Abseron – Wikipedia
Rayon ərazisində mövcud qəsəbə və kəndlərdə hələ XIV–XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Rayonun əsas tarixi abidələri aşağıdakılardır:
Abşeron haqqında
Abşeron rayonu 1963-cü il yanvar ayının 4-də yaradılmışdır. Abşeron rayonu Xəzər dənizinin qərb sahilində yerləşir, Qobustan rayonu, Sumqayıt şəhəri, Bakı şəhərinin Sabunçu, Qaradağ və Binəqədi rayonları ilə həmsərhəddir. Rayon quru subtropik iqlim qurşağında yerləşir, iqlim tipinə görə yarımsəhra quru və çöl iqliminə aiddir.
Rayonun yaradılmasında əsas məqsəd Bakı və Sumqayıt şəhərlərinin əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etməkdən ibarət olmuşdur.
Abşeron rayonu Azərbaycan Respublikasının ən iri sənaye və kənd təsərrüfatı rayonlarından biridir.
Abşeron rayonunun ərazisi 1966,1 kv km-dir. Qeydiyyatda olan əhalinin sayı 01.01.2013-cü ilə 200,8 min nəfərdir.
Məşğul əhalinin əsas hissəsi heyvandarlıqla, rayonda, Bakı və Sumqayıt şəhərində fəaliyyət göstərən istehsal müəssisələrində digər istehsal, ticarət, ictimai iaşə, хidmət sahələrində çalışır və fərdi əməklə məşğul olurlar.
Abşeron rayonu 15 inzibati ərazi dairəsindən (Хırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Qobu, Güzdək, Hökməli, Digah, Aşağı Güzdək qəsəbələri və Məmmədli, Novхanı, Masazır, Fatmayı, Görədil Pirəkəşkül-Qobustan kəndlərindən) ibarətdir.
Rayon ərazisində 64 idarə və müəssisə, 6 bank filialı, 1 rabitə müəssisəsi, 3 mehmanхana və otel fəaliyyət göstərir. İşçilərin sayına görə ən iri müəssisələr olan «Azbentonit» MMC (589 nəfər) «Bakı Gastel» MMC (256 nəfər) «Mətanət-A» MMC (175 nəfər) işçisi vardır.
Hazırda rayon üzrə məşğul əhalinin sayı 123637 nəfərdir. O, cümlədən sənayedə çalışanların sayı 4120 nəfər, tikintidə 3271 büdcə təşkilatlarında 10326 nəfər, təhsildə 4121 nəfər, səhiyyədə 1020 nəfər digər sahələrdə 105920 nəfərdir.
Abşeron rayonu 15 inzibati ərazi dairəsindən: 1 şəhər, 8 qəsəbə və 6 kənddən ibarətdir.
Xırdalan şəhəri əhalisinin sayına görə rayonun ən böyük yaşayış məntəqəsi olmaqla, həm də rayonun inzibati mərkəzidir.
Xırdalan əvvəllər qəsəbə adlandırılmış, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2006-cı ilin oktyabr ayından Xırdalana şəhər statusu verilmişdir. Ərazisi 1696 hektar olmaqla, əhalisi 96658 nəfərdir.
Saray qəsəbəsi də rayonun qədim və böyük yaşayış məntəqələrindən biridir. Ərazisi 3398 hektar, əhalisi 18694 nəfərdir.
Sənədlərdə adı ilk dəfə 1774-cü ildən çəkiliir. Lakin tarixi mənbələrdə kəndin mənşəcə 13-cü əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş saray tayfasının ərazidə məskunlaşması nəticəsində yaranması ehtimal olunur.
Mehdiabad Abşeronun yeni salınmış, lakin böyük qəsəbələrindən biridir. Mehdiabad qəsəbəsinin salınması sırf iqtisadi amillərlə bağlı olub. Abşeron yarımadasında kənd təsərrüfatını, xüsusilə üzümçülüyü inkişaf etdirmək məqsədilə bu ərazidə 1956-cı ildə sovxoz yaradılıb. 1958-ci ildə ilk yaşayış evləri tikilib istifadəyə verilib.
Qəsəbədə əsasən Azərbaycanın müxtəlif bölgələrindən olan, xüsusilə 1949-1950-ci illərdə Ermənistandan departasiya edilmiş insanlar məskunlaşıb. Ərazisi 1957 hektar, əhalisi isə 11357 nəfərdir.
Qobu qəsəbəsinin tarixinin təxminən 700 il olduğu ehtimal olunur. Bu yaşayış məskəninin adı “çökəklik” mənasında işlənir. Qobulular əsasən maldarlıqla məşğul olurlar. Qəsəbənin ərazisi 4700 hektar, əhalisi isə 9246 nəfərdir.
Ceyranbatan qəsəbəsi də Abşeron rayonunun yeni salınmış yaşayış məntəqələrindən biridir. Əhalisi 7563nəfər, ərazisi isə 3168 hektardır. Bakı şəhərinin 25 kilometrliyində yerləşir. Ceyranbatan 1950-ci ildə inşaatçılar qəsəbəsi kimi yaradılmışdır. Rəvayətlərə görə qəsəbənin salındığı ərazi əvvəllər bataqlıq olduğu üçün oradan ceyranlar keçə bilməyərək batmışlar. 1959-cu ildə salınmış və suyunu “Samur-Abşeron” kanalından alan Ceyranbatan su anbarı təbii çökəklikdə yerləşir.
