Press "Enter" to skip to content

Aydın Hacıyev (filoloq) ->

3.Aydın Hacıyev uşaq ədəbiyyatının müxtəlif problemlərinə həsr etdiyi monoqrafiya, dərslik, dərs vəsaitləri və proqramlar ədəbiyyatşünaslıq elmimizin inkişafında böyük əhəmiyyət kəsb edir. Professor Aydın Hacıyev üniversitetinin ictimai həyatında da fəal inkişaf etmişdir. O, 1970-ci ildən – 1980-ci ilə qədər filologiya fakültəsi qiyabi şöbəsinin dekan müavini , 1988 – ci ildən 2006-cı ilə qədər Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

8 Kasım 2015 Pazar

Ədəbiyyat Tədrisi Metodikası- Doktorontura Sualları

Paylaşıldı 01:10 by Leyla Bayramova
ƏDƏBİYYATIN TƏDRİSİ METODİKASI (5801.01) İXTİSASI ÜZRƏ
DOKTORANTURAYA QƏBUL İMTAHANININ SUALLARI
1. Ümumtəhsil məktəblərində ədəbiyyat tədrisinin məqsəd və vəzifələri.
2. Ədəbiyyat tədrisinin elmi əsasları.
3. Ədəbiyyatı başqa incəsənət növlərindən fərqləndirən cəhətlər (müqayisə yolu ilə).
4. Ədəbiyyatın söz sənəti olması və onun şagirdlərə çatdırılması yolları.
5. Ədəbiyyatın başqa elm sahələri ilə əlaqəsi.
6. Ədəbiyyat tədrisində fəndaxili əlaqə və onun şagirdlərə çatdırılması yolları.
7. Ədəbiyyat həyat hadisələrinin bədii obrazlı inikası kimi (nümunələr üzərində iş).
8. Ədəbiyyatın növlərə və şəkillərə bölünməsi.
9. Ədəbiyyat tərbiyə vastəsidir (nümunələr üzərində iş).
10. Ədəbiyyatın tərbiyə vasitəsi olması haqqında klassiklərin fikirləri.
11. Nəzm əsərlərinin xüsusiyyətləri və onlar üzərində işin təşkili.
12. Heca vəzninin xüsusiyyətləri və onlar üzərində işin təşkili.
13. Heca vəznində bölgü prinsipi (11-lik şeir nümunəsi üzərində iş aparmaqla).
14. Azərbaycan klassik şeir nümunələri üzərində işin təşkili.
15. Əruz vəzninin xüsusiyyətləri və onlar üzərində işin təşkili.
16. Əruz vəznində bölgü prinsipi(bir şeir nümunəsi üzərində işlə əsaslandırılmalı).
17. Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarından istifadə.
18. İcmal mövzularının öyrədilməsində əsas məqsəd və onlar üzərində işin təşkili.
19. Tərcümeyi-hal materiallarının öyrədilməsinə verilən tələblər (kompyuterdən istifadə yolu ilə).
20. Ədəbiyyatın tarixlə əlaqəli tədrisinə dair.
21. Ümumtəhsil məktəblərində ədəbiyyat nəzəriyyəsi anlayışları üzərində şagirdlərin müstəqil işi.

22. Azərbaycan məktəblərndə ədəbiyyat tədrisi metodikasının bir elm kimi formalaşmasında professor Ə. Qarabağlının rolu.

23. Ədəbiyyat tədrisi metodikası üzrə aparılan tədqiqatlar.
24. Lirik əsərlərin öyrədilməsində mətn üzərində iş.
25. M. Füzulinin “Leyli və Məcnun ” poemasının öyrədilməsində yeni təlim metodlarından istifadə.

