Press "Enter" to skip to content

Hədis kitabları

Mə’lum olduğu kimi, Mühəmməd ibn Əbdülvəhhab hicrətin 12-ci yüzilliyində Nəcdin uzaq səhrasında, çöllüklərdə yaşayan sərt camaat arasında və müsəlmanlıq adət-ən’ənəsindən uzaq bir mühitdə dünyaya gəlmişdir. O da İbn Teymiyyə kimi Hənbəli məzhəbinin ardıcılı və “Həşv” əhli idi. İbn Teymiyyənin və onun şagirdləri İbn Təyyim Cövziyyənin, İbn Əbdülhadinin əqidə tə’limlərini öyrənmiş, bu yolda onları da ötüb keçmişdi. Belə ki, hətta bütün müsəlmanları kafir adlandırmış, müsəlman şəhər və ölkələri, o zaman vəhabilərin əlində olmayan Məkkə və Mədinəni “Darul-hərb” və “Darul-küfr” e’lan etmişdi. O, müqəddəs şəhərlərin işğalını və bütün islami dəyərlərin dağıdılmasını öz ardıcıllarına vacib sayırdı.

Dini Kitabxana

Quranın tematik təfsiri (1) “Quranda insanşünaslıq” mövzusu, Allahın insana verdiyi məqamınaraşdırılması və tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.Qeyd etmək lazımdır ki, bu kitabda yer alan dərslər ilk olaraq “CamiətulMustafa” Universitetində tədris olunmuşdur.Kitab otuz üç dərsdən ibarətdir. Müəyyən başlıqlar altındakı dərslər, ilkolaraq ətraflı şəkildə izah olunur, daha sonra həmin dərsin nəticələri qısaformada oxuculara təqdim olunur.Hazırkı kitab dini təhsil alan tələbələr və Quranın “İnsanşünaslıq”mövzusuna maraq göstərən ümumi oxucu kütləsi üçün nəzərdətutulmuşdur.

Quran və hədis , Təfsir , Tövsüyə olunanlar / September 9, 2022

Quranın tematik təfsiri Dəyərli alim Höccətül-islam Məhəmməd Baqir Saivərin sizətəqdim etdiyimiz növbəti əsərində, Qurani-Kərimdə imamət etiqadıhaqda geniş və dərin araşdırma aparılmışdır. İslam dünyasında ənönəmli və əsaslı məsələlərdən olan imamət inancı daim bütünməzhəblər tərəfindən diqqətlə izlənmiş və müxtəlif şərh vəizahlarla tədqiq olunmuşdur. Amma hazırkı kitabın eyni mövzuluəsərlərdən fərqi budur ki, imamət məsələsi Qurani-Kərim vəhədislər baxımından araşdırılmasından əlavə, tarixi aspektən dətədqiq edilir və sosioloji amillər nəzərdən qaçmır. İmamətməsələsinə münasibətdə fərdin inancının psixoloji analizi ilə birgəbu məsələyə baxış tərzində onun üzərində təzyiq yaradan sosialmühəndislik, yönləndirmə funksiyalarının hansı dərəcədə təsirliolması izah edilir.

Fiqh , Quran və hədis , Tövsüyə olunanlar / September 9, 2022

Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin fətvalarına əsasən Bu risalə dünya şiələrinin görkəmli və dahi mərcəyi təqlidi Cənab Ayətullah Üzma Hacı Seyid Əli Xameneinin (Allah onun ömrünü artırsın) fətvaları əsasına tənzim edilmiş şəri hökmlər toplusudur. Onun fiqhi fətvaları əvvəlcə “Əcvibətul-istiftaat”, yəni “Suallara ca­vablar” risaləsində çap və nəşr olunub. Bu risalə o cənabın fətvalarına, eləcə də müxtəlif fiqhi bölümlərdə müqəllidlərinin suallarına verdiyi cavablara aiddir. Bu risalə əvvəlcə ərəb, sonra isə fars dilinə çevrilərək nəşr edilib.