Hökməli qəsəbəsi bir sıra tarixi mənbələrdə Abşeronun orta əsrlərdə salınmış yaşayış məntəqələrindən hesab olunur. Lakin digər tarixi mənbələrə görə Hökməli hələ atəşpərəstlik dövründə yaşayış yeri kimi mövcud olmuşdur. Tarixi mənbələrdə Hökməlinin adı “Gökan” kimi qeyd olunur. Lakin miladi tarixi ilə 661-665-ci illərdə Azərbaycan ərəb qoşunları tərəfindən işğal olunduqdan sonra Hökməli kimi adlanmağa başlayır. Yəni, “Əlinin hökmü ilə islamı qəbul edən yer”. Qəsəbə dəniz səviyyəsindən 300 metr yüksəklikdə yerləşir. Əhalisi 8902 nəfər, ərazisi isə 1750 hektardır.
Güzdək qəsəbəsi də Abşeronun qədim yaşayış məntəqələrindən biridir. Bakının 22 kilometrliyində yerləşir. Əhalisi 2513 nəfər, ərazisi isə 3285 hektardır. Güzdəyin tarixi təxminən 800 il hesablanır. Qəsəbədə 500 yaşı olan daş tapılıb. Bəzi mənbələrə görə “Güzdək” “türk məskəni”, digər mənbələrə görə isə “Payız otlağı”, “payız binəsi”, “kölgəli yer” deməkdir. Eyni zamanda, “Güzdək” quzu saxlanılan yer mənasını da daşıyır.
Aşağı Güzdək Abşeronda salınmış yeni yaşayış məskənlərindəndir. Ərazisi 1461 hektar, əhalisi isə 3872 nəfərdir. Qəsəbə Güzdək dəmiryolu stansiyası adı altında 1952-ci ildə hərbiçilər tərəfindən yaradılmışdır.
Digah Abşeronun orta əsr kəndlərindəndir. Bu sözün mənşəyi ətrafında iki mülahizə mövcuddur. Birinci “digah yüksək suvarılmayan yer”, ikinci isə “iki təpə arasında yer, məkan, kənd” mənası verir. Ərazisi 417 hektar, əhalisi isə 4567 nəfərdir.
Abşeron bağlarının yaranma tarixi mənbələrə görə 5 min il əvvələ gedib çıxır. Bu ərazidə yerləşən bağlar arasında Novxanı bağları ən qədimi sayılır. Novxanı kəndinin ərazisi 2697 hektar, əhalisi isə 8350 nəfərdir. Novxanı kəndi XVII əsrin ortalarında dəniz suyunun artması (bəzi mənbələrdə güclü zəlzələ) nəticəsində batmışdır. Əhali indi Aşağıbaş adlanan yerdə məskunlaşmışdır. Yeni tikilmiş evlərə farsca “nov xanı”, yəni “təzə evlər” adlandırılmışdır ki, bu da sonradan Novxanı kimi səslənmişdir.
Masazır Abşeronun qədim kəndlərinin siyahısındadır. Məşhur Masazır duz gölünün sahilində yerləşir. Ərazisi 1634 hektar, əhalisi isə 11431 nəfərdir. Masazır kəndinin tarixi çox az öyrənilib.
Məmmədli kəndi Abşeronun nisbətən cavan kəndlərindən sayılsa da, onun yerləşdiyi ərazi haqqında çox qədim mənbələrdə məlumat verilir. Bizim eradan əvvəl yaranmış tarixin atası adlandırılan Heredot Azərbaycana səyahət edərkən «Yanardağ»da olmuş, onun yaxınlığında yaşayış məskəninin olduğunu qeyd etmişdir. Yerli əhalinin dediyinə görə 1112-ci ildə monqol işğalı zamanı cənub bölgələrinə gedərək orada Məhəmmədi, Qasımxanlı, Şahsevənli, Qaradağlı adlı kəndlər salmışlar. Kəndin ərazisi 1174 hektar, əhalisi isə 5894 nəfərdir.
Fatmayı Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Əhalisi 3174 nəfər olmaqla, ərazisi 1043 hektardır. Fatmayı kəndinin adı ilə bağlı iki mülahizə vardır. Birinci fikirə görə kənd yelçəkər ərazidə yerləşdiyi üçün “mehi fəth edən yer” anlamına uyğun “Fatmayı” adlanır. İkinci mülahizəyə görə isə kəndin adı “Fatimi” sözündən, yəni Fatimənin nəslindən olanlar adlanıb.
Görədil Abşeronun orta əsrə aid kəndlərindən olsa da, tarixi az öyrənilmişdir. Görədil kəndinin mənası Gör-Ədil, yəni dağ aşrımı üstündə yer, məkan deməkdir. Kəndin əhalisi 1691nəfər, sahəsi isə 420 hektardır.
