В Москве награждены победители конкурса эссе Гейдар Алиев: человек века
Bundan əlavə, xatırlayıram ki, 1992-ci ildə Şuşa rayonunun Malbəyli kəndinin işğalı zamanı könüllü dəstələrdə vuruşaraq yaralı şəkildə ermənilər tərəfindən əsir götürülmüş yaxın qohumum İnqilab Niftalı oğlu Hümbətovun Azərbaycana dəyişdirilməsi məsəsləsinə həmin dövrün mərkəzi Azərbaycan hakimiyyətinin biganə yanaşdığını görən qohumlarım da Bakıdan Naxçıvana – ULU ÖNDƏRƏ üz tutmuşdular. O, insanları səbrlə dinləməyi, onlara təsəlli verməyi, böyük nüfuzundan istifadə edərək bütün bu məsələlərin həlli istiqamətində də gərgin iş aparmışdır. Bütün bunlarla yanaşı, Naxçıvanda ordu quruculuğunun əsasını qoymuş və inkişaf etdirmişdir.
1990-1993.nakhchivan.az
1990-1993.nakhchivan.az is a safe website. This information is from Google, AVG Threat Labs, McAfee SiteAdvisor, Wot.
Google Safebrowsing: |
---|
Avg Antivirus |
Wot Raiting |
SiteAdvisor |
Child Safety |
Is 1990-1993.nakhchivan.az Legal or Not
URLs Requested to be Removed: | 0 |
---|---|
Urls removed: | 0 |
Percent: | 0% |
Summary: | 1990-1993.nakhchivan.az is a legal, because it is not contained in the list of sites – https://transparencyreport.google.com/copyright/domains/ |
1990-1993.nakhchivan.az Visitors Localization
Traffic Estimations | Medium |
---|---|
Traffic Rank | 133,062 th most visited website in the World |
azerbaijan | 95.9 |
1990-1993.nakhchivan.az Websites hosted on same IP
Naxçivan Muxtar Respublikasi | Rəsmi Portal
Naxçıvan Beynəlxalq Hava Limanı
Azərbaycan Respublikası Mərkəzi Bankı.
Azərbaycan respublikası mərkəzi bankı – naxçıvan muxtar respublikası idarəsi
1990-1993.nakhchivan.az Website Load Time
Website load time is an important factor, because Google is taking the site’s loading speed into consideration in determining its ranking. Even though this will not have a big impact, it is still something we (webmasters) should really look into. The reason is pretty simple – the majority of visitors are usually in a rush and no one is fond of waiting half a century before the website finally loads its content or fails to load. At the last check on 2016-09-04, website load time was 0.85. The highest load time is 3.70, the lowest load time is 0.78, the average load time is 1.33.
В Москве награждены победители конкурса эссе “Гейдар Алиев: человек века”
В Москве награждены победители конкурса эссе “Гейдар Алиев: человек века” В московской гимназии №1583 имени генерала Керима Керимова были объявлены победители конкурса эссе на тему “Гейдар Алиев: человек века”, посвященного 100-летнему юбилею общенационального лидера Гейдара Алиева.
16 марта 2023 г. 10:54
https://static.report.az/photo/0a38627f-dace-3665-a448-4dbdb3f9306f.jpg
В московской гимназии №1583 имени генерала Керима Керимова были объявлены победители конкурса эссе на тему “Гейдар Алиев: человек века”, посвященного 100-летнему юбилею общенационального лидера Гейдара Алиева. Как сообщает российское бюро Report, победители конкурса, прошедшего при содействии посольства Азербайджана в России, были объявлены в рамках мероприятия по случаю праздника Новруз. Советник по гуманитарным вопросам посольства Азербайджана в России Заур Пашаев передал участникам мероприятия поздравление посла Полада Бюльбюльоглу и напомнил, что 2023 год в Азербайджане объявлен “Годом Гейдара Алиева”. З.Пашаев коснулся роли общенационального лидера в установлении дружеских отношений между Азербайджаном и Россией. Затем были объявлены победители конкурса. Первое место заняла учащаяся 8-го класса Маргарита Мальцева, второе место – учащийся 9-го класса Константин Бондаренко, третье место – учащаяся 10-го класса Бодиламо Рамозонова. От имени посольства победителям были вручены памятные подарки.