Fiqh , Quran və hədis , Tövsüyə olunanlar / September 9, 2022

Ayətullah Seyid Əli Xamenei Namaz ən önəmli ibadətdir, düzgün şəkildə və diqqətlə yerinə yetirilsə, insanın ruhunu təmizləyər, qəlbini işıqlandırar, onu xoşagəlməz xarakterlərdən uzaq durmağa qadir edər. Namaz fərdi və cəmiyyəti tədricən bütün çirkablardan təmizləyə bilər. Yaxşı olar ki, namaz ilk vaxtında, (Allahla ünsiyyətə) diqqətlə və riyasız qılınsın, namazqılan hər sözündə Allah-taala ilə danışdığını xatırlasın və nə dediyini bilsin.

Əxlaq və İrfan , İctimai-Siyasi , Quran və hədis , Tövsüyə olunanlar / August 21, 2020

Allah-təalanın insanlıq üçün qoyduğu qanunlar Qiyamətə qədər öz aktuallığını qoruyacaq. Əziz Peyğəmbərimizin (salləllahu ələyhi və alihi və səlləm) zamanında ümmətin etdiyi günahlar, O Həzrəti narahat etdiyi kimi, bu gün edilən günahlar da Zəmanə Sahibini (əccələllahu təala fərəcəhuşşərif) narahat edir. Bəli, həmin gühanlardan biri də hicabsızlıqdır…

Quran və hədis , Tövsüyə olunanlar / October 16, 2019

Quran və hədis dinin tanınması üçün iki dəyərli məxəz hesab olunur. Belə ki, – məşhur və mütəvatir “Səqəleyn” hədisinə görə, – bir-biri ilə sıx və ayrılmaz əlaqədədirlər…

Təfsir , Tövsüyə olunanlar / August 6, 2019

Qum elmi hövzəsində ümumi (səth) mərhələni bitirdikdən sonra bir qədər də “Dərsi-xaric” oxuyub, Quranla daha dərindən tanış olmaq fikrinə düşdüm. Bəzi dostlarla birlikdə bu istiqamətdə fəaliyyətə başladıq. Hərəmiz bir təfsiri mütaliə edib, xülasə şəkildə qeydlər götürürdük. Beləcə, Quranın bir neçə cüzünü sonadək mütaliə etdik…

Təfsir , Tövsüyə olunanlar / August 4, 2019

Qum elmi hövzəsində ümumi (səth) mərhələni bitirdikdən sonra bir qədər də “Dərsi-xaric” oxuyub, Quranla daha dərindən tanış olmaq fikrinə düşdüm. Bəzi dostlarla birlikdə bu istiqamətdə fəaliyyətə başladıq. Hərəmiz bir təfsiri mütaliə edib, xülasə şəkildə qeydlər götürürdük. Beləcə, Quranın bir neçə cüzünü sonadək mütaliə etdik…

Təfsir , Tövsüyə olunanlar / July 15, 2019

Qum elmi hövzəsində ümumi (səth) mərhələni bitirdikdən sonra bir qədər də “Dərsi-xaric” oxuyub, Quranla daha dərindən tanış olmaq fikrinə düşdüm. Bəzi dostlarla birlikdə bu istiqamətdə fəaliyyətə başladıq. Hərəmiz bir təfsiri mütaliə edib, xülasə şəkildə qeydlər götürürdük. Beləcə, Quranın bir neçə cüzünü sonadək mütaliə etdik…

Təfsir , Tövsüyə olunanlar / July 12, 2019

Qum elmi hövzəsində ümumi (səth) mərhələni bitirdikdən sonra bir qədər də “Dərsi-xaric” oxuyub, Quranla daha dərindən tanış olmaq fikrinə düşdüm. Bəzi dostlarla birlikdə bu istiqamətdə fəaliyyətə başladıq…

PocketBook Reader istənilən elektron məzmunu (kitablar, jurnallar, dərsliklər, komikslər və s.) oxumaq və audiokitabları dinləmək üçün pulsuz proqramdır! Tətbiq mobi, epub, fb2, cbz, cbr daxil olmaqla 26 kitab və audio formatını dəstəkləyir. Reklamsız və tam rahatlıqla oxuyun!

Yüklədiyiniz kitabları görmək üçün bu proqramı quraşdırın. Bu proqram Android telefonları üçündür.

