Miqren nədir və müalicəsi necə aparılır
Preparatın növü miqrenoz tutmanın intensivliyinə uyğun seçilir. 2 gündən az davam edən yüngül və ya mülayim intensivlikli tutmalarda sadə və ya kombinəolunmuş analgetiklərdən: ibuprofen (0,2-0,4qr.), asetilsalisil turşusu (0,5-1qr.), parasetamol (0,5qr.); eləcə də kodein tərkibli preparatlardan (kodeinlə parasetamol, natrium metamizol və fenobarbitalın kombinasiyası) istifadə olunur. Ağır gedişli (2 gündən çox çəkən yüksək intensivlikli baş ağrıları) miqren zamanı spesifik müalicə vasitələri – triptanlar (5HT tipli serotonin reseptorlarının aqonistləri): zolmitriptan, sumatriptan, triptanların digər formaları (şam, dərialtı inyeksiya məhlulu, nazal sprey) tətbiq edilir.
Miqren ağrılarına birdəfəlik son qoyan ÇARƏ TAPILDI – MÜKƏMMƏL ÜSUL
Daha çox qadınlarda rast gəlinən miqren ağrılarına birdəfəlik son qoymağın çarəsi tapılıb.
Milli.Az xəbər verir ki, professor Ərtoğrul Uzar şiddətli baş ağrılarını qusma, işıqdan, səsdən və qoxudan narahatlıq hissi müşayiət edə bildiyini deyib:
“Epizodik miqren hücumları ayda bir iki dəfə olan baş ağrısıdır. Xroniki miqren isə tez-tez baş verən, insanın sosial və iş həyatına mənfi təsir edən şiddətli ağrılardır. Əgər baş ağrısı 3 aydan artıq və hər ay 15 gün baş verirsə, bu, artıq xroniki baş ağrılarına daxil edilir.
Xroniki miqren xəstələrinin çoxuna doğru diaqnoz qoyulmur, müalicələri yetərsiz qalır, nəticədə xəstələr həddindən artıq dərman istifadə etməyə başlayır. Demək olar ki, hər gün dərman qəbul edən xəstələr ağrı kəsicilərdən asılı vəziyyətə düşür”.
Həkimin sözlərinə görə, baş ağrılarının düzgün diaqnozu üçün beyin tomoqrafiyadan keçirilməlidir:
“Epizodik miqren ağrılarında bəzi dərmanlar effektiv təsir göstərir. Şiddətli miqren ağrıları olan xəstələr də çarəsiz deyil. Estetik məqsədiylə tətbiq edilən zəhərli botulinum maddəsinin miqren xəstələrinə müsbət təsiri elmi cəhətdən sübut olunub. Baş, boyun və alında 31 nöqtəyə kiçik iynələrlə ineksiya edilən botoks dərman inyeksiyası 3 aydan bir həyata keçirilir. Botoks müalicəsi təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilməlidir. “Botolinium” toksini dünyanın ən güclü zəhər növüdür. Bu zəhərin təsiri müddətinin 3-6 ay olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, 3 və 6 ay sonra ağrılar yenidən üzə çıxmağa başlayır”.
Məlumat üçün onun da bildirək ki, botoksun miqren ağrılarımı aradan qaldırdığı təsadüfən kəşf edilib. Belə ki, Amerikalı plastik cərrah Bahman Quyuron 2000-ci illərdə alın dartma estetik əməliyatı icra etdiyi xəstələrdə miqren ağrılarının azaldığını təsadüfən öyrənir. Bundan sonra botoks sayəsində dünya əhalisinin təxminən altıda birini narahat edən miqren xəstəliyindən qurtulmaq yolunda ciddi atılan addımlar atılmağa başlanılır. Artıq alın botoksu miqrenə qarşı son illərdə tez-tez tətbiq edilən bir prosedura çevrilib. (publika.az)
Milli.Az
Miqren nədir və müalicəsi necə aparılır?
Miqren başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyildir. Bu xəstəlik ağır formalı birincili baş ağrısının ən geniş yayılmış bir növüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunmaqdadır. “Miqren” sözü fransız mənşəli olub, öz növbəsində yunan dilində “başın yarısı” mənasını verən ἡμικρανία (hemikraniya) sözündən götürülmüşdür.
Miqren xəstəliyinin 2 növü vardır:
- Auralı forma;
- Aurasız forma.
Xəstəliyinin ən geniş yayılmış növü aurasız miqren tipidir. Aurasız forma 4 saatdan 72 saata qədər davam edə bilər. Aurasız miqren zamanı ağrı fiziki və zehni aktivlik zamanı, işığa və səsə həssaslıq zamanı daha da artır. Ürəkbulanma, qusma ilə müşayiət olunur.
