Ağasf i mran menecment bakı 2007
Strateji menecment sisteminin strukturu menecment sisteminin strukturundan bir sıra elementlərə görə fərqlənir. Strateji menecmentdə sistemin metodik,infotmasiya, və hüquqi təminatının rolu artır. Belə ki, bu məsələlərin həlli uzunmüddətli perspektivdə nəzərdə tutulur. Sistemin maddi resurslarla təminatı asanlaşır, lakin işlərin aparılması üçün yüksəkixtisaslı kadrlara və menecerlərə tələb artır. İdarəolunan altsistemdə menecmentin funksiyaları əvəzinə, strateji marketinq funksiyası tətbiq olunur ki, bu da müəssisənin gələcək strategiyasını müəyyən edir. Strateji menecment sistemi aşağıdakı istiqamətlərə yönəlir:
Strateji Menecment – Wikipedia
Strateji menecment (q.yun. στρατηγία , «sərkərdə mədəniyyəti», ing. management— idarəetmə ) — strаtеgiyаlаrın işlənib hаzırlаnmаsı və rеаllаşdırılmаsı üzrə təşkilаtın fəаliyyətləri аrdıcıllığını müəyyən еdən prоsеsi əks еtdirir. O, həmçinin məqsədlərin qоyuluşunu, strаtеgiyаlаrın işlənib hаzırlаnmаsını, lаzımi rеsurslаrın müəyyən оlunmаsı və təşkilаtа qаrşıyа qоyulmuş vəzifələrə nаil оlmаğа imkаn vеrən хаrici mühitlə qаrşılıqlı əlаqələrin sахlаnılmаsın özündə birləşdirir.
Mündəricat
- 1 Strateji menecmentin mahiyyəti və məzmunu
- 1.1 Strateji menecmentin məqsədləri
- 1.2 Strateji menecmentin vəzifələri
- 1.3 Strateji menecmentin prinsipləri
- 2.1 Strateji planlaşdırma
- 2.2 Strateji idarəetmə modelləri
Strateji menecmentin mahiyyəti və məzmunu
Strаtеji mеnеcmеnt müəssisənin idаrə еdilməsi prоsеsinin ilkin mərhələsi оlаrаq idаrəеtmənin bütün funksiyаlаrını özündə еhtivа еdir. Düzgün seçilmiş strаtеji idаrəеtmə müəssisəni gələcəyə istiqаmətləndirir, uzunmüddətli inkişаf istiqаmətlərini və biznеsdə öz mövqеyini müəyyən еtməyə imkаn vеrir. Strаtеji idаrəеtmənin nəticələri müəssisənin bаzаrdа qаzаndığı mövqеyində və iqtisаdi- mаliyyə göstəricilərinin uzunmüddətli mеyllərində təzаhür оlunur. Strаtеji idаrəеtmənin iki əsаs sоn məhsulunu bir-birindən fərqləndirirlər. Оnlаrdаn biri gələcəkdə məqsədlərə çаtmаğı təmin еdən təşkilаtın pоtеnsiаlıdır. Giriş tərəfdən bu pоtеnsiаl xammallаrdаn, mаliyyə və insаn rеsurslаrından ibаrətdir; çıхış tərəfdən isə — istеhsаl оlunmuş məhsullаr və хidmətlərdən, izlənməsi təşkilаtа öz məqsədlərinə çаtmаğа kömək еdən sоsiаl dаvrаnış qаydаları tоplusundаn ibаrətdir. Strаtеji idаrəеtmənin digər sоn məhsulu, хаrici mühitdə təşkilаtın dəyişikliklərə оlаn həssаslığını təmin еdən dахili struktur və təşkilаti dəyişikliklərdir. Sаhibkаrlаr təşkilаtlаrındа bu хаrici dəyişiklikləri vахtındа аşkаr еtmək və düzgün qiymətləndirmək qаbilliyətinə malik olmalıdırlar. Təşkilаtın pоtеnsiаlı və оnun strаtеji imkаnlаrı təşkilаti mühiti və hеyətin kеyfiyyəti ilə müəyyən оlunur. [1]
