Torpaq kimi bərəkətli ömür. Abdulla Abasovun xatirəsinə – Məti OSMANOĞLU
Mir Cəlal Paşayevin əsərlərində obrazlı düşüncə ilə məntiqi təfəkkür qovuşuq şəkildə üzə çıxaraq dövrün real mənzərəsini elmi dəqiqliklə ifadə etmişdir. Həmin elmi tezisdən sonra ayrı-ayrı fikir cərəyanlarını təmsil edən mətbuat orqanları və ədəbi-publisistik şəxsiyyətlərin izlədikləri məfkurənin xarakteristikasını verərkən “Azərbaycanın məşhur mətbuat və ədəbiyyat xadimlərindən” biri kimi təqdim etdiyi Haşım bəy Vəzirov və onun nəşr etdiyi mətbuat orqanları haqda söylədiyi fikir də obyektiv və təqdirəlayiqdir. O, Haşım bəy Vəzirovu (1868-1916) Azərbaycanın məşhur mətbuat və ədəbiyyat xadimlərindən biri, fəal publisist, mübariz ruhlu vətəndaş kimi yüksək dəyərləndirilir. Mir Cəlal özünün doktorluq dissertasiyası olan “Azərbaycanda ədəbi məktəblər (1905-1917-ci illər)” adlı fundamental tədqiqatında da milli ictimai-siyasi və ədəbi-mədəni fikir tarixində Haşım bəyin xidmətlərinə və mövqeyinə obyektiv elmi qiymət vermişdir.
Dünya da, söz də insandan keçir… Abdulla Abasov
Professor Cahangir Məmmədlinin təzəcə nəşr olunmuş “Dünya sözə qalacaq…” kitabını oxuduqca onun nə qədər məsuliyyətli ədəbiyyatşünas, kamil jurnalist, sinkretik yaradıcılığa malik ziyalı, qələm sahibi olduğunu gördüm.
Mən onu səviyyəli tədqiqatçı, məhsuldar alim kimi çoxdan tanıyırdım. Maraqlı elmi-nəzəri, publisistik məqalələrində, xüsusən “Jurnalistikanın müasir inkişaf meylləri”, “Çağdaş Azərbaycan nəsrinin inkişaf meylləri” monoqrafiyalarında C.Məmmədlinin müasir və qlobal problemlərlə maraqlandığının, “Tarixdə insan, insanda tarix”, “Jurnalist və zaman”, “Sənətkar və vətəndaşlıq borcu”, “Şəxsiyyət olmağa aparan yollar” və digər müasir məsələlərə dair fikir və mülahizələrinin şahidi oldum. Yalnız ədəbiyyatşünaslıq məsələləri ilə bağlı araşdırmalarına əsasən deyə bilərəm ki, o, bədii və elmi fikrin müstəqim amili olan söz, nitq, geniş mənada dil və üslub məsələlərinə obyektiv yanaşmaları, səmərəli müşahidə və axtarışları ilə sahibi ulu tanrı olan dünyaya, fikrin-düşüncənin tərcümanı, ifadə forması olan sözə xüsusi ehtiyat – məhəbbət və məsuliyyət hissi ilə yanaşmış, müasir ədəbi-bədii ehtiyacların tələb və prinsiplərindən kənara çıxmamışdır.
Etiraf edim ki, mənə C.Məmmədlinin haqqında bəhs etdiyim kitabını oxudan və o haqda məqalə yazmağa məni vadar edən kitabın adında olan “Dünya” və “Söz” ifadələri oldu. Son dərəcə təbii seçim və tapıntı olan “Dünya sözə qalacaq…” ifadəsi, əslində çox şey deməkdir. İlk öncə hər ikisi – Dünya da, söz də insan faktıdır.
Dünya və söz C.Məmmədlinin həm jurnalistlik, həm də ədəbiyyatşünaslıq axtarışlarında əsas mövzulardan olmuşdur. Dünya və tarixin əlifbası olan söz haqqında müxtəlif mövzularda tədqiqatlar aparılmış, maraqlı fikirlər söylənilmişdir. Deyilənlərin və söylənilənlərin hamısında fikrin, düşüncənin, bütövlükdə dünyanın taleyi, insan və bəşəriyyətin məcmusu olan söz birmənalı şəkildə ideal varlıq kimi qarşılanmışdır. İndiyə qədərki “Biz sözü sevdik”, “Söz ürəkdən gələndə”, “Söz aləminə səyahət”, “Söz tarixin yuvası” və digər bu qəbildən olan tədqiqatlarda çox maraqlı mülahizələr söylənilmişdir. C.Məmmədli daha irəli gedərək sözün xarakter və funksiyası haqda müasir tələblərə uyğun orijinal mülahizələri ilə ədəbiyyatşünaslığın diqqətini cəlb edə bildi. C.Məmmədliyə görə dünyanın əşrəfi insan olduğu kimi, insanın da əşrəfi ağıllı sözdür. Xalq hikmətlərindən, klassik söz sərvətlərindən yaradıcı şəkildə bəhrələnərək sözün varlığı haqda olan düşüncələrini nümunə kimi seçdiyi ədəbi şəxsiyyətlər timsalında ümumiləşdirib.
Kitabdan aydın olur ki, C.Məmmədli ədəbi-bədii söz haqqında klassik deyimlərə tam bələddir. N.Gəncəvinin “Sözün də su kimi lətafəti var”, “Düşüncəsiz bir söz kimə gərəkdir”, M.Füzulinin “Ver sözə əhya ki, tutduqca səni xabu əcəl, eylər ol saət səni ol uyqudan bidarı söz”, A.Tufarqanlının “Söz bir olsa zərbi kərən sındırar” və digər bu qəbildən olan kəlamlar C.Məmmədliyə haqq vermişdi ki, desin “Dünya sözə qalacaq…”. Söz insandır, söz dünyadır, söz tarixdir. O ki qaldı, zaman-dövr-şəraitdən asılı olmadan “lal duyğulara həyat verən, onları sinənin dar qəfəsindən çıxarıb, həyatın sağlam havası ilə qovuşduran”, duymağa, düşündürməyə, nəticə çıxarmağa vadar edən kamil bədii sözə sahib və hakim olmaq, artıq ucalıqdır, əsəri tanıtmaqdır, klassik olmaqdır. Şirvanşah Axsitan N.Gəncəviyə “Ey söz dünyasına hakim Nizami…” deyəndə tamamilə haqlı idi. Bu baxımdan “Dünya sözə qalacaq…”da XX və XXI əsr söz xiridarlarından verilən seçmələr kitabın səviyyəsi, məziyyətləri barədə xoş təəssüratlar yaratmaqla, yaşadığımız günlərin ədəbi-bədii salnaməsini bir daha xatırladır, yada salır, ədəbi ictimaiyyəti bu günü və sabahı düşünməyə, nəticə çıxarmağa sövq edir.
