Tanınmış yazıçı və tərcüməçi Hamlet Qocanın 70 illik yubileyi qeyd olunmuşdur
Xanım redaktor əlavə etdi ki, dini ədəbiyyatı da oxumaq lazımdır: “Məncə, “İncil”, “Tövrat”, “Qurani Kərim”i din və fəlsəfə haqqında fikir yürütmək istəyənlər mütləq oxumalıdılar”.
Xankəndi
Kafka haqlıdır, amma iş orasındadır ki, hər kitab oxucunu sarsıtmır, yenə elə Kafkanın dili ilə desək, oxucunun “içindəki donmuş dənizə balta kimi enmir”. Seçmək lazımdır. Hər oxucunun da özünün seçdiyi, onu sarsıdan və “bu əsəri gərək hamı oxusun” dediyi kitablar olur.
Biz də bu günün Dünya Kitab Günü olmağından istifadə edib, redaktorlar arasında sorğu keçirdik. Soruşduq ki, sizcə hamının oxumalı olduğu 10 kitab hansıdır?
APA holdinqin rəhbəri Vüsalə Mahirqızı məsləhət bildiyi 10 kitabı belə sıraladı:
1. Ernest Hemenquey- “Qoca və dəniz”
2. Cek London- “Həyat eşqi”
3. Teodor Drayzer- “Dahi”
4. Umberto Eko- “Gülün adı”
5. Murad Adji – “Qıpçaq çölünün yovşanı”
6. Elif Şafak -“Aşk”
7. Avesta
8. Ceyms Oldirç- ” Diplomat”
9. “Kitabi-Dədə Qorqud” dastanı
10. Qurban Səid -“Əli və Nino”
Xanım redaktor əlavə etdi ki, dini ədəbiyyatı da oxumaq lazımdır: “Məncə, “İncil”, “Tövrat”, “Qurani Kərim”i din və fəlsəfə haqqında fikir yürütmək istəyənlər mütləq oxumalıdılar”.
“Hafta.az” saytının redaktoru Səbinə Əvəzqızı deyir ki, oxuyarkən ən çox stress keçirdiyi kitab Corc Oruellin “1984” romanıdır. Onun məsləhət gördüyü onluq isə belədir:
1. Qabriel Qarsia Markes – “Yüz ilin tənhalığı”
2. Lev Tolstoy -“Anna Karenina”
3. Corc Oruell -“1984”
4. İohan Volfqanq Höte- “Gənc Verterin iztirabları”
5. Ceyms Coys – “Ulysess”
6. Viktor Hüqo -“Səfillər”
7. Lev Tolstoy- “Baldan sonra”
8. F.M. Dostoyevski -“İdiot”
9. Nizami Gəncəvi -“Xəmsə”
10. Füzuli- “Leyli və Məcnun”
“Qafqazinfo.az” saytının redaktoru Günel Əbilova daha çox dostlarının məsləhət gördüyü kitabları oxuduğunu deyir: “Oxuduğum, təsirləndiyim kitablar çoxdur. Mənim üçün o kitab dəyərlidir ki, sonuncu səhifəsinə çatanda məyus olursan və ondan ayrıldığına təəssüflənirsən. Ən əsası isə kitabı bağlayanda, “nəsə qazandım” deyirsənsə, deməli, alındı hər şey”.
1. Qavriil Nikolaeviç Troepolskiy -“Qaraqulaq, ağ Bim”
2. Elif Şafak – “İskender”
3. Xalid Hüseyni – “Çərpələng uçuran”
4. Xalid Hüseyni – “Min möhtəşəm günəş”
5. Etel Lilian Voyniç – “Ovod”
6. Bernhard Şlink – “Qiraətçi”
7. Viktor Hüqo – “Səfillər”
8. Paulo Koelyo – “On bir dəqiqə”
9. Nikolas Sparks – “Sevgili Con”
10. Orxan Kamal – “Yad qızı”
“Publika.az” saytının redaktoru Kənan Hacının da özünəməxsus 10-luğu var:
1. Homer – “İlliada” və “Odisseya”
2. “Kitabi – Dədə Qorqud” dastanı
3. Bokkaçio – “Dekameron”
4. Migel de Servantes – “Don Kixot”
5. Conatan Svift – “Qulliverin səyahəti”
6. Viktor Hüqo -“Səfillər”
7. F.M. Dostoyevski – “Cinayət və cəza”
8. Lev Tolstoy – “Dirilmə”
9. Mirzə Cəlil – “Danabaş kəndinin əhvalatları”
10. Milan Kundera – “Varlığın dözülməz yüngüllüyü”
“Virtualaz.org” saytının redaktoru Famil Cəfərli bu fikirdədir ki,
1. Quran
2. Karl Marks- “Kapital”
3. “Qabusnamə”
4. Çingiz Aytmatov -“Qiyamət”
5. Qabriel Qarsia Markes”-100 ilin tənhalığı”
6. Tarle. “İnqilablar tarixi”
7. “Dinlər tarixi”
8. “Ümumdünya tarixi”
(“Dinlər tarixi” və “Ümumdünya tarixi” adlı irihəcmli kitablar hər ikisi ruscadır və yazarlar kollektivinin qələminə məxsusdur. Məndən ötrü çox qiymətlidir – F.M.)