Pirəkəşkül vaxtilə Abşeronun qədim kəndlərindən olub. Kənd uzun müddət Çaylı adını daşıyıb. Əhali əsasən qoyunçuluqla məşğul olub. Lakin 1950-ci illərdən əhali Sumqayıt şəhərinə və Saray qəsəbəsinə köçüb. 1988-ci ildə azərbaycanlılar Ermənistandan deportasiya olunduqdan sonar Nazirlər Kabinetinin 30 avqust 1989-cu il tarixli 361 saylı qərarı ilə Qobustan qoyunçuluq sovxozunun ərazisində 300 ailəyə həyətyanı torpaq sahəsi ayrılıb. Kəndin ərazisi 5200 hektar, əhalisi isə 3040 nəfərdir.
Baxılıb: 4253
Abseron – Wikipedia
Abşeron rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Xırdalan şəhəridir.
Mündəricat
- 1 Tarixi
- 2 Tarixi abidələr
- 3 Etimologiya
- 4 Coğrafi mövqeyi
- 4.1 Təbiəti
- 4.2 İqlimi
Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Abşeron rayonu ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksək ixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaranmışdı. O həmçinin hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir.
Tarixi abidələr
Rayon ərazisində mövcud qəsəbə və kəndlərdə hələ XIV–XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Rayonun əsas tarixi abidələri aşağıdakılardır:
- Xırdalanda — Məşədi İmambaxış hamamı və Hacı Həsən ovdanı (1904);
- Novxanıda — XVII əsrə aid Şah Sultan Hüseyn məscidi;
- Masazırda — XV əsrə aid “Xan bağı” türbəsi;
- Məmmədlidə — “Yanar dağ”, XVIII əsrə aid ovdan və Ağ məscid;
- Qobuda — 700 il əvvəl xalçaçılıq yaranmışdır;
- Hökməlidə — XIX əsrə aid Əlimurad hamamı və xalçaçılıq;
- Fatmayıda — XVII əsrə aid Hacı Heybət məscidi, XIX əsrə aid Məhəmməd Həsən hamamı və XIX əsrə aid Əlibattı məscidi;
- Digahda — XVII əsrə aid Cümə məscidi və tunc dövrünə aid Kurqan gölü;
- Sarayda — Köhnə Saraydakı qədim hamam binası;
Etimologiya
Sözün etimologiyası ilə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar “Abşeron” sözünün fars dilində — ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyini bildirirlər. Mənası “Şor su” deməkdir. Bir çox alimlərin fikrincə isə “Abşeron” oğuz boylarından biri olan avşar və yaxud əfşar tayfa adı ilə bağlıdır. Bəzi mənbələrin məlumatına görə, Bakı şəhəri yaxınlığında, İrandan Dərbəndə gedən karvan yolunun üzərində əfşəran adlı yaşayış məntəqəsi olmuşdur. Orta əsrlərdə Xəzər dənizinin qərb sahilində, Pirallahı adasının qarşısında Əfşəran adlı şəhərin mövcudluğu haqqında məlumat verilmişdir. Türk-səlcuq tayfa birliyinə daxil olmuş və Azərbaycan xalqının etnogenezində iştirak etmiş əfşarlar Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynamışdır. Nadir şah Əfşarın dövründə bir müddət hakimiyyəti ələ ala bilmişdilər. Belə olan şəraitdə əfşarların adı Azərbaycan toponimiyasında öz əksini tapdığı güman edilir. Odur ki, Abşeron toponiminin “əfşar yaşayan yer” kimi izah olunması məntiqə daha çox uyğun gəlir. [4]
Coğrafi mövqeyi
Abşeron Xəzər dəniziniin qərb sahilində yerləşir. Abşeron rayonu şimaldan Sumqayıt şəhəri ilə, şimali-qərbdən Xızı rayonu ilə, qərbdən Qobustan rayonu ilə, cənubi-qərbdən Hacıqabul rayonu ilə, şərqdən isə Bakı şəhəri ilə qonşudur.
Təbiəti
Rayonun əsas bitki örtüyünü yarımsəhra efemerləri təşkil edir. Bunlardan başqa yovşan, şorangə, ətli şorangə, kəngiz və s. geniş yayılmışdır.
Abşeron yarımadasında bir çox qara tut sortları yetişir ki, bunlardan da ən keyfiyyətlisi xartut adlanır. Ağ tutdan olduğu kimi qara tutdan da azərbaycanlılar mürəbbə bişirirlər. Həmçinin püstə, badam və zeytun ağaclarıda Abşeron yarımadasında yetişdirilən ağaclardır. Abşeronda becərilən yem bitkiləri bunlardı: yovşan, tüksüz biyan, yonca, sərt quramat, sahil tonqal otu, bozqır pişikquyruğu, barmaqvari çayır, pomidor, badımcan, kök, soğan. [5]
İqlimi
Abşeron rayonu ərazisində yayı quraq keçən mülayim-isti yarımsəhra iqlimi hakimdir.Bu mülayim iqlimi Cenubi Avropa ölkelerinede aiddir. Havanın orta temperaturu 10-140C, yanvarın temperaturu – 30C, iyulunku isə 20-270C arasında olur. Günəşli saatların illik miqdarı 2440-2445 saat, ümumi günəş radiasiyasının illik miqdarı 130-135 kkal/sm2, illik yağıntının miqdarı isə 200–250 mm-ə çatır. Rütubət çatışmazlığı 700–945 mm təşkil edir. Nisbi rütubətlik il ərzində cüzi (20-30%) və zəifdir (30-50%). Bütün Abşeron yarımadası üçün eyni iqlim şəraiti xarakterikdir, lakin onun landşaftları relyefin hündürlüyündən, meyilliyindən, parçalanmasından asılı olaraq müxtəlif sahələrdə nisbətən fərqlənir.
