Dəridə ala-ağ ləkələr hansı xəstəliklərin nəticəsində yaranır
“Adam daim öz üzərində işləməli, irəli getməli”
Cəmil Həsənli: “Kitablarımın heç birindən imtina etmirəm”
Cəmil Həsənli: “Kitablarımın heç birindən imtina etmirəm”
Milli Şuranın sədri Cəmil Həsənli həm də Azərbaycanın tanınmış ziyalılarından sayılır. Cəmil Həsənlinin elmi fəaliyyəti Azərbaycanın hüdudlarından kənarlarada olanlar üçün də yaxşı tanışdı. O, Türkiyə, Rusiya, ABŞ, Kanada, Böyük Britaniya, və İranda nəşr olunmuş 27 monoqrafiyanın müəllifidir. Onun müəllifi olduğu “Ağ ləkələrin qara kölgəsi” adlı kitabı 1991-ci ildə ən böyük tirajla çap olunub.
Tərəfdar.az saytı olaraq, Cəmil Həsənli ilə həm elmi , həm də siyasi fəaliyyəti barədə maraqlı söhbətimiz oldu. Həmin müsahibəni təqdim edirik:
“Hesab edirəm ki, səhhətimdəki problemlər mətbuatın dediyi qədərdə ciddi deyil”
– Hörmətli professor, bir ara səhhətinizlə bağlı mediada məlumat yayılmışdı ki, vəziyyətiniz ağırdır və gözünüzdə problem var. Öncə səhhətinizin hazırki durumunu bilmək istərdik. Hazırda səhhətiniz necədir, özünüzü necə hiss edirsiniz?
– Səhhətimdə müəyyən problemlər var, amma mən deməzdim ki, çox ciddidir və yaxud da ağır fəsadlar doğura bilir. Bəzən şəkər xəstəliyindən əziyyət çəkirəm, indi əhalinin təxminən üçdə biri şəkərdən əziyyət çəkir. Dərmanla yola verirəm, çalışıram ki, pəhriz edəm. Gözümdə müəyyən problemlər var, vaxtı ilə sol gözümə mirvari suyu gəlmişdi. O vaxt Moskvada əməliyyat etdirdim, süni büllur təbəqəsi qoyuldu. Görməsində zəiflik var, amma o biri gözüm normal görür. İşləyirəm, görürsünüz ki, kitablar, məqalələr yazıram. Hər halda mən hesab edirəm ki, səhhətimdəki problemlər mətbuatın dediyi qədər də ciddi deyil.
“Yox heç birisindən imtina etmirəm”
– Kitab yazmaqdan bəhs etdiniz. Cəmil Həsənli indiyə qədər müəllifi olduğu kitablardan imtina edirmi?
– Yox heç birisindən imtina etmirəm. Çünki mənim kitablarım Sovet hökumətinin son dövründən çıxmağa başlayıb və elə birinci kitabımda çox böyük tirajnan çap olunub. Və böyükdə marağa səbəb olub, “Ağ ləkələrin qara kölgəsi” . İndinin özünə qədər də oxucularımın diqqət mərkəzindədir. O vaxt o kitab qırx min tirajnan çıxmışdı, bu çox böyük tirajdır. İndi nəzərə alsaq ki, kitablar min, iki min, bəzən də beş yüz tirajnan çıxır… Mənim kitablarımın xüsusi elə problemlərdəndir ki, onlardan imtina etməyin anlamı yoxdur. Məsələn, mən Beynəlxalq Münasibətlər tarixinin, Azərbaycan tarixinin ən maraqlı dövrləri ilə məşğul olmuşam. 20- ci əsrin əvvəllərində Milli Hərəkat, Azərbaycan Xalq Cümhuriyyəti, Güney Azərbaycan və yeni bir Azər Hərəkatı. 54-59- cu illərdə post Stalin dövründə Azərbaycanda Milli Özünüdərk güclənməsinin prosesi, Sovet İranın, Sovet Türkiyənin hasilatları son kitabım Şərqi Türküstanda Müsəlman Hərəkatı ilə bağlıdır. Yəni bunlardan imtina etmək üçün heç bir əsasım yoxdur.
“Onun nəvəsi Heydər Əliyevə məktub yazıb göstərir ki…”
– Kitablarınızın bəzilərinin “Ön Söz”ündə Heydər Əliyev haqqında bəhs edib yazılar dərc etmisiniz. Bu barədə nə deyə bilərsiniz?
