Press "Enter" to skip to content

Abş tarixi aydin

Həqiqəti gizlətməyənlərin yazdıqlarını kütləviləşdirmək və insanlara duyurmaq lazımdır, bu insanların xarici təhdidlərə qarşı daha sayıq olması ilə nəticələnir.

Gürcüstan prezidenti ABŞ-da görüşlərini ləğv edib – Əhaliyə müraciət ediləcək

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidəki mitinqlərə görə Nyu-Yorkdakı görüşlərini ləğv edib.

Bu barədə Gürcüstan prezidentinin administrasiyası məlumat verib.

Bildirilib ki, prezident əhaliyə müraciət edəcək.

Tarix: 7 Mart 2023, 23:19
Xəbər lenti

  • Baş Prokurorluq Bakıdakı silahlı insidentlə bağlı məlumat yaydı 10 Mart 15:17
  • Bakıda üç nəfərin güllələnməsi ilə bağlı yeni detal – GÖRÜNTÜLƏR 10 Mart 15:05
  • Bakıda silahlı insident: Güllələnənlər var – YENİLƏNDİ 10 Mart 14:58
  • Binalarda yaşayanların əksəriyyəti köçmək istəyir 10 Mart 14:53
  • “Uber” və “Bolt”un sərnişinlərə əxlaqsız təkliflər edən 10 sürücüsü tutulub – VİDEO 10 Mart 14:47
  • ETSN: 2050-ci ilə qədər Azərbaycanın su ehtiyatı 15-20 faizə qədər azalacaq 10 Mart 14:39
  • Vahid Hacıyev: “Qubadlı, Cəbrayıl və Zəngilanda bir neçə kəndin tikintisinə başlanılacaq” 10 Mart 14:35
  • Bakı həbsxanasında 3 məhkum öldü 10 Mart 14:32
  • Gürcüstan parlamenti qarşısındakı etiraz aksiyaları başa çatıb 10 Mart 14:09
  • Deputat: “Azərbaycanda ölüm hökmü ləğv edilməyib, sadəcə, tətbiqinə moratorium qoyulub” 10 Mart 13:52
  • Ermənistan hələ də VoMA və POGA qruplaşmalarını ləğv etməyib – Ceyhun Bayramov 10 Mart 13:38
  • Pensiya ilə bağlı yeni xəbər 10 Mart 13:25
  • Uçot dərəcəsi artırılırsa, ölkəyə xaricdən gətirilən məhsullar bahalaşa bilər – AÇIQLAMA 10 Mart 13:18
  • Azərbaycan XİN Almaniyaya başsağlığı verib 10 Mart 13:13
  • “Qadınlar da, kişilər də azadlıqdan sui-istifadə edib, hər şey edirlər” – Seyran Səxavət 10 Mart 13:11
  • Ceyhun Bayramovun BƏM-in qərarı ilə bağlı Baş katibə ünvanlandığı məktub BMT sənədi kimi yayılıb 10 Mart 12:57
  • Sabah bəzi yerlərdə 22 dərəcə isti olacaq 10 Mart 12:52
  • Qlobal Bakı Forumu ölkəmizin dünya siyasətindəki gücünün ən mühüm göstəricisidir 10 Mart 12:40
  • Azərbaycan yeməklərinin reyestri hazırlanacaq 10 Mart 12:35
  • İranda itkin düşən Fərid Səfərli ilə bağlı yeni detallar: “Sevdiyi xanım milliyyətcə. ” 10 Mart 12:34
  • Hacı Şahini əvəzləyən Elbrus Kərimov kimdir? – YENİ MƏLUMATLAR 10 Mart 12:34
  • Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı oldu 10 Mart 12:29
  • Qəşəm Nəcəfzadə: “Əkrəm Əylislinin “Daş yuxular”ının nə insanlığa dəxli var, nə də ədəbiyyata. ” 10 Mart 12:18
  • “Heç vaxt, kimsə buna cəsarət edə bilməz” – Ramiz Rzayevdən sərt AÇIQLAMALAR 10 Mart 12:14
  • Filmlərin ödəniş qrupunun müəyyənləşdirilməsi üçün yaradılan komissiyanın tərkibi genişləndi 10 Mart 12:07
  • Qarabağ və Şərqi Zəngəzurda tikintiyə dair xidmət haqlarının məbləğləri müəyyənləşdi 10 Mart 12:05
  • Eldar Əzizov ona yeni vəzifə verdi 10 Mart 11:57
  • “Atlas Medical Center” məhkəməyə verildi 10 Mart 11:52
  • Azərbaycanda yaxın günlərdə dağıdıcı zəlzələ gözlənilir? 10 Mart 11:51
  • Dövlət qurumu reklam şirkətini məhkəyə verdi 10 Mart 11:47
  • Kəmaləddin Heydərov polkovnik-leytenanta yüksək VƏZİFƏ VERDİ 10 Mart 11:31
  • “Qaçqınkom”la bağlı QƏRAR 10 Mart 11:24
  • Cavid Osmanov: “Hansısa ölkədə mitinq keçirilirsə, dərhal onu nümunə gətirirlər. ” 10 Mart 11:09
  • Mebel aksesuarları mağazası ƏƏSM-ni məhkəməyə verdi 10 Mart 11:08
  • Avropa Şurasına üzv ölkəni hansısa qeyri-demokratik rejimlərə bir sıraya qoymaq ədalətsizlikdir – Naqif Həmzəyev 10 Mart 10:58
  • Ramiz Rzayev getdi: Növbədə Ədliyyə Nazirliyidir. 10 Mart 10:41
  • Prezident İlham Əliyev İsrailin sabiq kəşfiyyat nazirini qəbul etdi 10 Mart 10:38
  • Ali Məhkəmədə işləmək istəyənlərin nəzərinə 10 Mart 10:35
  • Usubovun qardaşı oğlu işdən çıxarıldı, Zalovun kürəkəni gətirildi 10 Mart 10:25
  • Azərbaycanda səfərdə olan NATO-nun nümayəndə heyəti hərbi hissəsini ziyarət edib 10 Mart 10:05
  • Bakıda polis əməliyyat keçirdi, narkotacirlər tutuldu 10 Mart 09:57
  • Naxçıvanın keçmiş rəhbəri vəfat etdi – FOTO 10 Mart 09:36
  • Elton Hüseynəliyevə ağır itki 10 Mart 09:35
  • Pensiya alanlara mühüm xəbər 10 Mart 09:29
  • “Lukoil”in yanında ana ilə oğulun qəzaya düşdüyü hadisə ilə bağlı cinayət işi açıldı 10 Mart 09:28
  • Eldar Mahmudovun bankir qudası 8 il sonra azadlığa çıxır 10 Mart 09:22
  • Deputat: “Hacı Şahinin məzarının ziyarətgaha çevriləcəyi ilə bağlı açıqlamalar həm də siyasi məqsəd daşıyır” 10 Mart 09:18
