Press "Enter" to skip to content

Abdulla şaiqin seçilmiş əsərləri

İncə telli göy sünbül.

Abdulla Şaiq “Seçilmiş Əsərləri 3” PDF

XX əsr milli ictimai, ədəbi və mədəni fikir tariximizdə özünəməxsus yer tutan görkəmli ədib Abdulla Şaiq həm də uşaqların sevimli yazıçısı, şairi və dramaturqudur. Əsrin əvvəllərində də, ortalarında da pedaqoji intibahın görkəmli xadimlərindən biri kimi fəaliyyət göstərən Şaiqin 40 ilə yaxın şərəfli müəllimliyi Azərbaycanda xalq maarifinin tarixinə işıqlı səhifə kimi yazılmışdır. Şair ikən müəllim, müəllim ikən şair olan Şaiqin şeirdə də, tərbiyədə də məqsədi gəncliyin mənəvi çırağını alışdırmaq idi. Azərbaycan uşaq şei”ri və nəsri, dramaturgiyası bütöv və müstəqil bir klassik məktəb səviyyəsində məhz onun yaradıcılığında kamala çatmışdır. Bizdə uşaqlar üçün ilk milli səhnə əsərini, ssenarini o yazmışdır. Gənc tamaşaçılar teatrı milli dramaturqlardan ən çox onun adı ilə bağlı olmuşdur. A.Şaiqin “Seçilmiş əsərləri”nin bu cildinə tanınmış ədibin uşaqlar və gənclər üçün yazdığı əsərləri — şeirləri, poemaları, hekayələri, təmsil və pyesləri daxil edilmişdir.
Kitaba daxil edilmiş PYESLƏR: Gözəl bahar, Çoban, İntiqamçı xoruz, Ürək tikmək və ya Qurban bayramı Danışan kukla, TƏMSİLLƏR: Tülkü və xoruz, Dəvə və siçan, Arı və eşşək, Arı və kəpənək, Tülkü və dovşan, Hacıleylək və sərçə, Tülkü və dəvə, Dəvə, tülkü və qurd.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Abdulla Şaiq “Seçilmiş Əsərləri 3” PDF

ABDULLA ŞAİQİN UŞAQ ŞEİRLƏRİ

-Dovşan, dovşan, a dovşan!
Qaçma dayan, a dovşan!
Qaçma səni sevəndən,
Can kimi istəyəndən.

-Dura bilmərəm, dadaş,
Yanında var alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən.

QUZU

Bir obada körpə quzu,
Mələr-mələr, qaçar düzü,
Anasın axtarar gözü.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

Gün əyildi, çökdü duman,
Sürü qayıtdı otlaqdan;
Səs-küy ilə doldu hər yan.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

Qoyunları çoban yığar,
Fatı xala gəlib sağar;
Quzum mələr, durub baxar.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

Anasını quzum görər,
Ayaqların yerə dirər,
Məməsini tapıb əmər.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

Quzum çıxdı göy otlağa
Yanaşdı bir boz oğlağa,
Çıxdı onunla oynağa.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

YETİM CÜCƏ

Ay kiçicik, soluq cücəm,
Boynu buruq, yoluq cücəm!

Açma o nazlı dimdiyin,
Tək gəzinib sıxılma çox,
Ağlayıb nalə qılma çox.

Qəm yemə, sus, bir az dayan,
Mən olaram sənin anan.

Səni o səslə səslərəm.
Dən, su verib də bəslərəm.

Ağlama, ağlama, gözəl,
Qaç yanıma, dayanma, gəl!

BİR QUŞ

Bir quş səhər ertə bağçabağda,
Çör-çöp daşıyıb yuva tikirdi.

Gah şad oxuyurdu bir budaqda,
Gah da uçub ot, saman çəkirdi.

İstər quşum olsun aşiyanı,
Çör-çöp daşıyır havada hər dəm.

İşdən yorulub duran zamanı
“Cik-cik” oxuyurdu şad, xürrəm.

ASLAN, QURD VƏ TÜLKÜ

Bir zaman tülkü, qurd, həm aslan –
Hər üçü bağladı belə peyman:
Ki bu gündən ələ nə düşsə şikar
Üç yerə qismət eyləsin onlar.

Hamı “əhsən” dedi bu dadlı sözə.
Ov üçün çıxdılar bir otlu düzə.
Dərə ağzında tapdı üç ortaq:
Bir qoyun, bir keçi, quzu, oğlaq.

Dedi aslan: – Gəlin ovu bölüşək,
Bu qoyun ki, mənə çatar bişək.
Quzu olsun gərək mənim payım,
Çünki sizlərdə yox mənim tayım,

Bu keçi də gərək mənə yetişə,
Olmasın bir kəsin sözü bu işə.
Oğlağa kim uzatsa əl, bunu bil,
Eylərəm mən onun əlini şil.

