Press "Enter" to skip to content

Akademik Ağamusa Axundov dünyasını dəyişdi

Koronavirus

Görkəmli türkoloq alim Ağamusa Axundov haqqında

Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olmuşdur. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950-1955) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil almışdır (1959-1965). Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958-1959), baş müəllimi (1959-1961), dosenti (1961-1967), sonra universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990) olmuşdur. Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləmişdir (1981-1999). AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışmışdır.
Ədəbi fəaliyyəti
Ədəbi fəaliyyətə “İnqilab və mədəniyyət” jurnalında (1951, N 12) çap olunmuş “İkinci görüş” adlı ilk hekayəsi ilə başlamışdır. Bundan sonra bədii yaradıcılıqla, xüsusən poeziyanın sənətkarlıq problemlərinin tədqiqi ilə ciddi məşğul olmuşdur.
Sovet Türkoloqları Komitəsinin (1974-cü ildən), Almaniya Demokratik Respublikasında nəşr edilən “Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar” adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin (1978-ci ildən), Azərbaycan EA Terminologiya Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Toponimika Komissiyasının, AzərTAC-ın tərcümə şurasının, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Sovet-Amerika dostluq cəmiyyəti Bakı şöbəsinin sədri kimi geniş ictimai-elmi fəaliyyət göstərmişdir.
Misir Ərəb Respublikasının Qahirə şəhərində, Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatından dərs demiş (1965-1966), Praqa (1967), Ankara (1972), Belqrad (1984) və Budapeşt (1986), Kayseri (Türkiyə, 1990), İstanbul (1992) şəhərlərində beynəlxalq elmi konfranslarda iştirak etmiş, Dostluq evinin və Sovet Amerika Əlaqələri İnstitutunun xüsusi heyətində ABŞ-da olmuş, Nyu-Yorkda II Dünya müharibəsinin qurtarmasının 30 illiyinə həsr olunmuş iclasda iştirak etmişdir (1975).
Yaponiya Elmə Yardım Cəmiyyətinin dəvəti ilə bir ay Tokio Universitetində Azərbaycan dili dərsi demiş, Kobe Universitetində və Tokio Şərq Kitabxanasında “Azərbaycan dili inkişaf yollarında” mövzusunda 2 konfrans keçirmişdir. Onun “Ümumi dilçilik” (1978-1988), dilçiliyə dair şərikli yazdığı “Dilçiliyə giriş” (1966-1980), “Azərbaycan dili” (1972-1973-1974-1992) kitabları döna-dönə nəşr olunmuşdur. “Azərbaycan dilinin tarixi-etimoloji lüğəti” əsəri üzərində işləyir. Azərbaycan Respublikası Dillərin işlənməsı və inkişaf qanunauyğunluqları əlaqələndirmə Şurasının sədri, ASE-nin Məsləhətçilər Şurasının, Gürcüstan EA-nın Dilçilik İnstitutunun və BDU-nun doktorluq dərəcəsi verən ixtisaslaşmış müdafiə şuralarının, XMA-nın Azərbaycan bölməsi komitəsinin, “Sovetskaya tyürkologiya”, “Ulduz” və “Azərbaycan” jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur. “Sovetskaya tyürkologiya” jurnalının baş redaktoru, Dil və Ədəbiyyat üzrə ekspert şurasının sədri olmuşdur.
Xalqlar dostluğu sahəsində mühüm xidmətlərinə görə ABŞ-ın “Frendşip fors” (“Dostluq qüvvələri”) ictimai təşkilatının fəxri fərmanına layiq görülmüşdür (1987), ABŞ-ın Nyu-Orlean şəhərinin fəxri xarici vətəndaşı, Luiziana ştatının paytaxtı Baton Rujun şəhər şurasının fəxri üzvü olmuşdur. (1987). Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olmuşdur. “Şöhrət” ordeni ilə təltif edilmişdir (2000).
Kitabları
Felin zamanları. Bakı: ADU-nun nəşriyyatı, 1961, 138 səh.
Müasir Azərbaycan ədəbi dilinin fonetikası. Bakı: ADU-nun nəşriyyatı, 1963, 25 səh.
Müasir Azərbaycan dilinin fonetikasından mühazirələr. Bakı: ADU-nun nəşriyyatı, 1969, 56 səh.
Dil və üslüb məsələləri. Bakı: Gənclik, 1970, 103 səh.
Azərbaycan dilinin fonemlər sistemi. Bakı: Maarif, 1973, 302 səh.
Azərbaycan dilinin tarixi fonetikası. Bakı: ADU-nun nəşriyyatı, 1973, 110 səh.
Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları). Bakı: Maarif, 1979, 254 səh.
Riyazi dilçilik. Bakı: ADU-nun nəşriyyatı, 1979, 18 səh.
Şer sənəti və dil. Bakı: Yazıçı, 1980, 159 səh.
Azərbaycan dilinin fonetikası. Bakı: Maarif, 1983, 388 səh.
Torpağın köksündə tarixin izləri. Bakı: Gənclik, 1983, 135 səh.
Dilin estetikası. Bakı: Yazıçı, 1985, 223 səh.
Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları). Bakı: Maarif, 1988, 260 səh.
Dil və mədəniyyət. Bakı: Yazıçı, 1992, 190 səh.
Dil və ədəbiyyat (iki cilddə). I cild. Bakı: Gənclik, 2003, 658 səh.
Dil və ədəbiyyat (iki cilddə). II cild. Bakı: Gənclik, 2003, 436 səh.
Filmoqrafiya
Mənim universitetim (film, 1969)
Dünya şöhrətli məzun (film, 2003)
Liderlik missiyası. 1-ci hissə (film, 2008)
Üç zirvənin fatehi (film, 2008)

