlığı arasında bağlanmış Georgiyevsk müqaviləsində II İrakli nəinki Gəncə xanlığını, hətta Şm Azərbaycanın bir sıra xanlıqlarını Rusiyaya gürcü torpaqları kimi təqdim etmişdi.
1783 – cü ildə Gəncədə üsyan baş verdi. Üsyanın başında sabiq Gəncə xanının qohumlarından Hacı bəy dururdu. Qarabağlı İbrahim Xəlil xan Gəncədən gürcülərin qovulmasını arzuladığından, üsyançılara kömək də etdi. 1784 – cü ildə Hacı bəyin başçılığı altında silahlanmış gəncəlilər Kartli – Kaxetiya qoşunlarına qarşı çıxıb, onları Gəncədən qovdular.
Gəncədən əli üzülən II İrakli başqa bir məkrli siyasətə əl atmağı qərara aldı. O, Şuşada həbsdə saxlanılan Məhəmməd xanın yenidən Gəncə xanlığında hakim olması üçün gizli tədbirlər hazırladı. Bundan xəbər tutan İbrahim Xəlil xanın əmri ilə Məhəmməd xan edam olundu və II İraklinin müxalifətinə son qoyuldu.
İbrahim Xəlil xanın tədbirlərinə baxmayaraq onun nümayəndəsinə də Gəncədə uzun müddət qalmaq müyəssər olmadı. 1786 – cı ildə gəncəlilər Həzrətqulu bəyə qarşı üsyan qaldırıb, onu da şəhərdən qovdular. Gəncə xanlığının taxtı üsyanın başçılarından biri olan yerli feodal Rəhim bəyin əlinə keçdi. Lakin Rəhim bəy hakimiyyət başında çox qala bilmədi. Elə həmin il Gəncə xanlığının taxtına onun qardaşı Cavad xan (1786 – 1804) sahib oldu. Cavad xan hakimiyyət başına gəldikdən sonra ağıllı və müdrik siyasəti sayəsində xanlığın möhkəmlənməsinə nail oldu.
İranda hakimiyyəti öz əlinə almış Ağa Məhəmməd xan Qacar 1795 – ci ildə bütün Cənubi Qafqazı feodal hakimlərinə fərmanlar göndərib tabe olmalarını tələb etdi və əks təqdirdə onları hücumla hədələdi. Bir sıra Azərbaycan xanları ilə yanaşı, İbrahim Xəlil xan və II İrakli Ağa Məhəmməd xanın fərmanını rədd edərək, müqavimət göstərməyi qərara aldılar. Cavad xan İran hökmdarının fərmanına müsbət münasibət bəslədi.
1795 – ci ildə Şuşa qalasını 33 gün mühasirədə saxladıqdan sonra, Ağa Məhəmməd xan Tiflisə hücum edərkən Cavad xan ona bələdçilik etmiş və ümumiyyətlə öz əsgərləri ilə bu yürüşdə iştirak etmişdir. Cavad xanın Ağa Məhəmməd xanla ittifaqda Tiflisin darmadağın olunmasında iştirak etməsi İbrahim Xəlil xanın qəzəbinə səbəb oldu. İbrahim Xəlil xanla II İrakli Cavad xanı cəzalandırmağı qərara aldılar. Tezliklə onlara İbrahim Xəlil xanın qaynı Avar hakimi Ümmə xanın dəstəsi də qoşuldu.
Müttəfiqlərin qoşunları ilə Gəncə xanın qoşunları arasında baş verən toqquşma zamanı hər iki tərəf böyük tələfat versə də, gəncəlilər sayca daha çox olan düşmənə müqavimət göstərə bilməyib, qalaya çəkilməli oldular. Döyüş zamanı Cavad xanın oğlu əsir düşdü. İran qoşunlarının 1795 – ci ildəki hücumundan sonra Kartli – Kaxetiya çarlığının tam özünə gələ bilməməsi II İraklini gürcü qoşunlarını geri çağırmağa məcbur etdi. Cavad xanın əsir düşmüş oğlu Tiflisə aparıldı.
Əsas düşmənin geri çəkilməsindən istifadə edən Cavad xan İbrahim Xəlil xan və Ümmə xanın yanına öz nümayəndəsini göndərib, onlardan Gəncə qalasının mühasirəsindən əl çəkməyi xahiş etdi. Əvəzində Cavad xan İbrahim Xəlil xana müharibə xərci və tabelik rəmzi olaraq girov verəcəyinə boyun oldu. Eyni zamanda Cavad xan Gürcüstandan gətirdiyi 400 nəfər gürcü əsirini də II İrakliyə qaytarmağa razı oldu.
İbrahim Xəlil xan Cavad xanın oğlanlarından birini, bacısı və on nəfər yaxın adamını girov götürüb 10 min mana təzminat aldıqdan sonra Qarabağa döndü.
Ümmə xan Gəncəni tərk etməzdən əvvəl Cavad xandan qoşununun sayına görə hər adam başına 40 manat pul aldı.
Müttəfiqlər Gəncəni tərk etdikdən sonra 7 min nəfərlik gürcü qoşunu yenidən Gəncəni mühasirəyə aldı. Lakin mühasirə çox davam etmədi. Cavad xan gürcü əsirlərini qaytarıb, qalanı mühasirədən qurtardı. Çox güman ki, bunun müqabilində Cavad xan Tiflisdə əsirlikdə olan oğlunu geri almışdır.
