Press "Enter" to skip to content

Səadət kamalla yetişir başa

Hər bölmənin əvvəlində verilmiş yığcam şərh və illüstrasiyalar öyrə­niləcək əsərlərin ideya-məzmunu haqqında məktəblilərdə ilkin təsəv­vür yaratmaq, yeni bölməyə keçid üçün psixoloji zəmin hazırlamaq məqsədi güdür.

Azrbaycan tarixi 7 sinif müllim üçün vsait

Eng yangi tarix. 1939-1988. 11-sinf (1990, V.Furayev tahriri ostida)

.pdf O‘zbekiston tarixi. 11-sinf PDF 31 Jan 2020

O‘zbekiston tarixi. 11-sinf (1998, N.Jo’rayev, T.Fayzullayev, Q.Usmonov)

.pdf O’zbekiston tarixi. 1917-1993 yillar. 9-sinf PDF 31 Jan 2020

O’zbekiston tarixi. 1917-1993 yillar. 9-sinf (1994, R.Rajabova, R.Karimov, K.Oqilov, A.Ibragimova, I.Alimov, F.Ishoqov)

.pdf O’zbekiston xalqlari tarixi. 8-9-sinf PDF 31 Jan 2020

O’zbekiston xalqlari tarixi. 8-9-sinf (1993, M.Ishoqova, V.Kostetskiy)

.pdf O‘zbekiston tarixi. 8-sinf 1996 PDF 31 Jan 2020

O‘zbekiston tarixi. 8-sinf (1996, H.Bobobekov, J.Rahimov, H.Sodiqov)

.djvu Jahon tarixi. 9-sinf Document 31 Jan 2020

Jahon tarixi. 9-sinf (2010, M.Lafasov, U.Jo’rayev, E.Xoliqov, D.Qodirova)

.djvu O‘zbekiston tarixi. 9-sinf Document 31 Jan 2020

O‘zbekiston tarixi. 9-sinf (2010, S.Tillaboyev, A.Zamonov)

Səadət kamalla yetişir başa

Ümumtəhsil məktəblərinin VII sinifləri üçün ədəbiyyat fənni üzrə dərslik komplekti “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” əsasında hazırlanmışdır. Eyni zaman­da Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respubli­kasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan məqsəd və vəzifələr, tələblər diqqət mərkəzində saxlanılmışdır. Bu baxım­dan təhsilin məzmununun forma­laş­ma­sında nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştəliliyin vacibliyi, mənimsənilənlərin fərqli praktiki fəaliyyətdə səmərəli tətbiq etmək qabiliyyətinin şagirdlərdə formalaşdırılması, qazanılmış bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsinin təmin edilməsi önə çəkilmişdir.

“Ədəbiyyat” dərslik komplekti dərslikmüəllim üçün metodik vəsaitdən ibarətdir. Kurikulumun məzmunu və məntiqinə uyğun ola­raq, məzmun xətləri və əsas məzmun standartları sabit qalsa da, alt stan­dartlar sinifdən – sinfə keçdikcə asandan çətinə, sadədən mürək­kəbə doğru dəyişdiyi, dərinləşdiyi üçün hər sinifdə ədəbiyyat təlimi özünəməxsus xüsusiyyətlərə malikdir. Bu cəhət VII sinif üçün “Ədəbiy­yat” dərslik komplekti hazırlanarkən nəzərə alınmış, yeni dərslik komp­lekti ədəbiyyat fənn kurikulumu üzrə təlimin davamı və inkişafı kimi nəzərdə tutulmuşdur.

