Текст книги Ağ zanbaqlar ölkəsi
Atatürk, zamanında bu eserin okul müfredatlarına ekletmek istediği bilgisi de kitap ile ilgili en dikkat çekici noktaydı benim için ve eseri okuyunca Atamızın neden böyle bir şey istediği de çok açık görülüyor.
Ağ zanbaqlar ölkəsi
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.
Ağ zanbaqlar ölkəsi (rus. Финляндия, страна белых лилий ) — Qriqori Petrov tərəfindən 1923-cü ildə yazılmış tarixi roman. Əsərdə Qriqori Petrovun müxtəlif vaxtlarda çıxdığı Finlandiya səyahətlərində gördükləri əks olunmuşdur. Kitab Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını düşmüş olduğu ağır durumdan çıxarması yolunda apardığı mübarizəni ətraflı şəkildə izah etməkdədir. İlk dəfə 1923-cü ildə Sarayevo şəhərində nəşr edilmişdir. Qısa müddət sonra bir çox dilə tərcümə edilərək, xüsusi ilə Bolqarıstan və Türkiyədə böyük marağa səbəb olmuşdur. 1925-ci ildə Bolqarıstanda nəşr edilməsindən sonra kitabın bütün ölkə ərazisinə yayılması üçün dövlət səviyyəsində işlər aparılmış və bu ölkədə yaşayan türk icmasının vasitəsi ilə kitabın məşhurluğu Türkiyəyə yönəldilmişdir.
| Ağ zanbaqlar ölkəsi | |
|---|---|
| rus. Финляндия, страна белых лилий | |
| Kitabın Azərbaycan dilində nəşr olunmuş versiyası. | |
| Müəllif | Qriqori Petrov |
| Janr | Səyahətnamə |
| Orijinalın dili | Rus dili |
| Ölkə | Rusiya |
| Orijinalın nəşr ili | 1923 |
Mustafa Kamal Atatürkün göstərişi ilə kitab Türkiyədə yerləşən hərbi məktəblərdə tədris olunmağa başlamışdır. Kitab ilk dəfə Azərbaycan dilinə 2016-cı ilin aprel ayında Milli Fikir Mərkəzi və Kitabıstan yayınlarının birgə fəaliyyəti nəticəsində nəşr olunmuşdur. 2017-ci ildə XAN nəşriyyatı tərəfindən kitabın II nəşri həyata keçirilmişdir.
| Kitab ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Текст книги “Ağ zanbaqlar ölkəsi”
Bundan 30-40 il əvvəl 1 Moskvadakı Dövlət Teatrının divarlarında birdən-birə böyük çatlar əmələ gəldi. Bünöv-rədən dama qədər qalxan bu çatlarla bütün binanın qəf-lətən yıxılıb içəridəkilərlə birlikdə çökməsi, ətrafdakılara xəsarət yetirməsi təhlükəsi vardı.
Binaya baxış keçirən mühəndislər çatların səbəbini araşdırmağa başladılar. Bünövrənin bir neçə yerində apa-rılan müayinələrin nəticəsi belə oldu: Moskvanın artıq çü-rüməkdə və çökməkdə olan bu tarixi daş binası, əslində, taxta təməllər üzərində inşa edilib. Və tikilərkən daha möhkəm olması üçün yerə qalın payalar vurulub, üstünə isə qalın daş divarlar hörülüb.
O zamanlar bünövrənin kifayət qədər dayanıqlı oldu-ğu söylənilirdi. Həqiqətən də, teatr binası bu şəkildə uzun illər sağlam qala bilmişdi. Ancaq illər keçdikcə zaman öz təsirini göstərdi, qalın taxta payalar yararsız hala düşdü-yü üçün bünövrə sürüşməyə başladı, nəticədə divarlarda böyük çatlar əmələ gəldi.
Mühəndislər, “Təhlükənin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?” – düşüncəsi ilə həll yolları axtar-mağa çalışdılar. Tarixi binanı dağıtmaq kimi bir riskə ge-də bilməzdilər. Ona görə də əvvəlcə künclərdən başla-maqla bünövrə qazıldı. Çürüyən payaların yerinə hissə-hissə möhkəm qranit daşlar yerləşdirildi. Bu işləri görə-görə də yavaş-yavaş bütün bünövrə yeniləndi.
Beləcə, Dövlət Teatrının qədim binası yenidən sağlam bünövrəyə sahib oldu.
Mühəndislərin gördüyü işlər nəticəsində teatr bu gün də təhlükəsiz vəziyyətdədir.
Dövlətlərin tarixi və millətlərin mövcudluğu da Mos-kva Dövlət Teatrının binasına bənzəyir. Dövlət nizamının köhnə təməlləri, xalqı idarə etmək üçün çıxarılan qərarlar qəbul edildiyi zamanlar üçün nə qədər yetərli görünsə də, bu gün böhrana səbəb olur, yetərsiz qalır.
Məşhur bir atalar sözü var: “Yeni cəmiyyətlər özləri ilə birlikdə yeni mahnılar yaradır”. Zaman keçdikcə nəsillər davamlı olaraq dəyişir, yenilənir. Hər nəsil özü ilə birlik-də yeni anlayışlar, yeni ehtiyaclar və tələblər gətirir.
Yeni nəsillərə artıq köhnəlmiş, zamanla dəyişmiş ida-rəçilik üsulları və qanunlar tətbiq edilə bilməz.
Yeni nəsillər üçün daha yeni, daha ağıllı, daha adil, da-ha sağlam təməllərə söykənən idarəetmə anlayışlarının tətbiq edilməsi vacibdir. Ağıl və sağlam düşüncə sahibi olan dövlət adamlarının yaşadığı ölkələrdə artıq bu iş be-lə həyata keçirilir. Bu ölkələrdə böhranlara, qarışıqlıqlara, ictimai sarsıntı və çalxalanmalara səbəb olmadan daha müdrik, daha ədalətli metodlar tətbiq edilir.
Bir çox ölkədə isə dövlət məmurları xalq hakimiyyəti-nin və təhsil sisteminin tənzimlənməsinin vacib olduğunu başa düşmür və ya başa düşmək istəmirlər.
Belə olduqda da dövlət idarəçiliyinin sütunları sıradan çıxır, hissə-hissə çatlar meydana gəlir, amma təəssüf ki, getdikcə dərinləşən və genişlənən bu çatlara əhəmiyyət verilmir. Elə buna görə də zahirən sağlam və güclü görü-nən dövlət idarələrinin ləğv edilməsinə, hətta yıxılmasına belə təəssüflənmək lazım deyil. Məsələn, qədim İran döv-ləti məhz bu şəkildə süquta uğradı. Böyük Osmanlı impe-riyası, Avsrtiya İmperatorluğu da beləcə süqut etdi. Bö-yük Rusiya İmperiyası məhv oldu. Bismarkların 2 və Vil-helmlərin 3 Almaniyası da heç olub getdi.
