Press "Enter" to skip to content

Abş-ın əmək bazarı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa Təlim Fondu ilə birgə icra olunacaq layihə müzakirə edilib.

NEWTIMES

Amerikanın əmək bazarına dair çap olunmuş göstəricilər ”qəribədir” və ”həyəcan doğurur”. Dünyanın ən iri istiqraz fondlarından biri olan ”PIMCO” fondunda ABŞ iqtisadiyyatına dair əsas göstəricilər məhz belə qiymətləndirilib.

2013-cü ilin dekabr ayında ABŞ-ın əmək bazarı üzrə cümə günü dərc olunmuş statistika investorları məyus edib. Ötən ilin son ayında Amerika iqtisadiyyatı cəmi 74 min yeni iş yeri açıb.

Özü də keçmiş böhran dövründə ABŞ-da iqtisadi cəhətdən fəal əhalinin payı azalmaqda davam edir.

”PIMCO” fondunun investisiyalar üzrə həmsədri Məhəmməd Əl-Ərian ”Bloomberg” televiziya kanalına müsahibəsində qeyd edib ki, bu məlumatlar ABŞ iqtisadiyyatında sabitliyin bərpası barədə düşünmək zərurəti yaradır.

O deyib: ”Dərc olunmuş rəqəmləri mən həm ”qəribə”, həm də ”həyəcan doğuran” rəqəmlər adlandırardım. Məruzədə qəribə görünən bu faktdır ki, dekabr ayında ABŞ iqtisadiyyatında yaradılmış yeni iş yerlərinin sayı proqnozlaşdırıldığından xeyli az olub. Bazarların iştirakçıları 200 min yeni iş yeri səviyyəsində göstəricilər gözləyirdilər.

Məruzənin təfsilatı isə müəyyən narahatlıq doğurur. Biz görürük ki, uzunmüddətli işsizlik çox yüksək səviyyədə qalmaqdadır. İşsiz amerikalıların 37,7 faizi artıq çox uzun müddətdir ki, iş tapa bilmir.

Bütövlükdə bu statistika, yumşaq desək, heyrət doğurur. Statistikaya təsir göstərə biləcək kənar amillərin daha hərtərəfli təhlil edilib qiymətləndirilməsi üçün müəyyən vaxt tələb olunur. Məsələn, bu amil ABŞ-da havaların soyuq keçməsi amilidir”.

Abş-ın əmək bazarı

10.03.2023 14:38

SOCAR-ın Gürcüstandakı törəmə şirkətinin baş direktoru dəyişib

10.03.2023 14:37

Bu il Cəbrayıl, Qubadlı və Zəngilanda bir neçə kəndin tikintisi planlaşdırılır

10.03.2023 14:09

“Nar” abunəçilərinin 98%-i müştəri xidmətlərindən məmnun qalıb

10.03.2023 14:07

Sabahın hava proqnozu açıqlandı

10.03.2023 12:43

Türkiyədə işsizlik səviyyəsi 5 aydan sonra yenidən 10%-dən aşağı düşüb

10.03.2023 12:14

Qarabağ və Şərqi Zəngəzurda tikintiyə dair xidmət haqlarının məbləğləri müəyyənləşdi

10.03.2023 12:04

Ən çox oxunanlar

Səhiyyə Nazirliyinin qurumu TƏBİB-in tabeliyinə verildi – FƏRMAN
“ORBI GROUP” şirkətindən aksiya – “Almağa tələsin!” – FOTO/VİDEO
İngiliscə danışaraq məşhurlaşan Xınalıq sakini İngiltərəyə oxumağa göndəriləcək
Azərbaycanda yeni publik hüquqi şəxsi yaradılır – FƏRMAN
Bravo hipermarketdəki silahlı hücum üçün 4 nəfər əlbir olub – 3 NƏFƏR HƏBS EDİLİB
13-14 mart tarixlərində istehlakçılara ödənişsiz hüquqi yardım göstəriləcək

10.03.2023 11:56

Galaxy S23 Seriyası: Planeti düşünərək hazırlanıb

10.03.2023 11:42

Seysmoloji Xidmət Mərkəzinin baş direktorundan “zəlzələ açıqlaması”