  • Xankəndi-Laçın yolunda aksiya: Etirazçılar 89 gündür yüksək fəallıq nümayiş etdirirlər 10 Mart 09:09
  • Firdovsi Əliyev vəzifəsindən pensiya yaşı çatmamış niyə azad edilib? – MÜƏMMA 10 Mart 08:55
  • “Google”dan tərcümə ilə bağlı möhtəşəm yenilik – FOTO 10 Mart 08:46
  • Tahir Kərimlinin qaldırdığı məsələlərin əksəriyyətinə hökumətin hesabatında cavab verilib 10 Mart 08:46
  • Ramiz Zeynalovun qardaşı oğlunun 4,3 milyon manatını mənimsəməkdə təqsirləndirilən şəxslə bağlı qərar verildi 10 Mart 08:39
  • Villasını indi çadır əvəz eləyir – 20 mağazası, 8 evi dağıldı – VİDEO 10 Mart 08:37
  • Bakıda qadın gecə klubunda bıçaqlanıb 10 Mart 08:30
  • Qadını amansızlıqla öldürən rəfiqələrlə bağlı QƏRAR 10 Mart 08:26
  • Azərbaycanda avtomobillərin qiyməti qalxır? 10 Mart 08:20
  • Ləğv prosesində olan bankın iddiası ilə bağlı ekspertiza təyin edildi 10 Mart 08:18
  • Si Cinpin üçüncü dəfə Çin Xalq Respublikasının Sədri seçildi 10 Mart 08:15
  • Gömrük Komitəsinin zabiti və tələbəni “KamAZ”la vuraraq öldürən şəxsdən xəbər var 10 Mart 08:12
  • Həyat yoldaşını öldürən ər: “Onun xəyanət etməsindən şübhələndim. ” 10 Mart 08:05
  • Səhnədə bıçaqlandı, diskotekanı Azərbaycana gətirdi – Niyaməddin Musayev haqqında faktlar 10 Mart 01:19
  • Azərbaycanda idman klubunun prezidentinə cinayət işi açıldı 10 Mart 01:15
  • Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun atəşkəsi pozması xəbəri yalandır 10 Mart 00:03
  • Türkiyədə daha bir zəlzələ 9 Mart 23:53
  • Tbilisidə etiraz aksiyası davam edir 9 Mart 23:27
  • Naxçıvan Baş Gömrük idarəsinin yeni rəisi Vüqar Əliyev kimdir? – DOSYE 9 Mart 22:48
  • Hacı Şahinin məzarı ziyarət üçün bağlandı 9 Mart 22:26
  • Vüqar Əliyevə yüksək vəzifə verildi 9 Mart 21:27
  • Kəramət Böyükçöl: “Bəxtiyarın mənsub olduğu şəbəkə seks kompramatlar, materiallar toplamaqla məşhur olan bir çevrədir” 9 Mart 20:50
  • Məmurlara ölüm cəzasını nəzərdə tutan qanun imzalandı 9 Mart 20:22
  • Azərbaycan XİN İrana nota verdi 9 Mart 20:21
  • Sumqayıtda 7 gün əvvəl yaranan şirkət 300 minlik tenderi necə udub? – Təfərrüat 9 Mart 19:57
  • MEDİA: “Freedom House” Azərbaycanda medianın vəziyyəti ilə bağlı reallıqdan uzaq, qərəzli münasibətini bir daha nümayiş etdirib 9 Mart 19:54
  • Azərbaycanda məşhur sahibkarın pulları müsadirə edildi – “ABC”, “Eko”, “Payt” saxta imiş. 9 Mart 19:44
  • Bəxtiyar Hacıyevdən yazışmalarla bağlı açıqlama: “Məyusam” 9 Mart 19:29
  • Şeyx Hacı Şahinin anım mərasimində – FOTO 9 Mart 19:24
  • Ceyhun Bayramov Qazaxıstanın informasiya və sosial inkişaf naziri ilə görüşdü 9 Mart 19:16
  • Eldar Əzizov onu vəzifəsindən azad etdi 9 Mart 19:14
  • “Online” oyunda 800 manat uduzan şagird özünü hündürlükdən atıb 9 Mart 19:09
  • Hacı Şahini o əvəz edəcək – FOTO 9 Mart 18:50
  • X Qlobal Bakı Forumunun açılış sessiyası başa çatıb, panel iclaslar keçirilib – YENİLƏNDİ 9 Mart 18:37
  • Hicran Hüseynova: “Bakıda bir qrup qadının keçirdiyi aksiya populist xarakter daşıyır və siyasi maraqlar güdülür” 9 Mart 18:26
  • İlham Əliyevin 8 yaşında çəkdiyi şəkil və yazdığı təbrik –DTK-nın sədr müavini Sviqunun nəvəsindən PAYLAŞIM 9 Mart 18:09
  • Operativ Qərargah məlumat yaydı 9 Mart 18:08
  • “Hacı Şahini 40 gün sonra unutmalıyıq” 9 Mart 18:02
  • İran Qarabağı Suriyaya çevirmək istəyir — “4 min silahlı göndərir” 9 Mart 17:42
  • İyirmidən çox polis daxili işlər orqanlarında xidmətdən xaric olunub 9 Mart 17:27
  • Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib 9 Mart 17:23
  • Yol qəzası törədib qaçan biznesmen CANINA QIYDI 9 Mart 17:23
  • Bakıda dostunu öldürən: “İçdik, ailə üzvlərimi söydü, mən də bıçaqladım” 9 Mart 17:14
  • Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul etdi – YENİLƏNDİ 9 Mart 17:05
  • Bu tələbələrin hər birinə 200 manat aylıq təqaüd verilir 9 Mart 17:00
  • İlham Əliyev BMT-nin İİV üzrə Birgə Proqramının icraçı direktorunu qəbul etdi – YENİLƏNDİ 9 Mart 16:46
  • Azərbaycanda qəbiristanlıqlar niyə qaranlığa qərq olub? – AÇIQLAMA 9 Mart 16:43
  • Mayın 1-dən quru sərhədlər açılacaq? 9 Mart 16:32
  • Prezident fərman imzaladı 9 Mart 16:30
  • Sumqayıtda 7 gün əvvəl yaranan şirkət 300 minlik tenderi necə udub? – TƏFƏRRÜAT 9 Mart 16:17
  • “Kişi pişik kimidir, nə qədər sığal çəkəcəksən, yanında qalacaq“ – Mübahisə 9 Mart 16:15
  • Azərbaycanda qalmaqallı vəzifəli şəxs işdən çıxarıldı 9 Mart 16:12
  • Prezident İslam Araşdırmalar Mərkəzinin sədrini qəbul etdi – YENİLƏNDİ 9 Mart 16:09
