Li Hüseynli: Konstitusiya cəmiyyətlə birlikdə inkişaf etməlidir
Prezidentliyə namizəd Azərbaycanda neçə ildən artiq yaşamalıdir – 10 ildən
Prezident nece il müddətində secilir – 7 il müddətində
Sesverme günündən necə gün sonra seckilərin yekunu rəsmən elan olunur – 14 gun sonra Konstitusiya Məhkəməsi elan edir.
Prezident necə gen müddətində and icir? — 3 gün ərzində Konstitusiya Məhkəməsinin Hakimlərinin isdiraki ilə
Prezidentin səhəti ilə bağlı isdefası Konstitusiya Məhkəməsi Hkimlərinin necə səs coxlugu ilə qəbul edilir? — 6 səs coxluğu ilə
Prezident vaxtından əvvəl vəzifədən getdikdə necə gün müddətində növbədədn kənar Prezident seckiləri kecirilir? 60 gun
Prezident ağir cinayət törətdikdə Ali Məhkəmə necə gün müddətində rəy verir? – 30 gün
Deputatlarin nece ses coxlugu ilə Prezident vəzifədən kənarlaşdirilir?—95 səs coxlugu
Prezident qanunları ona təqdim olunmuş gündən başlayaraq– 56 gündə imzalayir
Əgər imzalayıb etirazı ilə birlikdə MM geri gondərərsə səslər necə dəyisir? – 83 səslə qəbul olan qanun 95 səs coxluöu ilə və
63 səslə qəbul olan qanun 83 səs coxluğu ilə yenidən qəbul edilir.
Prezident hərbi və fovqəladə vəziyyəti necə saat muddətində MM təsdiqinə verir ?– 24 saaat
KONSTİTUSİYA QISA KONSPEKT
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət
himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
M a d d ə 1 0 8 . Azərbaycan Respublikası Prezidentinin
təminatı
II. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin
təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir.
M a d d ə 1 3 4 . Naxçıvan Muxtar Respublikasının statusu
VI. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan
Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti
tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir.
M a d d ə 1 4 9 . Normativ hüquqi aktlar
Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu
ilə müəyyən edilir
M a d d ə 1 5 6 . Azərbaycan Respublikasının Konstitusiyasına
əlavələrin qəbul edilməsi qaydası
I. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr
Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə
Konstitusiya qanunları şəklində qəbul edilir.
MƏHKƏMƏ VƏ HAKİMLƏR
Prezidentin Təqdimatına əsasən -Konstitusiya məhkəməsi Hakimi
Milli Məclis vəzifəyə təyin edir -Ali Məhkəmə Hakimlıri
Apelasiya Məhkəməsi Hakimləri
Prezident Vəzifəyə təyin edir -İxdisaslasdirilmis Məhkəmələrin
-Ümumi Məhkəmələrin Hakimləri
Bütün Hakimləri -Prezidentin Təqdimatina əsasən Milli Məclis vəzifədən kənarlaşdirir
83 səs çoxlugu
-Konstitusiya məhkəməsi Hakimləri
– Ali Məhkəmə Hakimlıri
– Apelasiya Məhkəməsi Hakimləri
63 səs çoxluğu
– İxdisaslasdirilmis Məhkəmələrin Hakimləri
-Ümumi Məhkəmələrin Hakimləri
Maddə 130 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
1 Konstitusiya (Ən yüksək hüquqi qüvvəyə malikdir)
2 Qanunlar
3 Prezidentin Fərmanı
4 Nazirlər Kabineti Qərarı
5 Mərkəzi İcra Hakimiyyəti Orqanlarinin Normativ Hüquq Aktlari
Ali Məhkəmə 1,2
Bələdiyyə Aktlari 1,2,3,4
Dövlətlərarası – Qüvvəyə minmir və qüvvədən düşmür.
AR Konstitusiyasına uyğun olmalıdır
Hökumətlərarası – Qüvvəyə minir və qüvvədən düşür.
AR konstitusiyasına və Qanunlarına uyğun olmalıdır
Naxçıvan Muxtar Respublikası
Məcburi hüquqi qüvvəyə malikdir
AR-nın konstitusiyası
Qanunları ,
Prezidentin fərmanları,
Nazirlər kabinetinin qərarları
Hüquqi qüvvəyə malikdir
NMR Konstitusiyası və Qanunları.
NMR Nazirlər kabinetinin qərarları
UĞUNLUQ
1) AR konsitusiyasına uyğun olmalıdır
– NMR Konsitusiyasi
– NMR Qanunları
– Ali məclisin qərarları
– NMR Nazirlər kabinetinin qərarları
2) AR qanunlarına uyğun olmalıdır
– NMR Qanunları
– NMR Nazirlər kabinetinin qərarları
3) AR Prezidentinin fərmanlarına Və Nazirlər kabinetinin qərlarina uğun olmalıdır.
