İdarəetmənin təşkilati strukturu
Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 1993-cü il tarixli 72 nömrəli Qərarı ilə yaradılmışdır.
struktur sözü azərbaycan dilində
Sözün tezliyi – sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
Ümumi • 43.62 dəfə / 1 mln.
2002 | ••••••••••• | 41.11 |
2003 | •••••••••• | 39.76 |
2004 | •••••••••• | 38.07 |
2005 | •••••••• | 32.39 |
2006 | ••••••••••• | 42.12 |
2007 | •••••••••• | 39.75 |
2008 | •••••••• | 29.23 |
2009 | •••••••••• | 37.28 |
2010 | ••••••• | 26.14 |
2011 | •••••••••• | 37.49 |
2012 | •••••••••• | 37.00 |
2013 | ••••••• | 26.99 |
2014 | ••••••••••• | 44.79 |
2015 | •••••••••••••• | 56.99 |
2016 | ••••••••••••••••• | 65.77 |
2017 | ••••••••••• | 44.06 |
2018 | •••••••••••• | 49.14 |
2019 | •••••••••••••••••••• | 82.06 |
2020 | •••••••••••••• | 55.96 |
struktur sözünün rus dilinə tərcüməsi
1 I сущ. структура: 1. взаиморасположение и связь составных частей чего-л.; строение. геол. Torpağın struktur u структура почвы, struktur un eyniliyi однородность структуры, struktur tipləri типы структур, törəmə struktur вторичная структура 2. устройство, организация. Cəmiyyətin sosial struktur u социальная структура общества, sənayenin struktur u структура промышленности, iqtisadi struktur экономическая структура 3. совокупность устойчивых связей объекта, обеспечивающих его целостность и тождественность самому себе, т. е. сохранение основных свойств при различных внешних и внутренних изменениях II прил. структурный: 1. относящийся к структуре. Struktur elementlər структурные элементы 2. связанный с изменением, изображением и т.п. структуры, строения чего-л. геол. Struktur analiz структурный анализ, struktur xəritə структурная карта; struktur nəzəriyyəsi структурная теория 3. имеющий определённую структуру. геол. struktur quyu структурная скважина, struktur yataq структурная залежь, struktur özlülük структурная вязкость Azərbaycanca-rusca lüğət
struktur sözünün inglis dilinə tərcüməsi
1 I. i. structure; xalq təsərrüfatının ~u national economy pattern II. s. structural; ~ dilçilik structural linguistics Azərbaycanca-ingiliscə lüğət
struktur sözü azərbaycan dilinin lüğətlərində
İzahlı tərcüməşunaslıq terminləri lügəti
1. Sözlərin bir-biri ilə üzlaşması üsulu, onların bir-birinin ardınca gəlməsi, düzülüşü və məhz bu sözlərin, deyimin quruluşu üçün faktın özünün seçimi (bu, deyimdə mühümdür, daha doğrusu, inormasiyanı və onun strukturunun reprezentləşdirir. 2. Daxili təşkil olunma, muəyyən münasibətlərdə olan elementlərin ardıcıllığı.
Fəlsəfə terminlərinin izahlı lüğəti
\ – sistemin təşkilinin ünsürləri arasındakı sabit qarşılıqlı əlaqələrin, bu əlaqələrin qanunlarının vəhdəti kimi çıxış edən quruluşu və daxili forması.
“struktur” sözü ilə başlayan sözlər
- struktur-riyazi
- struktur-sintaktik
- struktura
- strukturalist
- strukturalizm
- strukturda
- strukturdan
- strukturlanmış
- strukturlar
- strukturlara
- strukturlardan
- strukturları
- strukturların
- strukturlarına
- strukturlaşdırılması
- strukturlaşması
- strukturlu
- strukturluğu
- strukturluğundadır
- strukturluğunun
- strukturu
- strukturudur
- strukturun
- strukturuna
- strukturunda
- strukturundakı
- strukturunu
- strukturunun
Oxşar sözlər
#struktur nədir? #struktur sözünün mənası #struktur nə deməkdir? #struktur sözünün izahı #struktur sözünün yazılışı #struktur necə yazılır? #struktur sözünün düzgün yazılışı #struktur leksik mənası #struktur sözünün sinonimi #struktur sözünün yaxın mənalı sözlər #struktur sözünün əks mənası #struktur sözünün etimologiyası #struktur sözünün orfoqrafiyası #struktur rusca #struktur inglisça #struktur fransızca #struktur sözünün istifadəsi #sözlük
Obastan-ın layihəsi
Sözlük © 2020
İdarəetmənin təşkilati strukturu
İdarəetmənin təşkilati strukturu dedikdə, idarə edən və idarə olunan sistemlər arasında qarşılıqlı əlaqəni ciddi tabeçilik əsasında təmin edən idarəetmə bölmələrinin məcmusu başa düşülür.
Müəssisə və təşkilatlarda idarəetmə funksiyasını həyata keçirmək üçün idarəetmə aparatını yaratmaq lazımdır. Bunun üçün isə təşkilati strukturun olması vacibdir.
İdarəetmənin təşkilati strukruru özü bir sistemdir. Bu sistemin tərkibi təşkilatın ayrı-ayrı yarım sistemləri, bölmələri, şöbələri, onların tərkibi, nisbəti, yerləşdirilməsi, asılılığı və qarşılıqlı əlaqəsindən ibarətdir.
Təşkilati struktur 2 istiqamətdə həyata keçirilir.
1.Üfüqi istiqamət.
2.Şaquli istiqamət.
Üfüqi istiqamət fəaliyyət sahələrinin idarəetmə funksiyalarını yerinə yetirən qürumların, filialların, törəmə müəssisələrin, mərkəzlərin, şöbələrin, bölmələrin, hissələrin məcmusudur.
Şaquli istiqamət isə səlahiyyət və asılılıq dərəcələrini əks etdirir. Təşkilati strukturun şaquli istiqaməti sahə-tabeçilik sxemini xarakterizə edir. Bu istiqamət həmçinin ayrı-ayrı struktur vahidlərinin nə dərəcədə maliyyə-iqtisadi müstəqilliyini, idarəetmənin mərkəzləşdirilməsini əhatə edir.
Təşkilati struktur əmək bölgüsü üçün əsasdır. Çünki əvvəlcə təşkilati struktur yaradılmalı, yeni iş yerləri açılmalı, ştat vahidləri müəyyən olunmalı, sonra isə həmin vəzifələrə işçilər təyin edilməlidir. Əmək bölgüsü də təşkilati struktura uyğun olaraq üfüqi və şaquli istiqamətdə həyata keçirilir.
İdarəetmənin təşkilati strukturunun aşağıdakı formaları vardır:
1. Xətti.
2. Funksional.
3. Xətti- funksional.
4. Matris.
İdarəetmənin xətti təşkilati strukturu idarəetmənin ən sadə və səmərəli təşkilati struktur formasıdır. Xətti sistemin mahiyyəti ondan ibarətdir ki, kollektivi aşağı idarəetmə səviyyəsində aşağı rəhbərlər idarə edirlər. Onlar yuxarı rəhbərlərə tabedirlər. Bu sistemin müsbət cəhəti odur ki, aşağı rəhbərlər kollektivin içərisində olur və kollektivin problemlərini, çətinliklərini daha yaxından izləyirlər. Aşağı rəhbərlər kollektivi maraqlandıran məsələlərdən daha tez xəbər tutur və rəhbərlik qarşısında məsələlər qaldırırlar. Deməli, aşağı rəhbərlər kollektivlə yuxarı rəhbərlər arasında koordinasiya və əlaqə rolu oynayırlar. İdarəetmənin xətti strukturunda istər vahid rəhbərlik, istərsə də kollegialılıq prinsipi tətbiq edilə bilər.
