Ağarəhim Rəhimov – 70
…Beləcə izzət-şərəfinin gücü hesabına ürəyi daşlaşan ana balasını boğub öldürür və bu dünyanın vəhşiliklərindən xəbərsiz körpəsinin cəsədini qucaqlayıb, “Mənim balam bir daha ağlamayacaq…”, sonra da üzünü erməni cəlladlarına tutub “Alçaqlar, əclaflar, namussuzlar…” – deyib nalə çəkir: “…Bu torpaqda doğmalarıma qəbir qaza bilmədim, heç olmasa burada sənə qəbir qazım. Mən səni şəhərdən buna görə gətirdim, bala. Bu ayrılığa necə dözüm, bala. ”.
Ağarəhim Rəhimov
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Ağarəhim Nüsrət oğlu Rəhimov ( 26 oktyabr 1948 , Ucar rayonu ) — nasir, publisist, dramaturq, ssenarist, 1998-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, pedaqoji elmlər doktoru (1993), professor (1993).
Mündəricat
Həyatı [ redaktə | mənbəni redaktə et ]
Ağarəhim Rəhimov 26 oktyabr 1948-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olub. 1965-ci ildə Boyat kənd orta məktəbini, 1972-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. 1972-ci ildə doğma kəndində müəllim, 1972–1974-cü illərdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi, 1985-ci ildə şöbə müdiri olub. 1985-ci ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyaları müdafiə edib.
1992-ci ildə Bakı Qızlar Universitetini təsis edib. Həmin ildən onun rektorudur.
A. N. Rəhimovun elmi fəaliyyəti “Ana dili tədrisinin aktual problemləri”nə həsr olunub. Onun 300-dən artıq elmi-nəzəri və praktik məqaləsi, ana dili tədrisinin problemlərinə aid 46 kitab və kitabçası, o cümlədən IV sinif üçün “Azərbaycan dili”, ali pedaqoji məktəblərin pedaqoji fakültələri üçün “Ana dilinin tədrisi metodikası” dərslikləri, “Azərbaycan dilindən sintaksisin tədrisinin nəzəri və praktiki əsasları” və “İbtidai siniflərdə oxu təlimi”, “Azərbaycan dili dərslərində şagirdlərdə monoloji nitqin inkişafı”, “Şagirdlərin obrazlı nitqinin inkişafı” monoqrafiyaları çap olunub.
A. N. Rəhimov uzun müddət ixtisaslaşdırılmış Müdafıə Şurasının üzvü olub, namizədlik və doktorluq dissertasiyalarına opponentlik edib. Alimin pedaqoji elmlər sahəsində magistr və doktorantların hazırlanmasında böyük əməyi vardır. A. N. Rəhimov yüksək elmi-təşkilati fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanlarını, Qabaqcıl Təhsil işçisi medalını alıb. Azərbaycan Yazıçılar Bìrlìyìnìn üzvü, “Qızıl Qələm” , “Qızıl ürək” mükafatlarının laureatıdır. A. N. Rəhimov etìk fəlsəfə sahəsìndə “Allahla ünsìyyət”, “Ölüm və ölməzlìk”, “Zəka sìmfonìyası” “Düşüncələr”, “Qüdrətdən doğan nur” kitabları və fəlsəfi-əxlaqi esselərin müəllifidir.