– NMR Nazirlər kabinetinin qərarları
QANUNLAR
Qanunlari Hazirlayir: – Milli Məclis
Qanunlari İmzaliyir: – Prezident
Qanunlari Dərc edir: – Prezident
Qanunları Şərh edir: – Konstitusiya Məhkəməsi
Qanunların İcra və Tətbiqinə nəzarət edir: – Prokurorluq
TOXUNULMAZLİQ
Şəxsi Toxunulmazliq hüququ – Hər kəsin
Toxunulmazliq hüququna Malikdir – Prezident
Toxunulmazdir– Hakimlər
Səlahiyyət müddəti ərzində toxunulmazdir
– Vitse prezident
– Baş nazir
– Deputatlar
AKTLAR
Prezidentin aktlari – Fərman və Sərəncam
Milli Məclis – Konstitusiya qanunları, qanunlar, qərarlar
Nazirlər kabineti – Qərar və Sərəncamlar
Qeyd : Dərc edildiyi gündən Qüvvəyə Minir
Konstitusiyada Gün, Ay, İl, Saat, Yaş, Say
Konstitusiya qəbul edilib – 12.11.1995
Konstitusiya qüvvəyə minib – 27.11.1995
AR konstitusiyasi– 5 Bölmə 12 Fəsil 158 Maddən ibarətdir
Necə yaşına çatmamış uşaqlar işə götürülmür? — 15 yaşina çatmamiş
Nece yaşına çatmış uşaqlar əmək qabiliyyəti olmayan valideyinlərinə baxmağa borcludur? 18 yaşa catmiş əmək qabiliyəti olan uşaqlar
Milli Məclis
Milli Məclisin deputalarinin sayi –125
Səlahiyyət muddəti– 5il
Deputatlıqdan çıxanların yerinə seçkilər kecirilmir ? Səlahiyyət muddətinin bitməsinə 120 gun dən az muddət qalarsa.
Necə deputatın səlahiyyəti təsdəq olduqda MM səlahiyətlidir— 83 deputatın
Növbədən kənar sesiyaları çağırır? – MM sədri. 42 deputat və ya Prezidentin tələbi ilə
MM sesyasi nə zaman Qapali kecirilir? – 83 deputain tələbi və ya Prezidentin təklifi ilə
MM ümumi qaydalarında — 83 və 63 səslə qanunlar qəbul edilir
MM həll etdiyi məsəslələrdə – 63 səslə qanun və qərarlar qəbul edilir
MM-ə təqdim olunan qanun və qərar lahiyələri nece aya səsə qoyulur? —2 ay Ərzində əgər təcilidirsə 20 gün ərzində
Qanunlar qəbul edildikden sonra Prezidentə imzalamaq ücün təqdim olunur –14 gün müddətində
Təcilidirsə qəbul olunduğu gündən 24 saat ərzində təqdim olunur.
Hakimler
Hakimliyə Nazmizəd neçə ildən artıq Hüquqşünas ixtisası üzrə işləməlidir? – 5il
Konstitusiya Məhkəmsi nece Hakimdən ibarətdir? – 9 Hakim
NMR Ali məclisi necə üzvdən ibarətdir? — 45 üzv
Bələdiyyələrin qərarları qəbul edilir? Sadə səs çoxluğu
Yerli Vergilərlə Bağlı qərarlar qəbul edilir? (Bələdiyyə) 2/3 səs coxluğu
PREZİDENT
Prezidentliyə namizəd Azərbaycanda neçə ildən artiq yaşamalıdir – 10 ildən
Prezident nece il müddətində secilir – 7 il müddətində
Sesverme günündən necə gün sonra seckilərin yekunu rəsmən elan olunur – 14 gun sonra Konstitusiya Məhkəməsi elan edir.
Prezident necə gen müddətində and icir? — 3 gün ərzində Konstitusiya Məhkəməsinin Hakimlərinin isdiraki ilə
Prezidentin səhəti ilə bağlı isdefası Konstitusiya Məhkəməsi Hkimlərinin necə səs coxlugu ilə qəbul edilir? — 6 səs coxluğu ilə
Prezident vaxtından əvvəl vəzifədən getdikdə necə gün müddətində növbədədn kənar Prezident seckiləri kecirilir? 60 gun
Prezident ağir cinayət törətdikdə Ali Məhkəmə necə gün müddətində rəy verir? – 30 gün
Deputatlarin nece ses coxlugu ilə Prezident vəzifədən kənarlaşdirilir?—95 səs coxlugu
Prezident qanunları ona təqdim olunmuş gündən başlayaraq– 56 gündə imzalayir
Əgər imzalayıb etirazı ilə birlikdə MM geri gondərərsə səslər necə dəyisir? – 83 səslə qəbul olan qanun 95 səs coxluöu ilə və
63 səslə qəbul olan qanun 83 səs coxluğu ilə yenidən qəbul edilir.
