Hüququn anlayışı və əlamətləri
Beynəlxalq İqtisadi Hüququ Beynəlxalq Ümumi Hüququn dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında beynəlxalq münasibətləri tənzimiləyən prinsip və normaların məcmusundan ibarət olan sahəsi kimi müəyyən etmək olar.
Hüququn anlayışı, predmeti və mahiyyəti
Beynəlxalq iqtisadi hüququn yaranmasının tarixi çox qədimlərə gedib çıxır. Dövlətlər öz aralarında iqtisadi əlaqərin, ilk növbədə ticarət əlaqələrinin beynəlxalq hüquqi tənzimlənməsi çox qədimlərdən meydana gəlmişdir və qədim zamanlardan ticarət müqavilələrinin mövcud olması onlarda olan beynəlxalq müqavilələrinin əsas predmetlərindən birisi olmasına dəlalət etmişdir. Həm də ilk zamanlardan Azad Ticarət müqavilələri mənəvi və hüquqi prinsipi kimi tanınmışdır. Hələ bizim eramızdan əvvəl 2-ci əsrdə qədim Roma tarıxçisi Flor qeyd etmişdir ki, “ ticarət əlaqələrinin kəsilməsi insan nəslindəki ittifaqının pozulması deməkdir ”. 17-ci əsrdə yaşamış Hüqo Qradiski göstərirdi: “ İstənilən xalqın digər istənilən xalqla qarşılıqlı ticarət əlaqələrinə əngəl törətməyə heç bir kəsin ixtiyarı yoxdur ”. Məhz bu güc kommersiya prinsipi, yəni azad ticarət hüququ (“ticarət” geniş mənada götürülür) beynəlxalq iqtisadi hüququn əsasını təşkil edir.
17-ci əsrdə ilk xüsusi beynəlxalq ticarət müqavilələri meydana gəlmişdir. 20-ci əsrə qədər dövlətlərin qarşılıqlı iqtisadi münasibətlərinin tənzimlənməsinə dair bir sıra xüsusi prinsiplər, institutlar və beynəlxalq hüquqi daktilinalar təşəkkül tapmışdır. Buna misal olaraq “ bərabər imkanlar “, “ açıq qapılar “, “ konsul yuristiksiyası “, “qazanılmış hüquqlar”, millət üçün ən əlverişli”, “milli rejim”, qeyri-ayrıseçkilik” və s. göstərmək olar. Bu kimi prinsip və nəzəriyyələrdə azad ticarətin mənafeləri ilə xarici bazarların inhisara alınması arasında olan ziddiyətlər əks etdirilmişdir.
19-20-ci əsrlərdə beynəlxalq iqtisadi və elmi texniki əməkdaşlığın yeni formalarının meydana gəlməsi yeni müqavilə növlərinin ( mal dövriyyəsi və ödəmələr haqqında, nəqliyyat, rabitə, sənaye mülkiyyəti və s. üzrə sazişlər) yaranmasına, habelə çox saylı beynəlxalq iqtisadi və elmi texniki təşkilatların təşəkkül tapmasına təkan vermişdir. İkinci dünya müharibəsindən sonra bu sahədə inkişaf daha da sürətlə getmişdir. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində onun məqsədlərindən biri kimi iqtisadi xarakterli beynəlxalq problemlərin həllində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi göstərilib.
20-ci əsrin ikinci yarısında Avropada xüsusi iqtisadi inteqrasiyalı beynəlxalq təşkilatlar – Avropa Birliyi və İqtisadi Qarşılıqlı Yardım Şurası meydana gəlmişdir. Tarixdə ilk dəfə olaraq 1947-ci ildə çox tərəfli ticarət müqaviləsi – Tariflər və Ticarət haqqında Ümumi Saziş ( TATÜ ) adlı müqavilə bağlanılır. Beynəlxalq İqtisadi Əməkdaşlığın və onun hüquqi tənzimlənməsinin beynəlxalq həyatda müstəsna rolu vardır. Təkcə onu göstərmək olar ki, bağlanılan bütün beynəlxalq müqavilələrin və fəaliyyət göstərən beynəlxalq təşkilatların böyük əksəriyyəti dövlətlərin qarşılıqlı münasibətlərinə aiddir.