1796 – cı ildə rus qoşunları cənub istiqamətində hərəkət edərək Azərbaycan torpaqlarına daxil oldular. Cavad xan yaxşı bilirdi ki, II İrakli onu rus sərkərdəsinin gözündən salacaqdır. Bunun qarşısını almaq üçün Cavad xan II İraklini qabaqlayıb V. Zubovun düşərgəsinə Məhəmməd Qulu bəyin başçılığı altında öz nümayəndə heyətini göndərdi. Məhəmməd Qulu bəy Cavad xan adından bildirdi ki, Gəncə xanı Rusiya himayəsi altına keçmək arzusundadır. Məhəmməd Qulu bəy Cavad xanın arzusunu Zubova bildirdikdən sonra rus qoşunlarını Gəncə şəhərinə dəvət etdi. General – mayor Rimski – Korsakovun başçılığı altında rus qoşunları Gəncəyə daxil oldu. Lakin, II Yekaterina öldükdən sonra (noyabr 1796) I Pavel rus qoşunlarını Azərbaycandan geri çağırdı. Rus qoşunları Gəncəni tərk etməyə məcbur oldu.
1798 – ci ilin yanvarında II İrakli də vəfat etdi. Dəfn mərasimi qurtarmamış varislər arasında mübarizə başladı. Bu mübarizədə II İraklinin böyük oğlu Georgi qələbə çaldı. Taxt – tac mübarizəsində şahzadə Aleksandr qardaşını hakimiyyətdən salmaq üçün Qarabağlı İbrahim Xəlil xanı, Gəncəli cavad xanı, Avarlı Ümmə xanı və Şəmşəddil sultanını köməyə çağırdı.
Cavad xan nəinki şahzadə Aleksandra müsbət cavab verdi, hətta 1736 – cı ildə Nadir şah tərəfindən Gürcüstanın himayəsinə verilən və Gəncə bəylərbəyliyinin tərkibində olan Qazax və Borçalı mahallarını belə geri almaq üçün bir neçə dəfə təşəbbüs göstərdi. Bir müddət Aleksandr hətta Gəncədə özünə sığınacaq da tapdı.
Gürcüstanda olan rus qoşunlarının sərkərdəsi general Knorrinq Cavad xandan öz əməllərindən əl çəkməyi tələb etdi. Lakin Cavad xan özünün haqlı olduğunu sübut edərək Knorrinqin təklifini rədd etdi. Eyni zamanda Cavad xan Şəmşəddilin Gəncə xanlığına qaytarılmasında rus dövlətinin bu işə qarışmasını xahiş etdi və təbiidir ki, rədd cavabı aldı.
Beləliklə, Gəncə xanlığı ilə Rusiya dövləti və Gürcüstan arasındakı rəqabət kəskinləşərək, müharibəyə çevrildi.
1803 – cü il noyabrın 20 – də I Aleksandr tərəfindən Qafqazdakı rus qoşunlarının baş komandanı təyin olunan, milliyyətcə gürcü olub, sonradan ruslaşmış P.D.Sisianovun başçılığı altında böyük bir rus ordusu Gəncəyə tərəf hərəkət etdi. Gəncə qalası 1 aydan artıq mühasirədə qaldı. Sisianovun hər bir tələbini Cavad xan rədd etdiyindən. General əhaliyə divan tutmağı qərara aldı. Onun əmri ilə şəhərə gələn axar içməli suların məcrası dəyişdirildi. Beləliklə, şəhərdə susuzluq və aclıq üzündən müxtəlif xəstəliklər baş verdi. Şəhər yenə də təslim olmadı. Dekabrın 22 – də Sisianov Cavad xandan rəsmi surətdə sonuncu dəfə təslim olmağı təklif etdi. Əks təqdirdə şəhəri top atəşinə tutacağını bildirdi. Cavad xan yenə də rədd cavabı verdi. 1804 – cü il yanvarın 3 – də səhər saat 5 – də rus qoşunları yaylım atəşləri altında şəhərə soxuldular.
Rus tarixçisi Pott yazır ki, ruslar şəhərə soxulduqdan sonra da Cavad xan tabe olmadı.
O, əlində qılınc toplardan birinə söykənərək ona yaxınlaşan soldatları təkbətək vuruşda bir – bir qırırdı. Buna görə də kapitan Kolevski başda olmaqla bir dəstə soldat Cavad xanın üzərinə hücum edib, onu süngüləri ilə qətlə yetirdilər. Bunu görən Gəncə qoşunlarından bir dəstə hücum edib öz növbəsində onları və Kolevskini doğram – doğram etdilər.
Beləliklə, uzun müddət qəhrəmancasına müqavimət göstərən Gəncə qalası çar qoşunlarının əlinə keçdi. Deyilənlərə görə, Cavad xanın mərdliklə vuruşmasını Sisianov özü şəxsən müşahidə etmiş və belə bir qəhrəmanlığa valeh olmuşdur. Odur ki, Sisianov Cavad xanın cənazəsinin bir qəhrəman kimi, tələb olunan səviyyədə Cümə məscidinin həyətində dəfn edilməsi barədə göstəriş vermişdir.
Gəncə zəbt edildikdən sonra onun adı imperator I Aleksandrın arvadının şərəfinə “Yelizavetpol” adı ilə əvəz edildi. Məsələ o yerə çatmışdı ki, şəhəri “Gəncə” çağıranları bir manat gümüş pulla cərimə edirdilər. Rəvayətə görə, xalq arasında qəhrəman kimi qələmə verilən “qoçaqlar” özləri ilə bir manat gümüş pul götürüb bələdiyyə idarəsinə qabaqcadan cəriməsini verib, sonra ağız dolusu “Gəncə” sözünü tələffüz edərlərmiş.