26. Klassik şeir növlərindən olan qitəni qəzəldən fərqləndirən cəhətlər və onların öyrədilməsində müqayisədən istifadə.

27. Epik əsərlərin öyrədilməsi üzrə aparılan tədqiqatlar.
28. Epik əsərlərin öyrənilməsində “Klaster ”dən istifadə səmərəli yol kimi.
29. Ümumtəhsil məktəblərində dramaturgiyanın öyrədilməsi sahəsində aparılan tədqiqatlar.
30. Ədəbiyyatın tərbiyə vasitəsi olması problemi üzrə aparılan tədqiqatlar.
31. Azərbaycan şifahi xalq ədəbiyyatı sahəsində aparılan tədqiqatlar.
32. M. Füzulinin “Məni candan usandırdı. ” qəzəli üzərində aparılan metodik iş.
33. İfadəli oxu və ona verilən tələblər.
34. Əruzun rəməl bəhri və onun müxtəlif növlərinin əmələ gəlməsi yolları.
35. N. Gəncəvinin “İskəndərnamə” əsəri üzərində işin təşkili.
36. “İskəndərnamə” əsərinin ölçüsünün müəyyənləşdirilməsi üzərində aparılan metodik iş.
37. Bədii əsərin məzmununun mənimsədilməsində ifadəli oxunun rolu.
38. Bədii əsərin təhlili üzərində işin təşkili.
39. M. Füzulinin “Leyli və Məcnun ” əsərinin süjet xətti üzərində aparılan metodik iş.
40. S. Vurğunun bioqrafiyasının öyrədilməsində kompyuterdən istifadə.
41. M.F.Axundovun “Müsyö-Jordan. ” əsərin nümunəsində dramaturgiyanın komediya növü üzərində iş.
42. A. Şaiqin “Köç” hekayəsi üzərində işin təşkili.
43. A. Şaiqin “Köç” hekayəsinin tədrisinin biologiya ilə əlaqələndirilməsi.
44. S. Vurğunun “Ceyran” şeirinin tədrisində yeni təlim metodlarından istifadə.
45. S. Vurğunun “Azərbaycan” şeirinin kompyuterdən istifadə yolu ilə tədrisi.
46. S. S. Axundovun “Qaraca qız” hekayəsi üzərində şagirdlərin müstəqil işi.
47. Qoşma şeir şəklinin poetik xüsusiyyətləri üzərində şagirdlərin müstəqil işlədilməsi yolları.
48. M. Füzulinin “Padişahi-mülk” qitəsi üzərində aparılan metodik iş.

49. “Koroğlu” dastanında verilən parçalar ( Koroğlu ilə Bolu bəy) üzərində iş və ondan çıxarılan nəticə.

50. Ə. Haqverdiyevin “Mirzə Səfər” hekayəsi nümunəsində kiçik həcmli epik əsərlərin üzərində metodik işin təşkili.

51. V-IX siniflərdə ədəbiyyat tədrisinin xüsusiyyətləri.
52. X-XI siniflərdə ədəbiyyat tədrisinin xüsusiyyətləri.
53. Ədəbiyyat tədrisi metodikası elminin inkişaf tarixi.
54. V-IX siniflər üçün ədəbiyyatdan proqram və dərsliklərin tərtibi prinsipləri.
55. X-XI siniflər üçün ədəbiyyatdan proqram və dərsliklərin tərtibi prinsipləri.
56. M. F. Axundovun “Hacı Qara” əsəri üzərində şagirdlərin müstəqil işinin təşkili.
57. Dramatik oxuya verilən tələblər.
58. “Koroğlu” dastanında “Həmzənin Qiratı aparması” qolu üzərində aparılan metodik iş.

59. “ Kitabi-Dədə Qorqud” dastanından “Salur Qazanın evinin yağmalanması” boyu üzərində metodik işin təşkili.

60. N. Vəzirovun “Müsibəti-Fəxrəddin” əsəri nümunəsində dram janrının faciə növü üzərində şagirdlərin müstəqil işi.

61. N. Gəncəvinin “İskəndərnamə” əsərinin digər təlim fənləri ilə (tarix, coğrafiya) əlaqəli tədrisinə dair.

62. Nəzm əsərlərinin ifadəli oxusunda ölçünün nəzərə alınması əsas şərt kimi.
63. İri həcmli bədii əsərlərin öyrədilməsində kompyuterdən istifadə.
64. “Klaster” ( şaxələndirmə) bədii əsərlərin öyrədilməsində əsas üsullardan biri kimi.
65. “Dədə Qorqud” dastanlarının ondan sonra yaranan türk xalq dastanlarına təsiri (nümunələrlə).
66. N. Gəncəvinin “Xosrov və Şirin” əsərinin öyrədilməsində tarixi məlumatlardan istifadə.
67. Klassik şeir şəkillərinin tədrisində fəndaxili əlaqədən istifadə.
68. Tərcümeyi-hal materiallarının öyrədilməsində inteqrasiyadan istifadə.
69. Ş. Xətainin “Dəhnamə” əsəri üzərində şagirdlərin müstəqil işi.
70. Bədii əsərlər vasitəsilə şagirdlərin nitq inkişafı.
71. Ədəbiyyat şagirdlərdə bədii nitqin inkişaf etdirilməsi vasitəsi kimi.

72. Bədii təsvir və ifadə vasitələri üzərində şagirdlərin müstəqil işlədilməsi ( konkret nümunə əsasında).

73. Azərbaycan ədəbiyyatında hekayə və novella epik növləri və onların müqayisəli tədrisi (nümunələr əsasında)

74. A. Səhhətin “Vətən” şeiri üzərində metodik işin təşkili və əsərdən çıxarılan nəticə.
75. Azərbaycan şifahi xalq ədəbiyyatı üzrə aparılan tədqiqatlar.
76. B. Vahabzadənin “ Şəhidlər” şeiri üzərində şagirdlərin müstəql işlədilməsi.

77. C. Məmmədquluzadənin “Anamın kitabı” əsəri üzərində şagirdlərin müstəqil işi, onun tərbiyəvi əhəmiyyəti.

78. C. Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” əsərinin öyrədilməsində kompyuterdən istifadə.
79. İ. Şıxlının “Dəli Kür” romanında verilən parçalar üzərində işin təşkili.

