Press "Enter" to skip to content

Həmid araslı

Sərəncamda qeyd olunur ki, 2019-cu ilin fevral ayında görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Məhəmmədtağı oğlu Araslının anadan olmasının 110 illiyi tamam olur.

Xankəndi

Azvision.az xəbər verir ki, sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Həmid Araslının 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Sərəncamda qeyd olunur ki, 2019-cu ilin fevral ayında görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Məhəmmədtağı oğlu Araslının anadan olmasının 110 illiyi tamam olur.

Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verib. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir. Həmid Araslı folklorumuzun tədqiqini həmişə diqqət mərkəzində saxlayıb, “Kitabi-Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin gerçəkləşdirilməsinə, dahi Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsinə böyük əmək sərf edib, anadilli ədəbiyyatın tanınmış nümayəndələrinin əsərlərinin şərqşünaslığın nailiyyətləri əsasında əhatəli şərhlərlə mükəmməl elmi-tənqidi mətnini hazırlayıb. Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər boyu uğurlu şəkildə əlaqələndirən alim, eyni zamanda, ölkənin mədəni-ictimai həyatında yaxından iştirak edib.

Həmid araslı

2019-02-27 11:30:00

Akademik Həmid Araslının elmi irsi

AzEdu.az AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, Məryəm Seyidbəylinin akademik Həmid Araslı ilə bağlı yazdığı məqaləni təqdim edir: Müasir Azərbaycan ədəbiyyatı tarixində özünəməxsusu yaradıcılığı ilə seçilən Həmid Məmməd Tağı oğlu Araslı 1909-cu ildə Gəncədə dünyaya göz açıb. Atası Hacı Məhəmməd Tağı Ərəşzadə mükəmməl təhsilli alim ruhanilərdən biri kimi dövrünün məşhur şəxsiyyətlərindən idi. Onun ərəb dilindən etdiyi tərcümələri və xüsusi ilə “Vəşrihi-fəraiz” əsəri dövr ziyalıları tərəfindən layiqincə dəyərləndilmişdir. Adı çəkilən kitab bu günəcən alimin kitabxanasında qorunub saxlanılır. Alimin anası Dursunbəyim xanım da həmçinin savadlı qadın olmuş, milli folklorumuzu dərindən bilmişdir. Çox güman ki, Həmid Araslının folklor yaradıcılığına olan dərin elmi həvəsi anasından genetik keçən fenomendir. 2 yaşında atasını itirən Həmid Araslı, 12 yaşında həm də anasını itirir. Alimin uşaqlıq illəri bağban işləyən ögey atasının himayəsində keçmişdir. O, ibtidai təhsilini Gəncədəki Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyasında almış, buranı 1926-cı ildə bitirdikdən sonra Nəbiağalı kənd məktəbində əvvəlcə müəllim, sonra direktor vəzifəsində çalışmışdır. Həmin illərdə H. Araslı folklor elminə böyük maraq götərir, milli folklor nümunələrini toplamaqla məşğul olurdu. Təbii ki, gənc müəllim folklora münasibəti həm onun şagirdlərində folklorşünaslığa maraq oyadırdı. Elmə dərin həvəs göstərən H. Araslı 1929-cu ildə Bakıya gəlir və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakultəsinə daxil olur. Yüksək biliyi, istedadı sayəsində institut təhsilini vaxtından əvvəl tamamlayaraq, 1931-ci ildə doğma şəhəri Gəncəyə qayıtdığında maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunur. 1932-ci ildə yenidən Bakıya gələrək, təhsilini aspiranturada davam etdirməyə başlayır. Ərəb dilini mükəmməl bildiyi üçün Araslı hələ aspirantura illərində keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində fəaliyyət göstərən kitabxananın şərq şöbəsinin müdiri vəzifəsinə göndərilir. Şərq xalqlarının folklor və ədəbiyyatına böyük maraq göstərən Həmid Araslı ölkədə şərqşünaslıq elminin inkişafına təkan verən bir qurumun, elm müəssisəsinin yaradılmasının vacibliyini mühüm sayırdı. Onun təşkilatçılığı və işgüzarlığı sayəsində həmin illərdə Əlyazmalar Fondunda xeyli şərq əlyazmaları toplanılır. Çox çəkmir ki, həmin fonda rəhbərlik etmək vəzifəsi, məhz Həmid Araslıya həvalə olunur. 