Müqəddəs kitablarda qeyd olunur: Bir vaxtlar qüdrətli və zalım bir hökmdar sarayının divarlarında bu cür təsirli sözlər yazılıbmış: “Mene, tekel 4 , peres! 5 ”
Bu sözlərin mənasını kimsə başa düşməsə də, müdrik Danyal 6 bu sözləri belə şərh etmişdir: “Atəşdən yaranan bu yazılar nə isə möhtəşəm bir hadisənin baş verəcəyin-dən xəbər verir. Bunun mənası odur ki, artıq dövlət var olma gücünü itirib. Danılmaz bir müsibət nəticəsində məhv olmağa məhkumdur. Qədim Roma imperatorluğu, Filippin 7 və Alba Dükasın 8 İspaniya səltənəti, XV Luisin 9 Fransada hökmranlığı, Romanovların 10 Rusiyası, Hohen-zollernlərin 11 Almaniyası, Habsburqların 12 Avstriyasının da sonluğu eyni cür faciəvi oldu. Tarix onlarla bağlı lazım olan hökmü verdi: Mene, tekel, peres!”
Bütün bu məsələləri ciddi düşünün! Həşəratlar kimi önəmsiz olan şəxsi məşğuliyyətləriniz və dərdlərinizin bataqlığında qıvranmayın. Bunun qarşılığında dövlətin əsaslarının necə möhkəmlənəcəyini və cəmiyyətin bun-dan sonra alacağı təhsili düşünün.
Tarix bəzi millətlərin və dövlətlərin faciəvi sonluğunu yazdığı kimi, bəzi dövlətlərin və millətlərin də irəliyə doğru addımlaması və yüksəlməsini yazmaq üçün parlaq səhifələr də açır.
Tarix xalqın hər hansı heyvan sürüsü halından və ya çalışqan qarışqa koloniyası (Ameisenvölker) şəklindən çı-xaraq, ağıllı və xoş həyat tərzi keçirən milyonlarla sənət-kara, istehsalçıya çevrilmə yollarını, dövlətin necə güclən-dirilməsini, cəmiyyətə necə təhsil verməyi göstərən bir elmdir.
QƏHRƏMANLAR VƏ MİLLƏT
Bəzi dövlətlərdə ciddi böhranlar baş verir və ya onlar bütünlüklə məhv olurlar. Bəzi millətlər isə həyatlarını müdrik bir şəkildə xüsusi gözəlliklə nizamlayırlar. Bu nü-munələr yalnız dövlət adamları, millət vəkilləri, senator-lar və çarlara aid deyil, cəmiyyətin hər bir üzvünün ma-raqlanmalı olduğu məsələlərdir.
Kişi və ya qadın, qoca və ya gənc, kəndli və ya şəhərli, zehni və ya fiziki iş görməsindən asılı olmayaraq hər kəs bu məsələlərlə bağlı düşünməlidir.
Dövlətlərin güclü və zəif məqamları, millətlərin irəlilə-məsi və ya dayanması yalnız dövlət məmurlarından, on-ların idarəçilik qabiliyyətlərindən və ya bacarıqsızlıqların-dan qaynaqlanmır. İdarəçilər yaxşı və ya pis, qəhrəman və ya zalım ola bilərlər, lakin onlar öz millətlərinin nüma-yəndələridirlər və onu təcəssüm etdirirlər. Onlar birbaşa milli ruhun surətləridir, xalqın içində doğulublar. Bir mil-lət necədirsə, dövlət adamları da onlar kimidir. Elə bu sə-bəbdəndir ki, qədimdən “Hər millət layiq olduğu idarə-çilik sisteminə və dövlət adamlarına sahibdir” düşüncəsi aktualdır.
Təəssüf ki, çox yaxşı başa düşülməyən bu həqiqəti da-ha dəqiq açıqlamaq üçün yüzillər boyu müzakirə edilən fəlsəfi və tarixi bir məsələ üzərində dayanmaq istərdim:
Millətlərin tarixini kim yaradır? Dövlətlərin və bütün insanlığın həyatındakı ən böyük hadisələr kimlər tərəfin-dən yönəldilir və idarə olunur? Müstəqil fərdlər tərəfin-dənmi? Yəni yalnızca bəzi böyük şəxsiyyətlər tərəfindən-mi? Təkbaşınamı? Yoxsa, məşhur ingilis mütəfəkkiri Kar-lilin 13 dediyi kimi qəhrəmanlar tərəfindənmi? Millətin sə-yi və xalq ruhunun dirçəlməsi, güclənməsi sayəsindəmi? Karlil ilk fikri müdafiə etmiş və sübuta da yetirmişdir. İkinci fikir isə Lev Tolstoy tərəfindən dəstəklənmişdir.
Karlil “Qəhrəmanlar və tarixdə qəhrəmanlıq” adlı əsə-rində qəhrəmanları meydana gətirən “culte/kült” 14 və “culture/mədəniyyət” 15 anlayışları üzərində dayanır. Karlilə görə, millət cansız gil təbəqəsindən ibarətdir. Əgər ona bir sənətkarın əli dəyməsə sonsuza qədər şəkilsiz və hərəkət-siz də qalacaq.
Lakin Sezar 16 , Napaleon 17 , Böyük Pyotr 18 , Sokrat 19 , Mə-həmməd 20 kimi bir sənətkar, böyük bir şəxsiyyət, qəhrə-man, öndər irəliyə çıxıb bu gili əlinə alarsa, onu istədiyi formaya sala bilər.
Çingiz xan 21 Asiyada milyonlarla insanı birləşdirib öz hakimiyyəti altına aldı. Çini, Hindistanı, İranı, qədim Ru-siyanı fəth etdi, Peder Pierre d`Amiyen 22 Qüdsü müsəl-manlardan geri almaq üçün bütün Katolik Avropasını ayağa qaldırdı, Martin Lüter 23 islahatlar həyata keçirdi. Neronlar 24 , Kaliqulalar 25 Romanı dağıtdılar. Bismarkların, Hohenzollernlərin siyasəti Almaniyada ciddi sarsıntılara səbəb oldu.
Qısası, Karlilin düşüncəsinə görə, millətlərin, hətta bü-tün insanlığın tarixini yaradan ruhən güclülər, ağıl və ba-carıq sahibi olan fərdlərdir, yəni qəhrəmanlardır. Elə Ramzeslər 26 , Romuluslar 27 , Femistokllar 28 , Lüterlər, Bis-marklar və s. belə insanlardır.
Lev Tolstoy isə bunun tamamilə əksini irəli sürərək deyir: “Həyatı yaradan, hadisələrin gedişatını, xüsusiyyət və formasını təyin edən tək-tək insanlar – Napaleonlar deyil, xalqın özüdür”.
Digər tərəfdən isə Tomas Karlil iddia edir: “Xalq küt-ləsi yerdə hərəkətsiz yatan və çürüyən saman çöpü kimi-dir. Böyük adamlar və qəhrəmanlar isə göydən düşən il-dırım kimidir – bu samanı alovlandırır, kütlələri canlan-dırır, hərəkətə gətirir”.