  • Azərbaycan-NATO hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olundu 9 Mart 15:41
  • “3-4 dəfə doğurlar, sonra kişilərin arxasınca düşürlər ki, aliment ver. ” 9 Mart 15:38
  • Cəriməyə görə polis tərəfindən saxlanılan şəxs qəfil öldü – VİDEO 9 Mart 15:23
  • Bakıda yanğın oldu 9 Mart 15:19
  • Türkiyədə seçkilərə hansı tərəf daha çox hazırdır: iqtidar, yoxsa müxalifət? 9 Mart 15:09
  • Ümid Partiyası İqbal Ağazadənin iş otağına mobil telefonla, gödəkçə ilə girməyi qadağan edib – “Niyə sizin zənglərinizə qulaq asmalıyam?” 9 Mart 14:56
  • “Danışığıma lağ edənlər paxıllığımı çəkir, yenə evdən işləyirəm” 9 Mart 14:32
  • Deputat: “Gender bərabərliyi qorunmursa, bu, bir növ cəmiyyətin özünün yaşatdığı ənənədir” 9 Mart 14:29
  • Tərtərdə azad edilmiş ərazidə 34 yaşlı şəxs minaya düşdü 9 Mart 14:19
  • Gömrük polkovnikləri azadlığa buraxıldı 9 Mart 14:16
  • Elşad Miri: “İslam dinində “ziyarətgah” anlayışı yoxdur” 9 Mart 14:00
  • Mütəxəssislərdən həyəcan təbili: “Uşaqlarınızı “McDonalds” yeməklərindən uzaq tutun” – ŞOK SƏBƏBLƏR 9 Mart 13:32
  • Bakıda anasını və bacısını öldürən şəxsin cəzası 18 ilə endirildi 9 Mart 13:23
  • Azərbaycan Prezidenti Forumda beynəlxalq ictimaiyyətə aydın və qətiyyətli mesajlar verdi 9 Mart 13:21
  • “Ermənistan Avropa İttifaqının mülki missiyasında yanlış rəy formalaşdırmağa cəhd edir” – Müdafiə Nazirliyi 9 Mart 13:12
  • “Əks təqdirdə, qoca “Qafqaz tülküsü” “parçala, hökm et” metodları ilə ölkəni öz şəxsi mülkü kimi girovluğunda saxlamağa davam edəcək” 9 Mart 13:09
  • MN: Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaqla bölgədə süni gərginlik yaratmağa çalışır 9 Mart 13:03
  • Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni dələduzluq üsulları aşkar edib 9 Mart 12:58
  • Professor: Dünyanın üz-üzə qaldığı təhdidlərdən çıxış yolları bu Forumda tapılacaq 9 Mart 12:53
  • Azərbaycanda şəhid və şəhid ailələrinin maliyyələşdirilməsi qaydası dəyişib 9 Mart 12:42
  • Prezident: Ötən il Azərbaycan vasitəsilə tranzit 75 faizdən çox artıb 9 Mart 12:37
  • Sabahın hava proqnozu açıqlandı 9 Mart 12:35
  • Dollar bahalaşır, manatı nə gözləyir? – AÇIQLAMA 9 Mart 12:33
  • Kişi evdə ona deyinən arvadının gözünə yumruqla vurdu, məhkəmə cəza verdi 9 Mart 12:30
  • Prezident İlham Əliyev: Azərbaycan yaşıl hidrogen ixrac etməyi planlaşdırır 9 Mart 12:28
  • Rüfət Quliyev: “Azərbaycanda radikal müxalifət istəyir ki, insanlar ayağa qalxsın, bir-birini tapdalasınlar, müsibət olsun. ” 9 Mart 12:25
  • Aybəniz Kosayeva dünyasını dəyişdi 9 Mart 12:25
  • Azərbaycanın Əməkdar müəllimi vəfat etdi – FOTO 9 Mart 12:16
  • Prezident İlham Əliyev: Boru kəmərlərimiz vasitəsilə enerji bazarında vəziyyəti dəyişmişik 9 Mart 12:16
  • Adil Əliyevin təşəbbüsü ilə Beynəlxalq Qadınlar Günü əlaqədar tədbir keçirilib 9 Mart 12:14
  • Müəllimlərin maaşları artırıldı 9 Mart 12:11
  • Ədliyyə Nazirliyi məhkəməyə verildi 9 Mart 12:06
  • Azərbaycan vətəndaşı xanıma görə Almaniyadan İrana getdi, yoxa çıxdı 9 Mart 12:03
  • Bu şəxslərin maaşları artırıldı 9 Mart 11:57
  • “Azəriqaz” məhkəməyə verildi 9 Mart 11:42
  • XİN: Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür 9 Mart 11:41
  • Diaqnostik qiymətləndirmədən keçmiş təhsil işçilərinin aylıq vəzifə maaşları dəyişdi 9 Mart 11:41
  • “Avroviziya-2023”-də Azərbaycan təmsilsiçi müəyyən olundu – FOTO 9 Mart 11:38
  • Prezident: Azərbaycanın Avropaya qaz ixracını artırması indiki geosiyasi vəziyyət baxımından çox zəruridir 9 Mart 11:36
  • XİN: Ermənistanın guya Azərbaycanın BƏM-in qərarı yerinə yetirməkdən boyun qaçırmasını iddia etməsi qəbuledilməzdir 9 Mart 11:31
  • Xankəndidə gecə müəmması: divardakı sözləri Azərbaycan kəşfiyyatçıları yazıb? 9 Mart 11:30
  • İlham Əliyev: Biz hər zaman etibarlı tərəfdaş olmuşuq 9 Mart 11:29
  • Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-ə cavab verdi 9 Mart 11:25
  • 8 Mart günü xanımlar arasında dava düşdü – VİDEO 9 Mart 11:20
  • İlham Əliyev: Ölkələr arasındakı mübahisələr ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmalıdır 9 Mart 11:05
  • Prezident: Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq 9 Mart 11:05
  • Dövlət başçısı: Ermənistandan fərqli olaraq, biz hər hansı hərbi cinayət törətməmişik 9 Mart 10:57
  • Ruhlan İsmayılovun gizləndiyi evdən nələr tapılıb? – SİYAHI 9 Mart 10:55
  • Prezident: Ermənistan öz gələcəyini qurmaq şansını əldən buraxıb 9 Mart 10:55
  • Deputat feministlərin aksiyasından danışdı: “Xalqımız kimin kim olduğunu yaxşı bilir” 9 Mart 10:51