Təşkilatın idarə olunmasının funksional təşkilati strukturu da idarəetmədə tez-tez rast gəlinən formadır. Xətti sistemdən fərqli olaraq, təşkilati struktur funksional icraçıların tabeçilik sxemini əks etdirir. Yəni bu sistemdə rəhbərlər təşkilati strukturu yaradarkən şöbələr və bölmələrə deyil funksional icraçılıq fəaliyyətinə üstünlük verir. Məsələn, satış sahəsinin təşkili və bu sahəyə nəzərat satış meneceri tərəfindən həyata keçirilir. Reklam fəaliyyəti reklam menecerlərinə, maliyyə fəaliyyəti maliyyə menecerlərinə həvalə edilir. Bu təşkilati struktur formasında bir sahədə bir neçə menecer fəaliyyət göstərə bilər. Hər bir menecer öz üzərinə düşən işə görə məsuliyyət daşıyır. Bu sistem işçilərin sayı çox olmayan müəssisələr üçün daha münasibdir. Çünki hər hansı bir sahənin bir və ya bir neçə funksional icraçıya həvala edilməsi kifayət edir. Bu isə aşağı rəhbərlərin sayının çox olmasına gətirib çıxarır və yuxarı rəhbərin işini çətinləşdirə bilər.
Funksional idarəetmədə məqsəd ondan ibarətdir ki, konkret məsələlər üzrə ayrı-ayrı funksiyaların yerinə yetirilməsi mütəxəssislərə həvalə edilir.
Funksional idarəetmə xətti idarəetmə ilə yanaşı da mövcud olur ki, bu da icraçılar üçün ikili tabeçilik yaradır. Təşkilatı-struktur formasının funksional sistemdən xətti-funksional sistemə keçməsi əsasən idarə etmə işçilərinin sayının artması ilə əlaqədar olur. Rəhbərlər müəssisənin bəzi sahələrində idarəetmənin xətti formasını, digər sahələrində isə funksional formasını tətbiq edirlər. Xətti-funksional formada idarəetmə pillələri kimi həm şöbələr və bölmələr, həm də funksional icraçılar fəaliyyət göstərə bilirlər.
Müəssisənin idarəolunması üçün formalaşmış təşkilati-strukturlar yaradılarkən onların layihələndirilməsi olduqca vacib şərtdir. Təşkilati strukturun layihələndirilməsinə müəssisə yeni yaradılarkən və ya fəaliyyətini genişləndirərkən daha çox ehtiyac duyulur. Bundan başqa mövcud təşkilati-struktur səmərəsiz hesab edildiyi təqdirdə də onun yenidən layihələndirilməsi məsələsi ön plana çıxır.
Təşkilati strukturunun layihələndirilməsi prosesi üç əsas mərhələdən ibarətdir.
1. Mövcud təşkilati-strukturun təhlili;
2. Layihələndirmə;
3. Səmərəliliyin qiymətləndirilməsi;
Birinci mərhələ-mövcud təşkilati strukturun təhlili ilə əlaqədardır. Bu, qüvvədə olan idarəetmə strukturunun tələblərə nə dərəcədə cavab verdiyini aydınlaşdırmağa xidmət edir. Başqa sözlə, idarəetmə strukturunun keyfiyyətinin qiymətləndirici meyarlar əsasında nə səviyyədə olduğunu müəyyən edir.
Qiymətləndirmənin obyektlərinə aşağıdakılar aiddir:
• İdarəetmə aparatı;
• İdarəetmə funksiyaları;
• Təsərrüfat fəaliyyətinin nəticələri;
İkinci mərhələ-təşkilati strukturun layihələndirilməsidir. Bu mərhələ təşkilati strukturun hansı formasının seçilməsini, ştat vahidlərinin yaradılmasını, onların bir-birindən asılılıq dərəcələrini və birgə fəaliyyətini, təşkilati strukturun gələcək perspektivlərini özündə əks etdirir.
İdarəetmə strukturunu layihələndirərkən təşkilati struktura olan tələbləri unutmaq olmaz. Təşkilati struktura qoyulan tələblər aşağıdakılardan ibarətdir:
1. Optimallıq;
2. Etibarlılıq;
3. Qənaətçilik;
4. Çeviklik;
5. Reallıq və s.;
Üçüncü mərhələ-təşkilati strukturun səmərəliliyinin qiymətləndirilməsidir. Təşkilati strukturunun vəziyyəti və səmərəliliyi idarə olunan obyektin fəaliyyətini xarakterizə edən göstəricilərlə qiymətləndirilir. Bu göstəricilər mənfəət, gəlir, sosial inkişaf, əmək haqqı göstəricilərindən ibarətdir. Təşkilati qruluşu formalaşdırarkən idarəetmənin təkmilləşdirilməsinə diqqət vermək lazımdır. Çünki bazar münasibətlərinin inkişafı idərəetmənin təşkilində yeni tələblər irəli sürür. Bu cür tələblərin təmin olunması, idarəetmə elminin inkişafı bu sahədə aparılan tədqiqatların, araşdırmaların, yeniliklərin həyata keçirilməsi ilə əlaqədardır.
Daxili İşlər Nazirliyi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında duran vəzifələrin, səlahiyyətlərinə aid edilmiş funksiyaların yerinə yetirilməsinin təmin edilməsi üçün nazirliyin aparatının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş strukturuna aşağıdakı xidmət sahələri daxildir:
Katiblik (baş idarə səlahiyyətli)
Daxili işlər orqanlarının fəaliyyətinə dair vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərin qəbulunu, qeydiyyatını, vətəndaşların qəbulunu, kargüzarlıq işini, DİN sistemi üçün normativ-hüquqi aktların hazırlanması işinin təşkilini, nazirliyin səlahiyyətinə aid məsələlər üzrə Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqi praktikasının ümumiləşdirilməsini, icra intizamına və məxfilik rejiminə nəzarəti, şifrteleqramlarla işi, normativ aktların çapı və çoxaldılması fəaliyyətini həyata keçirən müstəqil struktur hissədir.
Baş Təşkilati-İnspeksiya İdarəsi
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemində təşkilati-nəzarət funksiyalarını – ölkədəki mövcud kriminogen durumun kompleks təhlilinə əsasən hüquq-mühafizə vəzifələrinin həlli və əməliyyat-xidməti fəaliyyətin əsas yönümləri üzrə görüləcək işlərin planlaşdırılmasını, nəticələrinin ümumiləşdirilməsini, bu məqsədlərlə DİN-in xidmətlərinin, daxili işlər orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, kompleks, inspektor və s. yoxlamaların aparılmasını, ştat intizamına, ali hakimiyyət orqanlarının və DİN-in hüquqi-normativ aktlarının icrasına nəzarəti həyata keçirən müstəqil struktur hissədir.
Baş İdarənin əsas vəzifələri aşağıdakılardır:
- respublikada, onun ayrı-ayrı bölgələrində əməliyyat şəraitinin kompleks təhlili, fəaliyyətin səmərəliliyinin artırılması üzrə təkliflərin hazırlanması;
- idarəçilik mexanizminin təkmilləşdirilməsi, nazirliyin mərkəzi aparatının xidmətlərinin tabelikdəki orqan və hissələrə təsirinin yüksəldilməsi üzrə görülən tədbirlərin təşkilati təminatı. Qabaqcıl təcrübənin öyrənilməsi və yayılması;
- kompleks tədbirlərin hazırlanması və icrasının təşkili, nazirliyin xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsi;
- nazirliyin əməliyyat-xidməti fəaliyyətinin planlaşdırılması;
- Azərbaycan Respublikası DİN-in mərkəzi aparatının xidmətlərində, daxili işlər orqanlarında kompleks, inspektor, nəzarət və məqsədli yoxlamaların keçirilməsi, əməli köməklik göstərilməsi, həvalə olunmuş vəzifə və funksiyaların faktiki icrasına nəzarət edilməsi;
- Azərbaycan Respublikasında əməliyyat şəraiti (fövqəladə hadisələr, ağır cinayətlər və s.) haqqında məlumatların toplanmasının təşkili, onların təhlili, bunun əsasında idarəçilik qərarlarının hazırlanması və onların icrasına nəzarət;
- Daxili İşlər Nazirliyi sistemində struktur təkmilləşdirmələrinin həyata keçirilməsi və inkişaf etdirilməsi üzrə təkliflərin işlənib hazırlanması. Təşkilati-ştat fəaliyyətinin təhlili, ştat intizamına nəzarət, onun nəticələrinin qiymətləndirilməsi;
- fövqəladə vəziyyət , həmçinin geniş miqyaslı kompleks əməliyyatların keçirilməsi zamanı daxili işlər orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
- Daxili İşlər Nazirliyi xidmətlərinin, şəhər, rayon, nəqliyyatda daxili işlər orqanlarının müvafiq analitik xidmətlərinin fəaliyyətinin təşkilati-metodiki təminatı.