Sisianov Gəncəni zəbt edən kimi soldatların “qəhrəmanlığından” məktub yazıb, I Aleksandra göndərərək, hər bir sağ qalan soldatın imperator tərəfindən medalla təltif olunması barədə məsələ qaldırdı. İmperator hər soldatın 1 manat gümüş pulla təltif olunması barədə əmr verdi. I Aleksandrın belə hərəkəti Sisianovu xeyli pərt etdi. O, əmr verdi ki, həmin gümüş pulun yuxarı hissəsini deşsinlər və medal kimi boğazlarından assınlar. Bu hadisədən sonra imperator Gəncənin alınmasına ithaf olunmuş “Gəncənin fəth edilməsinə görə” medalının hazırlanması barədə xüsusi əmr verdi.
Rus qoşunu tərəfindən işğalı zamanı baş vermiş döyüşlər nəticəsində xeyli dağıntıya məruz qalmış Gəncə şəhəri və xanlığı ləğv edilərək bir dairə kimi Rusiya imperiyasına ilhaq olundu. Gəncənin bərpası yolunda müəyyən addımlar atılsa da, yalnız 1856 – cı ildə şəhərin bərpası və yeni tikililərin inşa edilməsi planı tərtib edildi. 1873 – ci ildə yeni plan tərtib olundu ki, bu da sonralar şəhər quruculuğunda, inşaat işlərində müəyyən memarlıq qaydalarına riayət olunmasına kömək etdi.
1805 – ci ilin mayında çarizm Gəncədə ləğv edilmiş xanlıq üsuli – idarəsini komendant üsuli – idarəsi ilə əvəz etdi, hərbi, mülki və maliyyə idarələri bütünlüklə komendantın əlində toplandı. 1806 – cı ildə burada ayrıca dairə məhkəməsi, 1824 – cü ildə isə polis rəisindən, 2 sahə pristavından, 4 məhəllə nəzarətçisindən, katib və tərceməçidən, kovxadan ibarət polis idarəsi yaradıldı. Komendant özbaşınalıq edir, əhalini var – yoxdan çıxarırdı. Bu xalq arasında böyük narazılığa səbəb oldu. Komendant üsuli – idarəsi bu dövrdə artıq çarizmin də tələblərinə cavab vermirdi. Bunu nəzərə alan çar hökuməti 1840 – cı il aprelin 10 – da Cənubi Qafqazda inzibati islahat haqqında qanun verdi. Həmin qanuna görə, komendant üsuli – idarəsi ləğv edildi, ərazi quberniyalara və qəzalara bölündü. Gəncə bir qəza kimi Gürcüstan – Imeretiya quberniyasının tərkibinə daxil edildi və orada qəza rəisi vəzifəsi təsis edildi.
Çarizmin 1867 – ci il 9 dekabr fərmanı ilə başda qubernator olmaqla Yelizavetpol quberniyası yaradıldı. XIX əsrin sonunda isə Gəncədə yerli idarə oqranı olan şəhər Duması yaradıldı. Gəncə qubernatorunun göstərişi ilə duma üzvlərinin siyahısı hələ 1896 – cı il martın 6 – da elan edilmişdi. Mart ayının 8 – də Gəncə şəhər duması deputatlarının təntənəli surətdə I iclası açıldı və iclasda şəhər özünüidarəsinin ştat vahidləri təsdiq edildi, onların vəzifələri müəyyənləşdirildi. Gəncə şəhər Duması vergi və ödənclərin toplanılması, bazarın açılması, şəhərin sanitariyasına nəzarət, yanğına qarşı mübarizə, bəzi mədəni – kütləvi tədbirlər və s. məsələlərlə məşğul olmalı idi. Dumanın 1900 – cü il 20 amrt tarixli iclasının qərarı ilə Gəncə qubernatoru Qafqaz canişininin qarşısında şəhərin baş planına əsasən bəzi küçələrin və məhəllələrin genişləndirilməsi və abadlaşdırılması məsəlsini qoydu. Qafqaz canişini Gəncə şəhər Duması deputatlarının tələbini yerinə yetirməyə məcbur oldu və işin icrasına göstəriş verdi.
Çarizmin milli – müstəmləkə zülmü Gəncə əhalisinin onsuzda ağır olan vəziyyətini dözülməz dərəcəyə çatdırmışdı. Şəhər əhalisinin çoxsaylı təbəqələri, o cümlədən xırda burjuazıya, xırda ticarət işçiləri, qulluqçular, ziyalılar, sənətkarlar və məktəbli gənclər ictimai həyata biganə qalmır, çarizmin müstəmləkə siyasətinə qarşı milli azadlıq siyasətinə qoşulmuşdular. 1905 – ci ilin oktyabrında Gəncə əhalisinin çıxışları xüsusilə qeyd edilməlidir. Bu çıxışların əsas hərəkətverici qüvvələri dəmiryolçular, sənətkarlar, məktəblilər və qulluqçular idi. Oktyabrın 15 – dən 20 – dək hər gün siyasi mitinqlər keçirilir, onların iştirakçılarının sayı gündən – günə artırdı. Mitinqlər əsasən şəhər bağında keçirilir, sonra isə mitinqçilər əllərində qırmızı bayraq şəhərin bir tərəfindən o biri tərəfinə doğru hərəkət edirdilər. Oktyabrın 21 – 22 – də hərəkat daha da geniş vüsət aldı. Əllərində üzərində “Yaşasın azadlıq” şüarları yazılmış al bayraq tutan tətilçilər şəhər həbsxanasına tərəf yönəldilər. Nümayişçilərin sayı 5 mindən çox idi. Bir çox hissəsi tapançalarla silahlanmışdı. Onlar siyasi məhbusların azad edilməsini tələb edirdilər. Polisin bütün səylərinə baxmayaraq, nümayişçiləri ram etmək mümkün olmadı. Siyasi məhbusların xeyli hissəsi azad edildi. Gəncədə keçirilən oktyabr ümumi tətili milli – azadlıq hərəkatı tarixində mühüm hadisə oldu.
