Press "Enter" to skip to content

Abş prezidentləri

Con Kennedi ABŞ tarixində boyscout (izçi oğlan) olan ilk prezident olub.

ABŞ prezidentləri haqqında faktlar

Corc Vaşinqton ata minməyi sevirdi. Lakin o minəcəyi atın bütünlüklə təmiz olmasını tələb edirdi və Vaşinqton hətta atın dişlərinin təmizliyini də yoxlayırdı.

Tomas Ceferson öz məzar daşının dizaynını özü yaradaraq onun üçün mətn də yazmışdı. Bu mətndə onun prezident olduğu qeyd olunmamışdı.

Con Kvinsi Adams sübh çağı tez-tez Potomak çayında çılpaq halda üzürdü. O demək olar ki, paltarlarını dəyişmirdi və 10 ildən artıq eyni kostyumu geyirdi.

Endryu Cekson sərt duel həvəskarı idi və duellərin birində o sinəsindən güllə yarası aldı. Cərrahlar çox cəhd etsələr də gülləni çıxarmaq mümkün olmadı və Cekson ömrünün sonuna kimi bədənində bu qurğuşun parçası ilə yaşadı.

Martin Van Buren Ağ Evdən getdikdən sonra maraqlı bir memuar yazmışdı və bu memuarda bir dəfə də olsun həyat yoldaşı xatırlanmır.

Uilyam Harrisonun andiçmə mərasimi (1841) həddindən artıq soyuq bir gündə keçirilmişdi və yeni prezident dərhal soyuqladı. Tezliklə onun soyuqdəyməsi sətəlcəmə çevrildi və bu səbəbdən də bir ay sonra o vəfat etdi. Harrison ABŞ-a çox qısa müddətə rəhbərlik etdi.

Con Tayler ABŞ tarixində ən böyük ailəyə sahib prezident hesab olunur. Onun birinci həyat yoldaşından 8, ikinci həyat yoldaşından isə 7 övladı var idi. Taylerin 15-ci övladı dünyaya gəldikdə onun 70 yaşı var idi.

Zaxari Teylor hər zaman və hər yerdə tütün çeynəyirdi. Bütün rəsmi tədbirlər zamanı o ovcunda içi tütünlə dolu tütün qabı saxlayırdı.

Millard Fillmor Oksford Universitetinin nüfuzlu bir şəxsindən mantiya almaqdan imtina etmişdi. Bunu isə o onunla izah etmişdi ki, o elm üçün heç nə etməyib.

ABŞ-ın 11-ci prezidenti Ceyms Polkun 17 yaşı olduqda həkimlər onun öd kisəsini çıxarmışdılar. Həkimlər narkoz kimi konyakdan istifadə etmişlər və ABŞ-ın gələcək prezidentinə çoxlu konyak içirdərək yatırtmışlar.

Ceyms Bukenan ABŞ-ın evli olmayan yeganə prezidentidir. O yalnız bir dəfə nişanlı olsa da, sonradan nişanlısı nişanı qaytarmış və qısa bir müddətdən sonra vəfat etmişdir.

Prezident Avraam Linkoln həmişə başında içərisində məktublar, maliyyə sənədləri, qanun layihələri və qeydlər olan hündür qara silindr ilə gəzirdi.

Endryu Conson heç vaxt məktəbdə təhsil almayıb. Ona oxumağı 17 yaşında gələcək həyat yoldaşı Eliza McCardle öyrətmişdi. Prezident Conson yalnız öz əlləri ilə tikdiyi kostyumları geyinirdi.

Uliss Qrant bütün həyatı boyu hər gün 20 siqaret çəkirdi və sonda boğaz xərçəngindən vəfat etdi.

Prezident Ceyms Qarfild sərbəst şəkildə hər iki əlindən istifadə edə bilirdi və poliqlot idi. O eyni vaxtda bir əli ilə qədim yunan dilində, digər əli ilə latın dilində yazmağı bacarırdı. Nəticədə o barmağını kəsməsi səbəbindən dünyasını dəyişdi. Belə ki, müalicə zamanı onun qanı zəhərlənmişdi.

Çester Arturun qarderobunda 100-ə yaxın şalvar var idi.

Qrover Klivlend gizli cərrahi əməliyyat keçirmişdi və bu əməliyyat zamanı xərçəngin təsirinə məruz qalmış çənəsinin bir hissəsi çıxarılmışdı.

