Press "Enter" to skip to content

Hüseyn Arifin “Seçilmiş əsərləri”nin yeni nəşri təqdim olunmuşdur

6. Dostluq telləri (şerlər).

Hüseyn Arif-90

Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif) 1924-cü il iyun ayının 15-də Azərbaycanın Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Ağstafa şəhər yeddiillik məktəbini bitirdikdən sonra,1937-1940-cı illərdə Bakı Pedaqoji məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə Tovuz şəhər orta məktəbində müəllim kimi başlamışdır.İlkinci Dünya müharibəsi dövründə döyüşən ordu tərkibində Ukrayna cəbbəsində, Polşa, Çexoslovakiya və Almaniya ölkələlərində olmuş, yaralanmış, müalicə olunandan sonra Moskva hərbi mühəndislik məktəbinə göndərilmişdir. 1943-1945-ci illərdə SSRİ Xalq Daxili İşlər Komissarlığı qoşunları tərkibində vzvod komandiri olmuşdur. Sovet Ordusu sıralarından təxis olunandan sonra ,1946-1951- ci illər ADU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdır.Şair 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.1951-1952-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitunun aspiranturasında təhsilini davam etdirmişdir. 1957-1959-cu illərdə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri, 1965-1967-ci illərdə “Azərnəşr”in Bədii ədəbiyyat redaksında böyük redaktor,1967-1968-ci illərdə “Gənclik” nəşriyyatında Bədii ədəbiyyat redaksiyasının müdiri, 1980-1982-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəni-Maarif idarəsində Repertuar redaksiya kollegiyasıın üzvü olmuşdur.1982-ci ildən Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifəsində işləmişdir. 1991-ci ildə AzərbaycanYazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun lidrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet Teatrında,”Yolda “poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.1971-ci ildə “Dağ kəndi” poemasına görə “Qızıl Oraq” mükafatına layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur .Mahnılarına musiqi bəstələnmişdir.1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərinin iştirakçısı,1978-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı olmüş,1989-cu ildə isə “Azərbaycanın Xalq şairi”fəxri adına layiq görülmüşdür.1992-ci il sentyabr ayının 14-də Bakıda vəfat etmiş,doğma kəndində dəfin olunmuşdur.

Yubiley tədbirlərinin keçirilməsi

Yazıçı Hüseyn Arifin anadan olmasının 90 illiyi ilə əlaqədar onun dədii irsinin yeni tarixi şəraitdə öyrənilməsi,geniş oxucu kütləsinə çatdırılması və gənc nəsilin Hüseyn Arifin yaradıcılığının dəyərindən bəhrələnməsi, onlarda milli ləyaqətin tərbiyə olunması, elmi dünyagörüşünün formalaşdırılması üçün bütün mədəni- maarif müəssisələri,o cümlədən kitabxanalar qarşısında mühüm vəzifələr durur.Kitabxanalar birinci növədə,ədib haqqında çap olunmuş ədəbiyyatın düzgün komplektləşdirilməsinə, özlərinin kataloqlarında,biblioqrafik katotekalarında yeni rubrika- ların açılmasına və yubiley materiallarının aradan vaxtında əks etdirilməsi nail olmalıdirlar.MKS-nin Mərkəzi kitabxanası və onun kitabxana filialları Hüseyin Arifin bədii irsinin oxuculara çatdırılması üçün əyani və Şifahi təbliğatın : Kitab sərgiləri,kitabxana plakatları,stend,albom ,ədəbi-bədii əsərlərin müzakirəsi, söhbətlər və disputların aparılması,oxucu konfranslarının,biblioqrafik icmalların keçirilməsinin təmin edilməldir. Yubiley dövründə kitabxanalarda kitab müzakirələrinin,disputların, ucadan oxular keçirilməsinin əhəmiyyəti olduqca böyükdür. Keçirilən tədbirlər, içərisində kitab müzakirələri xüsusi yer tutur.Çünki kitablar oxucuların baxışlarının hisslərinin tərbiyə edilməsində qüdrətli amildir. Kitab təbliğinin ən canlı əyanı təblığat formalarından biri də kitab sərgiləridir.