I dünya müharibəsi illərində çar Rusiyasının müstəmləkələrində, o cümlədən Azərbaycanda milli – azadlıq hərəkatı gücləndi. Bu hərəkat fevral burjua – demokratik inqilabının qələbəsindən sonra daha böyük vüsət aldı. “Müsavat” partiyası açıq fəaliyyətə başladı. 1917 – ci il oktyabrın 26 – da Bakıda “Müsavat” partiyasının I qurultayı çağırıldı. Bu qurultay milli – azadlıq hərəkatının önündə gedən milli siyasi qüvvələrin birləşdirilməsində mühüm rol oynadı. Oktyabr çevrilişi xəbəri Bakıya çatan kimi noyabrın 2 – də əksəriyyəti digər millətlərdən olan bolşeviklər Bakıda hakimiyyəti ələ aldılar və elə ilk gündən Azərbaycanda azərbaycansızlaşdırma siyasıti yeritdilər. Məhz bu siyasətin mənfi nəticəsi 1918 – ci ilin mart hadisələri oldu. Bu, mənfur cinayətkar S. Şaumyan və onun erməni əlaltılarının Azərbaycan xalqına xəyanəti idi. M. Ə. Rəsulzadənin Zaqafqaziya seymindən etiraz səsi ucaldı. Siyasi gərginlik özünün son həddinə çatdı. 1918 – ci il mayın 25 – də Zaqafqaziya seymi buraxıldı. Mayın 27 – də Azərbaycanın son dərəcə ağır vəziyyətini, məhvi təhlükəsinin anbaan artmasını nəzərə alan xalqımızın qeyrətli övladları Tiflisdə M. Ə. Rəsulzadənin başçılığı altında Milli Şura yaratdılar. Mayın 28 – də Azərbaycan Milli Şurası Azərbaycanın istiqlal bəyannaməsini elan etdi. Həmin gün F. Xoyskinin rəhbərliyi altında Milli Hökumət yaradıldı və mayın 30 – da Azərbaycanın istiqlalı dünyanın ən iri mərkəzlərinə xəbər verildi. Bu, Şərqdə xalqımızın yaratdığı ilk demokratik respublika idi. Gəncə bu günlərdə milli qeyrət qalasına çevrilmişdi. ADR özünün ilk addımlarını məhz bu şəhərdə atdı. İyun ayının 24 – də Gəncə səmasında milli istiqlalımızın üçrəngli bayrağı dalğalanmağa başladı. Gəncənin tarixi adı özünə qaytarıldı. ADR hökuməti daxili işlərlə məşğul olduğu bir zamanda 1918 – ci il iyunun 18 – də Şaumyanın əmri ilə Bakı Sovetinin qoşunları Gəncə üzərinə hücuma başladılar. Milli hökumət Türkiyəyə müraciət etdi. Göyçay ətrafında 4 günlük vuruşmadan sonra Bakı Sovetinin qoşunları məğlub edilib geri qovuldu. Sentyabrın 1 – də Azərbaycanda ümumi səfərbərlik elan edildi. Milli ordu birləşmələri sentyabrın 15 – də türk ordusu ilə birlikdə təntənəli surətdə bakıya daxil oldu. 2 gün sonra milli hökumət Bakıya köçürüldü və dekabrın 7 – də Azərbaycan Parlamenti açıldı. ADR 23 aya qədər yaşadı və xalqımızın tarixi yaddaşına milli istiqlalımızın möhkəmlənməsi, xarici aləmdə tanınması sahəsində gördüyü işlərdə birdəfəlik həkk olundu.

Oktyabr çevrilişindən sonra bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycanda milli -azadlıq hərəkatı genişləndi. Bu çevriliş Rusiyanın başqa ucqarları kimi Cənubi Qafqazda da siyasi vəziyyəti xeyli dəyişdirmiş oldu. Cənubi Qafqazın siyasi partiyaları, Müsavat, gürcü menşevikləri və daşnak 1917 – ci il noyabrın 18 – də Zaqafqaziya Komissarlığını yaratdılar. Azərbaycan nümayəndələrinin təkidi ilə 1918 – ci ilin aprelin 9 – da Zaqafqaziyanın suverenliyi elan edildi. 1918 – ci ilin mayın axırlarında və iyun ayının əvvəllərində Nuru paşa, Nazim paşa və Mürsəl paşa başda olmaqla türk qoşun hissələri Gəncəyə daxil oldular. İyun ayının 4 – də Azərbaycan hökuməti ilə Türkiyə arasında dostluq və sülh haqqında müqavilə bağlandı. Tiflisdəki 18 günlük fəaliyyətindən sonra Milli Şura və hökumət iyunun 16 – da Gəncəyə köçdü, bu zaman Azərbaycanın hər yerindən hakimiyyət nümayəndələri Gəncəyə gəlməyə başladılar. Gəncədə iyunun 17 – də Milli Şuranın iclasında M. Ə. Rəsulzadənin təklifi ilə Azərbaycan Parlamentinin yaranmasına qədər Milli Şura öz səlahiyyətini qanuni orqan sayılan hökumətə verdi.