Strateji menecmentin məqsədləri
Strareji menecmentin məqsədi dedikdə müəssisənin müəyyən zaman keçdikdən sonra ən optimal üsullarla yüksək nəticələr əldə etməsinə imkan yaradan inkişaf strategiyasının formalaşması başa düşülür. Strateji menecment məqsədlərini aşağıdakı kimi təsnifləşdirmək olar:
- müəssisədə maksimal rentabelliyin təmin olunması. Bu zaman aşağıdakı göstəricilər nəzərə alınır: satş həcmi, mənfəət norması və səviyyəsi, gündəlik satış və mənfəət həcminin artım tempi, 1 səhmə düşən gəlir, kapitalın strukturu, dividendlərin səviyyəsi, işçilərə ödənilən əmək haqqı səviyyəsi, məhsulun keyfiyyət səviyyəsi;
- müəssisənin dayanıqlılığının təmin olunması. Bu aşağıdakı istiqamətlərdə aparılır: rəqabətqabiliyyətlilik potensialı, investisiya siyasəti, kadr siyasəti,sosial məsələlərin həlli;
- müəssisənin yeni fəaliyyət sahələrinin və istiqamətlərinin inkişafı. Bu aşağıdakı istiqamətlərdə aparılır: məhsulun diversifikasiyası, informasiya sisteminin inkişafı, səhmləri satışa çıxarılan müəssisələrin müəyyən edilməsi, yeni məhsul növlərinin işlənib hazırlanması. [2]
Strateji menecmentin vəzifələri
Strateji idarəetmə – planlaşdırılmış fəaliyyətdə rəqabətdən doğan və situasiya ilə bağlı olan dəyişikliklərin nəzərə alınması, son məqsədə çatmaq üçün qərar qəbul edilməsi, işlərin gedişinin təhlili və lazımi tədbirlərin tətbiqi ilə məşğul olur. Strateji menecmentin əsas vəzifələri aşağıdakılardır:
- Strateji məqsədin və fəaliyyət sahəsinin müəyyənləşdirilməsi
- Məqsədə nail olmaq üçün strateji vəzifələrin qarşıya qoyulması
- Nəticəni almaq üçün planların düzgün həyata keçirilməsi
- Seçilmiş strategiyanın səmərəli həyata keçirilməsi
- Nəticələrin qiymətləndirilməsi və strategiyada düzəlişlər aparılması [3]
Strateji menecmentin prinsipləri
Müəssisədə strateji menecmentin aşağıdakı əsas prinsipləri tətbiq olunur:
- Məqsədin vahidliyi prinsipi — müəssisənin fəaliyyət və maraqlarının vahid istiqaməti
- Elmilik prinsipi — tətbiq olunan plan və metodların elmi cəhətdən əsaslandırılması
- Strategiyanın effektivlik və qənaətcillik prinsipi — həyata keçirilən strategiyaların minunum xərc və vaxt itkisiylə maksimum səmərə verməsi
- İşçilərin marağının müəssisənin məqsədlərinə tabe olması prinsipi — hər bir işçinin şəxsi marağı müəssinin məqsədlərindən üstün olmamalıdır
- İşçilərin motivasiyalandırılması prinsipi — maddi və mənəvi formalarda aparılır. Maddi formada — müavinətlərin verilməsi, əmək haqqının artırılması; Mənəvi formada — ayrıca iş kabinetinin verilməsi, xidməti avtomobilin ayrılması, sertifikatların verilməsi və s.