– Bilirsiniz elə yaxşı oldu bu suala toxundunuz. Buna mən bir aydınlıq gətirmək istəyirəm, əvvəla mən deməzdim ki, mənim kitablarımın “Ön Söz”ündə Heydər Əliyevdən yazılar verirəm. Əgər Azərbaycan Xalq Cumhuriyyətinin tarixindən yazırsansa, əsərin giriş hissəsində Cümhuriyyətlə bağlı, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı yazılmış əsərlər, hökumət, dövlət sənədlərinə toxunmaq lazımdır. Məsələn, 1998-ci ildə Cumhuriyyətin 80 (səksən- red) illiyi ilə bağlı Heydər Əliyev 8 (səkkiz- red) cildli Cumhuriyyət sənədlərinin nəşr edilməsi haqqında sərəncam vermişdi. Bunsuz necə keçinə bilərsən?!… Bunsuz keçinsən o obyektiv olmaz. Ona görə də hər bir obyektiv tarixi tədqiqatlarda sənin xoşuna gəlib və gəlməməsindən asılı olmayaraq, hansısa bir addım atılıbsa onu sən dəyərləndirə bilərsən. Məsələn, Sovet dövründə yazılan bütün əsərlər Cumhuriyyətlə bağlıdır, məqbul edildi, bu yalnış idi. Post Sovet dövründə bəzilərində müəyyən şişirtmələr var, bəzilərinin müəlliflərinin tarixi tədqiqat imkanları məhduddur, bunları qeyd etmək lazımdır. O cümlədən partiya dövlət xadimləri ilə bağlı da tarixi tədqiqatların giriş hissəsində bu qeyd olunur. Əgər Heydər Əliyev Azərbaycan Cumhuriyyəti ilə bağlı 8 (səkkiz- red) cildli sənədlər toplusunun nəşri haqqında sərəncam veribsə bu şübhəsiz ki, onun adı da həmin əsərdə çəkilməli idi . Topçubaşovla bağlı kitabda onun nəvəsi Gülnar xanım Heydər Əliyevə məktub yazıb göstərir ki, “Mən babama aid sənədlərin Azərbaycana gətirilməsini arzulayıram”. O, adın çəkilməsi həmin dövrdə Azərbaycana rəhbərlik edən bir şəxsə ünvanlanmış məktub idi. Kitab Heydər Əliyev haqqında deyil, Topçubaşov haqqındadır və onun nəvəsinin məktubu var.
“Deməzdim məcbur qalmışam, istəməsəydim verməzdim”
– Yəni, yazdığınız kitabların “Ön Söz”ündə Heydər Əliyevin 8 cildli nəşri ilə bağlı sərəncamı tarixə aid olduğu üçün məcbur qalıb yer vermisiniz?
– Deməzdim məcbur qalmışam, istəməsəydim verməzdim. Amma istəyirsənsə obyektiv olasan, siyasi konnekturaya uymayasan və əsərin obyektiv qəbul olunsun, bir tərəfli qəbul olunmasın deyə bunu vermək lazımdır. Tarixdə hər şey bizim xoşumuza gələn formada deyil. Ancaq xoşuna gəldi, gəlmədi tarixçi gərək, tarixə, həqiqətə öz sədaqətini saxlasın.
“Azərbaycan ədəbiyyatında nə kitab çıxmışdısa hamısını oxumuşam”
– İllərdir ki, tarixçi olaraq tarixi araşdırırsınız və tarix haqda kitablar dərc etdirirsiniz. Maraqlıdır, yəni bu qədər tarixin araşdrımasında olan bir professor tələbəlik vaxtlarında kimi oxuyub?
– Mən tələbəlik dövründə çox oxumuşam. Hərdən universitetdə dərs deyəndə 50 nəfərlik, 75 nəfərlik auditoriyaya sual verirdim ki, siz nə oxumusunuz?… Onlar tək-tək sadalayırdılar ki, bunu oxumuşuq, onu oxumuşuq. Mən görürdüm ki, tələbələrin yaşında olanda mən onların hamısının bir yerdə oxuduqlarından daha çox oxumuşam. Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı, tarixi publisistika, tarixi əsərlər, ümumiyyətlə, çoxlu əsərlər oxumuşam. Bunun sayı, hesabı yoxdur, amma sonra tədricən fikrim daha çox tarixi əsərlər üzərində cəmləndi. Çünki ixtisaslaşma getdi və o ixtisaslaşmada daha çox peşə yönümünə üstünlük vermək lazım gəldi. Ona görə də bədii ədəbiyyat hissəsi bir qədər azaldı, elmi-tarixi ədəbiyyat hissəsi bir qədər çoxaldı. Tələbəlik illərində Azərbaycan ədəbiyyatında nə kitab çıxmışdısa hamısını oxumuşam. “Azərbaycan jurnalı”nda, “Ulduz” jurnalında hansı hekayə, povest, roman çıxmışdısa hamısını oxumuşdum.