DƏRSLİK
“Ədəbiyyat” dərsliyinə daxil edilmiş təlim materialları aşağıdakı bölmələrdə qruplaşdırılmışdır:
1. Ədəbiyyat insanı zənginləşdirən vasitədir.
2. Şifahi xalq ədəbiyyatından seçmələr
3. Vətən sevgisi, qəhrəmanlıq səhifələri
4. Mənəvi dəyərlər, həmişəyaşar hikmətlər
5. Uşaq aləmi, uşaq taleyi
6. Təbiətə vurğunluq, təbiətə qayğı
· İnşa və essenin yazılmasına dair tövsiyələr
· Layihələr üzrə iş
· Sinifdənxaric oxu materialları
· İfadəli oxuda istifadə olunan şərti işarələr
· Qısa ədəbiyyatşünaslıq terminləri lüğəti
· Oxunması məsləhət görülən əsərlər

Dərsliyə şifahi ədəbiyyat nümunələri, klassik və müasir Azərbaycan ədəbiyyatından, eləcə də dünya ədəbiyyatından seçmələr daxil edilmiş­dir. Bədii nümunələr seçilərkən həmin əsərlərin yüksək ideya-bədii də­yə­rə malik olması, gənc nəslin mənəvi-estetik tərbiyəsi, müasir dün­ya­­görüşünün formalaşdırılması, təfəkkürünün inkişafı baxımından ak­tual mövzu və problemləri əks etdirməsi, janr müxtəlifliyi, şagird­lərin yaş və qavrama səviyyəsinə, maraq dairəsinə uyğun olması kimi mü­hüm meyarlar əsas götürülmüşdür.

Hər bölmənin əvvəlində verilmiş yığcam şərh və illüstrasiyalar öyrə­niləcək əsərlərin ideya-məzmunu haqqında məktəblilərdə ilkin təsəv­vür yaratmaq, yeni bölməyə keçid üçün psixoloji zəmin hazırlamaq məqsədi güdür.

Dərslikdə ədəbiyyat nəzəriyyəsindən verilən materiallar sinfin sə­viy­­­yəsi nəzərə alınaraq genişləndirilmiş və dərinləşdirilmişdir. Fənn ku­­­ri­ku­lumuna uyğun olaraq, bu sinifdə əsərlərin öyrədilməsi pro­se­sin­də epitet, bənzətmə, mübaliğə, litota, təkrir, bədii sual kimi təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi, işlənmə məqamına görə ro­lu­nun aydınlaşdırılması üzrə iş aparılması məqsədəuyğun sayılmış­dır. Mü­­vafiq bədii nümunələrin öyrənilməsi ilə əlaqədar dastan, mən­zum hekayə janrları, bədii ifadə vasitələri ilə bağlı dərslikdə yığcam nəzəri məlumat verilmişdir.

Dərsliyin metodoloji konsepsiyası şagirdlərdə idraki, informativ-kommunikativ və psixomotor bacarıqların formalaşdırılmasına xidmət edir. Təlim materiallarının mə­nimsənilməsi və müvafiq fəaliyyət növ­lərinin tətbiqi üç əsas metodoloji mər­hələyə bölünür: mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılması; yeni biliyin mənimsənilməsi; bilik və bacarıqların tətbiqi, dəyərlən­di­ril­mə­si.

1. Təlim materialının öyrənilməsi üzrə işin ilk mərhələsi moti­vasiya, idraki maraqoyatmadır. Müxtəlif üsul və vasitələrdən, ilk növ­bədə mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılmasını təmin edən sual və tapşırıqlardan istifadə şagirdlərdə təlim materialına ciddi ma­raq oyadır, yeni biliyin fəal mənimsənilməsi üçün zəmin yaradır. Bu pro­­sesdə məktəblilərin idrak fəallığı stimullaşdırılır, onlar təd­qi­qat­çı­lı­ğa yönəldilir. Dərslikdə bu məqsədlə sual və tapşırıqlardan istifadə olunmuşdur.

2. Yeni biliyin mənimsənilməsi iki mərhələdə həyata keçirilir: bədii əsərin məzmununun mənimsənilməsi və təhlili.

Bədii əsərin məzmunun mənimsənilməsi üzrə iş müxtəlif yollarla hə­ya­­ta keçirilə bilər. Əsərin emosional qavranılmasını təmin etmək məq­sə­dilə müəllimin nümunəvi ifadəli oxusu, həmçinin bədii oxu ustasının ifasının dinlənilməsi faydalıdır. Əsərin məzmununun mənimsənilməsi şa­gird­lərin səsli, səssiz oxusu, fasilələrlə oxu və s. istifadə ilə həyata ke­çirilir.

