Hipertoniya xəstəliyi
– Siqaret çəkilməsi və spirtli içkilərdən çox istifadə edilməsi;
Hipertoniya
Hipertoniya təbabətin ciddi problemi olaraq qalır. Bu həm adi haldır, eyni zamanda orqanizm üçün ağır vəziyyətdir. Arterial təzyiqin kütləvi surətdə ölçülməsi zamanı müayinə olunanların təxminən 20-30%-də a/t-in yüksək olması aşkar olunur.
Qan təzyiqinin artması ilə insanın xarici mühitə uyğunlaşması arasında müəyyən əlaqə mövcuddur. İnsan xarici mühitə uyğunlaşa bilirsə, onda özünü güclü, enerjili, bacarıqlı hesab edir, əhval-ruhiyyəsi nikbin olur. Əksinə, əgər insan, onu əhatə edən mühitə uyğunlaşa bilmirsə, bu zaman orqanizmdə müxtəlif pozğunluqlar əmələ gəlir ki, onlardan daha tez-tez təsadüf olunanı hipertoniyadır. İnsanı əhatə edən xoşagəlməz hallar, hadisələr artdıqca hipertoniya da inkişaf edir, ürəyin, böyrəklərin patologiyasını müşayiət edən faktora çevrilir.
Hipertoniya xəstəliyinin əsas səbəbləri sinir gərginliyi və psixi travmalardır ki, bu da arterial tonusun tənzimi mexanizmlərinin pozulmasına gətirib çıxarır. Hipertoniyanın yaranmasında irsi-ailəvi amil də rol oynayır.
Tibbi ədəbiyyatlarda a/t-in artmasına gətirib çıxaran mexanizmlər araşdırılır. Təsdiq olunmuşdur ki, qan dövranında ən böyük yük xırda qan damarlarının-arteriolların üzərinə düşür. Hipertoniya zamanı arteriolların tonusu yüksəlir. Erkən mərhələdə arteriollar fasilələrlə daralır, yuxu zamanı isə boşalır, yəni a/t normaya qayıdır. Lakin bu hal dəfələrlə təkrar olunduqca artıq arteriollar normal tonusunu bərpa edə bilmir və nəticədə daralırlar, hətta istirahət zamanı da qan təzyiqi normaya enmir.
Erkən yazda əhatəmizdə olan insanlarda (nəinki yaşlı, eləcə də orta nəslin nümayəndələrində) a/t-in daha çox qalxıb-enməsinin onların narahatlığına səbəb olmasını nəzərə alaraq bu haqda oxuculara geniş məlumat vermək istəyirik.
Arterial təzyiq
A/t qanın hidrostatik təzyiqinin yüksəlməsidir. Hazırda qeyri-rəsmi məlumatlara görə insanların hər 3-5-dən biri bu problemdən əziyyət çəkir.
Ürək əzələsinin yığılaraq (sistola), qanı aortaya (ürəkdən çıxan ən iri arteriyaya) ötürməsi zaman yaranan təzyiq –sistolik, miokardın boşalması zaman qanın damarlara olan təzyiqi- diastolik adlanır. Onlar arasındakı fərq isə nəbz təzyiqi adlanır.
Hazırda normal a/t sağlam adamlarda -100-130/70-80, nəbz təzyiqi-40 olaraq qəbul edilir. Əgər a/t 130-140/80-90 qalxarsa, bu «normal qalxma» hesab olunur. Bu halda fərdi xüsusiyyət, həyat tərzi, məşğuliyyət nəzərə alınmalıdır. A/t-in yüksəlməsi yaşla, fiziki, emosional gərginliklə və s. əlaqədar baş verə bilər. Lakin mütəmadi olaraq fiziki əməklə, idmanla məşğul olanlarda a/t 100-90/60-50 qədər enə bilər. Uşaqlarda a/t- 8+2.a –burada a-uşağın illəridir.
Kimə hipertoniya diaqnozunu qoymaq olar?
A/t-in 140/90-dan yuxarı olması, heç olmasa 2 dəfə həkim tərəfindən müəyyən edilərsə bu halda hipertoniya diaqnozu qoyulur.
Arterial təzyiq neçə cür olur?
A/t mənşəyinə görə 2 cür ola bilər:
A/t-in essensial- və ya 1-cili olaraq yüksəlməsi (xəstələrin 4-dən 3-də bu formaya rast gəlinir).
