Vüqar Səfərli: “Ramiz Mehdiyev dedi ki, işlərə Əli Həsənov nəzarət edəcək”
Kitabın əvvəlində müəllif “mif” anlayışını, miflərin sosial mahiyyətini ətraflı izah edir, bu mövzuya həsr olunmuş fundamental fəlsəfi əsərlərin A.Losev və D.Çijevski kimi müəlliflərinin fikirlərindən sitatlar gətirir. Akademik Ramiz Mehdiyev yazır: “Miflər aləmi praktiki təcrübə məntiqinə tabe olmur. Məhz bu səbəbdən miflərə çox vaxt etnosun mənşəyini izah etmək üçün müraciət olunur. Bu, mifoloji təfəkkürün tarixi ümumiləşdirmələrə gəlişinin nəticəsidir. Ümumiləşdirici təfəkkürün sonrakı inkişafı ilə əlaqədar olaraq mifoloji şüurun artıq başqa pilləsi yaranır. Çox vaxt o, etnosu yaratmış “vahid ata” deyilən varlıq haqqında təsəvvürlər dərəcəsinə çatır”.
“Ramiz Mehdiyev o vaxt dediklərinin indi əksini deyir” – Eldar Namazov
Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin son açıqlaması siyasi kluarlarda müzakirə olunmaqdadır.
Həmin açıqlamada R.Mehdiyev dolayısı ilə hakimiyyətdaxili və iqtidara qarşı intriqa ilə məşğul olması barədə son vaxtlar özünə yönələn ittihamları təkzib etməyə çalışıb.
R.Mehdiyev ölkə rəhbərliyinə sadiq olduğunu vurğulayaraq deyib: “Şəxsən öz adımdan bir daha bəyan etmək istəyirəm ki, siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil və mən ömrüm boyu xidmət etdiyim yoldan hansı vəzifəni tutmağımdan asılı olmayaraq bir an belə olsun dönməmişəm. Heç zaman daşıyıcısı olduğum əqidənin doğruluğuna dair tərəddüd hissi keçirməmişəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideallarının ölkəmizin sabitliyi, rifahı və inkişafı üçün ən düzgün siyasi seçim olduğuna daim əmin olmuşam. Bu yolda Heydər Əliyevin və Prezident İlham Əliyevin sadiq silahdaşı olaraq uzun illər fəaliyyət göstərmişəm və bundan sonra da göstərməyə davam edəcəyəm. Mənim dövlət başçısına bağlılığım mənəviyyat və dövlətçilik məsələsidir. Burada şəxsi mənafedən və cılız maraqlardan söhbət belə gedə bilməz”.
Prezident katibliyinin keçmiş rəhbəri Eldar Namazov isə əksini düşünür. O, Modern.az-a açıqlamasında Ramiz Mehdiyevin bir vaxtlar qurduğu oyunun indi özünə geri döndüyünün bildirib: “Azərbaycanda daxildə düşmən axtarmaq, başqa fikirdə olan adamlara “xalq düşməni” damğasını vurmaq ənənələrini elə Ramiz Mehdiyev qoyub. O hakimiyyətdə təmsil olunanda da bunu gizlətmir, müxtəlif məqalələrində sadalayırdı ki, “5-ci kolon”dan olan adamlar kimlərdir, təşkilatlar hansılardır.
Onun Prezident Administrasiyasının rəhbəri kimi atdığı addımlar nəticəsində yüzlərlə təşkilata müxtəlif təzyiqlər edilir, xeyli adam həbs olunur, nə qədər insan xaricə getməyə məcbur qalırdı. Yəni o vaxtlar bu ideologiyanı gizlətməyən Ramiz Mehdiyev düşünmürdü ki, nə vaxtsa elə bir gün gələcək, onun bu ideologiyası bumeranq kimi özünə qayıdacaq. O da indi özünü bu ideologiyadan yayındırmaq üçün o vaxt dediklərinin əksini deyir və yazır.
Burda çox böyük qeyri-səmimilik görürəm və onun şəxsi maraqları hər şeydən üstün tutmağını hiss edirəm. Ramiz Mehdiyevə qarşı olan ittihamları xaricdə fəaliyyət göstərən blogerlər yox, Azərbaycanda yaşayan və hakimiyyətə yaxın olan deputatlar, müstəqil şəxslər, ziyalılar səsləndirir. Xaricdəki bloger və telekanallar Bakıda səslənən ittihamlara görə məsələni araşdırıb hansısa şərh irəli sürürlər. Ramiz Mehdiyevi uzun illər tanıyan və onun hansı işlərlə nəşğul olduğunu bilənlər ona qarşı iradlarının səsləndirilər. Gülməlidir ki, o hər şeyi xaricdə yaşayan hansısa qüvvələrin üstünə atır. İndiyə qədər mən görməmişəm ki, Milli Elmlər Akademiyasının əvvəlki rəhbərliyi onun kimi bəyanatlarla çıxış etsin. Nədir yəni, bəlkə Ramiz Mehdiyev yenə də Prezident Administrasiyasının rəhbəridir?!”.
