Press "Enter" to skip to content

ABŞ-ın siyasəti III Dünya Müharibəsinə gətirib çıxaracaq – KİV

İndi amerikalılar ehtiyat edirlər ki, İran daha çətin rəqib ola bilər. Çünki Tehran ballistik raketlərə belə malikdir. Onların xüsusi hazırlanmış hərbi kontingenti mövcuddur və bir neçə ildir ki, Yaxın Şərqdə odun-alovun içindədirlər. Buna baxmayaraq, C.Boltonun aqressiv bəyanatları və İranı hədələməsi də faktdır. Deməli, iki böyük dövlət hansısa bir nöqtədə toqquşa bilər. Məhz bu məqamda Amerikanın Suriya, Əfqanıstan, İraq və Venesueladan sonra İran məsələsində uğur əldə edə bilməməsi onun beynəlxalq imicinə zərbə ola bilər. Bu isə bumeranq effekti ilə Vaşinqtonun siyasi kursunda ciddi problemlər meydana gətirə bilər. Türkiyə ilə münasibətlərin də qeyri-müəyyənliyə düşməsi fonunda bu, kifayət qədər riskli görünür.

ABŞ-ın xaotik Yaxın Şərq siyasəti

Dekabr ayında ABŞ prezidenti Donald Trampın ani bir qərarla Suriya və Əfqanıstandan əsgərləri çəkəcəyini açıqlaması Vaşinqtonda zəlzələ təsiri yaradarkən, “ABŞ-ın köklü bir Yaxın Şərq siyasəti varmı” sualını da gündəmə gətirdi. “ABŞ və Yaxın Şərq” dedikdə, ağlımıza “Böyük Yaxın Şərq Layihəsi” gəlməsinə və bölgədə baş verən hər hadisəni “böyük planlar”ın bir parçası saymaq adətimizə rəğmən, əslində oğul Buşdan sonra Amerika rəhbərliyinin uzunmüddətli böyük strategiyalarının olmadığı görünür. Trampla birlikdə artıq daha aydın görünən ABŞ-ın Yaxın Şərqdəki strateji disorqanizasiyasını – bir birindən kəskin xətlərlə ayırmaq mümkün olmasa da – fərdi (prezidentin xarakteri), bürokratik və sistemin (regional və beynəlxalq) əsaslara əsaslandırmaq mümkündür. Bu yazıda bürokratik və fərdi ölçülər müzakirə olunacaq.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, xarici siyasətin istiqamətini idarəetmənin başı təyin etsə belə, formalaşması və həyata keçirilməsində əsl mexanizm bürokratiyadır. İllərdir amerikalı xarici siyasət yazarlarının bir çoxu Amerika bürokratiyasının strategiya inkişaf etdirmək və praktiki olar yavaş davranmasını, səriştəsizliyini və mütəxəssis çatışmazlığını tənqid edir. Onlara görə Orta Şərqi yaxşı bilən və strateji düşünmə bacarığına malik mütəxəssislər, çoxdan hakimiyyətdən uzaqlaşdırılmış vəziyyətdədir. Bunun zirvə nöqtəsi isə Tramp rəhbərliyidir.

Trampın ilk icraatı sələfi Obama tərəfindən təyin olunmuş bütün səfirləri (bundan başqa, yüksək səviyyəli məhkəmə və bürokratiya mənsublarını) vəzifədən çıxarmaq oldu. Sonra bir çox tanınmış diplomatın yeni siyasət qarşısında bir-birinin ardınca istefası Amerikanın xarici siyasətində dərin böhran yaratdı. Tramp vəzifədə ikinci ilini başa vursa da, Xarici İşlər Nazirliyində bir çox əsas vəzifələrə hələ də təyinat olmayıb. Habelə Yaxın Şərqin heç bir qıfıl ölkəsində Amerika səfiri yoxdur. Bu əslində Trampın qərəzli bir siyasətidir. Amerika müəssisələrinin altını oymağı əsas vəzifə hesab etdiyindən və qlobal elit və institusional qaydaya müharibə açdığından, boş yerlərə kadr təyin etməyi lazımsız görür.