Prezident hərbi və fovqəladə vəziyyəti necə saat muddətində MM təsdiqinə verir ?– 24 saaat
Prezident təyin edir və azad edir,təqdimat və razılıq verir
Baş Prokuroru – MM razılığı ilə Prezident vəzifəyə təyin və azad edir
Baş Prokurorun müavinini, NMR Prokuroru, Respublika ixtisaslaşdırılmış
Prokurorluqlar—AR Baş prokurorunun təqdimatı ilə Prezident təyin və azad edir
Yalniz Ərazi və ixtisaslaşdırılmış prokurorları—Prezidentin raziliği ilə
Baş prokuror vəzifəyə təyin və azad edir
Səfirlər– Prezident vəzifəyə təyin və azad edir
Baş Nazır– MM razılığı ilə Prezident vəzifəyə təyin və azad edir
Nazirlər kabinetinin üzvlərini – Prezident vəzifəyə təyin və azad edir
Konstitusiya, Ali və Apelyasiya məhkəmələrinin hakimləri– Prezidentin təqdimati ilə MM vəzifəyə təyin edir
Ümumi və ixtisaslaşmış Məhkəmələrin Hakimləri– Prezidet vəzifəyə təyin edir
Konstitusiya, Ali və Apelyasiya Ümumi və ixtisaslaşmış məhkəmələrinin hakimləri– Prezidentin təqdimatı ilə MM vəzifədən azad edir
Mərkəzi bank idarə heyyətinin üzvləri– Prezidentin təqdimati ilə MM vəzifəyə təyin və azad edir
Mərkəzi bankın Sədrini– Prezidentvəzifəyə təyin edir
Silahlı qüvvələrin ali komanda heyətini– Prezident vəzifəyə təyin və azad edir
Prezident Aparatinin Rəhbərini– Prezident vəzifəyə təyin və azad edir
AR İnsan hüquqları üzrə müvəkkil (Ombudsman)– Prezidentin təqdimatı ilə MM secir
İcra Başcilarini– Prezident vəzifəyə təyin və azad edir
NMR Baş Nazirini– Prezidentin təqdimatil ilə Ali Məclis təyin edir
NMR Yerli icra Hakimiyyətlərinin bascilari– Ali məclisin sədriin təqdimati ilə Prezident vəzifəyə təyin edir.
Referenduma Cixarıla bilmez
1.2.6.7.8.21 maddələr
Maddə 1 Hakimiyyətin Mənbəyi
Maddə 2 Xalqin suverenliyi
Maddə 6 Hakimiyyətin mənimsənilməsinə yol verilməsi
Maddə 7 Azərbaycan dövləti
Maddə 8 Azərbaycan dovlətinin bascisi
Maddə 21 dovlət dili
Referendumu təyin edir – Prezident
Referendumun təyin edilməsi- MM həll etdiyi məsələ
Referendum– MM ümumi qayda
LOKAUT – Hamının bir yerdə etirazına icazə verilmir
TƏMİNAT VERİR – DÖVLƏT
EYNİ HÜQUQ VƏ AZADLİQLAR– Kişi və Qadın
BƏRABƏRLİK HÜQUQUNA MALİKDİR – Ər və Arvad
SƏRBƏST BAĞLANIR– Əmək müqaviləsi
KÖNÜLLÜ BAĞLANIR– Nikah
YALNİZ MƏHKƏMƏ QAYDASINDA XİTAM VERİLİR– Konsitusiya və qanunları pozan birliklərin fəaliyyətinə
MƏHKƏMƏLƏR HƏLL EDİR– İnsan vətəndaş hüquq və azadlıqları ilə bağlı mübahisələri
SOSİAL MÜAVİNƏT– İşsizlər
SOSİAL TƏMİNAT – Hər kəs
AZADLIQLAR
FİKİR VƏ SÖZ AZADLIĞI
VİCDAN
SƏRBƏST
MƏLUMAT
YARADICILIQ
VƏZİFƏLƏR
1) Vergilər və başqa dövlət ödənişləri – Hər bir kəs
2) Vətənə sədaqət- Müqəddəsdir
3) Dövlət rəmzlərinə hörmət – Hər Bir Vətəndaş
4) Vətəni müdafiə – Hər Bir Vətəndaş
5) Tarix və Mədəniyyət adidələrinin Qorunmasi – Hər bir Şəxs
6) Ətraf mühitin Qorunması – Hər bir Şəxs
7) Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi – HEC KƏS
8) Məsuliyyət
HÜQUQLAR
- Bərabərlik
- Yaşamaq
- Azadlıq
- Mülkiyyət
- Əqli mülkiyyət
- Təhlükəsiz yaşamaq
- Şəxsi toxunulmazlıq
- Mənzil toxunulmazlığı
- Nikah
- Əmək