Beynəlxalq iqtisadi hüququn tərifi
Beynəlxalq İqtisadi Hüququ Beynəlxalq Ümumi Hüququn dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında beynəlxalq münasibətləri tənzimiləyən prinsip və normaların məcmusundan ibarət olan sahəsi kimi müəyyən etmək olar.
Beynəlxalq iqtisadi hüququn predmeti
Beynəlxalq iqtisadi hüququn predmeti dövlətlər arasında, habelə beynəlxalq iqtisadi hüququn digər subyektləri arasında olan çoxtərəfli və ikitərəfli beynəlxalq iqtisadi münasibətlərdir. İqtisadi münasibətlərə ticarət əlaqələrini, habelə, istehsalat, Elmi Texniki, valyuta – maliyyə, nəqliyyat, rabitə, energetika, intellektual mülkiyyət, turizm və digər sahələrdə kommersiya münasibətlərinin aid etmək olar.
Qərb ölkələrinin müasir hüquq ədəbiyyatında Beynəlxalq İqtisadi Hüququn əsas konsepsiyaları irəli sürülmüşdür. Bunlardan birinə “ klassik konsepsiya “ deyilir. Bu klassik konsepsiyaya görə Beynəlaxlq İqtisadi Hüquq beynəlxalq publik hüququn sahəsidir və onun predmetləri beynəlxalq hüququn subyektləri arasında olan iqtisadi münasibətlərdir. ( H. Şvartsenberger və Y. Brounli – Böyük Britaniya; P. Verloren Van Temaat – Niderland; V. Levi – Amerika Birləşmiş Ştatları; P. Veyl – Fransa; P. Pikone – İtaliya və s. )
Hazırda qərb ədəbiyyatında geniş yayılmış konsepsiyaya əsasən Beynəlxalq İqtisadi Hüququn normalarının mənbəyi həm beynəlxalq hüquq, həm də dövlət daxili hüquqdur. Beynəlxalq İqtisadi Hüququn hüquqi qüvvəsi isə bir dövlətin hüdudlarından çox kənara çıxa bilən ticarət münasibətlərindən iştirak edən bütün hüquq subyektlərini əhatə edir ( A. Levenfeld – Amerika Birləşmiş Ştatları; P. Fişer, G. Erler, V. Fikentşer – Almaniya Federativ Respublikası; V. Fridman, E. Pitersman – Böyük Britaniya; P.Reyter – Fransa və s.). Bu ikinci konsepsiyya qərbdə əsasən irəli sürülmüş və beynəlxalq hüququn subyektlər kimi dövlətlərlə transmilli koorparasiyyaları bərabərləşdirmək məqsədilə istifadə edilən transmilli hüququn nəzəriyyəsi ilə səsləşir.
İnkişaf etmiş ölkələrin hüquq ədəbiyyatında İnkişaf Üzrə Beynəlxalq Hüquq Konsepsiyası geniş yayılmışdır. Bu kopnsepsiyaya görə ən yoxsul ölkələr inkişaf etmək üçün xüsusi hüquqa malik olmalıdırlar.
Beynəlxalq iqtisadi hüququn subyektləri onun beynəlxalq hüququnun bir yarımsahəsi olmaqla bərabər beynəlxalq ümumi hüququn subyektləri də onlara xas olan subyektlərdir. Bura dövlətlər, dövlətə bənzər qurumlar, beynəlxalq təşkilatlar və bu kimi statuslara malik olan hüquqi şəxslər aiddirlər. Lakin dövlətlər xarici iqtisadi mülki hüququna, kommersiya fəaliyyətində iştirak etmək hüququna malikdirlər. Ticarət edən dövlət beynəlxalq subyekti kimi qalmaqla yanaşı digər dövlətin milli hüququnun subyekti kimi də çıxış edə bilər. Lakin bu dövlətin ona məxsus immunitetlərindən məhrum etmir. İmmunitetlərdən imtina etmək üçün dövlətin öz iradəsini açıq ifadə etməsi çox zəruridir. Dövlətin öz immunitetlərindən imtina etməsi o zaman baş verə bilər ki, mövcud olan iki dövlətin bir dövlətdə birləşməsi baş versin.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Hüququn anlayışı və əlamətləri
Hüququn mahiyyəti – cəmiyyətin həyat fəaliyyətinin maddi və sosial mədəni şərtləri, siniflərin, əhalinin sosial qruplarının, ayrı-ayrı fərdlərinin xarakteri ilə şərtlənən və qanunda ifadə olunan və ya dövlət tərəfindən tanınan və bunun nəticəsində insanların davranışının və fəaliyyətinin ümumi miqyası və ölçüsü kimi çıxış edən ümumi iradəsidir. Hüquq aşağıdakı müddəalara malikdir:
-o, sosial hadisədir, onsuz sivilizasiyalı cəmiyyətin mövcudluğu qeyri – mümkündür;
-hüquq normativ mənada ümumbəşəri ədalətin tələblərini əks etdirməlidir, şəxsiyyətin fərdi mənafe və tələbatını nəzərə almalıdır.
