Abş-da işçi qüvvsi
– işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin
ABŞ-da işçi qüvvəsi çatışmır
“The New York Times” nəşri yazır ki, ABŞ Prezidenti Co Baydenin 1 trilyon dollarlıq infrastruktur planı ixtisaslı işçi çatışmazlığı səbəbindən təhdid altına düşüb.
Co Bayden infrastruktur layihələrinin inkişafını stimullaşdırmaq və böyük şirkətləri inşaatçılar və təmirçilər üçün iş yerlərinin yaradılmasına həvəsləndirmək istəyir. Amma, “Baby boomer” (1946-1966-cı illərdə doğulanlar) nəsli yaşlanır və sürətlə pensiyaya çıxırlar. Lakin konkret əməkhaqqı ödənişi olmasına baxmayaraq, gənc adamlar onların yerini tutmaq istəmirlər. İndiki nəsil ali təhsili uğura aparan yeganə yol hesab edirlər.
İnfrastruktur planı bir çox sahələrin xərclərini əhatə edir. Yolların və körpülərin təmiri və tikintisi üçün təxminən 110 milyard dollar, hava limanlarına 25 milyard, dəmir yollarına 66 milyard dollar xərclənməsi nəzərdə tutulub. İctimai nəqliyyat sisteminin inkişafına 39 milyard dollar ayrılacaq. Lakin bu sahə avtobus sürücüləri, metro işçiləri və texniki xidmət mütəxəssislərinin çatışmazlığı ilə üzləşib. Metro Transit operatoru 2021-ci ilin sonuna kimi təxminən 100 avtobus sürücüsü tapmağa çalışır. İyun ayının sonunda planlaşdırılan 70 yer üçün 35 əməkdaşı işə qəbul etmək mümkün olub.
“S&P Global Ratings”in dəyərləndirməsinə görə, qanun layihəsi önümüzdəki səkkiz il ərzində ABŞ iqtisadiyyatına 1,4 trilyon dollar əlavə edərək, məhsuldarlığı və iqtisadi artımı artıra biləcəyini təxmin edir. Lakin əgər işçi qüvvəsinin miqdarı tələbata uyğun gəlmirsə, köhnə avto-magistralların, körpülərin və ictimai nəqliyyatın bərpası və tikintisi üzrə səylər boşa çıxacaq.
Körpülərin və yolların təmiri üzrə ixtisaslaşan “Anchor Construction” şirkətinin baş vitse-prezidenti işçilərin planlaşdırılan bütün layihələrə kifayət etməyəcəyindən ehtiyatlanır. “Əgər hər hansı bir firma Konqresin planlarını həyata keçirməyə hazıram desə, mən buna çox təəccüblənərəm”, – İrvin belə bəyan edib. Qanun layihəsi müəssisələrdə iş yerlərinin sayının ikiqat artırılacağını nəzərdə tutur. Eyni zamanda, müxtəlif peşə təhsili proqramları təklif edən ictimai kolleclərdə (community colleges) tələbələrin sayı kəskin şəkildə azalmışdır. Tələbələr üçün informasiya mübadiləsi üzrə milli tədqiqat mərkəzinin (NSCRC) hesabatı şagirdlərin sayının da 9,5 faiz azaldığını göstərib.
Bayden keçmiş məhbuslar da daxil olmaqla, peşəkar yenidənhazırlıq mərkəzlərinin yaradılmasına 100 milyard dollar ayıraraq, işçi çatışmazlığı problemini həll etmək istəyirdi. Lakin infrastruktur layihəsinin son versiyasında bu təklifdən imtina edilmişdir.
