Press "Enter" to skip to content

Konstitutsiyaviy huquq asoslari, 9 sinf, Tansikbayeva G. M, Kostetskiy V. A, 2019

Gördüyünüz kimi istinadlar dərsliyin sonunda, bu formada göstərilmişdir.

Hüquq təhsilində dərslik problemi

Azərbaycan təhsil sistemində mövcud olan boşluqlar, çatışmazlıqlar az-çox hər kəsə məlumdur. Təhsil sistemimizin məlum problemləri haqqında tənqidçilər, tələbələr və digərləri tərəfindən sosial şəbəkələrdə yazılan tənqidi xarakterli fikirlərlə tez-tez qarşılaşırıq. Bu yazılar vasitəsilə təhsilin müxtəlif sahələrində var olan problemlər müxtəlif aspektlərdən tədqiq edilir. Mən isə hüquqşünaslıq ixtisası üzrə təhsil alan bir tələbə olaraq bu bloq yazımı, şəxsi qənaətimcə, hüquq təhsilində var olan problemlərə və onların həlli yolları üçün irəli sürülən təkliflərə həsr etmişəm. Bu yazıda uzunçuluğa yer vermədən, konkret məsələləri diqqətinizə çatdıracam.

Ümumiyyətlə, hüquq təhsilində bir sıra problemlər mövcuddur. Bu problemlər haqqında indiyə qədər çox fikirlər səslənmişdir. Lakin, zənn edirəm ki, haqqında yetərli müzakirələrin aparılmadığı, vacib olmasına rəğmən bir o qədər də diqqət çəkməyən daha bir önəmli problem mövcuddur: “Dərslik problemi“.

Bir tələbə gözü ilə dəyərləndirmə apararaq bu qənaətə gəlirəm ki, Azərbaycanda hüquq dərsliklərinin üç əsas problemi mövcuddur:

  1. Dərsliklərin q alınlığı problemi
  2. Dərsliklərin sıxıcılığı problemi.
  3. İstinadların qeyri-düzgün formada edilməsi.
  • 1. Qalınlıq problemi.

Ölkəmizdə hüquq fakültələrində tədris olunan dərs kitablarının əksəriyyəti lazım olduğundan daha çox qalındır. Bakalavr dərəcəsində təhsil alan hüquq fakültəsi tələbələrinə oxudulan bu dərs kitablarında bu sahənin təməl prinsipləri deyil, bu sahəyə aid nə qədər bilgi varsa hamısı, incə təfərrüatlarına qədər anladılmağa çalışılır. Məhz bu amil, fənni hələ yeni-yeni öyrənməyə başlayan tələbələrdə fənnə qarşı ümidsizlik və qorxu yaradır, onların həvəsini qırır. “Zatən bir bu qədər məlumatı öyrənə bilməyəcəyəm” – deyə tələbələr dərsliklərdən uzaqlaşmağa başlayırlar.

Hüquq dərsliklərinin ikinci əsas problemi sıxıcılıqdır. Bu kitablarda cümlələrin qəliz şəkildə yazılması, onların konkret və lazımlı məlumatlardan deyil, həqiqətən, gərəksiz olan söz yığınından ibarət olması tələbələri bu kitablardan uzaqlaşdırır.

  • 3. İstinadların qeyri-düzgün formada edilməsi.

Hüquq dərsliklərində mövcud olan problemlərdən biri də istinadlarla bağlıdır. Belə ki, tədris olunan hüquq dərsliklərinin əksəriyyətində istinadlar qeyri-düzgün formada göstərilmişdir. Əksər hüquq dərsliklərimizdə istinadlar kitabların sonunda göstərilir , burada isə yalnız istinad olunan müəllifin və əsərin adı əks olunur. Bu amil tələbənin dərsliyə olan inamını azaldır və dərsliyin tamamilə köçürülmə olduğu fikrini formalaşdırır.

Gördüyünüz kimi istinadlar dərsliyin sonunda, bu formada göstərilmişdir.