Aşağıda Hüseyn Arifin 90 illiyi ilə əlaqədar kitabın sxemini vermək

1. Başlıq: Hüseyn Arifin 90 illiyi.

2. Yeni həyat yollarında( Şerlər).

3. Mən sülhə səs verirəm,

4. Rus dilli müəlliməsi (şerlər).

5. Məhəbbət nəğmələri .

6. Dostluq telləri (şerlər).

9. Sibir töhfələri.

11. Yollar və xatirələr.

Hüseyn Arifin anadan olmasının 90 illiyi

1. Yeni həyat yollarında( Şerlər) ,B.: Azərnəşr ,1950.- 45 s.

2. Mən sülhə səs verirəm, B.: Azərnəşr,1951.-31 s.

3. Rus dilli müəlliməsi (şerlər),B.: Uşqgəncnəşr,1954.- 52 s.

4. Məhəbbət nəğmələri, B.: Azərnəşr, 1956.-22 s.

5. Dostluq telləri (şerlər). B,Uşaqgəncnəşr, 1960.- 80 s.

6.Yolda (poema) ,B.: Azərnəşr, 1962 .- 111 s.

7. Ömür çeşməsi, B.: Azərnəşr, 1964.- 56 s.

8. Sibir töhfələri (şerlər),B.:Azərnəşr ,1964.- 56 s.

9.Torpaq eşqi, B.: Azərnəşr,1964.- 84 s.

10. Yollar və xatirələr,B.: Azərnəşr, 1966.-334 s.

11. Duru göl əfsanəsi,B .: Gənclik, 1969.- 74 s.

1. Yeni həyat yollarında( Şerlər) ,B.: Azərnəşr ,1950.- 45 s.

2. Mən sülhə səs verirəm, B.: Azərnəşr,1951.-31 s.

3. Rus dilli müəlliməsi (şerlər),B.: Uşqgəncnəşr,1954.- 52 s.

4. Məhəbbət nəğmələri, B.: Azərnəşr, 1956.-22 s.

5. Dostluq telləri (şerlər). B,Uşaqgəncnəşr, 1960.- 80 s.

6.Yolda (poema) ,B.: Azərnəşr, 1962 .- 111 s.

7. Ömür çeşməsi, B.: Azərnəşr, 1964.- 56 s.

8. Sibir töhfələri (şerlər),B.:Azərnəşr ,1964.- 56 s.

9.Torpaq eşqi, B.: Azərnəşr,1964.- 84 s.

10. Yollar və xatirələr,B.: Azərnəşr, 1966.-334 s.

11. Duru göl əfsanəsi,B .: Gənclik, 1969.- 74 s.

12. Seçilimiş əsərləri (şerlər və poemalar). B.: Azərnəşr,1969.-230 s.

13. Bahar gələndə,B.: Azərnəşr,1969.- 120 s.

14. Sən mənimlə get, B.: Gənclik, 1970.- 248 s.

15. Söylə yadındamı ? B.: Gənclik, 1972.- 205 s.

16. Qocalan deyiləm, B.: Gənclik,1974.- 159 s.

17. Seçilmış əsərləri (iki cilddə) .I c.B.: Azərnəşr, 1975.- 283 s.

18. Seçilmiş əsərləri (iki cilddə) ,II c.B.: Azərnəşr, 1975.-283 s.

19. Ömür gözəlsə. B.: Gənclik, 1978.- 351 s.

20. Ömür deyir (şerlər), B.:Gənclik, 1981.- 138s.

21. Ayrı düşəli (şerlər), B.: 1983.-280 s.

22. Şamxor su-elektrik stansiyaı (şerlər),B.: İşıq, 1979.-24 s.

23. Dilqəm (şerlər və poemalar),B.: Yazıçı, 1984.- 240 s.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Hüseyn Arifin “Seçilmiş əsərləri”nin yeni nəşri təqdim olunmuşdur

Bakı, 2 sentyabr (AZƏRTAC). Sentyabrın 2-də “Xalq Bank”ın təşəbbüsü və maliyyə dəstəyi ilə “Xalq əmanəti” layihəsi çərçivəsində nəşr olunmuş Xalq Şairi, dövlət mükafatı laureatı Hüseyn Arifin “Seçilmiş əsərləri” geniş ictimaiyyətə təqdim edilmişdir.

