Press "Enter" to skip to content

Hüquq mühafizə orqanları hikmet eyvazov

bölməsinin rəhbəri tərəfindən 3 gün müddətində müvafiq icra hakimiyyəti

Mühafizə Müəssəsinin Mühafizə Xidmətinin Təşkilində Mühafizəçilərin y a d d a ş k I t a b ç a s I

cinayətlərin qarşısının alınması üçün zəruri tədbirlər görürlər.

2. Qeyri-dövlət (özəl) mühafizə müəssiəsi hüquqi statusu?

fiziki və ya hüquqi şəxslə bağlanmış müqavilə əsasında nəzərdə

tutulan mühafizə xidmətlərini göstərən, müvafiq qaydada dövlət

qeydiyyatından keçmiş və Daxili işlər Nazirliyindən xüsusi razılıq (lisenziya)

almış hüquqi şəxs;

Mühafizə xidmətinin əsas vəzifəsi nədən ibarətdir?

Cavab: İctimai asayişin təmin edilməsi, cinayətlərin və digər hüquqpozma

hallarının xəbərdar edilməsi və və qarşısının alınması, mülkiyyətin

mühafizəsi, vətəndaşların hüquqlarının və qanuni maraqlarının cinayətkar

əməllərdən və digər antiictimai hərəkətlərdən qorunması, cinayətkarların

yaxalanmasında və cinayətlərin açılmasında fəal iştirak etmək. Qorunan

obyektin mühafizəsini tam təmin etmək.

4. Mühafizəçi nə deməkdir?

ühafizəçi – xüsusi hazırlıq keçmiş, Qanunla müəyyən edilmiş

qaydada özəl mühafizə müəssisəsində əmək müqaviləsi (kontraktı) ilə işləyən

Azərbaycan Respublikasının vətandaşı

5. Mühafizə müəssisəsində -mühafizəçi vəzifəsinə, işə qəbul qaydası.

Mühafizəçi vəzifəsinə 20 yaşına çatmış, mühafizəçilər üçün xüsusi

hazırlıq kursunu bitirmiş Azərbaycan Respublikasının vətəndaşları qəbul

olunur. Şəxs özəl

mühafizə müəssisəsinə və mühafizəçi vəzifəsinə işə qəbul edilərkən işəgötürən

tərəfindən namizəd barədə 3 gün müddətində Daxili İşlər Nazirliyinə

müəyyən olunmuş qaydada məlumat verilməlidir.

Mühafizəçilərin, habelə özəl mühafizə müəssisələrinin rəhbərliyi xüsusi

hazırlıq, təkmilləşdirmə və ixtisas artırma kursları siyahısı DİN-nin orqanı

tərəfindən təsdiq edilən dövlət təhsil müəssisələri və Təhsil nazirliyi tərəfindən

verilmiş xüsusi razılıq (lisenziya) əsasında qeyri-dövlət ixtisaslaşmış təhsil

müəssisələri tərəfindən həyata keçirilir. Kursların proqramının və ixtisas

tələblərinin müəyyən olunması və onlara riayət olunmasına nəzarət DİN-yi

tərəfindən həyata keçirilir.

6. Hansı şəxslər mühafizəçi vəzifəsinə qəbul oluna bilməz?

– ruhi xəstəlik, alkoqolizm, narkomanlığa düçar olmaması barədə müvafiq

tibbi rəy təqdim etməyən şəxslər;

– fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin

qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;

-qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər

(qadınlar, habelə qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan

möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad

edilənlər istisna olmaqla);

– sağlamlıq barədə müvafiq tibbi arayış təqdim etməyən şəxslər

– qəsdən cinayət törətməkdə ittiham olunan və ya qəsdən cinayət törətməyə

görə əvvəllər məhkum olunmuş şəxslər.

7. Sual: Buraxılış rejimi nə deməkdir?

şəxslərin və ya nəqliyyat vasitələrinin mühafizə olunan obyektə

nəzarətsiz girişi (çıxışı), habelə bu obyektə əmlakın nəzarətsiz gətirilməsi və

ya bu obyektdən əmlakın nəzarətsiz çıxarılması imkanlarını istisna edən

qayda və tədbirlərin məcmusu;

8. Sual: Cinayətkarlıqla mübarizənin, ictimai asayişin və özəl və kоммеrsiya

obyektlərinin qorunmasında mühafizə xidmətinin bütün fəaliyyəti nəyə əsaslanır?