Lev Tolstoy başqa bir misal gətirərək belə söyləyir: “Dənizlərdə böyük, həm də çox böyük bir gəminin Trans-atlantikə doğru istiqamət aldığını düşünün. Hərəkət za-manı sular onun önündən lent kimi keçib gedir. Həmin su şırnağının gəmini sürüdüyünü kim iddia edə bilər? Mə-lumdur ki, bu su axınını gəminin özü yaradır və özü qar-şısında qovub aparır. Güc, əslində, gəminin özündədir. Axan su isə sadəcə bunun nəticəsidir”.
Bəli, Tolstoy belə deyir. Bir millətə hərəkət gücü gə-libsə və o, irəliləyirsə, deməli, öz-özlüyündən hərəkətə keçmiş olur, önündəki suları qovur. Öz həyat tərzini, ma-raq və həssaslığını ifadə edən bir nəfəri özünə lider olaraq seçir.
“Hərb və Sülh” romanının müəllifi olan Lev Tolstoy əgər Tomas Karlilin “qəhrəman-ildırım” bənzətməsini qə-bul etsəydi, hər halda belə deyərdi: “Bəli, böyük şəxsiyyət qəhrəmandır, ildırımdır. Amma xalq kütləsi nə gil təbəqə-si, nə də saman tayasıdır. O ildırımı yaradan millətin özü-dür. Bulud topası elektrik yaratdığı vaxt ildırım da öz-özlüyündən yaranır. Əgər buludlar elektriklə yüklənmə-yiblərsə, heç bir zaman şimşək və ya ildırım yaranmaz, bulud elə nəm buxar halında qalar. Millətlər də belədir. Əgər bir millət böyüklük və qəhrəmanlıq xüsusiyyətlərini özündə daşıyırsa, ondan ildırımlar yaranar, qəhrəmanlar çıxar. Əgər xalq kütləsi nəm bir buxar halındadırsa, heç bir güc ondan ildırım çıxara bilməz”.
İlk baxışdan bu iki yanaşma bir-birinə zidd və bir-birinə uyğunsuz görünür. Bunlardan birini seçmək lazım gəlir. Karlil haqlıdır, yoxsa Tolstoy? Ancaq Karlillə Tols-toy arasında ziddiyyət əslində, səthidir. Həqiqətdə onlar bir-birilərinə qarşı deyillər. Əksinə, bir-birilərini tamam-layırlar. Yəni ikisindən birini seçmək lazım deyil. Onlara “Karlil və Tolstoy” deyilməliydi. Çünki Karlil də, Tolstoy da haqlıdır. Bir medalyonun iki üzü kimi. Hər biri hə-qiqətin bir yarısıdır.
Qəhrəmanlar xalqı həyəcanlandırır və alovlandırır. Ancaq onu həm də yalnız millətindən aldığı alov və hə-yəcanla yandıra bilər.
Misal üçün əlimizə bir linza götürək. O, geniş sahəyə dağılmış günəş şüalarını bir nöqtədə toplama xüsusiyyə-tinə malikdir. Milyonlarla günəş şüasının bir yerə toplan-masından parlaq bir nöqtə yaranır. Bu güclü enerjili nöqtə kağız, saman kimi yanıcı maddələri bir andaca alışdırır; daşı, şüşəni, dəmiri isə qızdırır.
Millətin böyük insanları da elə linza kimidirlər. Onlar millətin gücünü və özəl xüsusiyyətlərini özlərində cəm-ləşdirir, bununla da milyonlarla insanın ruhunu alovlan-dırırlar. Ancaq günəş işığının olmadığı buludlu hava şə-raitində heç bir linzanın qar dənəsini əritməyə, su damla-sını isitməyə gücü çatmaz.
İsveçrə pendiri yalnız yüksək dağlarda otlayan inəklə-rin südündən hazırlanır. Müxtəlif vaxtlarda və müxtəlif millətlərin içində yetişən böyük şəxsiyyətlər də belədir. Onlar çiçək açmağa başlayan millətin incə qoxusudur. Napaleon qədim sülhsevər Çində deyil, Fransada yetişib. İngiltərə Darvini 29 formalaşdırıb, o da “Növlərin mübari-zəsi” 30 qaydasını ortaya qoyub. Rusiya isə müqavimətsiz-liyin 31 carçısı olan Tolstoyu yetişdirib. Hər şey məhz bu cür olub. Əksi baş verməyib.
Hər zaman və hər yerdə eyni hadisələr olur. Almani-yanı I Dünya Müharibəsinə qatan II Vilhelm deyildi. Am-ma almanların döyüşkən ruhu Bismarklarda, Vilhelmlər-də, Hindenburqlarda 32 və Rohrbachlarda 33 öz əksini tapıb. Qədim Romanı Neronlar, Caracallalar 34 və Commodlar 35 məhv etməyib. Ancaq hər işdə ehtiraslı olan İspaniya dünyaya Loyolanı 36 və inkvizisiyanı verib, Almaniya isə bir tərəfdə Kantı 37 , digər tərəfdə isə Kruppu 38 yetişdirib.
Hər bir millət iqtidara ya qüdrətli, ya da əhəmiyyətsiz birini gətirir. Onlardan hansının hakimiyyətə gəlməsi isə millətin əxlaqi səviyyəsi və həyatı ilə çox bağlıdır.
Millətdə cəmləşmiş yaxşı nə isə var, yoxsa yox? Millə-tin ağlı, iradəsi, vicdanı yüksəlir, yoxsa korlanıb zəhərlə-nir? Bayağı və səfil bir həyat içində yox olub gedirmi?
Bu məqamda hər birimizin həyatının ən vacib xüsu-siyyətləri və fəaliyyət forması önə çıxır. Biz öz ölkəmizdə hansı işləri görürük? Millətimizin gələcəyində hansı rolu oynayırıq?
Cənub dənizlərində beş-on mərcan adası var. Mərcan-lar gil kimi xüsusi quruluşa malikdirlər.
Kiçik poliplər öz bədənlərindən xüsusi orqanik maddə ifraz edirlər, amma bunların fərqini görmək xüsusi diqqət tələb edir. Ancaq bu ifrazatların toplanması ilə zaman-zaman “mərcan adaları” adlı kiçik adalar meydana gəlir. Hətta bu adalarda insanlar belə yaşaya bilir.
Cənub ölkələrində xüsusi növ balaca qarışqalar var ki, bölgə əhalisi üçün tam bir fəlakət hesab edilirlər. Onlar əhalinin sığındığı qamış və taxta evləri, içində olan mebel tipli əşyaları yeməklə qidalanırlar. Onların peyda olduğu yerlərdə insanlar evlərini tərk edib, başqa bölgələrə köç-mək məcburiyyətində qalırlar.