Bədii əsərin məzmununun öyrənilməsi ilə bağlı standartların real­laş­­dı­rıl­ma­sı məqsədilə aşağıdakı iş növlərindən istifadə nəzərdə tutu­lur:

– Şagirdlərin mətndəki tanış olmayan sözlərin mənasını dərsliyin so­nunda verilmiş lüğətdən, eləcə də digər lüğət və sorğu kitablarından istifadə etməklə müstəqil aydınlaşdırmaları üçün tapşırıqlar. Müəllim sözün mətn daxilində işlənmə məqamına görə mənasının şagirdlər tərə­findən düzgün müəyyənləşdirilməsinə zəruri hallarda istiqamət verə bi­lər. Tanış olmayan sözlərin müəyyənləşdirilməsi və mənasının aydın­laş­dırılması məqsədilə şagirdlər müəllimin tövsiyəsi ilə dərsliyin sonun­da verilmiş lüğətdən, eləcə də ədəbiyyat kabinetindəki izahlı lü­ğət­lər­dən istifadə edirlər. Şagirdlərin tanış olmayan sözlərin məna­sını müs­təqil aydınlaşdırması əsərin məzmununu dərindən, şüurlu qav­ramaları, ana dilinin zənginliyini mənimsəmələri, nitqlərinin inki­şafı baxımın­dan çox əhəmiyyətlidir.

– Süjetli bədii nümunələrin (əfsanə, nağıl, dastan, təmsil, hekayə, mən­zum hekayə) hissələrə ayrılması, plan tərtibi, məzmununun müxtə­lif for­malarda nağıl edilməsi üçün tapşırıqlar əvvəlki sinfə nisbətən daha mürəkkəb əsərlər üzərində həyata keçirilir.

– Əsərin məzmununun öyrənilməsində plan tərtibi əsərdəki hadisə və əhvalatların, qəhrəmanın his və düşüncələrinin mənimsənilməsinə, əsə­­rin quruluşu haqqında təsəvvürün qazanılmasına xidmət edir. Planı oxu­dan sonra tərtib etmək məqsədəuyğundur. Fasilələrlə oxu, proqnoz­laşdırılmış oxu metodlarının tətbiq edildiyi dərslərdə əsərin hər bitkin hissəsindən sonra fasilə etmək, hər hissəyə ad vermək daha məqsədə­uy­ğundur. Müəllim hər hissənin oxusundan sonra ona necə ad verməyin məqsədəuyğun olduğunu soruşur. Əsərin oxusundan əvvəl plan tərtibi üzrə iş aparılacağı barədə şagirdlər xəbərdar edilir.

Süjetli əsərin nağıl edilməsi mətnin məzmununu şagirdlərin də­rin­dən mənimsəməsi, şifahi nitqin inkişafı baxımından mühüm əhə­miy­yət kəsb edir. Əsərin məzmununun nağıl edilməsi üzrə iş üç formada apa­rılır:

1. Məzmunun yığcam nağıl edilməsi;
2. Məzmunun geniş nağıl edilməsi;
3. Məzmunun yaradıcı nağıl edilməsi.

Yığcam nağıletmə əsərin süjet xəttində, ideyanın açıl­ma­sın­da mü­hüm rol oynayan səhnələr, epizodlara diqqət yetirilməsini, təfər­rüat­lar­dan, ikinci dərəcəli məsələlərdən imtina edilməsini nəzərdə tutur. Na­ğıl­etmənin məzmununa yalnız əsas hadisələrin, obrazların daxil edil­mə­si nəticəsində şagirdin nitqi yığcamlıq, aydınlıq, fikri az sözlə çat­dır­maq kimi keyfiyyətlər əxz edir.

Geniş nağıletmə şagirdlərin müstəqilliyi, təxəyyülünün inkişafı ba­xı­­mından faydalıdır. Bu zaman mək­təblilər mətndən kənara çıxmır, əla­vələrini onun məzmununa uyğunlaşdırırlar.

