Himalay qasımov azərbaycan şerinin poetikası
1995-ci ildə “Müasir Azərbaycan romanı: janrın tipologiyası və poetikası” adında doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-ci ildə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru, 2003-cü ildən isə müdiri vəzifəsinə seçilmişdir. Elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. O, onlarla elmlər namizədi və elmlər doktoru dissertasiyalarının elmi rəhbəri və məsləhətçisi, 40-dan çox namizədlik və doktorluq işinin rəsmi opponenti olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitututnda və ölkənin müxtəlif universitetlərində İxtisaslaşdırılmış Dissertasiya Şuralarının üzvü olmuşdur.
Himalay Qasımov
Qasımov Himalay Ənvər oğlu 21 fevral 1939-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
Ailəsi Redaktə
Evlidir. İki övladı var.
Təhsili Redaktə
1966-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsini bitirmişdir.
Fəaliyyəti Redaktə
Elmi fəaliyyəti Redaktə
1966-cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbində müəllim işləmişdir.1969-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. 1970-1974-cü illərdə ADPU-nun Azərbaycan ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 1974-cü ildə “Azərbaycan ədəbiyyatında süjetli lirika” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
1995-ci ildə “Müasir Azərbaycan romanı: janrın tipologiyası və poetikası” adında doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-ci ildə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru, 2003-cü ildən isə müdiri vəzifəsinə seçilmişdir. Elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. O, onlarla elmlər namizədi və elmlər doktoru dissertasiyalarının elmi rəhbəri və məsləhətçisi, 40-dan çox namizədlik və doktorluq işinin rəsmi opponenti olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitututnda və ölkənin müxtəlif universitetlərində İxtisaslaşdırılmış Dissertasiya Şuralarının üzvü olmuşdur.
Hazırda Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının üzvüdür.
Siyasi fəaliyyəti Redaktə
Yeni Azərbaycan Partiyasının “Pedaqoqlar” ərazi təşkilatının sədridir.
“Ədəbiyyat nəzəriyyəsi”; “Müasir Azərbaycan ədəbiyyatı tarixi” ali məktəbin bakalavr və magistr pilləsi üçün proqramlarının ilk müəllifidir.
- “Ədəbiyyat nəzəriyyəsindən mühazirələr” (1981)
- “Bədiiliyin meyarı” (1990),
- “Müasir Azərbaycan romanı: janrın tipologiyası və poetikası” (1994),
- «Müasir Azərbaycan romanının qaynaqları» (1994),
- «Azərbaycan şeirinin poetikası» (1996),
- «Müasir Azərbaycan ədəbiyyatında yaradıcılıq meylləri» (1998),
- «Şəhriyarın lirikası və etiqadı» (1999),
- «Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri» (2004),
- Prof. E. Quliyevlə birlikdə «Şəhriyar poetikası» (2006), «Səməd Vurğunun poetik dünyası» (2006), dos. N.Nəcəfovla birlikdə «ХХ əsr Azərbaycan ədəbiyyatşünaslığı məsələləri» (2007),
- «H.Cavidin lirikası və dramaturgiyası » (2007),
- «Azərbaycan romanının inkişaf problemləri» (2008),
- «Azərbaycan şeirinin poetikası» (2008),
- “Sənət və sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində” (2011), “Ədəbiyyatşünaslıq problemləri ədəbi-nəzəri düşüncə müstəvisində (2014) və s. Dərs vəsaiti və monoqrafiyaların, o cümlədən Azərbaycan ədəbiyyatının yaradıcılıq problemlərini incələyən 100-dən artıq elmi məqalələrin müəllifidir.
Məhəmməd Hüseyin Şəhriyar”Azərbaycan ” şeri
Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan.
Bütün dünya bilir — sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan.
Bisütuni-inqilabda Şirin-vətən üçün Fərhad
Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan.
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib «heçdir vətənsiz can», Azərbaycan.
Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan.
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!
İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.
Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!
Azərbaycan Respublikasının Dövlət Himni
1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi.
Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi. 1992-ci il mayın 27-də parlament «Azərbaycan Respublikasının Dövlət himni haqqında» Qanun qəbul etdi.
Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş «Azərbaycan marşı» Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbəyovun
Sözləri: Əhməd Cavadındır
Comments are closed, but trackbacks and pingbacks are open.