Press "Enter" to skip to content

ATVİB heyəti “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin rəhbərliyi ilə görüşdü – FOTOLAR

Milli Məclisin iclası başlayıb, Nazirlər Kabinetinin Hesabatı dinləniləcək

Daxili siyasət

Emin Hüseynov: Gələn il Hadrut və Tuğa köç reallaşacaq

16 mart 2023 15:33 (UTC +04:00)

Xəbər Lenti

Ötən il büdcə kəsiri proqnozdan 55,5% az olub

17 mart 2023

Ötən il Azərbaycanın büdcə xərcləri 17% artıb

17 mart 2023

2022-ci ilin icmal büdcəsinin yenilənmiş göstəriciləri açıqlanıb

17 mart 2023

Ötən il 14 xarici vətəndaş qanunsuz ovla bağlı saxlanılıb

17 mart 2023

Buraxılış imtahanlarının məzmununun çətin olması iddialarına aydınlıq gətirilib

17 mart 2023

Şəhid ailə üzvlərinin banklara olan 126,4 min manat borcu silinib

17 mart 2023

Ötən il radikallığı təbliğ edən 107 kitabın idxalı və yayımı qadağan edilib

17 mart 2023

Hərbi həkim komissiyaları ötən il 1,5 min nəfərin əlillik təyinatı müraciətinə imtina verib

17 mart 2023

Baş Nazir: Ötən il məqsədyönlü islahatlarla yadda qalıb

17 mart 2023

Qayıdışa dair 36,9 min məcburi köçkün ailə arasında sorğu keçirilib, razı olanlarla protokollar imzalanıb

17 mart 2023

6 əcnəbinin adı Azərbaycan sərhədini qanunsuz keçmiş xarici ölkə vətəndaşlarının siyahısından çıxarılıb

17 mart 2023

Ötən il 491 nəfərin əlillik təyinatı ləğv edilib, bir sıra vəzifəli şəxslərə cinayət işi açılıb

17 mart 2023

Ötən il axtarışda olan 35 nəfər Azərbaycana ekstradisiya edilib

17 mart 2023

Ötən il dövlət sərhədindən keçən şəxslərin sayı açıqlanıb

17 mart 2023

Qərbi Azərbaycan İcması Ermənistan XİN-in qərəzli bəyanatını şərh edib

17 mart 2023

Bu il 300 nəfər məcburi köçkün Şuşa şəhərində işlə təmin olunacaq

17 mart 2023

Ötən il 457 kişi, 152 qadın intihar edib

17 mart 2023

İşğaldan azad edilən rayonlar üzrə minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

17 mart 2023

RSK-nın müvəqqəti yerləşdirildiyi ərazilərdə qanunsuz fəaliyyətlər açıqlanıb

17 mart 2023

DİM: Ali məktəblərə sənəd verənlərin sayı artıb

17 mart 2023

Serbiyalı nümayəndə heyəti Şuşaya səfər edib

17 mart 2023

Qəzalı binalarla əlaqədar Dövlət Proqramının layihəsi hazırlanıb

17 mart 2023

Keçən il Ukraynadan təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub

17 mart 2023

SN: Yuxusuzluq uzun müddət narahat edəndə ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər

17 mart 2023

Fizulidə 18 binanın tikintisinə başlanıb

17 mart 2023

Vejnəli qızıl yatağındakı zavodda təhvil-təslim işləri başa çatdırılıb

17 mart 2023

Azərbaycanın 2022-ci ildə ixrac etdiyi hərbi məhsulların həcmi açıqlanıb

17 mart 2023

Azərbaycanda 5 adda yeni müdafiə təyinatlı məmulat yaradılıb

17 mart 2023

Keçən il Qarabağ və Şərqi Zəngəzurda tikintisinə və istismarına icazə verilən obyektlərin sayı açıqlanıb

17 mart 2023

İşğala qədər Xankəndidə azərbaycanlıların yaşadığı evlər “Qarabağ Rəqəmsal Geoinformasiya Sistemi” nə daxil edilib

17 mart 2023

Milli Məclisin iclası başlayıb, Nazirlər Kabinetinin Hesabatı dinləniləcək

17 mart 2023

Laçın rayonunun əvvəlki dəhliz hissəsi üzrə daşınmaz əmlakların sayı açıqlanıb

17 mart 2023

​​​​​​​Azad edilmiş ərazilərdə ilkin invertarlaşma işləri tamamlanıb

17 mart 2023

Şəhid adının əbədiləşdirilməsi və ailələrinin sosial müdafiəsinə dair yeni qanun layihəsi hazırlanıb