9. Heminquey- “Qoca və dəniz”
10. Məhəmmədhüseyn Şəhriyar- “Heydərbabaya salam”
“Gündəlik Teleqraf”qəzetinin redaktoru Dilqəm Əhmədin 10-luğunda birinci yeri “İncil” tutur:
1. İncil
2. Quran
3. Bhaqavat-Qita
4. Platon- “Dövlət”
5. Aristotel- “Politika”
6. Makiavelli- “Hökmdar”
7. Atatürk-“Nutuk”
8. Heredot- “Tarix”
9. Ömər Xəyyam-“Rübailər”
10. Mirzə Fətəli Axundov- “Kəmalüddövlə məktubları”
“Modern.az” saytının redaktoru, tərcüməçi Əziz Rzazadə deyir ki, mütaliəni uşaq vaxtı başlamaq lazımdır. Ona görə də, redaktorun siyahısı “Azərbaycan nağılları” ilə başlayır:
1. “Azərbaycan nağılları”
2. Robert Luis Stevenson- “Dəfinələr adası”
3. Mayn Rid- “Başsız atlı”
4. Jül Vern- “Klodius Bombarnak”
5. Onore de Balzak- “Şaqren dərisi”
6. Qoqol -“Viy”
7. Patrik Züskind- “Ətriyyatçı”
8. Qulamrza Saedi- “Bəyal əzadarları”
9. Xuan Rulfo-“Pedro Paramo”
10. “Kitabi Dədə Qorqud” dastanı
Ə.Rzazadə siyahısını bu fikirlə sonladırır: “Lap axırda da kitab rəfimi boşaldıb orada bircə nüsxə saxlayardım – Quran”.
“Qafqazinfo.az” saytının baş direktoru Elbrus Ərudun onluğunda isə birinci yeri əfqan əsilli yazıçı Xalid Hüseyninin “Çərpələng uçuran” romanı tutur:
1. Xalid Hüseyni- “Çərpələng uçuran”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Ana və oğul Vaxtinlər-“Muhammed”
4. Teodor Drayzer-“Dahi”
5. Əkrəm Əylislinin əsərləri
6. Nodar Dumbadzenin əsərləri
7. Cek London- “Martin İden”
8. Quran-i Kərim
9. Ramiz Rövşənin şeirləri
10. Nizami Gəncəvinin əsərləri
“Müstəqil İnformasiya Agentliyinin” rəhbəri Zaur Əhməd hesab edir ki, oxunması vacib olan kitablar çoxdur, amma bu, zövq məsələsidir:
1. Quran-i Kərim
2. İncil
3. Tövrat
4. Əkrəm Əylisli- “Gilənar çiçəyinə dediklərim”
5. Qustav le Bon- “Kütlə psixologiyası”
6. Çingiz Aytmatov- “Əsrə bərabər gün”
7. F.M.Dostoyevski- “Cinayət və cəza”
8. Viktor Hüqo- “Səfillər”
9. Qoqolun seçilmiş əsərləri
10. Lermontovun seçilmiş əsərləri
Redaktor vurğulayır ki, siyahını uzatmaq olsa klassik Azərbaycan poeziyası nümunələrini əlavə edə bilər.
“AzVision.az” saytının baş redaktoru Vüsal Məmmədovun hamıya oxumağı məsləhət gördüyü 10 kitab budur:
1. Viktor Hüqo “Səfillər”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Mixail Bulqakov- “Master və Marqarita”
4. Ziqmund Freyd- “Psixoanalizə giriş”
5. Ernest Heminquey- “Qoca və dəniz”
6. Antuan de Sent-Ekzüperi- “Balaca şahzadə”
7. Frans Kafka- “Çevrilmə”
8. Nassim Nikolas Taleb-“Qara sona”
9. Uilyam Arnts-“Biz, ümumiyyətlə, nə bilirik?”
10. Riçard Dokinz- “Allah illüziyası”
“Simsar.az” saytının redaktoru Elmar Hüseynov vurğulayır ki, belə kitabların siyahısını uzatmaq, 20-30 kitabın adını qeyd etmək olar. Hələlik isə onun 10-luğu belədir:
1. V.Hüqo- “Səfillər”
2. Onore de Balzak- “Qorio ata”
3. E. Voyniç- “Ovod”
4. Q.Markes- “Yüz ilin tənhalığı”
5. T.Drayzer- “Dahi”
6. C.London- “Martin İden”
7. F.Beqbeder- “Məhəbbət üç il yaşayır”
8. X.Hüseyn -“Çərpələng uçuran”
9. Dostoyevski- “Cinayət və Cəza”
10. Qoqol -“Ölü canlar”
Beləliklə, nəticələri ümumiləşdirəndə, redaktorların rəyinə əsasən, oxunmalı olan 10 kitabın siyahısı budur:
1. Viktor Hüqo- “Səfillər”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Quran-i Kərim
4. Qabriel Qarsia Markes-“Yüz ilin tənhalığı”
5. Xalid Hüseyn- “Çərpələng uçuran”
6. Kitabi Dədə-Qorqud dastanı
7. Teodor Drayzer- “Dahi”
8. Cek London -“Martin İden”
9. Etel Lilian Voyniç- “Ovod”
10. İncil
Fatimə Kərimli
Tanınmış yazıçı və tərcüməçi Hamlet Qocanın 70 illik yubileyi qeyd olunmuşdur
Bakı, 20 dekabr (AZƏRTAC). Dekabrın 20-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış yazıçı və tərcüməçi, Fransanın yüksək “İncəsənət və ədəbiyyat komandoru” ordeninə layiq görülmüş Hamlet Qocanın anadan olmasının 70 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, AYB-in sədri, Xalq Yazıçısı Anar, qurumun katibi Arif Əmrahoğlu, Xalq Şairi Fİkrət Qoca, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və başqaları yubilyarın həyat və yaradıcılığından söhbət açmışlar.
Bildirilmişdir ki, tanınmış qələm sahibi, istedadlı və peşəkar tərcüməçi Hamlet Qocanın imzası ədəbiyyatsevərlərə çoxdan tanışdır. Bədii yaradıcılığa ötən əsrin 60-cı illərində başlamış Hamlet Qoca ilk qələm nümunələri mətbuatda işıq üzü görən gündən oxucu qəlbinə yol tapa bilmişdir. O, təkcə yazmaqla kifayətlənməmiş, ömrünü daha məsuliyyətli və ağır sahəyə – tərcüməçilik işinə bağlamışdır.
Hələ orta məktəbdə oxuduğu illərdən fransız dilini öyrənməyə xüsusi həvəsi ilə seçilən Hamlet Qoca sonralar Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) fransız şöbəsini bitirmiş və tələbəlik illərindən tərcüməçiliklə məşğul olmağa başlamışdır.
Fransız yazıçısı Andre Moruanın hekayələrindən ibarət “Fəslin çiçəkləri” kitabı 1970-ci ildə onun tərcüməsində Azərbaycan dilində çapdan çıxmışdır. Bununla da orijinaldan bədii tərcümələr edən azsaylı mütərcimlər sırasına istedadlı bir tərcüməçi də qoşulmuşdur. O, müxtəlif illərdə Ann Filippin “Bir göz qırpımı” kitabını, Gi de Mopassanın novellalarını, Mari-Luiza Verin “Perettanın nağılları”, Jorj Simenonun “Malular ailəsi”, A.Truayanın “Həvva və alma”, Kamyunun “Taun” romanını, Saqanın “Salam qüssə”, “Çəmənlikdə piano”, Baninin (Ümmülbanu) “Qafqaz günləri” və “Paris günləri” əsərlərini, “Qırmızı çayın ayağında” adı altında Fransa yazıçılarının hekayələr toplusunu ana dilimizə çevirmiş və nəşr etdirmişdir. Onun yüksək peşəkarlıq səviyyəsi, orijinala yaxınlığı ilə seçilən tərcümələri bu gün də sevilə-sevilə oxunmaqdadır.
Hamlet Qocanın böyük zəhməti hesabına XIX-XX əsrləri əhatə edən “Fransız ədəbiyyatı antologiyası” tərtib və tərcümə edilərək işıq üzü görmüşdür.
