Press "Enter" to skip to content

ABŞ əmək bazarında durğunluq gözlənilir

“Bizim yaratdığımız mexanizmlər bugünkü gənclərin, cəmiyyətin gələcək əmək bazarına düzgün hazırlaşmasına töhfə verməkdir. Bu məqsədlə biz peşələrin atlasını hazırlayırıq. Bu, hər bir gəncin istifadəsində olacaq bir resurs olacaq. Yeri gəlmişkən, dünən biz onun prototipinə baxdıq, uğurlu alınıb. İstənilən gənc girib istədiyi peşə ilə bağlı məlumatlara baxa biləcək, həmin sənəti seçənlərin sayını da izləyə biləcək. Eyni zamanda vakansiyaları, orta əmək haqqını izləmək imkanı da olacaq.

Dövlət qulluqçuları

Statistik məcmuə Azərbaycan Respublikasının əmək bazarını xarakterizə edən göstəriciləri özündə əks etdirir. Məcmuəyə ölkənin əmək bazarını xarakterizə edən əmək ehtiyatları, məşğulluq, işçi qüvvəsinin hərəkəti, əmək şəraiti, əməkhaqqı, işçi qüvvəsinin saxlanmasına çəkilən xərclər, kadrların peşə hazırlığı və digər göstəricilər daxil edilmişdir.
Мəcmuədə 2005-2019-cu illərdə Azərbaycan Respublikasının əmək bazarının vəziyyəti haqqında statistik məlumatlar verilir.
Əmək bazarı üzrə bəzi göstəricilər gələcəkdə dəqiqləşdirilə bilər.

Şərti işarələr:
«-» hadisə baş verməmişdir
«. » məlumat mövcud deyil
«0,0» məlumat çox kiçik rəqəmlə xarakterizə olunur
«x» müqayisə mümkün deyil

Elektron xəritə
Demoqrafik və sosial statistika
İqtisadi statistika
Ətraf mühit və digər sahələr
Statistik məlumatlar sizi qane edirmi?

Bəli
Qismən
Xeyr

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Ünvan: AZ 1136 Azərbaycan Respublikası, Bakı, İnşaatçılar prospekti, 81

Tel: (+994 12) 377 10 70
Faks: (+994 12) 538 24 42
E-poçt: sc@stat.gov.az
Qaynar xətt:
(+994 12) 377 10 70, 33-00
Mətbuat xidməti:
(+994 12) 377 10 70, 22-66
Vətəndaşların müraciətləri ilə bağlı əlaqə:
(+994 12) 377 10 70, 22-38
Saytdakı məlumatlardan istifadə edərkən
istinad etmək zəruridir.
İstifadə sayğacı

© 2002-2023. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir.

ABŞ əmək bazarında durğunluq gözlənilir

ABŞ-da koronavirus epidemiyasının davam etməsi, yeni dəstək tədbirləri ilə bağlı qeyri-müəyyənlik və qarşıdakı prezident seçkilərilə bağlı əmək bazarında durğunluq gözlənilir. “Report” xəbər verir ki, WSJ tərəfindən oktyabrın 2-dən 6-dək keçirilmiş sorğuda iştirak edən 63 iqtisadi ekspertinin mütləq əksəriyyəti pandemiya üzündən bağlanmış iş yerlərinin tam olaraq 2023-cü ilədək bərpa olunmayacağı qənaətindədir. Belə ki, sentyabr ayının əvvəlindən işsizliyin azalması proqnozları üstələsə də, məşğulluğun artımının azalması nəticəsində iqtisadiyyatda koronavirusun fəsadlarının hələ uzun müddət hiss olunacağı barədə mülahizələri güclənib. Əmək Departamentinin rəsmi məlumatlarına görə, ölkədə iş yerlərinin sayı avqust ayında 1 mln 489 min, sentyabr ayında isə 661 min artıb, halbuki ekspertlər sentyabr ayında artımın 850 min olacağını güman edirdilər. İşsizlik səviyyəsi avqustda 8,4 faiz, sentyabrda isə ekspertlərin güman etdiyi 8,2 faizə qarşı 7,9 faiz azalıb. “Oxford Economics”in ABŞ üzrə baş iqtisadçısı Qreqori Dako bildirib: “Əmək bazarının artım sürətinin azalması iqtisadiyyatın daha geniş dirçəlməsi baxımdan yaxşı hal deyil və böhranın fəsadlarının gücləndiyinə dəlalət edir”. Əmək Departamentinə görə, pandemiya dövründə bağlanan 4 milyona yaxın iş yeri əyləncə və mehmanxana sektorlarının payına düşür. Ekspertlərə görə, yoluxma sayının yüksək olduğu üzündən mehmanxana və səyahət sektorunun dirçəlməsi gözləndiyindən ləng gedir və məşğulluğun cari ilin fevral ayı səviyyəsinə qayıtması xeyli uzun çəkəcək. Sorğu iştirakçılarının 34,7 faizi əmək bazarının pandemiyadan əvvəlki səviyyəyə 2022-ci ildə, 42,9 faizi 2023-cü ildə, 12,9 faizi daha sonra, 2 faizinə yaxını isə hətta 2030-cu ildə qayıdacağını bildiriblər. Həmçinin gələn ay keçiriləcək prezident seçkilərinin əvvəlkilərindən daha müəmmalı olmasına dair qənaət irəli sürülüb. Belə ki, sorğu iştirakçılarının 80 faizi mövcud seçki sisteminin maliyyə bazarında daha çox qeyri-müəyyənlik yaratdığı, 57,4 faizi ÜDM-in 2019-cu ilin dördüncü rübündəki pik səviyyəsinə gələn il, 18,5 faizi isə 2022-ci ildə qayıdacağını güman edir. Ekspertlərin fikrincə, ÜDM 2020-ci ildə 3,6 faiz azalacaq, 2021-ci ildə 3,7 faiz, 2022-ci ildə isə 3 faiz artacaq.