Axtarış

Categories

Archives

  • February 2023 (3)
  • January 2023 (6)
  • December 2022 (2)
  • September 2022 (5)
  • July 2022 (3)
  • June 2022 (7)
  • March 2022 (4)
  • February 2022 (1)
  • January 2022 (2)
  • December 2021 (2)
  • November 2021 (17)
  • October 2021 (5)
  • June 2021 (2)
  • May 2021 (10)
  • April 2021 (4)
  • March 2021 (4)
  • February 2021 (3)
  • January 2021 (5)
  • December 2020 (6)
  • November 2020 (3)
  • September 2020 (1)
  • August 2020 (1)
  • July 2020 (1)
  • June 2020 (2)
  • May 2020 (16)
  • April 2020 (5)
  • March 2020 (2)
  • February 2020 (1)
  • January 2020 (3)
  • December 2019 (1)
  • November 2019 (4)
  • October 2019 (6)
  • September 2019 (6)
  • August 2019 (10)
  • July 2019 (4)
  • June 2019 (8)
  • May 2019 (11)
  • April 2019 (5)
  • March 2019 (6)
  • February 2019 (5)
  • January 2019 (10)
  • December 2018 (5)
  • November 2018 (6)
  • October 2018 (7)
  • September 2018 (4)
  • August 2018 (4)
  • July 2018 (4)
  • June 2018 (6)
  • May 2018 (7)
  • April 2018 (9)
  • March 2018 (6)
  • February 2018 (6)
  • January 2018 (14)
  • December 2017 (12)
  • November 2017 (7)
  • October 2017 (11)

Hədis kitabları

Bu kitabı tərcümə etməkdə məqsədimiz insanlara sələfilərin (vəhhabilərin) ən tərifli münazirə və rəddiyyə ustadlarından birinin yalan və böhtanlarını insanlara göstərmək və bu əqidə daşıyıcılarından mümkün qədər ehtiyatlı olmalarını təbliğ etməkdir. Bu kimi şəxslər müsəlmanları azdırıb öz sıralarına daxil etməkdən ötrü hər cür yalan danışmağa və manipulyasiya etməyə hazırdırlar. İhsan İlahi Zahir öz yalanları ilə təəssüf ki, minlərlə şiə və müxtəlif məzhəb nümayəndələrini sələfiliyə dəvət edə bilir. Əlinizdəki kitabda onun saysız-hesabsız yalanları ilə, təhrifləri ilə tanış olacaqsınız.

Открыть Рейтинг: 5 Просмотров: 741 Загрузок: 624
19 Января, 2018

Allaha atılmış iftira: “Ərşin səsi” hədisi – Muhəmməd Əli Həsən

Mən bundan əvvəl “Ərşin səsi” hədisi barədə müxtəsər bir tədqiqat yazmışdım. Təcsim (Allahın cismləşdirilməsi) əqidəsində olanların nəql etdikləri ən çirkin hədis məhz bu hədisdir. Həmin vaxt işlərin çoxluğundan bu hədisi geniş şəkildə araşdırmamışdım. Daha sonra bu tədqiqatı daha geniş surətdə hərtərəfli araşdırmaq və onların Allah-taala barədə pis etiqadlarını üzə çıxartmağı qərara aldım. Mündəricatda qeyd olunduğu kimi, mövzunu bir neçə qismə böldüm. Allah-taaladan bu tədqiqatın qəlblərində Allah və Onun haqq dininin qeyrətini çəkən hər bir müsəlman şəxsə faydalı olmasını diləyirəm. Oxuculardan Ustad İbrahim Naziriyə (Allah ona rəhmət etsin) həmçinin, bu sətirlərin müəllifini dua etməyi unutmamalarını rica edirəm. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Muhəmməd Əli Həsən

Открыть Рейтинг: 4 Просмотров: 3144 Загрузок: 760
10 Мая, 2017

İfrat və həddi aşma – Bəhruz Camal

Tarix boyu peyğəmbərlər və övliyalar barəsində ifrat (quluv) edənlərin varlığı inkar olunmazdır. Hələ yəhudi qövmü zamanında Hz.Üzeyirə (ə), yaxud da məsihilərin Hz.İsa Məsihə (ə) “Allahın oğlu” demələri buna bariz nümunədir. Ancaq əfsuslar olsun ki, bəzi cahil və nadan şəxslər bu böyük günahı 12 imam şiələrinə ünvanlayaraq şiələri ifrat və imamların vəsvində həddlərini aşmaqda ittiham etmişlər. Bu kitabçada bir sıra mühüm iradlara İslami mənbələrlə cavab verməyə çalışmışıq.