- Tətil
- İstirahət
- Sosial təminat
- Sağlam ətraf mühitdə yaşamaq
- Mədəniyyət
- Sağlamlığın qorunması
- Təhsil
- Mənzil
- Milli mənsubiyyət
- Ana dilindən istifadə
- Şərəf və ləyaqətin müdafiəsi
- Vətəndaşlıq
- Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak – yalnız Azərbaycan Respublikası vətəndaşlarının
- Dövlətin idarə olunmasında iştirak etmək – yalnız Azərbaycan Respublikası vətəndaşlarının
- Seçki – yalnız Azərbaycan Respublikası vətəndaşlarının
- Müraciət etmək – yalnız Azərbaycan Respublikası vətəndaşlarının
- Birləşmək
- Azad sahibkarlıq
- Hüquqi yardım almaq
- Məhkəməyə təkrar müraciət
- Tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxslərin
- Özbaşınalıqdan müdafiə və vicdanlı davranış
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
- Siyasi sığınacaq
Əli Hüseynli: Konstitusiya cəmiyyətlə birlikdə inkişaf etməlidir
“Konstitusiya canlı sənəddir və cəmiyyətlə birlikdə inkişaf etməlidir”.
Oxu.Az xəbər verir ki, bunu APA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Deputatın sözlərinə görə, bu baxımdan prezident tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının təqdim olunması zamanın tələbidir və bir sıra müddəalar əvvəlki Referendum Aktlarının müzakirələri zamanı səslənib:
“Müəyyən təməl prinsipləri çıxmaq şərtilə hər bir ölkənin Konstitusiyası özünəməxsusdur və ölkənin tarixi, inkişafı, ənənələri ilə üzvi surətdə bağlıdır. Hər bir dövlət xalqın və cəmiyyətin maraqları baxımından prioritet verdiyi müddəaları Konstitusiyaya daxil edə bilər.
Azərbaycan Respublikasının sabit və davamlı inkişafı, təhlükəsizliyinin tam təminatı kimi güclü prezidentlik institutu, insan hüquqlarının səmərəli qorunması kimi məsələlər yeni Referendum Aktının hədəfləri kimi cəmiyyət və xalq tərəfindən birmənalı müdafiə olunacağına əminəm”.
Konstitusiya
Konstitusiya anlayışı latın dilində olan «constitucio» sözündən olub hərfi mənası «quruluş», «təsisat», «qurmaq», «təsis etmək» deməkdir. Etimoloji baxımdan konstitusiya terminindən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta əsrlərdə Avropada feodal-zadəgan imtiyazlarını nəzərdə tutan aktlar da sözün hərfi mənasına uyğun olaraq bu cür adlandırılmışdır.
Dövlətin əsas qanunu kimi müasir anlamda konstitusiyanın meydana gəlməsi burjua dövlətinin yaranması ilə əlaqədardır.
İlk yazılı Konstitusiya (yəni, daxili struktura malik vahid, əsas qanun) kimi 1787-ci ildə qəbul edilmiş və bu günə qədər fəaliyyət göstərən ABŞ-ın Konstitusiyasının adını çəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il Polşa və Fransa Konstitusiyaları olmuşdur.
Konstitusiya dövlətin ali qanunu kimi bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir:
1. Konstitusiyanın xüsusi subyekt – xalq tərəfindən qəbul edilməsi. Qeyd etmək lazımdır ki, konstitusiya digər üsullarla da qəbul olunur. Konstitusiya xalq tərəfindən qəbul olunsa da, bəzən yuxarıdan (mütləq monarxiyalarda) bir növ bağışlanılır. Lakin bu istisnadır və demokratik konstitusiyalar üçün xarakterik deyildir.