A. N. Rəhimov nasir və dramaturqdur. Yazıçı hekayə, povest, roman, esse, pyes və kinossenarilərdən ibarət 31 bədìì kìtabın müəlìfìdìr. 20 cilddə seçilmiş əsərlərini çap etdirib. Sənətkarın 200-ə qədər hekayəsi, o cümlədən “Hikkəbaz Gülsənəm”, “Bu ki komediyadır”, “Əcəb işə düşdük”, “Toy əhvalatı”, “Canavar balası”, “Molla-aşıq Məməti” və başqa hekayələri, “Gəlìnqayada qoşa məzar”, “Ulu kəndìm”, “Fırıldaqçı Nìftulla”, “Mənim qəribə taleyim”, “Taleyin hökmü”, “Bank əməliyyatı”, “Əcəl təri”, “Meteor parçası”, “General” və “Tənha çinarın pıcıltıları” povestlərì, “Yaddaşda yaşar xatirələr”, “Ovlaq keçidi”, “İkìlì dünyam”, “Qoşa qanad”, “Səfalət”, “Gìrdab”, “Cinayət və etiraf”, “Təxribat” və “Mürdəşirlər adası” romanları, “Əl əlì yuyar”, “Məhəbbət və cìnayət”, “Xəyanət”, “Haray”, “Maska”, “Nə tökərsən aşına”, “Qatillər”, “Vicdan məhkəməsi”, “Əcaib macəranın nadürüst tipləri”, “İstintaq yekunlaşdı”, “Dünyanın beş günü”, “Daşqala əməliyyatı”, “Düdəməli qalmaqalı”, “Qatı cinayətkarlar”, “Qadın hikkəsi”, “İblisin oyunu”, “Xəcalət”, “Cələkəsənlər”, “Şərikli uşaq”, “Namərd körpüsü”, “Qırmızı qar”, “Canavar balası”, “Əsgər anası”, “Xanımın desant batalyonu” və “Qızıl əllər” pyeslərì oxucuların dərin rəğbətini qazanıb. A. N. Rəhimov “Canavar balası”, “Qırmızı qar”, “Əsgər anası”, “Bazar həngaməsı və ya gicbəsərlər”, “Ala qarğa”, “Quzğun”, “Kələkbazlar”, “Qana qan”, “Hörümcək toru”, “Uçurum” və “Qəzəb” kinossenariləri, “Duyumlar və deyimlər” müdrük kəlamlar, portret-oçerk və müsahibələrin müəllifidir. A. N. Rəhimovun “Əsgər anası”, “Məhəbbət və cìnayət”, “Pul hərisləri” əsərləri tamaşaya qoyulub, “Canavar balası” və “Qırmızı qar” əsərlərì əsasında film çəkilib.
Rus və ingilis dillərində hekayə, povest, roman və etik-fəlsəfi esselərindən ibarət “Modern Azerbaijanian Prose”, “Anxieties of the sensitive heart”, “Stories”, “Short stories”, “Shine from the Creator” və “Мать солдата” kitabları xaricdə çap olunub.
A. N. Rəhimovun bədii yaradıcılığı haqqında “Sözün divanı və vətəndaş yanğısı”, “Sənət və şəxsiyyət”, “Kökün və sözün yaddaşı”, “Bir nəsrin poetikası”, “Zamanın üzü, yazıçının sözü”, “Qələmin ucu, qılıncın gücü”, “Nəsrin axarı: zaman və məkan konteksti”, “Dramaturq: sənət və həqiqət”, “Ağarəhim Rəhimov bədii nəsrinin dil və üslub özəlliyi”, “Yazıçı karyerası: dilin və sənətin işığında” monoqrafiyaları çap olunub.
Yaradıcılığında etik fəlsəfə sahəsində tədqiqat xüsusi yer tutur. “Allahla ünsiyyət” (1997), “Ölüm və ölməzlik” (1998), “Zəka simfoniyası” (1999) və s. əsərləri buna sübutdur. “Əsgər anası”, “Məhəbbət və cinayət” pyesləri tamaşaya qoyulmuşdur. “Canavar balası”, “Qırmızı qar” kinossenariləri əsasında bədii televiziya filmləri çəkilmişdir.
