Piriyev Vaqif. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə (1316-1360-cı illər)
2005-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur [2] . 7 dekabr 2009-cu ildə prezident İlham Əliyev tərəfindən ona Əməkdar elm xadimi adı verilmişdir.
Vaqif Piriyev – Wikipedia
Vaqif Buduqlu — Tarix elmləri doktoru (1989), professor, Əməkdar elm xadimi [1] .
Mündəricat
- 1 Həyatı
- 2 Əsas elmi nailiyyətləri
- 3 Əsas elmi əsərləri
- 4 İstinadlar
- 5 Mənbə
Vaqif Buduqlu 13 sentyabr 1938-ci ildə Quba rayonunun Buduq kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1972-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 07.00.02 – Vətən tarixi
2005-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur [2] . 7 dekabr 2009-cu ildə prezident İlham Əliyev tərəfindən ona Əməkdar elm xadimi adı verilmişdir.
25 avqust 2010-cu ildə vəfat etmişdir.
- Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 130, 11 monoqrafiya
- Xaricdə çıxmış elmi əsərlərin sayı: 20
Əsas elmi nailiyyətləri
- Hülakular və Cəlaililər dövlətinin tədqiqi sahəsində 2 kitab və 80-dən artıq elmi məqalə nəşr etmişdir.
- XIII-XIV əsrlərə dair fars dilli mənbələrin azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuş və 5 tərcümə əsəri nəşr olmuşdur.
- Azərbaycanın orta əsrlər tarixi-coğrafiyası üzrə tədqiqatlar aparmış və bu fənnin tədrisi ilə məşğul olmuşdur.
- Son illərdə əsas diqqətini Naxçıvanın orta əsrlər tarixinin öyrənilməsinə yönəltmiş və bu sahədə 1 kitabça, 10-dan artıq elmi məqalə və “Naxçıvan Ensiklopediyası” üçün 40-a qədər məqələ yazmışdır.
- Azərbaycan şəhərləri tarixinin tədqiqi ilə məşğul olur.
Əsas elmi əsərləri
- Azərbaycan hülakular dövlətinin tənəzzülü dövrundə. Bakı, “Elm”, 1978, 10, 25 ç.v.
- Buduq və buduqlular. Bakı, Sabah, 1994, 6, 5 ç.v.
- Azərbaycanın tarixi. 7cilddə. III cild, Bakı, “Elm”, 1999, 49 ç.v. (şərikli)
- Azərbaycanın tarixi. Ali məktəblər üçün dərslik. Bakı, ADN, 1994, 49 ç.v. (şərikli)
- Azərbaycanın tarixi coğrafiyası. Dərs vəsaiti, Bakı, Araz, 2002, 10 ç.v.
- Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, Sabah, 2003, 30 ç.v.
- Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, “Müəllim” nəşriyyatı, 2006 [ölü keçid]
İstinadlar
- ↑Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 7 dekabr 2009-cu il tarixli, 611 nömrəli Sərəncamı [ölü keçid]
- ↑Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2005-ci il tarixli, 1156 nömrəli Sərəncamı [ölü keçid]
Piriyev Vaqif. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə (1316-1360-cı illər)
Bakı, “Elm”, 1978, səh.
Azərbaycanın orta əsrlər tarixinin bir çox dövrləri indiyədək ətraflı öyrənilməmiş və tarixi ədəbiyyatda işıqlandırılmamışdır. Bunun əsas səbəblərindən biri orta əsrlərə aid yazılı ilk mənbələrin azlığıdır. Digər tərəfdən, Azərbaycan tarixinin bir sıra dövrləri həddən artıq dolaşıq olduğundan onların ümumi tarix
baxımından öyrənilməsi çətinlik törədir və bu illəri ayrıca tədqiq etmək lazım gəlir.
Belə dövrlərdən biri oxuculara təqdim olunan bu kitabın əhatҽ etdiyi 1316-1360-cı illərdir. Bu dövr, xüsusilə onun ikinci hissəsi (1336-1360-cı illər) Azərbaycan tarixində ən çətin dövrlərdən biri sayılır. Belə ki, qeyd olunan vaxtda Azərbaycanda və Yaxın Şərqin bir sıra ölkələrində mövcud olmuş Hülakülər (Elxanilər) dövləti tənəzzülə uğramış, müxtəlif hissələrə parçalanmış və nəhayət, süqut etmişdir. Azərbaycan ərazisi hakimiyyət uğrunda mübarizə aparan müxtəlif feodal qrupları arasında gedən müharibələr meydanına çevrilmişdi.
- Sign up or login using form at top of the page to download this file.
- Sign up
Vaqif Əsədov, Rəşid Piriyev və Nahid Bağırov kimilər DYP-yə şərikli “yol biznesi” kimi baxırlar ?- BŞDYPİ-nin ləğv olunacağı gözlənilir
Əvvəl adı DAM ( Dövlət Avtomobil Müfəttişliyi ) idi, ancaq insaf naminə qeyd edək ki, hər yoldan keçəni sözün məcazi mənasında damlamırdılar. Əlbəttə, biz keçmiş əyyamları (DAM ) ideallaşdıracaq qədər sadəlövh deyilik. O dövrün özünün də problemləri, qanunsuzluqları var idi. Amma bu dərəcədə əndazəni aşmırdı.