Miqren aurası baş ağrılarının əvvəlində və ya ondan öncə baş verən simptomların kompleksidir. Tipik aura vizual və/və ya sensor hissiyyatın müvəqqəti pozulmasından və/və ya nitqin disfaziyası simptomlarından ibarətdir. Simptomlar müsbət (məsələn: işıqlanma, ləkələr, əyri xətlər, iynə batması) və mənfi (görmənin itməsi, dilin tutulması) ola bilər. Simptomlar 5 dəqiqə ərzində tam formalaşır və 60 dəqiqə ərzində keçir. Auranın müxtəlif simptomları ardıcıl olaraq baş verə bilər.
Ağrıları hansı amillər təsir edir?
Müəyyən amillər tutmalar üçün qıcıq ola bilər (qeyd etmək lazımdır ki, sadə bir qıcıq miqren tutmasının başlanmasına səbəb ola bilər, halbuki bir neçə amilin kombinasiyası tutmaya çox nadir hallarda səbəb olur): isti, soyuq, müxtəlif qoxular, parlaq işıq, səsküy, fiziki gərginlik/hərəkət, xronik stress, yuxu pozğunluğu, vaxtsız/pis qidalanma, tütünçəkmə, сinsi yetkinlik dövrü, menstruasiya və ya ovulyasiya, menopauza, hamiləlik, dərman amili (nitroqliserin, oral kontraseptivlər, hormonal terapiya, opiat və barbituratlar, nifedipin və s.), qida məhsulları (sitrus meyvələri, tərkibində kofein, nitritlər və aspartam olan qida məhsulları, yetişmiş pendir, şokolad, alkoqol, monosodium qlutamatlı qida məhsulları və s.
Xəstəliyinin əlamətləri hansılardır?
Miqren tez-tez rast gəlinən ürək bulanması, qusma ilə müşahidə olunan, işığın və səsin təsirindən güclənən uzunmüddətli baş ağrısıdır. Həmçinin bu bir nevroloji xəstəlikdir. Belə ağrılar saatlar və ya günlərlə davam edir. Bu formada uzun müddət davam edən ağrılar miqren statusu adlanır. Xəstəlik zamanı baş ağrılarının səbəbi qan damarlarının ətrafındakı sinir liflərinin kimyəvi preparatların təsiri, qan damarlarının genişlənməsi nəticəsində sıxılmasıdır. Bu xəstəlik əsasən qadınlarda geniş yayılmışdır. Miqren baş ağrısı ürəkbulanma, diareya, işığa, səsə həssaslıq, qan dövranının zəifləməsinə səbəb olur. Miqrendən əziyyət çəkənlər baş ağrılarının səbəbini müxtəlif faktorla əlaqələndirirlər. Simptomlar baş ağrısından bir müddət əvvəl, dərhal baş ağrısına keçən vaxt, baş ağrısı ilə eyni zamanda və baş ağrısından sonra əmələ gələ bilər.
Miqrenin əsas səciyyəvi simptomlarına aiddir:
- Pulsasiyaedici və pulsasiya etməyən birtərəfli ağrı;
- 4 saatdan 72 saata(3 günə) qədər davam edən ağrı;
- ürək bulanma, qusma;
- işığa,qoxuya,səsə həssaslıq;
- əmək qabiliyyətinin itirilməsi;
- adi fiziki yükdən ağrının güclənməsi;
- Ürəkbulanma və işığa qarşı artmış həssaslıq ilə müşahidə olunan, əmək qabiliyyətinin məhdudlaşdırılması və s.
ABŞ tədqiqatçıları araşdırmışlar ki, kəskin baş ağrısına səbəb olan miqren hava dəyişikliyi ilə sıx əlaqəlidir. ABŞ-da təxminən 18% qadınlar və 6% kişilər miqrendən əziyyət çəkir. Xüsusilə gənc və orta yaşlı nəsillərdə bu özünü daha da qabarıq şəkildə göstərir. Qısa müddətli bir araşdırma nəticəsində məlum olmuşdur ki, havanın tez-tez dəyişməsi və eyni zamanda hava çirklənməsi baş ağrılarına səbəb olur.