BƏNÖVŞƏ

Bənövşəyəm, bənövşə,
Düşmüşəm dilə-dişə;
Qızlar, oğlanlar məni
Dərib taxarlar döşə.

Bahar oldu açaram,
Qar, borandan qaçaram;
Başqa güllər açanda,
Mən quş olub uçaram.

Qurudar məni ayaz,
Yaşayıram bircə yaz.
Rəngim, ətrim gözəldir,
Əl vurmayın, ömrüm az.

QƏRƏNFİL

Qərənfiləm mən,
Gözəl güləm mən;
Yaşıl saplaqlı
Bir sünbüləm mən.

Mən, bağban qızı
Bağın ulduzu;
Rəngim ağ, sarı,
Al və qırmızı.

Gəl, saxla ayaq,
Durma, gendən bax!
Gəlsəm xoşuna,
Dər, döşünə tax!

QIZIL GÜL

Qızıl güləm, qızıl gül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Səhər erkən açaram,
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?

Mən əllərdə gəzərəm,
Süfrələri bəzərəm.
Mənəm gözəl qızıl gül,
Sən ey qönçəm, açıl, gül!

KƏNDLİ VƏ İLAN

Gəldi bir kəndlinin yanına ilan.

Dedi: “Bundan sonra mənə gəl inan

Dost olaraq etibarımız olsun,

Əhd-peyman, qərarımız olsun.

Daha məndən qoruma sən özünü,

Mənə gəl yaxşı bax, sil gözünü.

Çıxmışam təzəcə qabıqdan mən,

Olmuşam indi başqa heyvan mən”.

Nə ilan kəndlini inandırdı,

Nə də öz mətləbini qandırdı.

Götürüb kəndli bir yekə payanı

Dedi: “Get, axmağı, səfehi tanı!

Qabığın tazə-bəs nə adətdir.

Ürəyin dop-dolu xəyanətdir?

İlana etibarımız olmaz.

Başı heç yer üzündə sağ qalmaz”.

Bu sözü söyləyib vurub ilanın

Başını əzdi, aldı orda canın.

GÖYƏRÇİN

Kəkilim vardır çin-çin.

Ellər məni bəsləyir,

“Uğurlu quşdur”, – deyir .

Sülhün bir rəmziyəm mən.

Ancaq mən çox fərqliyəm,

Əlimdə kağız, qələm,

Başımda fikir, ağıl,

Yazıram şeir, nağıl;

Arabir də hekayət,

Oxuyan alır ibrət.

Gözəl şəkillərim var,

Böyük əməllərim var.

Uşaqlar sevir məni

Səsim tutub ölkəni.

İndi bilin, balalar,

Nə istəsəz, məndə var.

KƏPƏNƏK

Mənəm qanadlı çiçək,

Adım isə kəpənək.

Al-əlvan xallarım var.

Qızıl kimi parıldar.

Budaq – budaq uçaram.

Yuvam, otağım ancaq

Olur yaşıl bir yarpaq,

Mənim dostumdur hər gül,

İncə telli göy sünbül.

Oynağımdır çöl, çəmən,

Məni tutmaq istəyən,

Ey mehriban uşaqlar,

Siz yaşayın bəxtiyar!

Mənim də bu dünyada

Bir başqa aləmim var…

BÜLBÜL

Oxu, bülbülüm, oxu,
Yazdır, səhər çağıdır.
Oxu, sənin xoş səsin
Şənliklər qaynağıdır.

Oxu, oxu, xoş nəğmən
Nəşə versin ellərə.
Şən səsin, xoş nəfəsin
Yayılsın bu çöllərə.

Oxu, çöldə, çəməndə,
El əkəndə, biçəndə,
Başla yeni bir dastan
Biz bənövşə dərəndə.

Bülbülüm, tik yuvanı,
Bəslə, böyük balanı.
Qoy nəsliniz çoxalsın,
Biz böyüyən zamanı.

TÜLKÜ VƏ DƏVƏ

Dəvə otlaya-otlaya,
Kənddən bir az uzaqlaşdı.
Yetişdi bir daşqın çaya,
Sudan içib, çayı aşdı.

Dizin büküb çökdü yerə,
Ürəyində yoxdu qorxu.
Xumarlandı birdən-birə
Gözlərinə girdi yuxu.

Tülkü çıxdı yuvasından,
Görüncə yatmış dəvəni.
Ürəyində dedi: “Ay can!
Bəxtim ac qoymayır məni.

Zorba dəvə ayağıyla
Gəlmiş yuvanın ağzına.
Onu keçirməkçün ələ,
Quyruğumu quyruğuna

Kəndir kimi bağlayaram,
Çəkib yuvama dəvəni,
Ürəyini dağlayaram;
Bir ay doyurar o məni”.