Cavab: Azərbaycan Respublikasının Qeyri-dövlət (özəl) mühafizə

fəaliyyəti haqqında qanuna, mühafizə xidməti haqqında digər

qanunların, Nazirlər Kabinetinin fərmanları, Daxili İşlət Nazirliyinin

tələbləri əsasında mühafizə xidmətinin hüquq-normativ bazası

9. Sual: Avto, moto və digər marşrutların uzunluğu neçədir?

Cavab: Piyadalar üçün – 1-1,5 km, avto üçün – 6-8 km, moto üçün – 3-5 km.

10. Sual: Post nə deməkdir?

Mühafizə xidməti əməkdaşının, ona həvalə edilmiş vəzifələrin yetirildiyi

yer və ya ərazi sahəsi post adlanır. Postda xidmət aparmaq üçün təyin olunan

mühafizəçi postacı adlanır.

11. Sual: Növbə çəkməyə gedənin üstündə nə olmalıdır?

Cavab: Xidməti vəsiqə, xidməti kitabça, fit, karandaş, bloknot, şəxsi paket, cib

fənəri, avto. Xidmət edənin isə – sürücülük vəsiqəsi və yol vərəqi.

12. Sual: Növbətçinin (postda, patrulda duranın) yoxlayan şəxsə

müraciət forması necədir?

“Mühafizəçi Həsənov A. mühafizə postunda apardığım xidmət

zamanı heç bir hadisə baş verməyib.”

13. Sual: Özəl mühafizə xidmətinin əməkdaşı, həm dövlət , həm özəl

obyektlərin qorunması, həm də ictimai asayişin pozulması və

cinayətkarlıqla mübarizə sahəsində növbəyə daxil olarkən, nəyi

Cavab: Mühafizə olunan obyektlərin əarizisini, onlardan ən vaciblərinin,

siqnalizasiya vasitələrinin olub-olmamasını, əməliyyat şəraitini və

marşrutun (postun) xüsusiyyətlərini.

Yaxıçlıqda yerləşən polis bölməsi, radio mübadiləsinin aparılmasını və

növbə ilə əlaqə saxlanmasının qaydalarını, marşruta (posta) yaxın olan

küçələri, dalanları, meydanları və məhəllələri, yanğın dəstəsinin, tibbi

yardımın, yaxınlıqda olan xəstəxanaların, apteklərin telefon nömrələrini,

cinayətkarların, avaraların, dilənçilərin və digər anti-ictimai tüfeyli həyat

tərzi yaşayan şəxslərin güman olunan yerlərini, cinayətkarları izləmək

ehtiyacı olsa qısa hərəkət yollarını.

14. Sual: Xidmət edən zaman mühafizəçiyə nə qadağan olunur?

Cavab: Onun tabe olduğu şəxslər istisna olaraq, xüsusi vasitələrini kimsəyə

vermək və ya ötürmək, xidmətdən yayınmaq və sayıqlığı zəiflətmək

(yatmaq), xidmətə aid olmayan söhbətlər etmək, telefon vasitəsi ilə şəxsi

söhbətlər aparmaq. Xidmətdən yayınmaq və mühafizə edilən obyektlərə

kənar şəxsləri buraxmaq; obyektlərin mühafizəsini, hətta qısa müddətə belə,

digər şəxslərə həvalə etmək.

15. Sual: Mühafizəçini postdan kim kənarlaşdıra bilər?

Cavab: Xidmət komandiri tərəfindən, mühafizə şirkətinin rəhbərliyinin

16.Sual: Mühafizəçinin hüquq və vəziyyəti.

