Ağa məhəmməd şah qacar
Əsərdə Tiflis və Şuşa əhalisinin istilaya və istilaçılara qarşı fəal mübarizəsinə və möhkəmliyinə, xalqın birlik əzminə məhəbbət vardır. Faciədə İran tarixinin on səkkiz illik (1779-1797) keşməkeşli bir dövrü əhatə olunmuş və pyes gərgin dramatik ziddiyyətlər üzərində qurulmuşdur. Oxucu bir-birini təqib edən mübarizələr, toqquşmalar və çarpışmalarda qüvvətli insan xarakterləri ilə tanış olur. Ədib Qacarla əlaqədar olan münaqişələri böyük bacarıqla müxtəlif yerlərdə (Mazandaran, Tiflis, Xorasan, Şuşa) inkişaf etdirir və hadisələri məharətlə bir-birinə bağlayır.
26 ОКТЯБРЯ РОДИЛСЯ АГА МУХАММЕД ШАХ ГАДЖАР, СДЕЛАВШИЙ ТЕГЕРАН СТОЛИЦЕЙ ИРАНА
Ага́ Мохаммед Шах Каджар, Ага-Мухаммед хан (перс. آغا محمد خان قاجار; азерб. Ağa Məhəmməd şah Qacar — Âqâ Mohammad Şâh Qajâr) (Ага-Мухаммед-хан, Ага-Мухаммед-шах) (1741—1797) — шах (шаханшах) Персии в 1779—1797 годах, шах с 1796 года. Основатель династии Каджаров.
Ага Мухаммед был сыном предводителя тюркского племени каджаров[1][2][3]. Его отец Мухаммед Хасан-хан некоторое время был придворным Адил-шаха, племянника Надир-шаха, но вскоре попал в опалу и был вынужден бежать, тогда как шестилетний Ага-Мухаммед был по приказу шаха оскоплён. Физическое увечье, служившее к тому же предметом насмешек окружающих (его за глаза прозвали «Ахта-хан», то есть Скопец-хан), нанесло жестокую психологическую травму и, видимо объясняет многие черты его характера, злобного и безжалостного.
После убийства Надир-шаха в 1747 году в государстве воцарился хаос. Афганцы провозгласили независимость в Кандагаре, саму Персию раздирали распри из-за престолонаследия, страна оказалась на грани распада. Потомки Надир-шаха удерживали Хорасан. Беспорядки прекратились лишь с восхождением на престол Карим-хана, принадлежавшего к иранскому кочевому племени Зенд. После оскопления Ага-Мухаммед жил в Туркменской степи у своего отца, ставшего правителем Мазендерана и Гиляна, и принимал участие в его походах против Зендов. Однако в 1760 г. Мухаммед-Хасан-хан потерпел поражение и был обезглавлен Карим-ханом Зендом, а в 1762 году молодой Ага-Мухаммед с братьями был отправлен заложником к Карим-хану в Шираз. Карим-хан обращался с ним хорошо и даже женился на одной из его родственниц.
После смерти Карим-хана в 1779 г. Ага-Мухаммед бежит из Шираза, становится главой каджаров, подчиняет себе Мазендеран и Гилян и выступает против Зендов. В 1785 г. он берёт столицу Зендов Исфахан, причём, по словам современника, подвергает его такому разгрому, что «никогда прежде, даже при нашествии афганцев, город не испытывал таких ужасов. Войска в варварстве и жестокостях доходили до крайности». В том же году он занимает Кум и Тегеран, который делает своей столицей. Весной 1791 г. он взял и разрушил другую столицу Зендов, Шираз; при этом прах Керим-хана был выкопан из могилы и помещён под порогом тегеранского дворца Ага-Мухаммеда, чтобы правитель, ступая на это место, вспоминал поверженного противника. В 1794 г. после пятимесячной осады штурмом берёт последний оплот Зендов — Керман; город на три месяца был отдан воинам, большинство горожан перебито, 20 тыс. мужчин ослеплено, 8 тыс. женщин отдано на потеху воинам, оставшиеся обращены в рабство. Из 600 отрубленных голов пленных была сложена пирамида. Последний зендский правитель Лутф-Али-хан был ослеплён и затем четвертован.