Kitab, XX əsrin klassiklərindən olan ustad Mir Cəlal müəllim haqda oçerklə başlayır. Kim idi Mir Cəlal, necə oldu ki, o, milli və bəşəri düşüncənin ictimai, elmi və bədii fikrinin klassiki oldu? C.Məmmədli bu suallara ustadın ədəbi-bədii irsindən çıxış edərək cavab verir, onun alim-nasir-müəllim-ictimai xadim portretini yaratmağa çalışır. Yenilikçi, yaradıcı, istiqamətverici şəxsiyyət olduğunu, məktəb yaratdığını xüsusi məhəbbətlə qeyd edir. Lirik-romantik, satirik-xatirə hekayələri, novellaları ilə yenilikçi nasir olduğunu, iri həcmli əsərləri, romanları ilə XX əsr bədii nəsrini zənginləşdirdiyini, elmi-nəzəri fəaliyyəti ilə müasir ədəbiyyatşünaslığa, ədəbi tənqidə istiqamət verdiyini vurğulayır.
Mir Cəlal yaradıcılığının qüdrəti bir də onda idi ki, o, zamanın ədəbi-bədii ruhunu tuta bilirdi. Müasir ədəbiyyatşünaslıq elminin tələb və ehtiyaclarını, vaxtında, düzgün qiymətləndirməyi bacarırdı. Onun “Füzulinin poetikası”, “Azərbaycanda ədəbi məktəblər”, “Klassiklər və müasirlər” və digər elmi-nəzəri əsərləri artıq XX əsr ədəbiyyatşünaslığının nüfuzu sayılırdı. Onun bütün XX əsr ədəbiyyatını tədqiqata cəlb etməsi, bədii nəsrin hüdud və imkanlarını vaxtında görməsi, düzgün qiymətləndirməsi, xüsusilə klassiklərdən öyrənməyi təbliğ etməsi, müasir ədəbiyyatın, sənətin məntiqi inkişafını təmin etmək arzusu ilə bağlı idi. Mir Cəlal qüdrətli alim və nasir idi. Ədəbiyyatımızın bir çox yaradıcılıq sahələri haqda ilk və cəsarətli hökmlər Mir Cəlalın adı ilə bağlıdır. Kitabda Mir Cəlal yaradıcılığına həsr olunmuş oçerk xüsusi məhəbbətlə yazılmışdır.
C.Məmmədli özünəməxsus üsluba, deyim tərzinə malik alimdir. “Dünya sözə qalacaq…” publisist üslubda yazılsa da, əsrin ədəbi-bədii salnaməsi haqda aydın təsəvvür yaratdığı üçün maraqla oxunur.
Mir Cəlal haqqında yazılan oçerk bir də ona görə diqqəti cəlb edir ki, C.Məmmədli burada ədibdən bəhs edən çoxsaylı yazılardan nümunələr verir, Mir Cəlal tədqiqatının sistemli, əbədi olaraq davam etdirilməsini xatırladır.
Kitab seçmə məqalələrdən ibarət olduğu üçün C.Məmmədlidən daha başqa ustad sənətkarlardan bəhs etməyi tələb etmək olmaz. Mir Cəlal haqqında yazanlar və yaxşı yazanlar çoxdur. Bu, xüsusi, ayrıca təhqiqat mövzusudur. C.Məmmədli isə daha çox özünə məlum olan əsərlərlə, tədqiqatlarla ədibin elmi-nəzəri irsinə aydın münasibətini bildirir.
C.Məmmədlinin ədəbi proseslərdən seçimi də, əsasən, düzdür, səviyyəlidir. Kitabda onun iyirmi səkkiz adda məqaləsi toplanmışdır… Deyə bilərəm ki, məqalələrin hər biri, haqqında söhbət gedən obyekt haqda aydın təsəvvür yaratmaq səviyyəsindədir. Məqalələrə adların verilməsi də mətləbə, materialın xarakterinə uyğundur. Məsələn, “Sənətkarın estetik ideallar sistemi”, “Anar yaradıcılığı zaman, mühit və talelər kontekstində”, “Elçinlə ədəbiyyat söhbəti” ətrafında söhbət”, “Yollara yağan yağışın poetik ovqatı”, “İşığa gedən yolun roman taleyi”, “Afaq Məsud – bütün cizgiləri ilə”, “Dəlicəsinə sevmək ovqatı”, “Mikrovətən haqqında makro düşüncələr” və s. kimi sərlövhələrin həm bədii, həm də publisistik üslubu göz qabağındadır.
Kitabda mənim diqqətimi xüsusi cəlb edən Xalq yazıçısı Elçin və Anar haqqındakı oçerklər oldu. “Elçinlə ədəbiyyat söhbəti” ətrafında söhbət” və “Anar yaradıcılığı zaman, mühit, talelər kontekstində”. Hər iki yazıda C.Məmmədlinin ədəbiyyata, sənətə hörməti və məhəbbətilə yanaşı, Elçin və Anar simasında həqiqi vətəndaş, qələm sahiblərinə, yaradıcı, ustad sənətkarlara, müasir ədəbi prosesə xüsusi hörmət və məhəbbət ifadə olunur. Hər iki oçerkdə, hər iki sənətkarın yaradıcılığına aydın münasibət və qayğı, sənət naminə fədakarlıqla yanaşı məsuliyyət hissi, ədəbiyyata sevgi vardır. C.Məmmədli haqlı yazır ki, “Anar heç vaxt tükənən yazıçı deyil. Hətta informasiya texnologiyasının, internet dünyasının bədii sözə yaratdığı etinasızlıq çağında belə Anar “Ağ qoç, qara qoç” romanını yazmaqla bu etinasızlığa meydan oxudu”. Və yaxud “Elçin bir yazıçı və bir ədəbiyyatşünas kimi Azərbaycan ədəbi mühitində fenominal hadisədir”. Hər iki oçerkə C.Məmmədlinin görkəmli alim-sənətkarlara; Y.Qarayev, akademik İ.Həbibbəyliyə və digərlərinə istinad etməsi, yaxşı mənada bəhrələnməsi oçerklərin uğurlu alınmasına müsbət təsir göstərmişdir.
Kitabda xoş məramla yazılan səviyyəli oçerklər çoxdur. “Yollara yağan yağışın poetik ovqatı”, “İşığa gedən yolun roman taleyi”, “Şəxsiyyətin və yaradıcılığın uyarlıq məqamı”, “Yenidən yaşanan ömür yolu: Vaqif Səmədoğlu “Kaspi”də” məqalələrindən alınan təsiri də mən minnətdarlıqla qəbul etdim. Bu oçerklərin hər birində C.Məmmədlinin publisist gücünün təsirini, poeziyaya olan duyumunun, sevgisinin işığını gördüm. Onun müasir, istedadlı qələm sahibi olduğuna şübhəm qalmadı. Öz-özümə dedim ki, nə yaxşı ki, belə yaradıcı istedadlar var.