Çox oxunanlar

İlham Əliyevin 8 yaşında çəkdiyi şəkil və yazdığı təbrik –DTK-nın sədr müavini Sviqunun nəvəsindən PAYLAŞIM

Xankəndi

Haydeggerin ekzistensional fəlsəfəsində “gizlədilən həqiqətlərin puçluğu” ideyası var. Sonrakı illərin fəlsəfi düşüncə sistemində bu yanaşmaya Mişel Fukoda da rast gəlirik. Dünya informasiya məkanını biryanlı münasibətlərin çevrələdiyi hazırkı dövrdə hər kəs daxildən gələn səsləri ya əngəlləyir, ya da qarşısını almaq və kütləviləşməsinə əngəl olmaq üçün əlaltı media strukturlarından istifadə edir.

Başqa coğrafiyalarda daxili demokratiyadan danışan və başqa ölkələrin daxili işlərini qlobal missiya adı ilə pərdələməyə çalışan qoca imperializmin dişləri öz daxilindəki ədalətsizlikləri işıqlandırmaq istəyənlərə divan tutur. Bütün həyatı sərgərdan olan Culian Assanc və həqiqətləri açıb söyləməyi öz missiyası hesab edən Eduard Snoudenin didərgin salınma örnəkləri sadəcə bir misaldır.

ABŞ tarixini incələyən Hovard Zinnin araşdırmaları insanlardan gizlədilən həqiqətləri üzə çıxarmaqdan ibarət oldu. Albert Kamyunun da söylədiyi kimi, yazılmayanlar yazılmalıdır və indi insanları susdurmaq qeyri-mümkündür.