Ümumiyyətlə, söhbət yol hərəkətindən düşmüşkən, 40-50 il əvvəl yazılmış bir xatirəni yada salaq. Tanınmış göz cərrahlarından biri Yaponiyanın paytaxtı Tokiodan ( Bakımız onun yanında az qala qəsəbədir ) qayıdandan sonra yazmışdı ki, səhər şəhərə bir neçə milyon avtomobil çıxır, amma problem çox az olur. Göz cərrahı səbəbini belə izah etmişdi: Birincisi yol hərəkət qaydalarına məsul olan polislərin məqsədi pul qazanmaq deyil, milyonluq axını ( potoku ) nizamlamaqdır, ikincisi, sürücülər az qala göz cərrahı kimi avtomobili incə və məharətlə idarə edirlər, çünki Yaponiyada sürücülük vəsiqəsi almaq asan deyil.Atalar demişkən, arifə bir işarədə yetər.
Nə isə əsas mövzudan yayınmayaq, kənara çıxan kimi adını dəyişib DYP ( Dövlət Yol Polisi ) olan qurumun Nahid kimi əməkdaşları başının üstünü Domokl qılıncı kimi kəsdirəcək.
Ümumiyyətlə, yol polisi ilə bağlı məsələ hətta bir zamanlar Ulu Öndəri də əsəbləşdirdiyi də yaddaşlarda qalıb.
Detallara varmadan qeyd edək ki, yol polisi heç olmasa ölkəmizə 1-2 günlük qonaq gələn əcnəbi sürücülərlə nəzakətli davranmağı bacarmalıdırlar. Axı, yol polisinin xırda bir hərəkəti ölkəmizin imicinə kölgə sala bilər. Yəni başa düşmək lazımdır ki, yol polisi sadəcə əlindəki zopanı qaldırıb-endirmək üçün deyil ee, çox ciddi məsələdir. Nə isə..
Çox yaxşı ki, cənab nazir Vilayət Eyvazov bu problemləri dərindən bildiyi üçün Şəhər QAİ-sinin pis “sima”sı olan, sürücülərə kəllə atan Rəşadət Babayevi rəis müavinliyindən çıxardı. Baxmayaraq ki, arxasında bərk gedən deputat dayanırdı.
Amma yenə problemlər davam etdi. Və Yol polisi barəsində Azərbaycan mediasında “Nuşirəvanın bayquşları” kimi rüsvayçı məqalə yazıldı. Söhbət Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin sabiq rəisi, polis polkovniki Nuşirəvan Səfərovdan gedir. Cənab nazir 2020-ci ildə onu da vəzifəsindən uzaqlaşdırdı və belə bir mühüm posta Rəşid Piriyevi təyin etdi.
Bu hörmətli Vilayət Eyvazovun böyük etimadı idi. Təsəvvür edin ki, əyalət polisindən- Beyləqandan, Bakı Baş Polisinə təyinat. Daha nə istəyirsən, Adam ?
Deyirlər, qazisən, gözümüz üstə yerin var, amma iş gör, bu boyda şəhərin gecəsinə, gündüzünə cavabdehsən ee.
İki ildir “Bakının hərəkətinə” rəhbər təyin olunmusan.
Cənab nazir Vilayət Eyvazova böyük etiramımız var.
Ancaq cənab nazir, kəllə atan Rəşadətin yerinə qazi Rəşidi təyin etməklə problem həll olunmur.
Bakı şəhərində cərimə meydançaları artıq biznes mərkəzinə çevrilib, çox gəlirli biznes sahəsidir. Bunun qarşısını almaq lazımdır.
Yoxsa, Nahid kimi ( 99-YP-363 nömrəli ) yol polisləri , ümumiyyətlə, polis adına sərt olsa da ləkə salacaqlar.
Cənab Rəşid Piriyev, sizin Nahid kimi əməkdaşlarınız yığdıqları “aylıq”ları sizə çatdırır ?
Sualımıza cavab verin.
Cənab Rəşid Piriyev, Nahid kimiləri başa salmırsan ki, xanım sürücülərlə məzələnmək olmaz. Xanım sürücüləri bezdirib telefon almaq dünyanın heç bir yerində yoxdur. Bu rəzalətdir ee.
Cənab Rəşid Piriyev, deyirlər ki,əməkdaşlarınızın heç biri sizə hörmətlə yanaşmır, deyirlər aylığını veririk.
Hətta deyilənlərə görə,bu gün sabah Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun yerinə keçəcəyini gözləyirdin. Amma eşqin baş tutmadl, cənab nazir Ramiz Zeynalova 1 il möhlət verdi. Hətta səhih məlumatlara görə, daşıdığın vəzifənin ləğv olunacağı, daha dəqiq desək, Bakı Şəhər Yol Polis İdarəsinin ləğv olunacağı da gözlənilir.
Əslində, məntiqlə Respublika DYPİ varsa, BŞDYPİ-ə nə ehtiyac var ? Bu qədər yol polisi əməkdaşına nə ehtiyac var ?
Cənab Rəşid Piriyev, Nahid Bağırov və onun kimilərə kim(lər) “krışalıq” edir ?
İcazə verin, düşünək ki, siz Rəşid Piriyev.
Yaxşı əgər qurumda bu qədər problemlər varsa, bəs qurumun mediaya məsul olan şəxsi Vaqif Əsədov nə işlə məşğuldur ?
Bəli, Vaqif Əsədov üçün də DYP qazanc mənbəyidir.Vaqif Əsədov saytlardan yazı çıxartmaqla medianı bezdirib .
Məqsədi nədir ?
Əlahəzrət məntiq deyir ki, Vaqif Əsədov, Rəşid Piriyev və Nahid Bağırov kimilər DYP-yə biznes kimi baxırlar, yəni bu şəxsləri birləşdirən şərikli “yol biznesidir”.
P.S. Vaqif Əsədovun daha bir işi Ramiz Zeynalovla bağlı mediaya isti xəbərlər ötürməkdir ?
P.S.S. 1000 manat maaş alan YPX əməkdaşının milyonluq villası necə ola bilər ? Bu barədə növbəti yazıda…
Comments are closed, but trackbacks and pingbacks are open.