İndi də öz ölkəmizin vəziyyətinə nəzər salaq.
Ölkədə necə bir istehsalat həyata keçiririk? Nə isə ya-ratmaq, yoxsa məhv etmək istiqamətində fəaliyyət göstə-ririk? Gördüyümüz iş müsbət, yoxsa mənfi keyfiyyətlidir?
Ölkələrin rifahı və xoşbəxtliyinin, cəmiyyətin qürur və şərəfinin xalqın iradəsinə bağlı olduğunu sübut edən nü-munə kimi kiçik və yoxsul ölkələr göstərə bilərik. Bura isə iki milyon əhalisi olan Finlandiyadır.
Avropanın ən şimalında yerləşən Finlandiyanın sərt iqlimi var 39 . Havası əksər vaxtlarda dumanlı olur. Baharın ilk günlərində belə şaxta olur. Avqust ayından etibarən soyuqlar başlayır. Ərazisi olduqca səmərəsiz torpaqlar-dan ibarətdir. Ölkənin əsas hissəsi sərt qranit qayalıqlarla örtülüb. Qalan hissəsini isə çuxur və bataqlıqlar təşkil edir. Finlandiyada mədən təsərrüfatı adında demək olar ki, heç nə yoxdur. Kənd təsərrüfatı ilə məşğul olmaq çox çətindir. Xalq isə heç vaxt tam müstəqillik əldə edə bil-məyib. Hər zaman gah bir, gah da digər qonşusunun ha-kimiyyəti altında olub. Finlər özlərini “Suomi” adlandırır-lar və çox sevdikləri ölkələrini də “Suomi” kimi təqdim edirlər ki, bu da “bataqlıq ərazi” mənasını verir.
“İKUYNEN TAYSTELU”
Bir neçə il ərzində Finlandiyanın xeyli yerində oldum. Yay-qış, yaz-payız demədən gəzirdim. Varlı ticarət şəhər-lərində oldum. Eləcə də, göl və meşələr arasında itib-ba-tan ucqar kəndlərə baş çəkdim. Fin həyatının bütün tərəf-lərini gördüm. Onların məişətini, bayramlarını, əyləncələ-rini müşahidə etdim. Finlərin musiqisini, ədəbiyyatını, rəssamlığını, teatrını, memarlığını öyrəndim. Və açıq de-yim ki, hamısına heyran oldum. Hər yeni Finlandiya səfə-rimdə oranı daha yüksək qiymətləndirir, bu susqun, qəm-li görünən, zəhmətkeş, azsaylı şimal xalqını daha çox se-vib, hörmət edirdim.
Xatirimdədir, bir dəfə Helsinqforsda olanda oxudum ki, dövlət teatrında dördpərdəli “İkuynen Taystelu” (“Əbədi mübarizə”) tamaşası nümayiş olunur. Afişada aparıcı simalar kimi Adəm, Həvva, Habil, Qabil, onların arvadları, Lüsifer və yüzlərlə şeytan əks olunmuşdu. Doğrusu, öz yerimdə oturanda düşündüm ki, darıxdırıcı dini-pastorsayağı uydurmaya tamaşa edəcəm. Amma ta-mamilə əksi imiş. Bu, dərin fəlsəfi və yüksək kultroloji də-yəri olan pyes idi.
“İkuynen Taystelu”nun müəllifi istedadlı fin yazıçısı Linnankoski 40 özünü güclü və orijinal mütəfəkkir olaraq göstərmişdi. O, Qabili adi, hər kəsin tanıdığı kimi təqdim etməmişdi: axı Qabil – yarımheyvan, kobud, əzazil, yırtıcı və qardaş qatilidir. Linnankoskinin əsərindəki Qabil özü-nəməxsus Prometeydir – istənilən təzyiqə qarşı əbədi üs-yankar, sarsıdıcı gerçəkliklə barışmaz mövqeli çılğın qəh-rəman. Onun Qabili həyatın bütün zərbələri qarşısında yanıqlı-yanıqlı mələyən və öz başını mütiliklə bıçaq altına qoyan yazıq keçi olmağı bacarmır.
Qabil özündə böyük yaradıcı qüvvə hiss edir, özünə inanır, var gücüylə insanın və dünyanın nikbin gələcəyi uğrunda mübarizə aparmağa hazırdır. Yeri titrədən şim-şək çaxanda və ildırımın parıltısından, sanki göy üzü ya-nanda hamı qorxu və təlaş içində dizini yerə atır. Təkcə Qabil meydan oxuyurmuş kimi başını qaldırıb möhkəm dayanır.
Habilə, bacılarına, hətta atasıyla anasına da Qabil əminliklə söz atır:
– Balaca və qorxaq soxulcanlar, siz ancaq sürünməyi, titrəməyi və yaltaqlanmağı bacarırsınız. Siz qorxunun övladlarısınız, siz dini də əbədi təlaş, sonsuz titrəyiş, bi-tib-tükənməyən ah-nalə və fasiləsiz yalvarış kimi anlayır-sınız. Əgər siz, həqiqətən də, ruhən Yaradanın övladları olsaydınız, onda həyat yaradar, əkib-becərər, yerlə sürün-məkdənsə, başınızı torpağa qoymaqdansa, yuxarı can atardınız.
Və yalnız yaxınlarının anlamadığı, onlardan qorxub çəkinən Qabil sarsılır, iztirab çəkir, öz şübhələriylə, uğur-suzluqları ilə, məhrumiyyətləri ilə mübarizə aparır. Bu məqamlarda onun cənnətdən qovulmuş yaxınları parlaq keçmişlə nəfəs alır, Qabil isə işıqlı gələcək haqqında dü-şünür. O, alov əldə edir və bu kəşfinə görə uşaq kimi se-vinib xoşbəxt olur. Tullanıb-düşür, qaçır, mahnı oxuyur. Alov himnini bəstələyir:
– İndi tək deyiləm. İndi yanımda sən varsan, ilahi qüv-və! Sən bizimçün gecənin zülmətini nurlandıracaq, soyu-ğu qovacaq, möhkəm filizi əridəcəksən!
Və Qabil arzulayır, gələcək haqda şirin xəyala dalır. Gözünə mədəniyyətin təntənəli rəsmləri görünür. O, artıq qürurlu, möhkəm, güclü və yenilməzdir. Hər şeyə hazır-dır. Bütün təbiət qüvvələrinə meydan oxuyur. O, həyatı əbədi mədəni mübarizə kimi anlayıb, qəbul edir. Həm sərt təbiət qüvvələri, həm də öz ehtiraslarına qarşı mü-barizə!
Habillə ”Tanrı və dinin dərk edilməsi qorxu və qul tə-fəkkürlülükdür, yoxsa parlaq yaradıcılıq qüvvəsi?” möv-zusunda etdiyi çılğın mübahisə vaxtı Qabil özünü saxlaya bilməyib, qardaşını öldürür. Bu qətldən özü də dəhşətə gəlir. Amma bu ölüm ona yalnız mədəni mübarizənin ne-cə çoxşaxəli (həm daxili, həm zahiri) ola bildiyini göstərir. Mübarizə sonsuzdur! Mədəniyyət nuruyla həm zahiri, həm də daxili mədəniyyəti olmayan zülmətin minlərlə tutqun cəhəti arasındakı əbədi mübarizə!
