Centimeters to Inches Converter
7. Müdafiə tərəfi məhkəmə qarşısında kifayət qədər əsaslandırılmış vəsatət qaldırdıqda, belə vəsatətə ətraflı münasibət bildirmək məhkəmənin vəzifəsidir. Müvafiq olaraq, müdafiə tərəfi vəsatətdə tutarlı əsaslar göstərdikdə, onun rədd edilməsi barədə qərar qəbul edən məhkəmə ciddi və ətraflı əsaslara istinad etməlidir.
“Məhkəmə hökmü haqqında” Qərarda ƏSAS MƏQAMLAR
1. Baxılan iş üzrə əhəmiyyəti olmayan halların sadalanması ilə hökmün mətninin ağırlaşdırılmasına yol verilməməlidir.
2. Məhkəmə hökmü, digər yekun qərarı elektron sənəd formasında tərtib edib hökmün (digər yekun qərarın) elan olunduğu vaxtdan 3 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yerləşdirməlidir.
3. Məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.
4. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir.
5. Şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər.
6. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir
7. Müdafiə tərəfi məhkəmə qarşısında kifayət qədər əsaslandırılmış vəsatət qaldırdıqda, belə vəsatətə ətraflı münasibət bildirmək məhkəmənin vəzifəsidir. Müvafiq olaraq, müdafiə tərəfi vəsatətdə tutarlı əsaslar göstərdikdə, onun rədd edilməsi barədə qərar qəbul edən məhkəmə ciddi və ətraflı əsaslara istinad etməlidir.
8. Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
9. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
10. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır.
11. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir.
12. Əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməlidir.
13. Məhkumluq götürülmüş və ya ödənmişsə, hökmün giriş hissəsində əvvəlki məhkumluq barədə məlumat əks etdirilməməlidir.
14. İttiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
15. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır.
16. Zorakılıq və işgəncə ilə bağlı iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
17. Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz.
18. Təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalıdır.
19. Təqsirləndirilən şəxsin ifadə verməkdən imtina etməsi onun təqsirli olmasının təsdiqi kimi qəbul oluna və cəzanın növü, müddəti məsələsi müzakirə edilərkən şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alına bilməz.
20. Cinayət işinə məhkəməyə verilən ittiham daxilində baxıldığından, hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir.
21. Məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.
22. İttihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir.
23. Hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilməlidir.
24. İki normanın rəqabəti zamanı, əgər bu normalardan biri məsuliyyəti ağırlaşdıran, digəri isə yüngülləşdirən halları nəzərdə tutursa, bu zaman məsuliyyəti yüngülləşdirən halı nəzərdə tutan normaya üstünlük verilməlidir
25. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır.
26. Şəxs cinayətlərin məcmusuna görə təqsirli bilindiyi hallarda cəzanın CM-in 70-ci maddəsi tətbiq olunmaqla şərti tətbiq edilməsi və yaxud CM-in 79-cu maddəsi tətbiq olunmaqla çəkilməsinin təxirə salınması yalnız qəti cəza təyin edildikdən sonra göstərilməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, CM-in 70-ci maddəsi yalnız əsas cəzaya, CM-in 79-cu maddəsi isə həm əsas, həm də əlavə cəzaya şamil edilə bilər.
27. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir.
28. Hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət də daxildir.
29. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir.
30. Bəraət alan şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah olunmaqla, bu barədə məhkəmə iclas protokolunda müvafiq qeydiyyat aparılmalıdır.
31. Dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir.
32. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir.
33. Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir.
34. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər.
35. Cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır.
36. Mülki iddiaçı və ya onun nümayəndəsi məhkəməyə gəlmədiyi və iddiaya onların iştirakı olmadan baxılması barədə vəsatət vermədikləri hallarda da mülki iddia baxılmamış saxlanıla bilər. Mülki iddiaçı və ya onun nümayəndəsi onların iştirakı olmadan mülki iddiaya baxılması haqqında vəsatət qaldırdıqda, habelə prokuror tərəfindən CPM-in 181.7-ci maddəsində göstərilən hallarda verilmiş mülki iddia dövlət ittıhamçısı tərəfindən müdafiə olunduqda, məhkəmə CPM-in 316.3.1 və 316.3.2-ci maddələrinə uyğun olaraq mülki iddiaçının və ya onun nümayəndəsinin gəlib-gəlməməsindən asılı olmayaraq iddiaya baxmalıdır.