A/t-in simtomatik və ya 2-cili olaraq yüksəlməsi-böyrək, endokrin pozğunluqlar və digər xəstəliklər nəticəsində əmələ gəlir.
A/t-in yüksəlməsinin səbəbi nədir?
Təbabətin aktual problemlərindən biri olmasına baxmayaraq, 1-cili hipertoniyanın səbəbləri dəqiq məlum deyil. Adətən mütəxəssislər bu xəstəliyin səbəblərini bir sıra amillərlə əlaqələndirirlər:
-İrsi meyllik, piylənmə, duzlu yeməklərin qəbul edilməsi, uzun müddətli psixoemosional gərginlik v s. Əslində xəstəlik tədricən inkişaf edir: əvvəlcə baş ağrıları, baş gicəllənmə, ürək döyünmə, zəiflik, qulaqda küy, qulaqların tutulması, vaxtaşırı a/t-in qalxıb-enməsi. Tez-tez əl və ayaq barmaqlarının keyləşməsi, yuxu pozğunluğu, göz önündə nöqtələr, yorğunluq, a/t-in yüksəlməsi daimiləşir, damarlarda sklerotik dəyişikliklər əmələ gəlir. Bu hal bir neçə il davam edir.
Kordioloqlar hipertoniyanın aşağıdakı mərhələlərini ayırd edirlər:
I- mərhələ-140160/90-100;
II- mərhələ-160-180/100-110;
III-mərhələ-180/110 və daha yüksək.
2-cili hipertoniya sərbəst xəstəlik deyil, hansısa bir pozğunluq nəticəsində baş verir. Deməli, buradan belə nəticə çıxır ki, ondan yaxa qurtarmaq üçün əsas xəstəliyi müalicə etmək lazımdır. 2-cili hipertoniyanın 1 neçə forması var:
-Böyrək forması- böyrək arteriyalarının daralması nəticəsində böyrəyə qanın az daxil olması. Bu zaman böyrəkdə a/t-i qaldıran maddə sintez olunur. Böyrək damarlarının daralması, onların aterosklerozu, hematoma və ya şişlə əzilməsi, anadangəlmə qüsur, iltihab, mübadilə xəstəlikləri nəticəsində əmələ gələ bilər.
-Endokrin forma- endokrin vəzilərin (qalxanvari, qalxanətrafı) xəstəlikləri nəticəsində meydana çıxır.
-Hemodinamik forma- aortanın daralması nəticəsində əmələ gəlir.
-Neyrogen forma- sinir sistemində əmələ gələn şişlər, insult, travma, kəllədaxili hipertenziya və s. zaman müşahidə olunur.
-Dərman mənşəli forma- qeyri-steroid iltihab əleyhinə dərmanlar, efedrin, sinir sisteminin bəzi stimulyatorları, oral kontraseptivlərin qəbulu nəticəsində yaranır.
Hipertoniyanın əmələ gəlməsinə hansı risk faktorları təsir edir?
İrsi meyllik, yaş (kişilərdə -35-50 yaşlarında, qadınlarda isə menopauzadan sonra), stress (bu zaman əmələ gələn adrenalin hormonu ürək döyünmələrini artırır), alkoqol, ateroskleroz (xolesterinin damar divarında toplanması, damarların daralması a/t-i qaldırır (bunun əksi də mümkündür)), siqaret çəkilməsi, duzun artıqlığı (mayenin saxlanmasına səbəb olur), hərəkətsizlik, piylənmə.
Əgər sizdə bu risk amillərinin ən azı 2-si varsa, onda vaxt itirmədən profilaktik tədbirlərə başlayın. Hipertoniyanın müalicə və profilaktikası haqqında gələn sayımızda.
Hipertoniyanın müalicə və profilaktikası
Məlumdur ki, hər bir xəstəliyin profilaktikası onun müalicəsindən daha asandır. Hipertoniyanın profilaktikası üçün aşağıdakılar edilməlidir:
-spirtli içkilərin qəbulu qadağan olunmalıdır (xüsusilə dərman qəbul edərkən), gecələr işləmək, 7 saatdan az yatmaq, başqalarına (məsələn, tanışlara) kömək edən dərmanları həkim məsləhəti olmadan sınaqdan keçirmək düzgün deyil. Bundan başqa, Yeməkdə duzdan istifadə məhdudlaşdırılmalı, göyərti, meyvə-tərəvəz kaliumla zəngin (üzüm, qaysı və s.) qidalar qəbul edilməli, zülal tərkibli qidalara aludə olunmamalıdır.