Baş İdarənin strukturuna Təşkilati-analitik şöbə, İnspektorluq şöbəsi, Nəzarət-əlaqələndirmə şöbəsi, Təşkilati-ştat xidməti və Təşkilati-metodiki bölmə daxildir.
Növbətçi hissələri idarəetmə xidməti (idarə səlahiyyətli)
Respublikada əməliyyat şəraitinə effektiv nəzarəti, DİN-in qüvvə və vasitələrinin operativ idarə olunmasını və daxili işlər orqanlarının növbətçi hissələrinin fəaliyyətinə əməli rəhbərliyi həyata keçirən müstəqil struktur hissədir.
Baş Cinayət Axtarışı İdarəsi
Azərbaycanın ərazisində cinayətlərin açılması, cinayətkarların müəyyən edilməsi və tutulması, kriminal elementlərin aşkar edilməsi üzrə işin aparılmasını həyata keçirən Axtarış Polisi Xidməti 20-ci əsrin əvvələrində Polis Departamentinin strukturunda yaradılmışdı.
1918-ci ildə suveren Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski bu xidmətin həll etdiyi vəzifələrin demokratik islahatlar dövründə xüsusilə mühüm əhəmiyyət kəsb etməsini qeyd etmişdir.
1921-ci ilin yanvar ayında xidmətin adı dəyişdirilərək Cinayət-Axtarışı İdarəsi adlandırılmış və onun Əsasnaməsi təsdiq edilmişdir.
Xidmətin funksiyalarını cinayətkarların axtarışı, yaxalanması və qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin açılması üzrə əməliyyat tədbirlərinin həyata keçirilməsi təşkil edirdi.
İkinci Dünya Müharibəsi illərində Azərbaycanın cinayət-axtarış aparatı əməkdaşlarının böyük hissəsi milisin digər xidmətlərindən olan həmkarları ilə birgə döyüşən orduda qəhrəmancasına vuruşmuşdur. Xidmətlərini davam etdirən əməkdaşlar işini mürəkkəb şəraitdə davam etdirir, cinayətkarlığa qarşı mübarizə aparmaqla bərabər, həyatəhəmiyyətli obyektlərdə təhlükəsizliyi təmin edir, təxribatçıları zərərsizləşdirirdilər və s. funksiyaları həyata keçirirdilər.
Müharibədən sonrakı illərdə cinayət axtarışı xidməti quldur dəstələrinin zərərsizləşdirilməsi, odlu silahın yığılması, kriminal elementlərin qeydiyyatının təşkili, yetim qalmış uşaqlar arasında nəzarətsizliyinin qarşısının alınması üzrə vacib funksiyaları da yetirilmişdir.
Cinayət-axtarışı özünun təkamülü prossesində tədricən hüquqpozmaların profilaktikasının təşkili, cinayətkarlıqla mübarizə üzrə kompleks vəzifələri həll edən çoxfunksiyalı operativ xidmətə çevrilirdi.
Onun tərkibinə milis sahə inspektorları, yetkinlik yaşına çatmayanların işləri üzrə inspeksiyalar, mütəşəkkil cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə hissələri də daxil idi.
Sonrakı illərdə bu hissələrin bazasında müstəqil qurumlar yaradılmış və hazırda isə Baş İdarə statusunda fəaliyyət göstərirlər.
Cinayət-axtarışının zəngin tarixi və peşəkar ənənələri vardır. Bu xidmətin əməkdaşları həmişə cinayətkarlıqla mübarizəni qətiyyətlə aparmış, öz xidməti borclarını nümunəvi yerinə yetirmiş və onlardan bir çoxu xidməti vəzifələrinin icrası zamanı qəhrəmancasına həlak olmuşlar.
Cinayət-axtarışında xidmət etmək DİN sistemində həmişə ən çətin və şərəfli iş hesab olmuşdur. Bu cəsarət və peşə ustalığı məktəbidir.
Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov uzun illər cinayət-axtarışı xidmətində işləmiş və bu xidmətə rəhbərlik etmişdir.
Hazırda Daxili İşlər Nazirliyinin Baş Cinayət-Atarışı İdarəsi cinayətkarlıqla mübarizə, cinayətlərin qarşısının alınması və açılması, təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən və cəzadan yayınanların, xəbərsiz İtkin düşmüş şəxslərin, habelə oğurlanmış əmlakın axtarışı, şəxsiyyətinin tanınması mümkün olmayan meyitlərin müəyyənləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi funksiyalarını yerinə yetirən müstəqil struktur hissədir.
Baş İstintaq və Təhqiqat İdarəsi
Daxili işlər orqanlarının səlahiyyətlərinə aid olan işlər üzrə təhqiqatın və ibtidai istintaqın aparılmasını, bu sahədə təşkilati-metodiki vəsaitlərin hazırlanmasını, baş vermiş cinayət hadisəsi üzrə vaxtında cinayət icraatının başlanılmasını, cinayətin baş vermə səbəb və şəraitinin, işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını, cinayətin tezliklə açılmasını, onun bütün iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmasını həyata keçirən müstəqil struktur hissədir.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
Azərbaycan Respublikası Prezidentinin 9 avqust 1994-cü il tarixli «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» Fərmanı ilə dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti, mülkiyyət hüququ əleyhinə yönəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərin, rüşvətxorluq və korrupsiya hallarının qarşısının alınması, bu istiqamətdə əməliyyat-xidməti fəaliyyətin həyata keçirilməsi üzrə Daxili İşlər Nazirliyinin və digər dövlət orqanlarının əsas vəzifələri müəyyən edilmiş və Nazirliyin strukturunda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi yaradılaraq cinayətkarlığın ən təhlükəli formasına qarşı mübarizə yeni təşkilati əsaslar üzərində qurulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturunda dəyişikliklər edilməsi haqqında” 83 nömrəli Fərmanı ilə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi baş idarə səlahiyyətli müəyyən edilmişdir.
Baş İdarənin əsas funksiyalarını Azərbaycan Respublikasının qanunvericiliyi və Daxili İşlər Nazirliyinin müvafiq normativ-hüquqi aktları ilə müəyyən edilmiş qaydada mütəşəkkil cinayətkarlığa, o cümlədən terrorizm, banditizm , adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətlərinə, saxta pul və ödəniş sənədlərinin qanunsuz dövriyyəsinə, insan alverinə, eləcə də mütəşəkkil cinayətkarlığın transmilli və digər növlərinə qarşı mübarizə, bu qəbildən olan cinayətlərin qarşısının alınması, açılması və istintaqı təşkil edir.
Baş İdarənin strukturuna adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsi, banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsi, saxta pul və ödəniş sənədlərinin qanunsuz dövriyyəsi ilə mübarizə şöbəsi, istintaq şöbəsi, təşkilati-analitik bölmə və digər əməliyyat, təminat qurumları daxildir. İnsan alverinə qarşı mübarizə idarəsi baş idarəyə bilavasitə tabe olan struktur qurumdur.