F. Xoyskinin başçılıq etdiyi hökumət Gəncəyə köçdükdən sonra şəhərdə xeyli hərbi qüvvə toplandı, birləşmiş qoşun hissələri Bakını azad etmək üçün əməliyyata başladı. Türk qoşunlarının Sovet Bakısı üzərinə hücuma keçməsinə razılıq vermiş almanlar yanacağa böyük ehtiyac olduğundan Bakı neft mədənlərini öz əllərinə keçirmək istəyirdilər. Onlar ehtiyat edirdilər ki, Bakıdakı neft ehtiyatlarını bolşeviklər məhv edib mədənləri yandıra bilər. 1918 – ci il iyunun axırında M. Ə. Rəsulzadə demokratik hökumətin baş nazirinə xəbər verdi ki, almanlar türk qoşunlarının Qafqaz işərisində irəliləməsinə etiraz edirdilər. Xüsusilə onlar Bakı üzərinə hücumu dayandırmağı tələb edir və qorxurlar ki, bolşeviklər geri çəkilərkən neft ehtiyatlarını məhv etsinlər. Qeyd etmək lazımdır ki, neft ehtiyatının türklərin əlinə keçməməsi üçün Lenin Şaumyana və Qabrielyana əks təqdirdə Bakını məhv etmək haqqında gizli tapşırıq vermişdi.
Böyük Britaniya ilə Türkiyə arasında bağlanmış Mudros barışıq müqaviləsi üzrə (30 oktyabr 1918 – ci il) üzrə Türkiyə bölgədən öz qoşunlarını çıxarmalı oldu. 1918 – ci il noyabrın 17 – də ingilis qoşunları Bakıya daxil oldular. O cümlədən, Gəncədə də ingilis hərbi dəstəsi yerləşdirildi. Həmin dövrdə Qarabağ problemi bütün kəskinliyi ilə demokratik hökumətin qarşısında durmuşdu. Milli qoşun hissələri və general Mehmandarovun başçılıq etdiyi hərbi nazirlik normal şəraitdə işləmək və ordunu təşkil etmək üçün 1918 – ci il noyabrın 22 – də Gəncəyə köçürüldü.
I dünya müharibəsi illərində, xüsusilə 1917 – ci ilin oktyabrından sonra Naxçıvan, Zəngəzur və digər bölgələrdə Azərbaycan əhalisi ermənilərin dəhşətli qırğınına məruz qaldı. Rus qoşunları tərəfindən dəstəklənən daşnak dəstələri azərbaycanlılar arasında vəhşicəsinə qırğınlar törətdilər. Rus qoşunlarından, daha sonra ingilis komandanlığından öz müstəqilliyinin tanınmasını istəyən və Qarabağda daşnak hərəkatına rəhbərlik edən erməni milli şurasının rəhbəri Şahnazaryan dinc müsəlman əhalisinə daim dinav tuturdu. 1918 – ci ilin axırından başlayaraq erməni təqibçilərindən can qurtaran Yeni Bayazid, Eçmiədzin, İrəvan qəzalarından olan azərbaycanlı qaçqınlar digər qəzalarla yanaşı Gəncə və onun ətrafında da yerləşdirildi.
1919 – cu ildə Gəncə qubernatorunun Daxili İşlər Nazirinə məlumatında deyilirdi: “Son illərin hadisələri ilə əlaqədar mənə tapşırılmış ərazidə müsəlmanların vəziyyəti xeyli ağırlaşmışdı. Erməni əhalisi öz qaniçən hərəkətlərindən usanmır, kəndləri qarət edir, qadın və uşaqlara işgəncə verirdilər. Orta əsr vəhşiliyi onların törətdikləri dəhşətlər qarşısında sönük görünür”.
1919 – cu il iyunun 8 – də Gəncə şəhəri dəmiryol stansiyası işçilərinin Ağstafa stansiyası dəmiryolçuları ilə birgə keçirilən iclasında ingilis işğalçılarının hakimiyyətinə etiraz əlaməti olaraq qətnamə qəbul edilmişdi. Qətnamədə Azərbaycan hakimiyyətindən xahiş olunurdu ki, ingilis məmurlarının Azərbaycan torpağında özbaşınalığına son qoyulsun.
1919 – cu il iyulun 13 – də qubernatorun etirazına baxmayaraq, Gəncə fəhlə konfransı fəaliyyətə başladı. Konfrans milliyyətindən asılı olmayaraq öz həmkarlar ittifaqını yaratmaq çağırışı ilə müraciət etdi. 1919 – cu ilin noyabrında Gəncə polis idarəsinin rəisi qubernatora məlumatında bildirirdi ki, Gəncə bolşevikləri Tovuz, Dəllər və Zəyəm kəndlilərini mübarizəyə təhrik edirlər.
Gəncə – Qazax qəzalarında kəndli hərəkatının başlanmasında 1917 – ci il dekabrın 24 – 26 – da Qovlar stansiyasında Müseyib Əliyevin evində keçirilmiş gizli müşavirə böyük rol oynamışdı. Həmin müşavirədə S. Şaumyan və H. Sultanov daiştirak etmişlər. Məhz bu müşavirənin qərarına uyğun olaraq 1918 – ci il yanvarın 6 – da bu rayonda kəndlilərin üsyanı başlamışdır.
1920 – ci il aprelin 28 – də rus qoşunları – XI ordu hissələri Bakını işğal etdilər. Bakıda Sovet hakimiyyəti quruldu və bütün Azərbaycanın işğalı başlandı. Həmin gün AK (b) P Gəncə Dairə Komitəsi 1920 – ci il aprelin 28 – də F. Əliyevin sədrliyi ilə Quberniya İnqilabi Komitəsi yaratdı. İnqilab Komitəsi Gəncə qubernatoruna hakimiyyətin təslimi ultimatumunu verdi.
