Press "Enter" to skip to content

Texnologiya 8 Derslik 2017 Layout 1

zənginləşdirəcək, onların yeni və müasir növləri ilə tanış olacaqsınız.

Oduncağın tədarükü və mişar materiallarının istehsalı

Ağac emalı sənayesi mişar materiallarının, plitələrin, oduncaq məmulatlarının hazırlanması ilə məşğul olur. Ağac emalı sənayesində mişarçılar, çərçivəçilər, dəzgahçılar, xarratlar, dülgərlər və s. kimi peşə sahibləri işləyir.
Hər böyüyən ağac öz ətrafında bitki və heyvan aləminin qarşılıqlı əlaqədə inkişaf etdiyi mikroiqlim yaradır.
Ağaclar bizim nəfəs aldığımız oksigeni hasil edir və karbon qazını udur. Təbiətdə məhv olan ağacların sayı əkilənlərdən artıqdır. Saysız-hesabsız ağac kəsilir və meşə yanğınları zamanı məhv olur. Elə bu səbəbdən meşələrin bərpa edilməsi öhdəmizə düşən ən mühüm işlərdən biridir.
Tikintidə istifadə etmək və müxtəlif məmulatlar hazırlamaq üçün növündən asılı olaraq 80—120 yaş arası ağaclardan oduncaq tədarük edilir. Belə oduncaq meşə təsərrüfatı mütəxəssisləri tərəfindən yetişmiş oduncaq kimi müəyyənləşdirilir.
Ağacqıranlar ağacları əl elektrik mühərrikli və benzinmühərrikli mişarlarla və yaxud kəsdiyi ağacları digərlərini korlamadan lazımi istiqamətdə aşıran meşəqıran maşınların köməyi ilə mişarlayırlar.
Beləliklə, kök və budaqlardan təmizlənərək kəsilmiş ağac gövdələri, yəni qol-budağı təmizlənmiş ağac materialı əldə edilir.
Qol-budağı təmizlənmiş ağacları eninə mişarlayıb şalban, tir, kötük əldə etmək üçün yük maşınları və ya ağacdaşıyanlarla emal müəssisələrinə daşıyırlar.
Benzinmühərrikli mişarın quruluş sxemini və iş prinsipini nəzərdən keçirək. Benzinmühərrikli mişarlar öz quruluşuna görə mexanikləşdirilmiş əl alətlərinə aid olub, daxiliyanma mühərrikləri ilə hərəkətə gətirilirlər.
Benzinmühərrikli mişarın quruluşunun sadə olması onun etibarlılığının göstəricisi olub, çətin şəraitdə müntəzəm işləməsini təmin edir.
Oduncaqdan hazırlanan və onun təbii quruluşunu qoruyab saxlayan bütün materiallara meşə materialları deyilir. Şalbanlardan binaların divarları üçün tirlər, müxtəlif taxta konstruksiyalar hazırlayır, mişar materialları əldə edirlər.
Karandaş, xizək, yonulmuş şpon hazırlanması üçün nəzərdə tutulmuş, uzunluğu 2—4 m olan meşə materialı tir adlanır.
Lay-lay kəsilmiş şponun hazırlanması üçün nəzərdə tutulmuş, uzunluğu 2 m-ə qədər olan qısa meşə materialı kötük adlanır. Şpon təbəqələrini bir-birinə yapışdıraraq faner alırlar.

Oduncağı ştabellərdə nizamla yığılmış vəziyyətdə saxlayırlar.
a) ölçmə çəngəli; b) ölçən dəmir bənd; c) metrə və ya ölçmə reykası

Meşə materiallarının diametrini metrə, ölçmə çəngəli və ya ölçən dəmir bəndlə ölçürlər.
En kəsiyi çox zaman ovalşəkilli olduğu üçün D1 və D2 diametrlərini şalbanın baş hissələrində qarşılıqlı perpendikulyar istiqamətlərdə ölçürlər. Sonra hesablayıb orta diametri tapırlar:
D=(D1+D2):2. Şalbanın uzunluğunu rulet, ölçmə reykası və ya metrə ilə ölçürlər.
Şalbanın diametri və uzunluğuna görə onun həcmini hesablayırlar. İstehsalatda meşə materiallarının həcmini onların təpə diametri və uzunluğundan asılı olaraq xüsusi cədvəllərlə daha dəqiq müəyyənləşdirirlər.
Meşə materiallarının əsas həcmi ağackəsən dəzgahlarla əldə edilir.
Ağackəsən dəzgah şaquli bərkidilmiş zolaqlı mişar dəsti olan kəsici çərçivədən ibarətdir.
Yuxarı-aşağı və şaquli hərəkətli mexanizmi olan mişarlama çərçivəsi elektrik mühərriki tərəfindən hərəkət etdirilir. Bu, şalbanın mişarlanma texnologiyasıdır.
Ağackəsən dəzgahın önündə və arxasında şalbanı gətirən ötürücü vallar bərkidilmişdir. Daima fırlanan vallar kələ-kötür səthə malikdir.

Ağackəsən dəzgahda alınan əsas mişar materialları taxta və tirlərdir. Taxtalar kənarları kəsilmiş və kəsilməmiş, yəni kənarından mişarlanmış şəkildə buraxılır.