Yaradıcı nağıletmə zamanı şagirdlər müəllifin əsərdə bir neçə cümlə ilə ifadə etdiyi fikri, hadisə, təbiət, əşya, portret təsvirini geniş­lən­dirir, əlavələr edirlər. Onlar hadisələrin gələcək inki­şa­fını necə təsəv­vür etdiklərin­dən, qəhrəmanların gələcək taleyi ilə bağ­lı fər­ziyyə­lə­rindən söz açır, əsərin sonluğunu dəyişdirirlər.

Bədii mətnin təhlili üzrə işlərdə məqsəd əsərin ideya-məzmununun, bədii məziyyətlərinin öyrənilməsidir. Bədii nümunələrin təhlili üzrə sual və tapşırıqlar “Araşdırın. Fikirləşin. Cavab verin” başlığı altında verilmişdir. Təhlil zamanı şagirdlər “Əsərlə bağlı açıqlamalar” mət­nindən istiqamətverici mənbə kimi istifadə etməlidir. Dərsdə bədii əsə­rin mövzusu, ideyası, qəhrəmanların səciyyəsi, bədii təsvir və ifadə vasi­tə­ləri üzrə iş interaktiv təlim metodlarından istifadə ilə həyata ke­çi­ri­lir.

3. Dərsliyə hər əsər üzrə şagirdlərin öyrəndiklərini tətbiq etmək, ümu­­­mi­­ləş­dir­mək, dəyərləndirmək (qiy­mət­lən­dir­­mək) üçün “Tətbiq. Mü­zakirə. Yaradıcı iş” başlığı altında sual və tapşırıqlar daxil edil­mişdir. Onların sırasında həyati bacarıqların yaradılmasına xidmət edən tapşırıqlara da yer verilmişdir. Mənimsənilmiş bilik və bacarıqları möhkəmləndirmək, təkmilləşdirmək və dəyərləndirmək məqsədilə hər bölmənin sonunda ayrıca “Tətbiq və ümumiləşdirmə” dərsləri nəzərdə tutulmuş və “Qiymətləndirmə materialları” verilmişdir.

Dərslikdə tədris prosesinin sadalanan metodoloji mərhələləri gözlə­nilmiş, həmin mərhələlərə uyğun olaraq, hər mövzu üzrə aşağıdakı iş növlərindən, sual və tapşırıqlar sistemindən istifadə nəzərdə tutul­muş­dur:

· Yada salın. Mövzu ilə əlaqədar bildiklərinizi xatırlamağa, maraq və istəklərinizi ifadə etməyə istiqamətləndirəcəkdir.

· Düşünün. İlkin fərziyyələr söyləməyə, araşdırma aparmağa yönəldəcəkdir.

· Oxuda aydınlaşdırın. Tanış olmayan sözlərin mənasını aydın­laş­dırmağınız, eləcə də bədii təsvir və ifadə vasitələrini müəyyən­ləşdirməyiniz üçün nəzərdə tutulmuşdur.

· Məzmun üzrə iş. Əsərin məzmununun öyrənilməsi ilə əlaqədar ye­rinə yetirilən işlər əhatə olunur. Məzmunun necə mənim­sə­nil­di­yini aşkara çıxarmaq və dərinləşdirmək üçün təklif olunur.

· Təhlil üzrə iş. Əsərin təhlili, bununla bağlı zəruri bacarıqların yaradılması və tətbiqi üzrə işlər əhatə olunur.

· Tətbiq. Müzakirə. Yaradıcı iş. Fərdi, eləcə də sinifdə bədii əsərin təhlili zamanı cütlük, qrup şəklində tədqiqat aparılmasına, şa­girdləri yaradıcı işə qoşulmağa, bilik və bacarıqlarını tətbiq et­məyə, öyrənilənlərə münasibət bildirməyə, möhkəmləndirməyə istiqamətləndirir.

· İfadəli oxuya hazırlaşın. İfadəli oxu ilə bağlı tövsiyələr verilir, bilik və bacarıqlarınızın inkişafı məqsədilə tapşırıqlar təklif edi­lir.

· Tətbiq və ümumiləşdirmə. Hər bölmənin sonunda bilik və baca­rıq­larınızın tətbiqinə, ümumiləşdirilməsinə geniş imkan yaradan dərs keçəcəksiniz. Bölməyə uyğun seçilmiş bir əsərin oxusu (bu, dərsə qədər həyata keçiriləcəkdir), məzmununun öyrənilməsi, təhlili və s. üzrə işləri müstəqil yerinə yetirəcəksiniz.