Əslində əsas məsələ, Trampın təyin edə biləcəyi, onunla həmfikir, etibarlı və hazır kadrının olmamasıdır. Amerikanın beyin mərkəzinin qocaman mütəxəssislərindən olan Maykl Lind Trampın seçilməsindən sonra qələmə aldığı məqaləsində, “Donald Trampın üzbəüz qaldığı ən böyük problem, Trampçılığı tətbiq edəcək yüksək səviyyəli Trampçıların yoxluğudur” (Michael Lind, “Trump Needs His Own Army of Experts”, National Interest, 21.12.2016), – deyərək, yetişmiş kadr çatışmazlığına və intellektual durğunluğa işarə etmişdi. Məhz buna görə Tramp üst pillələri, özü kimi adamlar (qızı İvanka və kürəkəni Cered Kuşner kimi) və ən çox da təqaüdə çıxmış hərbi generallarla doldurdu. Bu da ABŞ-ı hərbi xuntanın idarə etdiyi, müharibə hökuməti qurulduğu müzakirələrinin yaranmasına səbəb oldu.

Trampçılıq eynilə Avropadakı radikal sağçı partiyalar kimi hər hansı bir düşüncəyə sahib olmayan, təkcə mövcud sistemə qəzəbinin və qloballaşmaya qarşı populist millətçi reaksiyanın ifadəsidir. Yəni “Amerika yenidən böyük və güclü etmək” kimi xalqın qulağına xoş gələn boş vədlər başqa öz daxilində tutarlı və üzərində baş sındırılmış hər hansı bir siyasət yoxdur. Öz daxilinə qapanmış və Obama əleyhinə bir xətt tutub.

Trampın Yaxın Şərq siyasətinə damğasını vuran xüsusiyyət, çoxyönlü olmasıdır. Bunu Ağ Evin (yəni Tramp və kürəkəni Kuşnerin) Səudiyyə Ərəbistanı-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) fonunda, Xarici İşlər və Müdafiə nazirliklərinin isə Qətərin yanında zidd mövqelər tutduğu Qətər-Körfəz böhranında aydın gördük. İş adamı mənşəli ilk nazir Reks Tillerson dövründə XİN-in işləri azaldıldığı vaxt, Trampın (özü kimi siyasi və diplomatik təcrübəsi olmayan) xarici siyasət müşaviri Kuşner, “Əsrin Müqaviləsi” – deyə bazara çıxardığı Fələstin-İsrail “sülh” prosesi və Körfəzlə əlaqələrin istiqamətləndirilməsi kimi Yaxın Şərqin kritik məsələlərini üzərinə götürdü. Kuşner Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi ilə çox yaxın əlaqə qurdu; hətta özü kimi təcrübəsiz Səudiyyə şahzadəsinə siyasətlərini formalaşdırmaq üçün ağıl da verdi. Məsələ təkcə Tillerson-Kuşner qarşıdurması da deyildi. Çünki Tillerson Kuşnerlə yanaşı, dövrün BMT səfiri Nik Heyli və Milli Təhlükəsizlik müşaviri Mak Masterin də xarici siyasətdə onun sahəsinə daxil olduqlarını söyləmiş, “bir ölkədə 4 Xarici İşlər naziri ola bilməz”, – deyə vurğulamışdı. (Jamie Merrill, “Situation vacant: Trump leaves Saudi embassy empty ahead of bin Salman visit”, Middle East Eye, 28.2.2018) Dolayısı ilə qərar vermək və həyati əhəmiyyət daşıyan qurumlar arasında ələqə də yox idi. Bundan başqa, hakimiyyət daxilində ayrı-ayrı qruplar sanki müharibə vəziyyətində idi və istefalara rəğmən bu hal hələ də davam edir.