Baş İdarənin əsas vəzifələri aşağıdakılardır:
- Azərbaycan Respublikasının qanunvericiliyi və digər normativ-hüquqi aktları ilə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin və istintaq tədbirlərinin həyata keçirilməsi;
- mütəşəkkil cinayətkar qrup və dəstələrin aşkar edilməsi, ifşa olunması və zərərsizləşdirilməsi;
- banditizm, adam oğurluğu, adamları girov götürmə, hədə-qorxu ilə tələb etmə, saxta pul və ödəniş sənədlərinin qanunsuz dövriyyəsinə və mütəşəkkil cinayətkarlığın digər təhlükəli növlərinə qarşı mübarizənin təşkili və aparılması, bu növ cinayətlərin açılmasının təmin edilməsi və cinayətkarların axtarışı işinin həyata keçirilməsi;
- insan alverinə qarşı mübarizənin həyata keçirilməsinin və bu sahədə profilaktik və əməliyyat-axtarış tədbirlərinin təşkil edilməsi;
- transmilli cinayətlər, o cümlədən insan alveri, narkotiklərin və silahların qanunsuz dövriyyəsi, qaçaqmalçılığı ilə məşğul olan cinayətkar birləşmələr, onların regional və dövlətlərarası əlaqələri, habelə qanunsuz silahlı dəstələr haqqında məlumatların əldə edilməsi, bu sahədə müvafiq xüsusi tədbirlərin həyata keçirilməsi;
- mütəşəkkil cinayətkarlıqla bağlı məlumatların toplanması, sistemləşdirilməsi, bu işin, eləcə də ərazi orqanlarının mütəşəkkil cinayətkarlıqla mübarizə aparatlarında əməliyyat-xidməti fəaliyyətin təhlili, metodik vəsait və göstərişlərin hazırlanması, müvafiq idarəçilik qərarlarının qəbul edilməsi.
Mütəşəkkil cinayətkar dəstələrin formalaşmasına və inkişafına şərait yaradan amillərin öyrənilməsi, onların aradan qaldırılması, bu yönümdə mübarizə işinin təkmilləşdirilməsi və səmərəli təşkili; - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət prosesi iştirakçılarının və digər şəxslərin, zəruri hallarda isə onların yaxın qohumlarının mühafizəsinin təmin edilməsi və s.
Baş Narkotiklərlə Mübarizə İdarəsi
Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində idarəçilik və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, bu istiqamətdə kriminogen durumun təhlilinə əsasən müvafiq regional qurumların, ərazi və xətt polis orqanlarındakı aidiyyəti strukturların fəaliyyətini təşkil edən və əlaqələndirən müstəqil struktur hissədir.
Baş idarə aşağıdakı vəzifələri həyata keçirir:
- respublikada narkotiklərlə bağlı cinayətkarlığın vəziyyətinin öyrənilməsi, təhlil edilməsi, bu növ cinayətlərin qarşısının alınması və açılması sahəsində əməliyyat-axtarış və profilaktiki tədbirlərin həyata keçirilməsi, tabelikdəki regional qurumlarında, habelə ərazi və xətt polis orqanlarında qanunvericiliklə müəyyən edilmiş, DİN-in normativ hüquqi aktlarından irəli gələn funksiyaların yerinə yetirilməsinin təşkil edilməsi;
- narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkarlığın vəziyyətinin təhlil edilməsi, kriminogen durumun operativ və uzunmüddətli proqnozlarının, işin səmərəsinin artırılması məqsədilə təkliflərin hazırlanması;
- əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində tabelikdəki regional qurumların, şəhər-rayon və nəqliyyatda polis orqanlarının müvafiq xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsi;
- müəyyən edilmiş qaydada aidiyyəti nazirlik və komitələrdən məlumatların alınması, təhlili və ümummilli məlumat bankına daxil edilməsinin təmin olunması.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə işi əsasən Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu, Azərbaycan Respublikası Prezidentinin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli Fərmanı, Nazirlər Kabinetinin aidiyyəti Qərarları və DİN-in əmr və göstərişləri ilə tənzimlənir.
AR Nazirlər Kabinetinin 17 aprel 2000-ci il tarixli, 71 nömrəli qərarı ilə Daxili İşlər Nazirliyində narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair Ümummilli Məlumat Bankının təşkili, həmin məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması qaydası müəyyənləşdirilmişdir.
İdarə 16 fevral 1992-ci ildə DİN-in strukturunda yeni bir idarə kimi, Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə İdarəsi adı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü tarixli, 83 nömrəli Fərmanı ilə idarə «Baş Narkotiklərlə Mübarizə İdarəsi»nə çevrilmişdir.
Daxili Təhlükəsizlik İdarəsi
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli Fərmanı ilə daxili işlər orqanlarının fəaliyyətinə idarədaxili nəzarətin həyata keçirilməsi, o cümlədən orqan və hissələrdə daxili təhlükəsizlik vəziyyətinin öyrənilməsi və nəzarətdə saxlanılması, xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olma və digər neqativ halların qarşısının alınması, korrupsiyaya şərait yaradan və korrupsiya hüquqpozmalarına yol verən əməkdaşların müəyyən edilib barələrində müvafiq tədbirlərin görülməsinin təmin olunması məqsədilə, Nazirliyin strukturunda təsis edilmişdir.
Kriminalistik Tədqiqatlar İdarəsi
Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və hallarda kriminalistik tədqiqatların aparılmasını təşkil edən, kriminalistik tədqiqat fəaliyyəti ilə əlaqədar hüquqları həyata keçirən müstəqil struktur hissədir.
İdarənin əsas vəzifələri:
- hadisə yerlərinin müayinəsində, əməliyyat-axtarış tədbirlərində və digər istintaq hərəkətlərində mütəxəssislərin iştirakını təmin etmək;
- istintaq, təhqiqat və əməliyyat-axtarış xidmətlərinin təliqəsi əsasında ballistik, daktiloskopik, trasoloji, sənədlərin texniki tədqiqi, xətti, avtotexniki, fiziki-kimyəvi, bioloji və s. tədqiqatlar aparmaq;
- istifadədə olan müasir foto-video və digər texniki vasitələri, kriminalistik texnikanı istintaq hərəkətlərində və əməliyyat-axtarış tədbirlərində tətbiq etmək.
İdarədə güllə-giliz və əl-barmaq izlərindən ibarət kartotekalar, saxta pullar, sənədlər və qiymətli kağızlardan, narkotik vasitə və psixotrop maddələrdən ibarət kolleksiyalar yaradılmışdır.
Əl-barmaq izləri dünyada ən müasir hesab olunan Əl-Barmaq İzlərinin Eyniləşdirilməsinin Avtomatlaşdırılmış «MORFO» Sistemində eyniləşdirilir, narkotik vasitələr isə BMT tərəfindən beynəlxalq proqram çərçivəsində verilmiş müasir laboratoriya cihazları ilə tədqiq edilir.
İdarə bir sıra inkişaf etmiş dövlətlərin müvafiq xidmətləri ilə sıx əlaqə saxlayır və ən yeni elmi-tədqiqat metodikalarını öz işində tədbiq edir.
Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi
Azərbaycan Respublikası Daxili İşlər Orqanları sistemində Statistik İnformasiya xidmətinin yaradılması tarixi
Azərbaycanda XX əsrin 20-ci illərində cinayət hadisələrinin qeydiyyatının aparılması məqsədilə Dövlət siyasi idarəsinin tərkibində Mərkəzləşdirilmiş statistik bölmə, sonradan (30-40-cı illər) Azərbaycan SSR Xalq Komissarlığında əməliyyat, daktiloskopik və arxiv işlərinin aparılması üçün xüsusi şöbə, 1972-ci ildə isə Azərbaycan SSR Daxili İşlər Nazirliyində idarə səlahiyyətli Məlumat Mərkəzi yaradılmışdır.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 22.04.1992-ci il tarixli 228 №li əmri ilə Məlumat Mərkəzi Əməliyyat və Statistik İnformasiya İdarəsi adlandırılmışdır.