AZƏRTAC xəbər verir ki, ziyalıların, ictimaiyyət nümayəndələrinin və KİV təmsilçilərinin iştirak etdikləri tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov açaraq Hüseyn Arifin yaradıcılığı haqqında məlumat vermişdir. Bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyev digər sahələrlə yanaşı, mədəniyyətə də qayğı ilə yanaşmış, Azərbaycanın tanınmış şairlərini həmişə diqqətində saxlamışdır. “Xalq Bank”ın maliyyə dəstəyi ilə nəşr olunmuş bu kitab da Azərbaycan mədəniyyətinə bir töhfədir.

Tədbirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Hüseyn Arif ailəsinin yaxını kimi “Seçilmiş əsərləri”n yenidən nəşrinə görə “Xalq Bank”a təşəkkürünü bildirmiş, şairin ölməz əsərlərinin xalqın qəlbində həmişə yaşayacağını söyləmişdir.

Xalq Şairi Nəriman Həsənzadə, Prezident təqaüdçüsü, şair İlyas Tapdıq və başqaları Hüseyn Ariflə bağlı xatirələrini bölüşmüşlər.

Tədbirdə şairin şerlərindən nümunələr söylənilmişdir.

Xatırladaq ki, 2010-cu ildən başlamış “Xalq əmanəti” layihəsi çərçivəsində Azərbaycanın Xalq Rəssamı Böyükağa Mirzəzadə, Xalq Şairi Məmməd Araz və Xalq Rəssamı Maral Rəhmanzadənin həyat və yaradıcılığı haqqında nəşr olunmuş kitablar geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanmışdır.

“Xalq əmanəti” seriyasından olan kitablar ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, Azərbaycandakı diplomatik nümayəndəliklərə və s. hədiyyə olunur.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Hüseyn Arif.Həyatı və Yaradıcılığı

Hüseynzadə Hüseyn Camal oğlu (Huseyn Arif) – şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), “Azərbaycan Dövlət Mükafatı” laureatı (1978), Azərbaycanın xalq şairi (1989).

Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yeni gün kəndində anadan olub.Bakı pedaqoji məktəbində (1937-1940), ADU-nun şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952).Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan cəmiyyətində şöbə müdiri (1957-1959),”Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967),”Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968),Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.
Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.

Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, “Yolda” poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur.

1. Yeni həyat yollarında (şerlər). Bakı: Azərnəşr, 1950, 45 səh.
2. Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
3. Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh.
4. Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
5. Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh.
6. Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.
7. Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.
8. Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səh.
9. Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.
10. Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.
11. Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.
12. Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh.
13. Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.
14. Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.
15. Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.
16. Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
17. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh.
18. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh.
19. Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.
20. Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq, 1979, 24 səh.
21. Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.
22. Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.
23. Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.
24. Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh.
25. Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı, 1985, 252 səh.

1.”Aşıq Alını axtarıram”, “Elm və həyat” jurnalı, Bakı, 1968, №2, səh.12.
2.”Aşıq Alı”, “Azərbaycan” jurnalı, Bakı, 1969, №9, səh.199-203.

XALQSIZ XALQ ŞAİRLƏRİ

Bir həyat şairi var,
Bir də vaxt şairləri.
Eldən, gündən xəbərsiz
Saray, taxt şairləri.

Biri haqqa daş atar,
Biri kölgədə yatar,
Kim sevib, kim yaşadar
Bu bədbəxt şairləri.

Biri var, üzdəniraq
Haça dil, hazıryaraq.
Qapı, baca, künc, bucaq
Əl-ayaq şairləri.

Hüseyn Arif, nə xəbər
Nə qədərmiş nə xəbər
Başsız başa keçənlər
Xalqsız xalq şairləri.

BİZ AYRI DÜŞƏLİ

O günlər yuxuydu, yoxsa həqiqət,
Bəlkə bir düyünlü sirr idi, getdi.
O arzu, o ümid, o söz, o söhbət
Dodaqdan süzülən dürr idi, getdi.

Şırşırlar oyandı, çağladı dağlar,
Çiçəklər boylandı, bəzəndi bağlar.
Biz ayrı düşəli bir qərib bahar,
Yanımdan xəbərsiz yeridi, getdi.

Buludlar üfüqə çəkildi lay-lay,
Zəmilər biçildi, buğdalar tay-tay
Biz ayrı düşəli bir alovlu yay
Çölləri, düzləri bürüdü getdi.