Trampın Ağ Evdəki ilk ilindən bəhs edən “Od və qəzəb: Trampın Ağ Evinin içində” kitabının müəllifi Maykl Volfun bu sətirləri vəziyyətin xülasəsini əks etdirir: “Xarici siyasətdə nə bir sistem var idi, nə də bir siyasət həyata keçirmək və ya müzakirə prosesi. Daxildə və xaricdə bir-biri ilə rəqabət aparan tərəflər, mütəxəssisləri pisləyən və öz instinktlərinin hər hansı bir peşəkar tövsiyədən daha yüksəkdə olduğuna inanan, faktlara müqavimət göstərən bir adamın diqqətini çəkmək üçün mübarizə aparırdılar”. (Chris Doyle, “The Middle East could do without Trump’s vision”, Middle East Eye, 11.1.2017)

Fərdi səviyyəyə endikdə, qarşımıza eqoistliyi və romantik ehtiyacları ilə daxili və xarici siyasəti müəyyənləşdirən prezident çıxır: siyasətdə təcrübəsiz və məlumatsız, ucuz populizmlə tərəfdar toplayan, daxili və xarici siyasəti vaxtaşırı olaraq FoxNews-a baxaraq tvitter vasitəsi ilə istiqamətləndirən, aqibətini hesablamadan ani qərarlar verə bilən, səhvlərini heç vaxt qəbul etməyən, sərt və qəti imic formalaşdırmağa çalışan, daim tərif gözləyən, söz ehtiyatı yalnız bir neçə yüz sözlə məhdudlaşan, ona verilən gündəlik brifinqlərə qulaq asmayacaq qədər laqeyd və saymazyana, mühüm dünya liderlərilə görüşü ərəfəsində hazırlanan sənədləri oxumağa lüzum görməyən qeyri-adi və qalmaqal bir prezident.

Vəziyyət belə olduğu üçün Tramp hakimiyyəti “kadrların ən sürətli dəyişdiyi rəhbərlik” adını alıb. Təhlükəsizlik və xarici siyasət idarəsində az qala bütün əsas kadrlar iki il ərzində ən az bir dəfə dəyişib. Üst mərtəbənin tez-tez dəyişdirildiyi, daha aşağı pillələrin isə boş olduğu bir idarədə, uzunmüddətli strateji qərarların verilməsi qeyri-mümkündür. Onsuz da mövcud hakimiyyət taktiki addımlarla iş aparır. Qismən mövcud olan strategiyalar da istər Trampın coşqun və “narsist” şəxsiyyəti, istərsə də Tvitter vasitəsi ilə daxili və xarici siyasəti formalaşdırmaq cəhdləri alt-üst olur.

Trampın baş yoran siyasətinin ardınca bir-biri ilə zidd olan iki müxtəlif fikir var: Birincisi, tacir məntiqiylə, “Bu işdə marağımız nədir” sualı ilə eyniləşən, Yaxın Şərqə daxil olub başqaları üçün deyil, prioriteti Amerikaya vermək istəyi. İkincisi, heç vaxt zəif görünməmək arzusu.

Şimali Koreya misalında olduğu kimi, gərginliyi artırmaq siyasətinə və güc tətbiq etmək təhdidi ilə dəstəklənən məcbur diplomatiyasına vaxtaşırı əl atsa da, düşmənlərinə qarşı hərbi hərəkata başlamaq əvəzinə, əlindəki iqtisadi və ticarət vasitələrindən əsas kozır kimi istifadə edir. Bu baxımdan sanksiyalar və dollar silahı ilə iqtisadi və siyasi təzyiq siyasəti həyata keçirir. Müttəfiqlərinin inkişafını dayandırmaq və müəyyən siyasətlərə məcbur etmək üçün maliyyə yardımlarını kəsir. Oxşar şəkildə, ucuz xərcli üsul olan gizli əməliyyatlarla xalqları hakimiyyətlərinə qarşı qızışdırır.

Digər tərəfdən, Tramp komandasının digər bir dominant xarakteri, Evangelist xristianları, İslam əleyhdarlarını, İsrailə qeyd-şərtsiz dəstək çıxanları və mədəniyyətlər toqquşması yaradacaq insanları maliyyələşdirməsidir. Özü dindar bir xristian olmasa da Trsmp Evangelist dairələrin təsiri və mühasirə altındadır. Bu da Yaxın Şərq siyasətinə, xüsusilə Fələstin, İsrail və İran məsələsinə bilavasitə əks olunur. Trampın diplomatiyaya inanan və onu tənzimləməyə çalışan ilk qrupu istefalar və saf-çürük edilməklə kənarda qaldığı bir vaxtda, yerinə Yaxın Şərqdə yeni xaos və qarşıdurma yaratmaq ehtimalı olan, xüsusilə İrana nifrəti ilə tanınan Con Bolton, Mayk Pompeo kimi Evangelistlər gəldi. Əsl təhlükəli olan isə içə Tramp vəzifəsindən kənarlaşdırılarsa, onun yerinə radikal Evangelist vitse-prezident Mayk Pensin keçməsidir.