Beynəlxalq formada kommunizmlə mübarizə ilə maskalanmış güclərin silahlı dəstələri 1963-1973-cü illərdə anti-kommunist ruhlu Güney Vyetnamla birləşərək Vyetnamın şimalında dəhşətli qətliamlar törətdi. Həmin zamanların manşetlərində savaşı başladanlar alqışlanır, mediada piar güclənir, 50 mindən çox günahsız amerikan əsgərinin anası isə övladlarının imperializm uğrunda boşuna fəda olunmağına etiraz edirdi. Amma Dürkheymin yazdığı kimi idi hər şey. Savaşlarda təhrikedicilər daha güclü olur və ədalət axtaran amerikan əsgər valideynlərinin səsinin eşidilməsi üçün tribuna çoxdan yoxa çıxmışdı. Sadəcə bir neçə sol yönümlü qəzet səhifələri qalmışdı ki, sonrakı illərdə onlar da səssiz-səmirsiz sıradan çıxarıldı.

Amerikan tarixinin daha az istismarçı lideri sayılan Duayt Eyzenhauer Vyetnamda solçular və miliyətçilər arasında mübarizə gedən çağlarda bu ölkənin daxili işlərinə qarışmamağı əsas saydı və heç bir müdaxiləyə yol vermədi. Kennedi isə birdən-birə bölgəyə göndərilən ordu mənsublarının sayını 15 minin üzərinə çıxardı. Əslində, məsələ heç də Vyetnamda hansısa sabitlik yaratmaqdan getmirdi. Çünki Hind-Çin bölgəsində üç yeni müstəqil dövlətin- Vyetnam, Laos, Kambociyanın yaranması güclü ölkələrə sərf etmirdi. Azərbaycanla bağlı çıxardığı dört qətnamənin yerinə yetirilməsinə bu günə kimi nail olmağı bacarmayan BMT də tələsik qərar verərək Vyetnamın ikiyə ayrılmasına dəstək vermiş və bir xalqın iki ayrı coğrafiyaları arasındaki ideoloji fərqlərin gələcəkdə yaradacağı vətəndaş qarşıdurmasını analiz etməmişdi.

1964-cü ildə Brinks otelinə edilən bombalı sabotajı Vyetnamlı mücahidlərin üzərinə yıxmağa çalışdılar. Bir il sonra isə artıq ABŞ Vyetnamı bombalamaq üçün hazır vəziyyətdə idi. Beynəlxalq istismara qarşı dirəniş göstərən Güney Vyetnam dövlət rəhbərinin sui-qəsd nəticəsində öldürülməsinin arxasındakı sirr pərdəsi bu günə kimi qalır.

ABŞ-Vyetnam savaşı dünya tarixiniə ən pis mənzərələri açıq-açığına təqdim etdi. Təhlükəli Napalm bombaları geniş tətbiq olundu, insanlar diri-diri yandırıldı, sağ ələ keçirilən vyetnamlı əsgərlər vertolyotlardan qayalara atıldı.

Mənzərə hansısa qorxu filmindəki səhnələrin real inikası idi. Həmin savaşı sonralar dəyərləndirən politoloqlar nasizmdən sonra ağıla gələ biləcək ən pis ssenarilərin bu savaşda baş verdiyini sənədləşdirirdi. Halbuki, Toynbi deyirdi ki, tarixin önündə insanlığı donduracaq çox sürprizlər var.

İllər sonra Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən erməni hücumlarında da yalnız bir xalqın deyil, dünya insanlığının dramı yaşandı. İndi heç kim buna qarşı səs çıxarmır, çünki zamanında özləri etdikləri şeyə görə başqalarını qınamaq demokratiya və insan haqqları pafosuna qətiyyən uyğun gəlmir. Vyetnam savaşda 2 milyondan çox vətəndaşını itirdi, savaşdan geri qayıdan bir çox ordu üzvləri sonralar orada yaşanan faciələri qələmə aldı və bəziləri hətta intihar edərək, arxalarında acı məktublar buraxdı. Hər şeyə rəğmən, Vyetnamın şimal və cənubu 1975-ci ildə birləşməyə nail oldu.

Hovard Zinn Vyetnam savaşıyla xarakterizə olan illəri öz xalqının məsuliyyətsiz rəhbərlər üzündən dünyada etibarını itirməsi kimi dəyərləndirir. Amerikan əsgərlərindən biri öz valideynlərinə Vyetnamdan belə bir məktub göndərmişdi: “Əziz valideynlərim, bizi bir tapşırığa göndərdilər, nə özümlə, nə dostlarımla, nə də ölkəmlə fəxr etmirəm. Bu, bir çox amerikalını əsəbləşdirən və öz ölkəsindən utandıran müharibədir”.

Bir çox tənqidçi Qərb tarixçilərini düşündürən ən əsas sual indi də aktual olaraq qalır. ABŞ niyə o vaxtlar Fransaya yardım etdi? Rəsmi olaraq bunu Asiyada kommunizmin yayılmasına qarşı mücadilə kimi qələmə verirdilər. 1952-ci ildən qalan sənədlərdə Cənub-Şərqi Asiyanın təbii sərvətlərindən bəhs edilir. Kauçuk, neft və qalay ABŞ üçün əhəmiyyətli idi. Elə indi də bütün başqa xalqlara məxsus sərvətlər digərləri üçün cəlbedicidir. 1954-cü ildə ABŞ Xarici İşlər Nazirliyi sənədində belə də deyilirdi: “Əgər Fransa Vyetnamdan həqiqətən çıxmağa qərar versə, ABŞ bu bölgədəki nəzarəti öz əlinə almaq üçün ciddi düşünməli və əməli addımlar atmalıdır.”