Hüquq dövlət tərəfindən müəyyən edilən və mühavizə olunan davranış ölçüsüdür. Hüquq özündə azadlıq normasını ifadə etdirir. Hüquq ideya, təsəvvür formasında, hüquqi göstərişlər (sərəncam, əmr) formasında, hüququn prinsiplərini realizə edən münasibətlər kimi çıxış edir.
Hüququn əlamətlərinə daxildir:
— sistemlilik – hüququn nizamlanmış, daxilən razılaşdırılmış normalar sistemi olmasını bildirir;
— Hüquq azadlığın və insan davranışının ölçüsüdür. Bu aspektdən hüquq hüquqların tamlığını, əlçatan olmasını, reallığını,şəxsiyyətin azadlığının məhdudlaşdırılmasının ölçüsünü ifadə edir;
— normativlik – tənzimlənən münasibətlərin iştirakçılarını, onların məsuliyyətini müəyyənləşdirən normalarda hüququn təmsil olunmasıdır;
— dövlət təminatı – hüququn yaradılması və realizə olunmasının dövlət fəaliyyətindən ayrılmaz olduğunu bildirir. Dövlətsiz hüququn fəaliyyət göstərməsi qeyri-mümkündür;
— Formal müəyyənlik – bu hüququn prinsip və göstərişlərinin müəyyənliklə xarakterizə olunmasını bildirir;
— Normativ tənzimlənmə sistemi kimi hüquq real fəaliyyət göstərir. hüquq gerçəkdir, özünü xatırladır, çünki qüvvədədir;
— hüquq qanunla eynilik təşkil etmir. Qanun hüququn ifadə formalarından biridir. Hüquq normaları dövlət tərəfindən rəsmi aktlarda müəyyən olunur. Hüquq normaları zəruri hallarda dövlət aparatının məcburetmə qüvvəsi ilə mühavizə olunur. Hüquq dövlətin ərazisində yaşayan əhalinin hamısı üçün məcburi olan normaların vahid sistemini özündə təcəssüm etdirir. Hüquq, vətəndaşın ümumi və fərdi iradəsini ifadə edir.
Hüquq nədir?
Hüquq – cəmiyyətin ümümi məqsədlərini təmin etmək üçün müəyyən edilən və ictimai güc ilə dəstəklənən adət, qayda, haqq və qanunların toplusudur.
Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. Bu cür dövlət hüquqi dövlət adlanır. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Cəmiyyətin idarə olunmasında dövlət və hüququn qarşılıqlı əlaqəsi zəruridir.
Hüququn bir neçə sahəsi var: mülki hüquq, beynəlxalq hüquq, əmək hüququ, cinayət hüququ, ailə hüququ və s.
Azərbaycan Respublikasında hüquq əsasən roman-german hüquq sistemi üzərində qurulmuşdur. Bu sistem məhz roma hüququ əsasında yaranıb və inkişaf edibdir.
Azərbaycan Respublikasında ən ali qanun Konstitusiyadır. Burada cəmiyyətə məxsus bütün hüquqlar öz əksini tapmışdır: yaşamaq hüququ, təhsil almaq hüququ, İstirahət hüququ, mülkiyyət hüququ və s.
Hüquqşünas kimdir?