Linnankoskinin “İkuynen Taystelu” əsərindəki Qabil obrazının ədəbi dəyərini vermək nə mənim vəzifəmdir, nə də indi bunun yeridir. Məhz Qabilin bütün bəşər mə-dəniyyətinin və əbədi mədəni mübarizənin atası olduğu təsəvvürünün həqiqətə uyğun gəldiyini demək indi bizim üçün olduqca çətindir. Vacib olan pyesin əsas ideyasıdır, Qabil və başqa – ya tarixi, ya da uydurma surətlərlə də ifadə edilə bilər. Fikir ondan ibarətdir ki, insan gərək heç kimin qarşısında heç vaxt yıxılmasın, alçalmasın. Bu fikir deyir ki, insan həyatı – elə fasiləsiz mədəni yaradıcılığın özüdür; insan həyatı – sərt qüvvələrlə, özüylə, özündən kənardakılarla əbədi mübarizədən ibarətdir.
“Əbədi mübarizə” ideyası da, Yohannes Linnankoski-nin qəhrəmanı Qabil də yalnız finlərin mövcudluğunun həyat şərtlərinə diqqətlə baxanda sizə daha anlamlı gələr. Y.Linnankoski öz pyesində məhz Finlandiyanın ruhunu təsvir edib. İşıqlı gələcəyin hər bir şəfəqi, uzaq diyarlarda-kı mədəniyyətin hər bir zirvəsi uğrunda mədəni mübari-zəylə bərkimiş, inadkar ruhunu.
Aboda 41 – Finlandiyanın ciddi görkəmli və xudmani sahilyanı şəhərciyində xalis qalın qranitdən divarları olan şəhər mərkəzini yeni Rəssamlıq Muzeyi bəzəyir. Möhtə-şəm memarlıq gözəlliyi olan bina içi kimi çölündə də hər bir xətti, hər bir daşı, pilləkənlərin məhəccəri, pəncərə çər-çivələri ilə adamın diqqətini cəlb edərək göz oxşayır. 42
Muzeydə istisnasız olaraq finland rəssamlarının əsərlə-ri toplanıb. Çox deyil, amma əsərlərin bədii sanbalı fin incəsənətinə, şübhəsiz, şərəf gətirir. Əl işləri kimi heykəl-təraşlıq nümunələri də finland sənətkarlarının yüksək za-hiri texnikasından və dərin daxili ustalığından xəbər ve-rir. Və burada, müxtəlif heykəltəraşlıq nümunələrinin arasında Vikstremin “Finlandiya” adlı böyük heykəli xü-susilə seçilir. 43 Obraz çox sadədir: gənc, güclü, boy-bu-xunlu fin qadını. Amma bu obrazda oxşar heykəllərdə rast gəlinməyən bir şey var: sənətkar ona müxtəlif daxili məna və hislər yerləşdirib. “Finlandiya” fiquru başdan-ayağa nəsə vacib, böyük və uzaq, dərin-dərin və ciddi düşüncələrlə doludur. Sol əli yanındadır. Digər əli pırpız saçının içindədir və sanki fikirlərin ağırlığından sinəsinə əyilməyə hazır olan başına dirək tutub. “Finlandiya”nın simasında nə iztirab, nə hüzn, nə də qüssə var, amma elə bil, artıq yaşanmış kədərin kölgəsini daşıyır.
Vikstremin “Finlandiya”sının üzündə incəliklə işlən-miş olub-keçən sarsıntının izlərini görmək olur. Bu, indi xoşbəxt, güclü, gələcəyə əminliklə baxan, amma gəncli-yində çoxlu ağır, əzablı və qorxulu günlər yaşamış bir qa-dının simasıdır. Və o günlər indi unudulsa da, əvvəl-axır yaşanıb. Onlar ölkənin qəlbini yandırıb. Sakinlərə öz möhrünü vurub gedib.
Finland rəssamları Edelfeldt 44 , Hebhart 45 , Enkell 46 , Ves-terholm 47 , Halonen 48 və başqaları bütün finlər kimi öz ba-laca, kasıb vətənini incə məhəbbətlə sevərək Finlandiya təbiətinin gözəlliyini çəkiblər, amma hətta onlar da rəs-sam uzaqgörənliyi ilə tamaşaçıların diqqətini cəlb edən peyzajlar tapmaq gücündə deyillər.
Finland təbiətində həzin tənhalığın səssiz kədəri var, amma nə kobud əzəməti, nə də başgicəlləndirici parlaq-lığı yoxdur. Tamamilə kol-kosa bürünmüş daşlar. Qranit qaya parçaları. Küknarkıq və şamlıq. Hüznlü bataqlıqlar. Solğun-yaşıl səma altında solğun-yaşıl geniş göllər. Fin-landiyada hara gerdisiniz, gedin, təbiət adına yalnız meşə və daşlar görərsiniz. Hər tərəfdə qaya parçaları görünür, qənd kimi doğranmış qranitlər ağarır. Göz işlədikcə tor-pağa batan iri-iri odunlar, tir və taxtadan dağlar görünür. Hər sığınacaqda minlərlə qatran çəlləyi var.
Kasıb ölkədir. Hər şeydən yoxsuldur, bir şeydən – inadkar zəhmətkeşlikdən, zəif torpaqlarına sevgidən baş-qa.
Helsinqforsda yerləşən “Ateneum”da 49 – finland incə-sənəti qalereyasında rast gəldiyiniz Yarnfeld 50 , Halonen, Blomstedt 51 və Rissanenin 52 silsilə rəsmlərində bölgələr-dəki həyatın finlər üçün hansı güc, zəhmət və məhrumiy-yətlərlə başa gəldiyini görərsiniz. Sıra kətanlar eyni həyat tərzinin görüntülərini əks etdirir. Kəndli ailələri əkin tor-paqlarını təmizləyirlər. Ağacları kəsib daşıyırlar. Kökləri-ni çıxarıb yandırırlar. Ağır daşları sahədən kənarlaşdırır-lar. Çılpaq qranit qayalarına torpaq daşıyırlar.
Hər bir torpaq sahəsi bütün nəslin zəhmətini tələb edirdi. Sanki təbiət insanı ələ salırdı: onu bataqlıq və göl-lər arasındakı quruca daşların içinə atırdı. Amma insan da təbiəti ələ salmaqdan qalmırdı. Bu çağırışı qəbul edib təbiətə qalib gəlirdi.