E.Namazov Ramiz Mehdiyevin uydurma bir sahə üzrə elmlər namizədi olması məsələsinə də diqqət çəkib: “Milli Elmlər Akademiyasının başında həmişə xaricdə alim kimi ad qazanmış savadlı şəxslər dayanırdı. Ancaq indi mən Elmlər Akademiyasının saytında Ramiz Mehdiyevin tərcümeyi-halına baxıram, onun elmə verdiyi töhfələri təsdiq edən heç bir sənəd yoxdur, o sıfırda dayanıb. Saytda başqa bölməyə keçirsən, keçmiş akademiklərin yüzlərlə adı, nailiyyəti var. Amma Ramiz Mehdiyevin bu günədək akademik olub bir dənə də elmlər namizədi yetişdirə bilməməyi də qəribə məsələdir. Ramiz Mehdiyev vaxtilə sadəcə “elmi komunizm” adlı uydurma bir elmlə məşğul olub. Bu elmi də İkinci Dünya Müharibəsində uydurmuşdular və Qorbaçovun da vaxtında artıq həmin elmə aid bütün institut və kafedralar ləğv olundu. Gülməlisi də odur ki, Ramiz Mehdiyev də bu ləğv olunan elm üzrə elmlər namizədi olub. Çox təəssüf edirəm ki, bu qədər dünya şöhrətli alim olan ölkənin Milli Elmlər Akademiyasının saytında rəhbər olaraq elmi nailiyyətləri 0 olan bir şəxsin məlumatı yerləşdirilib. Onu bir dənə Nyu-York Elmlər Akademiyası tanıyır ki, ora da kitabxana kimi bir şeydir və məktəbli də 125 dollar ödəyib üzv ola bilir”.
Vüqar Səfərli: “Ramiz Mehdiyev dedi ki, işlərə Əli Həsənov nəzarət edəcək”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report” xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O deyib ki, 2009-cu KİVDF-yə rəhbər təyin olunub: “Həmin vaxt Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev məni çağırıb bildirdi ki, sənə yüksək etimad göstərilib, icraçı direktor sən təyin olunursan, nəzarəti isə Əli Həsənov edəcək. Sonra bizə dedilər ki, özümüzə ofis tapaq. 8-ci kilometr ərazisində ofis tapdıq. Amma zirzəmi olduğu üçün orda bizim fəaliyyət göstərməyimiz mümkün olmadı. Bu barədə Ramiz Mehdiyevə məlumat verdim. Bizə başqa yer tapmaq təklif olundu. Müəyyən müddət ərzində başqa yerdə fəaliyyət göstərəndə sonra Beynəlxalq Mətbuat Mərkəzində yer təklif olundu. Həmin vaxt orda yerin kvadrat metri 20-22 manat idi. Bizə isə kvadrat metri 18 manatdan icarəyə verdilər və fəaliyyətimizi Beynəlxalq Mətbuat Mərkəzində davam etdirdik”.
V.Səfərlinin sözlərinə görə, KİVDF-yə vəsaiti Nazirlər Kabineti ayırırdı: “Vəsait ayrılandan sonra biz xərclər smetasını hazırlayıb Maliyyə Nazirliyinə göndərərirdik. Daha sonra vəsait bizə verilirdi. İcarə haqqı ilə bağlı təkcə 119 min 77 manat vergi vermişik. Amma yoxlama zamanı heç bu rəqəmi də çıxmayıblar. Yoxlama zamanı mənim iştirakım təmin olunmayıb. Mən ancaq icraçı direktor olmuşam, maliyyə məsələlərinə nəzarət, qərar vermə Müşahidə Şurasının səlahiyyətində idi. Bizim Beynəlxalq Mətbuat Mərkəzinin yerləşdiyi binada icarəyə ofis götürməyimizin səbəbi oranın şəraiti ilə bağlı idi. Həmin binanın Əli Həsənovun ailəsinə məxsus olmasının məsələyə aidiyyəti yox idi. Ora Əli Həsənovun mülki idi deyə, icarə pulu verilməməliydi?”
Növbəti məhkəmə iclası sentyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.
O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.
Xankəndi
AzVision.az xəbər verir ki, “Şərq-Qərb” nəşriyyat evində çap olunmuş kitab ümummilli lider Heydər Əliyevin “Tarix həmişə hər şeyi öz yerinə qoyur” sözləri ilə açılır.