Beynəlxalq sülh müqavilələrinə görə ABŞ Cənubi Vyetnama yalnız 685 hərbi məsləhətçi göndərə bilərdi. Amma ABŞ minlərlə əsgər göndərdi və bəziləri partizanlara qarşı dirənişdə hökumətlə əlbir oldu. 1964-cü ildə Conson açıq-açığına dünya mediasına Vyetnamın onların donanmasını torpedo ilə vurduğunu açıqladı. Bu isə yalan idi. Zinn gəminin Vyetnam sahil zolağında MKİ üçün casusluq etdiyini və əslində heç bir hücuma məruz qalmadığını yazır.

Həmin illərin “New York Times” qəzetində yazılanlar qan dondurucu idi: “Delta ovalığında hər iki qolu napalm bombasından yanmış bir qadın var idi, kirpikləri elə pis yanmışdı ki, gözlərini yuma bilmirdi. Qadın həmin hücumda iki uşağını da itirmişdi. Vyetnamda hər gün günahsız insanlar öldürülür”.

Hovard Zinn 1968-ci il qətliamı barədə daha emosiyalı yazır. Həmin ildə Amerika ordusunun bir bölüyü Moy Lay kəndinə hücum etdi. Yaşlılar və uşaqlı qadınlar da daxil olmaqla bütün kəndliləri bir yerə yığdılar. Sonra insanlara xəndəyə girmək əmri verildi və xəndəkdə hamısını güllələdilər. Moy Lay qətliamının günahkarlarından yalnız leytenant Kolliyə ömürlük həbs verildi, amma üç il ev həbsində saxlanıldı.

Vyetnam fəlakəti də bəs etmədi. Həmin vaxt Vyetnam döyüşçülərinə yardım etdiyi üçün qonşu Laos da bombalandı. Sonralar isə, Kambocanın da bombalanması xəbəri mətbuata yayıldı və xalq arasında etiraz səsləri eşidilməyə başlandı.

Lindon Conson Vyetnam savaşında etdiklərinə görə xalq tərəfindən sıxışdırıldı. Prezident hər dəfə görünəndə ona neçə uşaq öldürməsi ilə bağlı suallar verilməyə başlandı. Həmin zamanların tələbə aktivistlərindən ibarət olan SNCC üzvləri ABŞ-ın Vyetnamda etdiklərinə qarşı sərt etirazını bildirirdi. Fəallardan olan Culian Bond müharibə əleyhinə söylədiyi nitqində əsgərlərin geri çağırılmasını istədiyi üçün parlamentdən qovuldu. Martin Lüter Kinq isə öz tarixi üçün utancverici həqiqətləri rəhbərlərin ünvanına səsləndirməyə başlayır. Martin Vyetnamdakı savaşı dəlilik sayırdı. İkinci Dünya Müharibəsində iştirak edən katolik qazi Filip Berriqan müharibənin dayanmağı üçün hərbi şöbədəki sənədləri məhv etdi və həbsə düçar oldu ardınca.

Amerikanın Vyetnamdakı məğlubiyyətinin ən böyük səbəblərindən biri xalqın dəstəyindən məhrum olmağı idi. Xalqı itirənlər həmişə savaşda məğlub olur, axı. Hökumətə yaxın olan insanlar da müharibə əleyhinə çıxışlar etməyə başladı.

Vyetnam qlobal Amerika imperializmi üçün İkinci Dünya Müharibəsindən sonra formalaşan ilk məğlubiyyət oldu. ABŞ sonralar başqa bölgələrdə buna bənzər bir çox hücumlara imza atdı və bu gün də davam edir.

Həqiqəti gizlətməyənlərin yazdıqlarını kütləviləşdirmək və insanlara duyurmaq lazımdır, bu insanların xarici təhdidlərə qarşı daha sayıq olması ilə nəticələnir.

“ABŞ Nəsiminin məzarına bombalar yağdırırdı, bizsə. ” – Alim tarixi FAKTLARI ÜZƏ ÇIXARTDI

Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi böyük dühalar içərisində Nəsiminin adı hər zaman iftixarla çəkilir. Onun poeziyası Tanrının ən böyük möcüzəsi olan insana yüksək qiymət vermək, ona ilahi hisslərlə yanaşaraq ruhunu və cismini incitməmək, düşünən beyinlərə qənim kəsilməmək və s. bu kimi humanist ideyaları tərənnüm yolu ilə təbliğ etmək məqsədi daşıyır.

Nəsiminin söz dünyası zəngin bir xəzinə kimi tükənməzdir. Bu xəzinəyə nə qədər müraciət olunsa da, hələ onun açılmayan üfüqləri var. Nəsimi irsinə müraciət etmək o qədər də asan deyil. Gərək sənətkarda böyük istedad, yüksək peşəkarlıq və Nəsimini duya bilən fəhmi olsun ki, o, dahi şairin adını yaşadacaq dolğun əsər yarada bilsin. Xalq artisti, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadənin “Nəsimi” passionu XXI əsrdə Nəsimiyə ithaf olunan ən möhtəşəm əsərdir.

Müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarından olan görkəmli bəstəkar, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi barədə fikirlərini Publika.az-a bölüşüb.

