Press "Enter" to skip to content

Həyatımda Robert Qrinin Hakimiyyətin 48 qanunu

Bir çox qanunlara şəxsən əməl edirəm və bir çoxu ilə tamamilə razıyam. Bu kitabı oxumağa dəyər.

Hakimiyyətin 48 qanunu

İnsan psixologiyasının mahir bilicisi, Robert Qrin lə­tafətləndirmək və hökmranlıq etmək, özünə sevgi cəlb etmək və başqalarının düşüncələrini və əh­va­li-ruhiyyəsini məharətlə idarə etmək sənətini mə­nim­sə­məkdə sizə kömək edəcək. Bu kitabda toplanmış məs­ləhətlərə riayət etməklə, siz hər bir təbəssümü, hər bir jesti, hər bir sözü dağıdıcı silaha çevirə biləcək, rəh­bərlərinizin, iş üzrə həmkarlarınızın sonsuz etimadına və hörmətinə nail ola biləcəksiniz. Siz hər bir qadını (və ya kişini) məftun edə, eləcə də özünə inamlı, gur, uğurlu şəxsiyyət ola biləcəksiniz.

Oxşar kitablar

Yuxuların yozumu

Sigmund Freud

Cild : Yumşaq

Hakimiyyətin 48 qanunu

Robert Greene

Cild : Yumşaq

Stokda yoxdur

Qadın kimi davran, kişi kimi düşün

Steve Harvey

Cild : Yumşaq

Zero limit

Co Vitale

Cild : Yumşaq

Bədən dili

Joe Navarro

Cild : Yumşaq

Kişilər Marsdan, qadınlar Veneradandır

John Gray

Cild : Yumşaq

Xalqların və kütlənin psixologiyası

Gustave Lebon

Cild : Yumşaq

Həyata suallar

Rolf Dobelli

Cild : Yumşaq

Dünyanın ən böyük sirri

Og Mandino

Cild : Yumşaq

NLP / Gizli təsirin qızıl sirləri

Michael Hall

Cild : Yumşaq

Stokda yoxdur

Təhtəlşüurun gücü

Joe Dispenza

Cild : Yumşaq

Uğurun yeddi mənəvi qanunu

Deepak Chopra

Cild : Yumşaq

Həyata HƏ demək

Viktor Frankl

Cild : Qalın

Hər bir kişinin qadınlar haqqında bilməli olduğu vacib sirlər

Barbara De Angelis

Cild : Yumşaq

Ustalıq

Robert Greene

Cild : Yumşaq

Varlı ata, kasıb ata

Robert T. Kiyosaki

Cild : Yumşaq

Hər bir qadının kişilər haqqında bilməli olduğu vacib sirlər

Barbara De Angelis

Cild : Yumşaq

Həyat mozaikasının beş əsas fraqmenti

Cim Ron

Cild : Yumşaq

Hər şey səninlə başlar

Mümin Sekman

Cild : Yumşaq

Rəylər

Rəy yaz

Ünvan: Bakı, Tbilisi prospekti, 76

Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.

Həyatımda Robert Qrinin “Hakimiyyətin 48 qanunu”

Boş vaxtım olanda, mütaliə etməyi sevirəm, hər mövzuda oxuya bilərəm, bircə detektiv, dəhşət filmləri kimi mövzuya malik olmasın, bir də ki, kitabın əvvəlini oxuyanda sonunu bilsəm, kitab maraqsız gəlir, film də həmçinin.

İstirahət zamanı piyada gəzintiyə çıxmağı, parkda gəzməyi, yazı yazmağı, filmə baxmağı, musiqi dinləyib, rəqs etməyi, toxuma sapları ilə yun nə isə toxumağı, yeni reseptləri oxuyub, yeni nəsə bişirməyi çox sevirəm, mənə rahatlıq gətirir, gərginlikdən azad edir məni.

Həmişə eyni şeyi etməyi sevmirəm, darıxdırır fərqlilik olmayanda. Yeniliyə meylliyəm.