Qidalanma mütəmadi olmalı, artıq çəki ilə mübarizə aparılmalı, hər xırda şeydən ötrü əsəbiləşməmək, daim hərəkətdə olmaq, arterial təzyiqi ölçmək.
Xəstəliyin erkən mərhələsində onun inkişafının qarşısını almaq mümkündür. Lakin xəstəlik ağırlaşarsa, əlavə olaraq dərman preparatları təyin edilir. Hazırda hipertoniyanın müalicəsində müxtəlif növ dərman preparatlarından istifadə olunur. Müasir kordiologiyada son zamanlar arterial hipertoniyanın müalicəsində təzyiqi tez endirmək və effektli nəticə almaq üçün 2-3 dərman preparatından istifadə edilir.
Əlbəttə, hər bir xəstəyə fərdi yanaşılmalı və həkim-mütəxəssis tərəfindən müalicə kursu təyin edilməlidir. Bunlardan əlavə, hipertoniya əleyhinə bitkilərlə müalicə mövcuddur. Dərman bitkiləri ilə arterial təzyiqi endirmək yalnız xəstəliyin erkən mərhələsində mümkündür. Digər hallarda isə fitoterapiya yalnız əlavə müalicə kimi effektlidir. Hipertoniyanın müalicəsində daha çox yemişan, damotu, pişikotu və digər bitkilərdən istifadə olunur. Yemişanla müalicənin hipertoniyalı xəstələrə müsbət təsiri damar genəldici, spazmolitik, damar divarının elastikliyini artırması ilə bağlıdır.
Hər ay istənilən 3 qarışığı qəbul edin, sonra 2 həftəlik fasilə edin, sonra yenidən kursu təkrar edin. Vəziyyət yaxşılaşarkən dəmləmələri yazda və payızda qəbul edin.
-5 x/q damotu, 2 x/q yemişan, itburnu, gəvən, 1 x/q limonlu nanə, tozağacı, 1 ç/q gəcəvər, pişikotu 3 x/q yığıntı üzərinə 1 litr qaynar su tökün, gecəni qalsın, süzün, gündə 3-4 dəfə ½ stəkan yeməkdən 20 dəqiqə əvvəl için.
-2 x/q yemişan, damotu, tozağacı yarpaqları. 1x/q yığıntı üzərinə 1 stəkan isti su tökülür, gündə 3-4 dəfə ½ stəkan yeməkdən 20 dəqiqə əvvəl için.
-2x/q solmazçiçək, pişikotu, qırxbuğum, 1x/q damotu, yemişan çiçəkləri və toxumları, murdarça qabığı, 1x/q yığıntı üzərinə 1 stəkan qaynar su tökün, soyudun, süzün, səhər və axşam qəbul edin.
-1x/q güləvər çiçəkləri, yemişan, quşarmudu, solmazçiçək, pişikotu kökləri. 1 stəkan qaynar su tökün, 2 saat saxlayın,gündə 3 dəfə ½ stəkan yeməkdən sonra qəbul edin.
Bir stəkan çuğundur şirəsi, bir stəkan kök şirəsi, bir stəkan xren və ya turp (sürtgəcdən keçirilmiş xreni suda 36 saat saxlayırlar), ğir limonun şirəsi və bir stəkan balı qarışdırırlar. Gündə 2-3 dəfə bir x/q yeməkdən bir saat əvvəl qəbul etmək məsləhət görülür.
Hipertoniyalı xəstələrin qidalanmasında 10 №-li pəhriz stolu seçilir. Hipertoniyalı xəstələr üçün rasionun əsasını aşağıdakılar təşkil etməlidir:
Yağsız ət, qaynanmış balıq, yağsız kolbasa, süd və süd məhsulları, yağsız kəsmik, pendir, yulaf, qarabaşaq və ya buğda sıyığı, tərəvəz, meyvə, həftədə 1-2 dəfə yağsız ət şorbası, bitki yağı əlavə edilmiş tərəvəz salatlar, pomidor, xiyar, kartof, kalium və maqneziumla zəngin olan qidalar qəbul etmək məsləhət görülür.
Qəti qadağandır:tünd çay, qəhvə, kakao, alkoqollu içkilər, kəskin duzlu qəlyanaltılar, konservlər, ət-balıq bulyonları, hisə verilmiş məhsullar, qaraciyər, böyrək və s. ət məhsulları, yağlı ət. Gün ərzində 1 litr maye qəbulu ilə kifayətlənin (itburnu dəmləməsi qəbul etmək daha yaxşıdır). Gündə 5-6 dəfə yemək yeyin.
