Press "Enter" to skip to content

Abş-ın immiqrasiyanı tənzimləməsi bağli siyasəti

İ.Əliyev xatırladıb ki, pandemiyadan əvvəl Rusiya və ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmiləri, hər iki ölkənin ordularının baş qərargah rəisləri Bakıda mütəmadi görüşlər keçirirdilər. Rusiya ordusunun baş qərargah rəisi və NATO-nun hərbi komandiri də bir neçə dəfə Bakıda silsilə danışıqlar aparıblar: “Bakının seçilməsi, ilk növbədə, Azərbaycanın müstəqil xarici siyasətinin həqiqətən də yaxşı göstəricisi, həmçinin ölkəmizə yüksək səviyyəli hörmətin və etimadın təzahürüdür. Biz bunları Azərbaycanın məkan kimi seçilməsində əsas amil hesab edirik”.

ABŞ XIX əsr – XX əsrin əvvəllərində

İstiqlaliyyət müharibəsi ABŞ-ın iqtisadi inkişafı üçün əlverişli şərait yaratmışdı. 1800-cü ildə prezident seçilmiş T.Ceffersonun hakimiyyəti dövründə dövlətçilik möhkəmləndirildi, seçki senci ləğv edildi, borclular və məhbuslar üçün daha hümanist qanunlar qəbul edildi. Qərbə doğru hərəkat genişləndirildi. Ingiltərənin Şimali Amerikadakı müstəmləkələrini geri qaytarmaq cəhdi 1812-ci ildə müharibəyə səbəb oldu. Ingiltərə məğlub oldu və 1814-cü ilin dekabrında Kent müqaviləsini imzaladı. Müqaviləyə görə İngiltərə ABŞ-a öz müstəmləkəsi kimi baxmaq iddiasından əl çəkdi. 1812-1814-cü illər müharibəsi ABŞ tarixində ikinci istiqlaliyyət müharibəsi adlanır. xıx əsrin əvvəllərində Avropada aparılan aramsız müharibələr ABŞ-a öz ərazisini genişləndirmək imkanı vermişdi. Luiziana, Florida, Texas və Şimali Kaliforniya torpaqlarının hesabına ABŞ-in ərazisi üç dəfədən çox artmışdı. Qərb torpaqlarının mənimsənilməsi ABŞ-da kapitalizmin inkişafı üçün geniş imkanlar açırdı. Iqtisadi inkişaf Şimal və Cənub ştatlarında fərqli yollarla gedirdi. Şimalda fermer təsərrüfatı üstünlük təşkil edirdi. Kənd təsərrüfatında kapitalizmin inkişafının fermer yolu ABŞ iqtisadiyyatının sürətlə inkişafına kömək edirdi. Plantatorlar qullara qarşı irqi ədavəti qızışdırırdılar. Irqçilik getdikcə daha dərin kök salırdı. 30-cu illərdə quldarlığa qarşı abolisionistlər hərəkatı geniş vüsət almışdı. Bu hərəkat iştirakçıları quldarlığa son qoyulmasını tələb edirdilər.