Kitabları [ redaktə | mənbəni redaktə et ]
- “Allahla ünsìyyət”
- “Ölüm və ölməzlìk”
- “Zəka sìmfonìyası”
- “Düşüncələr”
- “Qüdrətdən doğan nur”
Əsərləri [ redaktə | mənbəni redaktə et ]
- “Əsgər anası”
- “Məhəbbət və cìnayət”
- “Pul hərisləri”
- “Duyumlar və deyimlər”
- “Uçurum” və “Qəzəb”
- “Hörümcək toru”
- “Qana qan”
- “Kələkbazlar”
- “Quzğun”
- “Ala qarğa”
- “Bazar həngaməsı və ya gicbəsərlər”
- “Əsgər anası”
- “Qırmızı qar”
- “Qızıl əllər”
- “Namərd körpüsü”
- “Şərikli uşaq”
- “Hikkəbaz Gülsənəm”
- “Bu ki komediyadır”
- “Əcəb işə düşdük”
- “Toy əhvalatı”
- “Canavar balası”
- “Molla-aşıq Məməti”
- “Gəlìnqayada qoşa məzar“
- “Ulu kəndìm“
- “Fırıldaqçı Nìftulla”
- “Mənim qəribə taleyim”
- “Taleyin hökmü”
- “Bank əməliyyatı”
- “Əcəl təri”
- “Meteor parçası”
- “General”
- “Tənha çinarın pıcıltıları”
- “Yaddaşda yaşar xatirələr”
- “Ovlaq keçidi”
- “İkìlì dünyam”
- “Qoşa qanad”
- “Səfalət”
- “Gìrdab”
- “Cinayət və etiraf”
- “Təxribat”
- “Mürdəşirlər adası”
- “Əl əlì yuyar”
- “Məhəbbət və cìnayət”
- “Xəyanət”, “Haray”
- “Maska”
- “Nə tökərsən aşına”
- “Qatillər”
- “Vicdan məhkəməsi”
- “Əcaib macəranın nadürüst tipləri”
- “İstintaq yekunlaşdı”
- “Dünyanın beş günü”
- “Daşqala əməliyyatı”
- “Düdəməli qalmaqalı”
- “Qatı cinayətkarlar”
- “Qadın hikkəsi”
- “İblisin oyunu”
- “Xəcalət”
- “Cələkəsənlər”
Filmoqrafiya [ redaktə | mənbəni redaktə et ]
- Canavar balası (film, 1997)
- Qırmızı qar (film, 1998)
Həmçinin bax [ redaktə | mənbəni redaktə et ]
Ağarəhim Rəhimov – 70
Həyatda elə insanlar var ki,
Ulu Tanrının verdiyi ömür payını yalnız özü üçün deyil, cəmiyyətə fayda vermək üçün yaşayır. Onlar yaşadıqları bir ömür boyu faydalı işlər görürlər. Həqiqətdir ki, ictiamiyyət arasında tanınmaq, nüfuz qazanmaq, hörmət sahibi olmaq, xalqın maariflənməsinə nail olmaq hər adama nəsib deyil.
Bunun üçün gərək böyük zəhmətə qatlaşasan.
Belə insanlardan biri də professor Ağarəhim Rəhimovdur.
Taleyin böyük lütfləri var.
Bu lütflərdən biri də budur ki,
sən öz müəllimin haqqında yazasan. Mən Ağarəhim Rəhimovu ilk dəfə Bakı Qızlar Universitetində görmüşməm. Həqiqət və ədalətin daşıyıcısı olduğunu universitetdə müəllim olduğum illərdə şahid olmuşam. Həmişə düşünmüşəm ki, bu universitetdə nə yaxşı ki, Ağarəhim Rəhimov var. Bütün həyatını öyrənməyə, öyrətməyə həsr edən Ağarəhim müəllimin bu kimi nəcib əməlləri onun ömür səhifəsini rövnəqləşdirir.
A.Rəhimov təhsilə yüksək qiymət verməyi bacaran şəxsiyyətdir. O, Hacı Zeynalabdin Tağıyev ənənəsini davam etdirmiş Bakı Qızlar Universitetini açdırmışdır. Ağarəhim müəllim inanırdı ki, təhsilli qız təhsilli ana olacaq, övladlarına daha geniş imkanlar yaradacaq və onları gələcək həyata daha yaxşı hazırlaya biləcək. Hesab edirəm ki, Bakı Qızlar Universitetini yaratmaq, onu yaşatmaq Ağarəhim Rəhimovun bacarığıdır.
Ağarəhim Rəhimov elm adamıdır. O, bir pedaqoq alim olaraq fəaliyyət göstərdiyi tədqiqat sahəsinin əsl bilicisidir. Alimin əsas tədqiqat obyekti “Ana dili tədrisinin aktual problemləri”nə həsr olunub. Ali pedaqoji məktəblərin pedaqoji fakültələri üçün “Ana dilinin tədrisi metodikası” dərslikləri, “Azərbaycan dilindən sintaksisin tədrisinin nəzəri və praktiki əsasları” və “İbtidai siniflərdə oxu təlimi”, “Azərbaycan dili dərslərində şagirdlərdə monoloji nitqin inkişafı”, “Şagirdlərin obrazlı nitqinin inkişafı” monoqrafiyaları çap olunub.