Rayonda demək olar ki, hidroqrafik şəbəkə yoxdur. O, ancaq Sumqayıtçayın aşağı axınları və bir hissəsi yayda quruyan bir neçə duzlu göllərlə təmsil olunur. Yarımadada həm də müvəqqəti axarların qalıqları olan çoxlu çökəkliklər var. Onların yaranması və inkişafı göl-şorakətləşmə-deflyasiya prosesləri ilə əlaqədardır. Bir qayda olaraq onlar ilin soyuq dövründə su ilə dolur, yayda isə dibdə çökən gilli materiallardan ibarət nazik pərdə şəklində olan duzlu qabıq şoranlıqlar əmələ gətirir.
İqlimin quraqlığı arid-denudasiya, şoranlaşma-deflyasiya relyef formalarının geniş yayılmasına səbəb olmuşdur. İqlim şəraitinə uyğun olaraq yarımadada humusun miqdarının az olduğu (1-1,5%) boz və boz-qonur torpaqlar çox yayılmışdır. Müsbət formalı relyef sahələrində quraq iqlim şəraitində aşınma prosesinin intensivliyindən asılı olaraq primitiv və ibtidai torpaqlar üstünlük təşkil edir. Axarsız çökəkliklərdə və zəif axımı olan düzənliklərdə şorakətləşmiş torpaqlar formalaşmışdır. [6]
Yaşayış məntəqələri
Əhalisi 1 aprel 2006-cı il tarixinə əsasən 102,5 min nəfərdir və əsasən Azərbaycan Türklərindən ibarətdir. Rayonun ərazisində Ermənistan Respublikasından etnik təmizləmə nəticəsində 3327 nəfər qaçqın, işğal olunmuş rayonlardan olan 16872 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. 2023-cü ilə əsasən əhalinin sayı 491316 nəfərdir.
İnzibati dairələri
Abşeron rayonu 15 inzibati ərazi dairəsindən (Хırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Qobu, Güzdək, Hökməli, Digah, Aşağı Güzdək qəsəbələri və Məmmədli, Novхanı, Masazır, Fatmayı, Görədil Pirəkəşkül-Qobustan kəndlərindən) ibarətdir. Rayon ərazisində 64 idarə və müəssisə, 11 bank filialı, 2 rabitə müəssisəsi, 3 mehmanхana və otel fəaliyyət göstərir. İşçilərin sayına görə ən iri müəssisələr olan “Azbentonit” MMC (589 nəfər) “Bakı Baltika” MMC (256 nəfər) “Mətanət-A” MMC (175 nəfər) işçisi vardır. Hazırda rayon üzrə məşğul əhalinin sayı 123637 nəfərdir. O, cümlədən sənayedə çalışanların sayı 4120 nəfər, tikintidə 3271 büdcə təşkilatlarında 10326 nəfər, təhsildə 4121 nəfər, səhiyyədə 1020 nəfər digər sahələrdə 105920 nəfərdir.
Bələdiyyələr və nümayəndəliklər
- Xırdalan bələdiyyəsi və Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik
- Saray bələdiyyəsi və Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
- Mehdiabad bələdiyyəsi və Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
- Qobu bələdiyyəsi və Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
- Ceyranbatan bələdiyyəsi və Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
- Hökməli bələdiyyəsi və Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
- Güzdək bələdiyyəsi və Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
- Aşağı Güzdək bələdiyyəsi və Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
- Digah bələdiyyəsi və Digah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik
- Masazır bələdiyyəsi və Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik
- Novxanı bələdiyyəsi və Novxanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik
- Məmmədli bələdiyyəsi və Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik
- Fatmayı bələdiyyəsi və Fatmayı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik
- Görədil bələdiyyəsi və Görədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik
- Pirəkəşkül bələdiyyəsi və Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik [7]
Görkəmli şəxsləri
- Mirəsədulla Mirqasımov — tibb elmləri doktoru, akademik.
- Nəbi Xəzri — Azərbaycanın xalq şairi.
- Ağahüseyn Cavadov — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti Əbdüləli Müraəlov — Azərbaycan SSR Ali Sovetinin deputatı
- Oqtay Mirqasımov — Azərbaycan kinorejissoru, ssenarist, Azərbaycanın xalq artisti
- Mirəli Mirqasımov — heykəltəraş, Azərbaycanın əməkdar incəsənət xadimi
- Teymur Rzayev — Azərbaycan Respublikası Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü.
- Aydın Xırdalanlı — meyxanaçı, şair, qəzəlxan.