1823-cü ildə ABŞ prezidenti Ceyms Monronun müraciəti Konqresdə oxundu. “Monro doktrinası” kimi tanınan bu müraciət “Müqəddəs ittifaq”ın İspaniyanın keçmiş müstəmləkələrində öz ağalığını bərpa etmək istəyinə qarşı irəli sürülmüşdü. “Monro doktrinası”nda dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-ın Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerika dövlətlərinin daxili işlərinə qarışmamaq tələb olunurdu. “Monro doktrinası” Qərb yarımkürəsində ABŞ-ın nüfuz dairəsini genişləndirmək imkanını artırırdı. 1854-cü ildə Respublikaçılılar partiyası yaradıldı. Partiya quldarlıq əlehdarlarının mərkəzinə çevrilmişdi. Partiyanın bazasını fermerlər və şəhərlərin xırda burjuaziyası təşkil edirdilər. 1860-cı il noyabr prezident seçkilərində Respublikaçılar partiyasından Avraam Linkoln (1809-1865) prezident seçildi. Bu quldarların siyasi ağalığının sonu demək idi. Cənublular Linkolnun prezident seçilməsinə qiyamla cavab verdilər. Cənubi Karolina ştatı İttifaqdan çıxdı. 1861-cı ilin fevralında bu ştatlar ayrıca Konfederasiya halında birləşdilər. Cefferson Devisi Konfederasiyanın prezidenti seçdilər. Indi ölkədə iki konqres və iki ordu vardı. 1861-1865-ci illərin vətəndaş müharibəsinin əsas səbəbi sənayecə inkişaf etmiş Şimalla və quldarlıq təsərrüfatının hökm sürdüyü Cənub arasında ziddiyyətlərin kəskinləşməsi idi. Kapitalist Şimalın apardığı müharibə ədalətli müharibə idi.

Əslində, bu vətəndaş müharibəsini özünəməxsus burjua inqilabı, ikinci Amerika inqilabı adlandırmaq daha doğru olardı. Müharibəsinin birinci mərhələsində (1861-1862) şimallılar bir sıra ciddi məğlubiyyətə uğradılar. Bu məğlubiyyətlərin əsas səbəbləri Linkoln hökumətinin quldarlığın ləğv olunduğunu elan etməməsi və Homstedlər (ingiliscə-boş ev, yer deməkdir. Qərb torpaqlarının pulsuz istifadəyə verilməsi nəzərdə tutulurdu) haqqında məsələnin həllini uzatması idi. Xalqın təzyiqi ilə Linkoln hökuməti 1862-ci ilin mayında Konqresdə Homstedlər haqqında qanun qəbul edilməsinə nail oldu. Qanuna görə torpağı becərmək istəyən hər bir amerikalı pulsuz olaraq 160 akr (65 ha) torpaq sahəsi ala bilərdi. Həmin ilin sentyabrında Linkolnun imzaladığı “Azadlıq haqqında bəyənnamə”yə əsasən 1863-cü il yanvarın 1-dən quldarlığın ləğv edildiyi elan edilirdi. Linkoln hökumətinin həyata keçirdiyi inqilabi-demokratik tədbirlər ikinci mərhələdə inqilabi müharibəyə keçilməsi üçün şərait yaratmışdı. 1865-ci ilin aprelində şimallıların qoşunları Konfederasiyanın paytaxtı Riçmondu tutdular. Beləliklə, müharibə başa çatdırıldı. 1865-ci il aprelin 14-də Vaşinqton teatrlarından birində tamaşa zamanı cənubluların agenti tərəfindən prezident Linkoln öldürüldü. Bu hadisədən sonra Cənubda irtica gücləndi. 1866-cı ildə Konqres zəncilərin vətəndaşlıq hüquqları haqqında qanun qəbul etdi. Konstitusiyaya düzəlişə görə zəncilər ağlarla bərabər mülki və siyasi hüquqlar aldılar. Inqilab nəticəsində quldarlıq ləğv edildi. Aqrar məsələ həll olundu.