İdarə Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 83 №li Fərmanı ilə Baş İdarə statusunda müəyyən edilmişdir.
Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi
Respublikada qeydiyyata alınmış cinayətlərin, habelə cinayət törətmiş və cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən, məhkum olunmuş, itkin düşmuş, mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxslərin, oğurlanmış, talanmış, itirilmiş və aşkar edilmiş odlu silahların (döyüş sursatlarının), axtarışda olan nəqliyyat vasitələrinin, nömrəli sənədlərin və əşyaların, elmi-texniki, ədəbi-bədii və mədəni-tarixi sərvətlər sayılan əşyaların vahid mərkəzləşdirilmiş uçotunu aparır.
“Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Qanuna əsasən ölkə vətəndaşlarının, Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, Azərbaycan Respublikasında siyasi sığınacaq verilməsi, yaxud qaçqın statusu əldə edilməsi barədə vəsatət vermiş əcnəbilərin dövlət daktiloskopik qeydiyyatının aparılmasını təşkil edir.
Daxili İşlər Orqanlarında uçot-qeydiyyat intizamına riayət olunmasına nəzarət edir, bu istiqamətdə polis orqanlarına metodiki köməklik göstərir.
Respublikada cinayətkarlığın, onunla mübarizə işinin vəziyyətini əks etdirən dövlət və təşkilatdaxili hesabatlar hazırlayır.
Səlahiyyətlərinə aid daxil olunmuş müraciətlər əsasında əməliyyat-sorğu, axtarış, kriminal, statistik, arxiv və digər yönümlü məlumatlar hazırlayır.
Daxili işlər orqanlarının fəaliyyəti nəticəsində toplanan sənədlərin arxivləşdirilməsini, arxiv işlərinin fondlar üzrə saxlanılmasını həyata keçirir.
Baş İctimai Təhlükəsizlik İdarəsi
İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən, cinayətlərin qarşısının alınması və açılması sahəsində profilaktika tədbirlərinin həyata keçirilməsi, həbs edilmiş şəxslərin mühafizəsi və müşayiəti, diplomatik nümayəndəliklərin mühafizəsi, karantin tədbirlərinin, ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi, yetkinlik yaşına çatmayanlar arasında profilaktika işini təşkil edən, habelə icazə sistemi üzrə fəaliyyəti, Nazirliyin səlahiyyətləri çərçivəsində hərbi və xüsusi daşınmaları həyata keçirən müstəqil struktur hissədir.
Baş İdarənin strukturuna – Profilaktik işin təşkili şöbəsi, Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsi, Post-patrul xidmətinin təşkili şöbəsi, İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi şöbəsi, Müvəqqəti saxlama yerlərində xidmətin təşkilinə nəzarət şöbəsi, Sahə inspektorlarının işinin təşkili bölməsi, Milli, dini məsələlər üzrə bölmə, İcazə sistemi bölməsi, Təbiəti mühafizə və sanitar-epidemioloji xidmətləri ilə əlaqəli işin təşkili bölməsi, Təşkilati-analitik bölmə, xüsusi daşınma qrupu və dəftərxana daxildir.
Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taboru və Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru Baş İdarəyə bilavasitə tabe olan strukturlardır.
Baş İdarənin vəzifələri:
- ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir, cinayətlərin qarşısının alınması və açılması sahəsində profilaktika tədbirlərinin həyata keçirilməsini təmin edir;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə daxili işlər orqanlarının səlahiyyətinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılmasını, habelə xüsusi icazələrin (lisenziyaların) verilməsini təşkil edir;
- azyaşlılara nəzarətsizliyin qarşısının alınmasında digər dövlət və ictimai təşkilatlarla birlikdə iştirak edir;
- Azərbaycan Respublikasının bütün ərazisində və ya onun ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə və ya hərbi vəziyyət rejiminin təminində, fövqəladə halların qarşısının alınması və onların aradan qaldırılması üzrə vahid dövlət tədbirlərinin, həmçinin karantin tədbirlərinin həyata keçirilməsində iştirak edən daxili işlər orqanlarının fəaliyyətini təşkil edir;
- hərbi daşımaları həyata keçirilməsini təşkil edir;
- ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları həyata keçirmək;
- müvəqqəti saxlanılma yerlərində xidmətin təşkilinə nəzarət etmək;
- xüsusi icazə (lisenziya) verilməsi sahəsində daxili işlər orqanlarının səlahiyyətinə aid edilmiş fəaliyyətin həyata keçirilməsinə nəzarət etmək;
- xidməti və mülki silahın dövriyyəsinə və döyüş sursatının saxlanılması qaydalarına riayət olunmasına nəzarət etmək.
Daxili Qoşunların Baş İdarəsi
Şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyinin, vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının cinayətkar qəsdlərdən qorunması, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının mühafizəsinin həyata keçirilməsi, ictimai asayişin mühafizəsi, kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunması, kütləvi iğtişaşların qarşısının alınması, habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirilməsi üzrə Daxili Qoşunların fəaliyyətinin təşkilini və qoşunların bilavasitə idarə olunmasını təmin edən Azərbaycan Respublikası daxili işlər nazirliyinin vahid sisteminin mühüm struktur hissələrindən biridir.
Daxili Qoşunlar 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmışdır.
Daxili Qoşunların funksiyaları, vəzifələri, fəaliyyətinin əsas prinsipləri «Daxili Qoşunların statusu haqqında Azərbaycan Respublikasının 1994-cü il tarixli Qanunu ilə müəyyən olunmuşdur.
Həmin Qanuna əsasən Daxili Qoşunlar aşağıdakı vəzifələri yerinə yetirirlər:
- digər daxili işlər orqanları ilə birlikdə şəhərlərdə və digər yaşayış məntəqələrində post-patrul xidməti vasitəsilə ictimai asayişin qorunmasında, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunmasında iştirak edir:
- mühüm dövlət obyektlərini, kommunikasiya qurğularını, xüsusi yükləri mühafizə edir;
- mühafizə olunan əraziyə soxulmuş şəxslərin axtarılmasında və tutulmasında iştirak edir;
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin anbarlarını və hərbi bazalarını mühafizə edir;
- mühafizə olunan obyektlərdə və qurğularda qəzaların, yanğınların, təbii fəlakətlərin və buna bənzər başqa halların nəticələrinin ləğvində iştirak edir;
- yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında iştirak edir;
- qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar zamanı, habelə fövqəladə vəziyyətin hüquqi rejimi təmin edilərkən adamların xilas edilməsi, sahibsiz qalmış əmlakın mühafizəsi, ictimai asayişin qorunması üçün təxirəsalınmaz tədbirlər görməklə daxili işlər orqanlarına kömək göstərir;
- cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısını almağa kömək göstərir;
- mühafizədən qaçmış məhkumların və həbs edilmiş şəxslərin axtarılmasında və tutulmasında iştirak edir;
- zərurət olduqda Azərbaycan Respublikasının ərazisinin müdafiəsində iştirak edir.
Daxili Qoşunlara başqa vəzifələr ancaq qanunla həvalə edilə bilər.
Hərbi qanunvericilik, nizamnamələr, hərbi qulluqçuların xidmət keçməsi məsələləri üzrə Daxili Qoşunların fəaliyyəti Silahlı Qüvvələr üçün müəyyən edilmiş hərbi-normativ aktlarla nizamlanır.