Miqrenin müalicəsi ilə bağlı müasir yanaşma
İnsanların tez-tez qarşılaşdığı və şiddətli baş ağrıları ilə müşahidə olunan miqren xəstəliyi üçün elektrikli və maqnitli müalicə üsulu inkişaf etdirilir. İsveçdəki “Illustrerad Vetenskap” elmi jurnalının xəbərinə görə beyinə və saç köklərinə elektrik yayan maqnetik cihazlar və maqnitlər tutularaq miqren xəstəliyini müalicə etmək üsulundan istifadə olunur. ABŞ-da bu istiqamətdə tədqiqatlar sürətlə davam edərkən Avropada, xüsusilə İsveçdə bu metod üzərində ciddi durulur. Maqnitli üsul sayəsində baş ağrıları azalıb. 2006-cı ildən bəri bu sahədə testlər aparılır. Baş ağrılarının tək və ya ikitərəfli müşahidə olunması xüsusilə 25-45 yaşlı insanlar arasında qeydə alınır.
Miqren
Miqren — epizodik formalı birincili baş ağrısıdır. Tutmaşəkilli, intensiv baş ağrıları nevroloji, vegetativ və mədə-bağırsaq təzahürləri ilə müşayiət olunur. İlk tutma adətən 12-22 yaşlarda baş verir. Yayılma tezliyinə görə miqren gərginlik baş ağrısından sonra ikinci yer tutur. Əksər hallarda tutma auradan sonra yaranaraq, halsızlıq və əzginliklə nəticələnir. Diaqnostika prosesində baş beynin üzvi patologiyası inkar edilir, miqrenin yaranma səbəbi araşdırılır. Müalicə tutmanın aradan qaldırılmasından və yeni epizodun qarşısının alınmasından ibarətdir.
- Etiologiya və patogenez
- Klinik şəkil
- Diaqnostika
- Miqrenin müalicəsi
- Profilaktika
Miqrenin etiologiya və patogenezi
Əvvəllər miqren damar patologiyası hesab olunurdu. Bu da tutma zamanı beynin sərt qişasındakı damarların genişlənməsi ilə izah edilirdi. Həmin damarların innervasiyasında trigeminovaskulyar liflər iştirak edir. Sinir uclarından ifraz olunan neyropeptidlər-vazodilatatorlar (xüsusən neyrokinin A və peptid) ağrı törədir.
Beləliklə, miqren tutması trigeminovaskulyar sistemin aktivləşməsi səbəbindən formalaşır. Bu hal baş beyin qabığının həddindən artıq oyanıqlığı və trigeminovaskulyar liflərin hiperhəssaslığı fonunda yaranır. Tutmalar adətən emosional stress, aybaşı, fiziki gərginlik, aclıq, feniletilamin və tiramin tərkibli bəzi məhsulların (sitrus meyvələri, şokolad, qırmızı çaxır, şərab) təsirindən meydana çıxır.
Miqrenin k linik şəkli
Miqren başın yarı hissəsini əhatə edərək, alın/gicgah/göz nahiyəsində lokalizasiya olunan pulsasiyaedici, sıxıcı ağrılarla səciyyələnir. Bəzən miqrenoz ağrı ənsədən başlayaraq, başın sağ və ya sol yarım hissəsinə yayılır. Hər yeni tutmada ağrı başın digər yarısında formalaşa bilər. Birtərəfli daimi (və ya periodik) baş ağrıları miqren üçün xarakterik olmadığından, belə vəziyyətlərdə baş beynin üzvi zədələnmələrini aşkar və ya inkar etmək məqsədilə müayinə aparılmalıdır.
Bəzi hallarda tutmanın xəbərverici əlamətləri – halsızlıq, diqqət zəifliyi ilə təzahür edən prodrom və halsızlıq, solğunluq, əsnəmə şəklində postdrom (tutmadan dərhal sonrakı vəziyyət) müşahidə olunur. Miqren tutması ürəkbulanma, iştahın pozulması, foto- və fonofobiya ilə müşayiət edilir. Pilləkən qalxarkən və ya yerimə zamanı baş ağrısı güclənir.
Uşaqlarda tutma zamanı yuxululuq izlənilir. Yuxudan sonra ağrı keçıb gedir. Miqren qadın cinsiyyət orqanları ilə sıx bağlı olduğundan tutmaların 35%-i aybaşı səbəbindən baş verir. Aybaşının ilk 2 günündə yaranan tutma menstrual miqren adlanır (8-10%). Hormonal kontreseptivlər və əvəzedici hormonal terapiya 70-80% hallarda miqren tutmasının gedişini ağırlaşdırır.