- Teqlər:
- hipertoniya
- , ürək xəstəliyi
Hipertoniya xəstəliyi
Hipertoniya – xroniki xəstəlik olub arterial təzyiqin vaxtaşırı və ya daimi olaraq yüksəlməsi ilə xarakterizə olunur. Normada sağlam adamın arterial təzyiqi (A/T) 120/80 mm.civə.süt olur.
Arterial təzyiqin bu göstəricidən bir qədər artıq olması, heç də hipertoniyanın olması demək deyil. Bu hal orqanizmin fərdi xüsusiyyəti də ola bilər.
Ancaq, arterial təzyiq müntəzəm olaraq 139/89 mm.civə.süt-dan artıq olarsa, bu zaman hipertoniya xəstəliyinin inkişaf etməsindən danışmaq olar.
Hipertoniya xəstəliyi – ürək-damar sisteminin ən çox yayılmış xəstəliklərdən biridir. Bir çox hallarda insanlar hətta özlərində bu xəstəliyin inkişaf etməsindən şübhələnməyərək, bədənlərində baş verən bu dəyişiklikləri yorğunluğun, streslərin və digər səbəblərin “ayağına yazırlar”. Xüsusən də bu, cavan yaşında olanlara xarakterikdir. Çünki onların əksəriyyəti belə fikirləşir ki, hipertoniya ancaq yaşlı və qoca adamlarda baş verir. Yadda saxlamaq vacibdir ki, bu çox səhv fikirdir! Hipertoniya cavan yaşlarda da inkişaf edə bilər!
Vaxtında müalicə olunmayan hipertoniya xəstəliyi insanın sağlamlığı və hətta həyatı üçün təhlükəli hesab olunur. Çünki vaxt ötdükcə xəstəlik inkişaf edib ağırlaşaraq ürəyi (miokardın infarktı, stenokardiya, ürək çatmamazlığı), beyini (insult), böyrəkləri (böyrək çatışmazlığı), damarları (həmçinin göz dibi damarlarını) zədələyir.
Hipertoniya xəstəliyi, xroniki xəstəlikdir. Ona görə də bu xəstəliyə düçar olanlar ömürlərinin sonunadək həkim-kardioloqun nəzarətində olaraq müvafiq müalicə kursları almalıdırlar. Bu zaman onlar həkim tərəfindən təyin olunan dərmanları vaxtında qəbul etməli, onun məsləhət gördüyü pəhriz və həyat rejiminə və digər məsləhətlərinə əməl etməlidirlər. Heç bir halda həkim tərəfindən təyin olunan dərmanın qəbulunu dayandırmaq, onun dozasını dəyişmək və ya digər dərmanla əvəz etmək olmaz! Bu, xəstə üçün çox acınacaqlı nəticə verə bilər! Həkim kardioloqun baxışı və onun təyin etdiyi profilaktik müalicə kursu xəstəliyin kəskin dövründən sonra, ildə iki dəfə olmaqla (əsasən yaz və payız aylarında) aparılır. Təzyiqin yüksəldiyi hər bir halda isə tez bir zamanda müalicə həkiminə müraciət etmək lazımdır!
Hipertoniyanın əlamətləri
Hipertoniya xəstəliyinin ilk dövrlərində xəstələrdə vaxtaşırı olaraq arterial təzyiqin yüksəlməsi, baş ağrıları, ürəkdöyünmə, bəzən ürək nahiyəsində ağrı, başın ənsə (arxa) nahiyəsində ağırlıq hissiyyatı yaranır. İnsanların əksəriyyəti bu əlamətlərə fikir verməyərək onları “yoğunluqla” əlaqələndirirlər.
Xəstəliyin daha gec dövrlərində yüksəlmiş olan arterial təzyiq daha davamlı olur, xəstələrdə həmçinin baş gicəllənmə, əl və ayaq barmaqlarında keyləşmə, başa qan axınının artması hissiyyatı, gözlərin qarşısında “qığılcımların” yaranması, yuxunun pozulması, tez bir zamanda yaranan yorğunluq və s. əlamətlər də meydana çıxır.
Sadalanan əlamətlərdən biri də olsa baş verən kimi, tez bir zamanda həkimə müraciət etmək tələb olunur!