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsinin əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Cənab prezidentin 2019-cu ili “Nəsimi ili” elan etməsi çox böyük mədəniyyət hadisəsidir. Bu, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar üçün böyük töhfədir. Bir daha aydın olur ki, ölkə başçısının şairlərimizə, bəstəkarlarımıza, musiqimizə və şeiriyyatımıza çox gözəl münasibəti var. O da məlumdur ki, biz Nəsiminin zəngin yaradıcılıq irsini yeni kəşf etmirik. Böyük şəxsiyyət, şair, mütəfəkkir, filosof, hürufizm və sufizm təriqətinin ən görkəmli siması olan Nəsiminin şeirləri və onun ideyaları məni və Azərbaycan bəstəkarlarını həmişə özünə cəlb edib.

Keçən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə möhtəşəm “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” keçirildi. Yüksək səviyyədə təşkil olunan festivalda Fikrət Əmirovun baleti nümayiş olundu. Ümid edirəm ki, növbəti festivallarda mənim əsərlərim səslənəcək.

Yaradıcılığınızda Nəsimi poeziyasına müraciət etmək ehtiyacı nədən yarandı?

– Nəsimi bütün həyatı və yaradıcılığı boyu müqəddəs amalları uğrunda cəmiyyət ilə mübarizə aparıb. Tarix və ilahi ədalət bir daha göstərir ki, bu mübarizədə Nəsimi qələmi qalib gəlib. Nəsimi humanist ideyalar uğrunda apardığı mübarizəsi ilə əbədilik qazanmağa və qəlblərdə yaşamağa nail olub. 1973-cü ildə mütəfəkkir şairin 600 illik yubileyinin, 2017-ci ildə isə vəfatının 600 illiyinin UNESCO səviyyəsində qeyd olunması onun dahiliyinin və əbədiyaşarlığının bariz nümunəsidir.

Nəsimi barədə 3 böyük əsər yazmışam. Onun şeriyyətinə ilk dəfə 1994-cü ildə müraciət etmişəm. Birincisi, “Zikr” əsəridir. Bu əsər Türkdilli ölkələrdə çox məşhurdur. Burada Nəsiminin zikr etməsi tərənnüm olunub. Aygün Bayramova ilə məşqlər apardıq, daha sonra onunla birlikdə Amsterdama yollandıq. O, bu əsəri Amsterdamın möhtəşəm konsert zalında ifa etdi. Eləcə də Londonda, Parisdə və digər Avropa paytaxtlarında “Zikr” əsəri İran xanəndəsinin və “Atlas” ansamblının ifasında göstərilib. 45 nəfərlik “Atlas” ansamblının xüsusiyyəti ondan ibarətdir ki, orada Çindən başlamış, Azərbaycana qədər dünyanın bütün milli musiqi alətləri istifadə olunur. Məsələn, erxu skripka ilə kamançaya oxşar, çox spesifik səsi olan yaylı alətdir. Bu alətlərin köməyi ilə Nəsiminin zikr edərkən yaşadığı ekstazı, çox sirli hisslərə qapılmağını və səmaya qalxmasını qeyri-adi tembr və səs rəngləri ilə çatdırmağa çalışdım, çox gözəl alındı. Daha sonra İran ifaçısı bu əsəri dəfələrlə hər yerdə səsləndirdi.

Nəsimiyə ünvanlanmış ikinci əsərim “Dərvişdir”. Əslən çinli olan XX əsrin ən tanınmış amerikalı violonçel ifaçısı – Yoyo Ma “Trans Atlantik” layihəsinə “İpək yolu” festivalına mən də daxil olmaqla 12 bəstəkar dəvət etmişdi. Bu layihə üçün “Dərviş” əsərini yazdım. 2000-ci ildən başlayaraq, 2008-ci ilə qədər – 8 il ərzində Yoyo Ma və Alim Qasımovun ifasında səslənən “Dərviş” demək olar ki, iki dəfə bütün dünyanı gəzdi. Burada Alim Qasımovla bərabər daha iki gözəl sənətçimiz: kanon ifaçısı Təranə Əliyeva ilə həm tütək, həm zurna, həm də ney ifaçısı olan İlham Nəcəfov da çıxış edirdi.

Dahi şairin çəkdiyi iztirablar “Nəsimi Passion” əsərində tərənnüm olunub. 2017-ci ildə Amsterdamda, “Konsert Gebau”da İmadəddin Nəsiminin sözlərinə yazdığım “Nəsimi Passion” əsərim təqdim olundu. Passion ilahilərə həsr olunmuş musiqi janrıdır. Bu janrı dünya musiqisinə ilk dəfə İohan Sebastian Bax daxil edib. Passionda müqəddəslərin keçdiyi ağır yol və iztirablar təsvir olunur.

Əsərin Amsterdamda keçirilən premyerasına getmək üçün taksiyə mindik. Taksi sürücüsü ilə söhbət zamanı bəlli oldu ki, türkdür. Səfərimizin Nəsimi ilə bağlı olduğunu eşidəndə dedi ki, əlverişli vaxta təsadüf etməyib. Çünki o vaxt Amsterdamda İslama qarşı nifrət hissi baş qaldırmışdı, hətta ciddi qarşıdurma olmuşdu. 2017-ci ildə Türkiyə seçkilərindən öncə Amsterdamda təbliğat aparılmasına icazə verilməmişdi. Bütün bu hadisələrin fonunda “Nəsimi Passion” əsəri təqdimat mərasimi baş tutmalı idi. “Nəsimi Passion” əsərini sonda 2000-dən çox tamaşaçının toplaşdığı zal ayaqüstə 20 dəqiqə dayanmadan alqışladı. Belə bir islamofobiya mühitində biz uğurlu işə imza atdıq. Bu alqışlar əbədiyaşar sənətkarın ruhuna dərin ehtiramın ifadəsi idi.