Robert Qrinin “Hakimiyyətin 48 qanunu” kitabını dövlət işində işləyən bir təcrübəli tanışım məsləhət bilmişdi, axtardım, Qanun nəşriyyatının sifarişi ilə tərcümə edilmiş kitabı yeni il ərəfəsində “Soyuq əllər, isti ürəklər” xeyriyyə aksiyası zamanı əldə etdim, peşiman deyiləm. Kim oxumayıbsa, məsləhət bilirəm. Çünki burada dövlət hakimiyyəti deyil, insanın özü həyatı və həyatındakılara da hakim olması qanunlarını öyrədir, yəni ictmai və fərdi düşünmək, təhlil etmək lazımdır.

Qanunlar (bəzi qanunlarda ermənilərin davranışını xatırladım):

  1. Kölgən heç vaxt hökdarın üstünə düşməsin- yəni ki, hökmdarın üzərində hökmən işıq olmalıdır, kölgədə yox, kölgən düşsə, hökmdarın yadına düşə bilərsən, onu qəzəbləndirə bilərsən;
  2. Dostlara hədsiz dərəcədə etibar etmə, düşmənlərdən yararlanmağa çalış- fikirlə razıyam, çünki bu günün dostu, sabah yad insana və ya düşmənə çevrilə bilər, düşmənlərindən istifadə etmək lazımdır, düşmənin düşmənlərini bilməklə, onu məğlub etmək olar, düşmənimin düşməni, mənim dostumdur;
  3. Niyyətlərini gizlət- niyyətlərin məlum olsa, səndən öncə o niyyətini kimsə gerçəkləşdirə bilər, sürpriz olmaz, təəccüb doğurmaz, həm də maraqsız olarsan, sənə lazım olan nəticəni əldə edə bilməzsən;
  4. Həmişə zəruri olduğu güman ediləndən az danış-;
  5. İşgüzar nüfuzundan həddən çox şey asılıdır, onu həyatın bahasına qoru;
  6. Nəyin bahasına olursa olsun, diqqət qazan;
  7. Başqalarını özünə işləməyə məcbur et və nəticələrindən bəhrələn;
  8. Adamları sənə yaxınlaşmağa məcbur et, əgər lazımdırsa, tələ yemi istifadə et;
  9. Qələbəyə dəlillərlə yox, əməllərlə nail ol;
  10. İnfeksiya: Şən olmayanlardan və bəxti gətirməyənlərdən qaç;
  11. Çalış adamlar səndən asılı olsunlar;
  12. Qurbanının tərkisilah etmək üçün hərdən düzgünlük və səxavət göstər;
  13. Kömək xahiş edəndə, insanların şəxsi təmənnasına çağırış et, heç vaxt mərhəmətə və ya genişürəkliliyə çağırış etmə;
  14. Dost rolunu oyna, xəfiyyə kimi fəaliyyət göstər;
  15. Düşməni tamamilə darmadağın et;
  16. Öz yoxluğunu, hörmət və şərəfini artırmaq üçün istifadə et;
  17. Başqalarını yerdən üzülmüş vəziyyətdə saxla: hərəkətlərinin öncədən deyilməsi mümkün olmayan mühit yarat;
  18. Özünü müdafiə etmək üçün qalalar tikmə: təcrid olunmaq təhlükəlidir;
  19. Kiminlə iş gördüyünü bil: Lazım olmayan adamın xətrinə dəymə;
  20. Heç kim ilə birləşmə;
  21. Sadəlövhü tovlamaq üçün özünü sadəlövh qələmə ver: Hədəfindən axmaq olduğun təsiri bağışla;
  22. Kapitulyasiya taktikasından istifadə et: zəifliklərini qüvvəyə çevir;
  23. Qüvvələrini cəmləşdir;
  24. Əsl saray əyani kimi davran;
  25. Özünü yenidən yarat;
  26. Əllərini təmiz saxla;
  27. Adamların ehtiyacları üzərində oyna, fanatik tərəfkeşlər ordusunu yarat;
  28. İşdən tərəddüd etmədən yapış;
  29. Hər şey lap axıradək planlaşdır;
  30. Səylərini büruzə vermədən uğur qazan;
  31. Variantların hamısını nəzarət altında saxla: Qoy başqaları sənin payladığın kartlarla oynasın;
  32. İnsanların fantaziyaları üzərində oyna;
  33. Hər bir adamın zəif simlərini bil;
  34. Öz təbirincə şahanə ol: özünü kral kimi apar və kral kimi qəbul olunacaqsan;
  35. Vaxtı idarə etmək sənətinə yiyələn;
  36. Nəyə malik ola bilmirsənsə, ona nifrət et: Saya almamaq, ən yaxşı qisasdır;
  37. Unudulmaz tamaşalar yarat;
  38. Nə istəyirsən fikirləş, amma hamı kimi hərəkət et;
  39. Suyu bulandır ki, balığı tutasan;
  40. Müftə naharları ikrahla rədd et;
  41. Dahilərin izləri ilə getməyə çalışma;
  42. Pastırı sarsıt və pastva dağılaşacaq;
  43. Ətrafdakıların ürəklərini və beyinlərini qazan;
  44. Güzgü effektinin köməyi ilə tərksilah et və qəzəbləndir;
  45. Dəyişikliklərin zəruriliyindən danış, amma islahatlara çox da aludə olma;
  46. Heç bir halda, həddən artıq müasir olduğun təsiri bağışlama;
  47. Qarşına qoyduğun məqsəddən uzağa getmə: qələbə qazananda, nə vaxt dayanmalı olduğunu bil;
  48. Formanın qeyri-müəyyənliyinə yiyələn.

