Dollar dünya birjalarında sürətlə bahalaşır – Manat üçün növbəti təhlükə
10.03.2023 14:09
Kritik məlumat açıqlandı
İqtisadçılar İyulda məşğulluğun 175 min artacağını, işsizliyin 4,8% olacağını gözləyirdilər. İyun ayının göstəricisi isə 287 mindən 292 minə yuxarı istiqamətdə dəyişdirilib.
Orta saatlıq maaşlar aylıq 0.3% ilə 0.2%-lik proqnozun üzərində, illik isə 2.6% ilə proqnoza paralel artıb.
ABŞ-da Çərşənbə günü açıqlanmış özəl sektor məşğulluq göstəricisi də iyulda 179 minlik artımla proqnozun üstündə artmışdı.
Məlumatın açıqlanmasının ardınca Dollar mühüm valyutalar qarşısında bahalaşmağa başlayıb.
Kənd təsərrüfatı xaric məşğulluq məlumatı ABŞ Mərkəzi Bankı Fed-in faiz qərarı üçün qiymətləndirdiyi əsas statistik məlumatlardan biridir. Məşğulluğun proqnozdan yüksək çıxması Fed-in faiz artırmaq qərarını tezləşdirə bilər. Bəzi analitiklər Fed-in Sentyabrda, bəziləri isə Dekabrda faiz artıracağını gözləyirlər.
ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq iki ay ardıcıl sərt hərəkətlər göstərib. Məşğulluq May ayında 11000 ilə son altı ilin ən yavaş artımını göstərmiş, İyun ayında isə 287000 ilə səkkiz ayın ən sürətli yüksəlişini həyata keçirmişdi.
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
Dollar dünya birjalarında sürətlə bahalaşır – Manat üçün növbəti təhlükə
Oktyabr ayı məşğulluq göstəricisi 271 000 ilə, 185 000-lik iqtisadçı proqnozlarının üzərində açıqlandı.
Dollar, güclü çıxan göstəriciyə müsbət reaksiya verdi.
Dollar, avro qarşısında 1.6% gücləndi və avro qarşısında 1.0710 səviyyəsindən alıcı tapdı. Bloomberg Dollar Spot İndeksi 0.6 faiz yüksələrək 1,2266.87 bənd səviyyəsinə qalxıb. Göstərici bu il, Fed-in borc faizini artırmağa yaxınlaşdığı istiqamətindəki ehtimallar ilə 8 faiz artım göstərib.
Analitiklər Dekabrda ABŞ Mərkəzi Bankının borc faizini artıracağını gözləyir. Faizlərin artırılmasının dolları daha da gücləndirəcəyi gözlənilir.
AZƏRBAYCAN MANATINA DA TƏZYİQ EDİR
Dolların bütün dünyada bahalaşması inkişaf etməkdə olan ölkələrin pul vahidlərinə, o cümlədən Azərbaycan manatına da təzyiq edir. Bir sıra inkişaf etməkdə olan ölkələrin pulları dollar qarşısında dəyərdən düşür.
Qeyd edəki, Dolların bahalaşması ilə əlaqədar olaraq, Avro, Dollar qarşısında “ölməklə” bərabər, Azərbaycan manatı qarşısında da “ölür”. Digər ölkələrin valyutaları (Rubl, Lirə və s.) da dollar qarşısında dəyərdən düşdüyündən, Manat qarşısında da aşağı düşürlər.
Noyabrın 6-sı səhəri Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məzənnəsinə görə, 1 Avro 1.1424 manata bərabərdir. 21 Fevral 2015-ci il tarixindəki devalvasiya ilə 1 Avro 1.1950 manata bərabər edilmişdi. Həmin məzənnə ilə müqayisədə Avro manat qarşısında 4,4% ucuzlaşıb (Manat güclənib). Dolların Noyabrın 6-da Avro qarşısında 1,6%-lik ucuzlaşmasını nəzərə alsaq, gələn həftənin 2-ci günü Manatın Avro qarşısında bir az da güclənəcəyini gözləmək olar. Mərkəzi Bank manatın güclənməsini istəmir, çünki bu, Azərbaycanın ixracatçıları üçün sərfəli deyil. Elə 21 Fevralda devalvasiyaya gedilməsinin səbəblərindən biri Manatın həddindən artıq dəyər qazanması və ixracatda rəqabəti məhdudlaşdırması idi.
Bu il Avqustun 5-də 1 avro 1.2078 manata qədər yüksəlmişdi. Bu məzənnə ilə müqayisədə isə, son 3 ayda Manat Avro qarşısında 5,5 faiz bahalaşıb.
Azərbaycan Mərkəzi Bankı hələlik dollar/manat məzənnəsini 1.0498 səviyyəsi ətrafında saxlayır. Baxmayaraq ki, dollar digər valyutalar qarşısında kəskin bahalaşır. /”Marja”
Abş-da məşğulluq
ABŞ-da kənd təsərrüfatdı sektoru xaric məşğulluq may ayında 390 min nəfər artaraq proqnozları üstələyib, işsizlik səviyyəsi dəyişməyərək 3,6 faiz olub.
Mingəçevir su anbarına daxil olan suyun həcmi 50 faizə qədər azalıb
10.03.2023 14:38
SOCAR-ın Gürcüstandakı törəmə şirkətinin baş direktoru dəyişib
10.03.2023 14:37
Bu il Cəbrayıl, Qubadlı və Zəngilanda bir neçə kəndin tikintisi planlaşdırılır
10.03.2023 14:09
“Nar” abunəçilərinin 98%-i müştəri xidmətlərindən məmnun qalıb
10.03.2023 14:07
Sabahın hava proqnozu açıqlandı
10.03.2023 12:43
Türkiyədə işsizlik səviyyəsi 5 aydan sonra yenidən 10%-dən aşağı düşüb
10.03.2023 12:14
Qarabağ və Şərqi Zəngəzurda tikintiyə dair xidmət haqlarının məbləğləri müəyyənləşdi
10.03.2023 12:04
Comments are closed, but trackbacks and pingbacks are open.