A.Rəhimovun elm və təhsil təşkilatçısı olaraq xidmətləri böyükdür. O, tək yaradıcılığı ilə yox, bütün tərcümeyi-halı ilə 70 yaşa yaxındır. Onun qələmində ədəbiyyat heç vaxt donuq deyil. “Əsgər anası”, “Məhəbbət və cinayət”, “Uçurum və qəzab”, “Qızıl əllər” və s. əsərlərində yazıçı kimi öz sözünü deyib. O, sözə dəyər verən insandır.
Bu əsərlərin oxucusu dərk edir ki, insanın həyatında baş verən ən təsadüfi epizod belə əslində təsadüf deyil; yuxu da, xəyal da, mif də bəzən yaşananların, bəzən isə yaşanmaq arzusunun əksi, aynasıdır.
Ağarəhim müəllimin 70 yaşı tamam olur. O bir yazıçı, alim kimi xalqımız üçün dəyərlidir.
Bu yaşın elmə, sənətə, ədəbiyyata faydası böyükdür. Arzu edirəm ki, bundan sonra da Azərbaycan oxucusu Ağarəhim Rəhimovla üzbəsurət təmasda olsun.
Ağarəhim müəllimi təbrik edir, ona cansağlığı, yeni-yeni uğurlar arzulayıram! Həyat və yaradıcılığı həmişə səliqəli-sahmanlı, məhsuldar və xoşovqatlı olsun.
Təranə Şükürlü
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Ağarəhim rəhimov
Tarix: 09.10.2018 13:04
Baxış sayı: 7935
Ötən əsrin 80-ci illərinin sonlarından başlanan və torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələnən Qarabağ savaşı ilə bağlı Azərbaycanın üzləşdiyi haqsızlıq, ədalətsizlik şair və yazıçılarımızı da dərindən narahat etdi, bu istiqamətdə müxtəlif əsərlər yazıldı, filmlər çəkildi. Əlbəttə, həmin əsərlər sırasında bədii səviyyəsi yüksək olan, insanları doğma yurd, Vətən uğrunda savaşa səfərbər edə bilən, vətəndaşlıq hissini oyatmağa təsir göstərən bədii sənət nümunələri də az deyil.
Yazıçı-dramaturq, ssenarist, publisist Ağarəhim Rəhimovun yaradıcılığında da Qarabağ mövzusu xüsusi yer tutur. O, söhbət zamanı bu barədə dedi: “Erməni qəddarlığı və məkrindən qaynaqlanan faciələrimiz, itkilərimiz elə bir gün olmur ki, soydaşlarımızı düşündürməsin, qəlbləri sızlatmasın, yuxulara haram qatmasın. İnsanlığa qənim kəsilən erməni faşizminin illərlə həyata keçirdiyi işğalçılıq, dağıdıcılıq siyasəti üzündən nə qədər şəhər və kəndimiz yerlə-yeksan edilib, nə qədər insan yurd-yuvasından didərgin düşüb, bəşəriyyət tarixinin nadir inciləri olan və yaşı min illərlə hesablanan nə qədər maddi-mədəni abidəmiz yer üzündən silinib. Qarabağ dərd dəryası elə ağır, elə dəhşətli faciələrlə ləbələbdi ki, onu tarixiləşdirmək, bədii ədəbiyyat, sənət örnəklərinə çevirmək hər bir tarixçinin, yazıçı-dramaturqun, şairin vicdan işidir…”.
