Press "Enter" to skip to content

Zamanın tələbi: “Həmkara dəstək”

Yay məktəbinin ilk seminarı açıq havada Bakı şəhəri Yasamal rayonunda yerləşən Skeytparkda keçirilib. Azərbaycan dili və ibtidai sinif müəllimləri üçün təşkil edilən seminarın mövzusu “Azərbaycan dili fənninin tədrisi: problemlər və perspektivlər” olub.

Həmkara dəstək

“Keçən dəfə eşitmişdim ki, nişanlı bir ailə arasında Qurban bayramında münasibətlər pozulub və qız

Azərbaycanda tibbi xidmətlər bahalaşıb

Tarix: 28-03-2017, 11:05 Oxunma sayı: 768 Bölmə: Sağlamlıq

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksinə əsasən cari ilin fevral

Putin və Ruhani İdlibdəki vəziyyəti müzakirə etdilər

Tarix: 29-02-2020, 22:00 Oxunma sayı: 513 Bölmə: Siyasət / Dünya

Rusiya və İran prezidentləri Vladimir Putinlə Həsən Ruhani arasında telefon danışığı olub.

Zelenski Bakıdan paylaşım etdi – FOTO

Tarix: 17-12-2019, 10:53 Oxunma sayı: 475 Bölmə: Siyasət

Zelenski Bakıdan paylaşım etdi – FOTO

Bu il Azərbaycanda 17 ana ölümü qeydə alınıb

Tarix: 18-10-2017, 17:19 Oxunma sayı: 912 Bölmə: Cəmiyyət / Problem

“Bu ilin 9 ayı ərzində Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə ana ölümlərinin sayında

Çin niyə Rusiya ilə hərbi təlimlər keçirir?

Tarix: 11-08-2021, 16:21 Oxunma sayı: 401 Bölmə: Dünya

Çin və Rusiya arasında birgə hərbi təlim olan “ZAPAD/INTERACTION-2021″in birinci mərhələli təlimi

Zamanın tələbi: “Həmkara dəstək”

Bəli, düz bir il baundan qabaq, Bakı şəhəri, Xəzər rayonu Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbin direktoru Elşən Qafarovun “Həmkara dəstək” kitabının təqdimat mərasimi oldu.

Kitab – o zamankı boşluğu dolduraraq, doğurdan da müəllimlərə, həmkarlara əsil –”Dəstək” oldu. Bu kitabdan nəinki müəllimlər və eləcə də yenicə auditoriyadan ayrılmış müəllim olmaq istəyən gənclərə də öz töhfəsini verdi.

Müəllim daim öz üzərində işləməli, öz peşəkarığını , bilik və təcrübəsini artırmalıdır. Bu baxımdan – yeni təlim metodları və təhsidə idarəetmə ilə bağlı bir sıra yerli və beynəlxalq təlim və seminarlarda iştirak etmiş, Bakı şəhəri Xəzər rayonu Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarovun “Həmkara dəstək” kitabını tədqirə layiqdi. 27 illik pedoqoji fəaliyyətimə, təcrübəmə əsaslanaraq, tam məsuliyyəti ilə bildirirəm ki,bu kitab-hər bir müəllimin və eləcə də müəllim peşəsini sevən, bu peşəyə bağlanan gənc müəllimlərin-stolüstü kitabı oldu..

Kitabda nə var? Etiraf edək ki, biz müəllimlər, fəal təlimdə-iş forması ilə -iş üsulunu qarışdırırıq.Kitabda hər bir iş formasını fərqləndirərək-müsbət və mənfi cəhətlərini müqayisəli şəkildə izhının verildiyinin şahidi olacaqsınız.Bundan başqa,iş üsullarının-(BİBÖ, klaster, Ziq-zaq, Akvarium və s.) geniş şəkildə açıqlamasını, perpektiv və gündəlik panlaşdırmanı, eləcə də gündəlik panlaşdırmada -fəal dərsin mərhələlərini-çox sadə formada izahını görəcəksiniz.