Ölkədə siyasi hakimiyyət burjuaziyanın əlinə keçdi. Bütün bunlar ölkənin sürətli iqtisadi tərəqqisinə yol açdı.xx əsrin əvvəllərində ABŞ-ın coşğun iqtisadi inkişafı üçün əlverişli şərait yaranmışdı. Sənaye istehsalının həcminə görə ABŞ dünyada birinci yerə çıxmışdı. Bu dövrdə ABŞ-da yeni sənaye sahələri – avtomobil, elektrotexnika, neft və kimya sənayesi sürətlə inkişaf edirdi. Birinci Dünya müharibəsi ərəfəsində ABŞ-da İngiltərə, Fransa və Almaniyanın birlikdə istehsal etdikləri qədər çuqun və polad istehsal olunurdu. Iqtisadiyyatın bütün sahələrində inhisarların təsiri güclənmişdi. Ilk tresti Con Rokfeller yaratmışdı. Əvvəllər hərbi mallar satmaqla varlanan Rokfellerin Birinci dünya müharibəsi ərəfəsində “Standart Oyl” tresti Yer kürəsinin ən böyük neft inhisarlarından birinə çevrilmişdi. ABŞ-ın digər ən iri inhisarçısı D.Morqanın “Polad tresti” idi. 1900-1903-cü illərin dünya iqtisadi böhranı ABŞ-dan da yan keçməmişdi. Orta və xırda burjuaziya nümayəndələri böhrandan çıxmaq üçün islahatlar keçirilməsini tələb edirdilər. Reformist xəttin ən görkəmli nümayəndələri Teodor Ruzvelt və Vudro Vilson idilər. 1900-cü ilin seçkilərində Respublikaçılar partiyası qələbə çaldı və U.Makkinli prezident oldu. Lakin Makkinli 1901-ci ilin sentyabrında sui-qəsd nəticəsində öldürüldü. Konstitusiyaya görə vitse prezident Teodor Ruzvelt prezidenti əvəz etdi. Prezident T.Ruzveltin vaxtında iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi istiqamətində ilk addımlar atılırdı. Bu cəhətdən Konqres tərəfindən qəbul edilən “trestlər əleyhinə” qanunlar mühüm əhəmiyyətə malikdir.

Bu qanunların verilməsi nəticəsində iri trestlərin və digər inhisarların fəaliyyəti dövlətin nəzarəti altına keçirdi. Ruzvelt kapitalın həddindən artıq mərkəzləşməsinin əleyhinə idi. Ruzvelt hökuməti xarici siyasətdə “böyük dəyənək”, yəni zor işlətmək siyasətini davam etdirirdi. Latın Amerikası ölkələrində təkbaşına ağalığını qurmağa çalışan ABŞ prezidenti Ruzvelt açıqca bildirirdi ki, “Monro doktrinası”na əsaslanaraq ABŞ Latın Amerikası ölkələrinin Avropa dövlətləri ilə mübahisələrini nizama salmaq məsuliyyətini öz üzərinə götürməlidir. Bu siyasət 1908-ci ilin prezident seçkilərində qalib gələn Uilyam Taftın vaxtında da davam etdirilirdi. Iqtisadi, diplomatik və hərbi təzyiq metodlarından istifadə edən ABŞ Mərkəzi Amerika ölkələrini tədricən öz yarımmüstəmləkəsinə çevirmişdi. ABŞ-ın Latın Amerikası ölkələrini əsarət altına salan bu siyasəti isə “dollar diplomatiyası” adını almışdı. Demokrtlar partiyası 1912-ci il seçkilərində Vudro Vilsonun namizədliyini irəli sürdü. Onun proqramında gömrük vergilərinin azaldılması, trestlər əleyhinə qanunların qəbul edilməsi, fermerlərə kredit buraxılması, müstəqil əmək nazirliyi yaradılması, dövlət müəssisələrində 8 saatlıq iş günü qoyulması və s. məsələlər vardı. Seçkilərdə qələbə çalan V.Vilson ilk çıxışlarından birində islahatların zəruri və hətta labüd olduğunu bildirmişdi. Onun hakimiyyətinin ilk dövrü “yeni demokratiya” dövrü adını almışdı. Vilson hökumətinin ən böyük nəaliyyəti Konqres tərəfindən Bank islahatı haqqında qanunun qəbul edilməsi oldu. Yeni qanuna görə ölkə 12 bölgəyə bölünürdü və onların hər birində Federal ehtiyyat bankı yaradıldı.