В 1795 г. Ага-Мухаммед выступает на Хорасан, где правил слепой и престарелый внук Надир-шаха, Шахрух. Шахрух сдался без боя, что, однако, не спасло его: чтобы выведать, где тот спрятал сокровища отца, Ага-Мухаммед велел пытать его расплавленным свинцом. Шахрух умер от пыток. В том же году Ага-Мухаммед выступает на Грузию, выставив предлогом её союз с Россией, разбивает армию царя Ираклия II в Крцанисской битве, затем без боя вступает в грузинскую столицу и подвергает её полному разгрому: большинство населения было перебито, ок. 22 тыс. человек, главным образом женщин и детей, угнано в рабство, лучшие здания города разрушены. Весной 1796 г. на торжественной церемонии в Муганской степи он провозглашается шахом Ирана. На следующий год (1797) он выступает против русских и наносит поражение отряду Валериана Зубова, который, впрочем, уже был отозван по приказу Павла I. Затем он собирается вновь напасть на Грузию, но под Шушой убит в палатке собственными слугами. Под одной из легенд его отравили дыней. По другой же версии, которую приводит грузинский историк Павле Ингороква, Ага Мухаммед был зарезан своими же командирами, которых незадолго до этого приказал казнить.
Незадолго до смерти в 1796 году Ага-Мухаммед впервые сделал столицей Ирана Тегеран.
Ağa məhəmməd şah qacar
Ə.Haqverdiyev 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyası üzrə nümayəndə seçilir və Peterburqda qalır. “Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında çalışmağa başlayır. 1907-ci ildə yazıçı həmin faciəyə aid əlavə məlumat toplamaq üçün İrana səyahət edir. Faciə yazılır və ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qoyulur. Ondan sonra da pyes böyük müvəffəqiyyətlə uzun zaman səhnədə oynanılır. “Ağa Məhəmməd şah Qacar” ədəbiyyat tariximizdə Nəriman Nərimanovun “Nadir şah”ından (1898) sonra ikinci tarixi faciə idi. N.Nərimanov da, Ə.Haqverdiyev də yaradıcılıqlarında realist M.F.Axundzadə ədəbi məktəbinin görkəmli davamçıları idilər.
Ə.Haqverdiyev tarixi həqiqətlərə sadiq qalaraq, faciədə İranın qəddar şahı olan Ağa Məhəmməd şah Qacarın istilaçı siyasətini, Tiflis və Qarabağa hücumunu təsvir etmişdir. 1907-ci ildə və ondan sonra uzun zaman böyük müvəffəqiyyətlə səhnədə nümayiş etdirilən faciənin müasir ruhunu gücləndirən əsas səbəblərdən biri də Qacar simasında işğalçı müharibənin ifşası idi. Pyesin tamaşaya qoyulduğu illər İranda inqilabın yüksəldiyi, irticanın quduzlaşdığı dövr idi. Pyesdə müəllif tək bir müstəbidi ifşa etməklə kifayətlənməmiş, ümumiyyətlə, Şərqin özbaşınalığa və zorakılığa əsaslanan idarə üsulunu və onun törətdiyi vəhşilikləri tənqid etmişdir.
Bütün yaradıcılığı boyu realist olan Haqverdiyev qəhrəmanın faciəsini bəhs etdiyi dövrün ictimai münasibətləri və tarixi şəraiti ilə əlaqələndirərək, Qacarın fəaliyyətini və ölümünü tarixi bir zərurət kimi şərh etmişdir. Ağa Məhəmməd şahın Nadirin qardaşı oğlu Ədil şah tərəfindən əsir edilərək aparılması, hələ kiçik ikən atasının onun gözləri qarşısında öldürülməsi, İranı vahid dövlət şəklində birləşdirmək siyasəti yolunda rastlaşdığı çətinliklər, doğma qardaşı Cəfərqulu xanı öldürüb, bir insan kimi vicdan əzabı çəkməsi və nəhayət, əhalinin nifrəti Qacarı faciəvi qəhrəman vəziyyətinə salan əsas şərtlərdəndir. O həm İranın acınacaqlı halına yanan ağıllı bir şah, həm də qaniçən, zülmü ərşə yüksələn bir zalımdır. Ağa Məhəmməd şah hələ düşmən əlində əsir olarkən vaxtının çoxunu mütaliəyə sərf edib, dövlət işləri ilə maraqlanır, İranın gələcəyi haqqında düşünür. İranı “yaralı bədən”, özünü də “həkim” sayır. Hakimiyyəti ələ aldıqdan sonra bütün biliyindən bacarıqla istifadə edir. Ağa Məhəmməd şah elə bir hakimiyyət yaratmaq istəyir ki, əhalinin məhəbbətini qazansın.
