Azərbaycanın yeni iqtisadi rayonları – SİYAHI
12:32 10 Mart 2023
Böyük Qafqaz vilayətinin iqtisadi rayonları
Bu vilayətin tərkibinə Respublika tabeli Bakı, Şəki, Sumqayıt şəhərləri, 17 kənd rayonu və 4 (Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq-Şirvan) iqtisadi rayonları daxildir.
Abşeron iqtisadi rayonu
Tərkibinə Abşeron və Xızı kənd rayonları, respublika tabeli Sumqayıt və Bakı şəhərləri daxildir.
Faydalı qazıntıları. Rayon neft-qaz, tikinti materialları, palçıq vulkanları, Şıx və Suraxanı mineral bulaqları ilə zəngindir. Rekreasiya ehtiyatları ilə zəngin olan bu rayonun Xəzər sahili qumlu çimərliklərində balneoloji kurort kompleksi yaradılıb. Bu rayon Azərbaycanda yeganə iqtisadi rayondur ki, yerli içməli suyu yoxdur. Bu səbəbdən rayonda S.E.S. tikmək qeyri mümkündür. Içməli suya olan tələbatı ödəmək üçün Samur-Abşeron kanalı, Ceyranbatan su anbarı, Şollar və Kür su kəmərlərindən geniş istifadə olunur.
Problemləri. Azərbaycan ən ağır ekoloji gərginliyə malik olan rayondur. Buradakı neft-kimya zavodları və avtomobillər havanı, neft və çirkab sular dənizi çirkləndirir. Neftlə çirklənmiş torpaqların rekultivasiyaya ehtiyacı var. Xəzərin səviyyəsinin qalxması nəticəsində sahil əraziləri su altında qalmışdır.
Əhalisi. Bu rayon Azərbaycanın ən sıx və çox məskunlaşmış ərazisidir. Rayonun yüksək urbanizasiyalaşmasının səbəbi -çoxsahəli sənayenin inkişafı, yüksək mexaniki artım və paytaxt amilidir. Rayonun əhalisi çoxmillətlidir. Burada 60-dan çox xalqın nümayəndəsi yaşayır.
Sənayesi. Rayonun təbii şəraiti və təbii ehtiyatları onun təsərrüfatının ixtisaslaşmasına təsir edən əsas amillərdir. Rayon Azərbaycanın ən böyük sənaye mərkəzi olub, Bakı-Sumqayıt sənaye qovşağına malikdir. Rayonda yanacaq-energetika, metallurgiya, maşınqayırma, kimya, yüngül və yeyinti sənaye sahələri güclü inkişaf edib. Bu rayon Azərbaycanın ən iri neft və qaz çıxarma rayonudur.
Abşeronda maşınqayırmanın elektrotexnika və neft maşınqayırma sahəsi daha güclü inkişaf edib. Maşınqayırmanın inkişafı və metal tullantılarının çoxluğu ilə əlaqədar Abşeron iqtisadi rayonunda təkrar metal emalı zavodları və kiçik metallurgiya sexləri fəaliyyət göstərir. Rayonda mədən sularından yod istehsal edən müəssisələr fəaliyyət göstərir.
Sahil qəsəbəsindəki sement və dərin dəniz özülləri zavodu rayonun ən iri müəssisələrindəndir. Rayonda həmçinin balıq sənayesi, şüşə və şüşə məmulatları hazırlayan müəssisələrdə mövcuddur.
Kənd təsərrüfatı. Rayonda quru subtropik meyvəçilik (ağ və qara şanı üzüm sortları, badam, püstə, əncir, zeytun), tərəvəzçilik, zəfəran (Bilgahda), ətlik-südlük maldarlıq inkişaf edib. Abşeronda ilan zəhəri alınan müəssisə fəaliyyət göstərir.
Nəqliyyatı. Rayon əlverişli iqtisadi coğrafi mövqeyə malik olduğundan sıx nəqliyyat şəbəkəsinə malikdir. Azərbaycanın ən mühüm dəmir, avtomobil, su və hava yolları buradan başlayır.