2. Dövlət və cəmiyyətin Əsas Qanunu kimi Konstitusiya başqa qanunlardan fərqli olaraq təsisedici, birbaşa xarakter daşıyır. O, ictimai münasibətlərin geniş dairəsini, bunlardan bütün cəmiyyət üzvlərinin, bütün vətəndaşların köklü maraqlarmı əhatə edən daha vaciblilərini tənzimləyir. Konstitusiya dövlətin konstitusiya quruluşunu, insan və vətəndaşın başlıca hüquq, azadlıq və vəzifələrini, dövlətin ictimai-iqtisadi əsaslarını, onun milli-ərazi quruluşunu, dövlət hakimiyyəti və yerli özünüidarəetmə sistemini təsbit edir, hüquq qaydasının və qanunçuluğun əsaslarmı müəyyən edir. Ona görə də konstitusiya normaları dövlət orqanları, siyasi partiyalar, ictimai təşkilatlar, vəzifəli şəxslər və vətəndaşların fəaliyyəti üçün əsasdır. Konstitusiya normaları bütün başqa hüquq normalarına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
3. Konstitusion nizamasalmanın hərtərəfliliyi. Göstərildiyi kimi, Konstitusiya çox geniş və mürəkkəb olan sosial-siyasi sistemin əsaslarını müəyyənləşdirir. Aydındır ki, bir sahəni əhatə etməklə konstitusiya bütün sistemi müəyyən edə bilməz. Onun bir norması bəzən bir neçə sahə üçün çıxış nöqtəsi rolunu oynayır. Məsələn, mülkiyyət hüququ bütün iqtisadi sistem üçün müstəsna əhəmiyyətə malik olmaqla onun çıxış nöqtəsini təşkil edir. Seçki sistemi siyasi sistemin əsasını təşkil edən çox mühüm elementlərdən biridir. Elə buna görə də konstitusion normalar bir çox hallarda konkret olmur və aid olduğu məsələnin ən əsas tərəflərini müəyyən edir.
4. Konstitusiya, artıq qeyd edildiyi kimi, bütün hüquq sisteminin başlanğıcı kimi, hüququn əsas mənbəyidir. O, cari qanunvericilik üçün hüquqi bazadır və onun xarakterini müəyyən edir. Cari qanunvericilik Konstitusiyanın müddəalarını inkişaf etdirir. Bəzi hallarda Konstitusiyada bu və ya digər qanunun qəbul edilməsi haqqında göstəriş olur (məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsində göstərilir ki, bələdiyyələrə seçkilərin qaydaları qanunla müəyyən olunur). Qanunvericiliyin hüquqi bazası kimi Konstitusiya bütün hüquq məkanında əsas mərkəzdir. O, bütünlükdə hüququn inkişafında uzlaşmaya və hüququn sistemləşdirilməsinə kömək edir.
5. Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Əsas Qanun kimi Konstitusiyanın aliliyi onda təzahür edir ki, bütün qanunlar və dövlət orqanlarının digər aktları onun əsasında və ona uyğun olaraq qəbul edilir. Konstitusiyaya ciddi və dəqiq riayət etmək bütün dövlət orqanları, ictimai birliklər, bütün vətəndaşlar üçün ən ali davranış normasıdır.
6. Konstitusiyanın yuxarıda göstərilən xüsusiyyətlərindən doğan ayrıca hüquqi xassələri də mövcuddur. Bunlara legitimlik, reallıq və stabillik xassələri aiddir.
Konstitusiyanın legitimliyi dedikdə aşağıdakılar nəzərdə tutulur:
1. Konstitusiyanın xalq tərəfindən seçilmiş ali nümayəndəli hakimiyyət orqanı tərəfindən qəbul edilməsi.
2. Ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi (Azərbaycan Respublikasının Konstitusiyası).
3. Xüsusi təsis yığıncağı tərəfindən qəbul edilməsi.
Konstitusiyanın reallıq xassəsinə aşağıdakılar daxildir:
1. Konstitusiya müddəalarının nizama saldığı ictimai münasibətlərin xarakterinə uyğun gəlməsi.
2. Konkret tarixi şəraitdə tarixi, siyasi, etnoqrafik, iqtisadi xüsusiyyətlərin nəzərə alınması.
3. Konstitusiya müddəalarının sosial nəticələrini əvvəlcədən görmək (məqsəd və nəticə).
4. Konstitusiyanın real təminat verməsi.
Qeyd etdiyimiz kimi, Konstitusiyanın hüquqi xassələrindən biri də onun stabilliyidir. Konstitusiya uzun müddət üçün nəzərdə tutulan normativ hüquqi sənəd olduğuna görə o, konstitusion tənzimləmənin obyekti olan ictimai münasibətlərə məqsədyönlü təsir etməlidir. Bunun üçün cəmiyyətdə aşağıdakı şərtlərin olması zəruridir:
1. Qanunçuluq rejiminə ciddi əməl olunmalıdır.
2. Hər hansı hüquq pozuntusuna qarşı dözümsüzlük tərbiyə edilməlidir.
3. Konstitusiyanın səmərəli müdafiə mexanizmi olmalıdır.
Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan və bir tərəfdən insan və cəmiyyət arasında, digər tərəfdən isə insan və dövlət arasında münasibətlərin əsaslarını nizamlayan hüquq normaları sistemidir. Bu hüquq normaları bir və ya bir neçə normativ hüquqi aktda – əsas qanunlarda cəmlənə bilər. Həmin normalar çoxsaylı normativ hüquqi aktlardan, eləcə də məhkəmə presedentlərindən və konstitusiya adətlərindən ibarət ola bilər.