İstinadlar bu formada deyil, dərsliyin istinadın olunduğu səhifəsinin sonunda, istinadlar üçün ayırılmış hissədə, aşağıdakı formada göstərilməlidir:

İndi isə sizə dünya praktikasında hüquq dərsliklərinin qalınlığı ilə bağlı olan problemlərin həlli üçün tətbiq olunan metodlardan biri barəsində məlumat vermək istəyirəm:

Fransada, hüquq dərslikləri qalınlıq baxımından Traite və Manual adlanan iki qrupa bölünür. Traitelərdə bir hüquq elminin predmetini təşkil edən sahələr bütün təfərrüatları ilə birlikdə tədqiq edilir və öyrədilir. Bunlar iki, üç, beş və hətta 10 cildlik belə ola bilir. Manuellərdə isə bir hüquq elminin təməl prinsipləri, əhatə etdiyi ümumi məlumatlar tədris olunur. Bu kitablar asanlıqla əldə daşınabiləndir. Bu kitabların səhifə sayı, Traitelərə nisbətən dəfələrlə azdır. Məsələn, məşhur Konstitusiya hüququ alimi Leon Duguit’in Konstitusiya hüququ Traite si beş cilddir. Ancaq həmin müəllifin Konstitusiya hüququ Manuel i tək cilddir. Fransada bakalavr dərəcəsi üzrə təhsil alan hüquq fakültəsi tələbələrinə Konstitusiya hüququ dərsində Duguitin beş cildlik Traite si deyil, Manueli tədris olunur.

“Manuel” növ dərsliklər. “Traite” növ dərsliklər.

Mən də bu yazını yazarkən yararlandığım məqalələri oxuyub, alternativləri görüb, bu istiqamətdə maraqlı məlumatlar əldə etdikdən sonra Azərbaycan hüquq təhsilində dərs kitablarının Fransa hüquq tədrisində mövcud olan formada yazılmasının məqsədəuyğun olacağını hesab edirəm. Çünki, bütün bu məsələləri tədqiq edərkən ortaya belə bir sual çıxır: “əgər bir sahənin predmetini təşkil edən bütün məsələlər bakalavr təhsili zamanı öyrədiləcəkdirsə, bəs bu zaman magistratura və ya doktorluq dərəcəsinə nə ehtiyac vardır?”.

Qərbi Avropanın hüquq təhsil sistemində də dərs kitabı problemi mövcud olmuş və bu problem İmperator Yustinianın mühim islahatlarından sonra aradan qaldırılmışdır. Belə ki, Yustinianın əmri ilə formalaşdırılan Corpus Iuris Civilis dən öncə Qərbi Romanın hüquq təhsilində oxşar bir xaos yaşanmış və Corpus Iuris Civilisin tətbiqi ilə bu xaosa son verilmişdir:

Institutionesə görə Hüquq Təhsili

E.ə. 529-533-cü illərdə Şərqi Roma İmperatoru Yustinianın əmrilə hazırlanıb, tətbiq olunan Corpus Iuris Civilis’ dən öncə Roma İmperiyasının hüquq təhsilində tam bir xaos var idi. Corpus Iuris Civilis ’dən öncə hüquq təhsili dağınıq halda idi. Hüquq kitabları isə uzun, qarışıq ve anlaşılmaz olmuşdur.