Kitabda C.Məmmədlinin gənc istedadlara Pərvin kimi yazıçı və ədəbiyyatşünasa, Yaşar Əliyev kimi yazıçı-jurnalistə və başqa tədqiqatçılara müasir ədəbiyyat və sənət naminə minnətdarlıqla münasibət, ümid bəslədiyini gördüm. Bu, əsl alim, sənətkar yolu, ziyalı münasibətidir.
Nəzərimi cəlb eləyən tədqiqatlar içərisində “Milli ədəbiyyatımızın Azərbaycannaməsi” və “Akademik İsa Həbibbəylinin yaradıcılıq dünyası” oçerkləri oldu. Hər ikisini həvəslə oxudum. İsa Həbibbəylinin Azərbaycanşünaslıqla bağlı yaradıcı, yenilikçi xidmətləri bir-bir yaddaşımdan gəlib keçdi. Onu da bilirəm ki, İsa Həbibbəyli daima axtarışda olan, yenilikçi, yaradıcı alimlərdəndir. Mən onun tədqiqatlarının əksəriyyətinə bələdəm. C.Məmmədquluzadə haqqında çox yazılsa da, İsa Həbibbəyli heç kimi təkrar etmədən böyük M.Cəlilin ədəbi-bədii portretini daha dolğun yaradan, son dərəcə istedadlı alimlərdəndir. C.Məmmədlinin İsa Həbibbəyli haqqında oçerki məni bir daha bu fədakar alimin ədəbi irsini varaqlamağa məcbur etdi. Bu oçerkdə İsa Həbibbəylinin yaradıcı alim portretini gördüyüm üçün C.Məmmədliyə yeni-yeni uğurlar arzulayıram.
Əlbəttə, mən “Dünya sözə qalacaq…” kitabının bütün oçerklərini təhlil etmək, onlar haqqında mülahizələr söyləmək fikrində deyiləm. Diqqətimi cəlb edən əsas məsələlərdən biri budur ki, C.Məmmədli hər bir oçerkində tədqiq etdiyi mövzunun özəlliklərini önə çıxarmağı, təqdim etməyi bacarır. Məsələn, akademik İsa Həbibbəylinin, AMEA-nın müxbir üzvü, istedadına hamımızın sevgi bəslədiyimiz Nizami Cəfərovun kamil yaradıcılıq axtarışlarının müasir ədəbiyyatşünaslıq elmi üçün dəyərini nümayiş etdirə bilir. C.Məmmədli göstərir ki, İsa Həbibbəyli “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyası ilə bu böyük ədibə həsr olunmuş çoxsaylı əsərlərin həqiqi qiymətini verir, səviyyəli polemika mədəniyyətilə bu sahədə özünü göstərən mübahisəli məsələlərə aydınlıq gətirir və ən əsası, isə Mirzə Cəlil mühitini, bu mühitin ədəbi dünyasını birər-birər yeni nəsil oxucuya təqdim edir”. Belə təqdimat forması C.Məmmədlinin bütün yaradıcılığına xas olan uğurlu cəhətlərdəndir.
“Dünya sözə qalacaq…” məqalələr toplusu müasir Azərbaycan ədəbiyyatı və mədəniyyəti ətrafında söhbət açan səviyyəli bir nümunədir. Bu yolda C.Məmmədliyə daha yeni uğurlar arzulayıram.
Torpaq kimi bərəkətli ömür. – Abdulla Abasovun xatirəsinə – Məti OSMANOĞLU
Bu yazını qocaman iş yoldaşım – Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Abdulla Abasovun 91 yaşına hədiyyə etməyi düşünürdüm. Abdulla müəllim ad gününü – martın 9-nu gözləmədi. Onun əziz xatirəsinə vida yazısı həsr etməli oldum.
Hərdən mənə elə gəlir ki, insanlar öz təbiətləri, xasiyyətləri, davranışları ilə doğulub boya-başa çatdıqları torpağa çox oxşayırlar. Abdulla müəllimlə hər görüşəndə, onun söhbətlərini dinləyəndə gözümün qarşısında Quba canlanırdı. Təbiətinin sirlərlə dolu zənginliyi, göylərinin genişliyi, torpağının bərəkəti ilə. Bənzərsiz zənginliyi, sonsuz genişliyi və barlı bərəkəti Abdulla müəllimin təbiətində də görürdüm. Bu, yəqin ki, mənim sırf subyektiv təsəvvürüm idi. Həmin təsəvvürü yaradan isə Abdulla müəllimin böyük rəğbət və hörmət bəslədiyim, on illərin sınağından şərəflə çıxmış şəxsiyyəti idi.
Abdulla müəllim üçün şəxsiyyət mücərrəd, ölçüsü olmayan anlayış deyildi: “. öz varlığı, əqli, fikri, yaradıcı əməyi ilə həyatın gözəlliyini artıran, hər cür fərdi və sosial fəaliyyəti, mənəvi-əxlaqi və estetik kamillik dərəcəsinə çatdıran, həyatın fəal qurucusu olan insandır. “.
Onunla tanışlığımızın, ilk ünsiyyətimizin köklü tarixi vardı. Mən tələbə olanda – 1970-ci illərin sonlarında Abdulla müəllimin çalışdığı Azərbaycan Sovet ədəbiyyatı kafedrasına tez-tez baş çəkirdim. Kafedra müasir ədəbi proseslə bağlı tədbirlər təşkil edir, görkəmli yazıçılarla görüşlər keçirir, bu tədbirlərə tələbələri, o cümlədən məni də cəlb edirdi. Abdulla müəllim auditoriyada mənə dərs deməsə də, ünsiyyətə açıqlığı, istiqanlılığı ilə fərqlənirdi. Kafedrada ilk görüşlərimiz zamanı tələffüzündəki Quba aksenti onu asanlıqla “ələ verirdi” və təsəvvürümdə Abdulla müəllimlə bağlı fərqli bir Quba obrazı da yaranırdı.