37. Cinayət təqibi orqanının təqsirləndirilən şəxsə məxsus digər əmlakın müəyyən edilməsi və üzərinə həbs qoyulması üçün kifayət qədər səy göstərməməsi onun bu məsələdə fəaliyyətsizliyi kimi qiymətləndiriməli və məhkəmə tərəfindən belə hallara xüsusi qərar çıxarılmaqla münasibət bildirilməlidir.
38. Əmlakın xüsusi müsadirəsi üzrə qərar yalnız ittiham hökmündə deyil, bəraətverici sayılmayan əsaslarla cinayət təqibinə (o cümlədən, cinayət işi üzrə icraata) xitam verilməsinə dair məhkəmənin yekun qərarında da qəbul edilə bilər. Bu halda cinayət təqibinə (o cümlədən, cinayət işi üzrə icraata) xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində xüsusi müsadirə edilən əmlakın siyahısı göstərilməlidir.
39. Xüsusi müsadirə üzrə məsələlər həll edilərkən cinayətin törədilməsində alət və vasitə kimi istifadə olunmuş, lakin qanuni sahibinə qaytarılmalı olan əmlakın, eləcə də cinayət yolu ilə əldə olunsa da (həmin əmlak hesabına əldə edilmiş gəlir olsa da), qanuni sahibinə qaytarılmalı olan əmlakın müsadirəsini istisna edən maddələrinin müddəaları nəzərdən qaçırılmamalıdır.
40. Özgəninkiləşdirilməklə və yaxud hər hansı başqa əsasla digər şəxsin (şəxslərin) mülkiyyətinə keçmiş əmlak, əgər bu şəxs (o cümlədən əmlakı hədiyyə kimi və yaxud öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə əldə edən) vicdanlı əldə edəndirsə, yəni əmlakı əldə edərkən onu özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirdisə və yaxud bilməli idisə, müsadirə edilə bilməz.
41. Ancaq zərərçəkmiş şəxsin cinayətin törədilməsi nəticəsində məhrum olunduğu daşınar əmlakı (məsələn oğurlanmış .əşyalar) kimdə, o cümlədən onu əldə etmiş hər hansı şəxsdə aşkarlanmasından asılı olmayaraq qanuni sahibinə qaytarılmalıdır (hərracda özgəninkiləşdirilmiş əşyalar istisna olmaqla)
42. Qanunvericilik müsadirə edilən əmlak hesabına ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsini, yalnız bundan sonra əmlakın qalan hissəsinin dövlət nəfinə alınmasını tələb edir.
43. Apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsə bəraətin verilməsi ilə yanaşı, birinci instansiya məhkəməsinin ittiham hökmünün, digər yekun qərarının ləğv edilməsinə dair qərar verilməlidir.
Turan Abdullazadə
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
Centimeters to Inches Converter
* The inches fraction result is rounded to the nearest 1/64 fraction.
How to convert centimeters to inches
1 centimeter is equal to 0.3937007874 inches:
1cm = (1/2.54)″ = 0.3937007874″
The distance d in inches (″) is equal to the distance d in centimeters (cm) divided by 2.54:
Example
Convert 20 cm to inches:
How many inches in a centimeter
One centimeter is equal to 0.3937 inches:
1cm = 1cm / 2.54cm/in = 0.3937in
How many centimeters in an inch
One inch is equal to 2.54 centimeters:
1in = 2.54×1in = 2.54cm
How to convert 10cm to inches
Divide 10 centimeters by 2.54 to get inches:
10cm = 10cm / 2.54cm/in = 3.937in
Centimeters to inches conversion table
The fraction inches are rounded to 1/64 resolution.