Keçiriləcək seçkilərdə Nümayəndələr Palatasında Demokratların üstünlük qazanması yeni bir proses başladacaq. Bundan sonra qanunvericilik ilə icra hakimiyyətləri arasında yaranacaq mübarizə, Yaxın Şərq siyasətinə də dərindən təsir edəcək və hakimiyyətin öz daxilində belə, davamlı siyasət həyata keçirilməsinə maneə yaranacaq. Bu, həm də Evangelistlərin şah damarına zərbə endirəcək. O cümlədən, 2000-ci illərdə uğursuz Əfqanıstan və İraq macəralarından və 2008-ci il maliyyə böhranından bəri Amerika xalqının həm xarici müdaxilələri, həm də xaricə əsgər göndərilməsini mühakimə etməsi də Evangelist layihəni müvəffəqiyyətsizliyə uğradacaq.

Dolayısı ilə “Pax-Amerikana”nı həfələyən (İkinci Dünya müharibəsindən sonra Qərb ölkələrində yaranmış iqtisadi və ictimai-siyasi sabitlik dövrü -red. ) yeni Amerika müdaxiləsi və regional dizayn təşəbbüsü ehtimalı yoxdur. Amma ABŞ bölgədəki müttəfiqlərinin ehtiraslarını və qorxularını tənzimləməyə cəhd etməyəcək. Məsələn, İsrailin təcavüzkar addımları qarşıdakı dövrdə daha da artacaq. ABŞ artıq Yaxın Şərqdə dominant aktyor deyil. Əlini daşın altına qoyan müttəfiqlərini dəstəkləyəcək şəkildə addımlar atmağa başlayır. Müttəfiqləri dəstəkləməyin dərəcəsini də, “Pulu kim verirsə, musiqini də o sifariş edir” məntiqi müəyyən edəcək. Ən azından Tramp hakimiyyətdə qaldığı müddətdə.

Bir sözlə, Əfqanıstandan Suriyaya, İraqa, Fələstin-İsrail “sülh”ündən İrana qədər bir çox məsələdə ictimaiyyətə müxtəlif planlar açıqlansa və ya sızdırılsa da, bunları nə Vaşinqtonda sağlam addımlarla tətbiq edəcək kadr var, nə də regionda elə asanlıqla və pulsuz şəkildə həyata keçirmək imkanı.

Milli.Az

ABŞ-ın siyasəti III Dünya Müharibəsinə gətirib çıxaracaq – KİV

“ABŞ-ın beynəlxalq aləmdəki hərəkətləri dünyanı III Dünya Müharibəsinə doğru sövq edir”. “Report” xəbər verir ki, bu barədə Meksika Milli Muxtar Universitetinin professoru Con Sakse-Fernandes “La Jornada” qəzetinə yazdığı məqalədə yazır.

Ekspertin fikrincə, məhz NATO və ABŞ-ın aqressiv davranışı bütün bəşəriyyətin mövcudluğuna təhlükə yaradır.

“Amerikanın siyasi liderləri çoxqütblü dünyada nəinki təkəbbürlü, hətta çox riskli davranırlar, həm də BMT-də fəaliyyət göstərən Vestfaliya sistemini (dövlət suverenliyi prinsipi – Red.) rədd edirlər”, – professor vurğulayıb.

Şərhlər

B.Qarabağlı 2021-12-19 21:49:29

Heç bir əlavəsiz həmin TƏHLÜKƏ çoxdan realdır. Ancaq, hər bir müharibə və digər təcavüz təhlükəsinə qarşı qalan (sülhsevən) dünya-aləmi qətiyyət nümayiş etdirməlidir!? İraq, Liviya, Qarabağ, Suriya heç bir səbəb-əsassız VİRANƏ edilib? Halbuki, üç-beş dövlətin qətiyyəti ilə bu müharibələr dayandırıla bilərdi?