F. H. Lawson’un ifadəsinə görə “heç bir sərvətin satın ala bilməyəcəyi ve heç bir düşüncənin həzm edə bilməyəcəyi” ( no fortune could purchase and no capacity could digest ) sayda hüquq kitabı var olub. Yustinian , Corpus Iuris Civilis in bir hissəsi olan Digesta nın başlanğıcında “qanunların insanın dərketmə qabiliyyətini aşan sonsuz bir qarışıqlıq içində olduğunu” (ita esse confusum, ut in infinitum extendatur et nullius humanae naturae capacitate concludatur ) söyləyirdi. Bütün bunların nəticəsi olaraq da, hüquq təhsili çox çətin idi. Rəvayətə görə, hüquq tələbələri öz müəllimlərini İmperator Yustiniana şikayət edirlər və bunun nəticəsində İmperator Yustinian bir yandan dağınıq olan qanunların yenidən nizama salınmasını əmr edir və Corpus Iuris Civilis in bir hissəsi olan Codex yaranır. Yustinian eyni zamanda hüquq tələbələri üçün, açıq ve sadə bir dərs kitabı hazırlanmasını əmr edir və bunun da nəticəsində ortaya Institutiones (Dərslər) çıxır.

Bu xüsus Institutiones başlanğıcında ( Proemium ), imperatorun dilindən hüquqşünaslıq ixtisası üzrə təhsil alan və almaq istəyən gənclərə xitabən bu şəkildə ifadə olunur:

İndiyə qədər qarmaqarışıq olan qanunlarımızı doğru bir hala ( constitutiones antea confusas in luculentam ereximus consonantiam ) gətirdikdən sonra, artıq qulaqlarınız və beyinləriniz gərəksiz, yanlış şeylərlə dolmasın deyə , sadəcə tətbiq oluna biləcək olan məlumatları öyrənəsiniz deyə , Tribonian, Teofilus ve Dorotius’u, hüquq elminin təməl ünsürlərini ( legitimae scientiae prima elementa ) əhatə edən bu kitabı hazırlamaq üçün vəzifələndirdik. Bu qanunları böyük istək və arzu ilə öyrənin, özünüzü elə yetişdirin ki, tədrisin sonunda, dövlətimizin sizə əmanət ediləcək orqanlarını idarə etməyə hazır ola biləsiniz. .

Eyni baxış bucağı Institutiones in birinci kitabının ilk bölməsinin ikinci paraqrafında da aşağıdakı şəkildə izah edilir:

Hüququn tədrisində ən uyğun yol, mövzuları öncə açıq və sadə bir şəkildə açıqlamaq, sonra da hər bir mövzunu detalları ilə və tam şəkildə incələməkdir. Əgər hələ yeni və bilgisiz olan tələbənin beynini ta başlanğıcdan etibarən daha çox şey ilə doldurmağa çalışsaq, bu iki nəticədən biri baş verər : Ya tələbə hüquq təhsilindən qaçacaqdır ; ya da normalda daha asan bir yol ilə, daha tez vara biləcəyi bir nöqtəyə çox böyük əmək sərf edərək və əsasən də, özünə olan inamını itirdikdən sonra çatacaqdır.

18-ci əsrin əvvəllərinə qədər Qərbi Avropanın hüquq təhsilində tələbələrə məhz bu dərslik tədris olunmuşdur. Zaman keçdikcə isə onu başqa-başqa kitablar əvəz etməyə başladı. Bu günün Azərbaycan hüquq dərslikləri də imperator Yustinianın “Codex“-inin tətbiqindən öncəki dövrü xatırlatmaqdadır və tək hüquq sahəsində deyil, digər təhsil sahələrində də bu kimi oxşar islahatların həyata keçirilməsinin təhsil sistemimizin inkişafında çox mühim rol oynayacağına inanıram. Bütün bu məlumatları əldə etdikdən sonra bir blog yazısı vasitəsilə sizinlə bölüşməyi özümə borc bildim. Çünki, nə qədər diqqət cəlb etməsə belə, bu problem bizim gələcəyimizi də çox ciddi şəkildə zədələməkdədir. Bunun üçün də sıxıclığı ilə tələbəni yoran, tələbədə elmə qarşı etinasızlıq, qalınlığı ilə özünə qarşı qorxu yaradan bu kimi kitabların daha yığcam, daha konkret və fənni daha asan formada öyrətməyi məqsəd qoyan dərsliklərlə əvəz olunmasını məqsədəuyğun hesab edirəm. Yazımı daha çox uzadıb, konkretlikdən kənara çıxmaq niyyətində deyiləm. Zaman-zaman oxşar problemlər haqqında yazılar yazıb, sizinlə bölüşəcəm. Unutmayaq ki, bu günün hüquq tələbəsi gələcəyin hüquqşünası, vəkili, prokuroru, hakimi, ədalətin keşikçisidir. Bu kimi problemlərin aradan qalxması isə gələcəyimiz adına, həqiqətən, çox vacibdir.