-Mühafizəçi mühafizə etdiyi obyektin təmin edilməsi məqsədilə aşağıdakı

– mühafizə olunan obyektin işçilərindən və digər şəxslərdən buraxılış rejimin

– mühafizəçi mühafizə etdiyi obyektin təhlükəsizliyinin təmin edilməsinə və

obyektdaxili rejimə riayət olunmasını tələb etmək;

– mühafizə olunan obyektlərə giriş və çıxış zamanı Azərbaycan

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada fiziki şəxsləri

(xidməti vəzifələrini icra edən hüquq-mühafizə və digər dövlət orqanlarının

əməkdaşları istisna olmaqla), onların əşyalarını və nəqliyyat vasitələrini

texniki vasitələr tətbiq etməklə və ya tətbiq etmədən nəzərdən keçirmək;

– mühafizə olunan obyektlərdə hüquqa zidd hərəkətlər törətmiş şəxslər

mühafizəçinin qanuni tələblərinə tabe olmadıqları və ya fiziki qüvvə

işlətdikləri hallarda həmin şəxsləri fiziki qüvvə tətbiq etməklə hadisə yerində

saxlamaq və dərhal müvafiq icra hakimiyyəti orqanına təhvil vermək;

– özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən

xidməti istifadə üçün verilmiş xüsusi vasitələri mühafizə olunan obyektlərin

hüdudlarında saxlamaq, gəzdirmək və qanunla müəyyən edilmiş qaydada

hallarda təyinatı üzrə istifadə etmək.

17. Sual: Mühafizəçinin vəzifələri aşağadıkılardır:

– Mühafizə olunan obyektlərə münasibətdə hüquq pozuntusu baş verdikdə

onun baş vermə vaxtı, yeri, halları, hüquq pozuntusu törədən şəxsin

saxlanılması, fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edilməsi

zərurətinin əsaslandırılması, hüquq pozuntusunun qarşısının alınması və

mühafizə olunan obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş

tədbirlər barədə özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə

bölməsinin rəhbərini yazılı surətdə məlumatlandırmaq;

– fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu barədə

dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanlarına

– cinayət və ya inzibati xətanın əlamətləri olan əməl törədildiyi halda bu

barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat vermək;

– cinayət əməlinin əlamətləri aşkar edildikdə müvafiq təhqiqat və ya istintaq

orqanının əməkdaşları hadisə yerinə gələnədək cinayətin izlərinin və sübut

mənbəyi ola biləcək digər maddi obyektlərin qorunub saxlanması, həmin

orqanlara ibtidai araşdırma ilə əlaqədar bütün zəruri yardımın göstərilməsi,

şahidlərin müəyyən edilməsi üçün tədbirlərin görülməsi;

– xüsusi vasitəni və ya mühafizəçi vəsiqəsini itirdikdə dərhal müvafiq icra

hakimiyyəti orqanına məlumat vermək;

– tutduğu vəzifədən azad edildikdə istifadəsində olan xüsusi vasitələri,

mühafizəçi vəsiqəsini və geyim formasını özəl mühafizə müəssisəsinin və ya

hüquqi şəxsin mühafizə bölməsinin rəhbərinə təhvil vermək.

– mühafizəçi tərəfindən şəxslərin hüquq və azadlıqlarının pozulması qanunla

müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

18. Sual: Mühafizəçinin ğeyim forması və mühafizəçi vəsiqəsi ?

– Özəl mühafizə müəssisəsi mühafizəçiləri vahid nümunəli geyim forması və

müvafiq mühafizəçi vəsiqəsi ilə təmin etməlidir.

-Mühafizəçilərin geyim formaları Azərbaycan Respublikasının Silahlı

Qüvvələri və başqa silahlı birləşmələrin, prokurorluq, daxili işlər, milli

təhlükəsizlik, fövqəladə hallar, ədliyyə, vergi, gömrük və digər dövlət

orqanlarının xüsusi və ya hərbi geyim formalarından aşkar və aydın şəkildə

seçilməlidir. Mühafizəçinin vahid nümunəli geyim formasının və vəsiqəsinin

nümunəsi DİN-yi tərəfindən müəyyən edilir.

– Özəl mühafizə müəssisəsi mühafizəçisinin geyim formasının üzərində həmin

müəssisənin tam adı, fərdi qeydiyyat nömrəsi, habelə mühafizəçinin adı və

19. Sual: Mühafizə fəaliyyətinin həyata kecirilməsində fiziki qüvvənin və

xüsusi vasitələrin tətbiqi şərtləri və hüquqları?

– Özəl mühafizə fəaliyyətini həyata keçirərkən mühafizəçilərə yalnız mühafizə

olunan obyektlərin hüdudlarında Qanunla və Azərbaycan Respublikasının

digər normativ hüquqi aktları ilə nəzərdə tutulmuş hallarda və qaydada fiziki

qüvvənin, habelə özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə

bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələrin tətbiqinə

– qanunun tələblərinə uyğun olaraq fiziki qüvvənin və ya xüsusi vasitələrin

tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır.