Rayonun ən iri şəhərləri Bakı və Sumqayıtdır. Bakı Qafqazın ən iri şəhəri olub, Azərbaycanın paytaxtı olmaqla yanaşı, onun iqtisadi, siyasi və mədəniyyət mərkəzidir. Inzibati cəhətdən Bakı 48 şəhər tipli qəsəbədən və 11 şəhər rayonundan (Səbail, Nəsimi, Nərimanov, Nizami, Suraxanı, Sabunçu, Yasamal, Xətai, Əzizbəyov, Qaradağ, Binəqədi) ibarətdir. Böyük Bakı Abşeron yarımadasının əsas hissəsini, Abşeron və Bakı arxipelaqlarını və Qobustanın bir hissəsini əhatə edir. Bakının ən iri müəssisələri Səttərxan və Keşlə neftayırma zavodları, kondisioner, soyuducu, şin, şüşə və s. zavodlarıdır.
Sumqayıt 1949-cu ildə Bakıdan 35 km aralıda salınıb. O, Azərbaycanın sənaye gücünə görə 2-ci, əhalisinin sayına görə isə 3-cü şəhəridir. Sumqayıt-kimyaçılar, metallurqlar və energetiklər şəhəridir. Ən iri müəssisələri alüminium, boru-prokat, sintetik kauçuk, superfosfat zavodları və kimya-sənaye birliyidir. Sumqayıt Azərbaycanın ekoloji cəhətdən ən böhranlı sahəsidir. Sumqayıt Bakı ilə birlikdə daha böyük şəhər-yaşayış məntəqəsi olan Bakı-Sumqayıt aqlomerasiyasını əmələ gətirir. Bura həm də Abşeronda olan şəhər tipli qəsəbələr də daxildir.
Quba-Xaçmaz iqtisadi rayonu
Azərbaycanın şimal-şərqini əhatə edən və Rusiya ilə həmsərhəd olan bu rayona Xaçmaz, Quba, Dəvəçi, Qusar və Siyəzən rayonları daxildir.
Relyefi. Azərbaycanın ən hündür zirvəsi olan Bazardüzü (4466 m) və ən aşağı nöqtəsi olan Xəzər sahili ovalığın (-26 m) yerləşdiyi bu rayon relyef xüsusiyyətinə görə 4 hissəyə bölünür: düzənlik, dağətəyi, orta və yüksək dağlıq.
Təbii ehtiyatları. Müxtəlif tikinti materialları (qum, gil, çınqıl), Siyəzəndə neft; Qubada Cimi, Xaşı, Xaltan; Dəvəçidə Qalaaltı mineral bulaqları var. Rayonda filiz faydalı qazıntıları yoxdur. Bakıya gətirilən Şollar su kəməri Xaçmazın Şollar düzündən başlanır. Zəngin rekreasiya ehtiyatlarına malik bu rayon Azərbaycanın düzənlik meşələrinin Xəzər dənizi sahilində uzanan yeganə sahəsidir. Meşə ehtiyatları ilə zəngindir.
Əhalisi çoxmillətlidir. Burada Azərbaycanlılardan başqa ləzgi, rus, yəhudi, tat və s. xalqlar da yaşayır.
Sənaye xeyli zəif inkişaf edib. Regionda sənayenin yüngül və yeyinti sahələri inkişaf edib. Ən iri müəssisələri meyvə-tərəvəz kompleksi, şərab zavodu, xalça fabrikləridir. Bundan başqa Siyəzəndə neft və qaz hasilatı, Quba elektrotexnika zavodu, Xaçmazda qara metal tullantılarının emalı sexi fəaliyyət göstərir.
Nəqliyyat. Region əlverişli iqtisadi mövqeyə malik olduğundan ərazidən Bakı-Dərbənd dəmir yolu, sıx avtomobil yolları, neft-qaz və su kəmərləri keçir.
Kənd təsərrüfatı. Regionda qar və buzlaqlarla qidalanan sıx çay şəbəkəsinə malik olduğundan Samur-Dəvəçi ovalığında suvarma əkinçiliyi inkişaf edib. Quba-Xaçmaz iqtisadi rayonu Azərbaycanın tumlu meyvəçiliyinə (xüsusilə alma) görə 1-ci, tərəvəzçiliyə (gecyetişən) görə 2-ci rayonudur. Bundan başqa rayonda kartofçuluq, taxılçılıq, üzümçülük, heyvandarlıq inkişaf edib.
Regionda respublika tabeli şəhər yoxdur. Ən böyük şəhərləri Xaçmaz və Qubadır.