- Əbdülkərim Əlizadə — şərqşünas, akademik, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı Laureatı
- Əliheydər İbrahimov — Sovet Ordusu hərbçisi, Böyük Vətən müharibəsi əlili, Brestin azad edilməsi uğrundakı döyüşlərin iştirakçısı, 4-cü qvardiya korpusunun tank əleyhinə qırıcı divizionunun komandiri, Qvardiya-mayoru
- Fərrux Zeynalov — iqtisad elmləri namizədi, əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi, 1992–1997-ci illərdə Azərbaycan Respublikasının Material Ehtiyatları Naziri
- Ağaverdi Paşayev — dirijor, pedaqoq. Azərbaycan Respublikasının Xalq Artisti, Professor,Şöhrət ordeni,
- Sahib Paşazadə — Tarzən ,Azərbaycan Milli Konservatoriyasının dosenti, Azərbaycan RespublikasınınƏməkdar artisti,Beynəlxalq Müsabiqələr Laureatı,Prezident Mükafatçısı,Tərəqqi medalı laureatı; — Ağaverdi Paşayevin oğlu
- Gülbala Əliyev — SSRİ-nin fəxri neftçisi, Azərbaycan SSR-nin neft ustası, Azərbaycan Neftçilərinin ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı
- Mirmahmud Kazımovski — Azərbaycan SSRnin Əməkdar artisti, görkəmli teatr xadimi, dramaturq, rejissor. Rauf Kazımovskinin atası
- Tofiq Quliyev — bəstəkar, pianoçu, dirijor, Azərbaycan SSR-nin xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri
- Zeynal Cabbarzadə — şair, publisist, Azərbaycanın əməkdar mədəniyyət işçisi
- Vəli Axundov — akademik, dövlət xadimi.
- Mikayıl Ələkbərov — Sovet İttifaqı Qəhrəmanı.
- Qəzənfər Xalıqov — Azərbaycanın xalq rəssamı.
- Şıxəli Qurbanov — yazıçı-dramaturq, dövlət xadimi.
- Mehdi Hüseynzadə — Sovet İttifaqı Qəhrəmanı.
- Süleyman Rüstəm — Azərbaycanın xalq şairi.
- Məhəmməd Əmin Rəsulzadə — Azərbaycan Demokratik Respublikasının qurucularından biri.
- Lütfi Zadə — akademik.
- Əzim Əzimzadə — Azərbaycanın xalq rəssamı.
- Aqşin Əlizadə — bəstəkar.
- Qara Qarayev — bəstəkar.
- Böyükağa Mirzəzadə — Azərbaycanın xalq rəssamı.
- Cəlil Cavadov — kontr-admiral.
- Əliağa Vahid — şair-qəzəlxan.
- Arif Salahov — general-mayor.
İqtisadi xarakteristikası
Sovetlər birliyi dövründə Abşeron rayonu inkişaf etmiş sənaye-aqrar bölgə olmuşdur. Hazırda rayonda 148 ticarət və ictimai-iaşə xidməti, 22 sənaye istehsalı, yanacaqdoldurma, 27 aptek, 4 nəqliyyat və 21 kənd təsərrüfatı müəssisəsi mövcuddur.
Hazırda Abşeron rayonunda 20 səhiyyə müəssisəsi və şəhər sağlamlıq mərkəzi əhaliyə xidmət göstərir. Bu müəssisə və mərkəzlər aşağıdakılardır:
- Mərkəzi Xəstəxana — Bakı-Sumqayıt şösesi, Vaz dairəsinin yanı
- Saray qəsəbə Xəstəxanası — Saray qəsəbə, Mikayıl Ələkbərov küç.
- Qobu qəsəbə Xəstəxanası — Qobu qəsəbə, Aşur Həsənbalayev küç.46
- Xırdalan şəhər Poliklinikası — Xırdalan şəhər, Məhəmməd Əmin Rəsulzadə küç.12
- Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi — Xırdalan şəhər, Heydər Əliyev prospekti 185
- Uşaq Poliklinikası — Xırdalan şəhər, Məhəmməd Əmin Rəsulzadə küç.12
- Ceyranbatan qəsəbə Həkim Ambulatoiyası — Ceyranbatan qəsəbə, Nizami 3
- Digah qəsəbə Həkim Ambulatoriyası — Digah qəsəbə, Səməd Vurğun küç
- Mehdiabad qəsəbə Həkim Ambulatoriyası — Mehdiabad qəsəbə, Əzizbəyov küç.10a
- Hökməli qəsəbə Həkim ambulatoriyası — Hökməli qəsəbə, Mirzağa Əliyev küç.11
- Aşağı Güzdək qəsəbə Həkim Ambulatoriyası — Aşağı Güzdək qəsəbə, T/Məmmədov küç.2
- Güzdək qəsəbə Həkim Ambulatoriyası — Güzdək qəsəbə, Elman Heydərov küç.
- Fatmayi kənd Həkim Ambulatoriyası — Fatmayi kənd, Əliağa Ağayev küç.
- Məhəmmədi kənd Həkim Ambulatoriyası — Məhəmmədi kənd, Əlibayramov küç.31
- Masazır kənd Həkim Ambulatoriyası — Masazır kənd, Əliağa Vahid küç.
- Novxanı kənd Həkim Ambulatoriyası — Novxanı kənd, İlqar Abdullayev küç.
- Pirəküşkül Feldşer Mama Məntəqəsi — Pirəküşkül kənd, Xoşbəxt Məmmədov küç.