– mühafizəçi fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edərkən aşağıdakı şərtlərə

– insana qarşı fiziki qüvvə və ya xüsusi vasitələr yalnız son zərurət və ya

zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi

nəticə vermədikdə, hüquq pozuntusunun xarakterindən və ictimai təhlükəlilik

dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir;

-öz xidməti vəzifələrini icra etməsi və fiziki qüvvə və ya xüsusi vasitə tətbiq

etmək niyyəti barədə buraxılış və obyektdaxili rejim qaydalarını pozan

şəxslərə xəbərdarlıq etməlidir;

– hüquq pozuntusunun xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən,

eləcə də ona göstərilən müqavimətin dərəcəsindən asılı olaraq vurulan zərərin

minimal olmasına cəhd etməlidir;

-bədən xəsarəti alan şəxslərə ilkin tibbi yardımın göstərilməsini təmin

-fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu barədə

dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanlarına

məlumat verməli və özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin

mühafizə bölməsinin rəhbərinə ətraflı yazılı məlumat hazırlamalıdır.

– mühafizə olunan obyektə qrup halında və ya silah işlətməklə basqın

edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla

qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olan, əlilliyi, yaxud digər fiziki

və ya psixi qüsurları aşkar bilinən şəxslərə, habelə insanların toplaşdığı və ya

kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə fiziki qüvvənin və ya xüsusi

vasitələrin tətbiqi qadağandır.

– fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edildiyi hər bir hal barədə

mühafizəçi tərəfindən təqdim olunmuş məlumat əsasında özəl mühafizə

müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbəri xidməti

yoxlama aparmalı və fiziki qüvvə və ya xüsusi vasitənin tətbiqinin

qanunauyğun olub-olmaması barədə müvafiq rəy hazırlamalıdır. Fiziki qüvvə

və ya xüsusi vasitənin tətbiqinin qanunauyğun olub-olmaması barədə

müvafiq rəy özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə

bölməsinin rəhbəri tərəfindən 3 gün müddətində müvafiq icra hakimiyyəti

orqanına və prokurorluq orqanlarına təqdim olunur.

-mühafizəçinin öz səlahiyyətlərini, zəruri müdafiə və ya son zərurət hədlərini,

habelə cinayət (inzibati xəta) törətmiş şəxsin tutulması üçün zəruri olan

tədbirlərin həddini aşaraq fiziki qüvvə və ya xüsusi vasitə tətbiq etməsi

qanunvericiliyə müvafiq olaraq cinayət, inzibati, mülki-hüquqi və intizam

məsuliyyətinə səbəb olur.

-özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən

xüsusi vasitələr onların mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar

şəxslər tərəfindən ələ keçirilməsini istisna edən şəraitdə qanunvericiliklə

müəyyən edilmiş qaydada saxlanılmalıdır.

20. Sual: Mühafizə fəaliyyətində fiziki qüvvənin tətbiqi?

Mühafizə olunan obyektlərə qəsd edən cinayət əməlləri və ya inzibati

xətaların qarşısını almaq, bu əməlləri törədən şəxsləri saxlamaq, eləcə də öz

qanuni tələblərinə müqaviməti aradan qaldırmaq üçün mühafizəçi ona həvalə

olunmuş vəzifələrin icrasını başqa üsullarla təmin edə bilmədikdə fiziki qüvvə

tətbiq edə bilər.

21. Sual: Mühafizə fəaliyyətində xüsusi vasitələrin tətbiqi?

– Xüsusi vasitələr özəl mühafizə müəssisəsi tərəfindən yalnız DİN-yi

tərəfindən verilmiş xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan

təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməyə əsasən

əldə oluna, saxlanıla və təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə

– Özəl mühafizə müəssisələri tərəfindən əldə oluna, saxlanıla və təyinatı üzrə

istifadə edilə bilən xüsusi vasitələrin siyahısı, habelə xüsusi vasitənin özəl

mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən əldə

olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi üçün

mühafizəçilərə verilməsi qaydaları DİN-yi tərəfindən müəyyən olunur.