Finlandiyanın bütün şəhərlərində küçələrdə gəzərkən torpaqdan çıxmış qranitlərə rast gələ bilərsiniz. Məhəllə boyu uzanan möhkəm qaya parçaları necə gəldi tökülmüş daş topasını xatırladır. Kim Hersoqovinada çılpaq təpələri görübsə, o da finlərin zəhmətini təsəvvürünə gətirə bilər. Bizim Rusiyada, Novoqorod və Pskov quberniyalarında bu cür daş təpələrinə rast gəlmək olur. Bizdə onlara “Nə-həng qəndqabı” deyirlər. Finlər bu “Nəhəng qəndqabı”-ları bağ və parklara çeviriblər. Daşların yanına məhsuldar torpaq daşıyıb, orada ağac və güllər əkiblər.
– Qabili mənə verin, – deyə, “İkuynen Taystelu”nun müəllifi Linnankoski qeyd edir, – və mən öz ilhamımla onu ədəbi mədəni başlanğıcın yenilməz döyüşçüsünə çe-virim!
– Bəxtimizə bataqlıq və qayalıqlar düşdü, bizsə oranı əsl mədəni ölkəyə çevirdik, – finlər deyir. Bunu yüzillik zəhmətləri, inadkar işləri deyirlər.
Və bütün bunlar cəmi üç milyonluq xalq (iki milyon üç yüz min fin, dörd yüz min isveç) 53 tərəfindən edilir.
Suomi ilə tanış olanlar ona həsəd apara bilər. Ölkədə hər şey balacadır – şəhərlər, bölgələr çox kiçikdir, amma abadlıq işləri geniş yayılıb. Biz slavyanlardakı nizam-sızlıq, viranəlik, səliqəsizlik, məsuliyyətsizlik burada yox-dur.
Peterburqdan üç saat yarımlıq məsafədə yerləşən Vı-borqdan başlayaraq özünüzü hansısa xüsusi ölkədə hiss edirsiniz. Vıborq da, Kuopiu da, Uliaborq da, Vasa da, Ta-vastqus da – sanki geniş ovuca yerləşə bilən bu şəhərlər elə bil qəşəng oyuncaqdır. Sanki hamısı karton üzərinə yapışdırılmış şəkillərdəki evciyə oxşayır.
Küçələr geniş, təmiz və yaxşı təmirli vəziyyətdədir. Həyətlər tərtəmizdir. Evlər rahatdır. Dayanacaqlardakı mehmanxana və poçt stansiyalarında qüsursuz səliqəlik, təzə yemək, rahatlıq və ümumi ucuzluq var.
Ölkənin əsas şəhəri Helsinqforsdan danışmağa belə, dəyməz. Biz slavyanlar üçün bu şəhər əyani təlim pred-meti ola bilər. Heç bir təmtəraqdan, pul dağıntısından, göstəriş üçün yaşamaqdan söhbət gedə bilməz, amma ha-mı evdar və işgüzar, hər yer gözəl və təmizdir. Yeni vağ-zaldan başlayaraq. O, şəhərin mərkəzindəki əsas meydan-da yerləşir. Finlandiya Milli Teatrı, “Ateneum”, İncəsənət Məktəbi və Xalq Seyminin binası lap yaxınlıqdadır. 54
Meydan tərəfdən vağzalın görünüşü öz nəcib sadə gö-zəlliyi ilə heyranlıq doğurur. Nə təmtəraqlı cizgilərdən, nə də ruhsuz kvadratlardan əsər-əlamət var. İçəridə hər şey – poçt, teleqraf, yük yeri və bilet kassası əl altındadır.
Finlandiyanın Milli Teatrı yeni fin memarlığının əl işlə-rindəndir. İndi finland şəhərləri yeni evlərin tikilişində memarlığa diqqət edirlər. Yeni yaşayış evləri, banklar, te-atrlar, muzeylər, məbədlər, hətta fabrik və yanğınsön-dürmə məntəqələri də elə inşa olunur ki, hər bir bina in-cəsənət əsərinə çevrilir.
Bu baxımdan qəti şişirtmədən və tam ciddiyyətlə de-mək olar ki, indiki finlər orta əsr florensiyalılarını xatırla-dır. Yalnız Florensiyada tez-tez, hətta ən ucqar küçədə be-lə, elə üzlüklü qədimi binaya rast gələ bilərsiniz ki, saat-larca durub tamaşa edərsiniz. Eynilə finlərdəki kimi.
Görəsən, kiflənmiş və yeknəsək daşlar, bataqlıq və me-şələr arasında yaşayan bu xalqa belə güclü gözəllik duy-ğusu hardan gələ bilər? Amma görün ki, bu hiss onlarda necə sürətli və “möhkəm” boy atıb.
Helsinqfors və Abodakı rəssamlıq muzeyləri ən ciddi diqqətə layiqdir. Say etibarilə elə də zəngin deyillər, am-ma saxladıqları əsərlərin bədii dəyəri yüksəkdir. Yaxşı rəssamlıq, ondan gözəl heykəltəraşlıq, hamısından qə-şəngsə memarlıqdır. Bütün şimal tayfaları kimi, finlər də əvvəlcə çöl divardan başlayır, sonra evin içinin səliqəsinə keçirlər.
Helsinqforsda mənimlə bir bolqar yazıçısı vardı. 55 O, fin teatrının qarşısında dayandı və meydanın ortasından binaya xeyli tamaşa elədi. Yaxına gəldi, bütün tərəfləri nəzərdən keçirdi və qeyri-ixtiyari həsədlə dedi:
– Hə, buna deyərəm iş! Öz siması var. İndi baxmaq xoşdur, sonradan da yadından çıxmaz. Yoxsa bizim Sofi-yadakı kimi? Böyük xalq teatrı tikdilər, minlərlə pul xərc-lədilər, bina isə oldu yekə sandıq.
Ağ zanbaqlar ölkəsində
Qriqoriy Petrov bu əsərində, bir neçə intellektualın bir araya gələrək necə Finlandiyanı “bataqlıqlar ölkəsindən” “Ağ zanbaqlar ölkəsinə” çevirməyi bacardıqlarını izah edib. Xüsusən də günümüzdə xalqımızdan və onun dəyərlərindən şikayətçi olub fəliyyət göstərməyən, “mən nə edə bilərəm ki?”, “heç nə mümkün deyil” deyən intellektuallarımızın, yazarlarımızın, düşünən insanlarımızın bu kitabı oxumasını istərdim. Çünki bu əsər, iradə və fəaliyyət olan yerdə hər şeyin mümkün olduğunu, bir neçə nəfərin kollektiv fəaliyyət göstərərək bir xalqı və dövləti necə inkişaf etdirə bildiyini faktlarla sübuta yetirir.
104 pages, Paperback
First published May 1, 1923
Book details & editions
Loading interface.
Loading interface.
About the author
Grigory Petrov
7 books 50 followers
(1868 – 1925), Orthodox priest and a leading proponent of Christian social activism.
Grigory Petrov was born in Iamburg, St. Petersburg province. He was educated at the diocesan seminary and the St. Petersburg Ecclesiastical Academy (1887 – 1891), and on graduating became a priest in a St. Petersburg church.