Konstitusiya maddi mənada özündə yazılı aktı, aktlar məcmusunu və yaxud Konstitusiya adətlərini təcəssüm etdirir. Bu da ilk növbədə insan və vətəndaş hüquq və azadlıqlarını bəyan edir və onlara təminat verir, eləcə də konstitusiya quruluşunun əsaslarını, idarəetmə formasını və ərazi quruluşunu, mərkəzi və yerli hakimiyyət orqanlarının təşkili əsaslarını, onların səlahiyyətlərini və qarşılıqlı münasibətlərini, dövlət rəmzlərini və ölkənin paytaxtmı müəyyən edir.
Lakin maddi mənada «konstitusiya» termini az işlədilir. Əksər hallarda Konstitusiya barədə formal mənada, yəni digər qanunlara münasibətdə ali hüquqi qüvvəyə malik olan qanun və ya qanunlar toplusu kimi danışılır. Belə olan halda Konstitusiya bir növ qanunların ən ali səviyyəsinə yüksəlir. Konstitusiya adi qanunların dərc olunduğu qaydada dəyişdirilə bilməz, əksinə, ona uyğun gəlməyən qanunlar və digər normativ hüquqi aktların özündə müvafiq dəyişikliklərin edilməsini tələb edir.
Demokratik hüquqi dövlətdə Konstitusiya nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyi ifadə etdirən cəmiyyətin də əsas qanunudur. Konstitusiya insanın və vətəndaşın əsas hüquq və azadlıqlarını, hakimiyyətin ictimai-siyasi institutlarını və xalqın özünüidarə sistemini təsbit edir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası kimi çıxış edir.
Konstitusiyanı cəmiyyətin mikromodeli, hüquqi nişanı kimi təsəvvür etmək olar. Məhz onun hüdudlarında və əsasında dövlət hakimiyyəti mexanizmi fəaliyyət göstərir, vətəndaşların hüquq və azadlıqları müdafiə olunur, ictimai inkişafın sahələri qabaqcadan müəyyənləşdirilir.
Konstitusiya müxtəlif funksiyalara malikdir. Onun əsas funksiyası hüquqi funksiyadır. O, nə qədər müxtəlif sosial hadisələrlə əlaqədar olsa da, konstitusiya hüquq normaları sistemidir və bütün hüquq sisteminə xas olan tənzimləmə, qoruma funksiyalarını yerinə yetirir. O həm də qanunvericilik sistemində bütün digər normaların keyfiyyət və xarakterinin müəyyən edilməsi üçün başqa heç bir hüquqi aktın malik olmadığı funksiyanı – hüquq normalarının hüquqauyğunluğunun qiymətləndirilməsi, müəyyənləşdirilməsi funksiyasını yerinə yetirir.
Konstitusiyanın ikinci funksiyası onun sosial funksiyasıdır. Konstitusiya ölkədəki sosial təbəqələrin ortaq mənafe və maraqlarını aşkara çıxarır. O, sosial sistemin başlıca ünsürlərini bir-birilə əlaqələndirir və onlara hüquq çərçivəsində davranış imkanı verir, onları təşkilatlandırır. Ailə, din kimi sosial təsisatlara, atalıq, analıq kimi sosial dəyərlərə təsir göstərərək, bütün sosial sistemdə mövcud münasibətlərə təsir edir və yeni dəyərlərin formalaşması üçün zəmin yaradır. Konstitusiya sosial sistemin sabitliyini təmin edir, onun inkişafının ümumi əsaslarını müəyyənləşdirir. Təhsil, elm kimi sosial sistemin yaşamasına birbaşa təsir göstərən ünsürlərə təsir etməklə konstitusiya bu sistemin həyati əhəmiyyətli maraqlarının müdafiəsini öz üzərinə götürmüş olur.