80. S. Ə. Şirvaninin “Guş qıl” müxəmməsi üzərində ş.agrdlərin müstəqil işi. Əsərdən çıxarılan əsas nəticə.

81. Ə. Məmmədxanlının “Buz heykəl” əsəri üzərində şagirdlərin müstəqil işinin təşkili.

82. M. Rzaquluzadənin “Ana ürəyi, dağ çiçəyi” hekayəsi nümunəsində yazılı ədəbiyyatla şifahi xalq yaradıcılığının əlaqəsinə dair.

83. M. Hüseynin “Odlu qılınc” hekayəsi üzərində metodik iş

84. Q. Zakirin “Sədaqətli dostlar” əsəri nümunəsində təmsil ədəbil növünün xüsusiyyətləri və onun tərbiyəvi əhəmiyyəti.

85. M. Rzaquluzadənin “Babəkin andı” hekayəsinin tarixlə əlaqəli tədrisi.
86. İ. Əfəndiyevin “Xəncər” hekayəsi üzərində metodik işin təşkili.
87. F. Kərimzadə”Qələbə ”( Xudafərin körpüsü) əsərində inteqrasiyadan istifadə.

88. M. Arazın “Ayağa qalx, Azərbaycan” şeiri üzərində şagirdlərin müstəqil işi və onun çıxarılan əxlaqi nəticə.

Aydın Hacıyev (filoloq)

Həyatı [ redaktə | mənbəni redaktə et ]

Aydın Hacıyev 1936-cı ildə Şuşanın Malıbəyli kəndində anadan olmuşdur. O, 1947-ci ildə Malıbəyli kənd 7 illik məktəbini bitirib, Şuşadakı pedaqoji texnikuma daxil olmuşdur. Aydın Hacıyev 1951-ci ildə həmin texnikumu bitirərək Tərtər rayonunun Sarov kəndində müəllimlik fəaliyyətinə başlamışdır. 1953-cü ildə təhsilini davam etdirmək üçün o, V.İ.Lenin adına (indiki N.Tusi adına) ADPÜ-nin fiologiya fakültəsinə qəbul olmuş və 1957-ci ildə həmin üniversiteti bitirmişdir.

A.Hacıyev ölkəmizin qocaman ali məktəbində professor M.Rəfilidən, akademik Ə.Dəmirçizadədən, professor A.Abdullayevdən, S.Əfəndiyevdən, professor Ə.Seyidovdan elmlərin əsaslarını dərindən öyrənməyə səy göstərmişdir. A.Hacıyev 1957-62-ci illərdə Mingəçevir şəhərinin 10 saylı məktəbində əvvəl müəllim sonra isə direktor vəzifəsində çalışmışdır.

A.Hacıyev 1962-ci ildə V.İ.adına ADPU-də ədəbiyyat tədrisi metodikası ixtisası üzrə aspiranturaya daxil olmuş, V-VIII siniflərdə lirik şerlərin tədrisi metodikası adlı dissertasiya mövzusu üzərində tədqiqat işləri aparmış, 1966-cı ildə bu dissertasiyanı uğurla müdafiə edib, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Həmin ildən o, bir alim kimi H.Tusi adına ADPU –nin fiologiya fakültəsində həm müəllim kimi, həm də tədqiqatçı kimi fəaliyyətə başlamışdır.

Aydın Hacıyev 1975-ci ildən başlayaraq “Azərbaycan Sovet uşaq nəsrinin təşəkkül və inkişaf problemləri (1920-1960)” adlı doktorluq dissertasiyası üzərində işləmişdir. Tədqiqatın nəticələrini o, 1989-cu ildə M.Rəsulzadə adına Bakı dövlət Üniversitetinin ixtisaslaşdırılmış sırasında müdafiə edib, fiologiya elmləri doktoru, alimlik dərəcəsi almışdır.

Professor Aydın Hacıyev öz elmi tədqiqatını 3 istiqamətdə aparmışdır:

1.Ədəbiyyatın tədrisi metodikası sahəsində: bu istiqamətdə ali və orta məktəblər üçün dərs vasaitləri, proqramlar və sanballı məqalələr çap etdirmişdir.

2.Pedaqoji-əxlaqi-tərbiyəvi istiqamətdə: bu sahədə o silsilə qəzet və jurnal məqalələri nəsr etdirmişdir. Tərbiyə işində səriştəsi az olan valideynlər üçün bu məqalələrin böyük əhəmiyyəti vardır.