“İctimai-siyasi proseslərin içərisində olacağıq”
– Bu qədər elmini inkişaf etdirən bir gənc nə zamansa siyasi arenada olacağına və ya prezidentliyə namizədliyini irəli sürəcəyinə inanardı mı? Yəni söhbət sizdən gedir…
– Yox inanmırdım (deyir və bir qədər səbrlə sualımızı cavablandırmağa aram verir- red)… Bizim gənclik illərimiz Sovet sisteminin oturuşmuş bir vaxtı idi və bəlli bir nomenklatura var idi, o namenklaturaya gedən yol var idi. Biz o yolda deyildik, biz daha çox elmlə məşğul olurduq, təhsil işçisi idik, ona görə də biz öz işimizlə məşğul idik. Heç düzünü deyim ki, təsəvvürdə etmirdik nə vaxtsa dövr dəyişiləcək və bu qızğın ictimai-siyasi proseslərin içərisində olacağıq, bəzi məqamlarda isə mərkəzində olacağıq. Məs, həmin dövrdə təsəvvür edilmirdi, həm də ona görə təsəvvür edilmirdi ki, Sovet hökuməti bizim fikirləşdiyimizdən tez dağıldı. Biz onun dağılacağını ehtimal edirdik, amma o qədər tez dağılacağını düşünmürdük. Sovet hökuməti görsəndiyindən çox zəif imiş. Ona görə də tez dağıldı və siyasi proseslər birdən birə geriləməyə başladı. Bizdə həmin proseslərin iştirakçısına çevrildik, nəticə etibarı ilə sizin dediyiniz hadisələr də baş verdi.
” Uğur və uğursuzluqlar paralel şəkildə olub ”
– Özünüzdə qeyd etdiniz ki, inanmırdınız nə zamansa bunların baş verməsinə. Bəs, təsadüflərə inanırsınız və ya həyatınızda təsadüflər baş verib mi?
– Əlbəttə baş verib. Bilirsən təsadüf hər kəsin həyatında olur. Ona görə də kimisi üçün yadda qalır, kimisi üçün yadda qalmır. Mənim həyatımda çox təsadüflər olub. Əslində düzünü deyim ki, elə həyatımın çox hissəsi təsadüflər üzərində qurulub, uğur və uğursuzluqlar paralel şəkildə olub. Məsələn, deyim, rayonda orta məktəbi bitirmişəm, gəlmişəm ali məktəbə imtahan vermişəm. Məsəl üçün xarici dillərə sənəd vermək istəyirdim, atestatımda olan kiçik bir nöqsana görə götürmədilər. Dedilər, rayona gedib buna möhür vurdurmaq lazımdır ki, düzəliş olunub. Axırki axşamı qaldım səhər universitetin yanından keçəndə hər ehtimala qarşı döndüm, fikirləşdim ki, görəsən burda götürəcəklər ya yox. Gəldim qəbul elədilər sənədləri. Bu da sırf təsadüf nəticəsində və ali məktəbə daxil oldum.
“Görmədiklərimizi də çalışıb bundan sonra görməyi düşünürük”
– Uğur və uğursuzluqdan bəhs etdiniz, amma həyatınızda nəyin uğur və ya nəyin uğursuz olduğunu söyləmədiniz. Bilmək olar həyatınızda ən böyük uğurunuz və ya uğursuzluğunuz nə zaman baş verib?