ABŞ-ın xarici siyasətində ikiləşmə: proses daha da dərinləşir

Day.Az newtimes.az-a istinadən yazını təqdim edir.

Vaşinqton administrasiyasının xarici siyasi kursunda yeni meyllərin meydana gəldiyi barədə təhlili yazılar tez-tez dərc olunur. Bu məsələ müxtəlif aspektlərdən analiz edilir. Belə bir fikir yaranır ki, hazırda ABŞ rəhbərliyi vahid mövqedən çıxış edə bilmir, bu isə dünya siyasi arenasında ciddi problemlərə səbəb olur. Demək olar ki, bütün qitələrdə Vaşinqtonun yeritdiyi siyasət uğursuz olur. Avropada ondan narazı olanlar az deyil. Asiyada böyük dövlətlərin Amerika ilə problemləri məlumdur. Latın Amerikasında Venesuela məsələsi fikirləri qarışdırıb. Yaxın Şərqdə Suriya, İraq və İran problemlərinin necə həll olunacağı məlum deyil. Digər faktlar da ortaya sual çıxarır: belə davam etsə, qlobal miqyasda hansı geosiyasi trendlər meydana gələ bilər? Həmin kontekstdə mövzu üzərində geniş dayanmağı lazım bildik.

Pompeo və Bolton: iki “qırğı”nın bir hədəfi

Ekspertlər Amerikanın xarici siyasətini təhlil edərkən daha çox ziddiyyətlərdən bəhs edirlər. D.Trampın prezident seçilməsindən sonra dünyanın ən qüdrətli dövlətinin atdığı addımlarda uyğunluqdan çox, vahid mövqeni ifadə etməyən və qeyri-ardıcıl prosesin əlamətləri gözə çarpır. Bu qənaət həmin mövzuya həsr edilmiş analitik yazılarda çox müxtəlif əsaslara görə əldə edilir. Burada C.Nayın “Amerikanın yumşaq gücü”ünü xarakterizə edən zaman gəldiyi nəzəri qənaətlərdən tutmuş, “realpolitik”ə qədər geniş çalarlı yanaşmalar mövcuddur (bax: məs., Joseph S.Nye. American Soft Power in the Age of Trump / “Project Syndicate”, 6 may 2019). Məhz onların ümumi mənzərəsi belə bir tezisi irəli sürməyə imkan verir: ABŞ-ın xarici siyasəti məqsəd və məzmunca ikiləşməyə doğru gedir!

Bunun səbəbi kimi D.Trampın komandasında vahid mövqenin olmaması göstərilir. Belə ki, Amerika rəhbərliyində “qırğılar” adlandırılan və çox sərt siyasi kursun tərəfdarı olan kadrlar üstünlük təşkil edirlər. İlk sırada M.Pompeonun və C.Boltonun adı çəkilir. Xarici siyasətdə özünü göstərən sərtləşmə həmin kadrlarla əlaqələndirilir. Belə bir fikir ifadə edilir ki, D.Tramp, əslində, başqa ölkələrə hərbi müdaxilənin tərəfdarı deyil. Onun İraqdan, Suriyadan və Əfqanıstandan amerikan əsgərlərini çıxarmaqla bağlı verdiyi vədləri xatırladırlar. Doğrudan da, D.Tramp bu istiqamətdə addımlar atmağa cəhd göstərir. Lakin son anda hansısa qüvvə prosesin reallaşmasına mane olur.

Suriyada məhz belə oldu. Türkiyə prezidenti R.T.Ərdoğanla telefon danışığında D.Tramp Suriyadan əsgərləri çıxaracağını vəd etdi. Ancaq ətrafdan ona güclü təzyiqlər oldu və fikrini hələlik həyata keçirməyib. Əksinə, yayılan informasiyalara görə, amerikalılar bir qədər başqa statusda Suriyada radikal qruplara yardım edirlər. İndi onlar qondarma dövlət qurmaqla məşğuldurlar.