3.Aydın Hacıyev uşaq ədəbiyyatının müxtəlif problemlərinə həsr etdiyi monoqrafiya, dərslik, dərs vəsaitləri və proqramlar ədəbiyyatşünaslıq elmimizin inkişafında böyük əhəmiyyət kəsb edir. Professor Aydın Hacıyev üniversitetinin ictimai həyatında da fəal inkişaf etmişdir. O, 1970-ci ildən – 1980-ci ilə qədər filologiya fakültəsi qiyabi şöbəsinin dekan müavini , 1988 – ci ildən 2006-cı ilə qədər Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Kitablar [ redaktə | mənbəni redaktə et ]

1. V-VIII siniflərdə lirik şerlərin tədrisi Bakı 1966.

2. Ana dili və ədəbiyyat dərslərində vətənpərvərlik tərbiyyəsinə dair. Bakı 1974.

3 Uşaq nəsri tədrisinin bəzi məsələləri Bakı 1977.

4. Orta məktəbdə lirik şerlərin tədrisi B. 1982

5 Məktəb ədəbiyyat kursunun məzmunu və tədrisinin təşkili məsələləri. B. 1985

6. Ədəbiyyat dərslərində şifahi və yazılı nitqin inkişaf etdirilməsi. B.1990

7. Ədəbi əsərlərin təhlili yolları. B. 1992

8. Ədəbiyyat dərslərində əyanilikdən istifadə B. 1993

9. Uşaq nəsri tədrisinin bəzi məsələləri. B. 1977.

10. Azərbaycan sovet uşaq ədəbiyyatı. B. 1984.

11. Azərbaycan uşaq ədəbiyyatı tarixi. B.1986.

12. Azərbaycan uşaq nəsri. B. 1993.

13. Azərbaycan ədəbiyyatının tədrisi metodikası 2003.

14. Azərbaycan uşaq ədəbiyyatı tarixi B. 2004.

80 qəzet məqalələri, 15 Jurnal məqalələri [ redaktə | mənbəni redaktə et ]

Xaricdə çap edilən əsərlər [ redaktə | mənbəni redaktə et ]

1. Azərbaycan uşaq ədəbiyyatında folklor motivləri. Tehran 1995. “Varlıq” jurnalı IV 4,5

2. Azərbaycan uşaq ədəbiyyatının təşəkkülü. Təbriz 1995. “Azadlıq beşiyi” 10 fevral

3.Uşaq ədəbiyyatının oxucuları kimlərdir? Təbriz 1995. “Azadlıq beşiyi” 21 mart

4.Uşaq ədəbiyyatında folklor motivləri. (I məqalə) Təbriz 1995 . “Azadlıq beşiyi ” 15 aprel

5.Uşaq ədəbiyyatında folklor motivləri (II məqalə) Təbriz 1995. “Azadlıq beşiyi” 16 may. Türkiyə “Zaman” qəzeti 1995. 5 nömrəsi, nümunəvi testlər.

Səadət kamalla yetişir başa

Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi, uğurla həyata keçirilən təhsil islahatı orta ümumtəhsil məktəblərində ədəbiyyat tədrisinə, onun məqsəd və vəzifələrinə, forma, üsul və metodlarına yeni yanaşmanı zəruri etmişdir.

Müasir mərhələdə təhsil sis­teminin başlıca vəzifələri aşağıdakılardır:

– ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inki­şaf etdirmək və bununla Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək;

– məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xal­qının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı dü­şünən vətəndaş və şəxsiyyət yetişdirmək;

– milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq;

– sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənil­məsini və əlavə təhsili təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Bu baxımdan məktəbdə öyrənilən əsas fənlərdən olan ədəbiyyat XXI əsrdə müasir dünyagörüşlü, milli və ümumbəşəri mənəvi dəyərlərə yiyələnmiş vətəndaşın, qloballaşan və mürəkkəbləşən dünyada yaşamağı, müstəqil, yaradıcı fəaliyyət göstərməyi, öz xalqını layiqli təmsil etməyi bacaran şəxsiyyətin tərbiyəsində böyük imkanlara malikdir.

Ədəbiyyat tədrisi metodikasının ictimai əhəmiyyəti söz sənəti­nin böyük tərbiyəvi, idraki, bədii-emosional təsiri ilə şərtlənir. Söz sənəti gənc nəslə vətənpərvərlik, humanizm, demokratik baxışlar, öz xalqının ədəbiyyatına, mədəniyyətinə bağlılıq, digər xalqların ədəbiyyatına, mədəniyyətinə ehtiram hissi aşılanmasında mühüm rol oynayır.

Azərbaycan ədəbiyyatının dəyərli nümunələrinin, xarici ölkə­lərin ədəbiyyatından seçmələrin öyrənilməsi prosesində şagirdlərin idraki maraqları, əqli və yaradıcılıq qabiliyyətləri, şifahi və yazılı nitqi inkişaf etdirilir, onlarda həyati bacarıqlar, mütaliə mədəniy­yəti, estetik zövq formalaşdırılır.

Söz sənəti nümunələri neçə-neçə nəsillər tərəfindən xalqımızın mənəvi mədəniyyəti, incəsənəti, mütərəqqi adət-ənənələri, ana dili, tarixi, coğrafiyası haqqında biliklərin mənimsənilməsində, böyük şəxsiyyətlərin fəaliyyətinin dərindən öyrənilməsində dəyərli mən­bə olmuşdur.