Benjamin Harrison elektik işığına nifrət edirdi və hər dəfə Ağ Evə gəldikdə bütün işıqların söndürülməsini və şamların yandırılmasını tələb edirdi.

Prezident Teodor Ruzvelt ov zamanı ana ayını balası ilə öldürməkdən imtina etmişdi. Bundan sonra yeni “Teddy bear” (“Teddy – Teodor adının qısaldılmış və əzizləmə formasıdır) adlı oyuncaqlar yarandı.

Uilyam Taftın çəkisi 136 kilodan çox idi və Ağ Evdə onun üçün xüsusi ölçüləri genişləndirilmiş vanna düzəldilmişdi.

Uorren Qardinq ən azı həftədə iki dəfə qumar oynayırdı. Bir dəfə hətta o, Ağ Evə məxsus Çin çini dəstini də uduzmuşdu. Qumar masası arxasında Qardinqi müşayiət etdikləri üçün onun məsləhətçilərini “Poker Cabinet” adlandırırdılar. Kalvin Kulicin mədə problemləri var idi. Müalicə məqsədilə o gecələr 10-11 saat yatır, gündüzlər istirahət edirdi. Ağ Evdə o həmçinin iki yenot bəsləyirdi.

Herbert Huver 16-dan çox kitab yazmış və nəşr etmişdir. Onun kitablarından biri “Əyləncə üçün balıq tutmaq və ruhu təmizləmək” adlanırdı.

Franklin Ruzveltin Ağ Evdə 11 sələfi ilə qohumluq əlaqələri var idi.

Harri Trumanın Ağ Evin önündəki qazonda otlayan bir keçisi var idi.

Sərkərdə və prezidentDwight D. Eisenhower böyük həvəskar və yemək ustası idi. O hətta tərəvəz şorbasının reseptini də hazırlamışdı.

Con Kennedi ABŞ tarixində boyscout (izçi oğlan) olan ilk prezident olub.

Lindon Conson öz işçilərinə və ziyarətçilərinə hədiyyələr verməyi sevirdi və o elektrikli diş fırçalarını hədiyyə etməyi sevirdi. Consonun tərcümeyi-halını yazan müəllif 10 il ərzində ondan 12 fırça hədiyyə almışdı.

Riçard Nikson öz otağını qızdırmaq üçün buxarlı qızdırıcıdan imtina edərək buxarıdan istifadə edirdi.

Cerald Fordun 12 yaşı olduqda valideynləri onu övladlığa götürdüklərini etiraf edirlər.

Cimmi Karter ABŞ tarixində tarixi roman (“The Hornet´s Nest”) nəşr edən ilk prezidentdir. Baxmayaraq ki, Karter bu romanı Ağ Evdən getdikdən sonra yazmışdı.

Ronald Reyqan Ağ Evin “20 illik lənət”inin öhdəsindən gəlməsi ilə məşhur oldu. Bu lənətə görə sonu sıfır ilə bitən ildə prezident seçilən şəxs prezidentlik müddəti başa çatmadan həlak olur.

Ata Corc Buş meksikan və çin mətbəxini sevməsi ilə məşhur idi. Lakin buna baxmayaraq o heç vaxt brokoli yeməyib.

Bill Klinton öz pişiyi Soks üçün xüsusi internet sayt açmağı əmr etmişdi.

Oğul Corc Buş və onun yoldaşı Lora öz tanışlıqlarının üçüncü günü ailə həyatı qurmuşlar.

Mənbə:i bankir saytı

  • Teqlər:
  • ABŞ prezidentləri
  • , maraqlı fakt
  • , ABŞ prezidenti
  • , bilirsinizmi?
  • , maraqlı faktlar
  • , tarixi faktlar
  • , məşhurlar
  • , tarixi fakt
  • , qəribə deyilmi?

Xankəndi

Barak Obama da daxil olmaqla Amerika Birləşmiş Ştatlarının bütün prezidentləri İngiltərə kralı John Lackland-in soyundandırlar və biri-birilərilə yaxın-uzaq qohumdurlar. Təkcə, 8-ci prezident Martin Van Byürendən başqa.

Məlumdur ki, ABŞ prezidentlərinin ulu babaları John Lackland dünya tarixində “Şirürəkli Riçard” kimi məşhur olan ingilis kralı II Henrixin qardaşı olub. Əfsanəyə görə, Robin Qudun mübarizə apardığı kral da, elə o olub.