Bulaqlar boynunda üşüdü yarpız,
Yarpaqlar, budaqdan endi aramsız.
Biz ayrı düşəli bir yorğun payız,
Sarı çuxasını sürüdü, getdi.

Axdı damcı-damcı buz salxımları,
Sellər yaraladı bürcü, hasarı.
Biz ayrı düşəli bir qışın qarı
Gözümün içində əridi, getdi.

Könlümdə dörd fəslin qəmi, nisgili,
Möhnətin sonu yox, qəmin sahili,
Yetmiş vida ili, ayrılıq ili,
Ömrün günlərinin biriydi, getdi.
Bir dağ kəli yaraladım zirvədə

Bir dağ kəli yaraladım zirvədə
Baş titrədi, ayaq əsdi, daş axdı.
Bir canlını candan saldı bir zədə
İki gözdən iki damla yaş axdı.

Düşünmədim, anadır, ya baladır,
Ovçu atar ov bərədən keçəndə
Ala tula qanlı daşı yaladı,
O sönürdü tikanlığın içində.

Qabaqlaşdıq sökülməmiş qızıl dan,
Mən silahlı, o silahsız bu yerdə.
Yarıyolda ayrı düşdü qatardan,
Mən günahlı, o günhasız bu yerdə.

Öz halına təkcə özü ağladı,
Kimi var ki, kim dayana yanında.
Dil uzadıb, nəm torpağı yaladı,
Sumu keçdi xəyalından son anda.

Dodaq yanır, yanaq yanır, üz yanır,
Buludumu, dumanımı əyləsin?
Boylandıqca baxış yanır, göz yanır,
Bu yanğıyla sellər, sular neyləsin?

Ağır-ağır dartıb bükdü dizini,
Muncuqladı kirpiklərdə donan tər.
İndən belə toz basacaq izini,
İndən belə nə yürüş var, nə səfər.

Birdən-birə elə çırpdı özünü,
Sağ buynuzu qopub qaldı qayada.
Ey Hüseyn, müxtəsər et sözünü,
Bu qan səni tutasıydı, tutdu da.

Gözəllər, söyləyin bu necə işdi,
Qiyməti şöhrətə ada verdiniz?
Kədəri yaxının üstünə atıb,
Sevinci aparıb yada verdiniz?

Hər saxta gülüşə, hər yalan sözə,
Aldanıb düşdünüz dolaşıq işə.
Sonralar möhnətlə gəlib üz-üzə
Ömrü közə tutub, oda verdiniz.

Buza döndü qələm, bozardı kağız,
Arxamı qış kəsdi, qarşımı payız.
Yüzünüz bir şair yaratmadınız,
Biriniz yüz şair bada verdiniz…

Sən dərsə gəlməyəndə…

Düşür yadıma hərdən
Məktəb həyətində mən
Yoluna göz dikərdim,
Qəlbim sızlardı birdən
Sən dərsə gəlməyəndə…

Durub-durub anardım,
Gizli-gizli yanardım.
Neçə dostun içində
Özümü tək sanardım.
Sən dərsə gəlməyəndə…

Zəng səsi ucalardı,
Uşaqlar söz alardı.
Gözlərim boş masanda.
Fikrim səndə qalardı
Sən dərsə gəlməyəndə…

Dözməyib buna bəzən
Düşüb gah da həvəsdən
Nə danım həqiqəti,
Qaçardım mən də dərsdən
Sən dərsə gəlməyəndə…

Siz elə kimsəylə oturub, durun,
Könlünüz nə desə yetirsin sizə.
Bir əli daş-qaşla oynasın onun,
Bir əli gül-çiçək bitirsin sizə.
Xidmətmi gərəkdir?
Hər xidmət hazır,
Burda beçə balı, orda ət hazır
Mənzil istəsəniz, imarət hazır,
Günəşi ovcunda gətirsin sizə.

Hüseyn Arifin bir ərzi də var,
Çoxdankı, çoxları çox şey arzular.
Sevəndə katibi sevin, a qızlar,
Şairin nəyi var, nə versin sizə?!

Kef üstündə kefimizi
Gəldi, sordu meşəbəyi.
– Buyur! – dedik, atdan enib,
Bardaş qurdu meşəbəyi

Qamçısını atdı sola,
Çantasını çəkdi dala.
Şirin-şirin, bala-bala
Bizlə vurdu meşəbəyi.