O vaxt bəzi müəllimlərimizdə maraqlı bir keyfiyyət “kəşf eləmişdim”: mənə elə gəlirdi ki, onlar, əsərlərini tədqiq etdikləri yazıçıların dili, üslubu ilə danışırlar. Tədqiq və təhlil etdikləri obrazların dünyası onların özlərinə, şəxsiyyətlərinə sirayət eləmiş kimi görünürdü (heç şübhəsiz ki, bu da mənim sırf subyektiv müşahidəm idi). Professor Firudin Hüseynovun danışığı Mirzə Cəlilin, professor Cəlal Abdullayevin (hər ikisinə Allahdan rəhmət diləyirəm) danışığı Səməd Vurğunun üslubu ilə səsləşirdi. Firudin müəllim danışanda Mirzə Cəlildən, Cəlal müəllim də Səməd Vurğundan tez-tez iqtibaslar gətirirdi və bu, mənim qənaətimi bir qədər də gücləndirirdi. Abdulla müəllimin özünüifadə tərzində də Üzeyir bəy Hacıbəylinin bədii yaradıcılığının enerjisini və izlərini nəzərdən qaçırmaq mümkün deyildi. Adlarını çəkdiyim alimləri birləşdirən mühüm bir cəhət də var idi: onlar Mir Cəlal müəllimin yetirmələri idilər. Mir Cəlal müəllimin nitqindəki incə və usta ironik tərz ilə Mirzə Cəlil yaradıcılığı (Mir Cəlal müəllimin Mirzə Cəlil realizmi mövzusunda qiymətli tədqiqatı var) arasındakı bağı görmək üçünsə mütəxəssis olmağa elə bir ciddi ehtiyac yox idi. Görünür, bu insanlar böyük şəxsiyyətlərin yaradıcılıqlarını, sadəcə, tədqiq etməklə kifayətlənməyərək həmin şəxsiyyətlərin əsərlərindən gələn keyfiyyətləri öz təbiətlərinə köçürmüşdülər. Əslində, bunun özü də böyük sənət adamlarının könüllərdə yaşayan möhtəşəm abidələrə çevrilməsinin bir təzahürüdür.
Filologiyanın başı üzərində “formalizm” təhlükəsinin Domokl qılıncı kimi asıldığı 1930-cu illərdə Füzuli sənətkarlığını tədqiq edən Mir Cəlal müəllimin yetirmələrinin elmi fəaliyyətində daha bir mühüm xüsusiyyət də ayrıca qeyd edilməlidir. Onlar öz tədqiqatlarını ayrı-ayrı şəxsiyyətlərin yaradıcılığında bədii sənətkarlıq məsələlərinə həsr etmişdilər. Məsələn, Cəlal Abdullayev Səməd Vurğun lirikasında, Təhsin Mütəllimov Ə.Haqverdiyev nəsrində və dramaturgiyasında, Abdulla Abasov da Üzeyir bəy Hacıbəyli yaradıcılığında sənətkarlıq mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi. Klassik irsə bu cür yanaşma Sovet dövrü üçün müstəsna əhəmiyyət daşıyırdı. Çünki bizim ədəbi mühitdə bədii əsərin ideya-məzmun təhlili filologiyanı istər-istəməz ideologiyanın ayağına getməyə sövq edirdi. Ona görə də ən sağlam yol bədii söz sənətinin incəliklərini təhlil edib, yazıçının yaradıcılıq sirlərini üzə çıxarmaq idi.
Abdulla müəllimin doktorluq tədqiqatında diqqəti cəlb edən başlıca keyfiyyət Üzeyir Hacıbəyli yaradıcılığının mənbəyinin xalq ruhundan və ədəbiyyatından gəldiyi qənaətinə əsaslanmasıdır. Üzeyir Hacıbəyli ilə Abdulla müəllimin ədəbiyyat haqqında düşüncələrində üst-üstə düşən məqamlardan biri budur ki, “zəngin xalq ədəbiyyatına, klassik irsə, eyni zamanda dünya ədəbiyyatına mükəmməl bələd olmayan, ondan yaradıcı istifadə etməyi bacarmayan qələm sahibi kamil sənət nümunəsi yarada bilməz. Çünki folklorun və klassik irsin mütərəqqi ənənələri həmişə müasir ədəbiyyat üçün tükənməz mənbə olmuşdur” (Ü.Hacıbəyli).
Abdulla Abasov Üzeyir bəyin yaradıcılığının şifahi xalq ədəbiyyatı ilə əlaqəsini təhlil edərkən diqqəti üç başlıca cəhətə yönəldib:
– Üzeyir bəyin xalq sənətinin tükənməz enerjisindən faydalanması, yaradıcılığının etnokultural kökləri;
– Üzeyir bəyin milli ədəbiyyatın və sənətin ilkin qaynaqları haqqında mükəmməl elmi-nəzəri görüşləri;
– Üzeyir bəyin yaratdığı, xalq ?ikmətindən gələn aforizmlərin yenidən xalqın dilində “folklorlaşması”, dilin ümumişlək fonduna keçməsi.
Üzeyir Hacıbəylinin böyüklüyünü “xalqına, millətinə, əsrinin qabaqcıl ideyalarına arxalanmasında” görən Abdulla müəllimin istər mətbuat və ədəbiyyat məsələlərinə, istər müasir Azərbaycan dramaturgiyasının inkişaf tarixinə həsr etdiyi fundamental tədqiqatlarında, istərsə də ayrı-ayrı əsərlərə və yazıçılara həsr etdiyi məqalələrində, portret-oçerklərində istinad nöqtəsi ədəbiyyatla xalqın həyatı və mənəvi dəyərləri arasındakı münasibətlərdə tarazlığın axtarılmasıdır. Abdulla müəllim üçün əsas ölçü vahidi ədəbiyyatın xalqın həyatına və dəyərlərinə bağlılığıdır. Heç təsadüfi deyil ki, professor Abdulla Abasovun kitablarından biri “Həyat və bədii həqiqət” adlanır. Alimin qənaətinə əsasən, yazıçını zamanın sərt sınaqlarından üzüağ çıxara biləcək ecazkar qüvvə həyat həqiqəti ilə bədii həqiqət arasındakı ahəngdarlıqdır. “Klassiklər həmişə müasirdir” kitabının adı və məzmunu da bu qənaətə dayanır.
Abdulla Abasovun tariximizin ən mürəkkəb dövlərindən olan 1920-30-cu illər mətbuatında ədəbiyyat məsələlərinə həsr etdiyi, namizədlik dissertasiyası əsasında qələmə aldığı monoqrafiya Sovet ideologiyasının sərt və dar çərçivələr müəyyənləşdirdiyi bir zamanda yaransa da, bu kitabda ədəbiyyatımızın təlatümlü mənzərəsi, keçdiyi keşməkeşli yol barədə ətraflı məlumat almaq mümkündür. Böyük zəhmət hesabına araya-ərsəyə gələn bu cür kitablar ziddiyyətlərlə dolu yaxın tariximizi konkret faktlar əsasında canlandırmaq, faktları yaddaşın gündəliyinə gətirmək baxımından dəyərlidir. O tamamilə başqa məsələdir ki, bu gün həmin faktlara fərqli mövqedən yanaşmaq və fərqli qiymət vermək mümkündür və lazımdır.
Abdulla müəllim “Ədəbi yadigarlar” kitabında yaxından tanıdığı, ünsiyyətdə olduğu ədəbiyyat adamları haqqında düşüncələrini, xatirələrini təqdim edib. Bu kitab qədirbilənliyin gözəl bir örnəyidir. Kitabdakı oçerklərdə diqqəti cəlb eləyən mühüm məqamladan biri müəllim obrazlarıdır. Abdulla Abasovun portret-oçerklərinin bir silsiləsi müəllifin özünə müəllim hesab etdiyi, müəllim kimi anılmaq şərəfinə layiq şəxsiyyətlər barədədir.