Открыть Рейтинг: 5 Просмотров: 3214 Загрузок: 670
7 Мая, 2017

Səqəleyn: tərk edilmiş peyğəmbər vəsiyyəti – Toyib Olavuyi

Bu tədqiqat işimizdə Səqəleyn hədisi barədə fərqli fikirləri bir-bir nəzərdən keçirmiş və xüsusilə İbn Teymiyyənin iddialarını ən detallı şəkildə incələmişik. Biz çox sayda mənbələrlə “Səqəleyn” və “Xəlifəteyn” hədislərinin mövcudluğunu və etibarlılığını isbat etmiş, “Səhih Müslim”dən tutmuş bütün ən mötəbər əhli-sünnə kitablarından dəlillər təqdim etmişik. Biz bu rəvayətlərin müxtəlif sənədlərini diqqətlə araşdırmış, həmçinin öndəgedən əhli-sünnə hədis alimlərindən, o cümlədən Əllamə əl-Əlbani, Şeyx əl-Ərnaut və s.-dən rəvayətlərin etibarlılıq dərəcələri barədə sitatlar gətirmişik. Eynilə də, hər iki rəvayətin mətnini incəliklə tədqiq etmiş, onların həqiqi mənalarını üzə çıxarmaq üçün köməkçi rəvayətlərdən istifadə etmişik. Məqsədimiz budur ki, insanların Qiyamət günün bilməmək, eşitməmək, görməmək kimi bəhanələri olmasın. Səmimi qəlbdən inanırıq ki, bu kitab həqiqətən Allahın doğru yolunu axtaran hər bir insana çox faydası olacaq.

Открыть Рейтинг: 5 Просмотров: 4193 Загрузок: 1242
24 Апреля, 2017

İmam Həsənin (ə) sülhü: reallıq və tarixin zülmü – Yəhya Əbdülmuhsin Duxi

Əgər İmam Həsənin (əleyhissalam) bağladığı sülhün islam ümmətinin həyatında tarixi dönüş nöqtəsi oynadığı qədər əhəmiyyətli olduğunu desək, mübaliğə etmiş olmarıq. Bu sülh əməvi xəttinin törətdiyi hadisələrə qarşı müsəlmanların zehinlərində fəhm və idrak baxımından yeni mərhələnin yaranmasını formalaşdırdı. İmam Həsən (əleyhissalam) bağladığı sülhün sayəsində Peyğəmbərin uğrunda qiymətli qurbanlar verdiyi dinin təhrif olunmasına və ali dəyərlərin aradan getməsinə səbəb olacaq fırtınaların qarşısını aldı.

Открыть Рейтинг: 4 Просмотров: 3472 Загрузок: 687
5 Апреля, 2017

Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib – Muhəmməd Cavad Xəlil

Bu kitab “Əhli-sünnə hədislərinin müzakirəsi” sərlövhəsində hazırladığım tədqiqat və araşdırmaların bir hissəsidir. Müəyyən səbəblərdən bəzi tədqiqatların müstəqil surətdə çap olunmasını istədim. Bu kitabda mövcud olan tədqiqatlar qeyd olunan araşdırmaların üçüncü hissəsidir. Bu kitabı “Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib” adlandırdım. Allah-taaladan bu silsilə tədqiqatları nəşr etdirməkdə bizi müvəffəq etməsini diləyirəm.