Daxili Qoşunların Komandanı birbaşa Daxili İşlər Nazirinə tabedir və onun müavinidir.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 mart tarixli fərmanları ilə «Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Hissəsinin Döyüş Bayrağı haqqında» Əsasnamə, «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Döyüş Bayrağının təsviri», «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında» Əsasnamə və «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi» təsdiq olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 9 mart 1995-ci il tarixli fərmanı ilə Qoşunların Azərbaycanın ərazi bütövlüyü uğrunda Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı gün-Martın 12-si «Daxili Qoşunlar Günü» elan edilmişdir.
Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsində iştirak edən Daxili Qoşunların şəxsi heyətindən 496 nəfəri şəhid olmuş, 268 nəfər itkin düşmüş və 1166 nəfər yaralanmışdır.
Göstərdikləri qəhrəmanlıq və igidliyə, eləcə də hərbi borclarının yerinə yetirilməsinə vicdanla yanaşdıqlarına görə Daxili Qoşunların 9 hərbi qulluqçusu (onlardan 8-i ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 1738 nəfər müxtəlif dövlət mükafatları ilə təltif olunmuşdur.
Daxili Qoşunlarda xidmət keçmək üçün zabitlərin hazırlanması Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbində həyata keçirilir.
Qoşunların gizir və müddətdən artıq xidmət ediən hərbi qulluqçularla komplektləşdirilməsi əsasən həqiqi hərbi xidməti başa vurduqdan sonra xidmətini davam etdirməyə öhdəlik vermiş şəxslərin hesabına həyata keçirilir.
Kiçik komandir və mütəxəssislərin hazırlanması 3 ay müddətində həyata keçirilir və kursları bitirdikdən sonra onlar xidmətlərini davam etdirmək üçün hərbi hissələrə göndərilirlər.
Azərbaycan Respublikasının Konstitusiyasına və «Hərbi xidmət keçmə haqqında Əsasnamə»yə əsasən ali təhsilli şəxslər üçün xidmət müddəti 12 ay, digər şəxslər üçün isə 18 aydır.
Daxili Qoşunların Türkiyə Respublikası, Çin Xalq Respublikası, Amerika Birləşmiş Ştatlarının və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri mövcuddur.
Nəqliyyatda Baş Polis İdarəsi
Dəmir yolu, hava və su nəqliyyatı obyektlərində cinayətkarlığa və digər hüquqpozmalara, eləcə də Xəzər dənizi hövzəsində, respublikanın çaylarında, göllərində və digər su tutarlarında ekolojı cinayətlərə qarşı mübarizəni, içtimai qaydanın qorunmasını və içtimai təhlükəsizliyi, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirən müstəqil struktur hissədir.
1918-ci il iyunun 25-də Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Demokratik Respublikası) hökumətinin qərarı ilə ölkə ərazisindəki bütün dəmir yollarının mühafizəsi Daxili İşlər Nazirliyinin sərəncamına verilmiş və bu işin həyata keçirilməsi məqsədilə nəqliyyatda polis qurumları yaradılmışdır
Baş Dövlət Yol Polisi İdarəsi
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi işinin təşkilini, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarətin, yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə inzibati icraatın həyata keçirilməsini, səlahiyyətləri çərçivəsində yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların, texniki normaların işlənib hazırlanmasını, avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışının və qeydiyyatının keçirilməsini, onlara dövlət qeydiyyatı şəhadətnamələrinin və nömrə nişanlarının verilməsini, habelə yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanların qəbul edilməsini, nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsini təşkil edən, yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotunu müəyyən edən və hesabatını aparan müstəqil struktur hissədir.
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi” şəxsiyyətin şərəf və ləyaqətini alçaldan insan alverinin qarşısının alınmasını, onunla mübarizəni, insan alveri qurbanlarının müdafiəsini təmin edən, insan və vətəndaş hüquq və azadlıqlarını Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq cinayətkar qəsdlərdən qoruyan, bu məqsədlərlə qanunvericiliklə müəyyən edilmiş qaydada təhqiqat orqanı funksiyasını yerinə yetirən və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış struktur qurumdur.
Baş İdarə telefon yardım xətti, təhlükəsiz sığınacaq və əməkdaşlıq fəaliyyəti üzrə qeyri-hökumət təşkilatları ilə əlaqə orqanıdır.
Baş İdarə insan alverinə qarşı mübarizə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir və bu sahədə DİN-in struktur hissələrinə və ərazi polis orqanlarına əməli köməklik göstərir.
Baş Mühafizə İdarəsi
Müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi və təhlükəsizlik işini təşkil edən, mühafizə xidmətlərinə görə müqavilə üzrə alınan vəsaitlər hesabına saxlanılan müstəqil struktur hissədir.
Baş İdarənin strukturuna Təşkilati-inspektor idarəsi, Xidmət şöbəsi, Mühafizənin texniki vasitələri şöbəsi, Kadrlar şöbəsi, Maliyyə-plan şöbəsi, Maddi-texniki təchizat şöbəsi, Baş idarənin inzibati binasının mühafizəsi bölməsi, Növbətçi hissələri idarəetmə xidməti, Katiblik, Şəxsi heyətlə iş üzrə qrup, Kompüterləşmiş mərkəzi mühafizə məntəqəsi, İdman kompleksi daxildir.
Baş İdarənin əsas vəzifələri aşağıdakılardır:
- müqavilələr əsasında mülkiyyətçilərin əmlakının və təhlükəsizliyinin mühafizəsi işini təşkil etmək;
- mühafizə xidmətinin təkmilləşdirilməsi və mühafizə hissələrinin öz xərclərini ödəməsi üçün tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
- obyektlərin siqnalizasiya vasitələri ilə təchiz edilməsi üzrə quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarətin həyata keçirilməsini, onların istismara qəbul olunmasını, təmirini və texniki xidmətini təmin etmək;
- hüquqi və fiziki şəxslərin əmlakının hüquqazidd əməllərdən qorunmasını təşkil etmək, bu məqsədlə mühafizəyə götürülən əmlakın siqnalizasiya vasitələri ilə təchiz edilməsi üzrə tədbirlər həyata keçirmək;
- Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək;
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi
Daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış və olduqları yer üzrə qeydiyyatını, onların müvafiq şəxsiyyət və qeydiyyat vəsiqələri, həmçinin Azərbaycan vətəndaşlarının ümumvətəndaş pasportu ilə təmin olunmasını, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmə, vətəndaşlığa bərpa olunma və vətəndaşlığa xitam verilmə məsələləri ilə bağlı işləri həyata keçirən və Nazirliyin səlahiyyətləri çərçivəsində immiqrasiya məsələlərini tənzimləyən müstəqil struktur hissədir.
İdarənin Gəncə, Naxçıvan, Şəki, Lənkəran, Göyçay, Bərdə, Şirvan və Quba şəhərlərində yerləşən regional şöbələrində Azərbaycan Respublikası vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsi həyata keçirilir.
İnterpolun Milli Mərkəzi Bürosu (baş idarə səlahiyyətli)
Respublikanın və İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsini həyata keçirən müstəqil struktur hissədir.
MMB aşağıdakı vəzifələri həyata keçirir:
- Respublikanın və İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsinin həyata keçirilməsi.
- İnterpol kanalları ilə daxil olan sorğu və tapşırıqların icrası.
- Cinayətlərin qarşısının alınması və açılması məqsədilə digər ölkələrin MMB-lərinə cinayətlər və cinayətkarlar, habelə şəxslərin, əşya və sənədlərin axtarışı barədə sorğuların göndərilməsinin təmini.
- Digər ölkələrin MMB-lərindən daxil olan analoji müraciət və məlumatların respublikanın aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə icrasının təmin edilməsi.
- Azərbaycanda cinayət törətməkdə şübhəli bilinmiş, cinayət məsuliyyətinə cəlb olunmuş və barələrində həbs qətimkan tədbiri seçilmiş xarici vətəndaşlar haqqında İnterpolun Baş Katibliyinə tapşırıq və məlumatların göndərilməsi.