. Məzmun xəttinin, əsas standartın, və alt standarın –zəruriiyini, mahiyyətini və eləcə də sadə dildə izhını, taksonomiyaların quruluşunu –oxuyub öyrənəcəksiniz. Qiymətləndirmə isə-təhsildə ən yaralı yer olduğu üçün, kitabda bu haqqda daha geniş şəkildə məlumat verilib. Diaqnostik, Formativ və Summativ qiymətləndirmənin üsul və vasitələri haqqında sadə dildə bilgilər əldə edə bilərsiniz.

Ən vacib məsələlərdən biri də kitabda – bölgələrdə keçiriləcək sınaq qiymətləndirməsinə aid – 9999 test və onun cavabları da əks olunub. Bundan başqa Kurikulum nəzəriyyəsində diimizə, leksionumuza daxil olan elmi sözlərin mənasını -“Tazaurus” bölməsində oxuyb, onların sadə , loru dildə izahını öyrənə bilərsiniz.

Kitabı müəllif yenidən təkmilləşdirərək, ikinci nəşrini çap etdirdi. Və bu versiya, birinci nəşrdən öz kreativliyi, sanballı olması, daha geniş versiya ilə oxucu kütləsinə təqdim olundu.

Ümumiyyətlə, kitabı oxuduqdan sonra,onun nə qədər vacib olduğunu dərk edəcək, bigilərinizi yeniləyəcək, fəal təlimi yenidən Sizlərə -sevdirəcək, bir növ stolüstü kitabınıza çevriləcəkdir. Mən buna – əminəm!

Arzu edirəm ki, Təhsil sahəsində öz sözünü demiş Elşən Qafarovun “Həmkara dəstək” kitabı. axırıncı deyil, axarıncı olacaq. Uğurlarınız bol olsun. Elşən müəllim. Davamlı olsun.

Həmkara dəstək

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi “Həmkara dəstək” layihəsi çərçivəsində Yay məktəbinə start verib.

Yay məktəbinin ilk seminarı açıq havada Bakı şəhəri Yasamal rayonunda yerləşən Skeytparkda keçirilib. Azərbaycan dili və ibtidai sinif müəllimləri üçün təşkil edilən seminarın mövzusu “Azərbaycan dili fənninin tədrisi: problemlər və perspektivlər” olub.

Seminar Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova tərəfindən aparılıb. Bakı şəhərinin, həmçinin bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ibtidai sinif müəllimlərinin iştirakı ilə baş tutuan seminarda “6 şlyapa” üsulu ilə fənnin tədrisindəki problemlər müzakirə edilib, təkliflər dinlənilib. Müəllimlər yeni dərsliklərin məzmununu, dəyişən standartları təhlil edib və əvvəlki standartlarla müqayisələr aparıblar. Bundan əlavə, seminar iştirakçıları lirik şeirin struktur xüsusiyyətlərinin təhlili ilə bağlı praktik fəaliyyət aparıb, təcrübə mübadiləsi edib, çətinliklər ilə bağlı tövsiyələr alıblar. Sonda seminar iştirakçılarının ehtiyaclarının müəyyən olunması məqsədilə sorğu keçirilib.

Qeyd edək ki, “Həmkara dəstək” layihəsi üzrə təşkil olunan Yay məktəbinin məqsədi müəllimləri dərsdənkənar öyrənməyə cəlb etmək, səmimi və rahat bir mühitdə həmkarları ilə əməkdaşlığa təşviq etməkdir. Layihənin qarşısında müəllimlərin diqqətinin dərsliklərlə bağlı dəyişikliklərə cəlb edilməsi və metodik vəsaitlərlə işləməyin vacibliyinin vurğulanması, müəllimlərin pedaqoji sahədə bilik və bacarıqlarının artırılması, mütəxəssis və müəllimlər arasında əməkdaşlığın möhkəmləndirilməsi, müəllimlərin öz aralarında əməkdaşlığa cəlb edilməsi kimi vəzifələr dayanır.

Nəzərinizə çatdıraq ki, qeyd olunan vəzifələrin icrası üçün yay ayları ərzində açıq havada müxtəlif mövzularda seminarların təşkili nəzərdə tutulur.

Comments are closed, but trackbacks and pingbacks are open.