Открыть Рейтинг: 5 Просмотров: 5053 Загрузок: 740
2 Апреля, 2017

Rəcəb ayının fəzilətləri – Şeyx Səduq

Bu yazı görkəmli alim, böyük mühəddis, məşhur fəqih və sinəsi Əhli-beyt (ə) maarifinin xəzinəsi olan cənab Şeyx Səduqun (305 – 381 hq) “Fəzailu-əşhuris-səlasə” – (üç mübarək ayın fəzilətləri) – kitabından çıxarışdır. Belə ki, Şeyx Səduq bu kitabda üç mübarək ayın (Rəcəb, Şəban və Rəməzan) fəzilət və əməlləri barəsində 158 hədis hədis rəvayət etmişdir ki, biz “Rəcəb” ayının daxil olması münasibətilə, bu ayın barəsində olan 18 hədisi tərcümə edib, sizə təqdim edirik.

Открыть Рейтинг: 5 Просмотров: 2882 Загрузок: 635
31 Января, 2017

Molla Sədra və Məhdəviyyət – Bəhruz Camal

Bu yazıda ilk olaraq Molla Sədranın nübuvvət və vəhyin qəbuluna, həmçinin fəlsəfi məktəbindəki imamət mövzusuna işarə etdikdən sonra onun hər bir dövrdə imamın zəruri olması məsələsi barəsindəki arqumentləri bəyan edilmişdir. Bundan başqa Molla Sədranın on ikinci imamın varlığı və qeybəçəkilməsi barədə nəzəri diqqətə çatdırılmışdır. Sonda Molla Sədranın görüşlərini ümumi olaraq Farabi, İbn Sina, Şeyx İşraq, Mirdamad kimi filosofların nəzərləri ilə müqayisə edib Şeyx Müfid, Seyid Mürtəza, Xacə Nəsirəddin Tusi kimi imamiyyə mütəkəllimlərinin də məhdəviyyət mövzusu barəsindəki mövqelərinə işarə edilmişdir.

Открыть Рейтинг: 4 Просмотров: 2839 Загрузок: 706
19 Сентября, 2016

Vilayət ayəsi – Seyid Əli əl-Milani

Həzrət Əlinin (ə) vilayət və imamətinin “Maidə 55” ayəsi ilə isbatı barədə bir çox əsərlər yazılmışdır. Seyid Əli əl-Hüseyni əl-Milani də özünəməxsus qələmi olan çox dəyərli alimlərdən biridir. Ümid edirik ki, kitab oxucular tərəfindən maraqla qarşılanacaqdır.

Открыть Рейтинг: 4 Просмотров: 2931 Загрузок: 783
17 Сентября, 2016

O, peyğəmbər deyildi – Həsən ibn Fərhan əl-Maliki

Vəhhabilik və Məhəmməd ibn Əbdülvəhhab bərəsində çoxlu elmi və tənqidi əsərlər yazılmışdır. Ancaq onların hamısının həqiqəti əks etdirdiyini demək çətindir. Kitabın müəllifi Şeyx Həsən Səudiyyə Ərəbistanında anadan olmuşdur. Özünün də qeyd etdiyi kimi, dini təhsilini vəhhabilərin arasında almışdır. Bu mühitdə keçirdiyi uzun illər ərzində fikirlərinin vəhhabi ideologiyasına uyğun olmadığı qənaətinə gəlmişdir. Bunun nəticəsi olaraq da, vəhhabiliyə qarşı tənqidi yazılarını qələmə almışdır. Bu əsnada orta yolu təqib etməyə çalışmış, bacardığı qədər ifrat fikirlərdən uzaq durmuş, İslam birliyinə və bərabərliyinə önəm vermişdir. Əsərin Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacağına ümid edərək, onun tərcüməsinə qərar verdik. (Tərcüməçidən)

Открыть Рейтинг: 4 Просмотров: 3162 Загрузок: 593
25 Марта, 2016

Qəza və qədər – Əllamə Mürtəza əl-Əskəri

Nə cəbr, nə də təfviz nəzəriyyəsi insanın bu dünyadakı vəziyyətini düzgün şəkildə şərh edir. Belə ki, insan bu dünyada nə məcbur, nə də tam müstəqildir. Əllamə əl-Əskərinin bu kiçik həcmli yazısında qəza və qədər mövzusu Quran və hədislər işığında izah edilmişdir. Mühüm qeyd: saytın yükləmə linki bəzən həddən artıq yüklənmə səbəbindən işləməyə bilər. Ona görə əlavə olaraq 2 ədəd yükləmə keçidi qoyulub. Onlardan da istifadə edə bilərsiniz.