1935-ci ildən, yeni vəzifəsiylə paralel olaraq, elmi fəaliyyətə başlayır, böyük həvəs və entuzizmla elmi axtarışlar aparır, cəsarətli elmi və publisistik məqalələr yazır. 1936-cı ildə gənc alim həm də Yazıçılar İttifaqının üzvü seçilir. Lakin, represiya dalğasının güclənməyə başladığı həmin dövrdə alimi ideoloji “sayqsızlıqda” günahlandırırlar. Belə ki, onun rəhbərlik etdiyi fonddakı əlyazmalar içərisində Sovet ideologiyasının qəbul etmədiyi nümunələr “aşkarlanır” və bu səbəbdən alim 1938-ci ildə vəzifəsindən azad olunur. O, 1938-1939-cu illərdə Azərnəşrin Bədii ədəbiyyat şöbəsində redaktor işləmək məcburiyyətində qalır. Həmin dövrdə, daha doğrusu 1938-ci ildə alimi Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində mühazirə oxumağa dəvət edirlər. O, burada orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən mühazirə oxumağa başlayır. H. Araslı 1939-cu ildə Nizami adına Azərbaycan Ədəbiyyatı və Dili İnstitutunda Orta əsrlər ədəbiyyatı, 1957-ci ildə Mətnşünaslıq şöbəsinə rəhbərlik edir. Elmi araşdırmalarının ilk bəhrəsi olaraq o, 1943-cü ildə “XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini qazanır. Bundan sonra Araslı 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq xalqlarinin ədəbiyyatı kafedrasının müdiri təyin edilir və 1960-cı ilə qədər bu vəzifədə çalışır. Yaxın Şərq ədəbiyyatının incilərinə və korifeylərinə dair mühazirələri ilə tələbələrin şərq haqqında biliklərini zənginləşdirir. 1954-cü ildə “XII – XVIII əsrlər Azərbaycan ədəbiyyatı” mövzusunda elmi iş müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini qazanan alim, 1955-ci ildə professor elmi adına layiq görülür. Azərbaycan ədəbiyyatı ilə yanaşı, həm də Yaxın və Orta Şərq xalqlarının ədəbi fikrinin inkişafı ilə bağlı problemləri dərindən araşdıran professor 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir. Görkəmli alim 1970-ci ildən Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları institutunun direktoru vəzifəsində çalışmışdır. 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə Azərbaycanın Əməkdar elm xadimi adına görülmüşdür. Həmid Araslının elmi fəaliyyəti kifayət qədər əhatəli olmuş, o, geniş diapazonda aktual elmi problemlər araşdırmışdır. Bu işdə konkret məsələlərə keçməzdən əvvəl qeyd edək ki, 1936-cı ildən etibarən respublikanın orta məktəbləri üçün ədəbiyyat üzrə tədris proqramlarının və dərsliklərin hazırlanmasında Araslının fəal iştirakı olmuşdur. Onun yazdığı dərsliklər bu günəcən Azərbaycan məktəblərinin 8-9 sinifləri üçün əsas dərsliklərdir. Elə bu fakt, yəni dərsliklərin bu qədər uzunömürlü olması, Həmid Araslının Azərbaycan ədəbi fikir tarixi barədə bilgilərinin nə qədər dərin və əsaslı olduğunu bir daha təsdiqləyir. Məlumdur ki, Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslığının sistemli şəkildə öyrənilməsinə elmi maraq XIX əsrin sonundan yeni mərhələyə qədəm qoymuşdu. Həmin dövrdə görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərli özünün Azərbaycan dilinin və orta əsrlər ədəbiyyatının problemlərinə həsr olunmuş əsərləri ilə ədəbiyyat tariximizdə tənqidi ədəbiyyatşünaslığın əsasını qoymuşdur. Akademik Həmid Araslının əsərləri ilə yaxından tanışlıq onu Firudin bəy Köçərli irsinin davamçısı kimi qiymətləndirməyə əsas verir. Dahi Nizaminin zəngin irsinin öyrənilməsi tarixinə verdiyi böyük töhfə Həmid Araslının Nizamişünaslıq elmi qarşısında misilsiz xidmətidir. Akademik “Nizaminin əsərlərində xalq sözləri, ifadələri və zərb – məsəlləri”, “Nizami və folklor”, “Nizaminin