Şəki-Zaqatala iqtisadi rayonu
Gürcüstan və Rusiya həmsərhəd olan və Azərbaycanın şimal-qərbini əhatə edən bu rayona Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonları və respublika tabeli Şəki şəhəri daxildir. Rusiya ilə sərhəddə Baş Qafqaz Suayrıcı silsiləsi yerləşdiyindən burada heç bir sərhəd-keçid məntəqəsi yoxdur.
Təbii ehtiyatları. Balakəndə Filizçay polimetal yatağı, müxtəlif tikinti materialları var. Azərbaycanın mis ehtiyatının hamısı, kükürd kolçedanının 90%-i qurğuşun və sinkin 97-99%-i bu rayondadır. Rayon zəngin meşə və su ehtiyatına malikdir.
Əhalisi çox millətlidir. Burada azərbaycanlılardan başqa gürcü, udin, avar, ləzgi və s. xalqlar yaşayır.
Sənayesi zəif inkişaf edib. Əsasən yerli k/t xammalı əsasında yeyinti və yüngül sənaye sahələri inkişaf edib. Regionda meyvə-tərəvəz konserv zavodları, Zaqatalada fındıq zavodu və çay fabriki, Şəkidə ət kombinatı, tütün və şərab zavodu var.
Azərbaycanın ən iri ipək parça toxuma kombinatı Şəkidədir. Azərbaycanda yeganə qızılgül yağı istehsal edən Zaqatala parfumeriya-kosmetika fabriki var.
Gələcəkdə polimetal filiz yatağının istismarı rayonun sənayesinin inkişafına böyük təkan verəcək.
K/t. Rayon Azərbaycanda qərzəxli (qoz, fındıq, şabalıd) meyvəçilik və tütünçülük üzrə l-ci yer tutur. Bundan başqa rayonda baramaçılıq, çayçılıq (Lənkərandan sonra 2-ci yer), çəltikçilik, üzümçülük, taxılçılıq və qoyunçuluq da inkişaf edib.
Nəqliyyat. Əsas yolu Yevlax-Balakən dəmir və şosse yoludur.
Şəki Azərbaycanın 6-cı, regionun isə ən iri şəhəridir. O Azərbaycanın əsas ipəkçilik mərkəzidir. Regionun 2-ci böyük şəhəri Zaqataladır.
Dağlıq Şirvan iqtisadi rayonu
Tərkibinə Şamaxı, Ismayıllı, Ağsu və Qobustan rayonları daxildir.
Təbii ehtiyatları: neft, qaz, yanar şist, tikinti materialları, palçıq vulkanları, mineral bulaqlar.
Əhalisi zəif məskunlaşıb. Əsasən kəndlərdə yaşayır.
Sənayesi – relyefi dağlıq olduğundan zəif inkişaf edib. Əsas sahələri şərabçılıq və xalçaçılıqdır. Burada məşhur «Kaqor» və «Mədrəsə» şərabları; «Sumax» və «Şirvan» xalçaları; Şamaxı və Basqalda ipək kəlağayılar hazırlanır. Son illərdə Şamaxıda-televizor və avtomobil zavodları tikilib.
K/t. Əkinçiliyə nisbətən heyvandarlıq daha yaxşı inkişaf edib. Dəmyə şəraitində üzüm və taxıl əkilir.
Relyefi dağlıq olduğundan – avtomobil nəqliyyatı daha güclü inkişaf edib.
Azərbaycanda yeganə rəsədxana Şamaxı şəhərindən 22 km aralıdadır.
- Teqlər:
- Abşeron
- , Quba-Xaçmaz
- , Şəki-Zaqatala
- , Dağlıq Şirvan
Azərbaycanın yeni iqtisadi rayonları – SİYAHI
Azərbaycanın yeni iqtisadi rayonları – SİYAHI Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsü təsdiq edilib.
7 İyul , 2021 14:42
https://static.report.az/photo/da8b5bba-06d6-30fc-99d9-70f3328513e1.jpg
Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib. “Report” xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib: 1.1.Bakı iqtisadi rayonu (Bakı şəhəri); 1.2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); 1.3.Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları); 1.4.Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları); 1.5.Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları); 1.6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları); 1.7.Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları); 1.8.Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); 1.9.Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); 1.10.Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları); 1.11.Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları); 1.12.Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları); 1.13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları); 1.14.Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).