ABŞ iqtisadiyyatı bərpa olunduqca əmək bazarında işçi qüvvəsinə tələbat rekord vurur. Tikinti bölməsində vakansiyaların sayı pandemiyaya qədərki səviyyə ilə müqayisədə 12 faiz artmışdır. Amma işçilərə olan tələbat olduqca yüksəkdir: bəzi şirkətlər işə yetkinlik yaşına çatmayanları qəbul etmək məcburiyyətində qalıblar. ABŞ ticarət palatasının tədqiqatları göstərib ki, kommersiya tikinti podratçılarının 88 faizi çox çətinliklə ixtisaslı işçiləri tapa bilirlər. Onların üçdə biri əməkdaşların çatışmazlığı səbəbindən işlərdən imtina etməli olublar. “Construction Industry Resources” şirkətinin qiymətləndirməsinə görə, 2025-ci ilə qədər tikinti sahəsi ən azından iki milyon işçi çatışmazlığı ilə üzləşə bilər.
Abş-da işçi qüvvsi
ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və İsrail-Amerika Şurasının birgə təşkilatçılığı ilə paytaxt Vaşinqton və ətraf ərazilərdə yaşayan azərbaycanlı və yəhudi işa damlarının görüşü təşkil olunub.
Modern.az xəbər verir ki, görüşdə tikinti, daşınar və daşınmaz əmlak, istehsalat, kənd təsərrüfatı, nəqliyyat istiqamətləri üzrə fəaliyyət göstərən müxtəlif iş adamları iştirak edib.
Tədbirdə ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov açılış sözü ilə çıxış edərək, görüşün təşkil edilməsində əsas məqsədin İsrail dövləti ilə Azərbaycan arasında mövcud qarşılıqlı faydalı əməkdaşlığın ABŞ-da yaşayan azərbaycanlı və yəhudi iş adamları arasında da təşviq edilməsi olduğunu diqqətə çatdırıb.
Həmçinin tədbirdə əsas qonaq qismində iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim ölkəmizdə aparılan davamlı islahatlar və iqtisadiyyatın diversifikasiyası, o cümlədən biznes mühiti barədə ətraflı məlumat verib, ilk dəfə təşkil olunan bu görüşün hər iki icmanın biznes dairələri arasında işgüzar əlaqələrin qurulması üçün zəmin yaratdığını bildirib.
Daha sonra İsrail-Amerika Şurasının nümayəndəsi Elkana Ben İtan danışıb və ABŞ-da bu cür birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində həmçinin israilli yazıçı Avi Yoriş tərəfindən qələmə alınmış “Səninnovativ olmalısan: İsrail ixtiraçılığı dünyanı necə yaxşılaşdırır” adlı kitabın Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib. Kitab Ticarət Palatasının dəstəyi ilə Azərbaycan dilində dərc edilib.
Xankəndi
“Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası” təsdiq edilib.
Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qayda hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) həmin hərəkətlər çərçivəsində işlə görülməsindən və xidmət göstərilməsindən əldə edilən vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə qaydasını müəyyən edir.
Bu Qayda publik hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən, Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”na uyğun olaraq hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun publik hüquqi şəxsin xəzinə hesabına köçürülən hissəsindən və bu Qaydada nəzərdə tutulmuş hərəkətlərə aid olmayan digər fəaliyyətdən əldə edilən vəsaitə şamil olunmur.
Publik hüquqi şəxsin bu Qaydada nəzərdə tutulmuş vəsaiti dövlət vəsaiti hesab olunur. Həmin vəsait publik hüquqi şəxsin sərəncamında olur və onun istifadəçisi(sərəncamçısı) dəyişdirilə bilməz. Vəsaitin toplanması və təyinatı üzrə istifadəsi məqsədilə publik hüquqi şəxs üçün xüsusi bank hesabı açılır. Növbəti il üçün publik hüquqi şəxsin əldə edəcəyi vəsait üzrə gəlir və xərclər smetası hər il dekabr ayının 20-dən gec olmayaraq, publik hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilmiş idarəetmə orqanı tərəfindən təsdiq edilir. Publik hüquqi şəxs əldə etdiyi vəsaitdən qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra sərəncamında qalan vəsaiti ilk növbədə fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri xərclərin ödənilməsinə, o cümlədən özünün və tabeliyində olan qurumların işçilərinin əməkhaqqı fondunun maliyyələşdirilməsinə istifadə edir. İşçilərin əməkhaqqı fondu maliyyələşdirildikdən sonra qalan vəsait onların sosial müdafiəsinin gücləndirilməsinə, publik hüquqi şəxsin və tabeliyində olan qurumların maddi-texniki bazasının möhkəmləndirilməsinə və elmi-texniki potensialının artırılmasına istifadə edilə bilər.