Abdulla müəllimin alimliyi, elmi fəaliyyəti, tədqiqatları ilə yanaşı, onun mənalı həyatında müəllimlik fəaliyyətinin xüsusi yeri vardı. Bu insan nəsillərə nümunə olacaq əsl müəllim kimliyinin ləyaqətli daşıyıcısı idi. O, auditoriyada ədəbiyyat havası yaratmağı, gəncləri bədii sözün sehrinə salmağı bacaran usta müəllimlərdən idi.
Onun bu keyfiyyəti də həyatdan gəlirdi: yeniyetməliyi və gəncliyi əvvəlcə repressiya, sonra da İkinci Dünya müharibəsi illərinə düşən Abdulla Abasov 18 yaşında Quba Pedaqoji Məktəbini bitirmiş və o vaxtdan müəllim adı onun “boyuna biçilmişdi”. Sonradan təhsilini Quba Dövlət Müəllimlər İnstitutunda və Bakı Dövlət Universitetinin Filologiya fakültəsində davam etdirən, 91 il ömür sürən Abdulla Abasov 18 yaşında qazandığı müəllim adının məsuliyyətini, şərəfini ömrünün son gününə qədər bütün adlardan, fəxri ünvanlardan uca tutdu.
. Bir müddət jurnalistika fakültəsində Azərbaycan ədəbiyyatı tarixi fənnini “növbəli” tədris edirdik. Yeni tədris planına əsasən (bu planı icad eləyənlərə Allah insaf versin!), ən qədim dövrlərdən başlamış müasir ədəbi prosesə qədər Azərbaycan ədəbiyyatı tarixi jurnalistika fakültəsində bir semestr ərzində keçilir. Semestrin ortasından mən “estafeti” Abdulla müəllimə təhvil verməli olurdum. Abdulla müəllim dəfələrlə zəng vurur, mənim öz “hissəmi” nə vaxt tamamlayacağım və auditoriyanın səviyyəsi ilə maraqlanırdı. Düşünürəm ki, bu, Abdulla müəllimin xarakterinə hopmuş müəllimlik intizamından irəli gələn keyfiyyət idi və yaşının ağsaqqal çağında da o, auditoriyanın havası ilə yaşamaq, tələbə mühiti ilə nəfəs almaq narahatlığını qoruyurdu. Bu keyfiyyət onun müəllimlik fitrətindən, yeni nəsillə ünsiyyət qura bilmək istedadından, ömrü uzunu öyrənib bildiklərini səxavətlə bölüşmək ehtiyacından gəlirdi.
“İstedadlı, yaradıcı tədqiqatçı olmağın kökündə qüdrətli əmək, fədakar zəhmət, zəkalı elm-təhsil, prinsipiallıq kimi davamlı, səmərəli yaradıcılıq anlayışları dayansa da, o, həm də böyük Allah vergisidir”.
Bu, professor Abdulla Abasovun öz tələbələrindən biri haqqında qeydlərindəndir.
Düşünürəm ki, Abdulla müəllimin hamımız üçün örnək olan nüfuzunun sirri də mənalı ömrü boyu fədakar zəhmət hesabına qazandığı elmlə yanaşı, böyük Allah vergisində idi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Görkəmli ədəbiyyat tarixçisi və istedadlı ədib – Mir Cəlal Paşayev
Böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin vəfatından 41 il ötür
11:32 28.09.2019
Paylaş
Böyük zəhməti, parlaq istedadı, ürəyində gəzdirdiyi mərhəmət və xeyirxahlıq hissi onu daim yüksəklərə səsləyirdi. Elə buna görə də onun mənalı ömrü tutduğu vəzifəsindən asılı olmayaraq mənsub olduğu millətə xidmət etməklə keçib.
XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb. Bu gün görkəmli alimin və yazıçının vəfatından 41 il ötür.
NUHÇIXAN filologiya elmlər doktoru, professor Alxan Bayramoğlunun böyük ədibə həsr etdiyi yazını oxucularla bölüşür.
Milli ədəbiyyat tarixinin özül daşlarının hazırlanmasında və elmi istiqamətinin nəzəri baxımdan müəyyənləşdirilməsində professor, Əməkdar Elm xadimi Mir Cəlal Paşayev mühüm rol oynamış, elmi məktəb yaratmışdır. Bu fikri söyləməyə 1943-44-cü illərdə görkəmli alimin yaxından iştirakı və müəllifliyi ilə çap edilən ikicildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” əsəri əsas verir. Həmin fundamental əsərin II cildində əhatə olunan dövrlərdən XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı bölməsinin həm icmalı, həm də portret oçerklərinin müəllifi Mir Cəlal Paşayevdir. O, həmin cildin redaktəsındə də yaxından iştirak etmişdir.
Təsadüfi deyil ki, dəqiq müşahidə, dərin mühakimə, iti qələm, işıqlı zəka, geniş erudisiya, aydın, anlaşıqlı və obrazlı dil, təhkiyə sahibi olan professor Mir Cəlal Paşayev N.Gəncəvi, M.Füzuli, M.F.Axundzadə haqqında da bir-birindən dəyərli elmi əsərlərin müəllifidir. XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının araşdırılması onun elmi fəaliyyətinin mərkəzində durur. Bu dövr ədəbiyyatı haqda alimin fundamental araşdırmaları XX əsrin 20-ci illərin sonlarından meydana çıxmağa başlamışdır. O, “Ədəbiyyatda romantizm”, “XX əsr ədəbiyyatı” adlı tədqiqatların ardınca “Azərbaycanda ədəbi məktəblər (1905-1917-ci illər)”, “Cəlil Məmmədquluzadənin yaradıcılığı haqqında”, “Cəlil Məmmədquluzadə realizmi haqqında”, “Sabirin surətlər aləmi”, “Sabir şeiri haqqında” və s. adlı bir-birindən maraqlı araşdırmalarını elmi ictimaiyyətin mühakiməsinə təqdim edərək bitkin elmi-nəzəri səviyyəli əsərlər müəllifi kimi şöhrət və nüfuz qazanır.