– Bilirsiniz bunu adamın özünün qiymətləndirməsi çətindir. Mən desəm ki, filan uğurdur, filan iş uğursuzdur, mənim tərəfimdən bu bir az düzgün qiymətləndirilməz. Hər halda ağlım kəsəndən bəri xalqımız üçün, millətimiz üçün xeyirli olan işləri görməyə çalışmışam. Yaxşı tələbələr yetişdirməyə çalışmışam, xeyli tələbələrim var, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində işləyirlər. Xeyli kitablarım var ölkəmizin milli maraqlarını əks etdirən Azərbaycanda, Rusiyada, Amerikada, Türkiyədə, İranda və digər ölkələrdə çap olunubdu. Mən bilmirəm bunu uğur adlandırmaq olar, ya adlandırmaq olmaz… Hər halda millətimiz üçün, xalqımız üçün faydalı olan bir şeyləri etməyə çalışıram. Uğursuzluqdan nə deyim, bəlkə bundan daha çox iş görmək olardı. Yəni xeyirli iş görməyin müəyyən limiti yoxdur, daha çox iş görə bilərsən. Görmədiklərimizi də çalışıb bundan sonra görməyi düşünürük.
“Buna uğur və uğursuzluq prizmasından baxmazdım”
– 2013-cü ilin oktyabr ayında prezident seçkilərində iştirak etmişdiniz. Nəticə etibarı ilə bunu uğurunuz kimi qiymətləndirirsiniz, yoxsa…?
– Əslində mən buna uğur və uğursuzluq prizmasından baxmazdım. Bu həmin dövrdə yaranmış sosial, siyasi, milli- mənəvi duruma uyğun olaraq atılan bir addım idi. Bir onu deyə bilərəm ki, Azərbaycanda seçkilər formal xarakter daşıyır və 21 (iyirmi bir- red) gün təbliğat vaxtı var. Hər halda tale mənə o 21 gün ərzində 9- dənə 6- dəqiqəlik var idi, millətimizlə, xalqımızla açıq danışmaq imkanı verdi. Və məndə o imkandan istifadə edib yararlandım. Mən indi bilmirəm bu uğurdu ya uğursuzluq… Həmin vaxt ərzində istədim ki, xalqımızın, millətimizin, hakimiyyətin, müxalifətin və özünü müstəqil hesab edən insanların, xüsusilə ziyalıların qulaqları bir şey eşitsin.
“Olub dəyişmək bir şeydi, olardısa dəyişmək bir az ayrı şeydi”
– Ölkəmizin günü-gündən yaxşı mənada dəyişməsinə qanelənməyən Cəmil Həsənli, əgər prezident seçilsəydi ölkədə nə yeniliklər edərdi və nələri dəyişərdi?
– Bu bir az mücərrəd məsələdir. Olub dəyişmək bir şeydi, olardısa dəyişmək bir az ayrı şeydi. Yəni olanda o dəyişikliklər olardı hər halda. Millətimiz ləyaqətli həyat haqqına sahib çıxacağdı, azad yaşam, demokratik seçim, maddi rifah təminatına sahib çıxacağdı. Bütün bu şeylər tək Cəmil Həsənli yox, demokratik seçki ilə seçilən hər bir şəxs bunları təmin etməyə borcludur.
“Azərbaycan xalqı öz əzmin və döyüş ruhunu nümayiş etdirdi”
– Bir az mövzudan kənarlaşıb, Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunmaq istəyirəm. Azərbaycan üçün Qarabağ probleminin həllinin konsepsiyası barədə nə deyə bilərsiniz?
– Qarabağ problemi ilə bağlı çox mürəkkəb vəziyyət yaranıb. İndi Cəmil Həsənli konsepsiya deyəcək və bununla da Qarabağ azad olunacaq, məsələ o qədərdə sadə deyil. Məsələ burasındadır ki, bir ölkədəki korrupsiyanın qarşısı alınmırsa, o ölkədə işğal altında olan torpaqları azad etmək çətin olar. Birinci sağlam mühit olmalıdır, ikinicisi də Azərbaycan öson 20 il ərzində Qarabağ danışıqlarında özünə aid olan bir sıra hüquqları Beynəlxalq təşkilatlara, Beynəlxalq qurumlara verib və bununla da öz əl-qolunu bağlayıb. Azərbaycan vaxtı ilə öz üzərinə öhdəlik götürüb ki, bütün məsələlər dinc yolla həll olunmalıdır. Sanki, Ermənistan Azərbaycanın ərazisinin bir hissəsini işğal edib, Azərbaycanda Ermənistanın ərazisinin bir hissəsini ələ keçirib. Və bu halda məsələlərin dinc yolla həll olunması barədə öhdəlik bəlkə də məqbul olardı. Axı burada ərazisi işğal olunan Azərbaycandır və o bəndiki sənə qəbul elətdirirlər ki, məsələlər dinc yolla həll olunmalıdır. Onu sənə tövsiyyə edənlər işğalçının bu ölkədən çəkilməsi barədə öhdəliklər götürməlidirlər. Əks təqdirdə mövcud istiqamətdə mövcud STATUS- KVO Azərbaycan ərazilərinin uzun müddət işğal altında qalmasına hesablanıbdır. Bu belə davam edə bilməz… Hər halda son hadisələrdə aprel ayının əvvəlində olan 3 günlük müharibə şəraitində Azərbaycan xalqı öz əzmin və döyüş ruhunu nümayiş etdirdi.