– mühafizəçi tərəfindən xüsusi vasitə yalnız aşağıdakı hallarda tətbiq oluna

-mühafizəçilərin həyat və sağlamlığına real təhlükə törədən basqınları dəf

– mühafizə olunan obyektə və ya mühafizəçilərə bir qrup şəxs tərəfindən və ya

silah, yaxud silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən

hücumun qarşısını alarkən, belə hücumun qarşısını digər üsullarla almaq

– fiziki şəxsin həyat və sağlamlığı və ya mülkiyyət əleyhinə cinayət törədən

zaman yaxalanan şəxslər qaçmağa cəhd göstərdikdə və ya silahlı müqavimət

göstərəcəyini ehtimal etmək üçün kifayət qədər əsas olduqda həmin şəxslər

saxlanılarkən, digər vasitələrlə onların saxlanılması mümkün olmadıqda;

– saxlanılan şəxslər mühafizəçinin xidməti otağına və ya hüquq-mühafizə

orqanına gətirilərkən müqavimət göstərdikdə;

– mühafizəçinin qanuni tələblərini yerinə yetirməyən nəqliyyat vasitəsinin

sürücüsünün mühafizə olunan obyektdə saxlanılması zəruri olduqda;

– mühafizəçinin xüsusi vasitələrini ələ keçirmək cəhdinin qarşısını aldıqda.

22. Sual: Marşrutda (postda) olan mühafizəçi şübhəli insa yaxınlaşarkən hansı

ehtiyat tədbirlərini görməlidir?

Cavab: Gecə vaxtı evlərdən və digər tikililərdən müəyyən məsafədə piyada

qaydada hərəkət etmək, vətəndaşlara qarşı imkan daxilində lazım olan məsafəni

saxlamaq və özündən arxada heç kimi qoymamaq;

– qaranlıq vaxtı, bir qayda olaraq, adama işıq mənbəyi tərəfindən yaxınlaşmaq;

-adamın arxadan yaxınlaşdığı halda – kənara çəkilmək, dayanmaq, onu qabağa

buraxmaq və ya hərəkət istiqamətini dəyişmək və yaxınlaşan insana doğru getmək.

23. Sual: Vətəndaşlarla münasibətdə nəyə yol verilmir?

Cavab: Təkəbbürlü tərz, kobudluq, lovğalıq, iradların, ifadələrin, istehza və ya

nəzakətsiz bildirilməsi, insanlıq ləyaqətinin təhqir edilməsi, hədə-qorxu gəlmə,

öyüd-nəsihət vermə və ədalətsiz müqavimət, haqsız günahlandırma, hədələyici

hərəkətlər və işarələr.

24. Sual: Cinayət baş verməsi haqqında məlumat verəndən mühafizəçi nəyi

aydınlaşdırmalıdır?

Hansı cinayət baş verib, onun baş verdiyi yer və onu aşkar etdiyi vaxt (saat, dəqiqə);

cinayəti kim edib yaxud kimdən şübhələnilir və onun nişanələri, əlamətləri;

şahidlər olubmu və onlar haqqında nə məlumdur,zərərçəkmiş nə vəziyyətdədir;

cinayət haqqında məlumat verənin soyadı, adı, atasının adı.

25. Sual: Yanğın baş verdiyi zaman patrulun vəzifəsi?

yanğın haqqında yaxında yerləşən yanğın dəstəsinə, növbətçiyə xəbər vermək,

lazım gələrsə əhalini xəbərdar etmək.

– xüsusi və yaxud əl altında olan vasitələrdən istifadə edərək yanan sahəni,

insanları və əşyaları xilas etmək, yanğının baş verməsi səbəbini təyin etmək, hadisə

yerini qorumaq və cinayətin törədilməsində şübhəli olan şəxslərin tutulması üçün

zərər çəkənlər olarsa, tibbi yardım çağırmaq və yaxud onları müalicə

yanğının ləğv edilməsinə cəlb edilmiş şəxslərdən başqa heç kimi yanan binaya

26. Sual: Mühafizəçinin posta daxil olduğu vaxt vəzifəsini bir-bir sayın.

1) Öz postunda əməli şəraiti, mühafizə edilən obyektlərin yerləşdiyi yeri və

xüsusiyyətlərini, onların texniki cəhətdən möhkəmliyini, yanğın-mühafizə

siqnalları ilə təchizat vasitələrini, ən zəif yerləri (qəzalı yerləri, zirzəmilər, lift