- Səlahiyyət və məsuliyyətin bölüşdürülməsi prinsipi — strategiyaların düzgün bölüşdürülməsi, hər bir işçinin öz məsuliyyətini bilməsi
- Korporativlik prinsipi — strategiyanın hazırlanması və həyata keçirilməsində işçilərin birliyi, komanda fəaliyyəti [4]
Strateji menecment sistemi
Strateji menecment sisteminin strukturu menecment sisteminin strukturundan bir sıra elementlərə görə fərqlənir. Strateji menecmentdə sistemin metodik,infotmasiya, və hüquqi təminatının rolu artır. Belə ki, bu məsələlərin həlli uzunmüddətli perspektivdə nəzərdə tutulur. Sistemin maddi resurslarla təminatı asanlaşır, lakin işlərin aparılması üçün yüksəkixtisaslı kadrlara və menecerlərə tələb artır. İdarəolunan altsistemdə menecmentin funksiyaları əvəzinə, strateji marketinq funksiyası tətbiq olunur ki, bu da müəssisənin gələcək strategiyasını müəyyən edir. Strateji menecment sistemi aşağıdakı istiqamətlərə yönəlir:
- istehsal-təsərrüfat fəaliyyətinin strukturundan asılı olmayaraq strateji məqsəd kimi resursların bölüşdürülməsi;
- hər bir strateji məqsəd üçün idarəetmə mərkəzinin yaradılması;
- strateji məqsədlərə çatmaq səviyyəsinə əsasən istehsal bölmələri və onların rəhbərlərinin qiymətləndirilməsi və həvəsləndirilməsi.
Strategiyanın həyata keçirilməsi yüksək səviyyədə aparılır və aşağıdakı məsələlərin həllinə yönəlir:
- Müəssisənin strateji məqsədlərinin işlənib hazırlanması
- Onun imkanlarının və resurslarının qiymətləndirilməsi
- Marketinq sahəsində tendensiyaların analizi
- Fəaliyyətin alternativlərinin qiymətləndirilməsi
- Gələcək perspektivdə strategiyanın müəyyən olunması
- Operativ planlar, proqramlar və büdcənin hazırlanması
- Təyin olunmuş məqsədlər və planlar nəzərə alınmaqla müəyyən kriteriyalara əsasən müəssisənin fəaliyyətinin qiymətləndirilməsi [5]
Strateji planlaşdırma
Strateji planlaşdırma — şirkətin məqsəd və vəzifələrinin konkretləşdirilməsi, onların vaxt baxımından icrası, resursların bölüşdürülməsi, perspektiv meyillərin müəyyənləşdirilməsi və fəaliyyətə səmərəli nəzarətin yaradılması kimi fəaliyyətin əsasını təşkil edir. Strateji plan idarəetmənin təşkili və planlaşdırılmasının əsasıdır. Strareji planlaşdırmanın ardıcıllıq mərhələləri aşağıdakı kimidir:
- Missiya – ali məqsəddir. Ali məqsəd 2 istiqamətə yönələ bilər: İstehsalla məşğul olmaq; Kommersiya işi ilə məşğul olmaq.
- Məqsəd – missiyadan yaranır və onu həll etmək üçün qarşıya qoyulur. Burada bir məqsəddən yox, məqsədlər çoxluğundan danışmaq olar. Çünki, missiyanı həyata keçirmək üçün qarşıya çıxan vəzifələr və tapşırıqlar yeni-yeni vəzifələr qarşıya qoyar və bu da məqsədlər çoxluğunu yaradır.
- Mühit – xarici və daxili təsir amilləri kimi mövcuddur. Məqsədə çatmaq üçün mühiti öyrənmək lazımdır, çünki o, məqsədə nail olmaqda həlledici rol oynayır.
- Zəif və güclü amillərin tədqiqi. Hər bir müəssisə öz vəziyyətini yoxlayaraq zəif və güclü cəhətlərini aşkar edir. Bu halda, zəif cəhətləri aradan götürmək, güclüləri isə daha da yaxşılaşdırmaqla üstünlük əldə etmək olar.