Bunu deyib, tez yan aldı,
Dediyinə əməl etdi.
Qüvvətini işə saldı,
Quyruğunu ha tərpətdi,

Dəvə etmədi hərəkət,
Tərpənmədi heç yerindən.
Tülkü işlədirkən qüvvət
Zorba dəvə gördü birdən

Tərpədirlər quyruğunu;
Hövl ilə qalxdı ayağa;
Bu iş qorxutmuşdu onu,
Üz qoydu kəndə qaçmağa…

Tülkü havada sallanmış…
Qurtarmaqçün öz canını:
Gah buduna batırır diş,
Gah keçirir dırnağını.

Dəvə aldıqca hər yara,
Qaçır daha sürət ilə.
Tülkü ağa düşüb dara,
Hey vurnuxur qüvvət ilə.

Kəndə çatınca tülkünü
İtlər görüb, hov-hov saldı.
Dağıtdılar boz kürkünü,
Hərəsi bir dişlək çaldı.

ÇOCUQ VƏ QAYA

Bir qayaya çıxmış idi bir çocuq,

Gördü qayanın içi oyuq-oyuq.

Baxdı yenə qarşıdakı dağlara,

Dərələrə, təpələrə, bağlara.

Şövqdən oldu o çocuq biqərar,

Başladı qışqırmağa biixtiyar.

Gəldi qayadan ona əksi-səda,

Eylə bildi başqa çocuqdur o da.

Sevinərək səslədi: “Ey, gəl bura!”

Aldı qayadan cavabın: “Gəl bura!”

Hər nə ki bu uşaq ona söylədi,

Daş qayalar rədd cavab eylədi.

Qaldı məhəttəl bu işə o uşaq,

Birdən onu söydü: “Ey eşşək, axmaq”

Gördükü o uşaq da söyür bunu.

Acıqlanıb istədi tapsın onu.

Durdu qayanı gəzib axtarmağa

Bunu söyən uşağı tez tapmağa.

Gəzdi, dolaşdı qayanı hər qədər,

Tapmadı ancaq o uşaqdan əsər.

Oldu bu işdən uşağın qəlbi qan,

Evlərinə qayıtdı çox pərişan.

ARI

Arıyam, zəhmətkeşəm,
Bal, mum çəkməkdir peşəm.

Səhər güllər açınca,
Gözəl qoxu saçınca

Uçaram göy yamaca,
Çiçək açmış ağaca,

Ya çəmənə, meşəyə,
Qonaram hər çiçəyə;

Şirəsini çəkərəm,
Pətəyimə tökərəm,

Çalışıram doqquz ay,
Hamı məndən alır pay.

Balımdan qoy yesinlər,
Mənə: “Sağ ol!” desinlər.

İLKİN MƏNBƏ:

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Abdulla Şaiq – Seçilmiş əsərləri 3-cü cild

XX əsr milli ictimai, ədəbi və mədəni fikir tariximizdə özünəməxsus yer tutan görkəmli ədib Abdulla Şaiq həm də uşaqların sevimli yazıçısı, şairi və dramaturqudur. Əsrin əvvəllərində də, ortalarında da pedaqoji intibahın görkəmli xadimlərindən biri kimi fəaliyyət göstərən Şaiqin 40 ilə yaxın şərəfli müəllimliyi Azərbaycanda xalq maarifinin tarixinə işıqlı səhifə kimi yazılmışdır. Şair ikən müəllim, müəllim ikən şair olan Şaiqin şeirdə də, tərbiyədə də məqsədi gəncliyin mənəvi çırağını alışdırmaq idi. Azərbaycan uşaq şei”ri və nəsri, dramaturgiyası bütöv və müstəqil bir klassik məktəb səviyyəsində məhz onun yaradıcılığında kamala çatmışdır. Bizdə uşaqlar üçün ilk milli səhnə əsərini, ssenarini o yazmışdır. Gənc tamaşaçılar teatrı milli dramaturqlardan ən çox onun adı ilə bağlı olmuşdur. A.Şaiqin “Seçilmiş əsərləri”nin bu cildinə tanınmış ədibin uşaqlar və gənclər üçün yazdığı əsərləri — şeirləri, poemaları, hekayələri, təmsil və pyesləri daxil edilmişdir.

Kitaba daxil edilmiş PYESLƏR: Gözəl bahar, Çoban, İntiqamçı xoruz, Ürək tikmək və ya Qurban bayramı Danışan kukla, TƏMSİLLƏR: Tülkü və xoruz, Dəvə və siçan, Arı və eşşək, Arı və kəpənək, Tülkü və dovşan, Hacıleylək və sərçə, Tülkü və dəvə, Dəvə, tülkü və qurd

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.