Vəsaitdən işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:
– işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;
– işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;
– işçilərə maddi yardımın göstərilməsinə;
– işçilərə məzuniyyət haqlarının və ezamiyyə xərclərinin ödənilməsinə.
Publik hüquqi şəxsin və tabeliyində olan qurumların madditexniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə vəsaitlər aşağıdakı istiqamətlərə xərclənir:
– malların (işlərin və xidmətlərin) alınmasına;
– işçilərin əlavə təhsil almasına.
Publik hüquqi şəxsin və tabeliyində olan qurumların işçilərinin əməkhaqqı fondu maliyyələşdirildikdən sonra qalan vəsaitin 50 faizədək olan məbləği işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi üçün ayrılır. Bu, hər ay üzrə ayrılan vəsait işçilərin aylıq vəzifə maaşlarının 2 mislindən çox olmamaqla nəzərdə tutulur. İşçilərin ezamiyyə xərclərinin ödənilməsi “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli qərarına uyğun həyata keçirilir. Publik hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün vəsait yalnız “Publik hüquqi şəxslər haqqında” qanuna uyğun olaraq istifadə edilə bilər.
Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək həyata keçirilir. Bu Qaydada nəzərdə tutulmuş vəsaitin cari ildə istifadə olunmayan hissəsi də aylıq vəzifə maaşına əlavənin ödənilməsi üçün həmin ilin dekabr ayında istifadə olunur. Əmək məzuniyyəti, ödənişli yaradıcılıq və təhsil məzuniyyəti, həmçinin xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavə ödənilir, lakin bu əlavə həmin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır.
Vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:
– işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin
hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;
– işçinin qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.
İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər aylıq vəzifə maaşına əlavə orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır. Əlavə hər bir işçinin aylıq vəzifə maaşına əmsal tətbiq edilməklə hesablanır.
Aylıq vəzifə maaşına əlavənin verilməsi üçün əmsal aşağıdakı düstura uyğun olaraq hesablanır:
VMƏC – bu Qaydada müəyyən olunan məbləğ;
VMC – işçilərin (vakant ştat vahidləri istisna olmaqla) aylıq vəzifə maaşlarının məbləğlərinin cəmidir.
Əlavə ödənilən ayda aylıq vəzifə maaşı, iş günlərinin sayı, işçinin iş günlərinin sayı və əmsal tətbiq edilməklə aşağıdakı düstur üzrə hesablanır:
VMƏ – vəzifə maaşına əlavə;
AVM – işçinin aylıq vəzifə maaşı;
İİG – işçinin iş günlərinin sayı;
İG – iş günlərinin sayıdır.
İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
– işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
– mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;
– qanunla müəyyən edilmiş milli bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar.
İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
– vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi;
– rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
– normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənməsi.
İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə işlədikləri qurumun (orqanın) rəhbəri tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər. İşin nəticələrinə görə verilən mükafatların məbləği işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq işlədiyi qurumun rəhbəri tərəfindən müəyyən edilir. İşçilərin fərdi mükafatlandırılması məqsədilə vəsait qiymətli hədiyyələrin alınmasına da xərclənə bilər. Publik hüquqi şəxsin işçilərinin fərdi mükafatlandırılması onların işlədikləri struktur bölmələrinin rəhbərlərinin təqdimatı əsasında publik hüquqi şəxsin rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Publik hüquqi şəxsin tabeliyində olan qurumların işçilərinin fərdi mükafatlandırılması isə onların işlədikləri qurumun rəhbərinin təqdimatı əsasında həmin qurumun tabe olduğu public hüquqi şəxsin rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.
İşçilərə ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlara uyğun olaraq tutulur.
Comments are closed, but trackbacks and pingbacks are open.