quyularıvə s.), onların etibarlı mühafizəsini və həmçinin lazımi ictimai qayda-

qanunu, qanunpozmanın (cinayətin) qarşısını vaxtında almağı və qüvvədə olan

nizamnamənin tələbinə uyğun olaraq cinayətkarların tutulması qaydalarını yaxşı

2) Növbəyə gedərkən xidməti yerinə yetirməyə hazır olmaq, təlimat verilmə

(instruktaj) yerinə onun başlanmasına 15 dəqiqə qalmış formada və təmiz geyinmiş

halda xidməti vəsiqə, marşrut vərəqi, xidməti kitabça, fit, elektrik fənəri, bloknot,

karandaş yaxud qələm, radio-telefon əlaqə vasitələri, texniki nəzarət vasitələri,

avtonəqliyyatda xidməti yerinə yetirərkən isə nəqliyyatı idarə etmək vəsiqəsi və

yol vərəqi üsütündə olmalıdır.

3) Təlimat (göstəriş) aldıqdan sonra xidməti yerinə qəlmək, obyekti nəzərdən

keçirmək, mühafizə-yanğın siqnalizasiya vasitələrinin sazlığına, qapıların,

pəncərələrin, lyukların, yanğın əleyhinə olan avadanlıqların üzərində qıfıl, kilid və

s. olmasına, bayır işıqlarına xüsusi diqqət vermək lazımdır. Əyər obyektin

vəziyyəti qəbul edilmə şərtlərinə uyğun gəlirsə, yalnız bağlandıqdan sonra obyektin

mühafizəsi haqqında bağlanılmış müqavilənin şərtlərinə əsasən onu mühafizəyə

4) Təyin olunmuş növbətçilik cədvəlinə əsasən mühafizə edilən obyektləri diqqətlə

yoxlamaq telefon (radio) vasitəsilə Qartal SS mühafizə müəssisəsinin növbətçisinə

vəziyyət barəsində məlumat vermək və mühafizə-yanğın, işıq və səs siqnallarına

5) Mühafizə edilən obyektlərə kənar şəxsləri buraxmamaq.

6) Qırılmış qapı pəncər, cəftə, qıfıl, plomb, möhür və obyektin bütövlüyünün

pozulmasına dəlalət edən digər halları aşkar edərkən və həmçini mühafizə-yanğın

siqnalizasiyası işə düşən zaman obyekti diqqətlə yoxlamaq və obyektdə kənar

şəxsin olmasını görəndə lazımi ehtiyat tədbirlərinə riayət edərək onun saxlanılması

üçün tədbirlər görmək və bu barədə o dəqiqə Qartal SS mühafizə müəssisəsinə ,

rayon polis bölməsinə məlumat vermək.

7) Mühafizə obyektində və ya ona yaxın yerlərdə yanğın baş verməsi aşkar

edilərsə. О dəqiqə yanğın dəstəsini çağırmaq və şəhərdaxili işlər şöbəsinin

əməliyyat növbətçisinə Qartal SS mühafizə müəssisəsinə məlumat vermək, yanğın

ocağının söndürülməsi, insanların və qiymətli əşyaların xilası üçün xüsusi və əl

altında olan vasitələrdən istifadə etmək.

8) Qəfil xəstələnmə hallarında Qartal SS mühafizə müəssisəsinə xəbər vermək və

əvəz gələnə qədər xidməti davam etdirmək.

9)Təyin edilmiş iş vaxtının sonunda mühafizə edilən bütün obyektləri diqqətlə

yoxlamaq, onların bütövlüyünə əmin olmaq və sonra onlar vəzifəli şəxslərə siyahı

əsasında təhvil vermək (əyər bu müqavilədə nəzərdə tutulubsa), Qarlal SS

Mühafizə müəssisəsinin növbətçisinə işin qurtarması haqqında məlumat vermək.

27. Sual: Şübhələnən şəxsin sənədlərini yoxlayarkən və onu sorğu-sual

edərkən mühafizəçi hansı ehtiyat tədbirlərini həyata keçirməidir?

Cavab: Yoxlanılan şəxsdən yarıdönmüş halda durmaq və onun hərəkətinə

diqqətlə nəzarət etmək, növbə ilə diqqətini ya sənədə, ya da şəxsə yönəltməlidir.