Konstitutsiyaviy huquq asoslari, 9 sinf, Tansikbayeva G.M., Kostetskiy V.A., 2019

Konstitutsiyaviy huquq asoslari, 9 sinf, Tansikbayeva G.M., Kostetskiy V.A., 2019.

Учебник по праву для 9 класса на узбекском языке.

O‘zbekiston Respublikasi Prezidenti Sh.Mirziyoyev Konstitutsiya kuniga bag‘ishlangan ma’ruzasida shunday deydi: «Konstitutsiyamiz asosida mamlakatimizda milliy qonunchilik tizimi, davlat organlari, fuqarolik jamiyati institutlari shakllandi. Bugungi kunda barcha jabhalarda keng ko‘lamli islohotlar amalga oshirilmoqda. Ijtimoiyiqtisodiy, siyosiy va harbiy salohiyatimiz yuksalib, fuqarolarimizning dunyoqarashi tobora o‘sib bormoqda. Bulaming barchasi, eng awalo, Bosh Qomusimizning hayotbaxsh kuch-qudrati natijasidir».
Ushbu darslikning har bir paragrafida amaldagi qonun hujjatlari yor-damida hal qilishingiz mumkin bo‘lgan turli-tuman vaziyatlami Sizga havola qilamiz. Agar Sizni qandaydir muammolami hal qilish qiziqtirib qolsa, O‘zbekiston Respublikasining amaldagi qonun hujjatlariga murojaat qilishingiz mumkin.

KONSTITUTSIYA VA KONSTITUTSIYAVIY HUQUQ.
Siz har qanday madaniyatli va taraqqiyparvar jamiyat hayotida Asosiy qonun bo‘lgan Konstitutsiya muhim rol o‘ynashini yaxshi bilib oldingiz. Chunki Konstitutsiyada davlat tomonidan eng barqaror, doi-miy huquqlar va jamiyat hayoti me’yorlari mustahkamlab qo‘yilgan.

«Konstitutsiya» lotincha «constitutio» so‘zidan olingan bo‘lib, «belgilash», «tuzilish» degan ma’nolami anglatadi, ya’ni Konstitutsiya jamiyat va davlat tuzilishini, davlat hokimiyati va boshqaruv organlarini tuzish hamda ularning ish faoliyati asosiy prinsiplari va vakolatlarini, fuqarolar asosiy huquqlari va burchlarini, jamiyat va shaxs o‘rtasidagi munosabatlarni belgilab beradi.

Qolgan barcha qonunlar, kodekslar, qarorlar va farmonlar Konstitutsiya negizida va unga muvofiq tarzda qabul qilinadi. Bu esa davlatning har bir mе’уоriу hujjati Konstitutsiyaga mos kelishi shart ekanligini anglatadi. Konstitutsiya jamiyat hayotining barcha sohalariga, siyosiy, iqtisodiy, ma’naviy-axloqiy, maishiy, mehnat faoliyati, shaxsiy hayotga va boshqalarga ta’sir o‘tkazadi.