Təsadüfi deyil ki, bir çox görkəmli ziyalılar xalqa xidmət yolu­nu ilk növbədə ədəbiyyat müəllimi kimi gənc nəslin təlim-tərbiyəsi sahəsində praktik fəaliyyətdə görmüş, bədii, elmi yaradıcılıqları ilə pedaqoji fikir xəzinəsinə töhfələr vermiş, müasirlərinin və xələf­lərinin məhəbbətini qazanmışlar. M.Ş.Vazeh, M.F.Axundzadə, S.Ə.Şirvani, S.M.Qənizadə, M.Ə.Sabir, C.Məmmədquluzadə, H.Ca­vid, S.S.Axundov, M.T.Sidqi, N.Nərimanov, M.Müşfiq, S.Vurğun, İ.Şıxlı, M.Təhmasib və digər ziyalıların ədəbiyyat müəllimi kimi fəaliyyəti xalqa təmənnasız xidmət nümunəsi olaraq bu gün də gənc müəllimlər üçün örnək sayılır. Uzun illər ədəbiyyat müəllimi olmuş görkəmli ədib A.Şaiq yazırdı ki, o, yazıçılığından daha çox müəllimliyi ilə fəxr edir.

Ali pedaqoji məktəblərdə tədris olunan ədəbiyyat tədrisi meto­dikası nəzəri-praktik kursu ədəbiyyat müəlliminin metodik hazırlığı proqramının mühüm tərkib hissəsidir. Metodika gənc nəslin təlim-tərbiyəsində hansı yolla getmək lazım gəldiyini müəyyənləşdirir. Həmin yolun dəqiqləşdirilməsi, təlim prosesinə müəllimin şəxsi baxışlarının formalaşması, başqalarının iş təcrübəsinin təhlili ilə ya­naşı, həm də ədəbi təhsilin məqsədi və məzmunu, əsərin mütaliəsi, qavranılması, oxucu müstəqilliyinin inkişaf etdirilməsi, təlim me­todlarının qarşılıqlı əlaqəsi, şifahi və yazılı nitqin inkişafı, təlimin fərdiləşdirilməsi kimi bir sıra nəzəri problemlərin dərk edilməsi nə­ticəsində mümkündür.

Ədəbiyyat müəlliminin metodik bilik və bacarıqları çoxillik məktəb təcrübəsi süzgəcindən keçdikcə daha da inkişaf edir, cilala­nır, fərdi metodik üslubun, pedaqoji ustalığın yaranmasına, bir-birindən fərqli, özünəməxsusluğu ilə seçilən, maraqlı ədəbiyyat dərslərinin təşkilinə gətirib çıxarır.

Bəzən ədəbiyyat tədrisi metodikasının məzmunu ilə bağlı mə­sələlərə dair fərqli fikirlər səsləndirilir. Bu fənni tədris edən müəl­limlər, ədəbiyyatşünaslar, psixoloqlar, ictimaiyyətin nümayəndələri məsələyə öz münasibətlərini bildirirlər.

Həm ədəbiyyatşünaslığın, həm də ədəbiyyatın tədrisi metodika­sının bədii əsərləri öyrəndiyini, tarixi, nəzəri baxımdan araşdırdığını əsas gətirərək onları eyniləşdirmək cəhdləri mövcuddur. Lakin bun­ların arasında fərqlər vardır. Ədəbiyyatşünaslığın obyekti ədəbiy­yatın yaranması, tarixi, özünəməxsusluğu, inkişaf qanunauyğunluq­ları, ictimai əhəmiyyətidir. Metodika pedaqoji elmlərdən biri kimi pedaqogikaya yaxın olsa da, fərqli obyekti, predmeti, vəzifələri ol­duğu üçün müstəqil fənn sayılır.

Ədəbiyyatın tədrisi metodikasının obyekti ədəbiyyatın özü deyil, müəllim-şagird əməkdaşlığına əsaslanan pedaqoji proses­dir, ədəbi materialın öyrənilməsi zəminində aparılan təlim-tər­biyə işinin qanunauyğunluqlarıdır.

Ədəbiyyatın tədrisi metodikasının predmetini şagirdlərin tərbiyəedici təlimi təşkil edir və vəzifəsi bu prosesə rəhbərlik məq­sədilə onun qanunauyğunluqlarını aşkara çıxarmaqdan ibarətdir.

Son zamanlar kurikuluma keçidlə əlaqədar ümumi orta təhsil pilləsində dil ilə ədəbiyyatı birləşdirmək, bir fənn kimi öyrətmək, ədəbiyyatı müstəqil fənn kimi yalnız tam orta təhsil pilləsində tədris etmək barədə də fikirlər səslənməkdədir. Həmin təklifin tərəfdarları öz mövqelərin əsaslandırmaq üçün bəzi Avropa ölkələrinin təcrü­bəsini nümunə gətirir, bu yaxın fənlərin inteqrasiyasının, dil üzrə nəzəri biliklərin söz sənəti nümunələri üzərində iş zəminində mə­nimsənilməsinin əhəmiyyətini vurğulayırlar.