- Respublikada cinayətkarlığa qarşı mübarizənin nəticələri, cinayətlərin yeni forma və metodları, eləcə də qabaqcıl təcrübə barədə müfaviq hesabatların tərtibi və zəruri hallarda belə məlumatların İnterpolun Baş Katibliyinə təqdim edilməsi.
- Beynəlxalq polis əməkdaşlığı çərçivəsində əldə olunan operativ və digər məlumatlar bankının yaradılması.
- Transmilli cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq sahəsindəki tələblər, şərtlər barədə respublikanın hüquq-mühafizə orqanlarının məlumatlandırılması və bu yönümdə işin təkmilləşdirilməsinə dair Baş Katibliyə təkliflər verilməsi.
- Polisin fəaliyyətinə, habelə transmilli cinayətlərlə mübarizəyə dair beynəlxalq hüquq normalarını əks etdirən sənədlərin, müqavilələrin Baş Katiblikdən sorğu edilməklə alınması.
- Cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın problemlərinə dair xülasələrin, məruzələrin, İnterpola üzv olan ölkələrin kriminal xidmətlərinin məlumatları əsasında ümumiləşdirmiş təkliflərin hazırlanması.
Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 1993-cü il tarixli 72 nömrəli Qərarı ilə yaradılmışdır.
Baş Kadrlar İdarəsi
Daxili işlər orqanlarının qarşısında duran vəzifələrin təmin edilməsi üçün zəruri olan peşəkar kadr heyətinin yaradılması, o cümlədən kadrların seçilməsi, xidmətə qəbulu, vəzifələrə yerləşdirilməsi, və onlara xüsusi rütbələrin verilməsi, əməkdaşların peşə hazırlığı, xidmət keçməsi, xidmətdən xaric edilməsi və onların uçotu işinin təşkili və həyata keçirilməsi, habelə daxili işlər orqanlarının bu sahədəki fəaliyyətinə metodiki rəhbərlik və nəzarət funksiyalarını yerinə yetirir.
Daxili Təhqiqatlar İdarəsi
Daxili işlər orqanlarında qanunçuluğa və xidməti vəzifənin icrası zamanı əməkdaşlar tərəfindən insan və vətəndaş hüquqlarına riayət edilməsinə nəzarəti həyata keçirən, xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olma, qanunçuluğun pozulması halları, əməkdaşların qanunazidd hərəkətlərindən şikayətlər, ərizə və məlumatlar üzrə xidməti təhqiqatın aparılması işini təşkil edən müstəqil struktur hissədir.
İdarənin tərkibinə ərizə və şikayətlərə baxılması şöbəsi, təşkilati-analitik bölmə və katiblik daxildir.
İdarənin əsas vəzifələri aşağıdakılardır:
- Azərbaycan Respublikasının daxili işlər orqanlarında qanunçuluğa riayət edilməsinə daxili nəzarətin həyata keçirilməsi;
- Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları tərəfindən fiziki və hüquqi şəxslərin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlərin görülməsi;
- Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının xidmət apararkən etdiyi hüquqazidd və ya ləkə gətirən ləyaqətsiz hərəkətlər üzrə daxili təhqiqatın aparılması;
- Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları tərəfindən hazırlanan və ya törədilən vəzifə cinayətləri, xətaları və digər hüquqazidd əməllər üzrə istintaqaqədər xidməti yoxlamaların aparılması;
- daxili işlər orqanları əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunmasının təmin edilməsi.
Şəxsi Heyətlə İş İdarəsi
Daxili işlər orqanlarında şəxsi heyətin mənəvi-psixoloji tərbiyəsini, onlara humanizm ideyalarına, qanunlara, hüquqi və etik normalara, insan hüquqlarına hörmət hissinin aşılanmasını, əməkdaşların sosial-hüquqi müdafiəsini həyata keçirən müstəqil struktur hissədir.
İdarənin əsas vəzifələri aşağıdakılardır:
- şəxsi heyətin mənəvi-psixoloji hazırlığının həyata keçirilməsi.
- şəxsi heyətin anda, xidməti borca, dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi, siyasi səbatlılığının möhkəmləndirilməsi.
- şəxsi heyətin insan və vətəndaş hüquqlarına hörmət ruhunda tərbiyə olunması, onlara yüksək əxlaqi dəyərlərin aşılanması.
- əməkdaşların qarşılaşdıqları sosial-məişət xarakterli problemlərinin həllində, o cümlədən qanunvericiliklə müəyyən edilmiş güzəşt və imtiyazların düzgün tətbiqində, müvafiq müavinət, təqaüd və digər ödənişlərin verilməsində onlara, habelə şəhid olmuş əməkdaşların ailə üzvlərinə maddi və mənəvi köməkliklərin göstərilməsi.
- Şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsini, qanunçuluğa ciddi riayət olunmasını təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsi.
Beynəlxalq Əməkdaşlıq İdarəsi
Müvafiq beynəlxalq təşkilatlarla, xarici ölkələrin hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələrin həyata keçirilməsini, Azərbaycanın qoşulduğu Konvensiyalarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi üzrə Nazirliyin fəaliyyətinin əlaqələndirilməsini, cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsini təşkil edən müstəqil struktur hissədir.
Beynəlxalq əməkdaşlıq sahəsində funksiyaları həyata keçirən Daxili İşlər Nazirliyinin ilk struktur hissəsi 1993-cü il noyabrın 22-də İşlər İdarəsinin tərkibində “Beynəlxalq Əlaqələr Bölmə”si adı altında yaradılmışdır. 1996-cı ildə həmin bölmənin bazasında Nazirliyin müstəqil xitmət sahəsi olan “Xarici Ölkələrlə Əlaqələr” şöbəsi təsis edilmiş və DİN-in 11 yanvar 2000-ci il tarixli əmri ilə adı və statusu dəyişdirilərək Beynəlxalq Əməkdaşlıq İdarəsinə çevrilmişdir.
Baş İnformasiya və Kommunikasiya İdarəsi
Daxili işlər orqanlarında rabitə sisteminin və vasitələrinin inkişaf etdirilməsi, təkmilləşdirilməsi və məlumat təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsini, habelə radioelektron vasitələrdən istifadə olunmasını, radioşəbəkələrdə radio və radiotexniki nəzarətin aparılmasını təşkil edən müstəqil struktur hissədir.
Rabitə xidməti əvvəllər Daxili İşlər Nazirliyinin Əməliyyat-Texniki Şöbəsinin tərkibində Rabitə bölməsi kimi fəaliyyətə başlamışdır. 1982-ci ildə DİN-in strukturunda müstəqil qurum olaraq Rabitə Şöbəsi yaradılmışdır. 1999-cu ildə həmin şöbənin adı və statusu dəyişdirilərək Əməliyyat-Rabitə İdarəsi təsis olunmuşdur.
Mətbuat Xidməti (idarə səlahiyyətli)
Daxili işlər orqanlarının fəaliyyətində şəffaflığın və aşkarlığın təmin edilməsi məqsədilə cinayətkarlıqla mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin, insan hüquqlarının təmin edilməsi məsələlərinə dair əhalinin məlumatlandırılmasını və bu işin mütəmadi olaraq dövrü mətbuatda işıqlandırılmasını, kütləvi informasiya vasitələri və ictimaiyyətlə qarşılıqlı əlaqələrin təşkil edilməsini, təbliğat vasitələrindən geniş istifadə olunmasını həyata keçirən müstəqil struktur hissədir.
1993-cü ilin noyabrında Nazirlikdə müstəqil şöbə kimi fəaliyyətə başlamışdır.