İraqda da eyni vəziyyətdir. Vaşinqtonun bu ölkədən çəkilmək niyyəti yoxdur. Əksinə, İraqa indi qonşu ərazilərə hərbi nəzarət etmək məkanı kimi baxırlar. ABŞ-ın rəhbərliyi məhz İraqa gizli səfərlər edir, orada hərbçilərlə görüşür və faktiki olaraq, Yaxın Şərqin böyük bir ərazisinə nəzarətin məsuliyyətini onların daşıdığını ifadə edirlər. Əfqanıstanda analoji vəziyyət mövcuddur. Burada da Amerikanın hərbi qüvvələri ölkədəki vəziyyətə nəzarəti əldən vermək fikrində deyillər. Terrorla mübarizə adı altında müxtəlif üsullarla burada möhkəmlənməkdədirlər. Belə görünür ki, D.Tramp Əfqanıstandan da əsgərlərin çıxarılmasını reallaşdıra bilməyəcək.

Bütün bunlara son vaxtlar Venesuela və Sudan ətrafında yaranmış gərginlik də əlavə olunub. Daha çox Venesuela məsələsi Amerikanın xarici siyasətinin predmetinə çevrilib. Venesuelada hakimiyyət dəyişikliyinin baş tutmamasında D.Trampın M.Pompeonu və C.Boltonu günahlandırdığı bildirilir. Amerika prezidenti isə C.Boltonun aqressivliyini cilovlamağa çalışdığından yazıb. Bu fikri əsas tutaraq, ekspertlər hesab edirlər ki, Vaşinqtonun siyasi kursunda ikiləşmə meydana gəlir. Yəni artıq D.Tramp ətrafındakı “qırğılar”dan şikayətçidir.

Nəhayət, İran və Şimali Koreya məsələsində də fikir ayrılığından bəhs edilir. C.Bolton bir neçə gün öncə bəyanat vermişdi ki, Fars körfəzinə əlavə hərbi qüvvə göndərirlər və İran hər hansı addım atsa, “amansızcasına cavab veriləcək”. “Amansızcasına” ifadəsi güzəşt etmədən və dərhal İrana hərbi zərbə endirilməsini nəzərdə tutur. Eyni ifadələri bir neçə ay öncə D.Tramp Şimali Koreya ilə bağlı da işlətmişdi. Onda ABŞ dövlət başçısı Koreyanı xalq və dövlət kimi yer üzündən silə biləcəklərini demişdi. Bu da KİV-lərin etirazına səbəb olmuşdu. Lakin məhz bu cür çıxışdan sonra Şimali Koreya Amerika ilə danışıqlara başladı. İran isə bunu etmir. Onun fonunda sanki Vaşinqtonda “qırğılar”ın mövqeyi möhkəmlənir.

Dünya siyasəti: yeni risklər və xaosa rəvac verən amillər

Bununla yanaşı, yenə də Venesuela məsələsi “qırğılar”ın kefini pozur. Çünki D.Tramp Venesuelada prezident N.Maduronun gücünü amerikalıların düzgün hesablamadığı qənaətinə gəlib. Konkret olaraq, “qırğılar”ın prezidentə yanlış və şişirdilmiş məlumat verdiyi ifadə edilir. Onlar Venesuelada çox qısa bir zamanda hakimiyyəti dəyişə biləcəkləri haqqında D.Trampa danışıb onu inandırdılar. Hadisələr isə tamamilə başqa mənzərəni ortaya qoydu. Müxalifətin lideri hakimiyyət dəyişikliyinin baş tutmadığını etiraf edib və Vaşinqtondan yardım istəyib. Bununla Amerika hərbi müdaxilə edib-etməmək arasında seçim etməyə məhkum olub. Bunu reallaşdırmaq asan deyil. Çünki Venesuelaya hərbi yardım göstərən başqa böyük dövlətlər var.

İndi amerikalılar ehtiyat edirlər ki, İran daha çətin rəqib ola bilər. Çünki Tehran ballistik raketlərə belə malikdir. Onların xüsusi hazırlanmış hərbi kontingenti mövcuddur və bir neçə ildir ki, Yaxın Şərqdə odun-alovun içindədirlər. Buna baxmayaraq, C.Boltonun aqressiv bəyanatları və İranı hədələməsi də faktdır. Deməli, iki böyük dövlət hansısa bir nöqtədə toqquşa bilər. Məhz bu məqamda Amerikanın Suriya, Əfqanıstan, İraq və Venesueladan sonra İran məsələsində uğur əldə edə bilməməsi onun beynəlxalq imicinə zərbə ola bilər. Bu isə bumeranq effekti ilə Vaşinqtonun siyasi kursunda ciddi problemlər meydana gətirə bilər. Türkiyə ilə münasibətlərin də qeyri-müəyyənliyə düşməsi fonunda bu, kifayət qədər riskli görünür.