lirikası”, “Nizaminin yaradıcılığında Dədə Qorqud motivləri” və digər əsərlərində Nizami yaradıcılığı və Azərbaycan folkloru əlaqəsini elmi cəhətdən analiz etmişdir. Sözügedən əsərləri məşhur çex şərqşünas alimi Yan Ripka, həmçinin Polşa akademiyasının ədəbiyyatşünasları yüksək qiymətləndirmişdilər. Bu kontekstdə digər maraqlı məqam Həmid Araslının bu mövzuda araşdırmaları dünya ədəbiyyatşünaslığında Nizami irsinə ziddiyyətli və yanlış yanaşmaların mövcud olduğu bir şəraitdə aparmışdır. O, dahi şairin irsini dərindən öyrənmiş, onu farslaşdırmağa cəhd göstərən opponentlərinə sübut etmişdir ki, Nizami farsca yazmağına baxmayaraq, obrazlarını türk düşüncəsiylə yaratmışdır. “Şairin həyatı”, “Nizami Gəncəvi əsərləri”, eləcə də onun ayrı-ayrı tədqiqatları göstərir ki, Həmid Araslı Nizami sənətinin milli ruhuna həssaslıqla yanaşmışdır. Onun Nizami yaradıcılığı haqqında tədqiqatları Türkmənistanda, Özbəkistanda, Tacikstanda və başqa ölkələrdə dəfələrlə dərc edilmişdir. Görkəmli akademikin filoloji araşdırmaları içərisində Füzuli yaradıcılığına həsr etdiyi əsərlər elmi-metodoloji səviyyəsinə görə bu gün də ədəbiyyatşünaslıq elmimizin bədii-estetik səviyyəsinə misilsiz töhfələrdir. Bu əsərlər Füzulişünaslıq elminin inkişafında elmi-metodoloji baxımından yeni mərhələni təşkil edir. Onun Füzuli irsinə həsr etdiyi 20-dən artıq məqalə və tədqiqatları “Böyük Azərbaycan şairi Füzuli” adlı konseptual monoqrafiyasında ifadəsini tapmışdır. Tədqiqatçının Füzulinin “Əm isül Qəlb”, “Leyli və Məcnun” əsərlərindən bəhs etdiyi məqalələr Türkiyədə çap olunmuşdur. Müasir Azərbaycan folklorşünaslığının yaradıcılarından olan Həmid Araslı həm də folklorşünaslığa dair əsərləri ilə bu elm sahəsinin inkişafına güçlü təkan vermişdir. Akademik türkdilli Azərbaycan ədəbiyyatının təşəkkülündə mühüm rol oynamış Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Amani Saib Təbrizi, Qövəsi Təbrizi, Məhcur Şirvani, Vaqif, Vidadi və digər şairlərin yaradıcılığını dərindən araşdırmış, bu simaların Azərbaycan ədəbiyyatı tarixində rolunu obyektiv elmi konteksdə qiymətləndirmişdir. Üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi” əsərini Həmid Araslı yaradıcılığının zirvəsi hesab etmək olar. Əsərdə müəllif Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən başalayaraq XVII əsrə qədərki inkişaf mərhələlərini, dövrün ədəbi-mədəni mənzərəsini ətraflı və obyektiv təsvir etmişdir. Alim bu əsəri ilə analitik tədqiqatçı olduğunu bir daha sübut etmişdir. Akademik Araslı görkəmli elm xadimi olmaqla yanaşı, həm də təşkilatçı-alim adını ləyaqətlə daşımışdır. Vətənpərvər alim Azərbaycan mədəniyyətinin və ədəbiyyatının təkcə keçmiş Sovet məkanında deyil, dünya miqyasında da tanınması üçün xeyli işlər görməmişdir. Nizmi adına Ədəbiyyat Muzeyinin yaradılmasında, muzeyin eksponatlarının ədəbi-mədəni əhəmiyyətinin qiymətləndiriliməsində onun xidmətləri əvəzsiszdir. Yeri gəlmişkən, Həmid Araslı bu elm ocağında əvvəlcə elmi katib, sonra elmi işlər üzrə direktor müavini, 1960-1968-ci illərdə isə direktor vəzifəsində çalışmışdır. Alimin elmi kadrların hazırlanmasında, onların təşəkkülü, ixtisasın profesionallıqla dərk edilməsində əsl müəllim və tərbiyəçi kimi rolu danılmazdır. Görkəmli mütəxəssis təkcə respublikamızda deyil, Özbəkistandan, Tacikistandan və Tatarıstandan olan doktorantların, dissertantların aspirantların elmi işərinə rəhbərlik etmiş, onlara dəyərli elmi-metodoloji məsləhətlər vermişdir. Biz şübhə etmirik ki, onlarca elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirmiş görkəmli alim – ədəbiyyatşünas, akademik Həmid Araslının adı Azərbaycan elm tarixində əbədi yaşayacaqdır.