Araşdırmalar göstərir ki, Mir Cəlal müəllimin XX əsrin əvvəllərində yaranan ədəbiyyata bu qədər yaxından bağlanmasının başlıca səbəbi həmin “tarixi dönüş” zamanı ictimai-bədii düşüncədə məfkurəvi keyfiyyətin qabarıq və çoxçalarlı ideya-estetik ifadəsi olmuşdur. O, ədəbiyyatla həyat arasında bağlılığa, ədəbiyyatın həyatdan doğub orada əmələ gələn sosial-mənəvi prosesləri əks etdirməsinə üstünlük verirdi. XX əsrin başlanğıcını milli məfkurə mərhələsinin başlanğıcı hesab edən Mir Cəlal yazırdı: “İyirminci əsr Azərbaycan ədəbiyyatında yeni bir intibah dövrünün başlanğıcı oldu. Əgər qədim dövrlərdə ölkə Nizami, Xaqani, Füzuli kimi, bir əsr bundan qabaq Mirzə Şəfi və yarım əsr bundan qabaq M.F.Axundzadə kimi tək-tək böyük simaları ilə dünya ədəbiyyatı sahəsində görünə bilirdisə, indi Azərbaycanın tərəqqipərvər şair və ədiblərinin əksəriyyəti dünya mədəniyyəti, dünya siyasəti ilə səsləşməyə başlamışdılar. İyirminci əsrin görkəmli ədib və şairləri böyük bir ictimai hərəkat içərisində yetişərək, mübarizə sahəsinə atılmışdılar”.
Göründüyü kimi, Mir Cəlalın qəlbini vətəndaşlıq qüruru ilə dolduran cəhət Azərbaycan ədəbiyyatının həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksəlib dünyanın qabaqcıl düşüncə axarında öncül mövqeyə çıxması olmuşdur. O, M.F.Axundzadə, C.Məmmədquluzadə, N.Vəzirov, Ə.Haqverdiyev və başqalarını təsadüfən Azərbaycanın həqiqi ziyalıları, ədibləri hesab etmirdi. C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b. yazıçıların yaradıcılıqlarında yığcamlığı, fikir aydınlığı və məna dərinliyini yüksək qiymətləndirən Mir Cəlal Paşayev həmin kəmiyyət və keyfiyyət yüksəlişinin sosial-tarixi, milli-mədəni səbəblərini də son dərəcə dəqiq və yığcam, həm də elmi baxımdan tutumlu şəkildə izah edərkən diqqəti cəmiyyət həyatında baş verən iqtisadi və mənəvi-psixoloji proseslərə cəlb edirdi.
XIX əsrin ortalarından başlanan maarifçilik hərəkatına XX əsrin əvvəllərinə doğru siyasi düşüncə axarı da əlavə olunmaqda idi. Bu işdə mövcud siyasi dərnək və partiyaların ictimai həyatda getdikcə artan rolu da öz təsirini göstərirdi. Professor Mir Cəlal Paşayev sosial-mənəvi mühitdəki bu çoxçalarlığı, onların mahiyyətcə bir amala doğru yön almalarını nəzərdə tutaraq yazırdı: “Hamı azadlığa eyni dərəcədə həris və möhtac idi. Amma bu məfhumu hamı eyni şəkildə və məzmunda düşünmürdü. Xüsusilə, ədəbiyyat aləmində söz və mətbuat azadlığı ilə əlaqədar bir sıra nöqteyi-nəzərlər gözə çarpmaqda idi. İstər mərkəzdə və istərsə əyalətlərdə onlarla qəzet nəşr olunmaqda idi. Bu zaman əmələ gələn qruplaşmalar, fikir ixtilafları, tərəddüdlər adi bir hal idi”.
Burada ictimai-milli mühitdə meydana çıxan mövqe və fikir rəngliyini, onların məzmununu, bu çoxçeşidliyin sosial-tarixi köklərini bütün aydınlığı ilə dərk etdiyi kimi onları obyektiv elmi mövqedən qiymətləndirən Mir Cəlal müəllim ictimai-ədəbi mühitdə mövcud olan vaxtı keçmiş qəzəl ədəbiyyatının, epiqonçuluğun, “firəngməablığın” mövcudluğunun sosial-tarixi və milli-mədəni səbəblərini, o cümlədən realist, romantik, maarifçi-realist ədəbi hərəkatların yaranmasını şərtləndirən cəhətləri də obyektiv şəkildə əsaslandıra bilmişdir.
Mir Cəlal Paşayevin əsərlərində obrazlı düşüncə ilə məntiqi təfəkkür qovuşuq şəkildə üzə çıxaraq dövrün real mənzərəsini elmi dəqiqliklə ifadə etmişdir. Həmin elmi tezisdən sonra ayrı-ayrı fikir cərəyanlarını təmsil edən mətbuat orqanları və ədəbi-publisistik şəxsiyyətlərin izlədikləri məfkurənin xarakteristikasını verərkən “Azərbaycanın məşhur mətbuat və ədəbiyyat xadimlərindən” biri kimi təqdim etdiyi Haşım bəy Vəzirov və onun nəşr etdiyi mətbuat orqanları haqda söylədiyi fikir də obyektiv və təqdirəlayiqdir. O, Haşım bəy Vəzirovu (1868-1916) Azərbaycanın məşhur mətbuat və ədəbiyyat xadimlərindən biri, fəal publisist, mübariz ruhlu vətəndaş kimi yüksək dəyərləndirilir. Mir Cəlal özünün doktorluq dissertasiyası olan “Azərbaycanda ədəbi məktəblər (1905-1917-ci illər)” adlı fundamental tədqiqatında da milli ictimai-siyasi və ədəbi-mədəni fikir tarixində Haşım bəyin xidmətlərinə və mövqeyinə obyektiv elmi qiymət vermişdir.
Mir Cəlal müəllim “yağışdan sonra buluddan sıyrılıb çıxaraq sayrışan ulduzları” xatırladan milli mətbuat aləmində və ictimai mühitdə publisistik janra duyulan ehtiyaca uyğun olaraq, bu sahədə nəzərə çarpan canlanmanı təbii sayıb təqdir etdiyi kimi, Azərbaycan ədəbiyyatında hekayə janrının dünya standartlarına uyğun, lakin milli zəmində inkişaf etdirilməsində rolu olan ədiblərin xidmətlərini də doğru və düzgün qiymətləndirirdi. Alim həmin məsələ ilə bağlı elmi qənaətlərini Ə.Haqverdiyevin nəsrindən danışarkən obrazlı və sərrast şəkildə belə ifadə edirdi:
“Hekayə forması bu zaman kənar torpaqdan gətirilib əkilmiş, hələ iqlimə öyrənməmiş bitkiyə oxşayırdı. Bu “bitkini” yeni torpağa alışdırmaq, yaymaq, bağ-bağça halına salmaq lazım idi. Bu şərəf XX əsr Azərbaycan realistlərinə, klassik nəsrimizin banilərinə – Cəlil Məmmədquluzadəyə, Əbdürrəhim bəy Haqverdiyevə və S.S.Axundova qismət olmuşdur. Bu ədiblər kənardan gətirilən ağaclar ilə yox, öz ağaclarımızı kənar ölkələrdə tapılan yeni üsulda bəsləməyə müvəffəq olmuşlar”.