“Milli Şura Milli Şuradır”
– Sizin rəhbərlik etdiyiniz Şura ilə bağlı sualım var. Rəhbəri olduğunuz Milli Şuranı AXCP-nin arxa baxçası saymaq olarmı?
– Olmaz (sərt reaksiya- red)… Bir qayda olaraq bu tipli suallara mən cavab vermirəm, sadəcə olaraq müəyyən münasibətlərə görə sualından imtina etmirəm. Ancaq bunu deyə bilərəm ki, Milli Şura Milli Şuradır, AXCP-də onun tərkibindədir.
“Hər şeydən əvvəl biz dostuq”
– Cəmil bəy, Maqsud İbrahimbəyovun yas mərasimində iştirak etdiniz. Sosial şəbəkələrdə yasda iştirak etdiyiniz üçün sizi qınaq atəşinə tutmuşdular. Üzləşdiyiniz qınaq təşkil edilmiş kampaniya idi, yoxsa?
– Əlbəttə daha çox təşkil olunmuş kampaniya idi. Bu tamamilə mənasız söhbətdir, mən Rüstəm İbrahibəyovun dostuyam. Rüstəm bəy Milli Şuranın yaradıcısı və fəxri sədridir. Amma hər şeydən əvvəl biz dostuq və belə bir gündə heç bir mənəviyyatlı adam dostunu tək buraxmaz.
“Böyük məmnuniyyətlə cavab verərəm”
– Demək olar ki, bütün mövzulara toxunduq, sizinlə bağlı müəyyən məsələlər hələ qalır. İstərdim sualı ünvanlayım və söhbətimizə davam edək. İllərdir siyasi arenadasınız. Adətən, siyasətçilər müsahibə zamanı heç vaxt gənclik illərindən söhbət açmırlar. Siz bayaq söhbət əsnasında cüzi məqamlara toxundunuz, istərdik davamı gəlsin. Mövzunun davamı olaraq gənclik illərinizdən danışa bilərsiniz?
– Mənə elə gəlir ki, çox normal sualdır. Niyədə danışmayım?… Əgər sizin o illərlə bağlı konkret sualınız varsa mən böyük məmnuniyyətlə cavab verərəm.
“Adam daim öz üzərində işləməli, irəli getməli”
– Bəlkə özünüz danışasınız…
– O zaman mən başlayım o illərdən danışım… Adam daim öz üzərində işləməli, irəli getməli və potensial intellektualını artırmalıdır. Xüsusilə də tələbə auditoriyasına girən hər kəs hazırlıqlı olmalıdır. Gənclik illərimdən vətənimizlə və millətimizlə bağlı heç vaxt heç bir məsələdə biganə olmamışıq. Əbülfəz bəylə yaxınlığımız və dostluğumuz da bu işdə az rol oynamayıb. gənclik illərində fikir və düşüncələrimizin inkişafında Əbülfəz bəyin böyük rolu olub.
“Vətən və millət haqqında çox şey öyrəndik”
– Əbülfəz bəyin fikir və düşüncənizin inkişafında böyük rolu olduğunu vurğuladınız. Bildiyim qədər Əbülfəz bəy milliyətçi idi, siyasətdən o qədərdə anlaşmırdı. Amma siz illərin siyasi arenasında yer tutmuş tanınmışlardansınız. Yəni demək istəyirsiniz ki, sizin inkişafınızda Əbülfəz bəyin böyük rolu olduğu üçün siyasi arenadasınız və ya onun siyasətini yürüdürsünüz?
– Bilirsən Əbülfəz bəy hər şeydən əvvəl müəllim olub. Öz tələbələrini sevən, tələbələri arasında məsafə qaldıran bir müəllim olub. Əbülfəz bəyin hədəfləri millətimizin haqqı və hüququ idi. Bu ideyanı o, öz tələbələrinə, dostlarına, əqidə yoldaşlarına tövsiyyə edirdi. Ona görə də biz Əbülfəz bəydən vətən və millət haqqında çox şey öyrəndik. Bir çoxları üçün Azərbaycan coğrafi ərazi olduğu halda, əbülfəz bəy üçün vətən idi. Bax, öyrəndiklərimiz bu idi Əbülfəz bəydən.
