Press "Enter" to skip to content

DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini və “Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2017-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını nəşr edib

Coğrafiyadan situasiya tipli tapşırıqlar – II qrup üzrə hazırlaşanlar üçün

Abituriyent jurnalı

Oxuyan bugünkü bloqunda sizə abituriyentlər tərəfindən ən çox marağa səbəb olan mövzulardan biri – Abituriyent jurnalı və onun istifadə qaydalarından bəhs edəcək. Əgər siz də xəyalını qurduğunuz peşə sahəsinə yiyələnmək istəyirsinizsə təhsillə əlaqədar ölkədə baş verən ən son yeniliklərlə bağlı bütün məlumatları məhz bu jurnal vasitəsilə əldə edə bilərsiniz. Ayrıca abituriyent testləriabituriyent imtahanları üçün saytımızın imtahanlar hissəsinə keçid edə bilərsiniz.

Abituriyent jurnalı 2021 nədir?

Dövlət İmtahan Mərkəzi artıq 5 ildir ki, ölkəmizdə fəaliyyət göstərir. Maarifləndirmə və elmi-metodik sahələrin inkişafı yolunda apardığı siyasət təhsil səviyyəmizin dünya standartlarına uyğunlaşdırılması üçün atılan ən təqdirəlayiq addımlardan biridir. Abituriyent jurnalının müxtəlif formatda nəşri də bunlardan biri hesab edilə bilər. Siz bu jurnal vasitəsilə Azərbaycan Respublikası ali təhsil müəsssisələrinə təhsilin müxtəlif dərəcə və sahələri ilə üzrə rəsmi məlumatları əldə edəbilərsiniz. Ümumilikdə jurnal aşağıdakı mövzuları əhatə edir

  • Qəbul prosesi ilə bağlı abituriyent və namizədlərə tövsiyələr
  • Tələbə qəbul ilə bağlı rəsmi sənədlər
  • 2021-ci il qəbul proseduruna edilən dəyişikliklər və onların ətraflı izahı
  • Imtahanı əhatə edəcək fənlər və bu fənlər üzrə tapşırıq nümunələri
  • 2020-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin müxtəlif ixtisasları üzrə keçid balları

Abituriyent jurnalının hansı növləri var?

Abituriyent jurnalı nümunəsi

Hər il Dövlət İmtahan Mərkəzi azərbaycan və rus dillərində olmaqla Abituriyent jurnalı və onun müxtəlif mövzuları əhatə edən “Xüsusi qabiliyyət imtahanları”, “Magistr”, “Rezidentura”, “Dövlət qulluğu” adlı xüsusi buraxılışlarını dərc edir.

Abituriyent jurnalını necə əldə etmək olar?

Jurnalları “Abituriyent” satış köşklərindən, həmçinin kitab və dərs ləvazimatlarının satıldığı mağazalardan almaq və ya Abituriyent saytından sifariş etmək olar. Jurnalların elektron versiyasını (pdf formatında) Dövlət İmtahan Mərkəzinin rəsmi saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz. Bununla yanaşı, bir çox hallarda siz Google-da Abituriyent Jurnalı 2021 başlığı altında axtarış etməklə jurnalın həmvətənlərimiz tərəfindən yerləşdirilmiş şəkil formatında olan versiyaları ilə də qarşılaşa bilərsiniz.

Abituriyent jurnalı 2021 sizə bakalavriat və subbakalavriat səviyyələri üzrə tələbə qəbulu prosesini izah edir.

Jurnal sizin qəbul imtahanında iştirak etmək üçün detallı şəkildə ərizə qəbulu proseduru, bunu hansı tarix aralığında və hansı formada edə biləcəyiniz, imtahanların keçirilmə mərhələləri, hər bir mərhələni əhatə edən fənlər və tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi haqda ətraflı məlumat əldə etməyinizə yardımçı olacaq. Bundan əlavə, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün nəzərdə tutulmuş qabiliyyət imtahanlarına qeydiyyat və müsabiqə şərtləri haqda məlumatlar da jurnalın Ərizə qəbulu bölməsində “Xüsusi qabiliyyət imtahanlarına qeydiyyat” və ”Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri” başlıqları altında qeyd edilmişdir. Əvvəlki ilin məzunlarının, bəzi xüsusi ixtisasların və spesifik universitetlərin qəbul şərtləri ”Ərizə qəbulu ilə bağlı xüsusi hallar” başlığı altında öz əksini tapıb.