28. Sual: Obyektin mühafizəyə təhvil-təslim verilməsi qaydası.

Cavab: Mühafizə olunan obyektlərin müdiriyyətinin nümayəndəsinin iştirakı ilə

obyekti yoxlamaq və buobyektlərin bütövlüyünə əmin olmaq,bu zaman qapı və

pəncərə və lyuklarda qıfıl və cəftələrin, yanğın mühafizə siqnalizasiyasının, yanğın

avadanlıqlarının mövcudluğuna, daxili və xarici işıqlanmanın sazlığına xüsusi

diqqət verilməlidir. Əyər obyektin vəziyyəti qəbul etmənin şərtlərinə uyğundursa,

onun bağlanması və qapılarının plomblanmasından sonra təhvil-təslim kitabında

qeyd edilməklə obyekti təhvil götürmək.

Obyekti mühafizəyə götürməyə imkan verməyən nöqsanlar (qapıların,

pəncərələrin, lyukların, nəfəsliklərin açıq olması, xəbərdaredici siqnalizasiyanın

birləşdirilməsi,plombun olmaması, sınma, dəlik, deşik hallarının olması və s.) və

ya təsərrüfat orqanının məsul şəxsi olmazsa qəbul edən dəstə komandirinə, özəl

müəssisələrin mühafizə şöbəsinə və onların göstəricisinə əsasən hərəkət etməlidir.

İş qurtarmazdan əvvəl mühafizə olunan bütün obyektləri yoxlamaq, onların

bütövlüyünə əmin olmaq və sonra yazılı surətdə əlaqədar vəzifəli şəxslərə təhvil

vermək, Qartal SS mühafizə müəssisəsinin növbətçisinə işin qurtarması barədə

29. Sual: «Mühafizə olunan obyektdə kənar adamları, obyektin

bütövlüyünün pozulması faktlarını mühafizəçi

aşkar edərsə nə etməlidir?

Cavab: Obyekdə kənar adamlar aşkar edilərkən ilk növbədə şəhərdaxili işlər

Qartal SS mühafizə müəssisəsinin növbətçisinə xəbər verməli və

onların онларын tutulması üçün tədbirlər görməlidir. Bu zaman cinayətkarın

tutulması vaxtı mümkün çətinliklər, silahlı müqavimət ehtimalı, silahdan istifadə

şəraiti, əyər bunun üçün zərurət yaranarsə nəzərə alınmalıdır. Hadisə baş verən

yerin mühafizəçini təmin etmək və cinayətin şahidlərinin təyin edilməsi və

cinayətkarın axtarışı və tutulması üçün tədbirlər görmək.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Hüquq mühafizə orqanları hikmet eyvazov

Учебник предоставляет начальные, но подробные теоретические и юридические знания и информацию, отраженную в законодательстве Азербайджанской Республики и информации, предоставленной в современной юридической литературе, а также на основе учебной программы и учебно-методических материалов, утвержденных Министерством образования и разработанных правоохранительными органами, государственными и негосударственными органами. В этом учебнике, который представляет собой энциклопедическую пояснительную информацию, рассматривается сущность независимого неправительственного органа, играющего важную роль как в правоохранительных органах, так и в истории его организации и развития, а также в их взаимодействии с другими государственными и неправительственными органами.
Учебное пособие было разработано с учетом недавних изменений в законодательстве Азербайджанской Республики о правоохранительных органах и правоохранительной деятельности, и были разработаны схемы для облегчения принятия и понимания материалов.
Учебное пособие предназначено для юристов, сотрудников правоохранительных органов, бакалавров, магистров и преподавателей вузов, а также специалистов в этой области, а также для юридических лиц.

Hüquq mühafizə orqanları hikmet eyvazov

Respublikanın daxili işlər orqanları dələduzluq yolu ilə vətəndaşları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pullarını mənimsəyən şəxslərə qarşı növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) vətəndaş Asif Əsədullazadə müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulunun mənimsənildiyini bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Sabirabad rayon sakini Rövşən Şükürov saxlanılıb. Onun yaşadığı evdən hüquq-mühafizə orqanlarına məxsus xüsusi geyim forması və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Rövşən Şükürovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya BMCMİ-nə müraciət edə bilərlər.

Comments are closed, but trackbacks and pingbacks are open.