Открыть Рейтинг: 4 Просмотров: 4965 Загрузок: 1502
12 Марта, 2016

İslamda yemək-içmək və heyvan kəsimi – Əli Abdullah

Həqiqi səadətə qovuşmağın yalnız bir yolu vardır. O yolun adı təqvadır. Qurani-Kərimin buyurduğuna əsasən, nicat tapıb səadətə qovuşanlar təqvalı olanlardır. Məsumlardan (ə) nəql olunmuş hədislərdə qeyd olunur ki, haramlardan çəkinən və vaciblərə riayət edənlər təqvalılardır. Ona görə də əgər səadətə qovuşub, nicat tapmaq istəyiriksə, təqva yolunu seçib haram-halallara diqqət yetirməli və bu barədəki göstərişlərə əməl etməliyik. Bu səbəbdən də hər bir şəxsə vacibdir ki, hər gün qarşılaşdığı haram-halal məsələlərini öyrənsin və əməl etsin. Bu məsələlərdən biri də yemək və içməyə aid olan hökmlərdir. Fiqhi kitablarda bəzən bu mövzu ilə yanaşı bəzən isə ayrıca mövzu olaraq verilən “zibahə” (heyvan kəsimi) ilə əlaqəli olan fiqhi hökmləri də bura əlavə etdik. Bunu mövzunun bir-biri ilə əlaqəli olmasını nəzərə alaraq etmək qərarına gəldik. Mühüm qeyd: saytın yükləmə linki bəzən həddən artıq yüklənmə səbəbindən işləməyə bilər. Ona görə əlavə olaraq 2 ədəd yükləmə keçidi qoyulub. Onlardan da istifadə edə bilərsiniz.

Открыть Рейтинг: 4 Просмотров: 3160 Загрузок: 763
8 Сентября, 2015

İmamların (əleyhimussalam) elmi – Şeyx Həsən əl-Əcmi

Şeyx Həsən əl-Əcminin bu dəyərli əsərində Əhli-beyt imamlarının (əleyhimussalam) elmi barədə yanlış anlaşılmalar izah edilmiş, iradlara cavab verilmişdir. Kitabda həm şiə, həm də əhli-sünnə qaynaqlarından çox sayda səhih hədislərdən, böyük alimlərin fikirlərindən sitatlar gətirilmişdir. Bu baxımdan, kitab kiçik həcmli olmasına baxmayaraq, məlumat cəhətdən çox zəngindir. Mühüm qeyd: saytın yükləmə linki bəzən həddən artıq yüklənmə səbəbindən işləməyə bilər. Ona görə əlavə olaraq 2 ədəd yükləmə keçidi qoyulub. Onlardan da istifadə edə bilərsiniz.

Открыть Рейтинг: 4 Просмотров: 5071 Загрузок: 1978
27 Мая, 2015

“Biz Peyğəmbərlər irs qoymuruq” hədisi barədə risalə – Şeyx Müfid

İslam dünyasının görkəmli alimlərindən olan Şeyx Müfidin bu qısahəcmli risaləsində mövzu ilə əlaqədar dolğun cavablar yer almışdır. Bununla belə, kitabın mühəqqiqi Malik əl-Mahmudi və tərcüməçisi İdris Hüseynzadə lazımi yerlərdə mühüm qeydlər etməklə kitabın daha da zənginləşməsində pay sahibi olmuşlar. Mühüm qeyd: saytın yükləmə linki bəzən həddən artıq yüklənmə səbəbindən işləməyə bilir. Ona görə əlavə olaraq 2 ədəd yükləmə keçidi qoyulub. Onlardan da istifadə edə bilərsiniz.