Aprel ayının 28 – də Gəncə Hərbi İnqilab Komitəsinin sədri qubernatordan hakimiyyətin təhvil verilməsi və bütün siyasi dustaqların azad edilməsi, əhaliyə çağırışla müraciət olunması tələbini verdi.
Həmin gün axşam Gəncə qubernatoru parlament üzvləri Sədikürdsi və Camalbəyovla danışıqlar apardı və onlar onu bolşeviklərə tabe olmağa çağırdılar. Nəticədə Gəncədə hakimiyyət İbrahim Əliyev sədr olmaqla İnqilab Komitəsinin əlinə keçdi.
1920 – ci il aprelin 29 – da qubernator bütün quberniyada hakimiyyətin inqilab komitəsinə verilməsi barədə aktı imzaladı. 1920 – ci il mayın 1 – də rus qoşunları Gəncəyə daxil oldu. Beləliklə də, Gəncədə Sovet hakimiyyəti quruldu, lakin bu hakimiyyət xalqın ciddi müqavimətinərast gəldi.
1920 – ci il mayın 22 – də polkovnik Cahangir bəy Kazımbəy, generallar Məmmədmirzə Qacar, Cavad bəy, eləcə də partizan dəstələrinin başçıları Qaçaq Qənbər, Sarı Ələkbərlə birlikdə əməliyyat planı hazırladı və həmin axşam əməliyyata başladılar. Mayın 24 – də Gəncə üsyançıların əlində idi. Onlar Sovet qoşunlarını tərksilah etdilər. Vəziyyəti belə görən sovet komandanlığı Gəncəyə Bakı tərəfdən, eləcə də Gürcüstan sərhəddindən qoşun yeritməyə başladı. Şəhər ağır artilleriya atəşinə tutuldu. Çətinliklərə baxmayaraq Gəncə 12 gün müqavimət göstərdi. Üsyançılar dəmiryol vağzalı istisna olmaqla şəhərin xeyli hissəsini tutdular. Stansiya sovet əsgərləri və dəmiryolçular tərəfindən qorunurdu. Üsyanı yatırmaq üçün XI ordu hissələri də Gəncəyə göndərildi və Azərbaycan İnqilab Komitəsinin qərarı ilə fövqəladə komissiya yaradıldı. Azərbaycan Daxili İşlər komissarı H. Sultanov Azərbaycan İnqilab Komitəsinin Gəncə quberniyası üzrə fövqəladə komissarı təyin olundu.
Mayın 31 – də sovet ordusu üsyanı yatıra bildi, iyulun 3 – də Gəncə Qəza İnqilab Komitəsinin yaradılması üzrə fövqəladə komissiyanın iclası keçirildi, İ. Əliyev komitənin sədri seçildi.
1921 – ci il mayın 1 – 3 – də Gəncə Qəza Sovetlərinin I qurultayı keçirildi. Qurultay Qəza İnqilab Komitəsini buraxdı, Qəza Sovetinin və İcraiyyə Komitəsini seçdi. Sovet hakimiyyətinə qarşı ən iri üsyan etmiş şəhərdə keçirilən qəza Sovetləri qurultayına göstərilən diqqət təsadüfi deyildi. Azərbaycan KP MK Gəncə Sovet orqanlarına rəhbərliyə, baş verən “nöqsanların” vaxtında aradan qaldırılmasına xüsusi nəzarət edirdi.
Azərbaycan MİK – nin 1923 – cü il 27 yanvar qərarı ilə Azərbaycan SSR məhkəmə sistemində dəyişiklik edildi: 2 məhkəmə dairəsi – Gəncə və Bakı dairələri yaradıldı. Gəncə məhkəmə dairəsinə Gəncə, Qazax, Zaqatala, Nuxa (Şəki), Karyagin (Füzuli), Cəbrayıl, Şuşa qəzaları daxil idi.
1929 – cu il mayın 18 – də Gəncə qəzası ləğv edildi. Gəncə dairəsi və onun İcraiyyə Komitəsi yaradıldı. Azərbaycan MİK və XKS 1930 – cu il avqustun 8 – də respublikada dairələrin ləğvi haqqında qərar qəbul etdi. Bu qərara əsasən 1930 – cu il sentyabrın 29 – da Gəncə şəhər Soveti Plenumunun qərarı ilə Gəncə dairəsi ləğv olundu. Azərbaycan MİK və XKS – nin qərarı ilə Gəncə şəhər Sovetinin fəaliyyət dairəsi Alabaşlı və Zazalı stansiyası arasında şimala , Kür çayına qədər, burada yerləşən Qırmızı kənd, Zazalı, Alabaşlı, Noraşen, Sərkar, Bağbanlar, Nəbiağalı kənd Sovetləri də daxil olmaqla ərazidə müəyyənləşdi.
Azərbaycan MİK – nin 1934 – cü il 11 oktyabr tarixli qərarı ilə Gəncə şəhəri hüdudunda Vağzalyanı və Yeni Yerevan yaşayış məntəqəsində qəsəbə Soveti yaradıldı.
Azərbaycan MİK və XKS – nin 1935 – cü il 20 fevral tarixli qərarına əsasən S. M. Kirovun xatirəsinin əbədiləşdirilməsi naminə Gəncə şəhəri Kirovabad, Gəncə rayonu isə Kirovabad rayonu adlandırıldı. Bu akt 1918 – ci ildə ADR tərəfindən Gəncənin adının özünə qaytarılmasına qarşı yeni təcavüz idi.
