Press "Enter" to skip to content

Azərbaycan Milli Elmlər Akademiyası

A.Axundov Xalqlar dostluğu sahəsində mühüm xid­mət­lərinə görə ABŞ-ın «Friend­ship Forse» («Dost­luq qüvvələri») ictimai təş­kilatının fəxri fərmanına layiq gö­rülmüşdür (1987). ABŞ-ın Nyu-Or­lean şəhərinin fəxri xarici vətəndaşı, Lui­ziana ştatının paytaxtı Baton Ru­jun Şəhər Şu­rasının fəxri üzvü (1987), Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət He­yə­ti­nin üzvü (2003-cü ildən) olmuşdur.

Agamusa Axundov – Wikipedia

Axundov Ağamusa Ağası oğlu ( 2 fevral 1932 , Kürdəmir – 5 sentyabr 2015 , Bakı ) — Azərbaycanın ədəbiyyatşünası, dilçi və türkoloq alimi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1964), professor (1967), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı (1986), Azərbaycan Respublikası Əməkdar Elm Xadimi (1990). [1]

Mündəricat

  • 1 Həyatı
  • 2 Ədəbi fəaliyyəti
  • 3 Kitabları
  • 4 Filmoqrafiya
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olmuşdur. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950–1955) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil almışdır (1959–1965). Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958–1959), baş müəllimi (1959–1961), dosenti (1961–1967), sonra universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967–1974 və 1980–1990) olmuşdur. Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləmişdir (1981–1999). AMEA-nin Dilcilik institunun direkroru (1990–2011), AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb. [2]

Ədəbi fəaliyyəti

Ədəbi fəaliyyətə “İnqilab və mədəniyyət” jurnalında (1951, N 12) çap olunmuş “İkinci görüş” adlı ilk hekayəsi ilə başlamışdır. Bundan sonra bədii yaradıcılıqla, xüsusən poeziyanın sənətkarlıq problemlərinin tədqiqi ilə ciddi məşğul olmuşdur.

Sovet Türkoloqları Komitəsinin (1974-cü ildən), Almaniya Demokratik Respublikasında nəşr edilən “Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar” adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin (1978-ci ildən), Azərbaycan EA Terminologiya Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Toponimika Komissiyasının, AzərTAC-ın tərcümə şurasının, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Sovet-Amerika dostluq cəmiyyəti Bakı şöbəsinin sədri kimi geniş ictimai-elmi fəaliyyət göstərir.

Misir Ərəb Respublikasının Qahirə şəhərində, Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatından dərs demiş (1965–1966), Praqa (1967), Ankara (1972), Belqrad (1984) və Budapeşt (1986), Kayseri (Türkiyə, 1990), İstanbul (1992) şəhərlərində beynəlxalq elmi konfranslarda iştirak etmiş, Dostluq evinin və Sovet Amerika Əlaqələri İnstitutunun xüsusi heyətində ABŞ-da olmuş, Nyu-Yorkda II Dünya müharibəsinin qurtarmasının 30 illiyinə həsr olunmuş iclasda iştirak etmişdir (1975).

Yaponiya Elmə Yardım Cəmiyyətinin dəvəti ilə bir ay Tokio Universitetində Azərbaycan dili dərsi demiş, Kobe Universitetində və Tokio Şərq Kitabxanasında “Azərbaycan dili inkişaf yollarında” mövzusunda 2 konfrans keçirmişdir. Onun “Ümumi dilçilik” (1978–1988), dilçiliyə dair şərikli yazdığı “Dilçiliyə giriş” (1966–1980), “Azərbaycan dili” (1972-1973-1974-1992) kitabları döna-dönə nəşr olunmuşdur. “Azərbaycan dilinin tarixi-etimoloji lüğəti” əsəri üzərində işləmişdir. Azərbaycan Respublikası Dillərin işlənməsı və inkişaf qanunauyğunluqları əlaqələndirmə Şurasının sədri, ASE-nin Məsləhətçilər Şurasının, Gürcüstan EA-nın Dilçilik İnstitutunun və BDU-nun doktorluq dərəcəsi verən ixtisaslaşmış müdafiə şuralarının, XMA-nın Azərbaycan bölməsi komitəsinin, “Sovetskaya tyürkologiya”, “Ulduz” və “Azərbaycan” jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur. “Sovetskaya tyürkologiya” jurnalının baş redaktoru, Dil və Ədəbiyyat üzrə ekspert şurasının sədri işləmişdir (1993-cü ildən).