Hüquqşünas – hüquq fakultəsində təhsil almış adam, hüququ öyrənən alim, hüquq sahəsində praktiki fəaliyyətlə məşğul olan mütəxəssisdir. Azərbaycan Respublikasında hüquqşunas yalnız ali hüquqi təhisl almış şəxs ola bilər (hüquq fakultəsi və ya beynəlaxalq hüquq fakultəsi məzunları). Hüquqşunas cinayət, mülki, vergi, əmək, ailə, miras, mənzil, korporativ, inzibati və digər hüquq sahələrində hüquqi yardım və hüquqi xidmətlər göstərə bilər. Vəkil statusu hüquqşunas üçün yalnız cinayət işində müdafiə etmək üçün lazımdır.
Hüquqşünas əmək bazarında yetirincə tələbat olan peşədir. Ali məktəblərin bu sahədə xeyli mütəxəssis hazırlamasına baxmayaraq, bir çox şirkət və müəssisələrin ixtisaslı hüquqşünaslara ehtiyacı var. Hüquqşünaslar bir qayda olaraq hüquqi yardım göstərir, öz müştərilərinə bu və ya digər sənədlərlə bağlı məsləhətlər verir, qanunlardan baş çıxarmaqda və lazım gəldikdə məhkəmə üçün gərəkli kağızları toplamaqda insanlara kömək edirlər.
Vəkil
Vəkillər daha çox halda cinayət işlərinə baxırlar. Bəzən məhkəmədə vəkil müdafiəsinə ehtiyacı olan şəxsin vəkil tutmaq üçün imkanı olmadıqda, dövlət tərəfindən onlara pulsuz vəkil tərəfindən pulsuz hüquq xidmətləri (vəkil xidmətləri) təklif olunur.
Hüquqi yardım
Hüquqşünasların köməyindən elə təşkilatlar istifadə edir ki, onların işin bütün qanuni incəliklərini bilən ştat işçisinə ehtiyacı var. Heç bir iri və ciddi şirkət hüquqi müşayiət olmadan keçinmir, çünki hər bir biznesdə saysız-hesabsız nüanslar var. Hətta tərəfdaşlarla əməkdaşlıq müqaviləsini düzgün və savadlı tərtib etmək üçün hüquqşünas lazımdır. Şirkətdə isə müxtəlif məzmunlu belə sənədlərin sayı lap çox ola bilər. Özü də hüquqi köməkçi istər şirkətdə çalışan mütəxəssis, istərsə də kənardan hüquqi xidmət göstərən abonent, yəni hüquq firmasında çalışan hüquqşünas ola bilər. Şirkətlərin çoxu məhz ikinci qəbildən olan hüquqşünaslara müraciət edirlər. Axı öz ştatında peşəkar hüquqşünas saxlamağa hər firmanın, özü də kommersiya yoluna yenicə qədəm qoyan bir firmanın imkanı yoxdur. Buna görə də müasir dövrdə abonent xidməti böyük populyarlıq qazanıb. Belə olan halda firma hər ay hüquq kontoruna (hüququ məsləhətxanası) müəyyən məbləğ ödəyir, həmin kontor da cari mülki-hüquqi işləri həll etmək üçün mütəxəssis verir.
Şübhəsiz ki, sadə vətəndaşların da hüquqi yardıma ehtiyacı var. Mənzil və ailə mübahisələrində ixtisaslaşan hüquqşünaslar getdikcə daha da populyarlaşır. Çox adam mənzil alğı-satqısı, boşanma, yaxud nikah məsələlərindən baş çıxarmaq üçün mütəxəssisdən pullu məsləhət almağa hazırdır. Doğrudur, qanunu özü də oxuya bilər, amma bu, həm onun vaxtını alar, həm də təcrübəsizliyi üzündən yanlış qərarlar qəbul edə bilər. Hər hansı hüquqi məsələni mütəxəssislə həll etmək daha yaxşıdır.
Yadda saxlamaq lazımdır ki, bir hüquqşünas hüququn bütün sahələrində, məsələn, həm boşanma, həm də varislik hüququ məsələlərində eyni dərəcədə yaxşı mütəxəssis ola bilməz. Odur ki, çox vaxt ancaq bir problemə dair məsləhətlər verən məhdud profilli hüquqşünaslara rast gəlirik. Buna görə də hüquqşünasa müraciət etməzdən əvvəl onun hansı sahədə ixtisaslaşdığını öyrənmək lazımdır. Sonunda onun təcrübəsi məsələnin həllində böyük rol oynaya bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.