- Strateji alternativlərin təhlili.Çatışmamazlıqları aradan qaldırmaq üçün alternativ variantlar hazırlamaq və onlardan birini – ən səmərəli olanını seçmək lazımdır. Alternativ – hər hansı bir tədbirdə alınacaq son nəticənin müxtəlif variantlarının olmasıdır. Yalnız bu halda seçim etmək imkanı yaranır.
- Strategiyanın seçilməsi.
- Strategiyanın həyata keçirilməsi.
- Strategiyanın qiymətləndirilməsi. [6]
Strateji idarəetmə modelləri
Strateji idarəetmə və planlaşdırmada müxtəlif klassik modellərdən: «Bazarın payının artırılması tempi», «Bazarın cəlbediciliyi» və «Bazarın təkamül mərhələsi» istifadə edilir. «Bazarın – bazar payının artırılması tempi» tipli modeli (BCG modeli) — Firmanın vəziyyəti bazarda fəaliyyətgöstərən bütün qalan təşkilatlara nisbətən mövqeləşir. «Bazarın (sahənin) cəlbediciliyi – şirkətin rəqabətqabiliyyəti» tipli modeli (GE/Mckinsey, Shell/DPM)modeli — Firmanın vəziyyəti bazarda onun güclü tərəflərinin nisbi qiymətləndirilməsini və həmin bazarın perspektivinin nisbi qiymətləndirilməsilə əlaqələndirərək mövqeləşir. «Bazarın (məhsulun həyat tsiklinin) təkamül mərhələsi – şirkətin rəqib vəziyyəti» tipli model (XoferŞendel, ADL modeli) — Firmanın vəziyyəti bazarın təkamül mərhələsindən (yaxud məhsulun həyat tsikli mərhələsindən) asılı olaraq rəqiblərə nisbətən onun mövqeyinin qiymətləndirilməsi nəticəsində müəyyən edilir. [7]
Həmçinin bax
İstinadlar
- ↑”Menecment, dərslik, K.A. Şahbazov, M.H. Məmmədov, H. S. Həsənov Bakı 2005, 996 səh” (PDF) . 2019-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib . İstifadə tarixi: 2019-06-04 .
- ↑”Strateji menecmentin məqsədləri”. 2019-06-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2019-06-04 .
- ↑”Strateji menecmentin vəzifələri”. 2019-06-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2019-06-04 .
- ↑”Strateji menecmentin prinsipləri”. 2021-12-06 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2019-06-04 .
- ↑”Strateji menecment sistemi”. 2019-06-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2019-06-04 .
- ↑”Menecment, dərslik, A. M. İmran Bakı, 2007, 268 səh” (PDF) . 2019-11-26 tarixində orijinalından (PDF) arxivləşdirilib . İstifadə tarixi: 2019-06-04 .
- ↑”Strateji menecment, B. V. İsmayılov, Bakı 2018, 296 səh” (PDF) . 2020-03-31 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2019-06-03 .