Xalqlar dostluğu sahəsində mühüm xidmətlərinə görə ABŞ-ın “Frendşip fors” (“Dostluq qüvvələri”) ictimai təşkilatının fəxri fərmanına layiq görülmüşdür (1987), ABŞ-ın Nyu-Orlean şəhərinin fəxri xarici vətəndaşı, Luiziana ştatının paytaxtı Baton Rujun şəhər şurasının fəxri üzvüdür (1987). Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvüdür (2003-cü ildən). “Şöhrət” ordeni ilə təltif edilmişdir (2000).

5 sentyabr 2015-ci ildə vəfat etmişdir, [3] Bakıda, II Fəxri Xiyabanda dəfn edilmişdir [4] .

  1. Felin zamanları. Bakı: ADU-nun nəşriyyatı, 1961, 138 səh.
  2. Müasir Azərbaycan ədəbi dilinin fonetikası. Bakı: ADU-nun nəşriyyatı, 1963, 25 səh.
  3. Müasir Azərbaycan dilinin fonetikasından mühazirələr. Bakı: ADU-nun nəşriyyatı, 1969, 56 səh.
  4. Dil və üslüb məsələləri. Bakı: Gənclik, 1970, 103 səh.
  5. Azərbaycan dilinin fonemlər sistemi. Bakı: Maarif, 1973, 302 səh.
  6. Azərbaycan dilinin tarixi fonetikası. Bakı: ADU-nun nəşriyyatı, 1973, 110 səh.
  7. Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları). Bakı: Maarif, 1979, 254 səh.
  8. Riyazi dilçilik. Bakı: ADU-nun nəşriyyatı, 1979, 18 səh.
  9. Şer sənəti və dil. Bakı: Yazıçı, 1980, 159 səh.
  10. Azərbaycan dilinin fonetikası. Bakı: Maarif, 1983, 388 səh.
  11. Torpağın köksündə tarixin izləri. Bakı: Gənclik, 1983, 135 səh.
  12. Dilin estetikası. Bakı: Yazıçı, 1985, 223 səh.
  13. Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları). Bakı: Maarif, 1988, 260 səh.
  14. Dil və mədəniyyət. Bakı: Yazıçı, 1992, 190 səh.
  15. Dil və ədəbiyyat (iki cilddə). I cild. Bakı: Gənclik, 2003, 658 səh.
  16. Dil və ədəbiyyat (iki cilddə). II cild. Bakı: Gənclik, 2003, 436 səh.

Filmoqrafiya

  1. Mənim universitetim (film, 1969)
  2. Dünya şöhrətli məzun (film, 2003)
  3. Liderlik missiyası. 1-ci hissə (film, 2008)
  4. Üç zirvənin fatehi (film, 2008)

Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın həqiqi üzvü Ağamusa Ağası oğlu Axun­dov 1932-ci il fevralın 2-də Kürdəmir şəhə­rində ana­dan ol­muş­­dur. Orta məktəbi qızıl medalla bitir­dikdən son­ra 1950-1955-ci illər­də Azərbaycan Dövlət Universite­ti­nin fi­lo­lo­­giya fa­kül­tə­sində, 1959-1965-ci illərdə Azər­bay­can Peda­qoji Xarici Dil­lər İnstitutunun Qər­bi Avro­pa dil­­ləri fakültəsində təhsil almış­­­dır. 1964-cü ildə filologiya üzrə elmlər doktoru alimlik dərəcəsini almış, 1967-ci ildə pro­fessor adına layiq görülmüş, 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 1990-2011-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, 2001-2011-ci illərdə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsində çalışmış, 2011-ci ildən ömrünün sonunadək AMEA-nın Rəyasət Heyətinin müşaviri olmuşdur.