10.03.2023 11:31

Türk Lirəsi daha da ucuzlaşdı

10.03.2023 11:26

Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub

10.03.2023 11:19

Bu gün qlobal bazarlar üçün çox mühüm olan məlumatlar açıqlanacaq – PROQNOZLAR

10.03.2023 11:08

Neft daha da ucuzlaşdı

10.03.2023 11:03

Avro və qızılın daha da ucuzlaşacağı gözlənilir – GÜNƏ BAXIŞ

10.03.2023 10:53

Azərbaycanın kredit ittifaqlarının kredit qoyuluşu 7% azalıb

10.03.2023 10:50

SON XƏBƏRLƏR

  • 46 d. əvvəlMingəçevir su anbarına daxil olan suyun həcmi 50 faizə qədər azalıb
  • 47 d. əvvəlSOCAR-ın Gürcüstandakı törəmə şirkətinin baş direktoru dəyişib
  • 1 saat əvvəl“Qobu Park-2” kompleksinin binaları tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir – KRİSTAL ABŞERONDAN AÇIQLAMA
  • 1 saat əvvəlBu il Cəbrayıl, Qubadlı və Zəngilanda bir neçə kəndin tikintisi planlaşdırılır
  • 1 saat əvvəl“Nar” abunəçilərinin 98%-i müştəri xidmətlərindən məmnun qalıb
  • 2 saat əvvəlBakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımaları başlayır – QİYMƏTLƏR
  • 2 saat əvvəlSabahın hava proqnozu açıqlandı
  • 2 saat əvvəlMilli Kulinariya Mərkəzinin loqosu yenilənib
  • 2 saat əvvəlQida və yem məhsulları nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə dair xidmət haqqı müəyyənləşib
  • 3 saat əvvəlTürkiyədə işsizlik səviyyəsi 5 aydan sonra yenidən 10%-dən aşağı düşüb
  • 3 saat əvvəlDövlət Miqrasiya Xidməti tərəfindən qanvermə aksiyası keçirilib
  • 3 saat əvvəlQarabağ və Şərqi Zəngəzurda tikintiyə dair xidmət haqlarının məbləğləri müəyyənləşdi

Ən çox oxunanlar

Səhiyyə Nazirliyinin qurumu TƏBİB-in tabeliyinə verildi – FƏRMAN
“ORBI GROUP” şirkətindən aksiya – “Almağa tələsin!” – FOTO/VİDEO
İngiliscə danışaraq məşhurlaşan Xınalıq sakini İngiltərəyə oxumağa göndəriləcək
Azərbaycanda yeni publik hüquqi şəxsi yaradılır – FƏRMAN
Bravo hipermarketdəki silahlı hücum üçün 4 nəfər əlbir olub – 3 NƏFƏR HƏBS EDİLİB
Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir

050 309 44 14

Əlaqə: (070) 231-45-70, (055) 206-94-90

Günün ən vacib və ən çox oxunan xəbərlərini e-poçtunuzdan izləmək üçün Marja-ya abunə olun

Azərbaycanın əmək bazarı təhlil ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa Təlim Fondu ilə birgə icra olunacaq layihə müzakirə edilib.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlkin İzzət/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa Təlim Fondu ilə birgə icra olunacaq layihə müzakirə edilib.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Nazirlikdə Avropa Təlim Fondunun nümayəndələri ilə görüş keçirilib. Görüşdə Fondla birgə icra olunacaq “Əmək bazarının təhlili və proqnozu” layihəsinin detalları müzakirə edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycanda əmək bazarının tənzimlənməsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir müavini uzunmüddətli təhlil və proqnozlaşdırmanın əmək bazarında pozitiv dəyişikliklərin edilməsi üçün vacib olduğunu, icra olunacaq layihənin bu baxımdan xüsusi önəm kəsb edəcəyini vurğulayıb.

Avropa Təlim Fondunun Azərbaycan üzrə koordinatoru Franka Krestani əmək bazarının təhlili və proqnozlaşdırma sahəsində dəqiq nəticələrə nail olmaq üçün bu sahədə mövcud məlumat bazasının genişləndirilməsinin və eyni zamanda qeyd olunan sahədə çalışan qurumlar arasında səmərəli əlaqələndirmə və məlumat mübadiləsinin artırılmasının önəmini diqqətə çatdırıb.

O, cari ilin aprel və noyabr aylarında aidiyyatı qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə sözügedən layihəyə hazırlıq məqsədilə iki beynəlxalq seminarın keçirilməsini təklif edib.

Görüşdə iştirak edən nazirliyin nümayəndələri tərəfindən layihə ilə bağlı təkliflər, o cümlədən layihənin texniki tapşırıqlarının hazırlanması üçün işçi qrupunun yaradılması təklifi irəli sürülüb.

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  • Avropa Təlim Fondu
  • Əmək bazarının təhlili və proqnozu

Comments are closed, but trackbacks and pingbacks are open.