Ağarəhim Rəhimovun Ermənistanın tarixən təcavüzkar, separatizmi və terroru dəstəkləyən bir siyasət yürütməsi, beynəlxalq hüquq normalarına və nüfuzlu beynəlxalq qurumların tələblərinə məhəl qoymaması, münaqişənin dinc yolla, ədalətli həllinə hər vasitə ilə mane olması faktları əsasında qələmə aldığı “Uçurum”, “Qırmızı qar”, “Canavar balası”, “Vicdan məhkəməsi”, “Əsgər anası”, “Xəyanət”, “Haray” kimi əsərlərində erməni faşizminin mahiyyətini, onun mənfur simasını açır, gələcək nəslə göstərir və eyni zamanda, Vətən həsrətini, Vətən yanğısını, itirilmiş torpaqlarımızın fəryadını bütün dünyaya eşitdirir. Müəllif, eyni zamanda, əzəli-əbədi torpağımızda erməni quldurlarının törətdikləri dəhşətli faciələr fonunda “Böyük Ermənistan” planının gizlin və aşkar qatlarından, ermənilərin əsrlər boyu türklərə bəslədiyi nifrətdən, məkrdən söhbət açır, hətta bu işğalın miqyasının genişlənməsində özümüzün də günahını reallığa söykənən bədii təxəyyülün gücü ilə diqqətə çatdırılır.
Ağarəhim Rəhimovun müşahidələrinə, fakt və sənədlərə söykənən “Canavar balası” ssenarisi əsasında 1997-ci ildə eyniadlı bədii film çəkilib. Film Qarabağ müharibəsinin doğurduğu ağrı-acıları gözlərimiz önündə canlandırır. Tamaşaçı obrazların hərəkətləri, davranışları ilə ermənilərin törətdikləri bu fəlakətin acı mənzərəsinin şahidinə çevrilir. Düşüncədə belə bir fikir, qənaət tam qətiləşir ki, müharibədə təkcə Vətən itirilmir, həm də yüzlərlə, minlərlə insan şəhid verilir, maddi-mədəni abidələr yerlə-yeksan edilir, mənəviyyat zədələnir, didərgin, köçkün düşənlərin həyat, yaşamaq eşqi sönür.
Bu ekran işinə diqqət yetirəndə “canavardan canavar törər” deyimi xatırlanır… Nofəl Kələntərlinin kimliyini, əsli-kökünü əsgərlikdə olduğu vaxtadək onu övladlığa götürən ata-anasından (Yusiflə Səriyyədən) savayı, bir kimsə bilmir. Amma bu şəxs hərbi xidmət dövründə hərbi sirləri pul xatirinə düşmənə – ermənilərə ötürəndə, Vətənə xəyanətinə görə həbs ediləndə hər şey üzə çıxır. Məhkəmədə Nofəli böyüdüb boya-başa çatdıran ata-anası illərlə hamıdan, elə onun özündən də gizli saxladıqları sirri açırlar: sən demə, valideynlərin min bir əzab-əziyyətlə böyütdükləri övladları erməni imiş, hələ körpə ikən onu meşədən tapıb evə gətiriblərmiş…
…Bir vaxtlar ata-ana bu erməni uşağını tapanda taleyin üzlərinə güldüyünü, bəxtdən yarıdıqlarını zənn etsələr də, görəsən niyə “canavardan canavar törər” deyimini ağıllarına gətirməyiblər. Görəsən niyə bəsləyib saxladıqları bu canavar balasının-Nofəl Kələntərlinin nə vaxtsa, illərlə havasını udduğu, suyunu içdiyi, çörəyini yediyi Vətənini, vicdanını pula satacağını düşünməyiblər. Görəsən niyə onun milli kökə bağlı olmadığından nə vaxtsa, ümidlərini çilik-çilik edəcəyini, dəyərləri tapdalayacağını, mənəvi boşluğunu büruzə verəcəyini fikirləşməyiblər.
Halbuki aydın həqiqətdir ki, “…ayını, pələngi, meymunu əhliləşdirib tərbiyə etmək olur, ancaq canavarı yox”. Bunu ovçuluq edən Yusif kişi – Nofəlin atası da məhkəmədəki son çıxışında dilə gətirir və hakimdən özünün də cəzalandırılmasını istəyir. Sonra kəndə gəlib belə rəzilliyə dözməyərək intihar edir; özünü ov tüfəngi ilə öldürür…
Tarixən erməni cəlladları azərbaycanlılara qarşı vəhşiliklər törədəndə günahsız körpələrə, uşaqlara, qocalara belə aman verməyib, başlarına misli görünməyən oyunlar açıblar. “Gəlinqayada qoşa məzar” povestində (bu əsər əsasında 1998-ci ildə “Qırmızı qar” filmi çəkilib) bu barədə ətraflı bəhs edilib…
. Gecənin zülmət qaranlığında, iliyə işləyən şaxtada Göydələnli kənd camaatı vahimə içində hara üz tutduğunun fərqində deyil. Hamı ermənilərdən xilas olub təhlükəsiz yerə çatmağı düşünür. Sədaqət isə bu məşəqqətə, rəzalətə dözməyib ağlayıb-çığıran ciyərparasını boğur ki, birdən ermənilər səsdən duyuq düşüb onları əsir ala, namus-ismətlərinə toxuna bilərlər… “Bu dilsiz usagı hardan başa salım ki, ağlamasın. Yazıq körpə hardan bilsin ki, onun ağlamağı bizim əsir düşməyimizə səbəb olacaq… Sənin ağlamağın ananın, xalanın ismətini ləkələyə bilər, ağlama…”.