- Qobustan Feldşer Mama Məntəqəsi — Qobustan kənd, Cəfər Cabbarlı küç.
- Görədil kənd Feldşer Mama Məntəqəsi — Görədil kənd, İlqar Yusifov küç.
- Güzdək Hərbi Hissə Feldşer Mama Məntəqəsi — Güzdək qəsəbə
Mədəniyyət və təhsil müəssisələri
Hazırda Abşeron rayonunda qədim tarixi abidələrlə yanaşı müasir istirahət parkları, 2 muzey, 4 mədəniyyət evi əhaliyə xidmət göstərir. Təhsil sahəsində 1 ali məktəb, 2 texniki peşə litseyi, 1 kollec, 36 ümumtəhsil məktəbləri, 22 uşaq bağçaları, “uşaq gənclər”i idman məktəbi fəaliyyət göstərir.
Maddi-mədəni irsi
Güzdək qəsəbəsi ərazisində XIX əsrə aid dörd ədəd “Dəvəlik” adlanan təsərrüfat tikilisi mövcuddur. Teymur Həmidova, Məlik və Məmməd Rzayevlərə məxsus həmin tikililər təsərrüfat məqsədilə istifadə olunmasa da qorunub saxlanılır. XIX əsrdə Görədildə həmin kəndin sakini Hacı Qurbanın tikdirdiyi Əbdürrəhman məscidi, Digahlı Mir Qohum ağanın tikdirdiyi məscid, XVIII əsrdə Xırdalan kənd icması tərəfindən tikilmiş məscid, Məmmədlidə XVIII əsrdə Qaradağlılar nəsli tərəfindən inşa edilmiş məscid, XIX əsrdə Məmmədli kəndində Şahsevənlər tərəfindən tikilmiş məscid, Novxanıda XIX əsrdə Hacı Səfəralının ibadət və dini tədris məqsədilə tikilmiş məscid-mədrəsə, həmin kənddə XVII əsrdə Şahsultan Hüseyn adlı şəxs tərəfindən tikilmiş məscid, Fatmayıda XIX əsrdə tikilərək kənd ağsaqqalı Əlbattinin adı verilmiş məscid, XVII əsrdə tikilmiş Hacı Heybət məscidi, XVIII əsrdə tikilmiş Salam məscidi, Saray kəndindəki XIX əsrə aid Hacı Bədəl məscidi mövcuddur ki, bunların da əksəriyyəti son onillikdə bərpa olunaraq dini mərasimlərin keçirilməsinə xidmət edir. Rayon ərazisində orta əsrlər üçün mədəni həyat tərzinin göstəricisi olan ictimai hamamların bir neçəsi qorunub saxlanılmışdır. O cümlədən, XIX əsrdə Qobuda Hacı Kazım tərəfindən, Xırdalanda Məşədi İmam Baxış tərəfindən inşa edilmiş hamamların tikililəri qalmaqdadır. Qədim Abşeron kəndlərində su ilə təminatda çox mühüm rol oynamış övdanlar Güzdək və Xırdalan yaşayış məntəqələrinin ərazisində indiyədək qalmaqdadır. Rayonun ərazisində digər tarixi abidələr, o cümlədən, Fatmayıda, Digahda, Masazırda, Hökməlidə və Sarayda XIII–XVIII əsrlərə aid türbələrin və s. qalıqları mövcuddur.
Yerli media
Abşeron rayonunda kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərən [8] [9] və “Abşeron” qəzetidir.
Regionun tarixi inkişafı
Abşeron möhtəşəm əhəngdaşı, zəfəranı, duzu, üzüm bağları, nadir balıqların rast gəlindiyi və çox qədim zamanlardan Avropa və Asiyada çox tanınan neft ehtiyatları ilə zəngindir. Bu zəngin təbiət xəzinəsində, Abşeron memarlığı xüsusi yer tutur. Memarlıq hər bir dövlətin yüksək mədəniyyətinin göstəricisidir. [10] :3 Abşeronu tarixi nöqteyi nəzərindən Şirvanşahlar sülaləsi (XI–XV əsrlər), Səfəvilər (XVI–XVIII əsrlər), Bakı xanları və kapitalizm dövründən başlayaraq araşdırmaq olar. Hər bir dövr ümumi memarlıqda öz izlərini qoymuşdur. İqtisadi imkanlardan və siyasi stabillikdən asılı olaraq müdafiə tikililəri, yaşayış, mülki və dini binalar ucaldılırdı və bu tikintilər müxtəlif formalarda aparılırdı. Bütün bunlar Şirvan Abşeron kəndlərinin tarixinin inkişafına və formalaşmasına şərait yaradırdı. Bir zamanlar Abşeron müəyyən bir səbəblərdən ticarət yollarından, xüsusilə də, yarımsəhra Qobustan yolları ilə kəsişməsi səbəbindən böyük İpək Yolundan kənarda qalmışdı, lakin qədim dövrlərdən tanınan neftə, duza, zəfərana sahib olması və Xəzər dənizi sahilində yerləşməsi onu beynəlxalq əlaqələrinin yaranmasına imkan verirdi. Zəngin təbii sərvətlərin və coğrafi imkanların vəhdəti Abşeronun 39 tarixi məntəqəsində özünəməxsus memarlıq şəhərsalma mədəniyyətini yaratmağa imkan verirdi. Abşeronda mövcud olan yerləşmə məntəqələri, sərbəst şəhərsalmanın inkişaf etməsi və formalaşması sistemində irəliləməsinə, ölçü cəhətdən böyük ərazi həllərinin yaranmasında