· Qiymətləndirmə materialları. Bölmələrin sonunda həyata keçiri­lən kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur.

· Layihə üzrə iş. Layihələr müxtəlif mənbələrlə, dərslikdəki mü­va­fiq materiallarla işləməyiniz, bilik və bacarıqlarınızı tətbiq et­mə­yiniz, yaradıcı fəaliyyət göstərməyiniz üçün təklif edilmiş­dir.

Məzmun standartlarının reallaşdırılmasına yönəldilmiş iş növləri, sual və tapşırıq­lar sistemində aşağıdakılar nəzərə alınmışdır:

– qazanılmış bilik və bacarıqların yeni material üzərində müstəqil tət­biqi, dərinləşdirilməsi;

– məktəblilərin bədii ədəbiyyatın mütaliəsinə marağının artırılması, təd­qiqatçılıq fəaliyyətinə, müxtəlif mənbələrdən istifadə etməklə bilik­lərini müstəqil artırmağa istiqamətləndirilməsi;

– fəal/interaktiv təlimin, fəndaxili və fənlərarası inteqrasiyanın real­laş­­dırıl­ma­sı üçün zəmin yaradılması;

– fəal həyat mövqeyi, mütaliə, şifahi və yazılı nitq mədəniyyəti kimi həyati bacarıqların formalaşdırılması;

– inklüzivlik, fərqli idraki maraqların inkişaf etdirilməsi, məntiqi, tənqidi, yaradıcı təfəkkürün inkişafı üçün zəmin yaradılması.

Şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi üzrə işlərin istər əsə­rin məzmununun öyrənilməsi zamanı, istərsə də təhlil dərslərində hə­yata keçirilməsi məqsədəuyğundur. Şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi ilə sıx bağlı olan mühüm məsələlərdən biri də ifadəli oxu ba­ca­rıqlarının aşılanmasıdır. Məlumdur ki, mətnin şagird tərə­fin­dən ifa­dəli oxusu yalnız əsərin ideya-məzmunu, qəhrəmanların səciy­yəsi, müəl­lifin niyyəti aydın dərk edildikdən sonra həyata keçirilə bilər. Əsə­rin məzmununun öyrənilməsi üzrə dərslərdə müəllimin nümunəvi ifa­dəli oxusu və ya bədii oxu ustasının ifasının dinlənilməsi məqsə­dəuy­ğundur.

Yazılı nitqin inkişaf etdirilməsi, əsasən əsərin təhlilindən sonra ye­ri­nə yetirilən inşa və esselər vasitəsilə həyata keçirilir. Şagirdlərin ya­zı­lı nitqinin inkişaf etdirilməsi məqsədilə öyrədici səciyyəli yazılar üçün planlaşdırmada ayrıca dərs saatları da nəzərdə tutulmuşdur.

Dərsliyin tərtibində aşağıdakı pedaqoji prinsiplər gözlənilmişdir:

– düzgünlük (fənn üzrə təlim standartlarına uyğunluq, faktların də­qiqliyi, mübahisəli elmi məsələlərin olmaması, orfoqrafiya, durğu işa­rələri və qrammatik qaydaların göz­lənilməsi);

– əyanilik (bədii mətnlərlə bağlı şəkil, cədvəl və illüst­rasiyaların ol­ması);

– müasirlik (ədəbi nailiyyətlərin şagirdlərin yaş səviyyəsinə uyğun əks olunması, təlim materiallarının müasir dünyagörüşünün formalaş­dı­rıl­­masına istiqamətlənməsi);

– tamlıq (ədəbi-nəzəri, praktik, təsviri, qiymətləndirmə material­larının olması, onların üzvi şəkildə əlaqələndirilməsi);

– ardıcıllıq (psixoloji məzmun və məntiqi baxımdan təlim material­la­rının maraqlılıq səviyyəsinə görə düzül­məsi, sadədən mürəkkəbə doğ­­ru sıralanması, əvvəlki təlim materialları vasitəsilə növbəti mate­rial­ların mənimsənilməsinə zəmin yaradılması).