17 mart 2023

2022-ci ildə dövlət büdcəsinin gəlirləri 4,3 mlrd. manat artıb

17 mart 2023

Üçtərəfli Bəyannamədən sonra davam edən erməni təcavüzü ilə bağlı 32 cinayət işi başlanılıb

17 mart 2023

Biləsuvarda qadın Polis şöbəsi yaxınlığında intihara cəhd edib

17 mart 2023

Heydər Əliyevə həsr olunmuş “Günəşə qovuşmaq istəyirəm mən!” adlı konsert keçirilib – FOTO

17 mart 2023

Fevralda Azərbaycanın xam neft hasilatı açıqlanıb

17 mart 2023

Medvedev Qara dənizə düşən ABŞ PUA-sı ilə bağlı insidenti şərh edib

17 mart 2023

DYP qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

17 mart 2023

“Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” tədqiqatının nəticələri NK-ya təqdim olunacaq

17 mart 2023

Agentlik: Azərbaycanın “yaşıl enerji” potensialı 200 qiqavat həcmində qiymətləndirilir

17 mart 2023

Ombudsmanın Milli Preventiv Qrupu 3 saylı uşaq evinə başçəkmə həyata keçirib

17 mart 2023

Ülviyyə Cabbarova ASA-nın Müşahidə Şurasına yeni sədr seçilib

17 mart 2023

FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb – VİDEO

17 mart 2023

Zaqatalada keçmiş arvadını güllələyən kişi könüllü təslim olub – YENİLƏNİB-1 – FOTO

17 mart 2023

“Naxçıvan Sığorta” maliyyə vəziyyətini açıqlayıb

17 mart 2023

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2004 – 2021 Bütün müəllif hüquqları qorunur.

Hvil hvilov dünya xalqlarının etnoqrafiyası

Ana Səhifə Cəmiyyət ATVİB heyəti “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin rəhbərliyi ilə görüşdü – FOTOLAR

!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Yanvar 12, 2022 – 19:24
!Reklam – Yazi

Dünən – 11 yanvar 2022-ci il tarixində Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədr müavini Mövlud Işık və şair, tanınmış ziyalı Hamdi Ayvazoğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsini ziyarət edib.

Yenicagml.az xəbər verir ki, ATVİB heyəti ziyarət sırasında şöbə müdiri, türkoloq Güllü Yoloğlu və şöbənin aparıcı elmi işçisi Mehparə Əliyeva ilə görüşüb. Görüşdə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsi ilə gələcək əməkdaşlıq planları, Axısxalı gənclərin elmi tədbirlərə cəlb olunması, Axısxa Türklərinin yaşadıqları bölgələrə etnoqrafik ekspedisiyaların təşkili kimi bir çox vacib məsələlər müzakirə edilib. Görüş zamanı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsi və Dünya Türkologiya Mərkəzinin qarşıdan gələn mart ayıda – Novruz Bayramı ərəfəsində birlikdə təşkil edəcəyi “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı beynəlxalq konfrasla bağlı fikir mübadiləsi də aparılıb. Mövlud Işık, Dünya Ahıska Türkləri Birliyi (DATÜB) və Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin fəaliyyətindən, Qarabağ müharibələri zamanı şəhid olan Axısxalıların igidliyindən, vətən sevgisindən, eləcə də gələcək əməkdaşlığın perspektivlərindən söhbət açaraq, şöbəyə müəllifi olduğu “Axısxalı şəhidlər” kitabını, Vətən Savaşında qazanılan şanlı qələbəyə həsr edilən “Türk Birliyi” jurnalının özəl sayını və qəzetləri hədiyyə edib. Qeyd edək ki, olduqca səmimi keçən görüşün sonunda xatirə şəkli də çəkilib.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Etnoqrafiya elminin predmeti və vəzifələri