O, bu işdə keçmiş İran şahlarının iş təcrübəsindən istifadə edir, onların buraxdığı səhvləri təkrar etməməyə çalışır. Qacar həm də bacarıqlı sərkərdə, dövlət işlərini yaxşı bilən bir diplomatdır. O, İranda hakimiyyət sürmüş bütün padşahların, cəsur sərkərdələrin müsbət və mənfi cəhətlərini öyrənmiş, keçmiş müharibələrdən dərs almışdır. Buna görə də qüvvətli düşmən qarşısında özünü itirmir, dərhal tədbirə əl atır.
Əsərdə Tiflis və Şuşa əhalisinin istilaya və istilaçılara qarşı fəal mübarizəsinə və möhkəmliyinə, xalqın birlik əzminə məhəbbət vardır. Faciədə İran tarixinin on səkkiz illik (1779-1797) keşməkeşli bir dövrü əhatə olunmuş və pyes gərgin dramatik ziddiyyətlər üzərində qurulmuşdur. Oxucu bir-birini təqib edən mübarizələr, toqquşmalar və çarpışmalarda qüvvətli insan xarakterləri ilə tanış olur. Ədib Qacarla əlaqədar olan münaqişələri böyük bacarıqla müxtəlif yerlərdə (Mazandaran, Tiflis, Xorasan, Şuşa) inkişaf etdirir və hadisələri məharətlə bir-birinə bağlayır.
Müəllifin başqa dram əsərlərindən fərqli olaraq, “Ağa Məhəmməd şah Qacar” pyesi nisbətən təmtəraqlı dildə yazılmışdır. Pyesdə ədib bədii dil üçün çox zəruri olan məcazlardan, hikmətli sözlərdən, idiomatik ifadələrdən, xalq məsəllərindən yerli-yerində istifadə etmişdir, Qacarın dili xüsusilə zəngindir.
Milliyyətcə azərbaycanlı olan, İranda şahlıqları yüz otuz il davam edən qacarilər sülaləsinin banisi Məhəmməd Qacar obrazını ədəbiyyatımıza ilk dəfə Əbdürrəhim bəy gətirib. O, “Ağa Məhəmməd şah Qacar” faciəsində təkcə əsərin qəhrəmanının deyil, eyni zamanda tarixi şəxsiyyətlər olmuş Cəfərqulu xanın, Əliqulu xanın, Mürtəzaqulu xanın, Mustafa xanın, Rzaqulu xanın, Əli xanın, vəzir Hacı İbrahim xanın, II İraklinin, Tavad Keyxosrov Avelianinin zəngin bədii səciyyəli xarakterlərini təsvir etmişdir. Faciənin ən dolğun obrazları Qacar və İraklidir. Dramaturq həmin surətlərin təsvirində faciə janrının psixoloji-fəlsəfi, psixoloji-dramatik xüsusiyyətlərindən yüksək sənətkarlıqla bəhrələnə bilmişdir. Belə bədii təsvirdə tirançılıq ideyaları, vətən və vətənpərvərlik anlayışları, zəka və güc, vicdan və əxlaq təsəvvürlərinin dramaturji təqdimi daha bədii möhtəşəmliklə təcəssümünü tapıb.
Şah Ağa Məhəmməd Qacar
Kərim xan Zənd haqqında fransız tarixçisi Pikalt iki cildlik «İran inqilabları haqqında» fundamental əsərində geniş məlumat verir. O, eyni zamanda Nadir şahın qətlindən sonra İranda hakimiyyət uğrunda gedən qırğınlardan, alçaq zorakılıq və zülmlərdən geniş bəhs edir.