– yaş səviyyəsinə uyğunluq (dərsliyin poliqrafiya, dizayn cəhətdən şa­girdlərin estetik tələbatına cavab verməsi, təlim materiallarının məz­mun və həcm baxı­mından onların ehtiyaclarına uyğun müəyyən­ləşdirilməsi);

– təlim vaxtına uyğunluq (tədrisə ayrılan vaxtın dəqiq nəzərə alın­ma­sı);

– oxunaqlılıq (bədii materialların, şərhlərin, izahların, nəzəri mə­lumatların və s.) maraqlı və yığcam olması, onların aydın üslubda, sadə dildə ifadə edilməsi);

– inklüzivlik (potensial imkanları, qavrama səviyyəsindən asılı olma­ya­raq, bütün şagirdlərə diferensial yanaşmanın təmin edilməsi və on­ların təlim maraqlarının təmin olunması).

– inteqrativlik (ədəbi təhsilin məzmun komponentlərinin bir-biri ilə və digər fənlərlə sistemli şəkildə əlaqələndirilməsi).

Müəllim dərs­liyin metodik sistemindən istifadə məsələsinə yaradıcı yanaşmalı, bü­tün sual və tapşırıqlar üzrə iş aparılması məq­sədini qar­şıya qoymamalıdır. Müəllim dərs üçün müəyyənləşdirdiyi təlim məq­səd­lərindən, konkret sinfin şagirdlərinin hazırlıq səviyyəsindən çıxış edə­rək əsərin məzmununun öyrənilməsi, təhlili zamanı dərs­lik­dəki hansı sual və tapşırıqlardan istifadə edəcə­yini dəqiq­ləşdirməli, lazım gələrsə, ixtisarlar aparmalı, əlavələr etmə­lidir.

Dərslikdəki bədii əsərlərin vizual qavranılmasını təmin etmək, mət­nin emosional təsirini qüvvətləndirmək məqsədilə möv­­­zular üzrə il­lüstrasiyalar yerləşdirilmişdir. İllüstrasiyalarla iş bədii əsərlərin öy­rənilməsində əsas fəaliyyət növlərindən biridir. Şə­killəri “oxumaq” ba­carığı şagirdlərə dərsdə öyrəndiklərini real həyatda da mü­şa­hidə etmək imkanı verəcəkdir. Odur ki, müəllim ədəbiyyat dərslərində əsərə çə­kil­miş illüstrasiyalar üzrə nağıletmə, müzakirə, yığcam inşa, esse yaz­dırılması və s. iş növlərindən istifadə etməlidir.

MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT

Metodik vəsaitə fənn müəlliminə VII sinifdə kurikulumun qarşıya qoy­duğu məqsəd və vəzifələrin yerinə yetirilməsi, təlim prosesində məz­mun standartlarının reallaşdırılması, dərs ilinin sonunda nəzərdə tutulan təlim nəticələrinə nail olunmasında kömək məqsədi izləyən me­todik tövsiyələr daxil edilmişdir:

· VII sinif ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri;
· Məzmun standartlarının reallaşdırılması cədvəli;

· Tədris materiallarının illik planlaşdırılması (mövzuların həftələr üzrə bölgüsü, reallaş­­dı­­rı­lan standartlar, fənlərarası inteq­ra­si­ya, strategiyalar: metodlar, iş formaları, resurslar, qiymətləndirmə üsul və vasitələri);