…Beləcə izzət-şərəfinin gücü hesabına ürəyi daşlaşan ana balasını boğub öldürür və bu dünyanın vəhşiliklərindən xəbərsiz körpəsinin cəsədini qucaqlayıb, “Mənim balam bir daha ağlamayacaq…”, sonra da üzünü erməni cəlladlarına tutub “Alçaqlar, əclaflar, namussuzlar…” – deyib nalə çəkir: “…Bu torpaqda doğmalarıma qəbir qaza bilmədim, heç olmasa burada sənə qəbir qazım. Mən səni şəhərdən buna görə gətirdim, bala. Bu ayrılığa necə dözüm, bala. ”.
…Ermənilər qaladıqları tonqal ətrafında azərbaycanlı əsirlərə işgəncə verirlər; anaların ürək parçalayan ah-naləsi, fəryadı, quldurların isə qəhqəhəli hırıltıları fonunda erməni vandalizmi bütün çılpaqlığı ilə gözlərimiz önündə canlanır…
Tonqal ətrafında qadınlardan birinin sözləri isə bəşəriyyətə, insanlığa, haqsızlığa, ədalətsizliyə qarşı üsyana, qəzəbə çevrilir:
“…Heç insanı da odda yandırarlarmı. Bu vəhşiliyin sonu olacaqmı, İlahi. Şükür sənin böyüklüyünə, adamlar niyə belə olurlar: qatil, oğru, qaniçən, əzazil… Axı nə üçün zülmün zənciri bu qədər uzun olur. Nədir onları adi insanlıq hissindən məhrum edən, nə üçün onlar başları üstündə olan o böyük Qüdrəti görmürlər. Nədir bu əxlaqsızlıqlar? Heç bir ölçü-biçiyə gəlməyən bu cinayətkarlıqlar hardan yaranır. İnsanlar Allahın dərgahından enəndən sonra necə də dəhşətli olurlar? Nədir günahımız, İlahi? Niyə belə olmalıydı bizim taleyimiz? Nə vaxta qədər biz bu nadanlığın əlində əzab çəkməliyik, Yarəbbim? Göstər qüdrətini, ey böyük Yaradan. ”.
…Cəlladlar azərbaycanlılara min cür işgəncə verirlər; sulanmış şuma salırlar. Bu əzaba dözməyən xəstələr, qocalar donub tələf olurlar. Belə vəhşiliyə, qəddarlığa etiraz səsini ucaldan Kərəməlini tonqalda yandırırlar. Namusuna toxunulacağından qorxan Sədaqət intihar edir. Ermənilər digər qadınlara təcavüz etmək qərarına gələndə isə Növrəstə düşmən gözətçisini öldürməklə bunun qarşısını alır, hamı əsirlikdən xilas olur.
. Film ürəkparçalayan bir ağıyla tamamlanır: — İndi zirvəsi qarlı bu Dəlidağın şişman qayasında iki məzar uyuyur. Biri minilliklərin arxasından boylanan sonsuz Gəlinqaya, o birisi isə xalqımızın şərəf və namus qalası kimi ucalan qərib bir məzar.
Hər il dağlar, dərələr al qumaşa bürünəcək, əlvan güllərin, çiçəklərin ətri bir-birinə qarışacaq. Hər zaman burdan yol ötənlər Gəlinqayanın seyrinə dalacaqlar. Gözəlliklər məskənində uyuyan o qərib məzarları ziyarət edəcəklər:
Comments are closed, but trackbacks and pingbacks are open.