Etnoqrafiya dünya xalqlarının həyat və məişətindən bəhs edən tarix elmidir. O, yunan sözü olan «etnos» və «qrafo» sözlərindən əmələ gəlməklə «xalqın təsviri» mənasını verir. Bu elmi bəzən etnolo­giya da adlandırırlar. Məişət dedikdə fərdi və ictimai həyatda bərqərar olunmuş ənənəvi formalar başa düşülür. Hər bir xalqın özünəməxsus məişət for­ması vardır ki, ayrı-ayrı xalqlarda bunlar çox vaxt bir-birindən köklü surətdə fərqlənir. Xalqın məişəti ilə yanaşı etnoqrafiya bir elm kimi xalqın mədə­niy­yə­tini də öyrənir. Bir qayda olaraq dünya xalqlarının mədəniyyəti iki sahəyə ayrılır: maddi mədəniyyət və mə­nəvi mədəniyyət. Maddi mədəniyyət anlayışına in­san əli ilə yaradılan bütün maddi nemətlər və əşyalar daxildir. Məs: yaşayış məskənləri və evlər, geyimlər və nəqliyyat vasitələri, yeməklər və içkilər, əmək alətləri, silahlar və bəzəklər; Mənəvi mədəniyyət anlayışına isə insan zəkasının yaratdığı bütün mənəvi məhsullar daxildir: ədəbiyyat, incəsənət, elm, din, fəlsəfə, əxlaq, musiqi, adət -ənənələr və i. a.

Təbiidir ki, dünyanın hər bir xalqının özünəməxsus mədəniyyəti vardır. Lakin müxtəlif xalqlarda mədəniyyətin inkişaf səviyyəsi eyni deyildir; həm də hər bir xalqın mədəniyyətində keyfiyyət özünə­məx­sus­luğu vardır. Bu keyfiyyət özünəməxsusluğu hər bir xalqın etnik və ya milli ənənəsini təşkil edir. Lakin etnoqrafiya elmi müxtəlif xalqların məişət və mədəniy­yətində olan müxtəlifliyi öyrənməklə kifayət­lənmir. O, eyni zamanda xalqların məişət və mə­də­niy­yətində nəzərə çarpan oxşar cəhətləri də öyrənir. Maddi və mənəvi-­­mədəniyyətdə, ictimai və ailə məişə­tində mövcud olan ümumi qanunauyğunluqları mü­əy­yən etməyə kömək göstərən həmin oxşar və fərqli xüsusiyyətlər bəşəriyyətin inkişaf dialektikasını dərk etməyə imkan yaradır.
Tarixi inkişafın müəyyən mərhələlərində bəşər mədəniyyəti müxtəlif olmuşdur. Belə ki, ibtidai icma dövründə insanların ilk sosial birliyi olan qəbilənin az-çox dərəcədə yekcins mədəniyyəti vardır. İndiyə­dək ibtidai icma quruluşu şəraitində yaşayan bütün qə­bilələrdə də bu cür vəziyyət müşahidə olunur. Lakin sinfi cəmiyyətdə hakim siniflərin məişət və mə­dəniyyəti, istismar olunan siniflərin məişət və mə­də­niyyətindən fərqlənir.
Etnoqrafiya elmi yalnız müasir xalqları öyrənmir; o, həmçinin hazırda siyasi fəaliyyət səh­nəsin­dən çıxmış, yox olmuş xalqları da öyrənir. Bu­nunla etnoqrafiyanın xüsusi bir sahəsi-tarixi etno­qrafiya məşgul olur.