A.Axundov Sovet Türkoloqları Komi­tə­si­nin, Al­ma­ni­­ya Demokratik Respub­li­ka­sında nəşr edilən «Fo­­netika, dilçilik: Kom­­munikativ tədqiqat­lar» adlı bey­nəl­xalq elmi-nəzəri jurnalın re­dak­siya he­yətinin üzvü, Azərbaycan Elmlər Aka­­demiyasının Ter­mi­nologiya Ko­missiyası səd­­rinin müa­vini, Azər­bay­can Ali Soveti Rə­ya­­­sət Heyətinin To­po­nimika Ko­mis­si­ya­sının, AzərTAC-ın tərcümə şu­ra­sı­nın, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İda­rə He­yə­tinin üzvü, Sovet-Amerika Dost­luq Cə­miy­yə­ti Bakı şöbəsinin səd­ri kimi geniş ictimai-elmi fəaliyyət gös­tərmişdir.

Görkəmli alim Misir Ərəb Respublikasının Qahirə şə­hə­rində, Eyn-Şəms Universite­tində Azər­bay­can dili və ədəbiyyatından dərs demiş (1965-1966), Praqa (1967), Ankara (1972), Belqrad (1984) və Budapeşt (1986), Kayseri (Tür­kiyə, 1990), İstanbul (1992) şəhərlərində bey­nəl­xalq elmi kon­franslarda iştirak etmiş, Dostluq evi­­nin və Sovet Amerika Əlaqələri İnsti­tu­tu­nun xüsusi heyətinin tərkibində ABŞ-da olmuş, Nyu-York­da II Dünya müharibəsi­nin qur­tar­ma­sı­nın 30 illiyinə həsr olunmuş iclasda iştirak et­miş­­dir (1975).

A.Axundov Yaponiya Elmə Yardım Cə­­miyyətinin də­­­vəti ilə bir ay Tokio Uni­ver­si­tetində Azər­bay­can dili dərsi demiş, Kobe Uni­­versitetində və Tokio Şərq Kitab­xa­nasında «Azər­baycan di­­­li inkişaf yollarında» möv­zu­sun­da 2 konf­rans keçirmişdir.

Alimin «Ümumi dilçilik», həm­müəllif ol­du­ğu «Dilçiliyə giriş», «Azər­bay­can dili» ki­tab­ları dönə-dö­nə nəşr olunmuşdur. «Azər­bay­can di­li­nin tari­xi-etimoloji lüğəti» əsəri üzə­­rində çalışmaları davam edir. Azərbaycan Res­pub­li­ka­­sı Dil­­­lərin işlənməsi və inkişaf qa­nu­nauy­ğun­luq­la­rı Əlaqələndirmə Şurası­nın sədri, ASE-nin Məs­ləhətçilər Şu­rasının, Gürcüstan EA Dil­çi­lik İns­titutunun və Bakı Döv­lət Uni­ver­si­te­ti­nin doktorluq dərəcəsi ve­rən ixtisaslaş­mış mü­dafiə şu­ra­larının, XMA-nın Azərbaycan böl­­məsi komitəsinin, «So­vets­ka­ya tyur­ko­lo­giya», «Ulduz» və «Azə­r­­bay­can» jurnallarının re­dak­si­ya heyətlə­ri­nin üzvü ol­muş­­dur.

A.Axundov Xalqlar dostluğu sahəsində mühüm xid­mət­lərinə görə ABŞ-ın «Friend­ship Forse» («Dost­luq qüvvələri») ictimai təş­kilatının fəxri fərmanına layiq gö­rülmüşdür (1987). ABŞ-ın Nyu-Or­lean şəhərinin fəxri xarici vətəndaşı, Lui­ziana ştatının paytaxtı Baton Ru­jun Şəhər Şu­rasının fəxri üzvü (1987), Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət He­yə­ti­nin üzvü (2003-cü ildən) olmuşdur.

Akademik A.Axundov 1986-cı ildə Azərbaycan Respublikasının Dövlət Müka­fatına layiq görülmüş, 2000-ci ildə «Şöhrət» ordeni ilə təltif edil­mişdir.

Akademik Ağamusa Axundov 2015-ci ildə Bakıda vəfat etmişdir.

(1932-2015)

Azərbaycan Milli Elmlər Akademiyası

“Ağamusa Axundov və Azərbaycan dilçiliyi” mövzusunda elmi sessiya keçirilib

Fevralın 4-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli Azərbaycan dilçisi, dünya şöhrətli türkoloq, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Ağamusa Axundovun anadan olmasının 90-cı ildönümü münasibətilə “Ağamusa Axundov və Azərbaycan dilçiliyi” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan müəssisənin baş direktoru, professor Nadir Məmmədli bildirib ki, Ağamusa Axundov Azərbaycan dilçiliyi, ümumi dilçilik, dil nəzəriyyəsi, türkologiya, üslubiyyat, dil tarixi, etimologiya, lüğətçilik və s. sahələr üzrə görkəmli mütəxəssis olub.