Üçüncü funksiya ölkənin siyasi sistemi ilə bağlı olan siyasi funksiyadır. Konstitusiyanın bu funksiyası hakimiyyətin təşkili və dövlətin əsasları ilə birbaşa bağlıdır. Konstitusiya fərdlərin siyasi sistemdə, siyasi durumda davranış qaydalarını müəyyən edir, siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil forma və üsullarını təsbit edir və nəhayət, siyasi partiyaların təşkili və fəaliyyətinin hüquqi əsasını formalaşdırır. Siyasi sistemə giriş-çıxış birbaşa konstitusiyadan asılıdır desək, yəqin ki, yanılmarıq. Siyasi sistemin əsas «oyun qaydaları» burada müəyyənləşdirilir. Məhz konstitusion normalar bütün siyasi qüvvələr üçün ümumi imperativlər müəyyən edir və siyasi sistemdə bu imperativlərə riayət olunmasına nəzarət edir (siyasi partiyaların fəaliyyətinin Konstitusiya Məhkəməsi tərəfindən qiymətləndirilməsi buna misal ola bilər).
Dördüncü funksiya tərbiyəvi funksiyadır. Bu funksiya, hər şeydən əvvəl, hər bir insanda konstitusiyaya, qanunlara, insan və vətəndaşın hüquq və azadlıqlarına və dövlətə hörmət ruhu aşılayır. O eyni zamanda müəyyən dünyagörüşünü ifadə edir.
Tərbiyəvi funksiya həm də insan – cəmiyyət – dövlət münasibətlərinin qarşılıqlı əlaqəsini və onların məsuliyyətini müəyyən etməkdə böyük rol oynayır.
Konstitusiyanın hüquqi qüvvəsi məsələsi son illər konstitusiya hüquq elmində aktiv müzakirə olunan məsələlərdən biridir. Bu ondan irəli gəlir ki, konstitusiyanın hüquqi qüvvəsi onun xüsusiyyətlərinə görə digər aktların hüquqi qüvvəsindən fərqlənir. Hüquqi aktların qüvvəsi onların nəyə və necə, hansı dairədə tətbiq olunmasını ifadə edir. Hüquq normaları bir sistem olduğuna görə onların tətbiqi və hüquqi qüvvəsi də bir-birindən asılıdır. Elə buna görə də hüquqda birbaşa hüquqi qüvvə və dolayı hüquqi qüvvə anlayışları vardır. Bir qayda olaraq, aktlar birbaşa hüquqi qüvvəyə malikdir. Birbaşa hüquqi qüvvə onu ifadə edir ki, aktın nəzərdə tutulmuş fakta tətbiqi üçün başqa bir akta ehtiyacı yoxdur və özü konkret hala təsir edə bilər. Başqa sözlə, birbaşa hüquqi qüvvədə hüquqi nizamasalma, sadəcə, aktın öz gücü, öz imkanları hesabına həyata keçirilir. Dolayı hüquqi qüvvə isə, əksinə, onu ifadə edir ki, aktın nəzərdə tutulmuş konkret hala tətbiqi üçün başqa hüquqi akt da olmalıdır və həmin akt olmadan onun tətbiqi qeyri-mümkündür. Burada aktın realizə olunması bir başqa aktla şərtləndiyinə görə ona dolayı hüquqi qüvvə deyilir. Dolayı hüquqi qüvvəsi olan akt ortaya çıxmış konkret halı tənzimləmək üçün bir başqa aktın olmasını tələb edir. Lakin burada aktın dolayı hüquqi qüvvəsi ilə fərdi hüquqi tənzimləmənı qarışdırmaq olmaz. Ümumiyyətlə, bütün hüquq sistemi reallığa iki cür təsir edir: 1) normativ nizamasalma; 2) fərdi hüquqi nizamasalma.
Fərdi hüquqi nizamasalma hüququn tətbiqi prosesinə aid olub, aktın hüquqi qüvvəsindən asılı deyil və bir çox hallarda tətbiq olunur. Fərdi hüquqi nizamasalma mərkəzləşdirilmiş qaydada, yalnız dövlət orqanları tərəfindən həyata keçirilə və ya fərdlərin özləri tərəfindən realizə oluna bilər. Məsələn, əmək müqaviləsi, mülki müqavilə fərdlərin özləri tərəfindən həyata keçirilən fərdi hüquqi nizamasalma vasitəsidir. Fərdi hüquqi nizamasalma vasitəsi qanunun tələblərini reallığa çevirmək üçün baş vermiş faktı incəliklərinə qədər tənzim edən hüququn tətbiqi mərhələsidir. İstənilən məhkəmə qərarı, hökmü fərdi hüquqi tənzimləmə vasitəsidir. Dolayı hüquqi qüvvəyə malik olan aktın realizə olunmaq üçün fərdi hüquqi nizamasalmaya deyil, normativ hüquqi nizamasalmaya ehtiyacı olur. Başqa sözlə, dolayı hüquqi qüvvəyə malik aktın – qanunun tətbiq olunması üçün sərəncam, əmr verilməmişdən əvvəl (fərdi hüquqi nizamasalma vasitəsi) mütləq başqa bir normativ hüquqi akt verilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə görə, konstitusiya Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Bu o deməkdir ki, heç bir akt konstitusiyaya zidd ola bilməz və konstitusion müddəalar birbaşa praktikada tətbiq edilir. Yəni hər hansı qanunun olub-olmamasından asılı olmayaraq, vətəndaş konstitusion normaların realizə edilməsini tələb edə bilər.