Rus alimlərindən S.P.Tolstov etnoqra­fiyanın predmetindən danışaraq yazırdı ki, bu elm dünyanın müxtəlif xalqlarının məişət və mədə­niy­yə­tin­də­ki xüsusiyyətləri bilavasitə öyrənən, müşahidə edən tarix elmidir. Bu elm xalqın məişət və mə­də­niy­yə­tin­dəki xüsusiyyətlərin tarixi dəyişkənliyini və in­ki­şa­fı­nı, xalqların etnogenezini, etnik coğrafiyasını, onların qar­şılıqlı mədəni-tarixi əlaqələrini tədqiq etməklə məş­ğul olur. Y.V.Bromley və S.A.Tokaryev et­noq­r­a­fi­ya­nın tədqiqat obyektindən, predmet və metod­la­rından da­nı­şaraq yazırlar; «Etnoqrafiya — əsas təd­qiqat ob­yek­ti bilavasitə etnos və ya etnik birliklərin digər tip­ləri olan tarix elmidir». 1968-ci ildə nəşr olunan «Et­no­qrafiyanın əsasları» adlanan kita­bın­da S.To­karyev et­no­qrafiyaya ümumiləşdirilmiş tə­rif verərək yazır: «Etnoqrafiya dünya xalqlarının məişət və mə­də­niy­yətini öyrənən tarix elmidir». Y.Bromley isə 1973-cü ildə nəşr edilən «Etnos və etnoqrafiya» əsə­rində, habelə 1981-ci ildə çap olunan «Etno­qra­fi­ya­nın müasir problemləri» adlanan kitabında etno­qra­fi­ya­nı «etnik birliklər haqqında elm» adlandırır. S.To­kar­­yevin həmin ümumiləşdirilmiş tərifini nəzərə alan Sankt-Peterburqlu alim R.İts etnoqrafiyaya aşağı­da­kı kimi tərif verir: «Etnoqrafiya xalqların məişə­tin­dən və etnik tarixindən, dünya mədəniyyətinin tər­kib his­səsi kimi onların məişət və mədəniyyətindəki spe­si­fik cəhətlərin formalaşmasından bəhs edən ta­­rix el­midir.» Bu deyilənlərdən aydın görünür ki, et­noq­ra­fiya elminin əsas tədqaqat obyekti, bilavasitə et­nosdur, xalqın özüdür. Məhz xalq anlayışı etno­qrafiyanın əsas və başlıca anlayışıdır, çünki xalq anla­yışı çox vaxt etnosla eyniləşdirilir. Qədim yunan ter­mi­­ni olan etnos etimoloji cəhətdən «xalq», «qəbilə», «insan qrupu» anlayışlarına uyğun gə­lir. Y.Pop­lin­ski­nin göstərdiyi kimi qədim yunanlar özlərini baş­qa­ların­dan fərqləndirməkdən ötrü, qeyri-yu­nan­­la­rı «etnos» adlandırmışdılar. Bununla da qeyri-yu­nan­la­rın yunanlardan fərqli olan real mədəni-mə­işət fərq­lə­rini aşkara çıxarırdılar. Beləliklə, etno­sun əsas ek­vi­valenti bizim dildə xalq anlayışına uyğun gəlir. Bu­nunla belə XX əsrin 60-70-ci illərində etno­qra­fiyanın əsas tədqiqat obyekti olan etnos mətbuat sə­hi­fələrində diskussiya mənbəyinə çevrilmişdi. Bromley etnosun mənşə birliyi məsələsini adətən tarixi-sosial planda verirdi. Digər sovet alimi L.Qu­milyov etnosa bioloji cəhətdən yanaşaraq onu fərdiləşdirirdi. Lakin L.Qumilyov 1990-cı ildə nəşr edilmiş «Etnosun coğrafiyası» kitabında etnosa mücər­rəd anlayış baxımından yanaşmır, ona bir tərəfdən ta­rixi prosesin təmsilçisi kimi baxır, digər tərəfdən də onu (etnosu) tarixi inkişafın təkan vericisi, onun hərəkət verici qüvvəsi kimi qəbul edirdi.
L.Qumilyova görə etnos bu və ya başqa dərəcədə sosial pərdəyə bürünmüş biofiziki varlıq ol­duğundan, hansının birinci və əsas olması barədə aparılan diskussiya mənasız bir şeydir. Çünki bunlar bir-birini o dərəcədə şərtləndirir ki, bunlardan biri ol­ma­dan, o biri mümkün deyildir. Bu diskussiya yu­murta-cücə əhvalatını xatırladır.
Mütərəqqi elm xadimlərinin böyük əksəriy­yəti etnosa sosial-tarixi mahiyyət verərək, onun alçaq mənşəli etnosdan yüksək formalı etnosa qədər dia­lek­tik inkişaf yolunu göstərmişlər.
Hər bir etnik birliyin beş əlaməti vardır ki, bunlardan bəziləri əsas, başlıca əlamətdir, digərləri isə ikinci dərəcəli əlamətlərdir. Belə ki, hər bir etnik birliyin vahid dili, vahid etnik ərazisi, məişət- mədəniyyət ümumiliyi və mənşə birliyi mövcuddur; bu­nunla belə hər bir etnik birliyin öz-özünü dərk et­mək, öz-özünü anlamaq xüsusiyyəti vardır. Hər bir xalqın müxtəlif tarixi inkişaf dövründə onun etnoqrafik xarakteristikasında, göstərilən əlamət­lərdən biri və ya bir neçəsi ön plana çıxa bilər.

DİL. Yer kürəsində yaşayan xalqların əksəriyyəti öz milli dillərində danışır. Lakin çox vaxt müxtəlif xalqlar eyni bir dildə danışırlar. Məs. bütün Latın Amerikası ölkələrində — ispan dilində, Avstriya, Al­ma­niya, İsveçrə və b. ölkələrdə alman dilində danı­şır­lar. Eyni zamanda biz, bir xalq arasında iki və ya daha artıq dillərin yayılmasını da müşahidə edirik. Məs: irlandiyalılar həm irland, həm də ingilis dilində, hindistanlılar həm hindi, həm də ingilis dilində, Rusiya xalqları həm rus, həm də öz milli ana dillərində danışırlar. Buradan belə nəticə çıxır ki, dil bir xalqı başqalarından fərqləndirən yeganə əlamət hesab edilə bilməz.