MUNDARIJA.
Konstitutsiya olamiga sayohat.
I bo‘lim. KONSTITUTSIYA – DAVLATNING ASOSIY QONUNI.
1-§. Konstitutsiyaviy huquq.
2-§. Amaliyot darsi. O‘zbekiston Respublikasi Konstitutsiyasi mundarijasi va tavsifi. 12
3-§. O‘zbekiston Respublikasi Konstitutsiyasining asosiy prinsiplari.
4-§. Amaliyot darsi. O‘zbekiston Respublikasi tashqi siyosati.
II bo‘lim. INSON VA FUQAROLARNING ASOSIY HUQUQLARI, ERKINLIKLARI VA BURCHLARI.
5-§. Inson va fuqarolarning asosiy huquqlari va erkinliklari.
6–7-§. Amaliyot darsi. Inson va fuqarolarning shaxsiy huquqlari va erkinliklari.
8-§. Amaliyot darsi. Inson va fuqarolarning iqtisodiy va ijtimoiy huquqlari.
9-§. Siyosiy huquqlar.
10-§. O‘zbekiston Respublikasi fuqaroligi.
11-§. Inson huquqi va erkinliklari kafolatlari.
12-§. O‘zbekiston Respublikasi fuqarolarining konstitutsiyaviy burchlari.
III bo‘lim. JAMIYAT VA SHAXS.
13-§. Jamoat birlashmalari va ommaviy axborot vositalari faoliyati.
14-§. Siyosiy partiyalar faoliyati.
15-§. Oila jamiyatning buguni va kelajagi negizidir.
16-§. O‘zbekiston Respublikasining ma’muriy-hududiy va davlat tuzilishi.
IV bo‘lim. DAVLAT BOSHQARUVI ORGANLARI.
17-§. O‘zbekiston Respublikasida davlat hokimiyatining tashkil etilishi.
18-§. Oliy Majlis va uning vakolatlari.
19-§. Amaliyot darsi. Qonun loyihasini qabul qilamiz.
20-§. O‘zbekiston Respublikasi Prezidenti.
21-§. O‘zbekiston Respublikasining ijro etuvchi hokimiyat organlari.
22-§. Joylardagi mahalliy davlat hokimiyati organlari.
23-§. Fuqarolarning o‘zini o‘zi boshqarish organlari.
24-§. O‘zbekiston Respublikasining sud tizimi.
25-§. O‘zbekiston Respublikasi sud organlari ish faoliyatini tashkil etish.
26-§. Amaliyot darsi. Konstitutsiyaviy sud majlisi.
V bo‘lim. KONSTITUTSIYA – MAMLAKATDA DEMOKRATIYANI RIVOJLANTIRISH KAFOLATI.
27-§. O‘zbekiston Respublikasidagi saylov tizimi.
28-§. Amaliyot darsi. O‘zbekiston Respublikasi Oliy Majlis deputatlari va senatorlari saylovi.
29-§. O‘zbekiston Respublikasi prokuratura organlari.
30-§. O‘zbekiston Respublikasida moliya va kredit.
Xulosa.
O‘z bilimlarini mustaqil tekshirish.
Yakuniy takrorlash. Konstitutsiya – davlatning Asosiy qonuni.
Lug‘at.
QR-kod yordamida olinadigan huquqiy-me’yoriy hujjatdan namunalar.

Бесплатно скачать электронную книгу в удобном формате, смотреть и читать:
Скачать книгу Konstitutsiyaviy huquq asoslari, 9 sinf, Tansikbayeva G.M., Kostetskiy V.A., 2019 – fileskachat.com, быстрое и бесплатное скачивание.

Скачать pdf
Ниже можно купить эту книгу по лучшей цене со скидкой с доставкой по всей России. Купить эту книгу

Hüquq kitabları hüquq tələbəsini qane etmirsə?

Budəfəki yazımda bir qədər tənqidi mövqedən çıxış edərək öz dilimizdə yazılmış hüquq kitablarının orta statistik bir hüquq tələbəsinin tələbatını ödəyib-ödəmədiyindən bəhs edəcəyəm. Ümumiyyətlə, mən bu mövzuya həddindən artıq radikal yanaşıram, hətta məcburiyyət olmadıqca öz dilimizdə yazılmış hüquq kitablarını oxumuram. Ola bilər, mən həddindən artıq radikal mövqe tutmuş olum, lakin, zənnimcə, radikal mövqe qeyd etdiklərimin doğruluğunu şübhə altına salmır.