Vikipediyaya inansaq, qohum prezidentlər arasında öz nəsil-nəcabətilə ən çox diqqət çəkən Barak Obamadır. O, İrlandiya kralı Brayn Bor (Brian Bor), İngiltərə kralı Conun nəvəsi I Eduard və Şotlandiya kralı I Vilhelmin nəslindəndir.

Nüfuzlu genosiyasi güclər Amerika prezidenti Barak Obamanın ana tərəfdən Dan (Dun) qəbiləsindən olduğunu bildirirlər. Elə anasının soyadı (Ann Dunham) da Amerika prezidentinin semit-hamit, Afro-Asiya kökənli olduğunu açıq-aşkar sübut edir.
Bəs görəsən, qara dərili bir afro-amerikan necə oldu ki, bu qədər uğur qazana bildi? Özü də prezident kimi.

Xüsusilə qeyd etmək lazımdır ki, daim əzilən afro-amerikanların böyük əksəriyyətindən fərqli olaraq Barak Obamanın damarlarında bir damcı da olsun Amerikanın qaradərili qullarının qanı yoxdur. Məsələ burasındadır ki, Barak Obamanın ana tərəfindən olan əcdadları – Edward Fitz Randolph (1607—1684/5) və Martha Eltonhed (1628-1689) Kiyev knyazı Müdrik Yaroslavın (978 — 1054) soyundan olan Şotlandiya kralı I Vilhelm (1143 — 1214) və İngiltərə Kralı I Edvardın (1239 — 1307) nəslindən olublar. Bundan başqa Obamanın əcdadları sırasında İngiltərə kralı Böyük Alfred (849 — 899) və hətta Frank kralı Böyük Karlın adı var.

Ümumiyyətlə, Amerikanın biri-birinə qohum 43 prezidentindən 24-ü bir nəfərin – Böyük Karlın, 19-u isə birbaşa olaraq İngiltərə kralı III Edvardın soyundandırlar.
Necə ola bilər ki, 1776-cı ildə müstəqilliyini elan edərək Avropa monarxiyasından uzaqlaşan Amerikanın hər bir prezidenti Avropa monarxlarının nəslindən olsun? Əgər ABŞ prezidentləri həqiqətən də, hal-hazırda iddia edildiyi kimi, demokratiya yolu ilə seçilirlərsə, onda seçim hər dəfə ingilis və fransız kralları sülaləsinin təmsilçilərinin xeyrinə olmamalı idi. Araşdırmaların nəticəsi isə onu göstərir ki, ABŞ-da prezident seçkiləri heç də demokratik deyilmiş. ABŞ prezidentləri Avropa monarxiyalarının təmsilçiləri kimi “Kral sülaləsi”ndəndirlər. Yəni, Amerikada monarxiya var və kökləri Avropaya dayanır.

ABŞ prezidentlərinin “Kral sülaləsinin prezidentləri” olduğunu Devid Ayk, Maykl Tsarion və Frits Sprinqmayer kimi araşdırmaçılar elmi, tarixi-genealoji faktlara əsaslanaraq, sənədlərlə təsdiq edirlər. Bu sülaləni həm də “13 illuminati ailəsi”nin Merovinq və ya Vindsor- Buş qolu adlandırırlar.

Təkcə Corc Ulliam Buşun 16 keçmiş prezidentlə – Corc Vaşinqton, Milard Filmora, Franklin Pirs, Abraham Linkoln, Uillis Qrant, Rezerford Heyz, Ceyms Qarfild, Qrover Klivlend, Tedi Ruzvelt, Vilyam Taft, Kalvin Kulic, Herbert Huver, Franklin D. Ruzvelt, Riçard Nikson və Cerald Fordla birbaşa qohumluğu var. Albaniya kralı ilə də yaxın bağları olan Buşun Britaniya kral ailəsinin Vindzorlar Evindən olan hər bir üzvünə qohumluğu çatır. O, 20 Britaniya hersoqu ilə eyni geni daşıyır. Bundan başqa Britaniya kraliçası Yelizavetta və onun anası ilə 13-cü nəsil qohumudur. Onun əcdadları kral III Henri, II Karl və I Eduarddır.