Səfəvi xanədanının bütün tərəfdarları II Təhmasibqulunun qohumu Əliqulu xanı şah seçdilər. O da taxt-tacı qəbul edib özünə «Adil» ləqəbini götürdü. Bu üzdəniraq Adil şah neyləsə yaxşıdır? Həmlə ilə Kəlat qələsini alıb Təhmasibqulunun iki böyük oğlunu qətlə yetirdi, qalanlarını da qolu zəncirli hüzuruna gətirtdi. Sonra isə keçmiş şahın oğlanlarının arvadlarının qarınlarındakı uşaqların da məhv edilməsi əmrini verdi ki, gələcəkdə onun heç bir rəqibi qalmasın. Bununla kifayətlənməyib qalan oğlanları da zəhərləyib öldürtdürdü. Təhmasibin yalnız 14-15 yaşlı nəvəsi Şahrux Mirzə öldürülmədi. Məşhəddə hərəmxanada əsir saxlandı. Sonralar hakimiyyət uğrunda mübarizə daha da şiddətləndi. Taxt-taca yeni-yeni namizədlər meydana çıxdı. Nəticədə Adil şah da bu mübarizədə məğlub olub gözləri kor edildi.
Səfəvilərin yeganə yadigarı olan şahzadə Şahrux Mirzə böyüyüb qoşun topladı, rəqiblərinə qalib gəlib 1749-cu ildə Məşhəddə taxta çıxdı. Elə bu zaman Zənd adlı kürd nəsillərindən biri gücləndi. Onların başçısı Kərim xan Adil şahın başçılığı ilə İsfahanı işğal edən əfqanları İrandan qovub Qacarlardan olan Məhəmməd Həsən xanla bərabər taxt-tacın əsas iddiaçılarından biri oldu. Bu iki iddiaçının mübarizəsində Kərim xan Zənd güclü çıxdı. Lakin Məhəmməd Həsən xanın altı oğlu qalırdı ki, onlardan biri də Ağa Məhəmməd idi. O, yeniyetmə ikən atasına xəyanət etdiyinə görə axtalanmışdı və bu axtalanmış insan İran tarixində ən cəsur və mərd hökmdarlardan biri oldu. Kərim xan Zənd Təbrizi alıb Fətəli xan Qacarı özünə tabe etdirdi. Lakin xəyanətlərlə dolu İran elə qaynayırdı ki, bir xarici diplomatın yazdığı kimi «harada başdır, harada quyruqdur bilmək olmurdu». Xorasan Nadir şahın qohumu, II Təhmasibin nəvəsi Şahruxun əlində idi. Luristan və Xuzistan isə Kərim xan Zəndin düşməni Zəkəriyyə xana itaət edirdi. Ədalət naminə demək lazımdır ki, Kərim xan Zənd ölkəni mərhəmət və ədalətlə idarə etmək, vergiləri azaltmaq niyyətiylə ixtiyarında olan vilayətlərdə həyat səviyyəsini qaldırmaq istəyirdi. Məlumdur ki, sonrakı onilliklərin qırğın və talanlarından xilas olmaq üçün yüz minlərlə iranlı qaçıb qonşu ölkələrdə məskən salmışdı. Kərim xan isə onları vətənlərinə qayıtmağa sövq edirdi. Sonra isə paytaxtı İsfahandan Şiraza köçürtdü, şəhəri xəndək və hasarlarla əhatəyə aldırdı. O, özünü Səfəvi xanədanından salamat qalmış İsmayılın tərbiyəçisi və vəkili elan etdi.
1755-ci ildə o, türklərlə Bəsrə üstündə müharibəyə başladı. Müharibə uzandı və şərab içməyə aludə olan Kərim xan 1779-cu ildə martın 13-də vəfat etdi.