Həmin dövrdə Gəncə istər ərazisinə və istərsə də əhalisinin sayına görə Azərbaycanın ən iri qəza mərkəzi idi. 1926 – cı ildə Gəncə qəzasının ərazisi 7.8 min kv/km, əhalisi 204 min nəfər idi. Qəza əhalisinin 127 minini (62.3%) azərbaycanlılar təşkil edirdi. 1926 – 1939 – cu illərdə Gəncə şəhərinin əhalisi sürətlə artaraq 99 min nəfərə çatmış və 1939 – cu ilin yanvarından Respublika tabeliyində olan şəhər statusu almışdı.

Gəncə tarixi

Gəncənin tarixi.

Dahi Nizaminin vətəni, qədim mədəniyyət abidəsi – Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzündə, Gəncə çayın hər iki sahilində yerləşir. Azərbaycanın içtimai-iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamış bu şəhər karvan yollarının kəsişməsində yerləşirdi. Burada sayahətçilər dayanır, uzaq ölkələrdən alimlər fikirləri ilə bölüşürdülər. Zəngin tarixin səhifələrini vərəqləyərkən biz onun hər bir sətrində qədim şəhərinin izlərinə rastlaşırıq, onun səsini eşidir, nəfəsini hiss edirik.
Gəncənin şəhər kimi formalaşmasına dair müxtəlif fikirlər var. Bəziləri şəhərin yaranmağını eramızdan əvvəlki dövrə aid edirlər, əksəriyyəti isə – orta əsrlərin əvvələrinə.
Şəhərin tarixindən danışarkən yaddan çıxartmaq lazım deyil ki, o içtimai- iqtisadi və mədəni mərkəz kimi yaranmışdır. Gəncəni Azərbaycanın digər şəhərləri kimi ( Qəbələ, Naxçıvan, Şəki, Şamaxı ) əlverişli cografi yerləşməsinə malik və sonralar şəhərə çevrilmiş yaşayış məskəni kimi nəzərdən keçirmək lazımdır. Gəncənin yaşının sübutu kimi 656-661 illərdə hakimiyətdə olan Xəlif Əli ibn ƏbuTəlibin dövründə yaşamış Comərd qəssabı haqqında olan rəvayətləri və onun türbəsini saymaq olar. O zaman, Gəncənin əhalisinin əsasən büdpərəst olmasına baxmayaraq, o Məhəmməd peyğəmbərin dinini gizli qəbul etmişdir.Kiminsə dinini gizlicə dəyişməsi, hələ o vaxtlar Gəncənin siyasi hakimiyyətinin və nüfuzlu rühani idarəsinin olmasını və şəhərin artıq formalaşdığını göstərir. Deyilənlərə görə, Comərd qəssab tərəzi işlətməyən qəssab “Ya Əli” deyərək əti doğrayardı və heç bir sakin ətin əksik gəlməsinə şikayət etməmişdir.
Hələ 40- cı illərdə, arxeoloji qazıntılar zamanı, tədqiqatlar belə bir fikirə gəlmişlər ki, Gəncənin ərazisində yaşayış məskəni hələ eramızdan əvvəl var idi . Gəncə toponomik anlamında da həmçin fikir ayrılıgı mövcuddur. Toponim (ərəblərdə- “Cənza”, ermənilərdə-“Gaznak”, gurculərdə- “Gəndza” ) pəhləvi sözu kimi qəbul edilirdi və “xəzinə, məhsul ambarı” mə’nasını daşıyırdı . Bu izahların heç birinin elmi əsası yoxdur. Reslərə görə, bu termin azərbaycan dilinə məxsusdur. Başqa bir fikirə əsasən, bu termin Gancak tayfasının adı ilə baglıdır, və bu həqiqətə daha yaxındır. Bu tayfanın mövcud olması elmlə artıq subuta yetirilmişdir. Orta Asiya tarixçiləri subut etməyə çalışırlar ki, onlar bu tayfanın törəmələridilər. VII-ci əsrin birinci yarısında Gəncə farslar, ikinci yarısında isə ərəblər tərəfindən dagıdılmışdır. VII-ci əsrin sonunda şəhər ərəbləə xəzərlər arasında döyuş meydanına çevrilmişdir . “Dərbəndnamə”- də qeyd edilir ki, VII-ci əsrin əvvəlində və VIII-ci əsrin əsrdə Azərbaycan ərazisi dəfələrlə yuruşlərə mə’ruz qalmışdı, və bunun nəticəsində Gəncə də ziyan çəkib. Arranın paytaxtı olan Bərdə şəhərindən sonra Gəncə beynəlxalq ticarətdə muhum rol oynamaga başlayır, burada tez-tez karvanlar dayanır. Dövruyyədə ərəb dinarı və dirxəm işlənirdi.
X əsrdən başlayaraq, yəni Bərdə paytaxt simasını itirəndə, Gəncə ölkənin içtimai- iqtisadi və mədəni həyatında muhum rol oynamaqa başlayır. Şəhərin həyatında ticarət və sənətkarlıq muhum yer tutur. Sənətkarlıgın ikişafı uçun burada iqtisadi potensial var. Gəncənin yaxınlıgında yerləşən dəmir, mis və kvars mə’dənləri sənətkarları xammalı ilə tə’min edirlər.
Gəncənin ölkənin paytaxtı kimi formalaşarkən hərbi muqavimətin artırılmasına xususi diqqət yetirilirdi. Artıq bu dövrdə qala divarları tikilmiş, onların ətrafında xəndəklər qazılmışdı.