Milli hüquqda kitablar niyə tələbatı ödəmir?

Əksər kitabların köhnəlmiş olması, yenilənməməsi. Milli hüquqda mövcud olan bir çox kitab 10-15 il əvvələ aid qanunvericiliyə mütənasib olaraq yazıldığından indiki dövrün tələblərini heç cür ödəmir. İstər nəzəri, istərsə də praktiki cəhətdən, demək olar ki, bütün hüquq sahələrində son illərdə kifayət qədər dəyişikliklər olub ki (və olmaqda davam edir), bunlar da bu cür kitabları bir növ “yararsız” edir.

Yeni yanaşma, ideyalardan qaçınılması. Milli hüquqda yazılmış kitabların böyük bir qismində qoyulan problemlər ya əvvəllər qoyulmuş (xüsusilə də rus hüquqşünas-alimləri tərəfindən), yaxud da tərcümə olunaraq saxlanılan problemlərdir. Halbuki akademik hüquqi yazının başlıca tələblərindən biri iddia-bəyanatın müəyyən tələblərinin gözlənilməsidir. Burada isə daha maraqlı bir məsələ də ortaya çıxır: Milli hüquqda yazılmış kitablar akademik hüquqi yazının tələblərinə cavab verirmi?

Əksər kitablarda hüququn yalnızca sovet/rus hüququ ilə müqayisə olunması. Məsələnin ən cansıxıcı tərəflərindən biri də məhz buradadır. Mən adətən əldə edə bildikcə Cambridge University Press-dən hüquq kitabları oxuyanda ən çox yararlana bildiyim amillərdən biri məhz əksər kitablarda qoyulan problemin müxtəlif case-lərlə, habelə müxtəlif qanunvericiliklərə münasibətinin öz əksini tapmasıdır. Təəssüf ki, bizim kitablarda case-lərlə əhatə bir kənara, heç bir digər dövlətin qanunvericiliyinə yaxın durulmur. Sözsüz ki, burada sovet/rus hüququ istisnadır ki, bu da aydındır. Məsələnin maraqlı tərəfi ordadır ki, rus hüququnda da kifayət qədər müasir problemlər olduğu halda, müqayisə “köhnəlmişlərlə” aparılır.

Araşdırma qıtlığı. Milli hüquqda mövcud olan bir çox kitaba nəzər salarkən araşdırmanın ya kifayət qədər geniş aparılmadığının, ya da etibarsız mənbələr əsasında aparıldığının şahidi olarsınız. Araşdırma niyə daha geniş aparılmır? Birincisi, bu, xeyli vaxt və əzm tələb edir. İkincisi, bu, araşdırma bacarığı, dil biliyi tələb edir. Daha sonra, günlərlə yuxusuz gecə, sözün əsl mənasında fədakarlıq tələb edir ki, bunların əksəri bizlərdə əksikdir. Digər tərəfdən istinad qaydalarına əməl etməmək, nə endnote kimi endnote, nə də footnote kimi footnote verə bilməmək, etibarsız mənbələrə istinad edərək araşdırma aparmaq da kifayət qədər böyük problemlərdir. Digər tərəfdən bəzi kitablarda istinadlar ötən əsrin əvvəllərində yazılmış kitablara/məqalələrə verilir. Şübhəsiz, burada bir problem yoxdur, bir çox məsələnin ətraflı araşdırılmasında sırf həmin dövrün mənbələri mühüm rol oynayır. Lakin bütün kitabı ötən əsrin əvvəllərinə aid mənbələrə əsaslanaraq yazmaq bir qədər qəribədir. Bəzənsə elə hallar olur ki, sırf istinad xətrinə istinad verilir. Yəni kitab yazılır, sonra “Google+müvafiq hüquq sahəsi reference list+search” və nəticə etibarilə “araşdırılma aparılmış” olur.