Bir çox qanunlara şəxsən əməl edirəm və bir çoxu ilə tamamilə razıyam. Bu kitabı oxumağa dəyər.

Hakimiyyetin 48 qanunu kitabi

Kateqoriya : menecment və biznes strategiyası, Siyasət və iqtisadiyyat

Bu kitab nə haqqındadır?

Robert Qrin “Hakimiyyətin 48 Qanunu” kitabı digər şəxsi inkişaf kitabların çox fərqlənir. Bu kitabı bir gündə oxuyub analaya biləcəyinizi düşünməyin. Çünki burada düşünməli olduğunuz bir çox məsələlərə toxunulur. Bəzi tənqidçilər tərəfindən “pisliyin kitabı” kimi adlandırılan bu kitabda “düşmənlərinizi tamamilə darmadağın edin”, “insanların zəif tərəflərini tapın”, “dost kimi görünün, casus kimi işləyin” və s. kimi tövsiyələrə yer verilib. Bir çoxumuzun vaxtaşırı şüurlu və şüursuz şəkildə tətbiq etdiyimiz bu metodlar xüsusilə biznes həyatında “hakimiyyəti” ələ keçirmək istəyən insanlar üçün faydalı olacaq. Kitab xüsusilə, liderlər, rəhbərlər və strateqlər üçün əhəmiyyətlidir.

Müəllif haqqında:

Robert Qrin strategiya, hakimiyyət və aldatma ilə bağlı kitabları ilə məşhur olan Amerikalı yazıçı və psixologiya mütəxəssisidir. O, beynəlxalq miqyasda çox satılan kitablar sırasında özünə yer tutan beş kitabın müəllifidir: Hakimiyyətin 48 Qanunu, Yoldan Çıxarma Sənəti, Müharibənin 33 Strategiyası, Hakimiyyətin 50-ci QanunuUstalıq.

Qısa məzmunun dili: azərbaycan dilində

Qısa məzmun toplusu

Kitab formatında. Artıq satışda!

– 1 kitabın qiymətinə 15 kitabı oxumaq imkanı əldə edəcəksiniz;

– Vaxtınıza və büdcənizə qənaət edəcəksiniz;

– Bu günə qədər Azərbaycan dilinə çevrilməmiş kitabların əsas ideyalarını oxumaqla, özünüzü inkişaf etdirib, daha da professional olacaqsınız.

– Kitab şəklində ömürlük konspekt əldə edəcəksiniz

Comments are closed, but trackbacks and pingbacks are open.