İdarə daxili işlər orqanlarının fəaliyyəti, fövqəladə hadisələr, DİN tərəfindən həyata keçirilən mühüm tədbirlər haqqında KİV-ə operativ informasiyalar, Daxili İşlər Nazirliyi adından bəyanatlar verir, rəsmi məlumatlarla çıxış edir. DİN-in strukturunda olan kütləvi informasiya vasitələrinin (“Mübariz keşikdə”, “Əsgər”, “Polis” qəzetləri, “Yanğınla mübarizə” jurnalı), eləcə də DİN sistemində təbliğat-təşviqat funksiyasını həyata keçirən digər xidmətlərin yaradıcılıq fəaliyyətini əlaqələndirir, ölkə və xarici KİV nümayəndələri ilə DİN rəhbərliyinin, ayrı-ayrı strukturların təmsilçilərinin görüşlərini təşkil edir, mətbuat konfransları, brifinqlər keçirir.
Ünvan: Bakı şəhəri, H.Hacıyev küçəsi 7.
Əlaqə telefonları: 490-98-64; 490-93-92
Maliyyə-Plan İdarəsi
Nazirliyin orqan, hissə və təşkilatlarının maliyyələşməsi, büdcə və büdcədənkənar göstəricilərin proqnozlaşdırılması, əmək haqqı və ödənişlərin müəyyən olunması, mühasibat uçotu, uçotun metodiki təşkili və hesabatı, nəzarət-təftiş və pensiya təminatı işini təşkil edən müstəqil struktur hissədir.
Maddi-Texniki Təminat Baş İdarəsi
Daxili işlər orqanlarının xüsusi texnika və vasitələrlə, silah, sursat və digər maddi-texniki ehtiyatlarla təmin edilməsini həyata keçirən müstəqil struktur hissədir.
Baş idarənin əsas vəzifələri aşağıdakılardır:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası polisinin fəaliyyətinin maddi-texniki təminatı qaydası və normaları haqqında» 26.10.2000-ci il tarixli 196-9 nömrəli qərarı əsasında daxili işlər orqanlarının maddi – texniki vasitələr və əmlak ilə mərkəzləşdirilmiş qaydada təchizatını həyata keçirir;
- DİN-in balansında olan binaların və qurğuların təsdiq olunmuş smetaya əsasən cari və əsaslı təmirini təşkil edir;
- Nəqliyyat, texniki vasitələrin, silah və sursatın, fərdi və xususi qorunma vasitələrinin, geyim və inventar əmlakın mövcud ştatlara əsasən normalarını və tabellərini işləyib hazırlayır;
- Səfərbərlik ehtiyatının və toxunulmaz ehtiyatın, maddi ehtiyatların toplanılmasını və yeniləşdirilməsini təmin edir;
- Daxili işlər orqanlarına ayrılmış əmlakın düzgün istifadə olunmasına nəzərət edir;
- Bir sıra qurumların ərzaqla təminatını, silahların təmirini təşkil edir;
- DİN-in orqan və müəssisələri üçün möhür və ştampların hazırlanmasını təmin edir;
Tibb İdarəsi
Daxili işlər orqanları əməkdaşlarının, Nazirlik sistemi işçilərinin və təqaüdçülərinin, həmçinin onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə, sanator- kurort və digər tədbirləri həyata keçirən müstəqil struktur hissədir.
İdarənin tabeliyində General-leytnanat A.N.Heydərov adına Respublika Hospitalı, poliklinikalar, Gigiyena-Epidemiologiya Mərkəzi, Stomotoloji Mərkəz, Xüsusi Həkim Komissiyası və onun nəzdində Psixofizioloji laboratoriya, əczaxana, ambulatoriyalar, tibb məntəqələri, Müalicə-bərpa Mərkəzi fəaliyyət göstərir.
260 çarpayıya malik çoxsahəli tibb müəssisəsi olan general-leytnant A.N.Heydərov adına Respublika Hospitalı 1965-ci ildə istifadəyə verilmişdir. Hospitalda terapiya, kardiologiya, cərrahiyyə, nevroloji, stomotoloji, fizioterapiya, funksional-diaqnostika, reabilitasiya, reanimasiya, travmatologiya şöbələri, burun-boğaz-qulaq, oftolmoloji, ginekoloji kabinələr, əczaxana və kilinik-biokimyəvi laboratoriya vardır.
Komendant Xidməti (idarə səlahiyyətli)
DİN-in inzibati binasına buraxılış rejimini, inzibati binanın mühafizəsini, habelə nazirliyin balansında olan bütün binaların kommunal-istismar təminatını həyata keçirən müstəqil struktur hissədir.
İdman cəmiyyəti (idarə səlahiyyətli)
Respublikanın daxili işlər orqanlarında və Daxili Qoşunlarda, əməkdaşların və hərbi qulluqçuların fiziki hazırlığının yüksəldilməsi və idmanın kütləviliyinin artırılması sahəsində müvafiq tədbirləri həyata keçirən müstəqil struktur hissədir.
«Dinamo» bədən tərbiyəsi və idman cəmiyyəti 1926-cı ildə Azərbaycan Fövqaladə Komissiyasının 9 mart 1926-cı il tarixli 28 №-li əmri ilə Bakı şəhərində yaradılmışdır. Həmin ildə Naxçıvan MR-də, 1927-ci ildə Lənkəran və Cəbrayılda, 1929-cu ildə Gəncə və Göytəpədə, 1931-ci ildə Zaqatalada və sonrakı illərdə Sumqayıt, Mingəçevir və digər bölgələrdə cəmiyyətin yerli qurumları yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 30.06.2001-ci il tarixli 518 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturuna İdman Cəmiyyəti idarə səlahiyyətli qurum kimi daxil edilmişdir.
İdman Cəmiyyəti yarandığı gündən Dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında ölkəmizin şərəfini ləyaqətlə qoruyan idmançılar yetişdirmişdir.
Cəmiyyətdə 22 idman növü üzrə bölmələr fəaliyyət göstərir. Bunlardan 15-i (sərbəst güləş, yunan-roma güləşi, cüdo, boks, güllə atıcılığı, stend atıcılığı, bədii gimnastika, akrobatika, həndbol, taekvando, basketbol, böyük tennis, stolüstü tennis, badminton, atçılıq ) olimpiya proqramına daxil olan, 7-si (karate, kik-boksinq, aykido, ciu-citsu, şahmat, uşu-sanda, atletizm) qeyri-olimpiya proqramına daxil olan idman növləridir.
Cəmiyyətin nəzdində Naxçıvan MR-də 1500 yerlik stadion, boks və digər idman növləri üzrə idman sarayı, Gəncə səhərində güləş, sambo, cüdo, karate, taekvando və atletizm zalından ibarət idman sarayı, Bakı şəhərində Azərbaycan prospekti 32 ünvanda yerləşən idman sarayında güləş, cüdo, sambo, boks, kik-boksinq, atletizm, taekvando, şahmat və karate idman növləri üçün 9 idman zalı, 1 idman oyunları meydançası, Dənizkənarı bulvarda Yay İdman Kompleksi, İnşaatçılar prospekti 30 ünvanda Əlbəyaxa döyüş Mərkəzi, Azadlıq prospekti 157 ünvanda bir 50 metirlik, iki 25 metirlik (biri örtülü) və bir on metirlik nişangah, bir təlim sinfi, 1 ümumi fiziki hazırlıq zalından ibarət atıcılıq kompleksi fəaliyyət göstərir.
Cəmiyyətin 50 minədək üzvü vardır.
Səfərbərlik işləri və mülki müdafiə şöbəsi
Müharibə dövrü üçün nəzərdə tutulmuş hərbi hissələrə səfərbərliyi, radiasiya və kimyəvi zəhərlənməyə qarşı mühafizə vasitələrindən düzgün istifadə olunmasını, fövqəladə hallar zamanı DİN-in baş idarə, idarə və şöbələrində mülki müdafiə məsələlərinə dair işin planlaşdırılmasını və onların yerinə yetirilməsini təmin edən müstəqil struktur hissədir.
Comments are closed, but trackbacks and pingbacks are open.