ETNİK ƏRAZİ. Etnik ərazi, yəni müəyyən xal­qın yerləşdiyi vilayət onu başqa xalqlardan fərqlən­dirən mühüm əlamətlərdən biridir. Hər bir xalq adətən müəyyən bir ərazidə formalaşır. Lakin, bəzən tarixi inkişaf prosesində bir xalq başqa bir xalqla ərazi cəhətdən qarışıq yaşamağa məcbur olur. Belə bir vəziyyətdə parçalanmış etnik ərazi yaranmış olur: çünki xalqın müxtəlif hissələri arasındakı əlaqələr sarsımış vəziyyətdə olur. Buna misal olaraq Rusi­yada yaşayan başqırdları, azərbaycanlıları, tatar­ları, karelləri, buryatları və s. göstərmək olar. Belə bir şəraitdə xalqın daxili birləşmə qüvvəsi zəifləyir, hətta azlıqda qalan kiçik hissələri böyük xalqlarla qaynayıb qarışır. Lakin elmə belə bir hal da məlum­dur ki, xalq öz ərazi birliyinin pozulmasına baxma­yaraq, vahid bir birlik kimi öz inkişafını davam etdirir.

MƏİŞƏT VƏ MƏDƏNİYYƏT ÜMUMİLİYİ. Oxşar təbii şəraitdə, bir-birilə ünsiyyətdə yaşayan insanlar bir qayda olaraq maddi və mənəvi mədə-niy­yət sahəsində oxşar mədəni ünsürlər yaradırlar. Məs: çox vaxt yaşayış məskənləri, evlər, geyim tipləri ayrı-ayrı nəqliyyat növləri bir-birinə bənzəyir. Bütün bu ünsürlər etnik əlamətlər sayıla bilər. Lakin bunlar ikinci dərəcəli əlamətlərdir; çünki mədəniy­yətin oxşar əlamətlərinin yayılma sahəsi çox vaxt et­nik əlamətlərlə uyğun gəlmir. Məs. karellər və vepslər maddi mədəniyyətin bütün xüsusiyyətinə gö­rə şimali ruslara çox yaxındırlar; moldavan­ların maddi mədəniyyəti ukraynalılarınkı ilə, latışlarınkı isə estonlarla çox uyğunluq təşkil edir.
MƏNŞƏ BİRLİYİ. Bu cəhət yalnız nadir hallarda bir xalqı başqalarından ayırmaq üçün fərqləndirici əlamət sayıla bilər. Lakin xalqları fərq­lən­dirərkən onu da mütləq nəzərə almaq lazımdır. Məs. müxtəlif ölkələrdə yaşayan qaraçılar, yəhu­dilər, zəncilər və s. mənşə etibarilə ayrıca qrup təş­kil edirlər.
ETNİK ÖZ-ÖZÜNÜ ANLAMA. Etnik birlik əlamətlərindən birini də etnik öz-özünü anlama təş­kil edir. Bəzi alimlər bu aləməti hətta əsas, həl­le­dici əlamət kimi qəbul edirlər. Qarışıq mən­şəli in­san­lar adətən özlərini istədiyi etnosa aid edə bilərlər.

ETNOQRAFİYANIN MƏNBƏLƏRİ VƏ TƏDQİQAT ÜSULLARI

Etnoqafiya elminin əsas mənbəsini tədqaqatçının çöl müşahidələri təşkil edir. Etnoqrafın çöl müşahidələri müxtəlif formalarda aparılır:

Bilavasitə müşahidə,
Etnoqrafın yerli əhalinin işində fəal iştirakı,
İnformatorlarla mü­sahibə.

