Xalq Cümhuriyyətinin 100 illiyi barədə tədbirlər planı təsdiqlənib
Prezident İlham Əliyev Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Rauf Hacıyevin 100 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
Prezident İlham Əliyev Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Veteninfo.az-ın xəbərinə görə, sərəncam görkəmli bəstəkar Rauf Hacıyevin Azərbaycanda musiqi mədəniyyətinin inkişafında təqdirəlayiq xidmətləri nəzərə alınaraq imzalanıb.
Mədəniyyət Nazirliyinə Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, 2022-ci ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 100 illiyi tamam olur.
Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırmışdır. Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olmuş və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynamışdır. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapmışdır. Rauf Hacıyev respublikanın mədəni həyatında yaxından iştirak etmiş və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.
Xalq Cümhuriyyətinin 100 illiyi barədə tədbirlər planı təsdiqlənib
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tədbirlər Planı təsdiq edilib.
AMEA-dan Oxu.Az-a verilən məlumata görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinə dair “İstiqlal bəyannaməsi”nin qəbul olunduğunu qeyd edərək AXC dövründə bütün ölkə vətəndaşlarına bərabər hüquqların verildiyini, irqi, milli, dini və sinfi ayrı-seçkiliyin ləğv olunduğunu söyləyib.
Rəyasət Heyəti Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamın icrasından irəli gələn məsələlərin həlli və AXC-nin 100 illiyinin qeyd olunması məqsədilə AMEA-nın Tədbirlər Planının təsdiqlənməsi haqqında qərar qəbul edib. AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə daxil olan institutlarda 2017-2018-ci illər ərzində yubileylə bağlı bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, məqalələr, müxtəlif kitablar, sənədlər toplusu, elmi-biblioqrafik göstəricilər, monoqrafiyaların nəşri, sərgilərin təşkili Tədbirlər Planında yer alıb.
Qlobalinfo
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi keçiriləcək
Prezident İlham Əliyev “Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.
“Bakı Musiqi Akademiyası müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı kimi dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Hələ ilk illərdən tədris prosesində Şərq musiqisinin çoxəsrlik ənənələrini və Avropa musiqi təhsilinin qabaqcıl təcrübəsini vahid məcrada birləşdirən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin sistemli öyrənilməsinə xüsusi diqqət göstərən Akademiya ötən müddət ərzində nailiyyətlərlə zəngin böyük bir inkişaf yolu keçmiş, üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlmişdir. Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan, musiqi sənətimizi ölkəmizin hüdudlarından xeyli uzaqlarda da uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının məzunlarıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafında və professional musiqiçi kadrların yetişməsində mühüm rol oynamış Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Oxşar xəbərlər
- Ali Attestasiya Komissiyası bazara çevrilib – Elmi işlər və adlar satılır
- Prezident Anarı 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib
- Dünyanın ən yaxşı universitetinə qəbul olundu – Azərbaycanlı məktəblidən ilk (FOTO)
- 85 yaşı tamam olan Anar: “105 il yaşamaq istəyirəm”
- Navalnı haqda çəkilən film “Oskar” aldı
- Fransada korsikan dili qadağan edildi
- 2023-cü ilin “Oskar” mükafatının qalibləri məlum olub – SİYAHI
- Məqsəd Nurun yeni kitabı nəşr edildi
- Agentlik ermənilərin Eldar Mansurovun əsərlərini oğurlaması ilə bağlı arayışlar hazırlayıb
- Aqil Abbas nazirliyi tənqid etdi: “Məsələni parlamentin iclasında müzakirə edəcəyik”
- İTV Ramiz Novruzla vida mərasimində Əli Nurun tənqidi fikirlərini kəsdi – Video
- “General” vəfat edib
- “İnkivizasiya” (57-ci azərbaycanlıya)
- “Heç bir iş görməyən nazirlik işçisi müəllimdən çox maaş alır” – Ekspert
- Xəzər tarixi: xülya, yoxsa reallıq?- Telman Vəlixanlı Elxan Zal Qaraxanın “Xəzər genişliyi” kitabı haqqında yazır
- “Bizdə 100 alimdən yalnız ikisi həqiqətən də elmlə məşğul olur” – Firudin Cəlilov
- Xalq artisti: “Şəfiqə Məmmədova kəmsavaddır, əlifbanı axıradək bilmir”
- “Azərbaycan da zəlzələ bölgəsində olanlar qədər əziyyət çəkir, ürəkləri onlarla döyünür. ” – Oktay Kaynarca
- “Mədəniyyət Nazirliyi Prezidentin ayırdığı pulları “hop” deyib yedi”
- Keçən ay 19 nəfərə elmi dərəcə verilməsindən imtina edilib
- Azərbaycanın tanınmış şair-bəstəkarı Türkiyədə Fəxri professor adına layiq görüldü (FOTO)
- Səadət Xələfbəyli işdən çıxarıldı – Qanun pozuntusuna görə (FOTO)
- Şeyx Əbdüldən çağırış: “Erməni-fars mənafeyinə xidmət etməyə son qoyun!”
- Geri qaytarılan 427 dissertasiyaya görə kim cavab verəcək? – “Elə institut var ki, 10-15 işi…”
- Ali Attestasiya Komissiyasında ŞIDIRĞI ALVER… – 20 min manata elmi adlar…
- Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov – 70
- Əliqismət Lalayevdən Mehriban Ələkbərzadəyə məktub: Biz yazmasaq.
- “Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən tədbirlər həftəsinə start verilib – VİDEO
- Zəlimxan Yaqubun xatirə gecəsinin biletləri satışa çıxarıldı – Şairin adı ilə pul qazananlar kimlərdir?
- Müşfiq Şahverdiyev: ““Cinemzadeh” şirkətinin hazırkı rəhbəri psixi xəstə və narkomandır”
Comments are closed, but trackbacks and pingbacks are open.