Petrov was also active as a writer. In his most successful work, The Gospel as the Foundation of Life (1898), he argued that Christian believers were required to apply the literal teachings of Jesus to every aspect of their lives in order to begin building the Kingdom of God here on earth. Petrov knew of the American Social Gospel movement, but his ideas were shaped by his encounters with new conceptions of pastorship and Christian activism then developing among the clergy of St. Petersburg.
Petrov’s writings found a ready audience and made him famous. In 1903, however, conservatives began to attack his ideas in the ecclesiastical press, and as a result in 1904 the church dismissed Petrov from his pulpit and banned him from public speaking. Nevertheless, Petrov continued to write. He became interested in Christian politics and was an activist during the Revolution of 1905. He established the newspaper God’s Truth in Moscow in 1906 and was elected to the first Duma as a Constitutional Democrat.
Petrov never served in the Duma, however, because he was charged before an ecclesiastical court with false teaching. Although exonerated, he was confined to a monastery under church discipline. Despite popular sympathy for Petrov, the church defrocked him in 1908 and banned him from the capital and from public employment. He then became a journalist for a liberal newspaper, The Word. After the revolutions of 1917 he emigrated to Serbia, and then in 1922 to France. He died in Paris in 1925.
Petrov’s main importance was in his contribution to the development of a modern, liberal understanding of Christianity in the Russian Orthodox context.
Ratings & Reviews
What do you think?
Rate this book
Write a Review
Friends & Following
Community Reviews
9,886 ratings 620 reviews
Search review text
Displaying 1 – 30 of 617 reviews
52 reviews 93 followers
Finlandiya’nın silkelenip muasır medeniyet seviyesine ulaşması takdire şayan. Ancak bu değişmenin Petrov’un kitabında anlattığı gibi olmadığında hemfikiriz sanıyorum. Kitap boyunca bir gülme refleksiyle okudum açıkçası. Birilerinin nutuk atmasına müteakip Fin halkının “adamlar haklı, aydınlanalım, kalkınalım!” dediğini düşünen olduğunu sanmıyorum. Bir üçüncü dünya ülkesi vatandaşı olarak yazıldığı dönemde okumuş olsaydım belki feyzalabilirdim. Nitekim devir, ulus-devletlerin şahlandığı, milli uyanış devri. Bugünün dünyasında bunlara yer olduğunu sanmıyorum. Kaldı ki içinde yaşadığımız ülkede toplumun yarısının kalan yarısını gırtlaklama noktasına geldiği, sınıfsal uçurumun her geçen gün büyüdüğü gerçeği göz önüne alındığında “kendini başkaları için feda etmek,” “vatan için yapmak” söylemlerinin bir işe yaramayacağı gayet açık. Bu kitaptan Finlandiyalıların haberi olmadığı halde bizde bu kadar tutulması sebebi de zihniyet olarak bir gıdım ilerleyemememiz ve vicdan mastürbasyonuna herkesten çok ihtiyaç duymamızdan başkası değil.
6 comments
166 reviews 26 followers
Dünyanın hali hepimizin malumu. Gelir adaletsizliği hat safhada. Bazıları trilyonluk köşklerde hayatın keyfini çıkarırken, bazıları da içecek temiz su dahi bulamıyor. Peki bu kabusu önlemek mümkün mü? Yoksulluğun, sefaletin ve cahilliğin tek nedeni zenginleri bir türlü doyuramamak mı? Yoksa halklar, miskinlikten kurtulup kendi kaderlerini kendileri tayin edebilirler mi? “Beyaz Zambaklar Ülkesinde” bu sorulara, Finlandiya örneğinden yola çıkarak kendince cevap vermiş.
Kitabı okumadan önce Finlandiya tarihine aşina değildim. Yazar Petrov, Finlandiya’nın önce İsveç, daha sonra da Rus egemenliğine girdiğini söylemiş. İsveç etkisindeyken, Fin kültürel gelişimi pek varlık gösterememiş ama Rus İmparator, Fin halkına nispeten daha özgür bir ortam sunmuş.
Beni ilgilendiren asıl mesele, o zamanın en yoksul halklarından biri olan Finlandiya halkının nasıl yükselişe geçtiğiydi tabi. Petrov, “Kahramanlar ve Kitle” bölümünde iki ayrı görüşe yer veriyor. Birinci görüş Carlyle’a ait. Carlyle, halkların ya da insanoğlunun tarihini, “kahramanlar” olarak nitelendirdiği güçlü iradeli, dahi insanların biçimlendirdiğini söylüyor. Halkların, “kahramanlar”ın bir heykeltraş gibi şekil verdiği birer balçık yığını olduğunu ifade ediyor. İkinci görüşün sahibi Tolstoy, tersini düşünüyor; hayata asıl yön veren halk kitleleridir, eğer halkın kimliğinde kahramanlık ve büyüklük ruhu varsa, içinden kendi kahramanlarını da çıkartabilir diyor. Yazar Petrov ise, her halkın içinden iyi ya da kötü insanlar çıkabilir ama kimin yönetime geçeceğini halk, kendisi belirler diye görüş belirtiyor. Finlandiya’nın kalkınma sürecini anlatırken, eğitimin öneminin altını defalarca çiziyor. Halkın her tabakasının mümkün olan en iyi şekilde eğitilerek üretime katılmasının önemini vurguluyor. Sürekli bir kıyaslama mevcut. Eskiyle yeni, olanla olması gereken mukayese ediliyor. Toplumdaki değişimin sonuçları anlatılıyor. Kendi ülkesinden de örnekler veriyor.
Yazar, överken de, yererken de cömert. Örneğin; futbola olan aşırı ilgiyi ya da bütün ülkelerde genel olarak üst tabakanın, halktan, başlarına gelen bütün kötü olaylara karşı istisnasız bir şekilde sabır göstermelerini istemesini sert bir şekilde eleştiriyor. Fakat yeni Suomi’nin binalarından ya da sisteminden bahsederken övgüleri sıralıyor.
Grigoriy Petrov olayları genelde Snelman’ın ağzından anlatmış. Snelman, Finlandiya’nın “yaşam mimarları”ndan. Önsözde belirtilene göre kendisi, kitaptaki gibi ateşli bir konuşmacı değilmiş. Yarvinen gibi hayali karakterler de var. Yani yazar, kitabı yazarken hayalgücünü de kullanmış.
Bataklıklarla dolu bir yerden, refah dolu bir ülke yaratan bir halkın değişimini okumak güzeldi. Bu kitabı okumamın esas nedeni, Mustafa Kemal Atatürk’ün tavsiye etmiş olmasıdır. Ben de bu vesileyle, kendi kahramanımızı, önderimizi bir kez daha saygı ve minnetle anıyorum.