İsti kabab, təzə fətir
Doymaq olmur, yenə gətir.
Bığlarını arada bir
Eşib durdu meşəbəyi

Altımışı verib yelə
Düşməyibdir ruhdan hələ
Qarşıdakı bir gözələ
Göz də vurdu meşəbəyi.

Yatdı biri – keflənərək,
Birini də yıxdı külək.
Hüseynlə axıradək
Möhkəm durdu meşəbəyi
AY MİRZƏ DAYI

Aşıq Mirzə Bayramova

Mən beşikdə ikən telli sazınla
Laylamı sən çaldın, ay Mirzə dayı
Yenə dilləndirdin “Yanıq Kərəmi”
Canıma od saldın, ay Mirzə dayı.

Ağır toylar gördün, nişanlar gördün,
Mahaldan-mahala atını sürdün.
Gəlinlər gətirdin, qızlar köçürdün,
Çox nəmərlər aldın, ay Mirzə dayı.

Sənət meydanında imtahan olur,
Hüseynin əhvalı pərişan olur.
Səsin tutulanda könlüm qan olur,
Sən niyə qocaldın, ay Mirzə dayı?

Son Yazılar

  • Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var
  • Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!”
  • Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman”
  • Xəyalə SEVİL.”Üstümdə”
  • Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni”

Arxivlər

Blogroll

Kateqoriyalar

  • “Açık Kara” dergisi
  • “Alkış” dergisi
  • “Ədəbi Körpü” dərgisi
  • “Güzlek”
  • “Güzlek” dərgisi
  • “Hece Taşları” dergisi
  • “Kümbet” dergisi
  • “Mevsimler” dergisi
  • “Türkay” dərgisi
  • “Usare” dergisi
  • “Yarpuz” dergisi
  • “Yeni nəşrlər”
  • “Zərif kölgələr”
  • “Zərrələr”
  • “Kardelen” dergisi
  • AJB Sumqayıt şəhər təşkilatı
  • Ana səhifə
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan ədəbiyyatı
  • Azərbaycan Prezidenti
  • Dilçilik İnsitutu
  • Ədəbiyyatşünaslıq
  • Haqqımızda
  • Mədəniyyət
  • Müsabiqə
  • Müsahibə
  • Pakistan ədəbiyaytı
  • Prezident Mükafatçıları 2022
  • Publisistika
  • Ruskaya literatura
  • SOCAR «Azərikimya» İB
  • Sumqayıt RMTİ
  • Türk xalqları ədəbiyyatı
  • Türkiyə Cümhuriyyəti
  • Türkiyə ədəbiyyatı

Təqvim

Mart 2023

BE ÇA Ç CA C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Son Yazılar

  • Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var 17 Mart 2023
  • Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!” 17 Mart 2023
  • Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman” 17 Mart 2023
  • Xəyalə SEVİL.”Üstümdə” 17 Mart 2023
  • Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni” 17 Mart 2023
  • Arzu HÜSEYN.”Ən gözəl çiləm” 17 Mart 2023
  • Arzu HÜSEYN.”Hər şey səni xatırladır” 17 Mart 2023
  • Nigar ARİF.”GEDƏK ÜZÜ KÜLƏYƏ?” 17 Mart 2023
  • Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın məqaləsi “Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
  • Azərbaycanlı yazıçı Coşqun Xəliloğlunun şeiri Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib 16 Mart 2023
  • Prezident cənab İlham ƏLİYEVƏ Xalq yazıçısı ANARdan təşəkkür məktubu 16 Mart 2023
  • Milli Kitabxanada “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası hazırlanıb 16 Mart 2023
  • Xalq Yazıçısı Anarın 85 illiyi münasibəti ilə hekayə müsabiqəsi elan edilir 16 Mart 2023
  • Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində 16 Mart 2023
  • İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək 16 Mart 2023
  • A.R.Rzayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında
    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 15 Mart 2023
  • “Tesdergi” gösteri ve yazı dünyası 1. sayısı yayında 14 Mart 2023
  • Xalq yazıçısı ANAR.Yeni şeirlər (2023) 14 Mart 2023
  • Pərvindən yeni kitab 14 Mart 2023

Comments are closed, but trackbacks and pingbacks are open.