Bu bölməyə aid digər xəbərlər

Elm Fondu 300 min manatlıq qrant müsabiqəsi ELAN ETDİ

2023-03-07 11:23:20

Bu bölgələrdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq – RƏSMİ

2023-03-02 16:25:12

İmtahana hazırlaşan müəllimlərə TÖVSİYƏ

2023-02-28 14:33:50

Surqut şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

2023-02-26 13:29:00

Akademikin Vikipediya səhifəsi yenilənib

2023-02-24 17:10:00

“İlin Gənc Müəllimi-2022″də ilk “10-luq”da yer alan Ülviyyə Abdulova AzEdu.az-da – FOTO

2023-02-16 13:50:00

Təhsil İnstitutundan MİQ imtahanları və sertifikasiyaya hazırlaşanlara dəstək

2023-02-15 16:23:00

BDU dosentinin həmmüəllifi olduğu dərslik ABŞ və Böyük Britaniyada nəşr olunub

2023-02-15 10:55:00

Müəllimlər din xadimlərinin müdafiəsinə qalxıblar

2023-02-13 12:16:00

Kimya fənni üzrə kurikulum müzakirəsi təşkil edilib-ARTİ

HƏMİD ARASLI

Həmid Araslı 1909-cu ildə fevral ayının 23-də Gəncədə dünyaya göz açmışdır. Atası Hacı Məhəmmədtağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən olmuşdur. H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayaraq,1922-ci ildə Gəncə Darülmüəllimi Seminariyasında təhsilini davam etdirir. 1926-cı ildə seminariyanı bitirib Nəbiağalı kənd məktəbində əvvəlcə müəllim, sonra isə direktor vəzifəsində işləyir. O, bu illərdə folklor nümunələrini toplamaqla məşğul olur, tələbələrini də bu işə cəlb edir. 1929-cu ildə Bakıya gəlib Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu vaxtından əvvəl bitirib 1931-ci ildə Gəncəyə qayıdaraq maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunur. 1932-ci ildə Bakıya gəlib aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərq şöbəsində müdir işləyir. Həmin illərdə Şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmaq kimi mühüm bir işə başlayır və tezliklə yaratdığı fondun direktoru olur. 1935-ci ildən elmi yaradıcılığa başlayır. Bir il sonra (1936) Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir. 1938-ci ildə fondda saxlanılan əlyazmalar içərisində sovet ideologiyasına uyğun olmayan nümunələr aşkar edib onu işdən azad edirlər. 1938-1939-cu illərdə Azərnəşrin Bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsinə qəbul olunur. 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən dərs deməyə başlayır. 1939-cu ildə Nizami adına Azərbaycan Ədəbiyyatı və Dili İnstitutunda orta əsrlər ədəbiyyatı, 1957-ci ildə isə mətnşünaslıq şöbələrinə rəhbərlik edir. 1943-cü ildə “XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını alır. 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunur. 1954-cü ildə “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bir il sonra ona professor adı verilir. H.Araslı 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir. 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə Azərbaycanın əməkdar elm xadimi adına layiq görülüb.