129 reviews 13 followers
Beyaz Zambaklar Ülkesinde isimli eserinde Grigory Petrov, küçük nüfuslu, her konuda geri kalmış ve doğa şartları bakımından da talihsiz denebilecek bir ülke olan Finlandiya üzerinden, bir ülkenin gelişmesi için gereken adımları örnekler vererek anlatmış. Ara ara masallarla da süsleyerek eseri daha da okunabilir hale getirmiş.
Sayfa sayısı az olmasına rağmen eserin kapsamlı olduğunu söyleyebilirim. Öğretmenlerden öğrencilere, din adamlarından orduya, iş adamlarından memurlara, köylülerden anne,baba ve çocuklara kadar toplumun her unsuru ele alınmış ve aydınlanmanın nasıl gerçekleştiği örneği okura sunulmuş.
Atatürk, zamanında bu eserin okul müfredatlarına ekletmek istediği bilgisi de kitap ile ilgili en dikkat çekici noktaydı benim için ve eseri okuyunca Atamızın neden böyle bir şey istediği de çok açık görülüyor.
Şahsen toplum yapısı, aydınlanma ve kalkınma anlamında güzel bir rehber diyebilirim, ve eseri tavsiye ederim.
571 reviews 50 followers
Açıkçası Atatürk’ün okunmasını istediğini bilmiyordum ama Serdar Kuzuloğlu’nun konuşmasını dinleyince denemek istedim. Andaç Yayınları’nın basımı hariç harika bir kitaptı.
Kitapla ilgili oldukça detaylı görüşlerim ve paylaşmak istediğim pasajlar var ki elimden geldiğince bahsetmek istiyorum;
1. Finlandiya’da seçim barajı yokmuş. Biz ortadoğu medeniyetleri nasıl hala %10 gibi bir rakamda diretebiliriz anlayamıyorum. Neden en küçük gruplar bile mecliste temsil edilemesin? Neden %9.9’da kalan partinin oyları çöp olsun?
2. Finlandiya ismini onlara İsveçliler vermiş. Aslında kendilerini Suomi yani “Bataklık Ülkesi” olarak adlandırıyorlar.
3. Eğitim ve öğretimin ücretsiz olduğu Finlandiya’da 20 üniversite varmış. Az ama kaliteli üniversiteler. Bizdeki gibi mahalle üniversiteleri değil.
4. (Rusya – Finlandiya karşılaştırması üzerine). Eğer tren istasyonlarında Rusya’da olduğu gibi halka güvenmeyip de biletçi olursa, bu biletçiyi de kontrol etmek gerekir. Biz halka itimat etmenin daha doğru olduğuna inanırız..
5. 15.000 nüfuslu bir kasaba olan Vyborg’da bile 12 kitapçı vardır. (İstanbul’un bir köyünde bir tane bile kitap alacak yer bulamayınca yaşadığım hayalkırıklığı üzerine belirtmek istedim. Her yer cips. Cips kafayız işte. Cips kitaptan daha önemli.)
6. Devletlerin kuvvetli ve zayıf olması milletlerin yükselmesi ve gerilemesi yalnız yöneticilerin beceriksizliğinden ya da sorumsuzluğundan kaynaklanmaz. Devleti yönetenler iyi veya kötü, kahraman veya zalim olsunlar, onlar bir ferdi oldukları kendi milletlerinin birer aynasıdır. Bir toplum nasılsa yöneticileri de onlar gibidir. İşte bundan dolayıdır ki öteden beri her millet layık olduğu yönetim tarzına ve yöneticilere sahip olur. (YORUMSUZ)
7. Aydın olmak modaya uygun elbise, şapka ve kolalı gömlek giymek değildir. Aydın kesim bir milletin beyni gibidir. Okumuşların hepsi ruhsal zekayı geliştirmek, ulusal iradeyi güçlendirmek zorundadır. Köylülere, işçilere ve kasaba halkının alt tabakasına nasıl daha iyi yaşayabileceklerini öğretin!
8. Millete hayatın değerini anlamayı ve korumayı öğretin. Vatan için yaşamak, ülkenin ilerlemesi ve yükselmesi için çalışmak da, ülke için ölmek kadar şereflidir. Yaşayıp üretmek ve ülkesini daha iyi yerlere getirmektense ölmeyi (şehit olmayı) tercih edenlere gelsin. Geçen güzel bir cümle ile karşılaştım. Batı toplumları yaşamdan, doğu toplumları ölümden beslenir. Fena halde doğru.
9. Millete kendisinin ve başkalarının kişilik haklarına saygılı olmayı öğretin. (Ah bir öğretebilsem).
10. (Ruhban sınıfına hitaben) Saygıdeğer din adamları, kilise papazları; Halkın gerçek rahipleri olun. Din adamlığının kilise memurluğu demek olmadığını bilin. Papazlar memur değildir.
11. Eğer çocuklarınız olması gerektiği gibi yetiştirilmezse, parlamentolar ve bütün hukuk düzeni yerli yerinde olsa da sosyal hayat yine sorunlarla dolacaktır. Bu kuşaktan gelen memurlar vurdumduymaz, bakanlar ise siyasi cambaz olur. Milletvekilleri çıkar peşinde koşar. Okullar yeni neslin kafasını ve kalbini kurutan yerler olur. Basın, sokaklarda kendini satışa çıkaran allı pullu kadınlara döner. Aç veya tok halk kitleleri kendisine yabancı olan bir şeye, bilhassa elit kesimlere mensup kişilere karşı nefret ve kıskançlık duyguları beslemeye başlar. (Başka söze gerek var mı?)
12. (Ve kitap şöyle biter) Yakmaktan korkmayın! Her yer aydınlanana kadar kendinizi ve diğerlerini yakın. Başarının çabuk olmasını beklemeyin! Kararlı olun! Sizi anlamak yerine, alay edeceklerdir. Sizi desteklemek yerine engelleyeceklerdir. Sizi tanımak yerine iftira atacaklardır. Onlar karanlığın emrinde sizinle savaşacaklardır. Siz de ışığı yaymak için gerekirse yanın ve her yeri aydınlatın!
Bu kitapta tek hoşuma gitmeyen Andaç Yayınları’nın basımı oldu. Kitabı katletmişler. Dilbilgisi hatası mı diyeyim, -de ve -ki’nin yazımı mı diyeyim, fazla ve yanlış koyulan boşluklar mı diyeyim, daha da ileri gidip çevrilmeden unutulmuş cümleler mi diyeyim. Çok enteresan. Kitap Finlandiya İç Savaşı ile başladıktan sonra Petrov’a ve eserlerine dair bölümle devam ediyor. Sonra nedendir bilinmez Bulgarca çevirinin önsözü geliyor. Kitabın kendisine ulaşmak için ilk 50 anlamsız sayfayı tamamlamalısınız.
Kapağa “Atatürk’ün okunmasını istediği kitap” yazmak kolay buna layık da olmak lazım değil mi Andaç Yayınları?
Herkese keyifli okumalar!
Comments are closed, but trackbacks and pingbacks are open.