Konstitusiyanın əsas normaları birbaşa tətbiq olunmaq imkanına malikdir. Burada isə əsas problemlərdən biri norma-prinsiplərin birbaşa təsbit olunmasıdır.
Konstitusiyanın birbaşa tətbiqində məhkəmə hakimiyyətinin rolu xüsusilə yüksəkdir. Məhz məhkəmə pozulmuş hüquq və azadlıqları müdafiə edir və hüququn tətbiqi ilə də ən çox elə o məşğuldur.
Hər bir Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan əsas qanun kimi özünün hüquqi mahiyyəti ilə bərabər, sosial-siyasi mahiyyətə də malikdir. Bu da ondan ibarətdir ki, Konstitusiya qəbul olunduğu zaman özündə mövcud olan siyasi qüvvələrin nisbətini təcəssüm etdirir. Bu, necə deyərlər, cəmiyyətin müxtəlif hissələrinin siyasi mənafelərinin razılaşdırıldığı ictimai müqavilədir (əlbəttə, bu heç də hüquqi mənada müqavilə deyildir). Hər belə ictimai sinif, sosial təbəqə, ərazi, milli və digər birliklər siyasi mübarizədə öz sosial mənafeyini müdafiə edir və bu mübarizədə nail olduqları səviyyə Konstitusiyada öz əksini tapır. Belə razılıq olmayan cəmiyyətdə hüquq qaydası mövcud ola bilməz.
Lakin sovet dövrünün dövlət hüququ elmi uzun illər ərzində siyasiləşdirildiyindən və ideolojiləşdirildıyindən sovet və xarici ölkə Konstitusiyalarının təhlilinə əsasən sinfi mövqedən yanaşaraq, onları sinfi qüvvələrin nisbəti, sinfi-siyasi hökmranlığın aləti kimi səciyyələndirirdi. Belə təhlildə sinfi mənafelər ümumxalq mənafeyini, milli mənafelər ümumbəşəri mənafeyi üstələyirdi. Bu yanaşma marksizm-leninizm ideologiyasının əsaslarına söykənirdi.
Azərbaycan Respublikası Konstitusiyası suverenliyi, müstəqilliyi və dövlət hakimiyyətinin aliliyini təsbit edən hüquqi təsis sənədidir. O, Konstitusiya quruluşuna sistemli baxışa əsas verir, dövlət institutları sistemində balans yaradır, Konstitusiya quruluşunun sabitliyini təmin edir.
Azərbaycan Respublikasının Konstitusiyası yalnız dövlətin təşkilini deyil, həm də qeyri-dövlət sahələrini – sosial-iqtisadi quruluşun əsaslarını, cəmiyyətin mədəni həyatını, insan və vətəndaşın hüquq, azadlıq və vəzifələrini əhatə edir. Onun tənzimləyici rolu bütün dövlət orqanizminə aiddir. Odur ki, Azərbaycan Respublikasının Konstitusiyası onun Konstitusiya quruluşunun əsaslarmı, insan və vətəndaşın hüquqi statusunu, vətəndaş cəmiyyətinin əsas cəhətlərini, unitar dövlət quruluşunu, Azərbaycan Respublikasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti prinsiplərini, yerli özünüidarəetmənin əsaslarım təsbit edir.
Bu gün respublikamızın hüquqi dövlət quruculuğu yolunu tutması onun sosial və mənəvi həyatımızda yeni, yüksək zirvələrə doğru irəliləməsindən xəbər verir. Onun hüquq sistemi kompleks sosioloji tədqiqatların və digər işlərin həyata keçirilməsini, iqtisadi və siyasi sistemin normal fəaliyyətinin hüquqi əsasının analizini, müqayisəli-hüquqi xarakterli materiallardan istifadə olunmasını, bütövlükdə qanunvericilik prosesinin öyrənilməsini, insan hüquqları və vətəndaş azadlıqlarının real müdafiəsi üçün əsaslandırılmış tövsiyələrin işlənib hazırlanmasını nəzərdə tutur.
Xalqın hakimiyyət və qanunların icrası üzərində nəzarətinə nail olması belə bir fikir söyləməyə əsas verir ki, «müasir mədəni dövlət elə Konstitusiya dövlətidir».
Comments are closed, but trackbacks and pingbacks are open.