Menecment
Kitab menecmentin əsaslanna həsr olunmuş və ali məktəblərdə tədris olunan “Menecment” kursunun dövlət proqramına uyğun yazılmışdır. Kitab ali məktəb tələbələri, sahibkarlar, təsəiTüfat rəhbərləri və idarəetmə sahəsində çalışan mütəxəssislər və idarəetmə ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Azərbaycan vətəndaşlarının ümummilli lideri cənab H.Əliyevin həyata keçirdiyi məqsədyönlü və tarazlaşdırılmış daxili və xarici siyasəti nəticəsində ölkəmizin iqtisadiyyatı günü-gündən sürətlə inkişaf edir. Bu, direktiv planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçmiş ölkəmizdə liberal bazar qanunlarının ardıcıl və düşünülmüş tətbiqi sayəsində mümkün olmuşdur. Bazar iqtisadiyyatı şəraitində ölkənin həm istehsal, həm də qeyri-istehsal sahələrinin inkişafı və səmərəli fəaliyyət göstərməsi başqa bərabər şərtlər daxilində idarəetmə fəaliyyətindən də çox asılıdır. Bazarın tələb və təklifindən, istehsaldaxili və beynəlxalq əlaqələrin genişlənib daha da mürəkkəbləşməsindən asılı olaraq, səmərəli idarəetmə qərarları qəbul edilməsi sənaye firmalarının inkişafının başlıca amilidir. Dəyişən şəraitdən, istehsalın miqyasından, yeni texnika və texnologiyanın tətbiqindən asılı olaraq idarəetmə sistemi daim təkmilləşir. Bu yalnız idarəetmənin təşkilati quruluşunun təkmilləşdirilməsini deyil, yeni idarəetmə üsullarının yaradılmasını, idarəetmənin prinsipləri, funksiyaları, metodlarının qarşılıqlı əlaqəli şəkildə istehsalın idarə edilməsinə düzgün tətbiqini nəzərdə tutur. Bu deyilənlər bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir. Ona görə də liberal iqtisadiyyata keçid dövründə idarəetmənin yenidən qurulmasının üstün istiqamətlərindən biri menecmentin istehsalın idarə edilməsi təcrübəsinə tətbiqidir. Bu, ölkəmizdə keçirilən köklü iqtisadi islahatlar, mülkiyyət formasının dəyişməsi, müəssisələrin mənfəətinin bölgüsü qaydasının yeniləşməsi, qiymətin, xarici iqtisadi fəaliyyətin liberallaşdırılması və digər amillərlə əlaqədardır. Belə bir şəraitdə menecmentin iqtisadi mexanizminin hüquqi tənzimlənməsi, metodları, funksiyaları, prinsipləri, texnologiyası barədə zəruri bilik, bacarıq və vərdişə malik təsərrüfat rəhbərlərinin hazırlanması birinci dərəcəli əhəmiyyət kəsb edən məsələyə çevrilir. Bazar iqtisadiyyatı planlı təsərrüfata nisbətən idarəetmə qərarları qəbul edən rəhbərlərdən daha yüksək bilik və bacarıq tələb edir. Belə tələb strateji qərarlar qəbul edən mütəxəssislərə qarşı daha yüksək olur. Çünki bazarın tələbatına cavab verən, istehlakçıları özünə daha geniş cəlb edən, yeni texniki-iqtisadi xüsusiyyətlərə malik orijinal əmtəələrin istehsalı səmərəli strategiyanın işlənilməsi və tətbiqini tələb edir ki, bu da firmanın ali rəhbərliyinin funksiyasına daxildir. Bu keyfiyyətlər də yalnız o idarəedicilərdə olur ki, onlar idarəetmənin metod və funksiyaları, onun iqtisadi mexanizmi, yenilikçilik barədə zəruri biliklərə malik olsunlar, birgə əməyin motivasiyasını lazımi səviyyədə təşkil edə bilsinlər. Bütün bunlarla əlaqədar olaraq hesab edirik ki, yüksək ixtisaslı menecerlər hazırlamaq sahəsində bu kitab səmərəli dərslik kimi istifadə oluna bilər. Ümumiyyətlə menecment sərbəst elm və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində tətbiq olunmağa başlamışdır. Kitabda menecmentin təşkilati-hüquqi əsasları, mahiyyəti, məqsəd və vəzifələri, menecer və onun funksiyaları, menecmentin əhəmiyyəti və prinsipləri məsələlərinə geniş yer verilmiş və ətraflı şərh edilmişdir. İdarəetmənin metodları və funksiyaları təhlil edilmiş, onlardan