Professor Nadir Məmmədli vurğulayıb ki, Ağamusa Axundov 1964-cü ildə, hələ 32 yaşında ikən “Azərbaycan dilinin fonemlər sistemi (fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Həmin müdafiədə görkəmli mütəxəssislər – keçmiş SSRİ Elmlər Akademiyasının baş elmi işçisi, professor N.Baskakov, Gürcüstan Elmlər Akademiyasının akademiki S.Cikiya, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ə.Dəmirçizadə, filologiya elmləri doktoru, Dövlət mükafatı laureatı Ə.Orucov və başqaları çıxış edərək A.Axundovun doktorluq işinin yüksək elmi dəyərə malik olduğunu göstəriblər.

Baş direktorun sözlərinə görə, çoxşaxəli zəngin yaradıcılığı ilə dilçilik elminin inkişafında mühüm xidmətləri olan, ona öz töhfələrini verən Ağamusa Axundov 36 mo ­ noq ­ ra ­ fiya və dərs ­ liyin , 500- ə qə ­ dər el ­ mi mə ­ qa ­ lə ­ nin müəl ­ li ­ fi ­ olub: “ Alim öz ge ­ niş dia ­ pa ­ zon ­ lu fəa ­ liy ­ yəti , zən ­ gin ya ­ ra ­ dı ­ cı ­ lıq ir ­ si ilə Azər ­ bay ­ can dil ­ çi ­ li ­ yinə , bü ­ töv ­ lük ­ də tür ­ ko ­ lo ­ giya alə ­ minə “ Dil və üs ­ lub mə ­ sə ­ lə ­ ləri ”, “ Fei ­ lin za ­ man ­ ları ”, “ Dil ­ çi ­ liyə gi ­ riş ”, “ Ümumi dil ­ çi ­ lik ”, “ Ri ­ yazi dil ­ çi ­ lik ”, “ Azər ­ bay ­ can di ­ li ­ nin fo ­ ne ­ ti ­ kası ”, “ Dil ­ çi ­ li ­ yin ta ­ rixi , nə ­ zə ­ riy ­ yəsi və me ­ tod ­ ları ”, “ Dil və ədə ­ biy ­ yat ” 2 cild ­ də , “ Azər ­ bay ­ can di ­ li ­ nin izah ­ lı lü ­ ğəti ” kimi fun ­ da ­ men ­ tal əsər ­ lər bəxş edib ” .

Sonra institutun Kompüter dilçiliyi şöbəsinin müdiri, professor Məsud Mahmudov “Akademik Ağamusa Axundov – sevimli müəllim, əziz həmkar”, Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova “Görkəmli dilçi alim” və Hind-Avropa dilləri şöbəsinin müdiri, professor İlham Tahirov “Zamana yenilməyən insan ” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə bildirilib ki, akademik Ağamusa Axundov yüksək daxili mədəniyyəti, insansevərliyi, ali­cə­nab­lı­ğı ilə seçilib, insanı daim elminə, biliyinə görə qiymətləndirib. Azərbaycan dilinin sintaqmatik fonetikası sahəsinin yaradı­cı­sı kimi dilçiliyimizə adını yazıb, şeir vəzninin yazıldığı dilin fonetik quruluşundan asılılığını sübut edib, türk dillərində sıra kateqoriyasının mövcudluğunu əsaslandırıb və bu dillərin məntiqi tipinin yaradılması ideyasını ortaya qoyub. Fonetika və fonologiya sahəsi ilə bağlı çoxillik səmərəli araşdırmalarının nəticəsi kimi 1984-cü ildə “Azərbaycan dilinin fonetikası” adlı fundamental monoqra­fiyasını elmi ictimaiyyətə təqdim edib və bu sanballı əsər yüksək qiymətlən­dirilərək, 1986-cı ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

Tədbirdə, həmçinin çıxış edən professor ismayıl Məmmədli, filologiya elmləri doktoru Mayıl Əsgərov, dosentlər Qətibə Mahmudova və Qətibə Quliyeva görkəmli alimin səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıblar.

Comments are closed, but trackbacks and pingbacks are open.