Bu üsullarla toplanılan materiallar etnoqraf tərəfindən çöl gündəliyinə daxil edilir. Eyni za­man­da tədqiqatçı müxtəlif rəsmlər çəkir, məlumat­çıla­rın söhbətlərini maqnitofon lentinə yazır. İmkan olduqda o, həm də maddi mədəniyyət əşyaları toplayır və bu yolla muzey fondlarını zənginləşdirir. Bir qayda olaraq çöl işlərinin apa­rıl­masının iki başlıca metodu vardır: 1) Ekspedisiya üsulu və 2) Stasionar üsul. Birinci üsula görə etnoqraf tək və ya bir neçə nəfər mütəxəssislə bir­lik­də onu maraqlandıran obyektə gedir. Orada yaşayan əhalinin məişət və mədəniyyətini müşahidə edir. Bir qayda olaraq ekspedisiya qısa müddət üçün (10 gün­dən 3 aya qədər) nəzərdə tutulur. Bu müddət qısa ol­sa da, geniş ərazidə etnoqrafik material toplanılır. Stasionar iş üsuluna görə etnoqraf uzun müddət (bə­zən 10-15 il) müəyyən bir kəndin və ya şəhərin əha­lisi içərisində qalır, onun sakinlərinin məişət və mə­dəniyyətini öyrənir. Hər iki iş üsulunun həm müs­bət və həm də mənfi cəhətləri vardır. Məs. Ekspe­­disiya zamanı etnoqraf eyni zamanda bir çox kənd­ləri öyrənir və burada topladığı materiallar əsasında müqayisələr və ümumiləşdirmələr et­mək imkanına malik olur. Digər tərəfdən müşa­hi­dəçi həmin kəndlərin hər birində qısa müddət ər­zində qaldığından (bəzən cəmi 1-2 gün və ya 1-2 sa­at) o, həmin kənd sakinlərini hərtərəfli və bütünlüklə öy­rənə bilmir, onları yalnız səthi tədqiq edir. Stasi­onar iş üsulu zamanı etnoqraf müəyyyən bir kəndin, rayonun və ya zonanın əhalisini dərindən və hərtə­rəf­li öyrənsə də o, müqayisələr və ümumiləş­dir­mələr edə bilmir. Buna görə də etnoqrafik çöl tədqi­qat­ları ilə məşğul olarkən, hər iki iş üsulunu əla­qə­lən­dirmək lazımdır.

ETNOQRAFİYA BİR ELM kimi digər hu­manitar və təbiət elmləri ilə sıx surətdə əla­qə­dar­­dır. Onun antropologiya, arxeologiya, lin­q­vis­ti­­ka, folkloristika və çoğrafiya ilə sıx əlaqəsi möv­cud­­dur. Antropologiyanın irqlərin yaranmasına da­­ir olan bölməsi, insan irqlərinin ərazi cəhətcə ya­yıl­ması, tarixi-sosial əlaqələr zəminində insanın fi­zi­ki simasının dəyişməsini öyrənən sahələri etnik antro­­pologiya adlanır. Arxeoloji materiallar üzrə mədəni-məişət xüsusiyyətlərinin müəy­yənləşdiril­mə­si qə­dim etnik qrupları bir-birindən ayırmağa im­kan verir. Arxeologiyada son vaxtlarda meydana çı­xan bu xətt paleoetnoqrafiya adlanır. Etnik antro­­­pologiyanın və paleoetnoqrafiyanın verdiyi ma­te­ri­allar xalqın etnik tarixinin ilk mərhələlərini öy­rən­­məyə imkan verir. Yuxarıda dediyimiz kimi et­no­­qrafiyanın dilşünaslıqla, ədəbiyyatşünaslıq və fol­klor­şünaslıqla da tematik və problem yaxınlığı vardır ki, bunlar xalqların mənəvi mədəniyyətlərinin spesi­fik cəhətlərini anlamağa imkan yaradır. Hər bir di­lin daxili inkişaf qanunauyğunluğu mövcuddur ki, bu bilavasitə həmin dilin daşıyıcıları ilə sıx surətdə əla­qədardır. Odur ki, dilşünaslıqda xüsusi bir böl­mə-etnolinqvistika bölməsi vardır. Elmin bu sahəsi dilin mənşəyini, onun başqa dillərlə qohumlugunu və yaxınlığını öyrənməklə məşgul olur. Elmlərin et­no­­so­siologiya və etnopsixologiya sahələrinə də bu möv­qedən yanaşmaq lazımdır. Etnoqrafiyanı öz ağu­şunda böyüdən coğrafiya əhalini, onun yer­ləş­mə­­sini, ətraf mühitə insanların təsirini öyrənməklə ya­­naşı bu elmlə də öz sıx əlaqəsini saxlayır. Et­no­qra­fiya ilə əlaqəsi olan coğrafiyanın həmin sa­hə­ləri demoqrafiya, statistika, etnocoğrafiya, et­nokartoqrafiya, etnostatistika və s. dir. Et­no­bo­ta­ni­ka və etnozoologiya elmləri də etnik birliklərin qə­­dim inkişaf tarixini izləməyə imkan verir.