Bu şəkildə vaxtılə əzəmətli və sarsılmaz Gəncə qalasının qalıqları təsvir olunub . Ön planda qalanın cənub -şərq sissəsinin künc . və qala divarının qalan hissəsini jörmək olar, dijər . təxminən 600 metrlik məsafədə qırmızı işarələnmiş sahədədir. Qalanın divarı Gəncəçayın axını boyu tikilmişdir. Öz zamanlarında qala üçün daha bir müdafmə xətti olan çay, bu günlərdə onsuzda uçmuş qala divarlarını daha da yuyub aparır.

IX-X-cu əsrlərdə xilafətin zəifləməsi ilə əlaqədar Azərbaycanda mustəqil Şirvanşahlar, Sacilər, Salarilər, Fəvvadilər feodal dövlətləri yaranmaga başlamışlar. Səlarilərin əlində olan Gəncə X-cu əsrin ortalarında Şəddadilərin paytaxtı oldu. İ Fədlunun ( 895-1030) dövrundə Gəncə daha da möhkəmləndi. Şəddadilər burada qala, saraylar, körpulər, karvansaraylar tikdilər və pul kəsməyə başladılar. Şəhər ətrafında yeni, daha möhkəm qala tikildi.
1063-cu ildə dəmirçi İbrahim Gəncənin məhşur qapısını düzəltdi. Gəncə iri bir mərkəzə çevrilərkən onun ərazisi böyuyur, yeni ticarət və sənaye məhəlləri tikilir. İpək və ondan hazırlanan mə’mulatlar nəinki yerli, hətta xarici bazarların alıcıların diqqətini cəlb edirdi. Gəncə həmçin dini mərkəz hesab olunurdu. Belə ki, alban katalikosun igamətgahı Bərdədən Gəncəyə köçürülmüşdür. Qətrap Təbrizi bu dövr haqqında belə yazır: “İndi Gəncə cənnət diyarına çevrildi”.

XI əsrin ortalarında Azərbaycan səlcuqların hücumlarına mə’ruz qalmışdır. Təbrizi zəbt etdikdən sonra I Toğrul (1038-1068) 1054-cü ildə Gəncəyə doğru irəlilədi. Gəncə hakimi Şavir Toğrul bəyin vassalı olmağa razılaşdı. O, Toğrul bəyə qiymətli hədiyyə təqdim etdi və onun adına xütbə oxundu. Səlcuqların hücumları kəsilmirdi. XI əsrin 70-ci illərində Şəddadilər hökmdarı III Fədlun müharibə aparmağın mənasızlığını görüb təslim oldu, lakin bir müddətdən sonra əlverişli şəraitindən istifadə edərək yenidən hakimiyyətə qayıtdı. 1086-cı ildə Səlcuq hökmdarı Məlikşah (1072-1092) sərkərdə Buğayı Gəncənin üstünə yolladı. Yerli əhalinin güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhəri zəbt etdilər. Döyüş zamanı Gəncə hökmdarı III Fədlun əsir düşmüş, və beləliklə 100 ildən artıq hökm sürmüş Şəddadilər sülaləsinin hökmdarlığına son qoyulmuşdur. Gəncənin idarəsini Məlikşah öz oğlu Qiyas Əd-din Tapara e’tibar etdi. Qiyas Əd-din Tapar sultan (1105-1117) seçildikdən sonra da igamətgahı Gəncədə yerləşən əsas Səlcuq hökmdarlardan biri idi. XII əsrin birinci yarısında Gəncəyə bir neçə dəfə gürcülər hücum etmişlər. Buna cavab olaraq Səlcuq qoşunları Gürcüstana hücum etdilər və onu qarət etdilər.
Gəncə ilə bağlı başqa bir hadisə – 25 sentyabr 1139-cu il tarixdə baş vermiş güclü zəlzələ idi. Kirakos Qəndzakesi yazırdı: “В…Dağ və düzü duman və buludlar bürümüşdü, dəhşətli zəlzələ baş vermişdir. Gəncə dağıldıВ… Nəticədə Kəpəz dağı uçmuş və təpələrdən axan xırda çayların qarşısını kəsmişdir və göl əmələ gəldi.” Müəllif, dicər yeddi göl barəsində yazmağı unudub və ya o vaxtı onlar barəsində mə’lumatı olmayıb. Bunlar təkraredilməz gözəlliyi olan Maralgöl, Ceyrangöl, Ördək gölü, Zəligölü, Ağ göl, Qara göl və Şamlıgöl kimi göllərdir.
Şəhərin dağılmasından və hökmdarın şəhərdə olmamasından istifadə edərək gürcü feodalları hücum etmiş, çoxlu qənimət əldə etdilər və Gəncənin məhşur qapısını apardılar. Azərbaycanını maddi mədəniyyətinin abidəsinin qalıqları nəzəriyyətsizlik və yararsız vəziyyətindən indi də Gürcüstan Respublikasının Qelet monastırındadır.
Uzun-uzadı daxili feodal müharibələr Səlcuq dövləti zəiflətdi. Bu yerli feodalların güclənməsinə və yeni dövlətlərin yaradınmasına şərait yaratdı. Onlardan biri Şəmsəddin Eldəniz tərəfindən yaradılmış Atabəylər dövləti idi. Gəncə bu dövlətin Arranda mərkəzi oldu. XII əsrin əvvəli – XIII əsrlər Gəncənin Atabəylər dövlətinin ikinci paytaxtının çiçəklənmə dövrü adlandırmaq olar, çünki onun mə’lumatları ölkədən çox uzaqlarda məhşur idi və o, “Arran şəhərlərin anası” səviyyəsinə qalxmışdır. Burada hazırlanan və “Gəncə ipəyi” adlanan parça qonşu ölkələrin və Orta şərq bazarlarında yüksək qiymətləndirilirdi .

Comments are closed, but trackbacks and pingbacks are open.