Göründüyü kimi, Mir Cəlalı burada cəlb edən həmin ədiblərin Azərbaycan hekayəsini Avropa üsulu ilə məhz milli zəmində inkişaf etdirib ona “həyat vəsiqəsi” vermələri olmuşdur. Mir Cəlal müəllim M.Ə.Sabirin poeziyasını da yenilik ruhuna, işıqlı sabaha ünvanlanan parlaq ideal axtarışlarına görə qiymətləndirirdi.
Bütün bu keyfiyyətləri ilə yanaşı Sabir satiralarının mövzu genişliyi, tiplər qalereyasının əlvanlığı və çoxçalarlığı, təsvirlərinin qabarıq və canlı olmaqla, bitkin və yığcamlığı da yüksək ideya-estetik keyfiyyət kimi qiymətləndirərək göstərilirdi ki, şairin “…mövzuları konkret olduğu kimi, çəkdiyi real bədii mənzərələr də qabarıq, yığcam və müxtəsərdir. Burada epik sahədə olduğu kimi geniş lövhələr, təfsilat, məişətin, personajın mənzərələri yox, ictimai xarakter, tipik xüsusiyyətlər, həm də ecazkar bir ümumiləşdirmə ilə verilmiş səhnələr vardır”.
Ədəbiyyatşünaslıqda belə bir qeyri-elmi fikir mövcuddur ki, “Molla Nəsrəddin”mi əvvəlcə meydana çıxıb, yoxsa bir şair kimi Sabirmi?” Bu suala elə məsələnin səhv qoyuluşu kimi, əsaslandırılmamış və subyektiv cavab verilir ki, guya, “Molla Nəsrəddin” jurnalı olmasaydı, Sabir də olmazdı. Əslində isə elmi və tarixi həqiqət onların hər ikisini zəmanənin, tarixin özünün yaratdığını göstərməkdədir. Mir Cəlal sanki bu məsələyə münasibət bildirərək elmi obyektivliklə yazmışdır: “Jurnalın (“Molla Nəsrəddin” jurnalı) ruhu Sabirin də şair təbiətinə müvafiq idi. Mirzə Cəlili düşündürən ictimai-siyasi məsələlər Sabiri də eyni dərəcədə məşğul edirdi. Sabir jurnalda inqilabi şeir tribunası tapdığı kimi, jurnal da Sabirin simasında kəsərli satira ustası tapdı. Sabirdə uşaqlıqdan mənalı bir gülüş qabiliyyəti var idi. O bu gülüşə inqilabi məzmun verdi və bundan azadlıq və tərəqqi yolunda iti bir silah kimi istifadə etməyə başladı”.
Mir Cəlal müəllim realizmlə yanaşı, romantizmin problemlərini də araşdırmışdır. O, M.Hadi, A.Səhhət, H.Cavid, A.Şaiq, A.Divanbəyoğlu və b. romantiklərin hər birinin sənətkar özgünlüyünü müəyyənləşdirməyə çalışmış və onların hər biri haqqında orijinal elmi qənaətlərini irəli sürüb məntiqi şəkildə əsaslandırmışdır. Məsələn, o, Məhəmməd Hadini Azərbaycan romantizm ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri olmaqla “coşqun, alovlu, hərarətli təb sahibi, müasir ictimai hadisələrə vaxtında səs verməyə cəhd edən bir şair”, Azərbaycan şeirində Nəsimi və Füzulidən belə davam edib gələn milli romantik ənənələrin yeni, müasir romantizmə keçid dövrünün bütün xüsusiyyətlərini öz yaradıcılığında ifadə etdirməklə mövzularının hamısını həyatdan, siyasi və ictimai mübarizələrdən alan vətənpərvər sənətkar hesab edirdi. M.Hadini fərqləndirən cəhətlərdən birini də onun şeirlərində yalnız hiss deyil, həm də ən çox fikir axtarışının qabarıq olmasında görürdü.
Sənətə, şeirə baxışı yeni olan Abbas Səhhətin şeirdə təbii, insani hisslərin tərənnümünü vacib bilib, inandırıcı olmayan, qeyri-təbii mübaliğələri, məcazları faydasız hesab etməsini şairin poeziyasında zəmanənin gərdişindən doğan pərişanlıqla yanaşı qüvvətli bir ümidin çırpındığını diqqətə çatdırırdı.
A.Səhhət kimi Qərb ədəbiyyatına yaxşı bələd olan Abdulla bəy Divanbəyoğlunu az və səliqəli yazan, təbii və inandırıcı süjetlər qurmağı bacaran yazıçı kimi təqdir edirdi.
Romantizmin ümid və arzularını yerdə deyil, göylərdə axtarmaq, hissiyyat və sevgi dalğınlığı nöqtəsi, tarixi şəxsiyyətlərin ideallaşdırılması kimi xarakterik xüsusiyyətlərinin Hüseyn Cavid sənətində aydın göründyünü bildirirdi.
Sabirin mətbuata gəlişinin tarixi haqda Mir Cəlal yazır: “Çox zaman ədəbiyyat tarixçiləri Sabirin mətbuata çıxmasını, yeni üsulda, yeni ictimai dövrün dili ilə səslənməsini 1905-ci ilə aid edirlər, “Müsəlman və erməni vətəndaşlarımıza” şeiri, yaxud “Molla Nəsrəddin”də nəşr olunan “Millət necə tarac olur olsun” həcvi ilə əlaqələndirirlər. Ancaq həqiqətdə Sabir bu şeirlərin hər ikisindən çox əvvəl, hələ 1903-cü ildə mətbuat aləminə çıxmış, yeni ruhda ilk şeirini “Şərqi-Rus” qəzetində çap etdirmişdir”.
Bu cümlələrdə alim həm hələ 1960-cı illərin əvvəllərində Sabirin mətbuata ilk gəlişinin tarixini və poetik nümunəsini dəqiqləşdirmiş, həm də “Molla Nəsrəddin” jurnalında “Nə işim var?!” satirası ilə iştiraka başladığını təsdiqləmiş olur.