Открыть Рейтинг: 4 Просмотров: 3948 Загрузок: 1764
11 Сентября, 2014

Sələfilik və cahiliyyət dövrünə qayıdış

İslam mütəfəkkirlərindən bir çoxu ifratçı vəhhabilərin (sələfilərin) etiqadi, əxlaqi və əməli baxımdan hərəkətlərini bir cəhətdən ərəblərin cahiliyyət dövrünə qayıdış kimi qiymətləndirirlər. Çünki bu ifratçılar o dövrün bir çox xüsusiyyətlərinə malikdirlər. Bu barədə olan alimlərin gətirdikləri dəlilləri oxucuların nəzərinə çatdırır və bu barədə insaflı mühakiməni əziz oxucuların öz öhdəsinə buraxırıq. DİQQƏT! ƏSAS YÜKLƏMƏ KEÇİDİ İŞLƏMƏSƏ, 2 ƏLAVƏ YÜKLƏMƏ KEÇİDİNDƏN İSTİFADƏ EDƏ BİLƏRSİNİZ.

Открыть Рейтинг: 5 Просмотров: 4311 Загрузок: 2834
27 Августа, 2014

İmam Hüseynə (ə) əza saxlamaq bidətdirmi?

Tarix boyu daim sələfilər (yəni, vəhhabilər) tərəfindən İmam Hüseynin (ə) qiyamının və o Həzrətə (ə) əza saxlamağın əleyhinə şübhələr ortaya atılmışdır. Onlardan biri də azadlıqsevərlərin sərvəri olan İmam Hüseynə (ə) əza saxlamağın bidət hesab olunmasıdır.

Открыть Рейтинг: 4 Просмотров: 6055 Загрузок: 2089
20 Апреля, 2014

«Kəşfül-Həqayiq» Bakuvi, Quran Təfsiri (3 cild)

Quran elmləri arasında təfsir, ən geniş sahədir. İlahi kəlamın izah və açıqlanması Həzrət Peyğəmbərdən (s.ə.a) başlayaraq bu günə qədər davam etmişdir. Bu məqsədlə Quran tarixinə külli miqdarda ədəbiyyat daxil olmuşdur. Təbii olaraq, yazılan bu təfsirlərin əksəriyyəti ərəb dilində, bir qismi isə osmanlıca və fars dilində yazılmışdı.

Открыть Рейтинг: 4 Просмотров: 7260 Загрузок: 3401
30 Марта, 2014

Şübhələrə cavablar – Seyyid Rza Hüseyninəsəb

Həcc mövsümündə bir tərəfdən İran İslam İnqilabı ilə tanışlığı olan, digər tərəfdən isə beynləri düşmənlərin zəhərli əks təbliğatları nəticəsində xarab olan bə`zi ziyarətçilər iranlı hacılarla görüşdükləri zaman müəyyən suallar irəli çəkərək cavablarını almışlar. Bu ehtiyacları tə`min etmək üçün əksər hallarda dini və mədəni yönə malik olan sualların böyük qismini hörmətli mühəqqiq Seyyid Rza Hüseyninəsəb bir yerə yığmış və mənim nəzarətim altında tənzim edərək çapa hazırlamışdır. Cavab məqamında ixtisara riayət olunsun deyə zəruri miqdarla kifayətlənmiş və əlavə izahatlar digər məqamlara həvalə edilmişdir.

Открыть Рейтинг: 4 Просмотров: 3434 Загрузок: 1113
30 Марта, 2014

Vəhabi firqəsi – Seyyid Məhəmməd Həsən Qəzvini

Mə’lum olduğu kimi, Mühəmməd ibn Əbdülvəhhab hicrətin 12-ci yüzilliyində Nəcdin uzaq səhrasında, çöllüklərdə yaşayan sərt camaat arasında və müsəlmanlıq adət-ən’ənəsindən uzaq bir mühitdə dünyaya gəlmişdir. O da İbn Teymiyyə kimi Hənbəli məzhəbinin ardıcılı və “Həşv” əhli idi. İbn Teymiyyənin və onun şagirdləri İbn Təyyim Cövziyyənin, İbn Əbdülhadinin əqidə tə’limlərini öyrənmiş, bu yolda onları da ötüb keçmişdi. Belə ki, hətta bütün müsəlmanları kafir adlandırmış, müsəlman şəhər və ölkələri, o zaman vəhabilərin əlində olmayan Məkkə və Mədinəni “Darul-hərb” və “Darul-küfr” e’lan etmişdi. O, müqəddəs şəhərlərin işğalını və bütün islami dəyərlərin dağıdılmasını öz ardıcıllarına vacib sayırdı.