7-ci sinif KSQ-3 ÜMUMİ TARİX

7 sinif Ümumi tarix KSQ – 3
1.Dəndənəkan döyüşündə hansı dövlətlər vuruşub
2.Dəndənəkan döyüşünün nəticəsi
3.Mərv qurulyatında nə qərara alındı
4.Səlcuqların paytaxtı Reyə nə zaman köçürüldü
5.Sultan I Toğrul Bağdadı nə zaman tutdu
6.Malazgird döyüşü nə zaman baş verdi
7.Malazgirddə qarşı-qarşıya gələn dövlətlər
8.Malazgird döyüşünün nəticəsi
9.I Məlikşahın dövründə Səlcuq dövlətinin paytaxtı hansı şəhərə köçürüldü
10.I Məlikşahın baş vəziri kim olmuşdur
11.”Şərqin və Qərbin” hökmdarı kimdir
12.Qupta sülaləsinin hakimiyyətə gəlməsi
13.”Hindistanın qızıl əsri” adlanır
14.Qupta dövlətinin Ağ hunlardan asılılığa düşməsi
15.Sultan Mahmud Qəznəvi hansı əyalətləri tutdu
16.Dehli sultanlığının yaranması
17.Dehli sultanlığının əsasını kim qoydu
18.Həm müsəlman,həm də türk tarixində nadir qadın hökmdarlardan sayılan Dehli sultanı kimdir
19.Dehli sultanlığında vilayətləri idarə edirdi
20.Böyük Moğol dövlətinin əsaasını kim qoydu
21.Böyük Moğol dövlətinin paytaxtı
22.Moğol dövləti hansı hökmdaın dövründə imperatorluğa çevrildi
23.Monqol dövlətinin yaranması
24.Hülakilər dövləti mövcud olmuşdur
25.Hülakilər dövləti eyni zamanda adlanırdı
A variantı
26.Qazan xan yerli əhalini öz tərəfinə çəkmək üçün nə etdi
27.Qazan xan hansı sahələrdə islahatlar keçirdi (5-ni də göstər)
28.Qızıl Ordu dövləətində imtiyazlı şəxslərə nə deyilirdi
29.Qızıl Ordu dövlətində vergi yığılmasına rəhbərlik edirdi
30.Kulikovo döyüşü neçənci ildə baş verdi
31.Kulikovo döyüşündə məğlub oldular
32.Orxan Qazinin dövründə Osmanlı dövlətinin paytaxtı
33.Osmanlı tarixində ilk dəfə sultsn titulu almış hökmdar
34.Ankara döyüşünün nəticəsi
35.II Mehmet gəmiləri Qızıl Buynuz limanına necə sala bildi
36.Konstantinopolun osmanlılar tərəfindən fəthi
37.Osmanlı qoşununun əsas hissəsinin təşkil edirdi
38.Osmanlı dövlətində yeni qoşun növü adlanırdı
39.Timar nədir
40.Osmanlı dövlətində vergi verən bütün əhali adlanırdı

7 sinif Ümumi tarix KSQ-3
1.Səlcuqlar oğuzların hansı boyundan idi
2.Səlcuq dövlət ineçənci ildə yarandı
3.Dəndənəkan döyüşü neçənci ildə baş verdi
4.Dəndənəkan döyüşünün nəticəsi
5.Səlcuqların paytaxtı Reyə nə zaman köçürüldü
6.Malazgird döyüşü nə zaman baş verdi
7.Malazgird döyüşünün nəticəsi
8.I Məlikşahın baş vəziri kim olmuşdur
9.Səlcuq imperiyasında qoşun başçılarına xidmət müqabiləndə nə verilirdi
10.Səlcuq imperiyasının süqutundan sona onun yerində meydana gəlmiş dövlətlər
11.”Şərqin və Qərbin” hökmdarı kimdir
12.”Hindistanın qızıl əsri” adlanır
13.Hindistanda feodal dağınıqlığı dövrü hansı əsrləri əhatə edir
14.Səlcuq dövlətində kəndlilərdən alınan torpaq vergisi necə adlanırdı
15.Sultan Mahmud Qəznəvi hansı əyalətləri tutdu
16.Dehli sultanlığının əsasını kim qoydu
17.Dehli sultanlığında vilayətləri idarə edirdi
18.Xass nədir
19.İcma torpağı nədir
20.Böyük Moğol dövləti nə zaman yarandı
21.Böyük Moğol dövlətinin paytaxtı
22.Monqol dövlətinin yaranması
23.Monqol dövlətinin ilk paytaxtı
24.Xubilay xanın dövründə Monqol dövlətinin paytaxtı hansı şəhərə köçürüldü
B variantı
25.Hülakilər dövləti mövcud olmuşdur
26.Ankara döyüşü
27.Ankara döyüşünün nəticəsi
28.II Mehmet gəmiləri Qızıl Buynuz limanına necə sala bildi
29.Konstantinopolun osmanlılar tərəfindən fəthi
30.”Qızıl körpü” osmanlılar tərəfindən tutulduqdan sonra necə adlandırıldı
31.Bizans impeeriyasının varlığına son qoyduqdan sonra II Mehmet hansı təxəllüslə tanındı
32.Çaldıran döyüşü
33.Çaldıran döyüşünün nəticəsi
34.Misirin tabe edilməsi ilə osmanlılar hansı dənizə çıxış əldə etdilər
35.Osmanlılarda dövlətin möhürü kimin əlində idi
36.Osmanlılarda dəftərdar kimə deyilirdi
37.Orxan Qazının dövründə Osmanlı dövləti inzibaati cəhətdən bölünürdü
38.Osmanlı dövlətində yeni qoşun növü adlanırdı
39.Timar nədir
40.Osmanlı dövlətində vergi verən bütün əhali adlanırdı