Professor Mir Cəlal Paşayev həm də istedadlı nasir olmuşdur. O, elmi əsərlərində olduğu kimi hekayə və romanlarında da həyatiliyi, həqiqət və təbiiliyi, ümumiləşdirməni – zərrədə ümmanı, ilk baxışda adi, xeyli epizodik görünən həyati fakt və detalda dövrün ümumi və mürəkkəb sosial-siyasi, mənəvi-psixoloji mənzərə və proseslərini məharətlə ümumiləşdirmiş, oxucunun təsəvvüründə aydın, dolğun və həyati, ibrətamiz mənzərə canlandıra bilmişdir. Məsələn, “Anket Anketov” hekayəsində Hamamlar İdarəsinin rəisi Anket Anketov bütün adamları istisnasız olaraq onların şəxsi anketləri əsasında dəyərləndirib, hər kəsə münasibətini həmin anket məlumatları əsasında qurmaqla özündə sovet rejiminin iş üslubunu klassik şəkildə əks etdirir. O, azacıq sərbəst iradə nümayiş etdirən hər kəsi də həmin anket məlumatları əsasında şantaj edib repressiya xofu ilə susdura, zərərsizləşdirə bilir. Hekayədə göstərildiyi kimi, Anket Anketov onun qərarına etiraz edən Mürsəl Hadıyevi susdurmaq, mənəvi-psixoloji və iradi cəhətdən zərərsizləşdirmək üçün onun ictimai vəziyyətinin şübhəli olduğunu bildirir. Ona deyir ki, mən sənin anketini diqqətlə oxusam da, bir şey anlamadım. Çünki çox örtülü yazmısan. “…Məsələn, vajni bir yer: yazırsan atan nalbənd olub. Nalbənd cürbəcür olur…
– Cürü-mürü yoxdur bunun: At nallayıb, öküz nallayıb…
Anketov sifətində istehzalı bir təbəssüm doğurmağa gücəndi. Başını tərpətdi:
– Məsələ atda, öküzdə deyil. Məsələ onun sahibindədir. Görək sənin atan qaniçən, istismarçı hampaların heyvanını nallayıb, yoxsa füqərayi-kasibənin…
Hadıyevi gülmək tutdu:
– Hər kəs pul veribsə, onun heyvanını nallayıb.
– Şübhəsiz ki, burjuaziya dövründə, hansı ki, sənin atanın həyat fəaliyyəti təsadüf edir, hampanın pulu çox idi, çem füqərayi-kasibə.
– Əlbəttə ki, hampa pullu idi.
– Deməli, sənin atana gələn pulun çoxu, görürsən ki, istismarçılardan…
– Düzdürmü ki, hampalar daha çox at nalladır?
– Elə mənə də bu bəsdir, gedə bilərsən.
– Mən anlamıram ki, siz nə üçün mənim atamın nalbəndliyi ilə bu qədər maraqlanırsınız. Nallanası şeyiniz varsa, buyurun deyin”.
Lakin Anketov valideynlərinin ictimai vəziyyətini “öz hesabına aydınlaşdırmaq” üçün Hadıyevə on gün vaxt verir və bildirir ki, əks təqdirdə işə buraxılmayacaqsan. Bütün bu çək-çevir və insanların işdən, ictimai həyatdan təcrid edilməsi faktı, Anketovla Hadıyev arasındakı dialoq özündə 1937-ci ilin repressiya ab-havasını və xofunu qabarıqlığı ilə əks etdirir. Hekayənin 1937-ci ildə yazılıb çap edilməsi faktı da bu fikri söyləməyə əsas verir.
Ümumiyyətlə yazıçı Mir Cəlal hekayə və romanlarında sözü, fikri, istədiyi ideyanı oxucuya birbaşa deyil, ikibaşlı ifadələrlə çatdırmağa üstünlük verir. Bununla həm özünü sovet senzurasından və repressiya təhlükəsindən qorumuş olur, həm də dövrün sosial-siyasi, mənəvi-psixoloji mənzərəsini, ruhunu canlı, obrazlı və daha təsirli şəkildə əks etdirə bilir. “Dirilən adam” romanında da belədir…
Romanda cərəyan edən hadisələr Qədirin təkcə cismani, bioloji ölülüyündən və dirililiyindən irəli gəlmir. Burada Bəbir bəylərin, sarıqlı mollaların və s. adamların təmsil etdikləri istismar dünyası ilə Qədirin, Qumrunun, Məşədi İslam və başqalarının təmsil etdikləri məzlumlar, əzilənlər dünyası üz-üzə dayanmışdır. Birincilər ikinciləri sosial-mənəvi və iqtisadi-hüquqi baxımdan ölü hesab edir, bu düşüncə və əxlaqla da onların hər şeylərini, hətta şərəflərini, namuslarını belə qəsb etməyi özlərinə haqlı bilirlər. Hakim qüvvələr – çarizm ümumən Azərbaycan kəndlisini, füqərayi-kasibəsini hər cəhətdən diri ölülər cərgəsinə daxil etmişdi. Sosial-mədəni, hüquqi həyatın bütün sahələrində onlara sanki ölü kimi baxılırdı. Ona görə də başına olmazın müsibətlər açılan, azından-çoxundan olan-qalan maddi-məişət mülkündən də məhrum edilən Qədiri (qədirləri) diri ikən ölü qələminə çıxararaq, onun şərəf və namusunu qəsb etmək istəyirlər. Bu zaman təsəvvürlərinə belə gətirmirlər ki, nəhayət, bıçağın sümüyə işlədiyinə dözülməyib mübarizəyə qalxacaq Qədir kimilər, qədirlər üzünü hakim qüvvə təmsilçilərinə tutub uca səslə deyəcəklər:
“… Necə deyərlər, ölmüşdümsə də dirilmişəm…”.
“İstədiyim odur ki, mən dirilmişəm. Qoymaram arvad-uşağıma Bəbir bəy kimi canavarın əli dəyə! Görək… Qoymaram…”.
İstismar dünyasının təmsilçiləri Qədirlərin diriliyini hiddət və qəzəblə qarşılayır. Qədirin diriliyi, onların başı üzərində ildırım kimi şaqqıldayır. Ona görə Qədirin üzərinə belə kükləyirlər:
“ – Kim səni diriltdi. Ədə, dnuz oğlu? Həə? Allahu əkbər ha. ”
“- Ədə, müsəlman, bədbəxt müsəlman! Sənin kimi müsəlmanı çayaşağı axıdım, çayyuxarı axtarım! De, görüm səni urusmu dirildəcək, a qırxıq? Nikolay nə belə fazil müştəhid oldu sənə? Ay urus quyruğu… Ay qudurmuş!”
Burada yazıçı Mir Cəlal ölülükdə diriliyi iki mənada işlətməklə Qədirin şəxsində Azərbaycan xalqının sosial-psixoloji, mənəvi-hüquqi baxımdan oyanıb öz diriliyi, qəsb edilmiş hüquq və azadlığı uğrunda mübarizəyə qalxması prosesinin inkişaf mərhələlərini məharətlə canlandıra bilmişdir. Əgər “Anket Anketovun timsalında 1937-ci ilin repressiya xofu bütün dəhşəti ilə canlandırılıbsa, Qədirin şəxsində istismar dünyasının canlı meyit, ölü vəziyyətinə, siyahısına saldığı Azərbaycan xalqı və onun azadlıq mübarizinə çevrilməsi prosesi ümumiləşdirilmişdir.
Bütövlükdə Mir Cəlal Paşayev həm elmi-nəzəri, həm də ədəbi-bədii fəaliyyətində Azərbaycanın, Azərbaycan xalqının, intellektual, mənəvi, ideya, siyasi, etnik-mədəni diriliyinin təsdiqinə, vətəndaşlıq hüququnun hər cəhətdən tanınmasına, bu amalın təntənəsinə çalışmışdır.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
Comments are closed, but trackbacks and pingbacks are open.