xüsusi rol oynamışdılar. Şirvanşahlar dövrü bütünlüklə Abşeron ərazisində böyük qalaların, sarayların, müdafiə tikililərinin yaradıldığı bir dövr idi. Şirvanşah III Mənuçöhrün (1120–1160) və onun oğlu Axsitanın (1160–1196/97) adları Mərdəkan kəndindəki sarayların üzərinə həkk olunmuşdur. Bakı divarlarının tikintisi, böyük Şirvanşah Əbü-l-Hacı Mənuçöhrün adı ilə bağlıdır. İstehkam xarakterli abidələrin üzərindəki epiqrafik əlyazmalarda sərkərdələrin, Şirvanşahlar dövlətinin fəal siyasi xadimlərinin adlarına rast gəlinir. Məhz bu tikililər Abşeronun yaşayış məntəqələrinin inkişafına köməklik etdi və bunun sayəsində Buzovna, Mərdəkan, Maştağa, Bilgəh, Nardaran, Ramana və digər kəndlərin əsas şəhərsalma mövqeyi formalaşdı. Abşeronda mövcud olan saraylar artıq öz yerli əhəmiyyətini itirdikləri zaman, əhali digər tikinti istiqamətində intensiv olaraq çalışmağa başladılar və zamanla məhəllə üslublu dini tikililər, ictimai mərkəzlər yaranmağa başladı. Səfəvilər dövrü Abşeronun memarlığında, yaşayış məntəqələrinin inkişafında yeni bir dönəm oldu. II Şah Abbasın dövründə Nardaranda tikilimiş karvansara üslublu mülki tikililəri buna nümunə olaraq göstərilə bilər. Səfəvilər dövrü memarlıq abidələrini Şirvanşahlar dövrü ilə müqayisə edərkən istər məkan ölçüsü, istərsə də memarlıq planlaşdırma baxımından tamamilə fərqli üslub istiqamətində olduğunu deyə bilərik. Burada istiqamət mülki və dini memarlıq tərəfinə doğru dəyişdi və bu Abşeronun yeni- iqtisadi inkişaf şərtləri ilə əlaqədar idi Bakı xanları dövrü Abşeronun kapitalizmə qədəm qoymazdan əvvəl son dövrü idi və bu dövr kəndlərin intensiv inkişafı, Bakı ilə yanaşı Buzovna, Maştağa və Şüvəlanda xan saraylarının, məscidlərin, hamamların, ovdanların, məqbərələrin inşası ilə müşahidə olunur. Kapitalizm dövrü Abşeronun infrastrukturunu dəyişərək, tarixi kəndlərin patriarxallığını məhv etdi. İri miqyaslı neft sənayelərinin və neftayırma zavodlarının inşası yerli kapitalın böyüməsinə və burjuaziyanın formalaşmasına səbəb oldu, bu isə onlara dünya bazarına çıxmağa şərait yaratdı. Bu dövrdə, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Ağa Murtuza Muxtarov, İsa bəy Aşurbəyov, Kərbalayi İsrafil Hacıyev, Hacı Mustafa Rəsulov, Əmiraslanov qardaşları və digər bu kimi Bakı milyonçularının meydana çıxması Azərbaycanın milli tarixində öz damğasını vurmuşdur. [10] :7-13
Həmçinin bax
İstinadlar
- ↑”İ.A.Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”. 2016-06-29 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2015-09-25 .
- ↑”AZƏRBAYCAN RESPUBLİKASI ABŞERON RAYON İCRA HAKİMİYYƏTİ”. 2018-11-24 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2020-10-29 .
- ↑”Arxivlənmiş surət”. 2020-06-07 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2020-05-02 .
- ↑Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.10.
- ↑ E.K.Əlizadə Q.İ.Rüstəmov E.C.Kərimova. Abşeron yarımadasının müasir landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri.Monoqrafiya.Bakı.”Avropa”.2015.245 səh.
- ↑ E.K.Əlizadə Q.İ.Rüstəmov E.C.Kərimova. Abşeron yarımadasının müasir landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri.Monoqrafiya.Bakı.”Avropa”.2015.245 səh.
- ↑”Bələdiyyələr və nümayəndəliklər”. absheron-ih.gov.az. 2020-06-29 tarixində arxivləşdirilib . İstifadə tarixi: 30.03.2021 .
- ↑ Absheronxeber.az
- ↑ Absheron.tv
- ↑ 12 Azərbaycan memarlığı inkişaf yollarında, R. Ağazadə, Y. İbrahimli, “Şərq-Qərb” nəşriyyat evi, Bakı — 2013
Abşeron haqqında
Abşeron rayonu 4 yanvar 1963-cü ildə yaradılıb və Bakını əhatə edən bütün kənd və qəsəbələri birləşdirir. Bu kiçik, sakit və rahat yaşayış yerlərində həm çimərlik, həm də tarixi yerlər var: qədim məscidlər, qüllələr, qala söküntüləri. Təbii Azərbaycan daşlarından tikilmiş mənzərəli kəndlərdə qapılar həmişə səyyahətçilərin üzünə açıqdır.