Əslində, Vaşinqtonun xarici siyasətində vahid mövqenin olmadığını təsdiqləyən ən açıq nümunələrdən biri Amerikanın strateji müttəfiq adlandırdığı Türkiyəyə olan münasibətdir. Faktdır ki, son illər Türkiyə istiqamətində ABŞ rəhbərliyi ziddiyyətli addımlar atır. Bir tərəfdən, Ankaranın strateji əhəmiyyətindən bəhs edir, digər tərəfdən isə həm Türkiyəyə qarşı olan terror qruplarına dəstək verir, həm də onu hərbi baxımdan müdafiəsiz buraxmağa istiqamətlənmiş addımlar atır. Konkret olaraq, Amerika Suriya və İraqda yuva salmış PKK, PYD/YPG terror qruplaşmalarını silahlandırır.

Eyni zamanda, Türkiyənin özünün hava hücumundan müdafiə sisteminin yaradılmasına ciddi şəkildə mane olmağa çalışır. ABŞ özünün istehsal etdiyi “Patriot” raket sistemlərini Ankaraya verməkdən imtina etdi. Əvəzində, Türkiyə Rusiyadan “S-400” raket komplekslərini aldı. Ancaq bu barədə müqavilə imzalanan kimi, Vaşinqton əks-hücuma keçdi. Onun addımlarından aydın olur ki, təzyiqlə Türkiyəni fikrindən döndərmək niyyətindədir. Lakin Türkiyə birmənalı şəkildə böyük dövlət olduğunu və suveren addımlar atdığını sübut etdi. Konkret olaraq, Ankara “S-400”-lərlə bağlı fikrini dəyişməyəcək. Bunu, deyəsən, amerikalılar anlamağa başlayıblar. İndi Vaşinqton Ankaraya dalbadal öz raket sistemlərini təklif edir. Çalışır ki, Türkiyənin özü bu cür sistemlər istehsal edə bilmək səviyyəsinə yüksəlməsin. Ekspertlər isə əmindirlər ki, Ankaranı heç kimsə mövqeyindən döndərə bilməyəcək. Bununla Türkiyə istiqamətinin ABŞ-ın xarici siyasətində möhkəm bir faktora çevrildiyini qəbul etmək lazım gəldiyi aydın olur.

Deyilənləri eyni məntiqi sapa düzdükdə, ekspertlərin gəldikləri qənaətin xeyli əsası olduğunu görürük. Doğrudan da, Vaşinqton xarici siyasətdə ardıcıl və ədalətli görünmür. Bu sahədə çalışanlar arasında fikir ayrılığı getdikcə daha qabarıq surətdə özünü göstərir. Bütün prinsipial məsələlərdə Amerikanın atdığı addımlar meydana əlavə çətinliklər çıxarır.

Bu, Avropada, Afrikada, Latın Amerikasında, Asiya-Sakit okean regionunda, Yaxın Şərqdə özünü göstərir. Belə çıxır ki, məsələ Amerika üçün ciddi məzmun kəsb etməyə başlayıb. Yaxın Şərqdə müəyyən siyasi qüvvələrin maraqlarına uyğun siyasət yeritmək, yalnız gizli dairələrdə rəğbət oyada bilər, lakin bu, Amerikanın dünyanın ən qüdrətli dövləti imicinə ciddi zərbədir. Əsrlərdir, dünya miqyasında fəaliyyət göstərib, ədalətli mövqe tutmağa çalışan bir ölkənin indi hansısa məhdud dairələrin təsiri altında olması liderliyə başucalığı gətirmir. Hətta həmin dairənin adı “qırğı” olsa belə! Bizcə, Amerikanın xarici siyasətində ikiləşmə yaradan bu faktorun zərəri getdikcə daha çox ola bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.