“Əmək bazarı vaxtında düzgün proqnozlaşdırılmayıb” – Mustafa Abbasbəyli

“Bu gün əmək bazarındakı kadr qıtlığının, müasir peşələrə, bacarıqlara sahib olan kadrların azlığının səbəbi vaxtında istiqamətlərin düzgün seçilməməsi, əmək bazarının düzgün proqnozlaşdırılmamasıdır”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, bazarda peşə təhsilli mütəxəssislərin payı artmaqdadır: “Biz dünya təcrübəsinə də baxanda görürük ki, əmək bazarının yarısından çoxi artıq ali təhsillilərdən deyil, peşə təhsillilərdən ibarətdir. Bizim hazırda 4 peşə hazırlığı mərkəzimiz var. Bu peşə hazırlığı mərkəzlərində biz il ərzində maksimum 2-3 min mütəxəssis hazırlaya bilirik.

Amma biz qanunvericiliyə dövlət-özəl tərəfdaşlığı modelini gətirdik və bundan sonra eyni anda 50-dən çox peşə hazırlığı müəssisəsi ilə əməkdaşlıq imkanı yaratdıq. Son nəticədə peşə hazırlığı potensialımız 3 mindən 30 minə çatdı. Etiraf edək ki, keyfiyyət olaraq dövlət olaraq heç də yaxşı icraçı olmur. Təəssüflər olsun ki, yaxşı icraçı olmadığı halda da güclü rəqib olur. Hesab edirik ki, bu istiqamətdə özəl sektorla əməkdaşlığı gücləndirməli, ondan daha çox dəstək almalıyıq”.

“Bizim yaratdığımız mexanizmlər bugünkü gənclərin, cəmiyyətin gələcək əmək bazarına düzgün hazırlaşmasına töhfə verməkdir. Bu məqsədlə biz peşələrin atlasını hazırlayırıq. Bu, hər bir gəncin istifadəsində olacaq bir resurs olacaq. Yeri gəlmişkən, dünən biz onun prototipinə baxdıq, uğurlu alınıb. İstənilən gənc girib istədiyi peşə ilə bağlı məlumatlara baxa biləcək, həmin sənəti seçənlərin sayını da izləyə biləcək. Eyni zamanda vakansiyaları, orta əmək haqqını izləmək imkanı da olacaq.

Digər resursumuz isə məzunların məşğulluq reytinqidir. Bu resurs vasitəsi ilə gənclər peşələri müqayisə edib hansının arxasınca getməli olduğuna qərar verəcək, Həmçinin bu sahədə olan ən yaxşı təhsil müəssisəsini öyrənəcək”, – deyə M.Abbasbəyli əlavə edib.

Şərhlər

Mustafa bəyə 2022-11-15 18:07:00

Allah evini tiksin ! Düz proqnazlaşdırılan hansı tərəfimiz var ki! Hələ qaldı əmək bazarı! Bisavadlar ölkəni basıb.Fiktiv dipıom.sertifikatlarla ,ixtisassız adamlar vəzifələrə soxuşdurulanda düz proqnozu kim verəcək?

Comments are closed, but trackbacks and pingbacks are open.