Dil ilə ədəbiyyatın inteqrasiyası ideyası nə qədər müasir səs­lənsə də, hər fənnin özünəməxsus, fərqli obyekti, predmeti vardır. Unutmaq lazım deyil ki, ölkəmizdə ədəbiyyatın müstəqil fənn kimi öyrənilməsi sahəsində müsbət təcrübə toplanılmış, bu gün də dəyə­rini itirməyən ənənələr formalaşmışdır. Metodik tədqiqatlar, qabaq­cıl iş təcrübəsi sübut edir ki, hər iki fənni eyni müəllim tədris etdiyi üçün bu fənləri formal olaraq birləşdirmədən də, istər dil, istərsə də ədəbiyyat dərslərində inteqrasiya imkanlarını reallaşdırmaq, bu zəmində yüksək nəticələr əldə etmək mümkündür.

Eyni zamanda keçid dövrünün kurikulumunda (hazırlanmış kurikulumu biz məhz belə qiymətləndiririk) məsələnin bu şəkildə qoyulması müəllim hazırlığı, orijinal dərsliklərin tərtibi, yeni təlim texnologiyalarının tətbiqi, resurslar hazırlanması ilə bağlı ciddi problemlərin mövcudluğu şəraitində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində çətinlikləri qat-qat artıra bilər.

Ədəbiyyat tədrisi metodikası yaradıcı elmdir, metodik düşün­cədə ehkamçılıq, durğunluq, tövsiyələrin mexaniki tətbiqi onun təbiətinə yaddır. Müəllim bu və ya digər əsərin ədəbiyyat proqramı­na daxil edilməsinin səbəbini, onun idraki, tərbiyəvi əhəmiyyətini aydınlaşdırmağı, əsər üzrə dərslər sistemini planlaşdırmağı, onu ne­cə tədris edəcəyini, təlim materialı üzrə şagirdlərdə hansı bilik və bacarıqları formalaşdıracağını bilməlidir. O, öyrənilən əsərlə bağlı material toplamağı, əsərə, müəllifə öz münasibətini müəyyənləşdir­məyi, əsaslandırmağı, şagirdə çatdırmağı bacarmalıdır. Metodika elmi məhz bu məsələlərin həllində müəllimə kömək edir, onun fəaliyyətini istiqamətləndirir.

V.V.Qolubkovun ədəbiyyat tədrisi metodikasına dair dərsliyin­də metodikanın əsas xüsusiyyətləri qeyd edilir: «Müəllimin işinin metodlarının, prinsiplərinin, istifadə etdiyi materialın müəyyən ar­dıcıllıqla araşdırılması bütün fənlərin tədrisi metodikasını birləşdi­rən cəhətlərdir. Metodika üç əsas suala cavab verir: niyə öyrənilir, nə öyrənilir, necə öyrənilir?» [1]

Tədqiqatçının fikrincə, elmi metodika şagirdlərin inkişaf xü­susiyyətlərinin tədqiqinə əsaslanmalıdır. Müəllim pedaqoji prosesə öz yazı masasının deyil, məktəbli partasının arxasından nəzər sal­mağa çalışmalı, öyrətmək istədiyini şagirdin necə qavradığını başa düşməyə səy göstərməlidir.

M.A.Rıbnikova yazır ki, metodika – vaxta qənaət etmək, şagir­din qüvvəsindən ağılla istifadə etmək, təlim materialında başlıca olanı tapmaq bacarığı, sinif kollektivinin əməyini təşkil etmək mə­harəti, şagirdlərin müxtəlif fərdi xüsusiyyətlərinə düşünülmüş təsir etmək sistemidir. Metodikanın əsasında duran əsas didaktik qayda­lar aşağıdakılardır:

1. Təlim şagird qavramasının müxtəlif tərəflərinə, hiss orqanla­rının, şüurunun müxtəlif sahələrinə təsir etməlidir. Bu zaman şagird təəssüratlarının səviyyəsi, sabitliyi, daimiliyi kimi tələblər gözlənil­məlidir.

2. Şagirdlər onların qarşısına qoyulan təlim vəzifələrini aydın dərk etməlidir. Müəllimin təlim tapşırıqlarının yerinə yetirilməsində iştirakı, sinfin işinin təşkili ilə bağlı məsələlər aydın olmalıdır.

3. Metodistin məharəti sadədə mürəkkəbi, tanış olanda yenini, köhnədə nə isə təzə bir şey göstərməkdən ibarətdir.

4. Müəllim dərsdə induksiya ilə deduksiyanı birləşdirməklə biliklərin ardıcıllıq və sistematikliyini və bu zəmində həyata şüurlu yanaşmanı, nəzəriyyə ilə təcrübənin vəhdətini təmin etməlidir. [2]

Müəllimin metodik bilik və bacarıqlara malik olması, klassik və müasir metodik mənbələrə bələd olması zəruridir. Müasir metodi­ka əvvəlki metodik irsdən bəhrələnməklə yeni metodik düşüncə­nin, meyillərin üstünlüklərindən istifadə etməklə inkişaf edir, təkmilləşir və zənginləşir.