Müəllif: Natiq Axundov, Hümeyir Əhmədov,Fəridə Şərifova, Xuraman Səlimova

Mənbə: Texnologiya 6 Ümumtəhsil məktəblərinin 6- cı sinfi üçün Texnologiya fənni üzrə Dərslik

  • Teqlər:
  • meşə materialları
  • , oduncağ tədarükü
  • , mişar
  • , mişar materialları

Texnologiya 8 Derslik 2017+ Layout 1

zənginləşdirəcək, onların yeni və müasir növləri ilə tanış olacaqsınız.

Sizə məlum olduğu kimi, «Texnologiya»nın təlimində əsas anlayış

İnsan əməyi ətraf mühitin dəyişdirilməsi prosesi və insanın özünün mü ­

kəmməlləşməsidir: məqsədə nail olmaq üçün siz müəyyən güc sərf edirsiniz, bu

zaman planlaşdırdığınız nəticəni almaqla yanaşı, öz qabiliyyətlərinizi də inkişaf

etdirirsiniz. Әn əsası odur ki, əmək fəaliyyətinin mənəvi dəyərini başa düşüb,

əmək prosesindən və onun nəticəsindən yüksək əhvali­ruhiyyə əldə edə biləsən.

Bu dərsliklə iş prosesində siz elektrotexniki avadanlıqların, avtomat və

yarımavtomat qurğuların əsas quruluşunu və iş prinsipini, onları şəbəkəyə

qoşmağı, idarə etməyi və onlara qulluq göstərməyi öyrənəcəksiniz.

Büdcəyə qənaət üsulları ilə tanış olacaq və şəxsi büdcənin mahiyyətini

özü nüz üçün aydınlaşdıracaq, xidmət sahələrində davranış və ünsiyyət mə ­

də niyyəti qaydaları ilə tanış olacaqsınız.

Siz evdə və məktəbdə sadə təmir işlərini yerinə yetirmək üsullarını tək ­

milləşdirəcək, ev heyvanlarına qulluq və onların saxlanması texnologiyası ilə

tanış olacaqsınız. Oduncaq və metal məmulatları bəzəmək üzrə dekorativ işlərin

yerinə yetirilməsini öyrənəcək, oduncağın, metalın, qida məhsullarının və

parçanın emalı texnologiyası üzrə ümuməmək bacarıqlarını mənim sə yə cək siniz.

Texnoloji təhsilin məzmununun əsasında gələcək peşənizin şüurlu se çil ­

məsi və həyat karyeranızın layihələndirilməsi üçün lazım olan şəxsi key fiy ­

yətlərinizin inkişafı durur. VIII sinifdə siz bu keyfiyyətlərə yiyələnəcəksiniz.

Həyat üçün vacib təhsil sahələrindən biri olan «Texnologiya»nın

mənimsənilməsində sizə uğurlar!

Dərslikdə aşağıdakı şərti işarələr qəbul olunmuşdur:

Çap üçün deyil

Ağac emalı texnologiyası dərslik

I. MƏİŞƏT MƏDƏNİYYƏTİ
  • 1. Xidmət sahələrində davranış və ünsiyyət mədəniyyəti
  • 2. Büdcəyə qənaət. Şəxsi büdcə
  • 3. Ev heyvanlarına qulluq texnologiyası
II. AĞAC VƏ METALIN BƏDİİ EMALI TEXNOLOGİYASI
  • 4. Dekorativ-tətbiqi sənət. Ağac üzərində oyma
  • 5. Ağac üzərində bədii oyma texnologiyası
  • 6. Ağac üzərində bədii yandırma texnologiyası
  • 7. Metalın bədii emalı texnologiyası
  • 8. Yuvarlaq səthli detalları olan məmulatların spesifikasiyası və çertyojunun oxunması
III. SADƏ TƏMİR İŞLƏRİ
  • 9. Mənzildə aparılan təmir işlərinin texnologiyası. Divarların işlənməsi
  • 10. Divar kağızlarının çəkilmə texnologiyası. Divar və tavanların rənglənməsi
  • 11. Tavanın təmiri texnologiyası
  • 12. Su təchizatı sistemi elementlərinin təmiri texnologiyası. Axıdıcı çən
  • 13. Santexnika sistemi elementlərinin təmiri texnologiyası. Sifon
IV. ELEKTROTEXNİKİ İŞLƏR
  • 14. İnsan həyatında avtomatlar və avtomatika. Avtomatik qurğuların növləri və elementləri
  • 15. Elektrik mühərrikləri
  • 16. Avtomatlaşdırılmış paltaryuyan maşının quruluşu və iş prinsipi
  • 17. Məişət soyuducusunun quruluşu və iş prinsipi
  • 18. Məişət tozsoranının quruluşu və iş prinsipi
V. QİDA MƏHSULLARININ EMALI TEXNOLOGİYASI
  • 20. Un məmulatları. Un məmulatlarının hazırlanması üçün alət və tərtibatlar
  • 21. Un məmulatlarının hazırlanması üçün xammal və ərzaq məhsulları
  • 22. Ərzaqların qışa saxlanması. Ev şəraitində konservləşdirmə
VI. PARÇANIN EMALI TEXNOLOGİYASI
  • 23. Həcmli naxıştikmə texnologiyası
  • 24. Muncuqla naxıştikmə texnologiyası
  • 25. Kəsiklərin tikiş maşınında ziqzaqşəkilli tikişlə sırıqlanma texnologiyası
  • 26. Parça üzərində ziqzaqşəkilli tikiş tətbiq etməklə aplikasiyanın işlənmə texnologiyası
  • 27. Tikiş maşınında ilgəkaçma texnologiyası

Comments are closed, but trackbacks and pingbacks are open.