Tərcümə keyfiyyətsizliyi. Milli hüquqda olan bəzi kitablar isə rus hüquqşünas-alimlərin kitablarının tərcüməsidir ki, bunlarda da tərcümə xətaları hədsiz dərəcədə çoxdur. Ən sadə misal kimi, demək olar, hər kəsin rastlaşdığı Lazarevin “Ümumi hüquq və dövlət nəzəriyyəsi” kitabının tərcüməsi bunun bariz nümunəsidir.

Fiziki və texniki keyfiyyətsizlik. Bir çox kitablarda sıx qarşılaşdığımız problemlərdən biri də kitabların fiziki cəhətdən keyfiyyətsiz olması – vərəqlərin tökülməsi, yazıların oxunula bilməməsi, solğun rənglər və s. kimi elementlər nisbətən də olsa, sözügedən məsələyə təsir edir. Sözsüz ki, burada bütün məsuliyyət nəşriyyatın üzərinə düşür və bir çox hallarda da bu kimi amillər pirat kitablarda öz əksini tapır. Qeyd edim ki, hər nə qədər bir çoxlarının razılaşmadığı məsələ olsa da, hüquq kitablarının dizayn və texniki cəhətdən də keyfiyyətli olması onun tələbatına təsir göstərən amillərdəndir.

Qiymətlərin çox baha olması. Danılmaz həqiqətdir ki, bütün dünyada hüquq kitabları və dərslikləri xeyli bahadır. Analoji vəziyyət bizim ölkədə də mövcuddur. Şübhəsiz ki, qiymətin müəyyən olunmasında nəşriyyatın mövqeyi daha qabarıqdır, nəinki müəllif(lər)in.

Nə etmək olar?

Kitabların sifarişi. Yuxarıda qeyd etdiyim kimi hüquq kitabları/dərslikləri bütün dünyada bahadır və sifariş də nisbətən bahalı bir prosesdir, hələ ki, elektron ticarətin də vergiyə cəlb olunmasından sonra. Alternativ variant kimi heç olmazdan Türkiyədən və yaxud həvəsiniz varsa, Rusiyadan son dövrlərdə araşdırılmış məsələlərə dair yazılmış kitabları sifariş verə bilərsiniz ki, bunlar nisbətən ucuz başa gəlir.

Online axtarış. Mənim hazırda ən çox istifadə etdiyim variant budur. Bir çox saytlardan müxtəlif kitabları .pdf, .epub, .docx və s. formatlarda əldə edə bilərsiniz. Libgen.io, b-ok.org tipli saytlar yeni başlayanların köməyinə çata bilər. Daha da geniş araşdırma aparmaq istəyənlərə əlavələr də tövsiyə edə bilərəm.

Tap və çap et. Yuxarıda qeyd etdiyim kimi kitabları online olaraq əldə edib çap edərək oxuya bilərsiniz. Elektron faylları normal kitab formasında çap etmək üçün UniCopy kitab çapı mərkəzi, kitabcapi.az kimi yerlər çox əlverişlidir.

Dediyim kimi bu, mənim bir qədər də radikal mövqe tutmağımdan irəli gəlir. Yazının başlanğıcına nəzər yetirsəniz altını xətləyərək yazının əksər kitablara aid olduğunu qeyd etmişəm. Çünki milli hüquqda az da olsa, keyfiyyətli kitablar mövcuddur, hansılar ki, sizə müvafiq hüquq sahəsi üzrə yardımçı olurlar. Lakin bu cür kitabların sayı çox azdır. Ümid edirəm, yaxın gələcəkdə yazılacaq kitablar/dərsliklər üçün bu amillər az da olsa nəzərə alınar. Kitabların isə sizi qane etməməsi sizin hüququ sevməyiniz və öyrənməyiniz üçün əngəl, ya da bəhanə deyil.

Comments are closed, but trackbacks and pingbacks are open.