Kursun məqsədi tələbələrin elmi fənn kimi ədəbiyyat tədrisi metodikasının əsaslarını, nəzəri və praktik məsələlərini dərin­dən öyrənməsinə nail olmaqdır.

Bu fənnin müasir tələblər səviyyəsində tədrisi müəllimdən ədəbiyyatşünaslıq elmi – ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid üzrə biliklərə yiyələnməyi, Azərbaycan və xarici ölkə­lər ədəbiyyatının əsaslı şəkildə mənimsənilməsini tələb edir. Lakin nə qədər əhəmiyyətli olsa da, yalnız bədii ədəbiyyatı geniş mütaliə etməklə, ədəbi-nəzəri, tarixi mənbələri dərindən bilməklə müəllim olmaq mümkün deyildir.

Tələbələr ədəbiyyat tədrisi metodikasının nəzəri əsaslarını bilməli, təlim fənninin nəzəri və praktik səviyyədə öyrənilməsi­nin tərkib hissəsi olan ədəbiyyatşünaslıq, psixoloji-pedaqoji, di­daktik, kommunikativ məsələlərdən baş çıxarmalı, ədəbiyyat dərsinin planını ( icmalını) hazırlamağı bacarmalıdır.

Tələbələr ədəbiyyatın tədrisi metodikası kursunu dərindən mə­nimsəmək üçün təlim məşğələləri ilə yanaşı, ciddi özünütəhsil, me­ todik ədəbiyyatın müstəqil mütaliəsi ilə məşğul olmalıdır. Onlar orta ümumtəhsil məktəblərində müasir ədəbiyyat tədrisinin özünəməxsus cəhətləri haqqında dərin bilik və bacarıqlara yiyələnməli, məktəbdə yaradıcı fəaliyyətə hazır olmaq üçün kurs üzrə zəruri müstəqil işləri yerinə yetirməlidir. Məhz bu zəmində şagird mütaliəsini stimul­laşdırmaq, təlim prosesində müsbət motivasiya yaratmaq, ədəbiyyat dərslərinin canlı, maraqlı təşkil etmək mümkündür.

Müasir mərhələdə müəllimdən ədəbiyyat dərslərində təlimin fəal metodları, forma və üsullarından, yeni təlim texnologiyaların­dan, interaktiv metodlardan, informasiya-kommunikasiya vasitələ­rindən istifadə olunması, fəndaxili və fənlərarası inteqrasiyanın tə­min edilməsi üzrə işin sistemini bilmək, praktikada tətbiq etmək ba­carığı tələb olunur.

Ədəbiyyatın tədrisi metodikası kursu gələcək müəllimlərin şa­girdlərin ədəbi inkişafı, təlim metodları və üsulları, pedaqoji fəaliy­yətin əsas sahələri haqqında bilik və bacarıqlara yiyələnməsini, ya­radıcı pedaqoji fəaliyyətə hazırlığını təmin edir. Təlimin şəxsiy­yətyönümlü, nəticəyönümlü səciyyəsi, müəllim – şagird əməkdaşlığı ilə bağlı məsələlərin dərindən mənimsənilməsi bu baxımdan çox əhəmiyyətlidir.

Müasir məktəbdə ədəbiyyat tədrisi metodikasının təkmilləş­dirilməsi həm də bədii əsərin şagird – oxucuya mənəvi, estetik-emo­sional təsirinin gücləndirilməsini, şagirdlərdə yaradıcı müstəqilliyin tərbiyə olunması, oxucu qavraması, mütaliəyə, ədəbiyyatın öyrənil­məsinə marağın, təxəyyülün inkişaf etdirilməsini tələb edir.

Ədəbiyyat incəsənətin bir növüdür. Bu fənni tədris edən müəl­limin pedaqoji məharəti dedikdə, onun metodik səriştəsi, ədəbiyyat fənnini dərindən bilməsi ilə yanaşı, mahir qiraətçi olması, kom­munikativ bacarıqlara dərindən yiyələnməsi də nəzərdə tutulur.

Ədəbiyyat tədrisi metodikasının digər elmlərlə əlaqəsi

Ədəbiyyatın tədrisi metodikası kursu inteqrativ səciyyəlidir. Ədəbiyyat tədrisində müxtəlif fənlərarası əlaqələrin, xüsusən hu­manitar fənlərlə ­ dil, ədəbiyyatşünaslıq, pedaqogika və psixologiya ilə əlaqələrin nəzərə alınması zəruridir.

Ədəbiyyatın tədrisi metodikası ayrı-ayrı fənlərin deyil, bütöv­lükdə gənc nəslin təlim, təhsil, tərbiyə, inkişafı prosesini tədqiq edən pedaqogikanın müəyyənləşdirdiyi qanunauyğunluqlara əsas­lanmaqla, onları ədəbi-bədii materialların öyrənilməsi prosesində tətbiq və inkişaf etdirir.