Ağamusa axundov dilçiliy giriş

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Cəmiyyət Akademik Ağamusa Axundov dünyasını dəyişdi

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Sentyabr 06, 2015 – 12:52

!Reklam – Yazi

Görkəmli dilçi və türkoloq alim – akademik Ağamusa Axundov sentyabrın 5-də vəfat edib.Bu barədə “Azadlıq” radiosuna mərhumun yaxınları məlumat veriblər.Ağamusa Axundov dil və ədəbiyyata dair fundamental araşdırmaların müəllifi idi.O, son illər AMEA-nın Rəyasət Heyətinin müşaviri kimi çalışırdı.

Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində doğulub. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950-1955-ci illər) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil alıb (1959-1965). Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958-1959), baş müəllimi (1959-1961-ci illər), dosenti (1961-1967), universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990), Ümumi dilçilik kafedrasının müdiri (1981-1999) olub. AMEA-nın həqiqi üzvü (2007), Dövlət mükafatı laureatı (1986), Əməkdar elm xadimi (1990) idi.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Dilçiliyin Ağamusa Axundov fenomeni – Foto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsinin rəhbəri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın “Dilçilikdə Ağamusa Axundov fenomeni” kitabı çapdan çıxıb.

İnstitutdan Axar.az -a bildiriblər ki, kitab AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Ağamusa Axundovun zəngin elmi yaradıcılığına və mənalı həyat yoluna həsr edilib. Akademik A.Axundov “Dil və üslub məsələləri”, “Feilin zamanları”, “Dilçiliyə giriş”, “Ümumi dilçilik”, “Riyazi dilçilik”, “Azərbaycan dilinin fonetikası”, “Dilçiliyin tarixi, nəzəriyyəsi və metodları”, “Dil və ədəbiyyat” (2 cilddə), “Azərbaycan dilinin izahlı lüğəti”, eləcə də bir sıra monoqrafiya və 500-dək elmi məqalənin müəllifidir. Bu əsərlər dil tarixinin, dilimizin müasir quruluşunun, dil nəzəriyyəsinin, ümumi dilçiliyin aktual problemlərinə həsr olunub.

A.Axundovun dilçiliyin ən mühüm problemlərinə – fonetikaya, bədii tərcüməyə, orfoqrafiyaya, nitq mədəniyyətinə, ümumi dilçiliyə aid əsərləri, dövlət dilinə aid mətbuat səhifələrində tez-tez dərc olunan müsahibələri, fundamental əsərləri təkcə respublikamızın elmi ictimaiyyəti tərəfindən deyil, dünyanın bir sıra görkəmli alimləri tərəfindən də maraqla qarşılanıb, dünya dilçiliyində və türkologiyada yeni bir hadisə kimi yüksək qiymətləndirilib. Müəllifin fonetikaya, qrammatikaya, ədəbi dilə, dilin poetikasına, nitq mədəniyyətinə, etimologiyaya, onomastikaya, ümumi dilçiliyə, dilçilik nəzəriyyəsinə aid əsərləri dilçiliyimizin qızıl fondu hesab edilir.

Alim Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə həsr edilmiş coxşaxəli yaradıcılığı, yenilikçiliyi ilə diqqət mərkəzində olub, Azərbaycan dilçiliyinə yeni anlayışlar gətirib və novator tədqiqatların müəllifi olub. “Azərbaycan dilində feilin zamanları” mövzusunda yazdığı namizədlik dissertasiyası, daha sonra çoxşaxəli yaradıcılığı, onun qələmindən çıxan bütün tədqiqatlar alimə uğurlar gətirib, ancaq A.Axundovun yaradıcılığının şah əsəri “Azərbaycan dilinin fonemlər sistemi” monoqrafiyasıdır. Alim ilk dəfə Azərbaycan dilinin fonetik sistemini eksperimental təhlil əsasında ümumiləşdirib, nəzəri səviyyədə təqdim edib. Ömrünü xalqının elminə, maarifinə, təhsilinə həsr etmiş bu böyük insan öz zəngin yaradıcılığı ilə dilçiliyimizdə yeni bir cığır açıb. O, dilçiliyin bütün sahələrinə aid sanballı elmi əsərlərin, araşdırmaların müəllifi kimi tanınmış, xüsusilə, nəzəri dilçilik, fonetika, qrammatika, etimologiya, dil tarixi və dialektologiya, üslubiyyat və nitq mədəniyyəti sahəsində zəngin yaradıcılıq irsi qoyub.

Comments are closed, but trackbacks and pingbacks are open.