Azərbaycanda seçki prosesinin əsasları beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur
Missiyanın ekspertləri qeyd edirlər ki, seçki prosedurlarının əksəriyyəti Məcəllədə təfərrüatları ilə əks olunmuşdur. Ümumilikdə müşahidəçilər üçün tələblər, mətbuatda təşviqat kampaniyasının aparılması və şərtləri seçici siyahılarının müəyyən olunması proseduru daxil olmaqla, Məcəllənin əsas müddəaları təşkilata şəffaf seçki prosesinin təşkili imkanlarını verir və nəticələrin Seçki Məcəlləsinə uyğun müəyyənləşdirilməsini təmin edir.
Mülkiyyət hüququnun əldə edilmə üsulları və xitamı əsasları
İlkin üsul — əvvəllər heç kimə məxsus olmayan əşyaya mülkiyyət hüququnun yaranması və ya əşyanın əvvəlki mülkiyyətçisinin iradəsindən və hüquqlarından asılı olmadan mülkiyyət hüququnun əmələ gəlməsidir. Bu zaman əşyaya mülkiyyət hüququ ilk dəfə yaranır və ya əvvəlki mülkiyyətçinin iradəsindən asılı olmadan əmələ gəlir. Ona görə də burada tərəflərin razılığı tələb olunmur, qanun əsasında müəyyən edilir. Bu üsulla mülkiyyət hüququ yaranan mülkiyyətçi həmin hüququ tam əldə edir.
Törəmə üsul – hüquqi varislik əsasında, əmlakın əvvəlki mülkiyyətçisinin iradı ifadəsilə əmələ gəlir.Yeni mülkiyyətçinin mülkiyyət hüququ əvvəlki mülkiyyətçinin mülkiyyət hüququ həcmində olur.
Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsullarına şəxsin özü üçün hazırladığı və yaratdığı əmlaka mülkiyyət hüququnun əldə etməsi üsulu(bu zaman mülkiyyət hüququnun yaranması anı əmlakın dövlət qeydiyyatına alındığı an ilə şərtlənir); Özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi üsulu (bu zaman bu hüquqi nəticəyə səbəb olur və bu tikili vətəndaşların həyatı üçün təhlükə yaratmamalıdır); emal mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsulu; birləşmə mülkiyyət üsulunun əldə edilmıəsinin ilkin üsulu; mülkiyyətçinin imtina etdiyi daşınar əmlaka mülkiyyət hüququ vəs. üsulları göstərmək olar.
Törəmə üsullara isə mülki – hüquqi əqdlər üsulu, vərəsəlik qaydasında verilmə üsulu və əşyanın verilməsi üsulunu göstərmək olar.
Mülkiyyət hüququnun xitam edilməsi əsasları dedikdə, əmlak üzərində şəxsin subyektiv hüququnun ləğv edilməsi və itirilməsi, digər şəxs üçün isə həmin hüququn əldə edilməsi başa düşülür. Mülkiyyət hüququnun xitam edilməsi əsaslarına daşınmaz əmlaka mülkiyyət hüququnun itirilməsi və daşınar əşyaya mülkiyyət hüququnun itirilməsi; hüquq varisi üçün mülkiyyət hüququnun əməələ gəlməsinə səbəb olan əsaslar və digər şəxs üçün belə nəticənin əmələ gəlməsinə səbəb olmayan əsaslar; subyektiv və obyektiv əsasları və s. göstərmək olar(könüllü və məcburi əsaslar).
Azərbaycanda seçki prosesinin əsasları beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur
Bakı, 8 oktyabr (AZƏRTAC). Azərbaycanda seçki prosesinin əsasları beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur.
Bu sözləri Mərkəzi Avropa Siyasi Monitorinq Qrupunun üzvləri oktyabrım 8-də keçirdikləri mətbuat konfransında demişlər.
Monitorinq Qrupunun rəhbəri Nikolai Meinert missiyanın üzvləri barədə məlumat verərək bildirmişdir ki, qrupa Avropa Parlamentinin, Mərkəzi Avropa ölkələri parlamentlərinin üzvləri, Almaniya, Belçika, Avstriya, Estoniya və Litvadan olan hüquqşünaslar, politoloqlar və jurnalistlər daxildirlər.
Monitorinq Qrupunun üzvləri Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlığın başa çatması ilə bağlı ilkin hesabatı açıqlamışlar.