Ədəbiyyat tədrisi metodikasının təlimin nəzəriyyəsini və ümu­mi prinsiplərini, metod və priyomlarını, təşkili formalarını işləyib hazırlayan didaktika ilə əlaqəsi özünü təlim prosesində daim biruzə verir.

Ədəbiyyatın tədrisi metodikası şagirdlərin təlim və tərbiyəsi prosesinin psixoloji qanunauyğunluqlarını, qavrayış, diqqət, hafizə, təfəkkür, təxəyyül və s. məsələlərini öyrənən, müəllim-şagird mü­nasibətlərini aydınlaşdıran pedaqoji psixologiyanın əldə etdiyi nəti­cələrdən məktəblilərin ədəbi təhsili, tərbiyəsi və inkişafı prosesində bəhrələnir.

Ədəbiyyat tədrisinin psixologiya ilə əlaqəsi bədii qavramanın, yaradıcılığın psixologiyasının, şagirdlərin yaş xüsusiyyətlərinin nə­zərə alınmasında, onların əqli və mənəvi inkişafında, tərbiyəsində özünü biruzə verir.

Ədəbiyyat tədrisi metodikası ədəbiyyatşünaslıqla – ədəbiyyatın metodologiyası, nəzəriyyəsi və tarixi ilə sıx əlaqəlidir. Bu əlaqə ilk növbədə ədəbiyyat kursunun məqsədləri, strukturu və məzmunu müəyyənləşdirilərkən aşkara çıxır. Ədəbiyyatşünaslığın metodolo­giyası ədəbiyyat təlimi metodlarının müəyyənləşdirilməsinə də təsir göstərir.

Metodikanın ədəbiyyatşünaslıqla, eləcə də estetika ilə əlaqəsi maraq kurslarında, humanitar təmayüllü siniflərdə, sinifdənxaric iş prosesində daha çox aşkara çıxır.

Ədəbiyyatın öyrənilməsi prosesində fəlsəfə, etika, tarix, dil, hü­quq, dinlə bağlı məsələlər meydana çıxır.

Məktəbdə gənc nəslin ədəbi təhsili, tərbiyəsi, inkişafı mürəkkəb prosesdir. Ədəbiyyat tədrisi metodikasının yaxın fənlərlə əlaqələri­nin öyrənilməsi və nəzərə alınması təlim prosesinin səmərəliliyini artırır.

Ədəbiyyat
1. Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı. 2009.
2. Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu. Bakı, 2006.

3. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. Azərb. müəllimi qəzeti.25 okt 2013. N 41 (8558)

4. Aslanov Y. Ədəbiyyat tədrisi: ənənə və müasirlik. Bakı: ADPU-nun nəşriyyatı, 2011.

5. Babayev A.M. Azərbaycan ədəbiyyatı tədrisinin elmi əsasları haqqında. DETPİ-nin əsərləri. 1970, XI buraxılış, s. 72-88.

6. Богданова О.Ю., Леонов С.А., Чертов В.Ф. Методика пре­подавания литературы. М.: Академ иа, 2000.
7. Əhmədov C.M. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Bakı Universiteti, 1992.
8. Hacıyev A.C. Azərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı: Təhsil, 2003.

9. Həsənli B., Hüseynoğlu S., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. V sinif. Müəllim üçün metodik vəsait.Bakı: Bakı nəşriyyatı, 2012.

10. Həsənli B., Hüseynoğlu S., Məmmədo va S., Mustafayeva A. Ədəbiyyat. VII sinif. Müəllim üçün metodik vəsait. Bakı: Bakı nəşriyyatı, 2014.

11. Hüseynoğlu S. Ədəbiyyatımızı öyrənək və öyrədək. Ana sözü, 1992 №5-6, s.15-21.

12. Hüseynoğlu S., Həsənli B., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün dərslik. Bakı: Bakı nəşriyyatı, 2012.

13. Hüseynoğlu S., Həsənli B., Məmmədo va S., Mustafayeva A. Ədəbiyyat. VII sinif üçün dərslik. Bakı: Bakı nəşriyyatı, 2014.

14. Qarabaglı Ə.M. Azərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı: Maarif,1968.
15. Голубков В.В. Методика преподавания литературы. М.: Учпедгиз, 1955.
16. Методика преподавания литературы. Под ред З.Я.Рез. М.: Про свещение , 1985.

17. Məmmədov R. Ədəbiyyat təlimində şagirdlərin bədii təfək­kürünü inkişaf etdirmək yolları. Bakı: Maarif, 1975.

18. Mikayılov Ş.A., Bəkirova A.M. Ümumtəhsil məktəblərinin V-XI siniflərində ədəbiyyatın tədrisi metodikası. Bakı: Naksuana, 2008.

Comments are closed, but trackbacks and pingbacks are open.