Corc Buş həm də Con Kerinin uzaqdan-uzağa əmisi oğludur. Con Keri kral II Henri və “Şir ürəkli” Riçardın nəslindəndir. Corc Buş qədər olmasa da, onun “royallar”a, Albaniya, İsveç, Norveç, Danimarka, Rusiya, Persiya və Fransa kralliyyətlərinin üzvlərinə qohumluğu çatır. İngilis və fransız monarxlarının övladları olan Buş və Keri qardaşları həmçinin, “Kəllə və sümüklər” gizli tələbə cəmiyyətinin “gizli qardaşları” kimi də tanınırlar. Bu cəmiyyət 1832-ci ildə Vilyam Huntinqton Rasel və Alfonso Taft tərəfindən Yel Universitetində yaradılıb. Corc Buş və Con Kerri 2004-cü ildə prezident seçkilərində rəqib olsalar da, eyni təşkilatda olduqlarını heç kim bilmirdi.

“Kəllə və Sümüklər” təşkilatının mərkəzi binası məzar adlanır. Bu binanın pəncərələri olmur və təşkilat üzvləri əsas prosesləri burdan idarə edirlər. “Kəllə və Sümüklər”in İllüminatlar və Masonluq kimi gizli cəmiyyətlərin fəaliyyətlərindən təsirləndiyi ehtimal edilir. Hətta bəzi iddialara görə, “Kəllə və Sümüklər”, əsasən, Avropada fəaliyyət göstərən İllüminatlar gizli cəmiyyətinin ABŞ qanadını təşkil edir.

Corc Buşun gizli qohumları siyahısı təkcə Con Keri ilə yekunlaşmır. Keridən əvvəl, hələ 2000-ci ildə prezidentlik uğrunda yarışlarda məğlub etdiyi Albert Qor da onun qohumu imiş. Albert Qorun I Eduardın, Roma imperatorları I və II Lyudviq, II Karl və birbaşa olaraq Böyük Karlın nəslindən gəlməsi onu Riçard Nikson və Corc Buşun uzaq qohumu edir. Bununla da məlum olur ki, 2000 və 2004-cü ildə Buşa qarşı olan demokrat namizədlər əslində onun əmisi uşaqları olub.

Tarix boyu ABŞ-da prezidentlik uğrunda yarışan hər iki namizəd kral nəslinin varisləri olub. Belə ki, Ağ Evə prezident qismində daxil olmağa çalışan istənilən namizədin kral nəslindən olması hər zaman vacib nüans olub.
Kral sülaləsi üzvlərini süni-siyasi Amerika dixotomiyası (- iki hissəyə bölmə – bu cür bölmə əməliyyatı gen konsepsiyasını təyin etmək vacib olduğu hallarda həyata keçirilir. Burada namizədlərin hər ikisinin kral geni daşıması vacibdir, -red.) vasitəsilə hakimiyyətə gətirməklə, köhnə monarxlar demokratik seçkilər pərdəsi altında öz taxt-tac hüquqlarını təmin ediblər. Hələ 1996-cı ildə bu cür taktikanın şahidi olmuşuq. O vaxt demokrat Bill Klintonun məğlub etdiyi respublikaçı Bob Doul onun doğmaca əmisi oğlu idi.

Ənənə bu gün də davam edir; ABŞ prezidentliyinə iki rəqib namizədlər, Hillari Klinton və Donald Trump da kral nəslindəndir. Son zamanlar ABŞ mətbuatında bunu təsdiq edən xəbərlər yayılıb. Bildirilir ki, Donald Tramp ana , Hillari Klinton isə ata tərəfdən biri-birilərinə qohumdurlar.

Tramp və Hillari İngiltərə kralı III Edvardın oğlu 1-ci Lankaster hersoqu Conun (John of Gaunt) 19-ci nəsilindən olan nəvələridir. Daha dəqiq desək, geriyə sayanda Trampın 17-ci babası Con Bofort (John Beaufort) və Klintonun 17-ci nənəsi Coan Bofort İngiltərə şahzadəsi Con Qontun 3-cü rəsmi nigahlı həyat yoldaşı Katrin Svinforddan olan övladlarıdır. Onu da qeyd edək ki, Katrin şahzadə Con Qontun qulluqçusu olub. Bundan başqa Trampla Hillarinin 18 ortaq nənə-babası var. Bununla demək olar ki, onlar “18 qat”qohumdurlar.