Balların hesablanma qaydası

Bildiyiniz kimi, Azərbaycan Respublikası ali təhsil müəssiələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanları 2 mərhələdə keçirilir. Ümumilikdə 700 bal olmaqla, 1-ci mərhələdə siz riyaziyyat, azərbaycan (rus) dili və xarici dil fənlərindən imtahan verməlisiniz və burada maksimum 300 bal toplaya bilərsiniz, 2-ci mərhələdə isə uyğun ixtisas qrupunu təşkil edən fənlər üzrə maksimum 400 bal toplamaq mümkündür. İxtisas qrupları ilə və buraxılış imtahanları ilə bağlı daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, Oxuyan platformasının bloq bölməsinə keçid edə bilərsiniz. Həmçinin, imtahanlarda daha yaxşı nəticə əldə etmək üçün saytımızda yerləşdirdiyimiz fənlər üzrə imtahanlarda iştirak edə bilərsiniz.

Bəzi test tapşırıqlarının izahı və tövsiyələr

Bu bölmədə siz azərbaycan dili, riyaziyyat, ədəbiyyat, coğrafiya, tarix, fizika, kimya və biologiya fənləri üzrə xüsusi test tapşırıqları və onların həlli ilə bağlı ətraflı şəkildə informasiya əldə edə bilərsiniz. Bununla yanaşı, adı çəkilən fənlər üzrə daha uğurlu nəticə əldə etmək üçün müəyyən tövsiyələr də burada öz əksini tapır.

Cavabların “Cavab kartı” və “Cavab vərəqi”ndə qeyd olunma qaydasının izahı

Nəhayət, abituriyentlər və onların valideynlərini ən çox düşündürən və narahat məqamlardan biri olan gələcəyimizi müəyyən edəcək kağızın doldurulma qaydasına gəldik. Dövlət İmtahan Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri də məhz abituriyentlərin tapşırıqlarla işləmə vərdişlərinin inkişaf etdirilməsidir. Siz müxtəlif tip və formatlı test tapşırıqlarının qeyd olunmasına dair qaydaları da Abituriyent jurnalında nümunələr əsasında öyrənə bilərsiniz.

Bu və daha ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi saytından əldə edə bilərsiniz.

Əgər siz də ən son bloqlarımızı oxumaq istəyirsinizsə, Oxuyan platformasında blog bölməsini izləməyi unutmayın. İmtahanlara hazırlaşmaq üçün isə online imtahanlar bölməmizi ziyarət edə bilərsiz. Abituriyent imtahanları ilə hazırlaşın.

DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini və “Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2017-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını nəşr edib..

AzEdu.az xəbər verir ki, “Abituriyent” jurnalının 5-ci nömrəsində orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb. Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalıdırlar. “Abituriyent” jurnalının xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2017-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da dərc edilib. Jurnalları aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.azsaytından sifariş etmək olar:

  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
  • Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Bu bölməyə aid digər xəbərlər

Abituriyentlərdə stress necə idarə olunmalıdır? – Psixoloqdan TÖVSİYƏ

2020-05-19 14:18:00

İmtahanlarda iştirakçılar arasında 2 metr məsafə qoyulacaq

2020-05-08 14:07:00

İmtahan mərkəzləri tibbi maskalarla təchiz olunacaq

2020-05-08 13:55:00

Buraxılış, qəbul imtahanları bu tarix və qaydalar əsasında keçirilə bilər -TƏHLİL

2020-04-10 16:08:00

Coğrafiyadan situasiya tipli tapşırıqlar – II qrup üzrə hazırlaşanlar üçün

2020-01-07 12:41:00

Polis olmaq istəyənlər üçün müsabiqə keçirilir

2019-12-05 17:40:00

Abituriyentlərin nəzərinə! – Fənlər üzrə test topluları yaxın günlərdə nəşr olunacaq

2019-11-27 15:35:00

Bu qədər abituriyent 40-dan az bal toplayıb -Kolleclərə qəbul göstəriciləri

2019-11-22 15:35:00

“150-200 bal toplayanların universitetdə təhsil alması doğru deyil” – Ekspertdən İRAD

2019-11-21 10:31:00

Ekspertdən təklif: “İnformatika fənni qəbul imtahanlarına əlavə olunmalıdır”

“Abituriyent” jurnalının 5-ci nömrəsi nəşr edilmişdir

Bakı, 14 may (AZƏRTAC). “Abituriyent” jurnalının 5-ci nömrəsi çapdan çıxmışdır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, jurnalda orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, xüsusi qabiliyyət tələb edən ixtisasların qabiliyyət imtahan komissiyaları üzrə bölgüsü, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapmışdır.

Jurnalın son nömrəsində qeyd edilmişdir ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsi respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ali təhsil müəssisələrinə yerləşdirmə başa çatdıqdan sonra avqustun 8-dən 13-dək internet vasitəsilə aparılacaqdır. Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları ilə yanaşı (həmin ixtisaslar jurnalın 5-ci nömrəsində təqdim edilmişdir), ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını (bunlar “Abituriyent” jurnalının 7-ci nömrəsində təqdim olunacaqdır) göstərə bilərlər. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.tqdk.gov.az/erizebak internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.

Abituriyent ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar .

Comments are closed, but trackbacks and pingbacks are open.