Vaşinqtonda yerləşən Federal ehtiyyat idarə bu bankların fəaliyyətinə nəzarət edirdi. Vilsonun prezidentliyi dövründə seçki sisteminin demokratikləşdirilməsi üçün tədbirlər görüldü. 1913-cü ildən senatorların bilavasitə xalq tərəfindən seçilməsi haqqında konstitusiyaya edilən 17-ci düzəliş qüvvəyə mindi. Əmək nazirliyi də yaradıldı.

  • Teqlər:
  • Amerika tarixi
  • , ABŞ tarixi

Abş-ın immiqrasiyanı tənzimləməsi bağli siyasəti

“Rusiya və ABŞ Minsk qrupunun həmsədrləri kimi demək olar ki, 30 il ərzində Azərbaycanla Ermənistan arasında fəal danışıqlar prosesinin bir hissəsi olublar. Əfsuslar olsun ki, bu danışıqlar heç bir nəticə vermədi”.

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.

Dövlət başçısı qeyd edib ki, münaqişənin həlli məsələsi bəlkə də Rusiya və ABŞ-ın çox fəal və çox açıq şəkildə əməkdaşlıq etdiyi yeganə məsələ idi.

İ.Əliyev xatırladıb ki, pandemiyadan əvvəl Rusiya və ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmiləri, hər iki ölkənin ordularının baş qərargah rəisləri Bakıda mütəmadi görüşlər keçirirdilər. Rusiya ordusunun baş qərargah rəisi və NATO-nun hərbi komandiri də bir neçə dəfə Bakıda silsilə danışıqlar aparıblar: “Bakının seçilməsi, ilk növbədə, Azərbaycanın müstəqil xarici siyasətinin həqiqətən də yaxşı göstəricisi, həmçinin ölkəmizə yüksək səviyyəli hörmətin və etimadın təzahürüdür. Biz bunları Azərbaycanın məkan kimi seçilməsində əsas amil hesab edirik”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın ABŞ-la əlaqələri Rusiya ilə əlaqələrdən daha az çoxşaxəlidir: “Bu da aydın məsələdir, çünki bizim Rusiya ilə uzun tarixə malik əlaqələrimiz var və biz qonşuyuq. Ona görə də bizim Rusiya ilə münasibətlərimiz çoxşaxəlidir, demək olar ki, hər bir sahəni əhatə edir. ABŞ-la əməkdaşlığımızın əsas sahələri terrorizmlə mübarizə, istər İraqda, istərsə də Əfqanıstanda sülhməramlı əməliyyatlar, hazırda enerji təhlükəsizliyi və bəzi başqa sahələrdir. Hər iki ölkənin Azərbaycanla bağlı siyasəti, eləcə də bizim bu ölkələrlə bağlı siyasətimiz hər zaman sabit və proqnozlaşdırılan olub”.

Prezident bildirib ki, hər iki ölkə ilə bizim strateji əhəmiyyət kəsb edən münasibətlərimiz var: “Sözsüz ki, gündəlik fərqlidir, lakin çox açıq, çox aydındır və gözlənilməz heç bir hal baş vermir. Çünki biz hər zaman nəzərdə tutduğumuzu deyirik və hər zaman dediyimiz sözün arxasında dayanırıq. Düşünürəm ki, bir çox ölkələrlə yaxşı əlaqələr qurmağa nail olmağımızın səbəblərindən biri məhz budur və onların arasında bir-biri ilə yaxşı əlaqələri olmayan yeganə ölkələr Rusiya və ABŞ deyil. Zənnimcə, ABŞ və Rusiyanın Azərbaycanla bağlı siyasəti sabit olmağa davam edəcək və mənim yüksək rütbəli rəsmilər, Rusiya Prezidenti, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri, eyni zamanda, Rusiyanın xarici işlər naziri ilə son təmaslarım onu göstərir ki, biz həqiqətən də əməkdaşlığımızı genişləndirmək istəyirik və hər iki tərəf bu əlaqələri strateji əhəmiyyət kəsb edən münasibətlər hesab edir”.

“Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra düşünürəm ki, gələcəyi planlaşdırmaq daha asan olacaq. Çünki bu münaqişə bizim çox fəal əməkdaşlıq formatına sahib ola biləcəyimiz, lakin bu və ya digər səbəbdən sahib ola bilmədiyimiz bəzi əməkdaşlıq sahələri üçün müəyyən mənada əngəl törədirdi. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli tamamilə yeni mühit yaradır və ümid edirik ki, Rusiya və ABŞ ölkəmizə böyük əhəmiyyət verməyə davam edəcəklər”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

Milli Məclisdə ABŞ-ın Azərbaycanla bağlı siyasəti tənqid edilib

Bakı. 14 fevral. REPORT.AZ/ Milli Məclisdə “Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda keçirilən dinləmələr davam etdirilir. “Report”un xəbərinə görə, çıxış edən deputat Çingiz Qənizadə xatırladıb ki, yaxın bir ay ərzində ABŞ-da Azərbaycanla bağlı iki dinləmə keçirilib. O deyib ki, bu dinləmələrdə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müəyyən iradlar irəli sürülür: “Belə tədbirlərin nə qədər obyektiv olduğunu görmək üçün tədbir iştirakçılarına nəzər yetirmək kifayət edir. Bu tədbirlərdə ermənipərəst qüvvələr, erməni lobbisininn nümayəndələri və Azərbaycanda radikal müxalifətə meyilli və bağlı qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən adamlar iştirak edir. Bir Azərbaycan vətəndaşı kimi qəbul etmədiyim məqam odur ki, bizim bu təmsilçilərimiz, hətta separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən qüvvələrlə bir masa arxasında necə otururlar. Əgər həmin qüvvələr Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etmirsə, onlarla bir masa arxasında oturmağa dəyməz. Ancaq təəssüf ki, bizim bəzi vətəndaşlarımız öz mənafeləri naminə bu məqamı arxa plana keçirirlər. Azərbaycan müstəqilik əldə etdikdən sonra ölkəmizin milli maraqları hər şeydən önə çəkilib”. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev isə qeyd edib ki, Azərbaycan ABŞ-ı Minsk Qrupunun həmsədri kimi qəbul edəndə səhvə yol verib. Deputat xatırladıb ki, ABŞ qondarma “Dağlıq Qarabağ respublikası”na Azərbaycandan üç dəfə çox yardım edib: “Bu yaxınlarda Amerikada irqçilik əleyhinə yürüşlər keçirilərkən Barak Obama dedi ki, bu, bir mentalitet məsələsidir. Başqa ölkələrə gəldikdə isə mentalitet nəzərə alınmır. Bu da onu göstərir ki, ikili standartlar mövcuddur”. Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq Əlaqələr Komissiyasının katibi, politoloq Elman Nəsirov deyib ki, Azərbaycan ABŞ-a strateji tərəfdaş kimi baxır: “Lakin ABŞ yeganə dövlətdir ki, qondarma Dağlıq Qarabağa maliyyə dəstəyi göstərir. Ermənistan mətbuatı yazır ki, qondarma “Qarabağ respublikası”na 2 milyard maliyyə yardımı ayırıb. Bu qondarma rejimin ABŞ-da nümayəndəlikləri açılıb. Azərbaycan ABŞ-ı strateji tərəfdaş kimi tanısa da, onun 5 ştatı qondarma respublikanı tanıyır. Bu ABŞ-ın imicinə də zərərdir”. Politoloq qeyd edib ki, ABŞ-ın Azərbaycanla bağlı yürütdüyü siyasətdə dəyişiklik olmasa, baş verəcək hadisələrə görə bütün məsuliyyəti ABŞ daşıyır.

Comments are closed, but trackbacks and pingbacks are open.