Abşeron iqtisadi rayonu
15:19 10 Mart 2023
“Digit Group”şirkəti – MƏHKƏMƏYƏ VERİLİB – SƏBƏB
15:11 10 Mart 2023
Meliorasiya və Su Təsərrüfatı: Kürdə suyun həcmi – 27 FAİZ AZALIB
15:06 10 Mart 2023
İri təsərrüfatlara daha çox su verilməsi ilə bağlı iddialara – AYDINLIQ GƏTİRİLDİ
14:58 10 Mart 2023
Mingəçevir su anbarına daxil olan suyun həcmi – 50 Faizə Qədər Azalıb
14:52 10 Mart 2023
“Tak Noosh Group” MMC – MƏHKƏMƏYƏ VERİLDİ – SƏBƏB
14:47 10 Mart 2023
“Uber” və “Bolt”un qadın sərnişinlərə əxlaqsız təkliflər edən 10 sürücüsü tutulub – VİDEO
14:44 10 Mart 2023
ETSN: 2050-ci ilə qədər Azərbaycanın su ehtiyatı 15-20 faizə qədər azalacaq
14:38 10 Mart 2023
Azərbaycanın su ehtiyatının həcmi – AÇIQLANIB
14:31 10 Mart 2023
Ədliyyə Nazirliyi – TENDER ELAN EDİR
14:29 10 Mart 2023
Vahid Hacıyev: “Qubadlı, Cəbrayıl və Zəngilanda bir neçə kəndin tikintisinə başlanılacaq”
14:23 10 Mart 2023
“Global Snack” şirkəti – MƏHKƏMƏYƏ VERİLDİ – SƏBƏB
14:22 10 Mart 2023
“SOCAR Goergia Gas”ın rəhbəri dəyişdi – TƏYİNATLAR
14:17 10 Mart 2023
“Eskom Aqro Vostok” MMC – MƏHKƏMƏYƏ VERİLDİ – SƏBƏB
14:12 10 Mart 2023
“Nar” abunəçilərinin 98%-i müştəri xidmətlərindən – MƏMNUN QALDI
14:11 10 Mart 2023
KOBİA: “Astara, Lerik və Lənkəranda kənd qonaq evləri yaradılıb” – FOTOLAR
13:28 10 Mart 2023
İran gömrüyü rüşvət istəyir – Naxçıvanda TIR sürücüləri aksiya keçiriblər – FOTO
13:21 10 Mart 2023
Bakı-Ağstafa-Bakı marşrutu üzrə sürətli qatarla sərnişin daşımaları başlayır – İLK DƏFƏ – QİYMƏTLƏR
13:10 10 Mart 2023
Şənbə gününün – HAVA PROQNOZU
13:07 10 Mart 2023
Azərbaycan XİN: “Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil”
12:58 10 Mart 2023
Milli Kulinariya Mərkəzinin – LOQOSU YENİLƏNDİ
12:53 10 Mart 2023
“TİİM” şirkəti daha bir mühafizə tenderinin qalibi oldu – NƏTİCƏ – MƏBLƏĞ
12:48 10 Mart 2023
Orxan Fikrətoğlu: “Azərbaycanın milli “street food”u hazırlanacaq”
12:43 10 Mart 2023
Yerli şirkət “Azəriqaz”ı – MƏHKƏMƏYƏ VERİB
12:42 10 Mart 2023
Dövlət qurumu 3 ədəd noutbuk üçün 7900 manat ödəyəcək – TENDER NƏTİCƏSİ
12:32 10 Mart 2023
Türkiyədə işsizlik səviyyəsi 5 aydan sonra yenidən – 10%-DƏN AŞAĞI DÜŞÜB
12:32 10 Mart 2023
Dövlət qurumu “Azərmaş”ı – MƏHKƏMƏYƏ VERİB – SƏBƏB
12:23 10 Mart 2023
Şuşada tikilən yaşayış kompleksindəki işlərin yekunlaşacağı – TARİX AÇIQLANIB
12:23 10 Mart 2023
Sabirabadda istixana təsərrüfatının yaradılmasına 1 milyon manat – Güzəştli Kredit Verilib
12:18 10 Mart 2023
Qəbələ Suvarma Sistemləri İdarəsi – TENDER ELAN EDİR
12:13 10 Mart 2023
Hacıqabul Sənaye Məhəlləsinə 25,3 milyon manat – İNVESTİSİYA YATIRILIB
12:13 10 Mart 2023