Kitabın əvvəlində müəllif “mif” anlayışını, miflərin sosial mahiyyətini ətraflı izah edir, bu mövzuya həsr olunmuş fundamental fəlsəfi əsərlərin A.Losev və D.Çijevski kimi müəlliflərinin fikirlərindən sitatlar gətirir. Akademik Ramiz Mehdiyev yazır: “Miflər aləmi praktiki təcrübə məntiqinə tabe olmur. Məhz bu səbəbdən miflərə çox vaxt etnosun mənşəyini izah etmək üçün müraciət olunur. Bu, mifoloji təfəkkürün tarixi ümumiləşdirmələrə gəlişinin nəticəsidir. Ümumiləşdirici təfəkkürün sonrakı inkişafı ilə əlaqədar olaraq mifoloji şüurun artıq başqa pilləsi yaranır. Çox vaxt o, etnosu yaratmış “vahid ata” deyilən varlıq haqqında təsəvvürlər dərəcəsinə çatır”.
Müəllif qeyd edir ki, miflərin müxtəlif aspektlərini, o cümlədən onun fəlsəfəsini öyrənən ciddi bir elm – mifologiya elmi mövcuddur, lakin mifologiya ilə yanaşı, “mifolojiləşdirmə” də vardır. Mifolojiləşdirməni, yəni xalqın yaratdığı mifləri siyasi texnoloqların və siyasətbazların effektiv aləti olan süni mifolojiləşdirmədən fərqləndirmək lazımdır.
Ermənin Apostol kilsəsi, erməni diasporu, siyasi elita, ideoloqlar və “tarixçilər” birlikdə dünya ermənilərini miflər aləmində saxlamaqda davam edir. Akademik bunları nəzərə alaraq, mötəbər mənbələrdən, o cümlədən erkən xristianlığın tarixindən, habelə erməni mənbələrindən gətirilən təkzibedilməz tarixi dəlillər əsasında sübut edir ki, ermənilərin xristianlığı dövlət səviyyəsində birinci olaraq qəbul etmələri barədə dedikləri uydurmadan başqa bir şey deyildir.
Tarixçilər çoxdan eyni fikrə gəliblər ki, xristianlığa üz tutan ilk monarx aramidilli Osroyenanın hökmdarı, eramızdan əvvəl 4-cü ildən bizim eranın 7-ci ilinə qədər, sonra isə bizim eranın 13-50-ci illərində hakimiyyətdə olmuş Edessa çarı V Abqardır. Kitabda bu çarlığın bütün hökmdarlarının siyahısı xronoloji ardıcıllıqla verilib. Osroyenanın xristianlığı birinci olaraq qəbul etməsini S.Moffet, U.Smit, Artur MakQiffert, Samuel Çetham, Ceyms Hastinq və bir çox başqaları təsdiq edirlər. Akademik Ramiz Mehdiyevin kitabında bu tarixçi və ilahiyyatçıların fikirlərindən iqtibaslar gətirilir. Məsələn, kitabda alman tarixçisi və ilahiyyatçısı Adolf fon Harnakın aşağıdakı sözləri sitat gətirilir: “. Şübhə yoxdur ki, xristianlıq hələ 190-cı ilə qədər bütün Edessada (Osroyenanın paytaxtı) və ona bitişik vilayətlərdə fəal yayılırdı və kilsəni (yəni, xristianlığı) çar sarayı da (201-ci ildən az sonra və bəlkə daha əvvəl) qəbul etmişdi”.
Kitabda tarixçi C.Seqalın bu fikrinə də istinad edilir: “III əsrin əvvəlində Edessanın əsas məhəlləsində kilsə vardı, hərçənd, ola bilsin ki, əhalinin əksəriyyəti hələ bütpərəst olaraq qalırdı. Lakin bir əsrdən sonra xristianlıq bu şəhərdə nəinki hakim etiqada çevrildi, hətta İncilin yayılması tarixi xristian dünyasında çox populyar oldu. Edessa xristianlığı rəsmi din kimi qəbul etmiş ilk çarlıq sayılır”.
Akademik Ramiz Mehdiyev onu da sübut edir ki, ermənilər tərəfindən “özəlləşdirilmiş” Sanatruk və I Tiridat əslində mənşə etibarı ilə sözün müasir anlamında erməni olmayıblar. Üstəlik, Sanatruk tarixə xristianlığın qatı düşməni kimi düşüb.
Müəllifin fikrincə, erməni təbliğatçıların bu sahədə məlumatı olmayan insanları qismən çaşdırmağa nail olmaları bununla bağlıdır ki, aramidilli edessallılar assimilyasiyaya uğrayaraq tarix səhnəsini tərk ediblər. Sonda akademik Ramiz Mehdiyev bu qənaətə gəlir ki, vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər.(Azərtac)
Comments are closed, but trackbacks and pingbacks are open.