Hipertoniyanın inkişafının risk faktorları:
– İrsi faktor. Valideyinlərinin hər ikisində hipertoniya olanlar üçün risk dərəcəsi daha yüksək olur;
– Tez-tez baş verən və uzun müddət davam edən streslər;
– Az hərəkətli həyat tərzi;
– Çəkinin normadan artıq olması;
– Siqaret çəkilməsi və spirtli içkilərdən çox istifadə edilməsi;
– Xörək duzundan çox istifadə edilməsi;
– Uzun müddət ərzində bəzi dərman preparatlarının (tərkibində hormonların miqdarı çox olan hamiləlik əleyhinə oral kontraseptivlər, iştahanı azaldan dərmanlar və s.) qəbul edilməsi.
Saglamolun.Az
Hipertoniya xəstəliyi
Hipertoniya qan təzyiqinin yuxarı olması deməkdir. Bu, müxtəlif səbəblərdən özünü simptom şəklində də özünü göstərə bilər. Eləcə də orqan və üzvlərdə baş verən dəyişkənlik nəticəsində özünü xəstəlik formasında büruzə verə bilər.
Simtomatik hipertoniya və hipertoniya xəstəliyini ayırd etmək vacibdir. Hipertoniya xəstəliyi həm yaşlı, həm də cavan admlarda yarana bilər. Bunun əsas yaranma səbəbləri oturaq həyat tərzi, diyetaya düzgün əməl etməmək, yağlı və duzlu məhsullardan çox istifadə etməkdir.
Milli.Az hekimtap.az-a istinadən bildirir ki, daha bir səbəb əsəb sisteminin yüksək gərginliyə məruz qalmasıdır. Hipertoniya xəstəliyi birincili və ikincili olmaqla iki yerə bölünür. Birincili hipertoniya essensial hipertoniya adlanır.
Bu, əsəb sisteminin gərginliyi fonunda əmələ gəlir. Həmçinin, böyrəklərdə baş verən dəyişikliklər nəticəsində də yarana bilər.
İkincili hipertoniya orqanların zədələnməsi nəticəsində baş verir. Məsələn, qalxanabənzər vəzin zədələnməsi, böyrəklərdə baş verən dəyişikliklər, parinxamotoz mənşəli pozuntular, həmçinin, böyrəyin damar sistemində baş verən dəyişikliklər, böyrək arteriyasının stenozu və s.
Bundan başqa, böyürəküstü vəzdə baş verən dəyişkənliklər, patoloji proseslər təzyiqin yüksəlməsinə səbəb ola bilər. Çox yuxarı təzyiqin yaranması feyoxromostoma adlanan böyrəküstü vəzin şişləri zamanı da müşahidə olunur.
Hipertoniyanın simptomları
Hipertoniya xəstəliyi çox zaman simptomsuz keçir. Onu görə də insanlar adətən təzyiqin qalxdığını hiss etmirlər. Təzyiq yüksək olması yalnız xüsusi müayinələrdən sonra aşkar edilir.
Təzyiqin yuxarı olması baş ağrısı, baş gicəllənməsi, əzginlik şəklində özünü büruzə verir. Ağrılar ənsə nahiyəsindən tutaraq, pulsasiya şəklində baş verir. Müəyyən dövrdən sonra görmədə problenlər, vizual pozuntular da yarana bilər. Əgər qan təzyiqinin yüksəlməsi uzun müddət davam edərsə, hipertonik ensofalopatiya əlamətləri üzə çıxa, ürəkbulanma, qusma baş verə bilər.
Hipertoniyanın diaqnostikası
Hipertoniyanın diaqnostikası ilkin dövrdə xəstənin şikayətlərinin dinlənməsi ilə həyata keçirilir. Hər iki ətrafda qan təzyiqi ölçülür.
Bundan başqa, qanın ümumi analizi aparılır, qanda xolesterin və kreatinin miqdarı müəyyənləşdirilir. Böyrəklərin funksional sınaqları yoxlanılır. Həmçinin, ürəkdə baş verən dəyişiklikləri aşkar etmək üçün elektrokardoqramma olunmalıdır. Belə ki, sol mədəciyin hipertrofiyası əlamətləri aşkar oluna bilər.
Bundan başqa, ehtiyac yaranarsa, exokardioqrafiya edilir.
Hipertoniyanın müalicə metodları
Xəstəlik aşkar edildikdən sonra ilkin dövrdə müşahidə aparılmalıdır. Aşkar olunmalıdır ki, bu simtomatik hipertoniyadır, yoxsa hipertoniya xəstəliyi artıq yaranıb.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.