Hesabatda missiyanın sentyabrın 11-dən Azərbaycanda Seçki Məcəlləsini öyrənməyə və təhlil etməyə, eyni zamanda, hazırkı seçki sistemi və Mərkəzi Seçki Komissiyasının seçkilərə hazırlıq işini müşahidə etməyə başladığı bildirilmişdir. Ekspertlər, həmçinin ölkəmizin bəzi regionlarına səfər edəcək və səsvermə prosesini izləyəcəklər.
Hesabatda qeyd olunur ki, Azərbaycanın Seçki Məcəlləsi bütün səviyyələrdə demokratik seçkilərin keçirilməsi üçün zəruri olan əsas elementləri özündə ehtiva edir. Qəbul olunduğu vaxtdan məcəllə beynəlxalq insan haqları təşkilatlarının irad və tövsiyələrinə uyğun olaraq, eləcə də seçkilərin demokratik keçirilməsində ölkənin öz təcrübəsini əks etdirmək üçün mütəmadi olaraq yenilənir. Missiya bütövlükdə Seçki Məcəlləsinin Azərbaycan vətəndaşlarının iradəsini əks etdirən seçki prosesinə imkan verdiyini hesab edir.
Missiyanın ekspertləri qeyd edirlər ki, seçki prosedurlarının əksəriyyəti Məcəllədə təfərrüatları ilə əks olunmuşdur. Ümumilikdə müşahidəçilər üçün tələblər, mətbuatda təşviqat kampaniyasının aparılması və şərtləri seçici siyahılarının müəyyən olunması proseduru daxil olmaqla, Məcəllənin əsas müddəaları təşkilata şəffaf seçki prosesinin təşkili imkanlarını verir və nəticələrin Seçki Məcəlləsinə uyğun müəyyənləşdirilməsini təmin edir.
Monitorinq Qrupu MSK-nın işinə də toxunmuşdur. Hesabatda MSK-nın öz işini tam olaraq müstəqil şəkildə qura bildiyi vurğulanmışdır. Bildirilir ki, MSK ənənəvi olaraq xarici müşahidə missiyaları ilə çox səmərəli çalışmış və əməkdaşlıq etmişdir. MSK öz işini qrafik üzrə, peşəkarcasına və Seçki Məcəlləsində müəyyən edilmiş bütün tələblərə və prosesin mərhələsinə uyğun olaraq aparır. Seçkiqabağı proseslə bağlı o da qeyd olunur ki, seçki prosesinin hüquqi əsasları beynəlxalq qaydalara uyğundur. Seçki Məcəlləsi seçki prosesinin bütün posedurlarını kifayət qədər təsvir edir.
Hesabatda deyilir ki, missiya seçkiqabağı kampaniyanın müddəti, seçki günü, səslərin sayılması və nəticələrin müəyyən olunması prosesinin Azərbaycanda seçki qanunvericiliyinə uyğun həyata keçiriləcəyinə və prezident seçkilərinin beynəlxalq standartlara cavab verəcəyinə ümid edir.
MSK səsvermə günü və səslərin sayılması prosesi ilə missiya rəhbərliyini təhlil aparmaq üçün bütün məlumatlarla təmin edəcəkdir. Missiya, eyni zamanda, akkreditasiya olunmuş digər beynəlxalq qurumlarla əlaqə saxlayacaq və əldə edilmiş məlumatları mübadilə edəcəkdir.
Missiya seçkidən sonra yekun hesabatını da açıqlayacaqdır.
Y AR konstitusiyası və hüququn əsasları (AZ)
202 Hansı halda hüququ şəxsin düzgün anlayışı verilmişdir? qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş xüsusi yaradılmış elə qurumdur ki, mülkiyyətində ayrıca əmlakı və müstəqil balansı vardır,öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və həyata keçirə, vəzifələr daşıya,münsiflər məhkəməsində iddiaçı və ya cavabdeh ola bilər; qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş,xüsusi yaradılmış elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı və müstəqil balansı vardır,öz öhdəliukləri üçün bu əmlakla cabaabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və həyata keçirə,vəzifələr daşıya,məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər. qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş ,xüssusi yaradılmış elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı vardır,öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər; qanunla müəyyənləşdirilən.
See Full PDF
See Full PDF
Related Papers
MÜASİR DÖVRÜN AKTUAL PROBLEMLƏRİ
Comments are closed, but trackbacks and pingbacks are open.