Miqrenin bir neçə klinik variantı ayırd edilir:
- Vegetativ və ya panik miqren — tutma vegetativ əlamətlərlə (titrətmə, taxikardiya, boğulma hissi, üzün ödemi, gözlərin yaşarması) müşayiət olunur;
- Auralı miqren — tutmadan əvvəl tranzitor, görmə, nitq, hissi və hərəki pozğunluqlar meydana çıxır; onun digər forması bazilyar miqrendir;
- Assosiativ miqren — baş ağrısı müvəqqəti xarakterli nevroloji defisitlə birgə formalaşır; onun formalarına afatik, beyincik, hemiplegik və oftalmoplegik miqren aiddir;
- Yuxu miqreni — tutma yuxu zamanı və ya səhər oyandıqda meydana çıxır;
- Katemenial (menstrual) miqren — aybaşı sikli ilə əlaqəli olur. Tutmanın normal aybaşı siklinin gec lütein fazasında estrogenlərin səviyyəsinin azalması nəticəsində baş verməsi sübuta yetirilmişdir;
- Xroniki miqren — tutmalar 1 ayda 15 gündən çox olmaqla 3 aydan çox davam edir. Tutmaların sayı hər il artaraq, gündəlik xarakter alır. Tutmaların intensivliyi get-gedə güclənir.
Miqrenin d iaqnostikası
Digər birincili sefalgiyalar kimi miqrenin diaqnostikasının əsasını pasiyentin şikayətləri və anamnestik məlumatlar təşkil edir. Adətən əlavə müayinələrin (EEQ, reoensefaloqrafiya, baş beynin MRT) aparılmasına ehtiyac yaranmır. Nevroloji simptomlara pasiyentlərin yalnız 2-3%-də rast gəlinir. Buna baxmayaraq, əksər hallarda bir və ya bir neçə perikranial əzələlərdə gərginlik və ağrı aşkarlanır. Bu da boyun və ənsə nahiyəsində daimi diskomfort, hətta ağrı törədir.
Miqren gərginlik baş ağrısından differensiasiya edilməlidir. Gərginlik ağrısı fiziki yüklənmələrdən asılı olmur, başın hər 2 yarısında yaranır, az intensiv və sıxıcı (təzyiqedici) xarakterli olur.
Miqrenin müalicəsi
Miqrenin terapiyası 2 mərhələyə bölünür: tutmanın aradan qaldırılması və yeni epizodların profilaktik müalicəsi.
Preparatın növü miqrenoz tutmanın intensivliyinə uyğun seçilir. 2 gündən az davam edən yüngül və ya mülayim intensivlikli tutmalarda sadə və ya kombinəolunmuş analgetiklərdən: ibuprofen (0,2-0,4qr.), asetilsalisil turşusu (0,5-1qr.), parasetamol (0,5qr.); eləcə də kodein tərkibli preparatlardan (kodeinlə parasetamol, natrium metamizol və fenobarbitalın kombinasiyası) istifadə olunur. Ağır gedişli (2 gündən çox çəkən yüksək intensivlikli baş ağrıları) miqren zamanı spesifik müalicə vasitələri – triptanlar (5HT tipli serotonin reseptorlarının aqonistləri): zolmitriptan, sumatriptan, triptanların digər formaları (şam, dərialtı inyeksiya məhlulu, nazal sprey) tətbiq edilir.
Miqrenin proqnozu ümumilikdə qənaətbəxşdir. Təhlükəli ağırlaşmaların (miqrenoz status, miqrenoz insult) inkişaf ehtimalı proqnozu ağırlaşdırır.
Miqrenin p rofilaktikası
Xəstəliyin xronikləşməsinin qarşısını almaq və həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə profilaktik müalicə aparılır. Əsas məqsəd tutmaların tezliyi, davametmə müddəti və ağırlığının azaldılmasından; miqrenin gündəlik həyata neqativ təsirinin zəiflədilməsindən ibarətdir. Profilaktik tədbirlər xəstəliyin patogenetik mexanizmləri, təkanverici amillər və emosional pozğunluqlar nəzərə alınmaqla fərdi qaydada seçilir. Adətən beta-adrenoblokatorlara (metoprolol, propranolol), antidepressantlara (amitriptilin, sitalopram), kalsium kanallarının blokatorlarına (nimodipin), eləcə də qeyri-steroid iltihab əleyhinə vasitələrə (naproksen, asetilsalisil turşusu) üstünlük verilir. Son zamanlar müasir təbabətdə qeyri-medikamentoz üsullar (proqressiv əzələ relaksasiyası, psixoterapiya, akupunktura) geniş tətbiq edilir.
Comments are closed, but trackbacks and pingbacks are open.