SON DƏQİQƏ
Dünya politoloqlarının vaxtı ilə “Sovet gerçəkliyinin canlı əfsanəsi” adlandırdıqları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həm də müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi tarixdə iz qoyub. Onun həyat və fəaliyyətinin bütün dövrləri hər bir azərbaycanlı üçün örnək, şərəf və fəxarət mənbəyi hesab edilə bilər.
Tarixin və zamanın hökmü ilə 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb, işləyən ümummilli lider Heydər Əliyev istər sıravi vətəndaş, istər deputat, istərsə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi tarixi və milli əhəmiyyət kəsb edən qərarların qəbul edilməsinin təşəbbüskarı olmuşdur. Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünü və həmin dövrdə qəbul edilmiş tarixi qərarları müstəqilliyə gedən yolun başlanğıcı və milli oyanışın Naxçıvandan parlaması kimi qiymətləndirmək olar.
Mənim mənsub olduğum nəsil dünyaya 80-ci illərdə gələn və taleyinə Naxçıvanda yaşamaq qisməti yazılmış bəzi gənclər öz uşaqlıq illərini xatırlayarkən etiraf edə bilərlər ki, valideynlərinin əlindən tutaraq kiçik uşaqlar belə 1990-1993-cü illərdə böyük sevgi və fəxr hissi ilə dəfələrlə Heydər Əliyevin xalqla görüşlərində iştirak ediblər. O, həmin görüşlərdə xalqının ağır və çətin gündə olduğunu çox gözəl bilirdi, əslində özü də xalqla birlikdə həmin günlərin çətinliyini yaşayırdı, amma sadə insanlara mənəvi dəstəyini heç vaxt əsirgəmirdi. Xatırlayıram ki, dahi şəxsiyyət bəzən kəndbəkənd əhali ilə görüşlər keçirir, onları gələcəklə bağlı ruhlandırırdı. Xalq öz liderinin gəlişini böyük coşqu və qurbanlar kəsməklə qarşılayırdı.Onun gözlərindən parlayan müstəqillik ideyalarını sanki xalq anlayırdı. Ulu öndər 1990-1993-cü illərdə sadə insanlardan fərqli olaraq təcrübəli siyasətçi, böyük dövlət xadimi və əsl lider kimi ağır və çətin günlərdən çıxış yollarını axtarırdı.Müstəqillik fəlsəfəsi uğrunda düşünürdü və bu istiqamətdə gərgin iş aparırdı. 1990-cı ilin 17 noyabr tarixində Azərbaycanın milli tarixini bərpa edərək üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi, 20 Yanvar faciəsinin Milli Matəm Günü, 31 Dekabrın – Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi, 1992-ci ilin 21 noyabrında Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi həmin dövrdə böyük qətiyyət və cəsarət tələb edən qərar və adddımlar idi.
Ulu Öndər Heydər Əliyevin qəlbi həmişə Azərbaycan və azərbaycanlılarla olub, çünki uzun illər Sovet imperiyasında yüksək vəzifə tutmasına baxmayaraq, o, öz milli mənsubiyyətinə həmişə hörmətlə yanaşıb və azərbaycanlı olmasını dəfərlərlə fəxrlə ifadə edib: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, – Heydər Əliyevin bu kəlamı Azərbaycana sonsuz sevgisinin sübutudur.
Onun Sovet imperiyasının mənəm-mənəm deyən vaxtında Azərbaycan dili və azərbaycanlıların qorunması ilə bağlı siyasəti, həmçinin siyasi fəaliyyətinin Naxçıvan dövründə və 1993-cü ilin iyun ayından sonra bütün Azərbaycanda həyata keçirdiyi milli siyasət dahi liderin ƏSL AZƏRBAYCANLI və MİLLİ VƏTƏNPƏRVƏR olmasının göstəriciləridir.
Ulu öndər Azərbaycanın, onun ayrılmaz parçası olan Naxçıvanın ərazi bütövlüyünün təmin edilməsi, ermənilərin işğalından xilas olunması istiqamətində böyük işlər görmüş, Naxçıvanın erməni işğalından qorunmasının qarşısını almışdır. Onun xilaskarlıq missiyası Naxçıvandan başlamış, Azərbaycanının bütün bölgələrini əhatə etmişdir.. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Ulu öndərin yaxın silahdaşı cənab Vasif Talıbovun 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılan Heydər Əliyev muzeyində qorunub saxlanılan tarixi sənədlər göstərir ki, Qarabağ uğrunda gedən döyüşlərdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşları Naxçıvana, Ulu Öndər Heydər Əliyevə uz tutaraq ondan kömək istəyiblər. Neft lampasının işığında çalışan dahi lider Naxçıvanda yaşayıb işlədiyi dövrdə bütün azərbaycanlıların ümid çırağına çevrilmişdir.