Открыть Рейтинг: 5 Просмотров: 3732 Загрузок: 701
30 Марта, 2014

Quran təhrif olunmayıb – Şeyx Muhəmməd Cavad Lənkərani

Biz bu yazımızda təhriflə bağlı bütün məsələləri təfərrüatı ilə, geniş şəkildə araşdırmaq əzmində deyilik. Çünki bu tədqiq yalnız cildlərlə kitaba sığa bilər. Burada qarşıya qoyduğumuz məqsəd, təhrif məsələsini aydınlaşdırmaq üçün bir neçə mühüm məqamı qısa şəkildə araşdırmaqdır.

Hədis kitabları

Kitabın üz qabığındakı ərəbcə yazıda Muhəmməd peyğəmbərin (ona salam olsun): “Alimlər peyğəmbərlərin varisləridirlər” – sözü yazılmışdır.

İslam Tarixi (I cild)

İslamın meydana çıxması, formalaşması və yayılması müasir dövr tədqiqatçılarının ən çox müraciət etdikləri mövzulardan biri olmuşdur. Bu mövzu ictimai və siyasi yönlərilə bir çox dəfə araşdırılmış və mövzuya dair çox sayıda əsər qələmə alınmışdır. Sözü gedən mövzuya dair kifayət qədər köklü tədqiqatlar olduğu üçün bu sahədə qələm alınmış hər hansı bir əsər tarix elminə xüsusi bir yenilik qazandırmaya bilər. Bu səbəbdəndir ki, oxucuya təqdim etdiyimiz bu əsəri araşdırmacı tarixçilik tərzində deyil, daha çox öyrədici, praqmatik tərzdə qələmə almağa üstünlük verdik.

Səhih Dua və Zikrlər (Müsəlmanın qalası)

Bu kiçik kitabçada müsəlmanlar arasında daha çox yayılan və yalnız səhih hədislərdə olan dua və zikrlər qeyd edilmişdir. Həmçinin ərəbcə oxuya bilməyən insanlar üçün bir neçə surənin azərbaycanca yazılışını qeyd etmişik. Transkripsiyada ərəbcə olan sözün oxunuşunda uzatmanı bildirmək üçün hərfdən sonra gələn iki nöqtə, ondan əvvəl gələn hərfin bir hərf uzadılması deməkdir. Məsələn,
“Lə: ilə:hə illəllah”, yəni “lə” sözündən sonra “ə” hərfi bir hərf uzadılır, və ya “ru:hi:” sözündə “u” və sonda olan “i” səsi bir hərf uzadılır. Uca Allah bu kiçik kitabçanın ərsəyə gəlməsində köməklik göstərən hər bir kəsin əməl dəftərini savablarla doldursun! Allah müsəlmanları bu kitabça ilə faydalandırsın!

Əzəmətli Quranın Təfsiri – İbn Kəsir (II cild)

Həqiqətən, təfsir elmi mövzu və məqsəd baxımından ən fəzilətli və şərəfli elmlərdən biridir. Belə ki mövzusu Uca Allahın kəlamları olan bu elmi öyrənməkdə məqsəd Allahın ayələrinin mənasını açıqlamaq və bəyan etməkdir. Uca Allah bizə Quranı nazil etmiş və ayələrini başa düşüb tədəbbür etməyi və əməl etməyi buyurmuşdur. Uca Allah buyurur: “Bu Mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (“Sad”, 29).

Quran oxumağa giriş

Əlinizdə olan bu kitab bir çox kitablara müraciət edilərək hazırlan­mışdır. Məqsədimiz Qurani­Kərimi öyrənmək istəyənlər üçün sadə və asan oxunulan bir kitab hazırlamaqdır. Kitabda olan qaydaların rahat başa düşülməsi üçün hərf ləri bəzən rəngli qeyd etmişik.

Comments are closed, but trackbacks and pingbacks are open.