“Ömrümüz nələrə çatsa onları etmək”
– Son olaraq gələcək planlarınızın nə olduğunu bilmək istərdik. Gələcək haqqında planlarınız nədir?
– Ömrümüz nələrə çatsa onları etmək. Yəni millətimiz üçün faydalı, xeyirli olan işlər görmək millətin haqqını və hüququnu hər şeydən üstün tutmaq.
– Hədəfimiz millətimizin haqq və hüququdur.
Dəridə ala-ağ ləkələr hansı xəstəliklərin nəticəsində yaranır?
Dəridə ala-ağ ləkələr hansı xəstəliklərin nəticəsində yaranır? Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, dermatoloq Mir-Riad Cavadzadə dəridə ala-ağ ləkələrin hansı xəstəliklər nəticəsində yarandığını açıqlayıb.
7 Aprel , 2022 14:00
https://static.report.az/photo/282678ce-47b9-371f-99ee-5704132c2358.jpg
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, dermatoloq Mir-Riad Cavadzadə dəridə ala-ağ ləkələrin hansı xəstəliklər nəticəsində yarandığını açıqlayıb. “Report”un məlumatına görə, dermatoloq bildirib ki, uşaqlarda görülən ağ ləkələrin bir qisminin əsas səbəbi vitiliqo xəstəliyidir. O qeyd edib ki, elmi adı vitiliqo, el arasında ala xəstəliyi adlandırılan bu xəstəlik avtoimmun dəri patologiyasıdır: “Bu pozğunluqlar melanositlərin – piqment hüceyrələrinin – lezyon mərkəzlərində məhv olunması və ya kəskin azalması səbəbindən yaranır. Xəstəlik hər yaşda görülə bilər. 50 faiz hallarda xəstəlik 20 yaşadək, xəstələrin üçdə birində – 12 yaşa qədər müşahidə olunur. Bundan əlavə, yaş artdıqca xəstəliyin yayılması tədricən artır”. Nazirlik rəsmisinin sözlərinə görə, vitiliqo ən çox qadınlarda rast gəlinir: “Buna səbəb keyfiyyətsiz kosmetik məhsullardan istifadədir. 15-20 faiz hallarda vitiliqo ailənin üzvlərində baş verir. Belə ki, valideynlər və uşaqlar arasında yayılması 7 faiz, eyni əkizlər arasında isə 23 faiz təşkil edir. Bu, xəstəliyin inkişafında genlərin rolu birmənalıdır.
Vitiligonun müalicəsində sistemli, yerli, foto və lazer terapiya aparılır. Vitiligonun inkişafını dayandırmaq üçün stresdən uzaq olmaq, dəriyə xəsarət yetirməmək və günəşli havada təsirlənmiş dərini qorumaq məsləhətdir”.
Mikayıl Müşfiqə oxunan ölüm hökmü- MƏTN
Azərbaycan Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsində təhsil alıb. Şairin “Yenə o bağ olaydı”, “Oxu tar” və başqa şeirləri dillər əzbəridir. 1937-ci ildə repressiya qurbanlarından olan nakam şair haqqında 1938-ci ilin 6 yanvarında ölüm hökmü çıxarılıb. Mikayıl Müşfiq haqqında çıxarılmış ölüm hökmünün surəti Xızı rayonunda yerləşən ev muzeyində saxlanılır.
Kulis.Az tarixçi-alim Cəmil Həsənlinin “Ağ ləkələrin qara kölgəsi” kitabında 1938-ci ilin 6 yanvarında şahidsiz, müdafiəsiz, bir neçə dəqiqəlik qapalı iclasda Mikayıl Müşfiqə elan olunmuş ölüm hökmünü təqdim edir:
“İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu 1908-ci ildə anadan olub. “Azərnəşr”in keçmiş redaktoru və tərcüməçisi. Azərbaycanda Sovet hakimiyyətini yıxmaq məqsədi ilə fəaliyyət göstərən, silahlı üsyan hazırlayan antisovet təşkilatın üzvü olmuşdur. Hərbi kollegiya İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlunu ən ağır cəzaya – güllələnməyə məhkum etdi”.
Comments are closed, but trackbacks and pingbacks are open.