Abş-da əmək bazarı
Günel Eyyubova, “İki sahil”
Dollar ABŞ-ın əmək bazarı üzrə zəif statistikası fonunda ucuzlaşır
“Report” xəbər verir ki, avronun dollara qarşı məzənnəsi öncəki günün bağlanış səviyyəsi (1,2064) ilə müqayisədə artıb – 1,2122. Dolların Yaponiya yeninə qarşı məzənnəsi isə öncəki bağlanışdakı 109,08 səviyyəsindən 108,72-yə düşüb. Dollar indeksi (dolların ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə qarşı məzənnəsi) 0,47% azalaraq 90,52 bəndə düşüb.
Amerika valyutasına ABŞ-a dair zəif statistik məlumatlar təzyiq göstərib, statistika açıqlanandan sonra dollar avroya nisbətdə enişini gücləndirib, yenə qarşı mənfiyə gedib. Statistikalar açıqlanmadan əvvəl dollar indeksi 90,91 bənddə olub.
Qeyd edək ki, açıqlanan statistika ABŞ-dakı işsizliyin aprel ayında 6,1% yüksəldiyini göstərir. Hərçənd martdakı 6%-lik artımdan sonra bu dəfə göstəricinin müsbətə doğru azalacağı gözlənilirdi. İqtisadiyyatın qeyri-kənd təsərrüfatı sahələrində işləyən adamların sayı artıb, lakin proqnozdan bir neçə dəfə az olub – cəmi 266 min nəfər.
Abş-da əmək bazarı
Dünya əmək bazarındakı vəziyyət mütəmadi olaraq dəyişir. 10-20 il əvvəl ən çox tələb edilən və əhəmiyyətli on peşə arasında yer alanlar bu gün artıq tələb olunmur. Bu, normaldır. Çünki dünyada heç bir şey daimi deyil. Bəşəriyyətin ehtiyacları dəyişir, yeni texnologiyalar ortaya çıxır, elm inkişaf edir. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı (2010) Kristofer Pissarides “Dördüncü Sənaye İnqilabında insan kapitalı” adlı mühazirəsində, robotların insan əməyini sıxışdırmayacağı çox az sahə olduğunu söyləyib. Bunlar səhiyyə, təhsil, daşınmaz əmlak, ev və fərdi xidmətlərdir. Bəli, bu, o deməkdir ki, indi gördüyümüz işi 50 ildən sonra robotlar edə bilər.
Bundan başqa, müasir dövrdə hədəf kontentə xitab etmək istəyi də yeni-yeni sahələr- peşələr ortaya çıxarır. Məsələn, sosial media meneceri, marketinq meneceri, rəqəmsal menecer, CEO mütəxəssisi və s. bu qəbildən olan yeni sahələrdəndir. Əlbəttə, qloballaşan dünyada həm tələb olunan, həm də yüksək maaşlı peşəyə yiyələnmək üçün də dünya əmək bazarına kifayət qədər bələd olmaq, araşdırmalar aparmaq lazımdır. Yaxşı iş tapmaq, həvəslə işləmək, çalışdığın sahədə pillə-pillə ucalmaq hər kəsin arzusudur. Digər məsələ isə ondan ibarətdir ki, peşə seçərkən yalnız əmək haqqı səviyyəsini deyil, həm də əmək bazarındakı ixtisas tələbini nəzərə almaq vacibdir. Təəssüf ki, bu iki göstərici həmişə üst-üstə düşmür. Ona görə də uğurlu karyera və peşəsində müvəffəqiyyət gözləyən gənc mütəxəssislər bəzən məyus olurlar.
Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası da əmək bazarında bir çox dəyişikliklərə və çətinliklərə səbəb oldu. Pandemiya dövründə həm işəgötürənlərin, həm də iş axtaranların fəaliyyəti azaldı. Bir ildən artıqdır ki, bütün dünya COVID-19-la mübarizə aparır. Bu müddətdə bütün dünyada xüsusən xırda və orta sahibkarlıq böyük zərər gördü. Pandemiyanın davam etdiyi dövrdə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə şirkərtlər, müəssisələr ciddi problemlərlə üzləşdilər. Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization) açıqlamaları da heç ürəkaçan olmadı. BƏT-in yayımladığı hesabata görə, bəhs etdiyimiz zaman kəsiyində 305 milyon insan daimi iş yerlərini itirdi. Bu, yetərincə böyük rəqəmdir. Lakin koronavirus pandemiyası dövründə səhiyyə personalına olan ehtiyac iki dəfə artdı. Dünyanın hər yerində xroniki xəstəliyi olmayan xəstə baxıcılarına tələb artdı. Tələb artdığına görə bu sektorda çalışanların maaşları da artıb. ABŞ-da Əmək Statistika Bürosu ən çox maaş alan peşələri sıralayarkən Amerikanın ən prestijli və rəqabətə davamlı peşəkar sahələrindən olan səhiyyə işçilərinin maaşlarının ildə 260.000 dollara çatdığını qeyd edib.
Karantin qaydalarının sərtləşdirilməsi, insanlar arasındakı canlı ünsiyyətin minimuma endirilməsi əmək bazarının bir çox sahəsində rəqəmsallaşmanı sürətləndirir. Hazırda rəqəmsal baxımdan irəlidə olan ölkələrin pandemiyanın zərərlərinin öhdəsindən daha rahat gəldiyini görürük. Ona görə də postpandemiya dövründə də artıq fiziki mübadilənin rəqəmsal mübadilə ilə əvəzlənəcəyi proqnozlaşdırılır. Təcrübə göstərdi ki, məşğulluğun bir çox sahələrində rəqəmsallaşma zəruridir. Xüsusən, informasiya texnologiyaları sektorunda yeni ixtisasların yaranacağı, bundan başqa, insanların uzaqdan onlayn işləmə tendensiyasının postpandemiya dövründə də davam edəcəyi gözlənilir.
Olduqca sürətlə dəyişən dünya düzəni təbii ki, ixtisaslara da təsir edir. Peşələr öz çərçivələrindən çıxır, yəni fərqli ixtisaslar yaranır.
Günel Eyyubova, “İki sahil”
Abş-da əmək bazarı
Dünyanın ən böyük iqtisadiyyatının olduğu ABŞ-da əmək bazarı yenə də güclü olaraq qalıb və əmək haqları isə kəskin şəkildə artıb. Bu isə o deməkdir ki, ölkə yüksələn qiymətlər ilə mübarizə aparmaq üçün çətinlik ilə üzləşməkdədir. Rəsmi rəqəmlər isə göstərir ki, noyabrda əmək bazarına 263.000 iş əlavə edilib, bu isə gözləniləndən yüksəkdir. Ötən illə müqayisədə 1 saatına görə, orta əmək haqqı isə 5.1% artıb. İşsizlik səviyyəsi isə tarixi, son 50 ildə rekord səviyyədə, aşağıdır, 3.7%-dir.
BBN.az NBC News TV proqramının dekabrın 2-dəki buraxılışına istinadən xəbər verir ki, əmək haqlarının artımı isə ona işarədir ki, inflyasiyanı aşağı salmaq üçün hələ çox iş görmək lazımdır.
Proqramda deyilib ki, qiymətlər yüksək olsa da, Amerikalılar bayram mövsümündə daha çox xərcləyiblər, bu isə ABŞ iqtsadiyyatının hələ də güclü nəticələr nümayiş etdirdiyini göstərir.
Qeyd edək ki, əmək bazarı ilə bağlı güclü nəticələrə baxmayaraq, ABŞ-da inflyasiya səviyyəsi son 40 ilin ən yüksək səviyyəsindədir. Mərkəzi Bank isə inflyasiya ilə mübarizə aparmaq üçün 2022-ci ildə faiz dərəcələrini 6 dəfə artırıb. Əmək bazarı ilə bağlı son hesabat isə FED üçün heç də yaxşı xəbər hesab edilmir. Belə ki, bank əksinə iqtisadiyyatı yavaşlatmaqla, inflyasiyanı aşağı salmağa çalışır.
Comments are closed, but trackbacks and pingbacks are open.