7 sinif Ümumi tarix – KSQ -3
1.Səlcuq bəyin Cənt şəhərinə gəlməsinin səbəbi
2.Səlcuq dövlətinin ilk paytaxtı
3.Dəndənəkan döyüşündə hansı dövəltlər vuruşub
4.Mərv qurulyatında nə qərara alındı
5.Sultan I Toğrul Bağdadı nə zaman tutdu
6.Malazgirddə qarşı-qarşıya gələn dövlətlər
7.I Məlikşahın dövründə Səlcuq dövlətinin paytaxtı hansı şəhərə köçürüldü
8.Sonuncu Səlcuq sultanı kim olmuşdur
9.Səlcuqlaarda sərhədləri qoruyan sərkərdələrə verilən torpaqlar necə adlanırdı
10.”İslamın nuru” adlandırılmış hökmdar
11.Qupta sülaləsinin hakimiyyətə gəlməsi
12.Qupta dövlətinin Ağ hunlardan asılılığa düşməsi
13.Ərəb işğalları nəticəsində Hindistanda yaranmış əmirliklər
14.XI əsrin əvvəllərində Sultan Mahmud Qəznəvi Hindistana neçə dəfə yürüş etdi
15.Dehli sultanlığının yaranması
16.Həm müsəlman,həm də türk tarixində nadir qadın hökmdarlardan sayılan Dehli sultanı kimdir
17.Dehli sultanlığında dairələri idarə edirdi
18.Vəqf nədir
19.Kimin yürüşləri dehli sultanlığını daha da zəiflətdi
20.Böyük Moğol dövlətinin əsaasını kim qoydu
21.Moğol dövləti hansı hökmdaın dövründə imperatorluğa çevrildi
22.Monqol dövlətini kim yaratmışdı
23.Monqolların qanunlar toplusu adlanırdı
C variantı
24.Hülaki xanın Abbasilər xilafətinə son qoyması
25.Hülakilər dövləti eyni zamanda adlanırdı
26.Qazan xan hansı sahələrdə islahatlar keçirdi (5-ni də göstər)
27.Qızıl Ordu dövlətinin əsasını kim qoydu
28.Yarlıq nədir
29.Qızıl Ordu dövlətində vergi yığılmasına rəhbərlik edirdi
30.Kulikovo döyüşündə məğlub oldular
31. 1395-ci ildə Teerek çayı sahilində qarşı-qarşıya gəldilər
32.Qızıl Ordu dövlətinin süqutu
33.Orxan Qazinin dövründə Osmanlı dövlətinin paytaxtı
34.I Muradın dövründə Osmanlı dövlətinin paytaxtı
35.Çirmən döyüşünün nəticəsi
36.Ankara döyüşü
37.II Mehmet gəmiləri Qızıl Buynuz limanına necə sala bildi
38.”Qızıl körpü” osmanlılar tərəfindən tutulduqdan sonra necə adlandırıldı
39.Çaldıran döyüşü
40.Misirin tabe edilməsi ilə osmanlılar hansı dənizə çıxış əldə etdilər

Comments are closed, but trackbacks and pingbacks are open.