Centimeters (cm) | Inches (“) (decimal) |
Inches (“) (fraction) |
---|---|---|
0.01 cm | 0.0039 in | 0 in |
0.1 cm | 0.0394 in | 3/64 in |
1 cm | 0.3937 in | 25/64 in |
2 cm | 0.7874 in | 25/32 in |
3 cm | 1.1811 in | 1 3/16 in |
4 cm | 1.5748 in | 1 37/64 in |
5 cm | 1.9685 in | 1 31/32 in |
6 cm | 2.3622 in | 2 23/64 in |
7 cm | 2.7559 in | 2 3/4 in |
8 cm | 3.1496 in | 3 5/32 in |
9 cm | 3.5433 in | 3 35/64 in |
10 cm | 3.9370 in | 3 15/16 in |
20 cm | 7.8740 in | 7 7/8 in |
30 cm | 11.8110 in | 11 13/16 in |
40 cm | 15.7840 in | 15 3/4 in |
50 cm | 19.6850 in | 19 11/16 in |
60 cm | 23.6220 in | 23 5/8 in |
70 cm | 27.5591 in | 27 9/16 in |
80 cm | 31.4961 in | 31 1/2 in |
90 cm | 35.4331 in | 35 7/16 in |
100 cm | 39.3701 in | 39 3/8 in |
See also
- Inches to cm conversion
- cm to feet+inches
- cm to feet conversion
- cm to mm conversion
- Meters to inches conversion
- mm to inches conversion
- Feet to inches conversion
- 1 cm to inches conversion
- 2 cm to inches conversion
- 3 cm to inches conversion
- 10 cm to inches conversion
- 10 cm to inches conversion
- 20 cm to inches conversion
- 30 cm to inches conversion
- 40 cm to inches conversion
- 50 cm to inches conversion
- 60 cm to inches conversion
- 100 cm to inches conversion
- 120 cm to inches conversion
I cm-in 263.2-ci maddəsi hökm
“McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyev oğlu Sənan Mirzəyevin ölümündə təqsirli bilinə İlham Əsgərlinin və Süleyman Əhlimanovun həbsinə münasibət bildirib.
O, Modern.az saytına açıqlamasında bildirib ki, məhkəmə oğlunun ölümündə təqsirli bilinən sürücülər barədə obyektiv hökm çıxarıb:
“Mən oğlumu itirmişəm. İlham Əsgərli həbs müddətini bitirdikdən sonra evinə qayıdacaq. Amma mənim oğlum heç vaxt evə qayıtmayacaq. Sadəcə olaraq, fəxr eləyirəm ki, azərbaycanlıyam. İstəyirdim ki, məhkəmə Azərbaycan qanunları əsasında obyektiv və ədalətli qərar çıxarsın. Əgər məhkəmə belə məsləhət gördüsə, demək belə də olmalı idi. İlk gündən belə bir qərarın çıxarılmasını gözləyirdim. Məhkəmə də ədalətli qərar qəbul edib”.
Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda İlham Əsgərli 5 il 6 ay, yük avtomobilinin sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlham Əsgərli və Əhliman Süleymanov məhkəmə zalında həbs edilib.
Ötən ilin sentyabrın 27-də saat 18 radələrində Xəzər rayonunda “Mercedes” markalı avtomobil Əhliman Qəhrəmanovun idarə etdiyi yük maşını ilə toqquşub. Hadisə zamanı “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev dünyasını dəyişib. Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli və sürücüsü Pərvin Fətullayev yaralanıb. Onların hər üçün xəstəxanaya yerləşdirilsə də, yalnız Sənan Mirzəyev ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılıb.
Bu iş üzrə davam edən məhkəmə prosesində Maqsud Mirzəyev qəzada digər zərərçəkən tərəfi ittiham edib və hesab edib ki, hadisənin baş verməsində, oğlunun həyatını itirməsində İlham Əsgərli günahkardır.
Sevinc YASİNQIZI
Comments are closed, but trackbacks and pingbacks are open.