Hakimiyyət uğrunda mübarizə yenidən qızışdı. Zəndin qardaşı Sadıq xan kürd Əlimurad xanla hakimiyyət uğrunda mübarizə apararkən Məhəmməd Həsən xan Qacarın oğlu, iki qardaşıyla Şirazda Kərim xanın yanında girov saxlanılan Ağa Məhəmməd Qacar meydana çıxdı. O, fürsətdən istifadə edərək əsirlikdən qaçdı və vətəni Azərbaycana — Rəştə gəldi. Burada hamı onu gözləyirdi. Dörd qardaşını qoşunlarına sərkərdə təyin edib Əlimurad xana qarşı çıxdı. Qacarın 30 min, Əlimuradın isə 60 min ordusu var idi. Tehran yaxınlığında ordular toqquşdu və Əlimurad xan məğlub oldu. Bundan ruhlanan Qacar Mazandaranda və Gilanda güclü ordu toplayıb yürüşə çıxdı və xarici diplomatların yazdığı kimi «qabağına çıxanları bir-bir darmadağın etdi». Nəhayət, 1785-ci il mayın 2-də İsfahana daxil oldu. Lakin ayrı-ayrı fars əyalətlərində qiyamlar davam edirdi. Bunlardan biri də Lütfəli xanın başçılığı ilə Şirazda başlanmışdı. Zənd tayfalarından olan Lütfəli xan Ağa Məhəmmədlə mübarizədə duruş gətirə bilmədi. Ağa Məhəmməd Şirazı alıb oranı qardaşı Mustafa Qulu xana tapşırdı. Lakin Kirmanda məskunlaşmış Lütfəli xan hələ də mübarizəni davam etdirirdi. Ağa Məhəmməd şəhəri mühasirəyə aldı və çox keçmədən zəndlərin son istinadgahı da alındı. Ağa Məhəmməd cəza kimi şəhəri qoşunlarının ixtiyarına verdi və Kirman üç gün ərzində qarət olundu. Beləliklə, 1795-ci ildə 20 illik anarxiyadan sonra İranda vahid üsul-idarə — şahlıq bərpa olundu.
Ağa Məhəmməd Qacar İranın yeni xanədanının banisi oldu. Və kiçik şəhər olan Tehranı özünə paytaxt seçdi. Sonra isə o, Nadir şah imperiyasını bərpa etmək qərarına gəldi. Birinci növbədə Gürcüstandan başlamaq lazım idi. Çünki orada rusların gözü vardı. Nadir şahın vaxtında ruslar Qafqaz tərəfə baxmağa belə cəsarət etmirdilər. Nadir şahdan sonra ruslar Dərbəndə, Bakıya, Tiflisə dalbadal hərbi hissə və diviziyalar göndərməyə başladılar.
1795-ci ilin aprelində Qacar kiçik bir ordu ilə yürüş edib bir həmləyə Tiflisi aldı. Rus general-mayoru Savelyev işə qarışmağa cürət etməyib uzaqdan tamaşa etdi. Bundan sonra Ağa Məhəmməd Qacar sürətlə Xorasana gəlib Nadir şahın və Səfəvilərin xəzinəsini ələ keçirtdi. Bu zaman ona xəbər çatdı ki, ruslar təzədən Tiflisə daxil olublar. Qacar qəzəblənib onları birdəfəlik qovmaq üçün yenidən bu uzaq yürüşə çıxdı. Zubovun başçılığı altında olan düşmən polklarını əzib onları Dərbəndə qədər qaçmağa məcbur etdi. Bu sanki görünməmiş bir təntənə idi. Güclü hərbi texnikası, hərbi bazaları, saysız-hesabsız sursat və orduları olan nəhayətsiz bir imperiya uzun müharibələrdən təzəcə çıxan, hərbi-texniki cəhətdən geridə qalan İran qoşunlarına məğlub olmuşdu. Fransız tarixçisi Pikalt yazırdı: «Lakin əvəzində rusların bəxt ulduzu onlar üçün vuruşurdu. Birdən onların düşməni dayandı və mübarizə meydanından çəkildi. Elə həlledici və gözlənilməz bir hadisə baş verdi ki, bütün müvəffəqiyyətli kompaniyaya son qoyuldu».
Bəli, 1797-ci ildə beyinsiz yaxın xidmətçiləri namərdcəsinə iki xəncər zərbəsiylə bizi rus fəlakətindən xilas edən bir insanın ürəyini susdurdular. Sonralar bu faciəni qətli qəhrəmanlıq kimi tərənnüm edənlər də tapıldı.
Bəli, biz beləyik və Ağa Məhəmməd şah Qacarın ömrü də belə başa çatdı. Cəmi 16 il sonra Azərbaycan iki yerə parçalandı və onun şimal hissəsi rus işğalçılarının tapdağı altına keçdi.
Müəllif: Əlisa Nicat
Mənbə: «Dünya sərkərdələri» kitabı
Comments are closed, but trackbacks and pingbacks are open.