düzgün istifadə olunmasının istehsalın səmərəliliyi və əmək məhsuldarlığının yüksəldilməsində əhəmiyyəti göstərilmişdir. İdarəetmənin təşkilati-sərəncam, iqtisadi, sosial-psixoloji metodları, qiymət siyasəti və onun məqsədləri, idarəetmənin marketinq, nəzarət, planlaşdırma, təşkil, motivasiya, tənzimləmə kimi funksiyaları geniş təhlil olunmuşdur. Firmaların təsnifatına, onların yaradılması və fəaliyyət göstərməsinin hüquqi tənzimlənməsinə, iri və kiçik firmalarda idarəetmənin təşkili məsələlərinə xüsusi diqqət yetirilmiş və cari Strateji məqsədlərin seçilməsi, idarəetmədə qərar qəbulu prosesi, strateji idarəetmə və strateji planlaşdırma məsələləri də geniş şərh edilmişdir. Müasir idarəetmə sistemində iqtisadi-riyazi metodların mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq, kitabda bu məsələyə ayrıca fəsil həsr edilmişdir. Kitabda sahibkarlıq fəaliyyəti, onun məqsəd və vəzifələri, sahibkarlıq mühiti, səhmdar cəmiyyətinin yaradılması, əhəmiyyəti və idarə edilməsi xüsusiyyətləri də öz əksini tapmışdır. İstehsalın inkişafının idarə edilməsinin təşkilati quruluşu fəslində hazırda ümumi və fırmadaxili idarəetmədə istifadə olunan bütün mümkün quruluşlar təhlil olunmuş, onlardan hər birinin konkret şəraitdən asılı olaraq müsbət və mənfi cəhətləri göstərilmiş, idarəetmənin təşkilati quruluşunun təkmilləşdirilməsi yolları şərh edilmişdir. İşçi heyətinin əməyinin, məhsulun keyfiyyətinin, elmi-texniki tərəqqinin, bələdiyyələrin idarə olunması, müəssisənin sağ- lamlaşdırılması, müflisləşməsi və iflası, idarəetmənin hüquqi əsasları məsələləri də kitabda öz əksini tapmışdır. Bunlardan əlavə dərslikdə istehsal rəhbərinin işinin təşkili, menecmentdə kommunikasiya, kollektivdə münaqişələr, qrup dinamikası, istehsal kollektivinin idarəedilməsinin sosial problemləri məsələləri də geniş təhlil olunmuşdur. Kitab ali məktəb tələbələri, sahibkarlar, təsərrüfat rəhbərləri və idarəetmə sahəsində çalışan mütəxəssislər və idarəetmə ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Yükləməyə Keç [3,25 Mb] [ : 2365] –>
Baki Menecment Universiteti
Baki Menecment Universiteti – краткая анкета компании
Направлениями деятельности компании являются «Бизнес и финансы / Бизнес-образование». Компания Baki Menecment Universiteti находится по адресу AZ1001 Baki S. Tagizade kuc. 78 в регионе Азербайджан. По следующим телефонам вы можете связаться с представителями компании – Телефоны tel.: (99412) 92-53-42; fax: (99412) 92-53-42;.
Быстрая навигация
- Справочник компаний
- Отраслевой рубрикатор
- Справочник продукции
Несколько компаний
- ВЛАСЕНКО С. И.
- Восток-запад, газета
- Басмановский
Смотрите также
- фонд благотворительный Самара
- отделения полиции Звенигород
- служба курьерской доставки в Фрязино
- Машины путевые: снегоочистители плуговые в Туле
- bizorg.su
О портале Aboutcompanies.ru
Конфиденциальность- О проекте
- Связь с администрацией
- Реклама на сайте
Aboutcompanies.ru – это масштабный проект, охватывающий все регионы России, страны СНГ и дальнего зарубежья. На сайте представлен справочник более чем 310 000 промышленных организаций (с подробной информацией о них, включая адреса, телефоны, официальный сайт, справочники предлагаемой продукции и услуг), а также отраслевой рубрикатор предприятий и рубрикатор компаний по производимой продукции.
Страница компании Baki Menecment Universiteti отраслевого справочника предприятий Aboutcompanies.ru.
Copyright © 2008-2015 Aboutcompanies.ru. Последнее обновление – 13.03.2023.
Comments are closed, but trackbacks and pingbacks are open.