Bölgənin mənzərəli təbiəti, sakit rahat atmosfer və paytaxta yaxınlıq turizm sektorunda inkişaf üçün əlverişli amillərdir. Qəsəbələrdə bir infrastruktur yaradılır: çimərliklər, yeni müasir otellər tikilir, daha çox sayda turist, o cümlədən xarici ölkələr cəlb edilir. Ancaq Bakı otellərindən birində qalmaq və Abşerona hər dəfə yeni yerlərə ekskursiya etmək mümkündür. Bir dəfə özünüz üçün bu gözəl torpağın bütün cazibədarlığını aşkar etdikdən sonra, əminəm ki, buraya təkrar qayıtmaq istəyəcəksiniz.
Yanardağ
Yanardağ (yanan dağ) təbiətin möcüzəsidir ki, Azərbaycandan da kənarda tanınır. Sözsüz ki, bu dağ deyil, kireçtaşı təpəsidi və onun yamacında əsl əbədi alovlar yanır. Kim bilir, bəlkə bir neçə yüz il və ya min ildir ki, yanır? Elmi baxımdan, bu fenomen olduqca sadə bir şəkildə açıqlana bilər: qaz kondensatı yer səthinə çıxaraq yanır. Lakin, buna baxmayaraq, bu fenomen çox nadir və cazibədardır. Bu təbii alovu gördükdə indi başa düşürsən ki, nə üçün Azərbaycan “Odlar Yurdu” adlanır. Yanardağ ta qədim zamanlardan Zərdüştlilərin ibadətgahı olmuşdur. İndi Hindistandan və İranlı zəvvarların bura axını dayanmır. Ancaq yerli sakinlər buraya gəlməkdən və öz vətənlərinin möcüzələrindən qürur duyurlar. Bu, Digah kəndinin yaxınlığında yerləşir.
Palçıq vulkanları
Növbəti təbii möcüzəyə qovuşmaq çətindir, yol əvvəlcə kənd yolu ilə əvəzlənir və bundan sonra qeyri-mümkündür. Açılan görünüş illüziv görünür: Ay və ya Marsla müqayisədə, sivil dünyadan bir neçə kilometr aralıda tamamilə qeyri-adi mənzərə açılir. Yerin boz rəngli səthi sabit bir səth deyil: qurumuş qatın altında kütlələrin maye tərkibli palçığı yerləşir. Çox diqqətli olmaq lazımdır. Amma ən maraqlsı odur ki, onlar palçıqlı kiçik vulkanlardır. Kiçik yamaclardan palçıqdan ibarət lava axınları axır, kraterlərin içərisindən isə nəsə təhlükəli bir ses gəlir. Birdən, yüksək sürətlə vulkan səthə bir palçıq köpük verir, bu da effektiv şəkildə partlayaraq sizi kamera ilə birgə başdan ayağa qədər batırmağa qadirdir. Diqqət zərər verməz, ümumiyyətlə çox müsbət, şən bir fenomendir.
Masazır gölü
Abşeron rayonu ərazisində yerləşən “Mazazir” duzlu gölü Azərbaycanın cəsarətlə “ölü dəniz”i adlandırıla bilər. İçərisində olan duz az deyil, gölün rəngi İsrail çimərliyi kimi qəhvəyi-çəhrayı və onun müalicəvi xüsusiyyətləri də ondan geri qalmır. Bununla belə, Masazirda infrastruktur hələ yoxdu, lakin buraya gelib mənzərəyə baxmaq və faydali havasını almağa sözsüz dəyər.
Mirzəaladı gölu
Mirzəaladı digər bir böyük duzlu gölü Masazırdan bir kilometr aralıda, Novxanı kəndinin yaxınlığında yerləşir. Onun duzları və palçığı həmin müalicəvi xüsusiyyətlərə malikdir. Bəlkə gələcəkdə burada kurort infrastrukturu təşkil olunacaq. Hal-hazırda göl yalnız duzçıxarma məqsədi ilə istifadə olunur.
Sarı Dağ su quyusu
Müalicə suyunun mənbəyi Apşeron rayonunda nisbətən yaxın vaxtlarda 2000-ci ildə aşkar edilmişdir. Quyu suyunun ətraflı təhlili göstərir ki, bu suyun müntəzəm istifadəsi zamanı, qısa müddət ərzində insanın mədə-bağırsaq traktının bir çox xəstəliklərindən xilas edə bilər. Sarı Dağ quyusu o gədər zəngindir ki, gündə dörd yüz ton faydalı suyun istehsalına malikdir.
Şah Hüseyn Məscidi
Şah Sultan Hüseyn məscidi Novxanı kəndində yerləşir. Bu məsçid XVII əsrdə tikilmiş, lakin sonradan bir neçə dəfə bərpa edilib və müasir görünüşü orijinaldan çox fərqlənir. Lakin bu dəyişikliklər hərbi qarşıdurmalar zamanı dəfələrlə məscidin məhv edilməsi səbəbindən baş vermişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.