Əsər hansı dildə ifa olunmuşdu?

– “Nasimi Passion” əsərini 2016-cı ilin sonunda bitirmişdim, məndən yüz dəfə xahiş etdilər ki, qəzəl ya alman, ya da ingilis dilinə tərcümə olunsun. 150 nəfərlik orkestr və 85 nəfərlik xor üçün Azərbaycan dilindəki orijinal versiyanı səsləndirmək çətin idi. Buna baxmayaraq, razı olmadım. Dedim ki, Nəsimi necə yazıbsa, o cür də ifa olunacaq. Biz italyan və ingilis şairlərinin əsərlərini olduğu kimi ifa ediriksə, Nəsiminin də orijinal dildə olan versiyası oxunmalı idi. Xor öz səsimlə yazdırıb göndərdiyim versiya üzərində məşq etdi, nəticə möhtəşəm alındı.

Amsterdamda mənə təklif gələndə düşündüm ki, passionu İsa Məsihə ithaf edə bilmərəm. Bizim iztirablı yolları keçən öz Nəsimimiz var. Heç kimə sirr deyil ki, görkəmli mütəfəkkirin insanlara böyük təsir qüvvəsi olub. Onun edam səhnəsi dözülməz dərəcədə dəhşətlidir. Meydana toplanmış izdiham Nəsimini qorumaq və “Mənəm Nəsimi, məni edam edin” deyərək filosofu xilas etmək istəyirdi.

Onun üzvü olduğu təriqətlər sirli idi. Çünki bu təriqətlərin yaydığı ideyalar İslami qanunlarına əks idi. Nəsimi belə hesab edirdi ki, insan müqəddəsdir və surətində Allah təsvir edilib. O, insanın Allah surətində yaranmasını fəlsəfi-poetik dillə təsvir edirdi. Onun panteist ideyaları, hətta təbiətə və səmaya ehtiramı islamçıları çox hiddətləndirirdi. Bu səbəbdən də Nəsimi Misir sultanı tərəfindən edam olundu.

Rasim Balayevin rol aldığı “Nəsimi” filmi özlüyündə gözəl ekran əsəridir. Lakin xarici dilli mənbələrdən oxuyarkən xeyli maraqlı və yeni faktlarla tanış olursan, vacib detal təsvir edilməyib. Nəsimi sirli insan idi, onu heç kim tanımırdı. Hərbçilər düşünürdü ki, Nəsimi iri cüssəli bir cəngavərdir. Yeri gəlmişkən, Nəsimi qılınc oynatmaqda çox mahir olub. Digər tərəfdən də onu müxtəlif cildlərdə tanıyırdılar.

Başqaları onu müxtəlif obrazlarda və adlarda tanıyırdı, Nəsimi adını tez-tez dəyişirdi. Müridləri Nəsimiyə quru və filosof kimi baxırdı. O, müridlərinə fəlsəfədən, planetlərdən xəbər verirdi, kosmoqoniya ilə yaxından maraqlanır və astronomiyada yeni kəşflər edirdi.

Poeziya əhli onu istedadlı şair kimi tanıyırdı. Şeirləri dillər əzbər idi. O, edama aparılanda çox qarışıqlıq yaranmışdı. Nəsiminin qanı murdar elan olunmuşdu, əgər edam zamanı qanı kiminsə üstünə sıçrasaydı, o adamı əli kəsilməli idi. Təsadüf elə gətirdi ki, şairin bir damla qanı xəlifənin barmağına düşür. O, isə sözündən imtina edərək barmağını kəsilməkdən xilas edir. İnsan inana bilmir ki, bir müsəlman Nəsimiyə belə divan tutub.

Maraqlıdır ki, şairin iztirabları bununla bitməyib. 2017-ci ilin 7 aprel tarixində baş tutan sonuncu məşq zamanı ingilis dirijoru Martin gəlib “Bilirsiniz nə baş verib?” deyə sual verdi. Ona maraqla baxan orkestr “Nə olub, maestro” deyə soruşdu. Məlum oldu ki, Nəsimiyə ithaf olunmuş konsert günü amerikalılar Hələb şəhərini bombalamağa başlayıb. Orada Nəsiminin məzarına bombalar yağırdı, biz isə konsertə hazırlaşırdıq, səhnədə onun iztirablarını göstərirdik. Əvvəlcə təşvişə düşsək də, konsert yüksək səviyyədə keçdi, tamaşaçılar arasında göz yaşları tökənlər var idi. O, məlum oldu ki, növbəti gün kitabxanada Nəsimi ilə maraqlananların sayı artmışdı.

Nəsimi əsərləri hansı ölkənin tamaşaçasına daha dərin təsir göstərib?

– Sözsüz ki, şərqdə daha geniş yayılıb, əsasən İranda cənubi azərbaycanlılar Nəsimini çox sevir. Tacikistanda və Özbəkistanda da şairə qarşı xüsusi münasibət var. Lakin Nəsimini sadəcə şərqə aid etmək olmaz, onun ideyaları bəşəridir. Dünya şöhrətli filosoflar və alimlər indiyədək onun poeziyasının sirlərini açır. Məsələn, Almaniyanın şair-dramaturqu, mütəfəkkir və naturalisti – İohann Volfhanq Höte “Qərb-Şərq Divan” əsəri yazarkən Nəsiminin ideyaları ilə tanış olub.

Comments are closed, but trackbacks and pingbacks are open.