Kral geni daşıyanlar iddia edirlər ki, onların əcdadları qədim dünya allahları olub. Onlar bir qayda olaraq qanlarının başqa qana qarışmasını istəmirdilər. Maraqlıdır ki, Amerikanın illüminatlar ailəsi və hakim elita da belə düşünür. Qədim Şumer, Babil, Misir rəhbərləri isə əksinə Avropaya can ataraq genlərinin kral geni ilə qarışmasını istəyirdilər. Çünki, onlar Britaniya üzərindən Avropanı və dünyanın bir çox ölkələrini idarə etmək məqsədi güdürdülər. Bir sözlə açıq kral sülaləsi diktaturası hökm sürürdü. İnsanlar bunun fərqinə varıb etiraz səslərini qaldıranda kral elitası “saman altından su yertiməyə” başlayır, müasir cəmiyyət üzərində nəzarəti ələ keçirirdi.

Pis cəhətdən üstün olan bütün ABŞ prezidentləri

Amerika Birləşmiş Ştatlarında Prezidentin ofisi (dövlət başçısı və Dəniz Qüvvələri və Ordunun baş komandanı) 1787-ci ildə Konstitusiya qəbul edildikdən sonra tətbiq olundu. O andan 2016-cı ilədək 43 nəfər bu yazıya qatılmağı bacardı. ABŞ-da xüsusi vəziyyət olduğu təqdirdə, bu vəzifəni ABŞ Konqresinin (Senatın) yuxarı palatasının “sükanı” nda olan əyalətdəki 2-ci şəxs – vitse-prezident ala bilər.Bütün bunlar, əlbəttə ki, formal xarakter daşıyır, lakin mövcud hökmdarların qəfil ölümü halları mövcuddur və ya ölkədə mövcud ABŞ prezidentinin impiçmenti və ya istefası məsələsi ortaya çıxa bilər.

Tarixdə iki əsrdən çox bir müddətdə bütün ABŞ prezidentləri fərqləndilər. Kimsə özlərini ən yaxşı tərəfdən, bəziləri isə pis tərəfdən göstərdi. Beləliklə, burada reytinq cədvəli ən pis əməllərə və əməllərə əsaslanan ABŞ prezidentləri. Bu siyahıda həm də qeyri-peşəkarlıqları və ya şərtlərin taleyüklü təsadüfləri səbəbi ilə vəzifələrində çox uzun müddət dayanmayan siyasətçilər var.

William Henry Garrison

Bu sıradakı yerlərdən birini tarixin ən qısa hökmdarı olmuş ABŞ-ın 9-cu prezidenti, bədnam Henry Harrison tutur. Qarnizon andiçmə mərasimi münasibətilə 2 saatlıq nitq hazırladı. O gün hava yağışlı və buludlu idi və prinsipial prezident nitqi tam oxuyana qədər kürsüdən ayrılmadı. Dəriyə batırıldı və ağır xəstələndi və bir ay sonra qəflətən bundan öldü. Beləliklə, vəzifəsində olarkən dünyasını dəyişən ilk məşhur prezident oldu.

Zachary Taylor

ABŞ-ın 12-ci Prezidenti Zachary Taylor ən passiv hökmdar kimi xatırlanır. Siyasətə az marağı vardı və dini inancına dair and içmədi, çünki andiçmə günü protestant inancına görə “istirahət günü” nə düşdü. Orduda xidmət edərkən də nadir hallarda hərbi forma geyirdi və bir vaxtlar həmkarları onu sadə bir kəndli kimi səhv salıb onu torpağı qazmağa göndərdilər. Əslində, bir ildən biraz çox müddət vəzifədə keçirərək müvafiq səlahiyyət almadı. Və 1850-ci ildə ya zəhərlənərək ya da xəstələnərək naməlum şəraitdə öldü.

Jimmy Carter

1977-ci ildə əksər amerikalıların özlərinə aid olduğuna inanmasına baxmayaraq Panama Kanalını Panamalılara verməklə fərqləndi.

Bir az sonra İranda neftin bahalaşmasına və nəticədə ortaya çıxan bütün problemlərə səbəb olan bir inqilab baş verdi və bu, Carter üçün ən pis an deyildi. 1979-cu ildə İrandakı tələbələr ABŞ-ın Tehrandakı səfirliyini götürdülər və təsadüfən o vaxt Nyu-Yorkda olan Şahın ekstradisiyası da daxil olmaqla tələblərini irəli sürdülər. Carter’ın məhbusları azad etmək üçün planladığı əməliyyat planlaşdırıldığı kimi getmədi və nəticədə uğursuz oldu. Karterə hakim olan nifrət üzündən girovlar yalnız bir il sonra, Ronald Reyqan hakimiyyətə gəldikdə sərbəst buraxıldı.