Qarabağ və Şərqi Zəngəzurda tikintiyə dair xidmət haqlarının məbləğləri müəyyənləşib – MƏBLƏĞLƏR
12:07 10 Mart 2023
Azərbaycan və Gürcüstan Candargöl su anbarından – BİRGƏ İSTİFADƏ EDƏCƏK
12:03 10 Mart 2023
Azərbaycanda istehlakçılara ödənişsiz – HÜQUQİ YARDIM GÖSTƏRİLƏCƏK
11:49 10 Mart 2023
Türk lirəsi daha da ucuzlaşdı – SON QİYMƏT
11:46 10 Mart 2023
“ADA” Universiteti – TƏKLİFLƏR SORĞUSU ELAN ETDİ
11:45 10 Mart 2023
Qurban Yetirmişli: “Biz tikintiyə yox, ərazi üçün rəy veririk ki, neçə ballıqdır”
11:41 10 Mart 2023
Yerli şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini – MƏHKƏMƏYƏ VERDİ
11:39 10 Mart 2023
Avro və qızılın daha da ucuzlaşacağı gözlənilir – İnvestAZ TƏQDİM EDİR
11:38 10 Mart 2023
“Azəriqaz” borca görə 3 şirkəti – MƏHKƏMƏYƏ VERİB
11:32 10 Mart 2023
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Qarabağ və Şərqi Zəngəzurda da – XİDMƏT GÖSTƏRƏCƏK
11:32 10 Mart 2023
“Qaçqınkom”un strukturunda – DƏYİŞİKLİK EDİLİB
11:28 10 Mart 2023
Dövlət Məşğulluq Agentliyində – YENİ TƏYİNAT OLUB
11:25 10 Mart 2023
Qida və yem məhsullarının laboratoriya xərci təsdiqləndi – YENİ QƏRAR – MƏBLƏĞLƏR
11:18 10 Mart 2023
Yaşadığınız bina möhkəmdirmi? – BAKIDA SORĞU NƏTİCƏLƏRİ
11:15 10 Mart 2023
Yelo Bank-da Qadınlar Gününə həsr olunmuş – CAZ KONSERTİ KEÇİRİLDİ
11:06 10 Mart 2023
Əmtəə nişanlarından qanunsuz istifadə hansı hallarda – Haqsız Rəqabətə Səbəb Olur? – MÜSAHİBƏ
10:58 10 Mart 2023
Bakıda növbəti qanunsuz tikintilərin qarşısı alınıb – VİDEO
10:53 10 Mart 2023
Aqrar İnnovasiya və Təchizat Şirkəti – MƏHKMƏYƏ VERİLİB – SƏBƏB
10:48 10 Mart 2023
“Çayxanalarda domino və nərdə icazə verilməsi heç nəyi həll etmir” – 3 AYDA NƏLƏR DƏYİŞİB?
10:37 10 Mart 2023
“DOST” Agentliyi 320 min manatlıq servis xidmətləri alır – TENDER NƏTİCƏSİ
10:35 10 Mart 2023
Ali Məhkəmə işə qəbul üzrə müsabiqə – ELAN EDİB
10:34 10 Mart 2023
Bir həftə əvvəl yaradılan şirkət ləğv olunur
10:29 10 Mart 2023
Naxçıvanın sabiq rəhbəri – VƏFAT EDİB
10:24 10 Mart 2023
Neft ucuzlaşıb – SON QİYMƏT
10:21 10 Mart 2023
“Hidro İnşaat Service” MMC – MƏHKƏMƏYƏ VERİLDİ -SƏBƏB
10:20 10 Mart 2023
Dövlət qurumu “Mingəçevir Beynəlxalq Avtovağzalı”nı – MƏHKƏMƏYƏ VERDİ – SƏBƏB
10:12 10 Mart 2023
“Ağsu Siti”nin prezidenti 90 min manatlıq dələduzluqda ittiham olunaraq – HƏBS EDİLDİ
10:11 10 Mart 2023
WSJ: “Mask Texasda öz şəhərini salmağı planlaşdırır”
10:04 10 Mart 2023
Dövlət Televiziyasından “Alfa Telekom”a 54,7 min manatlıq sifariş – TENDER NƏTİCƏ
09:48 10 Mart 2023
SOSİAL MEDİA
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır
© 2016 – 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!
Comments are closed, but trackbacks and pingbacks are open.