Elmin müstəqil bir sahəsi kimi etnoqra­fi­­ya XIX əsrin ortalarında Qərbi Avropa və Ame­ri­ka ölkələrində təşəkkül tapmağa başlamışdır. XIX əs­rin 60-70-ci illərində müxtəlif ölkələrdə et­no­qra­fik təşkilatlar və cəmiyyətlər meydana çıxmışdır. La­­kin «Etnoqrafiya» sözünü bundan əvvəlki tarixi dövr­­lərdə də işlətmişdilər. Ancaq o vaxtlar bu söz el­­mi məna daşımırdı. Hələ 1607-ci ildə yazıçı İohan Zom­­mer Maqdeburq şəhərində «Etnoqrafik məc­muə» nəşr etməyə başlamışdı. 1791-ci ildə isə Nyu­renberq şəhərində «Etnoqrafik albom» dərc edil­mişdir. 1820-ci ildə macar xalq geyim komp­lek­si­ni əks etdirən albom dərc olundu ki, bu al­bomun üs­tünə «Etnoqrafiya» sözü yazılmışdı. 1826-cı ildə İta­liya coğrafı Adriano Balbi «Etnoqrafik at­las» çap et­dir­mişdi.

Hazırda müasir etnoqrafiyanın qarşısında çox mühüm vəzifələr durur ki, bunları da başlıca olaraq 6 qrupa ayırmaq mümkündür:
1) Ayrı-ayrı ölkələrin, həmçinin bütün dün­ya əhalisinin etnik tərkibinin öyrənilməsi;
2) Xalqların etnik tarixi və etnogenezi prob­lemi.
3) Nəsli qəbilə quruluşunun, yəni sinif­siz cəmiyyətin öyrənilməsi.
4) Tarixən formalaşan milli-mədəni ənə­nə­lə­rin öyrənilməsi.
5) Müasir məişətin öyrənilməsi.
6) Müasir etnik proseslərin öyrənilməsi.