Azərbaycan qədim və orta əsrlər, Azərbaycan ədəbiyyatı Nəsimi, Kişvəri, Əmani, Saib Təbrizi, Qövsi Təbrizi, Məhcur Şirvani, Vaqif, Vidadi haqqında tədqiqat əsərlərinin müəllifidir. Nizami və Füzuli irsinin öyrənilməsində xüsusi ilə mühim işlər görmüşdür. Azərbaycan folklorunun, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları və aşıq yaradıcılığının tədqiqi ilə də məşqul olmuşdur. “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” (1943-1944), “Azərbaycan ədəbiyyatı tarixi”nin (1957-1960) əsas müəlliflərindəndir. Azərbaycan ədəbiyyatının fars, türk, özbək, türkmən ədəbiyyatları ilə əlaqəsinə dair əsərləri var. Xətai, Nəsimi, Qövsi, Vaqif, Vidadi, Füzuli əsərlərinin tərtibçisi və redaktorudur. Orta və ali məktəblər üçün dərsliklər yazmışdır. Elmi kadrların hazırlanmasında mühüm xidməti olmuşdur. “Şərəf nişanı” orden və medallarla təltif olunmuşdur.

YAZARLAR.AZ

Əlaqə: Tel: (+994) 70-500-63-36 E-mail: yazarlaraz@yandex.ru

Поделиться ссылкой:

Bunu bəyən:

Bəyən Yüklənir.

Oxşar

Published by Yazarlar.Az

Bir cavab yazın Cavabı ləğv et

SİZİN ÜÇÜN FAYDALI KEÇİDLƏR

KİTABLAR>> BİTİK.AZ

Oxuyur: Orxan Yusifcanlı

Zaur Ustacın “45” adlı seçmə şeirlər kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.

Təhsil Nazirliyi tərəfindən metodiki vəsaitə daxil olunmuş şeirlər – məktəbəhazırlıq qrupları üçün – Zaur Ustacın “Güllünün Şeirləri” kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.

Moskva Kremlini tikən məşhur şamaxılı memar Əliş bəy Sübhan oğlu Kərəmli – Şirvanı haqqında Zaur Ustacın “Əliş və Anna” kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.

Zaur Ustacın “QƏDİMLİYƏ BÜRÜNMÜŞ YENİLİK” adlı seçmə şeirlər kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.

DİQQƏT
Hörmətli valideynlər və abituriyentlər!
Vaxt azalır!
Təbriz Tədris Mərkəzi mövcud şəraitlə əlaqədar olaraq dərslərin keyfiyyətini optimallaşdırmaq məqsədilə:

İyun ayının 1-indən etibarən gücləndirilmiş və sürətli təkrar dərs proqramı ilə abituriyent qəbulunu elan edir!
Dərslər canlı və fərdi şəkildə 1 saat müddətində keçiləcək!
Dərslər hər gün ardıcıl olaraq təşkil olunacaq!
Mövzu ətrafında uyğun yarpaq testlər və sınaq tapşırıqları yerinə yetiriləcək!
Dərslər peşəkar müəllim kollektivi tərəfindən keçirilir!
Övladlarınızın nəticələrinin yaxşılaşdırılmasını istəyirsinizsə, Sizi TTM-də gözləyirik!