Bundan əlavə, xatırlayıram ki, 1992-ci ildə Şuşa rayonunun Malbəyli kəndinin işğalı zamanı könüllü dəstələrdə vuruşaraq yaralı şəkildə ermənilər tərəfindən əsir götürülmüş yaxın qohumum İnqilab Niftalı oğlu Hümbətovun Azərbaycana dəyişdirilməsi məsəsləsinə həmin dövrün mərkəzi Azərbaycan hakimiyyətinin biganə yanaşdığını görən qohumlarım da Bakıdan Naxçıvana – ULU ÖNDƏRƏ üz tutmuşdular. O, insanları səbrlə dinləməyi, onlara təsəlli verməyi, böyük nüfuzundan istifadə edərək bütün bu məsələlərin həlli istiqamətində də gərgin iş aparmışdır. Bütün bunlarla yanaşı, Naxçıvanda ordu quruculuğunun əsasını qoymuş və inkişaf etdirmişdir.
Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanı çətin vəziyyətdən – mənfur ermənilərin blokada siyasətindən xilas etmək üçün türk və İslam dünyası ilə tarixi əlaqələrinin bərpası istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər bu gün də öz bəhrəsini verməkdədir. Onun siyasi iradəsi və nüfuzu sayəsində tarixi köklərə malik dost və qardaş ölkələrlərlə – Türkiyə və İranla Naxçıvan arasında yeni körpülərin tikilib istifadəyə verilməsi həm iqtisadi əlaqələrin əsasını qoyub, həm də xalqı o zaman düşdüyü çətin vəziyyyətdən xilas edib. Bu gün Naxçıvanda bütün sahələrdə yaradılan yeni infrastruktur, Ulu Öndərin ideyalarının gerçəkləşməsi böyük fəxr və parlaq gələcəyə inamın göstəricisidir.
Əlbəttə, Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrünün daha geniş şəkildə təhlil etmək və bu dövrə onlarla məqalə və kitabların həsr edilməsi mümkündür. Zaman etibarı ilə qısa olmasına baxmayaraq, 1990-1993-cü illərdə böyük tarixi qərarların qəbulu, bütün sahələrdə islahatların əsasının qoyulması və bu gün yürüdülən uğurlu siyasət Azərbaycanımızın eləcə də onun ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımızın bütövlükdə inkişafına səbəb olub.
Xüsusilə qeyd etmək istərdim ki, Ulu Öndər Heydər Əliyevin Moskvadan Bakıya 1990-cı ilin 22 iyul tarixində Naxçıvana qayıdışı, əslində Sovet imperiyasından Vətənə qayıdış və bu qayıdışın məntiqindən doğan MİLLİ QURTULUŞUN əsası idi. Naxçıvandan başlanan MİLLİ QURTULUŞ YOLU isə bütün Azərbaycanı əhatə edərək Vətənimizi məhv olmaqdan, erməni işğalından, böyük siyasi maraqlardan və daxili çəkişmələrdən xilas edib. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının mütərəqqi düşüncəli, dövlətə və xalqa bağlı olan, milli birliyin, həmrəyliyin keşiyində dayanan, fərqli siyasi baxışlar, dünyagörüşləri arasında körpü rolunu oynayan, cəmiyyəti qütblərə parçalanmaqdan qorudu. Bu gün dahi liderin Azərbaycan tarixində əbədi və silinməz yeri, yaratdığı siyasi məktəb əminlik yaradır ki, bu siyasət uzun illər ölkəmizdə davam edəcək və Vətənimizi daha da çiçəkləndirəcək. Onun həyatının və siyasi fəaliyyyətinin NAXÇIVAN DÖVRÜ isə həmişə olduğu kimi tarixə qızıl hərflərlə həkk olunacaq!
Comments are closed, but trackbacks and pingbacks are open.