Lyndon Johnson

Ümumiyyətlə, ABŞ prezidentləri bir mərasimlə and içdilər, ancaq vitse-prezident Johnson, prezident John F. Kennedy-nin öldürülməsindən sonra elə həmin gün prezident təyyarəsində and içməli oldu. Hökmranlığı dövründə Lyndon, Vyetnamdakı mənfəətli və uzun sürən müharibəyə girdi, Dominik Respublikasına qoşun göndərdi və bu da reytinqinə son dərəcə mənfi təsir etdi. 1968-ci ildə belə bir ünə sahib olan Johnson, növbəti müddət üçün namizədliyini verməyə başlamadı, ancaq Texasın bir ətraf bölgəsinə yola düşməyi və xatirələrini qalan günlərinə yazmağı seçdi.

Richard Nixon

Ümumiyyətlə, 31-ci prezident Nixon o qədər də pis deyildi. Onun hesabına Çin Respublikası ilə qurulmuş əlaqələr və Sovet İttifaqı ilə bir sıra əhəmiyyətli müqavilələr və Vyetnamdan qoşunların çıxarılması mövcuddur.

Watergate Otelindəki siyasi qalmaqal olmasaydı, prezident Nixon siyahımızda ola bilməzdi. Kütləvi bir dissonans almış jurnalistlərin məlumatlarına görə, prezident aparatı eyni oteldə dinləmə cihazının quraşdırılmasında iştirak edib. Xəcalətdən qaçmaq mümkün olmadı və iş tarixdəki ilk və sonuncunun hazırkı prezidentin istefası ilə sona çatdı.

Franklin Pierce

Kağız bir kağız olmadan yaxşı danışa bilməsi ilə yadda qaldı, baxmayaraq ki, polemika istəyi, tez-tez alkoqol istifadəsi ilə yaxşı dəstəkləndi.Dövlətlərin ərazisini genişləndirmək niyyətini gizlətməməsi və köləliyi dəstəkləməsi ilə seçilir. Nikaraguadakı diktaturanın qorunması və Kubanı İspaniyadan almaq uğursuz bir cəhdlə günahlandırdı.

Gerald Ford

Ford elə bir ün qazanmağı bacardı ki, həyatına iki dəfə cəhd edildi və hər iki dəfə də uğursuz qatillər qadın idi. ABŞ prezidentlərinin hamısı belə “ləyaqəti” ilə öyünə bilməz. İqtisadi böhrandan və digər şeylər arasında Vyetnam müharibəsindəki məğlubiyyətdən təsirləndi.

Bu cür uğursuzluq lağ və hər yerdə səslənən bir çox zarafat mövzusu oldu.

ABŞ prezidentlərinin hamısı özlərinə qarşı bu cür mənfi münasibətə layiq deyillər. Bu vəzifəni tutan ilk şəxs Corc Vaşinqton, Amerikanı dünya arenasında gücləndirmək üçün çox şey etdi. Washington sayəsində prezidentlik institutu və digər səlahiyyətlilər fəaliyyət göstərir. George W. idi. adını daşıyan dövlət paytaxtını tikdi.

Məsələn, Franklin Ruzvelt – ardıcıl 4 müddətə seçilən və 1933-1945-ci illərdə bu vəzifəni tutan ABŞ Prezidenti Franklin Ruzvelt dünya tarixində əhəmiyyətli olan bir sıra mühüm islahatlar həyata keçirdi. Siyahıda 32-ci yerdədir və Böyük Depressiya dövründə hakimiyyətə gəlməsinə baxmayaraq Sovet İttifaqı ilə münasibətləri yaxşılaşdırdı və faşizmə və onun nəticələrinə qarşı mübarizəyə böyük töhfə verdi. O, sələflərindən heç biri kimi xalqa yaxın deyildi. Ehtiyacı olanlara kömək etməyə böyük əhəmiyyət verən Amerika Birləşmiş Ştatları Prezidenti Roosevelt, əkinçiliyi və sənayeni bərpa etmək üçün uğurlu cəhdlər göstərdi. Uzun illərdən bəri ilk dəfə sosial təminat sistemimiz problemsiz işləməyə başladı.

Buna baxmayaraq, “ən pis” siyahı bu günə qədər böyüməyə davam edir (məqalənin dərc olunduğu anda Obamanın ABŞ Prezidenti olduğunu xatırlayın) və kimin özü ilə davamçılarının gələcəkdə necə fərqlənə biləcəyini bilir.

Comments are closed, but trackbacks and pingbacks are open.