ELAN YERLƏŞDİRMƏK İSTƏYƏNLƏR ÜÇÜN :

Əlaqə: 070-390-39-93

Zaur USTAC

Zaur Ustac 8 (14) yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin üzvü olan Zaur Ustac “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz…”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Zimistan” (1), “Ülyahəzrət” (2), “45”, “Qədimliyə bürünmüş yenilik”, yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm” kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının, “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı məqalə toplularının, 2019-20 tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə daxil edilmiş “Güllünün şeirləri” tədris vəsaitinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu” (povest) kitabının müəllifidir.

ZAUR USTAC HAQQINDA PROFESSOR, TƏNQİDÇİ-ƏDƏBİYYATŞÜNAS QURBAN BAYRAMOV YAZIR:

Zaur Ustac – qələmdar olmaq missiyası
(Tənqidçinin xəfif eksklüziv münasibəti…)

Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.

Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal – azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir), o, özündə elə bir yaradıcılıq gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki, artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.

Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur…

Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda… Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur…

Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, – hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, – əzabını, məşəqqətini göz önünə gətirin… Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.

Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!

Zaur Ustacın qələm yoldaşları yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən biri də ənənvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda) şərh etmək bacarığıdır. Xalq həyatının müxtəlif məqamlarında, ən ağır anlarında, millətin şərəf və ləyaqəti naminə ayağa qalxmış, onun oğulları vətən yolunda qorxmadan dirigözlü ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları – kişiləri, ərənləri, igidləri barəsində (məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist yazıları da belə xoş məramın nəticəsində ortaya gəlir, “yazıya pozu yoxdur” yaddaşına çevrilir, yaddaş kitabı olur: “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna” (poema), “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox kitabı kimi… Doğrudan da bu kitabları bir yerə cəm etsək, elə adını “Qəlbin açıqcası” qoyardım, çünki bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya ünvanladığı ədəbi-bədii açıqcalardır, özü də səmimiyyətlə yoğrulmuş, ürəkdən, qəlbdən süzülüb gələn gizlinlər yox, məhz açıqcalar. Bir bayatısında dediyi kim, onun “can evindən qopub düşən” namələrdir. Bundan əlavə, o, ümumtəhsil məktəbləri üçün metodik vəsaitlərin, dərsliklərin, proqramların da maarifçi müəllifidir.

Bu məqamda, onun milliliyə, vətənsevərliyə, yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin bənzərsiz xüsusiyyətindən irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları ödəyən, əsrarəngiz Azərbaycan ruhunu bərpa edərək epik bir prinsipə çevirmək cəhdi kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi yaratmağa əşəddi ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik dövrü ədəbiyyatımızın, xüsusən, tarixi mövzularda qələmə alınan nəsr nümunələrinin yaratdığı ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış edir, yuxarıda qeyd etdiyim kimi, qədimliyə bürünmüş yenilik yaradır.

Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə – hiss və duyğuylarla da dərk edəsən. Bu cəhət, hələlik embirional səviyyədə onun bədii təfəkkürünün dominantına çevrilməyə başlayıb və inanıram ki, tam dominantlıq alınacaq. Zaur Ustacın bir xoş prinsipi də var, ətrafına, mühitinə əlindən gələn yaxşılığı et! Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı bacarıb, qələmin yükünü, sözün müqəddəsliyini dərk etdiyindəndir ki, “Söz müqəddəsdir” şeirində yazır:

Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün.

Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa başlayıb, 32 ildir ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir. Ləqəbi “Ustac”dır; AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzi”nin təsisçisi, naşir, müasir dövrün maarifçi-demokratıdır. İntellektualdır, kreativ təfəkkürlü, qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist, şair, nasir, tərcüməçi, naşir, ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm… Və bir yazıçı olaraq Zaur Ustacın gələcək çəki-düzənini bu sadaladıqlarımda, konkret mövqeində, QƏLƏMDARLIĞINDA görürəm. Eyni zamanda, toz qonmayan Qələmdar qürurunda, təmkinində görürəm! Çünki bilirəm ki, təmkin və qürur mənəviyyatı hər zaman bütün fəsadlardan, yanlışlıqlardan qoruyar… ALLAH QORUSUN!

Comments are closed, but trackbacks and pingbacks are open.