Bütün bunlarla yanaşı, Hamlet Qoca orijinal yaradıcılıqla da məşğul olmuş və daim bədii axtarışlarını davam etdirmişdir. Bu səbəbdən də onun “Tam-tamlar ölkəsində”, “Afrikada gördüklərim”, “Üç Afrika səfəri”, “Fransızlar yurdum haqqında”, “Kirayəçilər”, “Keçmişdən 44 məktub” kitabları, beynəlxalq mövzuda oçerk və məqalələri maraqla qarşılanmışdır.
Hamlet Qoca, həmçinin Azərbaycan-Fransa tarixi və mədəni əlaqələri haqqında ilk araşdırma kitabının müəllifidir. Elə bu səbəbdən də iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı səmərəli fəaliyyətinə və xidmətlərinə görə Fransanın yüksək “İncəsənət və ədəbiyyat komandoru” ordeninə layiq görülmüşdür.
Hamlet Qocanın yaradıcılığı kimi həyat yolu da maraqlıdır. Harada işləməsindən asılı olmayaraq mənsub olduğu xalqı yüksək səviyyədə təmsil etmiş, ona tapşırılmış hər bir işin öhdəsindən layiqincə gəlmişdir.
1965-ci ildə ali təhsilini tamamlayıb Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda əmək fəaliyyətinə başlamış Hamlet Qoca “Gənclik” nəşriyyatında redaktor, Asiya və Afrika ölkələri ilə Respublika Həmrəylik Komitəsində məsul katib, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Avropa ölkələri üzrə baş redaksiyasında baş redaktor, Malidə tərcüməçi və Əlcəzairdəki səfirliyin mədəniyyət mərkəzində şöbə müdiri, Milli Məclisin beynəlxalq münasibətlər şöbəsində baş məsləhətçi vəzifələrində işləmişdir.
Tale elə gətirmişdir ki, Hamlet Qoca bir müddət AZƏRTAC-ın fransız dilinə tərcümə bölməsinə rəhbərlik etmiş və burada gənc mütəxəssislərin yetişməsi, püxtələşməsinə öz töhfəsini vermişdir.
Daim sakit təbiəti, təmkinli danışığı, sadəliyi və səmimiyyəti ilə onu tanıyanların sonsuz sevgi və rəğbətini qazanan Hamlet Qoca bu gün də qələmi yerə qoymur, gənclik həvəsi ilə yazıb-yaradır.
Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına dərin təşəkkürünü bildirmişdir.
Hamlet qocanın kitabları
Qeyd edək ki, Hamlet Qoca Xalq şairi Fikrət Qocanın qardaşıdır. O, Xarici Dillər Universitetinin fransız dili fakültəsini bitirib. Bir çox əcnəbi yazıçıların kitablarını dilimizə tərcümə edib.
Allah rəhmət eləsin!
Hamlet Qoca Xarici Dillər İnstitutunun Fransız şöbəsini bitirmiş, tələbəlik illərindən tərcüməçiliklə məşğul olmağa başlamışdır. Azərbaycan dilinə tərcümə ədəbiyyatı fonduna G.Mopassanın hekayələrini, Anri Truayanın hekayələrini, Jorj Simenonun «Malular ailəsi» romanını, Fransuaz Saqanın «Salam qüssə», Ann Flippin «Bir göz qırpımı», Mari Luiza Verin «Peretin nağılları», Nikol Villelmanın «Samba və Kinaro», Andre Moruanın «Fəslin çiçəkləri» (1970), N.Visselmanın «Samba və Kinaro» (1982), «Fransız hekayələri», həmvətənimlimiz Ümmülbanunun «Qafqaz günləri» romanını töhfə etmişdir.
Bir müddət Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda (1964-1966) çalışan Hamlet Qoca Mali Respublikasında tərcüməçi (1966-1968) işləmişdir. Tərcüməçilik fəaliyyətini davam etdirməklə yanaşı, Hamlet Qoca Azərbaycanın Asiya və Afrika ölkələri ilə həmrəylik Komitəsinin katibi (1971-1980), Əlcəzairdə keçmiş Sovetlərin ölkəsinin səfirliyində bölmə müdiri (1980-1982), Azərbaycan Televiziya və Radio Şirkətində Qərb ölkələri üzrə baş redaktor vəzifələrində çalışmışdır. Tərcüməçiliyə bir yaradıcılıq peşəsi kimi yanaşan və daim oxucularını yeni-yeni tərcümələri ilə sevindirən Hamlet Qocanın «Tam-tamlar ölkəsində» (1971), «Afrikada görüşlərim» (1986), «Üç Afrika səfəri» (1988), «Fransızlar yurdum haqqında» (1990) və s. kitabları işıq üzü görmüşdür.
Comments are closed, but trackbacks and pingbacks are open.