1. İlk baxışda birinci problemin araş­dırıl­ması adama çox asan görünür. Məs. biz deyirik ki, İtaliyada italyanlar, Koreyada koreyalılar yaşa­yır­­lar. Əslində isə bu məsələ göründüyündən qat-qat çə­tindir. Çünki hər bir ölkədə əsas millətdən başqa, bir çox digər xalqların nümayəndələri də, yəni az­lıq­da qalan qeyri-əsas xalqlar da yaşayır. Çox vaxt bu mil­li azlıqların sayını müəyyən etmək o qədər də asan olmur. Çünki, belə bir sual meydana çıxır ki, biz əhalinin hansı qrupunu müstəqil xalq, hansını isə əsas millətin tərkib hissəsi kimi qiymətləndirməliyik? Məhz, buna görə də etnoqraflar adətən etnik və etno­qrafik qrupları həmçinin milli azlıqları həm əsas xalqdan, həm də bir-birindən fərqləndirməyə ça­lı­şır­lar.
2. Xalqların etnik tarixi və etnogenezi problemi, hər bir xalqın sistematik tədqiqinə başla­nı­lan zaman, tədqiqatçının qarşıya qoyduğu əvvəlinci məsələlərdən biridir. Bu məsələ eyni dərəcədə həm tarixçini, həm arxeoloqu, həm antropoloqu, həm də dilşünası maraqlandırır. Bu problemin həll edilməsi üçün bütün adları çəkilən elmlərin mə­lu­matından istifadə olunmalıdır. Başqa sözlə de­sək, hər hansı bir xalq arasında üstünlük təşkil edən ir­qi tiplər haqqındakı məlumatları (an­tro­po­lo­gi­ya); onun dili haqqındakı məlumatı (dilşünaslıq); öyrənilən xalqın əcdadlarının qədim maddi izləri haqqındakı məlumatları (arxeologiya); habelə yazılı mənbələrin və xalqın özünün folklor mate­ri­al­larını mütləq nəzərə almaq lazımdır. Məlum ol­duğu kimi xalqın mənşəi uzun sürən, mürəkkəb tarixi-etnik prosesdir. Xalqın etnik tarixi, onun həm ictimai-iqtisadi, həm siyasi, həm də mədəni tarixi ilə əla­qədardır. Bu tarixi inkişaf gedişində, bə­zən xalqın dili də dəyişikliyə məruz qalır. Etnik inkişaf pro­se­sin­də müəyyən vaxt ərzində insanların sosial bir­liklərinin tipləri də dəyişilir. Qəbilələrdən qə­bi­lə ittifaqları yaranır ki, bunlar da sonralar xalqlara, axırıncılar isə öz növbəsində, kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar olaraq, et­nik birliyin yeni tipi olan millətlərə çevrilirlər.
3.Nəsli qəbilə quruluşunu, yəni sinifsiz cə­miy­yəti qismən arxeoloji məlumatlar əsasında öy­rən­mək mümkündür. Lakin məlum olduğu kimi ar­xe­oloji materiallar cansız, dilsiz materiallardır. On­la­rın əsasında biz yalnız ibtidai insanların əmək alətlərini, incəsənəti, qismən təsərrüfat formalarını və maddi mədəniyyətin digər sahələrini öyrənə bilərik. İbtidai insanların ictimai quruluşunun bir çox cəhətləri (ana nəsli qaydaları, ailə və nigahın il­kin formaları, yaşa və cinsə görə bölgü, ha­kimiy­yətin təşkili) indiyədək arxaik qaydaların nisbətən hökm sürdüyü Avstraliya, Amerika və Afrikanın yerli əhalisinin öyrənilməsi prosesində mümkün olmuşdur.
4.Tarixən formalaşmış milli mədəni ənənələrin öyrənilməsi də mühüm problemlərdən­dir. Mütərəqqi alimlər göstərirlər ki, hər bir xalq öz böyüklüyündən və kiçikliyindən asılı olmayaraq dün­ya mədəniyyəti xəzinəsinə müəyyən əvəzedil­məz incilər bəxş edir. Beynəlmiləl mədəniyyətin yaranmasında hər bir xalqın mədəni nailiyyəti­nin səviyyəsini bilmək lazımdır. Burada maddi mədəniyyət abidələri, tikintinin tipləri və forma­ları, sənətkarlıq texnikası, bədii sə­nət­kar­lıq­, xalq musiqisi, xalq təbabəti və s.dən söhbət gedir. Milli mədəniyyətlərin öyrə­nil­məsi, onlarda olan müsbət və mənfi cəhətlərin hər­tərəf­li müəyyən edilməsi ona görə vacibdir ki, bu beynəlmiləl tərbiyəyə və bizə pis adətlərdən xilas ol­maqda kömək edir. Eyni zamanda əməyə, hər bir xalqın yaradıcılığına hörmətlə yanaşmağı öy­rədir.
5.Müasir məişətin öyrənilməsi problemi yalnız son zamanlarda qarşıya qoyulmuşdur. Buna görə də hələlik o, zəif öyrənilən sahə­lər­dən sayılır. Etnoqraflar çoxdan öyrənilmiş məi­şət və mədəniyyət formalarını tədqiq etməyə adət et­dik­lərindən yeniliyi müşahidə etməkdə çətinlik çə­kir­lər. Müasir məişətimizi öyrənmək üçün daha çox müşahidə ­aparmaq, tədqiq etmək, mədəni-məi­şət formalarının dəyişilməsi prosesini, yeni etnik ­ənənə­lərin formalaşmasını izləmək lazımdır.
6.Müasir etnik proseslərin öyrənilməsi prob­lemi dünya etnoqrafiyası qarşısında duran ən mühüm problemlərdən biridir. Müasir dünyada baş verən böyük ictimai-iqtisadi və siyasi də­yi­şik­­liklər öz təsirini xalqların etnik inkişafında da göstərir. Millətlərin qovuşması, etnik birliklərin böyü­məsi və yeni millətlərin formalaşması prosesi müasir dövrün əsas proseslərindəndir. Bu hər şeydən əvvəl o ölkələrdə daha çox nəzərə çarpır ki, orada etnik rəngarənglik daha çoxdur. Məsələn, Qafqazda, Tacikistanda, Hindistanda, İndo­ne­zi­ya­da və bir sıra Afrika ölkələrində vəziyyət be­lə­dir. Hazırda etnik inkişaf prosesində pərakən­də­lik aradan qalxır, əhali daha iri etnik qruplarda birləşirlər. Bəzi ölkələrdə bu proses həyat səviyyəsi­nin iqtisadi və mədəni cəhətdən yüksəlməsi ilə, keç­miş müstəməkələrdə və asılı ölkələrdə isə azadlıq hə­rə­katı ilə bağlıdır.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

Comments are closed, but trackbacks and pingbacks are open.